Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-151/2026 09.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası (Açar sözlər: Maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X10 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı və cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi PHŞ-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 PHŞ-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi PHŞ-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları 1.
2. Iş materiallarında olan ##.##.2025-ci il tarixli “Güvən Klinik”in çıxarışına əsasən böyrəklərin lokaziyası, ölçüləri və parenxima qalınlığının normal olduğu, parenxima və sinus exolarının təbii, KL sisteminin hər iki tərəfdə normal genişlikdə olduğu, sol böyrəkdə normal yerləşmiş nefrostoma, yuxarı kaliksdə 37x21 mm ölçüdə kaliektaziya və aşağı qütbdə lateralda 23x19 mm ölçüdə kistanın izlənildiyi, sidik kisəsi həcminin 290 ml, divar qalınlığının normal, mənfəzində daş və ya solid törəmənin olmadığı qeyd olunmuşdur.
3. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli Naxçıvan Şəhər Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında toplanmış **C-** nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir.
4. Iş materiallarında olan qəbzlərdən görünür ki iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə 9 manat, ##.##.2025-ci il tarixdə 148 manat, ##.##.2025-ci il tarixdə 600 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 130 manat, ##.##.2025-ci il tarixdə, ##.##.2025-ci il tarixdə 50 manat, ##.##.2025-ci il tarixdə 89.40 manat, ##.##.2025-ci il tarixdə 109.94 manat, ##.##.2025-ci il tarixdə 350 manat, ##.##.2025-ci il tarixdə 206.20 manat, ##.##.2025-ci il tarixdə 60 manat, ##.##.2025-ci il tarixdə 50 manat, ##.##.2025-ci il tarixdə 12 manat, ##.##.2025-ci il tarixdə 11 manat, ##.##.2025-ci il tarixdə 71 manat, ##.##.2025-ci il tarixdə 50 manat, ##.##.2025- ci il tarixdə 7 manat, ##.##.2025-ci il tarixdə 20 manat, ##.##.2025-ci il tarixdə 55.60 manat, ##.##.2025-ci il tarixdə 3500 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 15 manat, ##.##.2025-ci il tarixdə 130 manat, ##.##.2025-ci il tarixdə 55.62 manat, ##.##.2025-ci il tarixdə 54.51 manat, ##.##.2026-cı il tarixdə 350 manat, ##.##.2026-cı il tarixdə 5.27 manat, ##.##.2026-cı il tarixdə 39 manat, ##.##.2026-cı il tarixdə 33.41 manat olmaqla ümumilikdə 7411.95 manat məbləğində ödənişlər olunmuşdur. II. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi PHŞ-dən vurulmuş maddi və mənəvi ziyanın ümumi məbləği olan 25.000 (iyirmi beş min) manat pulun, həmçinin ödənilmiş 166 (bir yüz altmış altı) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçının vəkili və nümayəndəsi Vəkil ##.##.2026-cı il tarixdə iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, 10.000 manat əlavə əməliyyat xərci, 4000 manat yeni doğulmuş körpənin qidalanma xərci, 11.000 manat mənəvi ziyan olmaqla, ümumilikə 25.000 (iyirmi beş min) manat pulun və ödənilmiş 166 (bir yüz altmış altı) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinə dəqiqləşdirilmiş çərçivədə baxılması qərara alınmışdır.
7. Həmçinin prosesin sonrakı mərhələsində cavabdeh1 cavabdeh qismində prosesə cəlb olunmuşdur.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o ## #### 2010-cu il tarixdə Şərur rayon Ibadulla kənd sakini X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 16 iyun tarixdə Melisa adında üçüncü övladları dünyaya gəlmişdir. Belə ki, o ## #### 2025-ci il tarixdə axşam radələrində doğum sancıları ilə əlaqədar Şərur rayon Mərkəzi Xəstəxanasına gətirilmiş, bu zaman xəstənin vəziyyətinin yaxşı olmaması səbəbindən gecə saat 2 radələrində onun Naxçıvan MR Perinatal Mərkəzinə aparılmalı olduğu bildirilmişdir. Perinatal Mərkəzə aparıldığı vaxt növbətçi həkim Bəhriyyə tərəfindən qəbul edilməklə palataya yerləşdirilmişdir. 