Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-160/2026 16.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X3 ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh-iddiaçı Cavabdeh iştirakları ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması tələbinə dair ilkin, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia üzrə iddia tələbinin təmin edilməməsi, İddiaçı (1226006153 qeydiyyat, 1060110000-05101-****** reyestr nömrəli) ## ##### 2026-cı il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və iddia tələbinə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması tələbinə dair ilkin, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia tələbi çərçivəsində baxılmışdır. Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması, ilkin iddia verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Culfa Rayon Məhkəməsinin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh-iddiaçı Cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək Culfa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamənin qəbul edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək 26006153 qeydiyyat, 106011000058-05101-****** reyestr nömrəli, ##.##.2026-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən İddiaçı istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün ## ###### 2026-cı il tarixdə kollegiyaya daxil olmuşdur. ## ######## 2026-cı il tarixdə apellyasiya şikayətinə baxılarkən tərəflər kollegiyaya barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdirlər. Kollegiyaya təqdim olunmuş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması tələbinə dair ilkin, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə mülki iş üzrə Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar aşağıdakı qaydada barışıq sazişi bağlayırıq:
1. Mən iş üzrə iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən iddiaçı-cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış və istifadə hüququnun xitam verilməsi qarşılığında ona 10000 (on min) manat məbləğində kompensasiyanın birdəfəlik qaydada verilməsinə razıyam. Həmin məbləğin iddiaçı-cavabdeh İddiaçı 2026-cı ilin noyabr ayının 1-dək ödənilməsinə etiraz etmirəm.
2. Mən iş üzrə cavabdeh-iddiaçı Cavabdeh ünvan 1 ünvanındə yerləşən mənzilə olan yaşayış və istifadə hüququna xitam verilməsi qarşılığında iddiaçı-cavabdeh İddiaçı 10000 (on min) manat məbləğində kompensasiyanın birdəfəlik qaydada verilməsinə və həmin məbləğin iddiaçı-cavabdeh İddiaçı 2026-cı ilin noyabr ayının 1-dək ödəyəcəyimə dair öhdəlik götürürəm.
3. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirik. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr bizə aydındır. Barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsinin hüquqi nəticələri bizə izah olundu və razıyıq. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında yuxarıda qeyd olunan məzmunda bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Kollegiya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar fikirlərini dinləyərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə sazişin təsdiq olunmaması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil, ona görə də tərəflər arasında ## ######## 2026-cı il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən normanın tələbinə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı tərəfindən ilkin iddia ərizəsi verilərkən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Culfa rayon filialına ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıcavabdehə geri qaytarılmalıdır. Eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilən zaman “Hökümət ödəniş” portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu, həmçinin apellyasiya şikayəti verilərkən “Hökümət ödəniş” portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu cavabdeh-iddiaçıya geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 384.0.5, 400, 402.2.4, 405.0.2 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya
qərara alır:
Iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə ilə cavabdeh-iddiaçı Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Mən iş üzrə iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən iddiaçı-cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış və istifadə hüququnun xitam verilməsi qarşılığında ona 10000 (on min) manat məbləğində kompensasiyanın birdəfəlik qaydada verilməsinə razıyam. Həmin məbləğin iddiaçı-cavabdeh İddiaçı 2026-cı ilin noyabr ayının 1-dək ödənilməsinə etiraz etmirəm.
2. Mən iş üzrə cavabdeh-iddiaçı Cavabdeh ünvan 1 ünvanındə yerləşən mənzilə olan yaşayış və istifadə hüququna xitam verilməsi qarşılığında iddiaçı-cavabdeh İddiaçı 10000 (on min) manat məbləğində kompensasiyanın birdəfəlik qaydada verilməsinə və həmin məbləğin iddiaçı-cavabdeh İddiaçı 2026-cı ilin noyabr ayının 1-dək ödəyəcəyimə dair öhdəlik götürürəm.
3. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirik. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr bizə aydındır. Barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsinin hüquqi nəticələri bizə izah olundu və razıyıq. Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Iddiaçı-cavabdeh İddiaçı tərəfindən ilkin iddia ərizəsi verilərkən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Culfa rayon filialına ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı-cavabdehə geri qaytarılsın. Eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilən zaman “Hökümət ödəniş” portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu, həmçinin apellyasiya şikayəti verilərkən “Hökümət ödəniş” portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu cavabdeh-iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.