12 saata yaxın bir müddət ərzində palatada saxlanılaraq ona heç bir tibbi müdaxilə olunmamış, bununla bağlı məlumat aldıqda növbətçi həkim Bəhriyyə istəsə doğar (sanki təbii doğuş hər hansı qadının istəyindən asılıdır) deyə cavab vermişdir. Sonradan ağrılar şiddətləndiyi və qan itirilmə səbəbindən günorta saatlarında gözlənilmədən əməliyyata qaldırılmış, bu zaman əməliyyat perinatal mərkəzin həkimləri Məryəm və Nəzrin həkim tərəfindən aparılmaqla yoldaşından baş verəcək hər hansı nəticəylə bağlı imza tələb edilmişdir. Sonradan aldığı məlumata görə X19 işləyən cərrah Etibar həkim də təcili olaraq köməyə çağrılmış və nəticədə qeysəriyyə əməliyyatı ilə bir övladları dünyaya gəlmişdir. Əməliyyatdan sonra yeddi gün xəstəxanada, bunun beş günü reanimasiya şöbəsində saxlanılmış, guya vəziyyətinin yaxşı olduğu bildirilərək onunla təmasa imkan verilməmişdir. Əməliyyatdan yeddi gün sonra normal qızdırma və normal ağrı adı ilə o Nəzrin həkim tərəfindən evə buraxılmış və ağrı anında ancaq diklofenat iynəsinin vurulması tövsiyyə edilmişdir. Halbuki, istənilən doğuş zamanı xəstələr 2-3 gün ərzində xəstəxanada saxlanılırlar. Əslində isə səhlənkar və savadsız həkimlər (artıq bu həkimlər haqqında istənilən söz deməyə haqlıdır, təbii ki, onlara həkim demək olarsa) tərəfindən o ölümə tərk edilmiş, evdə ölməyi niyyəti ilə xəstəxanadan buraxılmışdır. Evə gəldikdən sonra həkimlərin tövsiyyəsi ilə ancaq ona diklofenat iynəsi vurulmuş lakin bu iynənin də onun səhhətinə mənfi təsir etdiyini görüb 26 iyun tarixdə X2 çağırmış və onların məsləhət və köməkliyi ilə o yenə X11 aparılmışdır. Bu zaman X11 ilk öncə onu qəbul etməkdən imtina edərək digər xəstəxanaya yerləşdirilməli olmağını bildirmişlər. Lakin, uzun danışıqlardan sonra onu eyni adla ikinci dəfə qəbul edə bilməyəcəklərini və guya xəstənin süd vəzilərində problem olduğu, qızdırmanın da ondan qaynaqlandığı və bu adla X12 qəbul edə biləcəklərini bildirmişlər. X11 saxlanıldıqdan bir gün sonra səhhətində heç bir dəyişikiyin olmamasını görüb ## #### 2025-ci il tarixdə onu X20 urologiya şöbəsinə Anar həkimin yanına aparmış, bu zaman xəstənin bədəninin iltihab bürüdüyü, böyrək kanalının tikildiyi və xəstənin təcili olaraq Bakı şəhərində aparılmalı olduğu tövsiyyə edilmişdir. Bundan sonra dərhal Bakı şəhərində yerləşən "Güvən Hospital"a aparılmış, bu zaman onun sağlamlığına ağır zərər vurulduğu, qeysəriyyə əməliyyatı zamanı böyrək kanalının digər orqanın üzərinə tikilərək qapadıldığı, nəticədə sidik ifrazının bədənə axıdıldığı və bədəni iltihab bürüdüyü, böyrəyin funksiyasının pozulduğu, yeni doğulmuş uşağın ana südü ilə qidalanmasının mümkünsüz hala gəldiyi və bir az daha gecikdirilsəydi həyatını itirə biləcəyi məlum olmuşdur. Naxçıvan MR Perinatal Mərkəzin həkimlərinin "peşəkarlığı" sayəsində onun sağlamlığına olduqca ciddi şəkildə ziyan vurulmuşdur. Buna görə də tərəfindən hüquq mühafizə orqanlarına şikayət ünvanlamış və təqsirkar şəxslərin məsliyyətə cəlb edilməsi xahiş olunmuşdur. Şikayəti əsasında Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılmış və prokurorluğun böyük müstəntiqi, R Ramiq Əliyev tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Halbuki, o həkimlərin səhlənkarlığı, xəstəyə olan laqeyd münasibəti səbəbindən 10.000 (on min) manatdan artıq əlavə xərc çəkməklə üç dəfə əməliyyat keçirməli olmuş, ona istər maddi, istərsə də fiziki və mənəvi ziyan vurulmuşdur. Qeyd edilmişdir ki, onun üç övladı var ki, bunlardan ikisi normal doğuşla dünyaya gəlmiş, sonuncu övladı isə həkimlərin günahı ucbatından əməliyyat yolu ilə dünyaya gəlmiş, Naxçıvan MR Perinatal Mərkəzinin həkimlərinin səhvliyi səbəbindən təkrar üç dəfə əməliyyat olunmaq məcburiyyətində qalmışdır. Bu əməliyyatlar səbəbindən o sonuncu övladını təbii ana südü ilə qidalandıra bilməmiş, məcburiyyət qarşısında övladının qidalanması üçün hər ay əlavə 500 manat olmaqla ümumilikdə 4000 (dörd min) manatdan artıq əlavə xərc çəkməli olmuşdur. Bundan başqa Perinatal Mərkəzin həkimlərinin səhlənkarlığı səbəbindən mənəvi ziyana da düçar olmuşdur ki, keçirdiyi hər bir əlavə əməliyyatın stress, həyəcan və narahatçılığını yaşamaqdadır. Buna görə hesab edir ki, ona vurulmuş bu ziyanın hər bir məbləği cavabdeh tərəfindən ona ödənilməlidir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət edir. Qənaətinə görə 10.000 manat əlavə əməliyyat xərci, 4000 manat körpə balasının qidalanması üçün çəkilmiş xərc, 11.000 manat mənəvi ziyan olmaqla ümumilikdə 25.000 (iyirmi beş min) manat pul cavabdeh şəxsdən alınaraq onun xeyrinə ödənilməlidir.
9. Cavabdeh cavabdeh2 nümayəndəsi ##.##.2026-cı il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiada göstərilən halların faktiki vəziyyəti tam əks etdirmədiyini və cavabdeh olaraq göstərilən tibb müəssisəsinin məsuliyyətinin mövcud olmadığını, əməliyyat zamanı yaranmış vəziyyətlə əlaqədar əlavə cərrahi müdaxiləyə ehtiyac yarandığından digər ixtisas üzrə cərrah dəvət edildiyini, yaranmış vəziyyətin dərhal aşkar edildiyini və tibbi heyət tərəfindən operativ müdaxilə olunduğunu, nəticədə həm ananın, həm də yeni doğulmuş körpənin həyat və sağlamlığının qorunduğunu, iddia ərizəsində qeyd edilən böyrək kanalının tikilməsi ilə bağlı müdaxilənin Perinatal Mərkəzin ginekoloji şöbəsinin həkimləri tərəfindən həyata keçirilmədiyini, həmin müdaxilənin Naxçıvan Muxtar Respublikası Xəstəxanası tibb müəssisəsinin cərrahı olan cavabdeh1 tərəfindən həyata keçirildiyini, qeyd edilən tibbi müdaxilənin cavabdeh tibb müəssisəsinin əməkdaşı tərəfindən həyata keçirilmədiyindən həmin hal üzrə məsuliyyətin cavabdehin üzərinə qoyulmasının hüquqi baxımdan yolverilməz olduğunu bildirmişdir.
10. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Aslan Heydarov) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Imamvedi qızının sağlamlığına vurulmuş zərərlə əlaqədar olaraq 7411.95 (yeddi min dörd yüz on bir manat, doxsan beş qəpik) manat məbləğində maddi və 500 (beş yüz) manat məbləğində mənəvi zərər olmaqla cəmi 7911.95 (yeddi min doqquz yüz on bir manat, doxsan beş qəpik) manat məbləğində pulun cavabdeh cavabdeh2 Publik Hüquqi Şəxsindən alınaraq iddiaçı İddiaçı Imamvedi qızına ödənilməsi, iddiaçı İddiaçı Imamvedi qızı tərəfindən ödənilmiş 166 manat dövlət rüsumunun 52.33 qəpik hissəsinin cavabdeh cavabdeh2 Publik Hüquqi Şəxsindən tutularaq iddiaçı İddiaçı Imamvedi qızına qaytarılması, cavabdeh cavabdeh2 Publik X8 Etibar Yunis oğluna qarşı reqress qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbindən göründüyü kimi tələb iki hissədən ibarətdir. Birincisi şəxsin sağlamlığına vurulmuş ziyanla bağlı maddi tələb və digəri isə həmin ziyanla bağlı mənəvi tələb. Məhkəmə qeyd etmişdir ki, hazırki halda şəxsin sağlamlığına vurulan ziyanın məhz ona xəsarət alan zaman göstərilən tibbi yardımı nəticəsində yaranıb-yaranmadığı müəyyən olunmalıdır. Işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, İddiaçı sağlamlığına zərər vurulmuşdur. Belə ki, onun sağlamlığına zərər vurulması ## ###### 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən, ##.##.2025-ci il tarixdə cavabdeh2 PHŞ-də aparılmış “xxxx” cərrahiyyə əməliyyatı zamanı uşaqlıqda yaranmış cırılmanın həkim cərrah cavabdeh1 tərəfindən texniki qüsurlu bərpası hesabına xəstəyə dərəcəsinə görə az ağır xəsarət hesab olunan sol tərəfli sidik axarının yatrogen obstruksiyası xəsarəti yetirilməsi təsdiq edilmişdir. Belə olan halda isə sağlamlığa vurulmuş zərərə görə cavabdeh tibb müəssisənin mülki hüquqi məsuliyyəti yaranmışdır. Hazırki tələb üzrə iddiaçı ona vurulan maddi zərər üçün ödəniş qəbzlərini təqdim etmişdir. Ödəniş qəbzləri ilə ümumilikdə 7411.95 manat ödəniş olunması müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, yuxarıda sadalanmış və xərci çəkilməsi təsdiq edilən sənədlərə istinadən vurulmuş maddi ziyan cavabdeh tibb müəssisəsindən alınaraq iddiaçıya qaytarılmalıdır. Ümumilikdə iddiaçının tələbində qeyd etdiyi sağlamlığına vurulan ziyan üçün çəkilmiş 10.000 (on min manat) manat maddi xərcin məbləğinin qismən sübut olunmasını nəzərə alınaraq 7411.95 (yeddi min dörd yüz on bir manat, doxsan beş qəpik) manat məbləğin cavabdeh tibb müəssisəsindən alınaraq iddiaçıya qaytarılmasını qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə 4000 (dörd min) manat yeni doğulmuş körpənin qidalanma xərcinə münasibətdə qeyd edilən tələbi təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından iddia tələbinin həmin hissədə əsassız olduğu nəticəsinə gəlmişdir. Məhkəmə tələbin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli ** saylı qərarında göstərilmişdir ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə bildirmişdir ki, iddiaçının cavabdehə qarşı olan mənəvi zərərin ödənilməsi tələbi aşağıdakı şərtlər hamısı birlikdə mövcud olduqda əsaslı sayıla bilər: - iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməli; - bu sarsıntı cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli; cavabdehin təqsiri müəyyən edilməlidir. Qeyd edilənləri sübut etmək vəzifəsini isə fiziki və ya mənəvi sarsıntı keçirməsini iddia edən şəxsin üzərinə düşür. Yuxarıda qeyd edilən şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd etmişdir ki, ilkin şərtin, yəni şəxsin fiziki və mənəvi sarsıntı keçirməsinin mövcud olması digər şərtlərin mövcudluğundan asılı olduğunu üçün ilk olaraq İddiaçı qarşı cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlik edib-etməməsi müəyyən edilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı mötəbər sübut kimi nəzərə almış və hesab etmişdir ki, cavabdehin təqsirli hərəkəti-hərəkətsizliyi nəticəsində iddiaçı İddiaçı sağlamlığına zərər vurulmuş, həmin zərər aradan qaldırılmamış, bu səbəbdən zərərin aradan qaldırılması üçün əməliyyat olunmuşdur. Bu halda isə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisə doğurmamalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin məbləğinə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçının əməliyyat olunması zamanı keçirdiyi qorxu, stress, onun bu cür iztirablara dözümü nəzərə alınmalı, eləcə də psixoloji gərginlik, iztirab keçiriməsi inkar olunmazdır. Bunları nəzərə aldıqda məhkəmə mənəvi zərər olaraq cavabdeh tibb müəssisəsinin mülki hüquqi məsuliyyətinin 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini ağlabatan hesab etmişdir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
12. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi PHŞ-nin nümayəndəsi Nümayəndə ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin cavabdeh2 Publik Hüquqi Şəxsinə münasibətdə ləğv edilməsi, iddiaçının Perinatal Mərkəzinə qarşı irəli sürdüyü maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbinin rədd edilməklə, məhkəmənin hesab etdiyi halda iş üzrə əlavə sübutlar araşdırılmaqla və ya təkrar ekspertiza təyin edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1099.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz işçisinin əmək (xidməti, vəzifə) borclarını yerinə yetirərkən vurduğu zərərin əvəzini ödəməlidir. Lakin cərrah cavabdeh1 Perinatal Mərkəzin ştatlı işçisi deyil, o, digər tibb müəssisəsinin (Naxçıvan MR Xəstəxanasının) əməkdaşıdır və əməliyyata yalnız ixtisaslı həkim mütəxəssis kimi cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1097.1-ci maddəsinə əsasən, Məhkəmə zərərin birbaşa vurulmasında təqsiri prokurorluq qərarı ilə sübuta yetirilmiş fiziki şəxsi (həkimi) məsuliyyətdən azad edərək, bütün yükü Perinatal Mərkəzin üzərinə qoymuşdur. Bu, MM-nin 1097.1-ci maddəsinin (zərərin təqsirkar şəxs tərəfindən ödənilməsi prinsipi) tələblərinə tamamilə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-cü maddəsinə əsasən, Məhkəmə tərəfindən təyin edilmiş 7411.95 manat maddi zərər məbləği əsassızdır və iddiaçının müalicə xərcləri ilə Perinatal Mərkəzin fəaliyyəti arasında birbaşa səbəbli əlaqə mövcud deyil. Mənəvi zərərin ödənilməsi tələbi də əsassızdır. Çünki mənəvi zərər yalnız təqsirli hərəkət nəticəsində vurulduqda ödənilə bilər (MM 21-ci maddə). Perinatal Mərkəzin hər hansı təqsiri sübut olunmadığı halda, mərkəzdən mənəvi zərər tutulması qanunsuzdur. Məhkəmə tərəfindən maddi zərərin müəyyən edilməsi zamanı iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri və tibbi analiz sənədləri hərtərəfli araşdırılmamış, onların hansı tibbi xidmətə, hansı diaqnoza və hansı müalicə mərhələsinə aid olması müəyyən edilməmişdir. Qətnamədə sadəcə qəbzlərdə göstərilən məbləğlərin cəmlənməsi ilə kifayətlənilmiş, həmin xərclərin iddia edilən hüquq pozuntusunun birbaşa nəticəsi olması barədə hüquqi qiymətləndirmə aparılmamışdır. Məhkəmə hazırkı iş üzrə iddiaçının məhz Perinatal Mərkəzin hüquqa zidd davranışı nəticəsində mənəvi sarsıntı, iztirab və digər qeyri-əmlak xarakterli zərərə məruz qalmasını təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim etməmişdir. Iş materiallarında psixoloji və ya psixiatrik rəy, habelə mənəvi zərərin həcmini və onun cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsini təsdiq edən digər sübutlar mövcud deyildir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalmasını və həmin zərərin məhz Perinatal Mərkəzin hərəkətlərindən irəli gəlməsini sübuta yetirilməmiş hesab etmədən mənəvi zərərin ödənilməsi barədə nəticəyə gəlmişdir. Bu isə MPM-in 77.1 və 88-ci maddələrinin tələblərinə zidd olmaqla, mənəvi zərərin müəyyən edilməsinin kifayət qədər hüquqi və faktiki əsaslara söykənmədiyini göstərir. Birinci instansiya məhkəməsi zərərin yaranmasında iştirak etmiş şəxslərin hüquqi statusunu, onların fəaliyyət dairəsini və məsuliyyət bölgüsünü tam araşdırmadan maddi zərərin tam həcmdə yalnız Perinatal Mərkəzdən tutulması barədə nəticəyə gəlmişdir. Halbuki, iş materiallarından görünür ki, iddia edilən sağlamlığa zərər əməliyyat zamanı cərrah cavabdeh1 tərəfindən göstərilmiş tibbi müdaxilə ilə əlaqələndirilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi PHŞnin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsinin cavabdeh2 Publik Hüquqi Şəxsinə münasibətdə ləğv edilməsi, iddiaçının Perinatal Mərkəzinə qarşı irəli sürdüyü maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbinin rədd edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onavurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və yamüqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. b)
24. 4.60-cı bənd. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
25. 4.68-ci bənd. Tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyasına dair tələblərin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsi, Mülki Məcəllənin 1112-ci maddəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, habelə bu sahəyə aid digər normativ-hüquqi aktlar təşkil edir.
26. 4.73-cü bənd. Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olubolmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması.
27. 4.74-cü bənd. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarı
28. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. d) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının qiymətləndirməsi
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
38. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı İddiaçı Imamverdi qızının hazırkı iş üzrə ilkin olaraq irəli sürdüyü tələbin mahiyyəti Naxçıvan Muxtar Respublikası Perinatal X3 Şəxsdən sağlamlığına vurulmuş zərərin əvəzi olaraq maddi və mənəvi zərərin tutulmasından ibarət olmuş, iddia tələbinin dəqiqləşdirilməsi nəticəsində maddi zərərin 10.000 manat əməliyyat xərcləri, 4.000 manat yeni doğulmuş uşağın qidalanması ilə əlaqədar çəkilmiş xərclər, mənəvi zərərin isə 11.000 manat olmaqla, ümumilikdə 25.000 manat məbləğində tutulması tələb edilmiş, cavabdeh1 prosesə digər cavabdeh qismində cəlb olunmuş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək iddiaçının sağlamlığına vurulmuş zərərlə əlaqədar 7.411,95 manat maddi və 500 manat mənəvi zərərin, ümumilikdə 7.911,95 manatın cavabdeh2 Publik Hüquqi Şəxsdən tutulmasını, habelə ödənilmiş 166 manat dövlət rüsumunun 52,33 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını qət etmiş, 4.000 manat körpənin qidalanma xərcləri və mənəvi zərərin 500 manatdan artıq hissəsi barədə tələbləri isə təmin etməmişdir. Eyni zamanda, cavabdeh X7 X5 Etibar Yunis oğluna qarşı reqress qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
39. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ## #### 2025-ci il tarixdə cavabdeh2 qeysəriyyə əməliyyatı olunmuş, əməliyyat zamanı yaranmış ağırlaşma ilə əlaqədar sonradan onun sağlamlığında problemlər meydana çıxmış, bununla bağlı müxtəlif tibb müəssisələrində tibbi müdaxilələr həyata keçirilmişdir.
40. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli Naxçıvan Şəhər Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, ##.##.2025-ci il tarixdə komisyon məhkəmə-tibbi ekspertizası təyin olunmuş və rəy alınmışdır. Komisyon məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixdə, saat 03:59-da sancı və dölyanı mayenin vaxtından əvvəl axması şikayətləri ilə “Naxçıvan MR Perinatal Mərkəzi” PHŞ-yə daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “38 həftə hamiləlik; Baş gəlişi; Doğuşun İ dövrü; Dölyanı mayenin azlığı” diaqnozu qoyulmuşdur. ##.##.2025-ci il tarixdə saat 13:10-da növbətçi həkim çağırışı ilə təkrar doğan qadın müayinə olunmuş və dölün ürək döyüntülərinin bradikardiya tiplu dəyişdiyi (dəqiqədə 70- 90 vurğu) qeyd edilmişdir. Təcili “xxxx” cərrahiyyə əməliyyatına qərar verilmiş və “38 həftə hamiləlik; Baş gəlişi; Doğuşun İ dövrü; Klinik dar çanaq; Dölün bətndaxili xroniki hipoksiyasının kəskinləşməsi” diaqnozu ilə cərrahiyyə əməliyyatının icrasına başlanılmışdır. Əməliyyatın gedişi zamanı uşaqlığın sol tərəfində uşaqlıq boynuna doğru cırılma qeydə alınmış, bu səbəbdən əməliyyat blokuna həkim cərrah və əlavə həkim mama-ginekoloq dəvət edilmişdir. Uşaqlıq bərpa edilmiş və əməliyyat başa çatdırılmışdır. Uşaqlığın sol tərəfli travmatizminin səbəbi kliniki dar çanaq ilə əlaqədar “xxxx” əməliyyatının gecikdirilməsi olmuşdur. Təyinat üzrə müalicələr aparılmış və xəstə ##.##.2025-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı ##.##.2025-ci il tarixdə “HB Güvən Klinikası”na ağır vəziyyətdə daxil olmuş və ona “Sidik axarının başqa rubrikalarda təsnif olunmayan daralması; Digər sepsis; Xroniki obstruktiv pielonefrit; Dəqiqləşdirilməmiş anemiya” diaqnozu təyin edilmişdir. Həmin tarixdə lokal anesteziya altında “Sol tərəfli 12 FR nefrostoma taxılması” cərrahiyyə əməliyyatı icra edilmişdir. ##.##.2025-ci il tarixdə xəstə kafi vəziyyətdə öz razılığı ilə evə ambulator müalicəyə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı ona “Sol tərəfli sidik axarının yatrogen obstruksiyası; Nefrostomanın daşıyıcısı; Xroniki pielonefrit” diaqnozu təyin edilmişdir. Bununla əlaqədar ona ##.##.2025-ci il tarixdə “xxxx” MMC-də “Sol tərəfli ureterosistoneostomiya; Stentin taxılması” cərrahiyyə əməliyyatı icra edilmişdir. Beləliklə, Rasimə Qasimovaya ##.##.2025-ci il tarixdə “Naxçıvan MR Perinatal Mərkəzi” PHŞ-də aparılmış “xxxx” cərrahiyyə əməliyyatının texniki qüsurlu icrası ilə əlaqədar uşaqlıqda yaranmış cırılma və bu cırılmanın qüsurlu bərpası hesabına sol tərəfli sidik axarının yatrogen obstruksiyası baş vermişdir. Bu da sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan “sağlamlığa az ağır zərərvurmaya” aiddir.
41. Bu faktı iş üzrə cavabdeh təşkilatın nümayəndəsi birinci instansiya məhkəməsinə ünvanlandığı ##.##.2026-cı il tarixli iddia tələbinə etiraz ərizəsində özü də etiraf etmiş və bildirmişdir ki, böyrək kanalının tikilməsi ilə bağlı müdaxilə Perinatal Mərkəzin ginekoloji şöbəsinin həkimləri tərəfindən həyata keçirilməmiş, həmin müdaxilə Naxçıvan Muxtar Respublikası Xəstəxanası tibb müəssisəsinin cərrahı olan cavabdeh1 tərəfindən həyata keçirilmiş, qeyd edilən tibbi müdaxilə cavabdeh tibb müəssisəsinin əməkdaşı tərəfindən həyata keçirilmədiyindən həmin hal üzrə məsuliyyətin də cavabdehin üzərinə qoyulmasının hüquqi baxımdan yolverilməzdir. Yəni cavabdeh təşkilat qeysəriyyə əməliyyatı zamanı böyrək kanalının tikilməsi faktını qəbul etmiş, lakin bu məsuliyyətə görə cavabdehin təmsil etdiyi qurum deyil, həkim olduğunu bildirmişdir.
42. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusundan iddiaçının cavabdeh2 Publik Hüquqi Şəxsində qeysəriyyə əməliyyatı olunması, aparılmış qeysəriyyə əməliyyatı zamanı uşaqlıqda yaranmış cırılmanın texniki qüsurlu bərpası nəticəsində iddiaçıya dərəcəsinə görə az ağır xəsarət hesab olunan sol tərəfli sidik axarının yatrogen obstruksiyası xəsarətinin yetirilməsi, həmin zərərin qeysəriyyə əməliyyatı zamanı baş vermiş müdaxilə ilə səbəbli əlaqəsinin olması və sonradan iddiaçının əlavə tibbi yardım və müalicə almasına zərurət yaranması müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisənin həlli zamanı zərərin mövcudluğu, zərərin hüquqazidd hərəkət və ya hərəkətsizlik nəticəsində yaranması, həmin hərəkət və ya hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin mövcudluğu, habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda təqsir məsələsi müəyyən edilməlidir.
44. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi bu halları araşdırmış və iş materiallarında olan sübutlara, o cümlədən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsaslanaraq (qərardadkı ekspert rəyinə) iddiaçının sağlamlığına zərər vurulduğunu və həmin zərərlə tibbi müdaxilə arasında səbəbli əlaqənin mövcud olduğunu düzgün müəyyən etmişdir. Eyni zamanda iddiaçının sağlamlığına zərər vurulması faktı cavabdehin nümayəndəsinin etiraz ərizəsində də etiraf olunmuşdur.
45. Ilk növbədə qeyd edilməlidir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.
46. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
47. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Lakin mülki hüquq qanunvericiliyində bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
48. Hazırkı işdə iddiaçı tibbi yardım almaq üçün X7 Hüquqi Şəxsinə müraciət etmiş, “xxxx” əməliyyatı həmin tibb müəssisəsində həyata keçirilmiş və əməliyyatın aparılması üçün cavabdeh1 məhz tibbi yardımın göstərilməsi prosesinə cərrah kimi cəlb edilmişdir. Zərərə səbəb olan tibbi müdaxilə məhz iddiaçının Perinatal Mərkəzində aparılmış qeysəriyyə əməliyyatı ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi də müəyyən etmişdir ki, iddiaçının sağlamlığına zərər həmin tibb müəssisəsində göstərilən tibbi yardım zamanı yaranmışdır. Bu baxımdan, iddiaçı ilə tibb müəssisəsi arasında tibbi xidmətin göstərilməsi ilə bağlı hüquq münasibətlərinin mövcudluğu və həmin xidmətin göstərilməsi zamanı onun sağlamlığına zərər vurulması tibb müəssisəsinin mülki hüquqi məsuliyyət məsələsinin həll edilməsi üçün hüquqi əhəmiyyət kəsb edir.
49. Məhz bu səbəbdən cavabdeh1 Perinatal Mərkəzin ştatlı və ya xidməti müqavlə əsaslı əməkdaşı olmaması həmin tibb müəssisəsinin pasiyent qarşısında məsuliyyətini birmənalı olaraq istisna edən hal kimi qəbul edilə bilməz. Bu hal, gələcəkdə arzu olunacağı təqdirdə zərərin tibb müəssisəsi tərəfindən ödənilməsindən sonra zərərvuran şəxslə tibb müəssisəsi arasındakı münasibətlər, o cümlədən reqres məsələsi baxımından hüquqi əhəmiyyət kəsb edə bilər. Belə ki, birinci instansiya məhkəməsi də qətnamənin nəticə hissəsində X14 Etibar Yunis oğluna qarşı reqres qaydasında məhkəməyə müraciət etmək hüququnu izah etmişdir.
50. Iddiaçının maddi zərərə dair tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzlərindən onun tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 7411,95 manat məbləğində ödənişlərin həyata keçirilməsi təsdiq olunur. Həmin ödənişlərin iş üzrə müəyyən edilmiş sağlamlığa zərərin nəticələrinin aradan qaldırılması və tibbi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərclərə aid olduğu birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilmişdir.
51. Belə ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinin mahiyyətinə görə hüququ pozulmuş şəxs hüququnun bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, yəni real zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2002-ci il tarixli qərarında da MM-in 21-ci maddəsində nəzərdə tutulan zərərin real zərər və əldən çıxmış faydadan ibarət olduğu, real zərərin isə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri əhatə etdiyi izah edilmişdir.
52. Iş materiallarından görünür ki, iddiaçının sağlamlığına vurulmuş zərərin aradan qaldırılması məqsədilə o, sonrakı dövrdə əlavə tibbi müdaxilələrə və müalicəyə məruz qalmış, müxtəlif tarixlərdə tibbi xidmətlərlə bağlı ödənişlər etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 10.000 manatı bütövlükdə deyil, məhz təqdim edilmiş sənədlərlə təsdiqlənmiş 7.411,95 manat hissəsini təmin etmişdir. Bu hal özü də göstərir ki, məhkəmə iddiaçının tələb etdiyi məbləği araşdırılmamış şəkildə qəbul etməmiş, yalnız sənədlərlə təsdiqləndiyini hesab etdiyi xərcləri kompensasiya etmişdir.
53. Apellyatorun qəbzlərin sadəcə cəmləndiyi, araşdırma aparılmadığı barədə dəlili də qətnamənin mahiyyətinə uyğun deyildir. Çünki ödəniş sənədləri iş üzrə digər tibbi sənədlərlə, iddiaçının sağlamlıq vəziyyətinin əməliyyatdan sonrakı inkişafı və sonrakı müalicə zərurəti ilə birlikdə qiymətləndirilmişdir. Xüsusilə sağlamlığa vurulmuş zərərin məhz ## #### 2025-ci il tarixdə keçirilmiş əməliyyatla əlaqəsi iş materiallarında olan prokurorluq qərarı və sonrakı tibbi sənədlərlə təsdiqləndiyindən, zərərin nəticələrinin aradan qaldırılması üçün çəkilmiş xərclərin həmin zərərdən ayrı və əlaqəsiz xərclər olduğu barədə apellyasiya dəlili inandırıcı hesab edilə bilməz.
54. Apellyasiya şikayətinin digər dəlili Perinatal Mərkəzin təqsirinin sübuta yetirilmədiyi, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən psixoloji və ya psixiatrik rəyin işdə olmadığı və bu səbəbdən 500 manat mənəvi zərərin tutulmasının qanunsuz olması barədədir.
55. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2002-ci il tarixli qərarında mənəvi zərərin şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində meydana gələn, fiziki şəxsə mənəvi sarsıntı və iztirab verən qeyri-əmlak xarakterli zərər olduğu, onun maddi zərərlə birlikdə və ya maddi zərərdən asılı olmayaraq kompensasiya edilə biləcəyi göstərilmişdir. Həmin qərarda həmçinin mənəvi zərərin ödənilməsi məsələsinin hər bir konkret iş üzrə işin hallarının qiymətləndirilməsi əsasında həll edilməli olduğu qeyd edilmişdir.
56. Ali Məhkəmə Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli qərarında da mənəvi zərərin yalnız ayrıca psixoloji və ya psixiatrik ekspertiza rəyi ilə sübut edilə biləcəyi barədə məhdudlaşdırıcı qayda müəyyən edilməmişdir. Əksinə, həmin qərarda məhkəmənin zərərçəkənin fiziki və mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunduğunu, onların hansı şəraitdə və hansı hərəkət və ya hərəkətsizlik nəticəsində baş verdiyini, zərərvuranın təqsirini və zərərçəkənin keçirdiyi mənəvi sarsıntı və iztirabları müəyyən etməli olduğu izah edilmişdir.
57. Hazırkı işdə iddiaçının sağlamlığına doğuş əməliyyatı zamanı zərər vurulması, həmin zərərin nəticələrinin aradan qaldırılması üçün sonradan əlavə tibbi müdaxilələrə məruz qalması, xəstəxanalarda və sonrakı müalicə prosesində uzunmüddətli tibbi yardım alması və bu səbəbdən ailə həyatına, o cümlədən yeni doğulmuş uşağının ana südü ilə qidalandırılmasına dair imkanlarının məhdudlaşması kimi hallar mənəvi sarsıntı və fiziki iztirabların mövcudluğunu obyektiv şəkildə xarakterizə edən hallardır.
58. Mənəvi zərərin mövcudluğu üçün zərərçəkənin mütləq psixiatrik xəstəlik keçirməsi və ya bu barədə ayrıca ekspert rəyi təqdim etməsi tələb edilmir. Əks halda sağlamlığa ciddi zərər vurulması, cərrahi müdaxilələr və fiziki əzablarla müşayiət olunan hallarda mənəvi zərərin kompensasiyası yalnız psixiatrik diaqnozun mövcudluğu ilə şərtləndirilmiş olardı ki, bu da mənəvi zərərin hüquqi mahiyyəti ilə uyğun gəlməz.
59. Bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçının əməliyyatlar zamanı qorxu, stress, psixoloji gərginlik və iztirab keçirməsini işin konkret hallarından çıxış edərək müəyyən etməsi əsaslıdır. Eyni zamanda məhkəmə mənəvi zərər tələbinin 11.000 manat həcmində deyil, yalnız 500 manat hissəsində əsaslı olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə mənəvi zərərin mövcudluğunu qəbul etsə də, onun məbləğini iddiaçının tələb etdiyi həcmdə deyil, işin xarakteri, zərərin nəticələri, fiziki və mənəvi iztirabların dərəcəsi və ədalətlilik və mütənasiblik prinsipləri əsasında əhəmiyyətli dərəcədə aşağı müəyyən etmişdir.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tərəflərin təqdim etdikləri sübutlara lazımi hüquqi qiymət vermiş, tibb müəssisəsində müalicə zamanı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı MM-in 1112-ci maddəsinin tələblərini düzgün tətbiq etmiş və iddiaçının sağlamlığına vurulmuş zərərlə sonrakı müalicə xərcləri arasında səbəbli əlaqənin mövcudluğu barədə əsaslı nəticəyə gəlmişdir.
61. Kollegiya bir daha qeyd edir ki, X16 Etibar Yunis oğlunun onun ştatlı və ya müqavilə əsaslı işçisi olmamasına istinad etməsi tibb müəssisəsinin pasiyent qarşısında məsuliyyətini istisna etmir və bu hal zərərin ödənilməsi barədə iddiaçının tələbini rədd etmək üçün hüquqi əsas təşkil etmir. Həmin şəxsin digər tibb müəssisəsinin əməkdaşı olması, onun Perinatal Mərkəzdə tibbi müdaxiləyə hansı əsaslarla cəlb edilməsi və zərərin yaranmasında onun təqsirinin dərəcəsi Perinatal Mərkəzin zərərçəkmiş pasiyent qarşısında məsuliyyət məsələsindən fərqli olaraq, cavabdehlər arasındakı daxili münasibətlərin predmetidir və zərərin ödənilməsindən sonra reqres qaydasında həll edilə bilər.
62. Bu əsaslarla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayətinin predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
64. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh2 Publik Hüquqi Şəxsi tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdeh cavabdeh2 Publik Hüquqi Şəxsin özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.