Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-162/2026 30.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı özbaşına tikilinin dayandırılması və sökülməsi tələbinə dair mülki iş üzrə (Açar söz: özbaşına tikilinin dayandırılması və sökülməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X16 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi və iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı özbaşına tikilinin dayandırılması və sökülməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iş materiallarına əlavə edilmiş JN-***A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədən Babək rayon Zeynəddin kəndində yerləşən 0.17 ha. həyətyanı torpaq sahəsinin X13 və ailə üzvləri X7, X11 və İddiaçı ümumi mülkiyyətində olması aydın olur.
2. Iş materiallarına əlavə edilmiş JN-***A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədən Babək rayon Zeynəddin kəndində yerləşən 0.14 ha. həyətyanı torpaq sahəsinin X1 və ailə üzvləri X8, X9, X10, X2 və X3 mülkiyyətində olması aydın olur.
3. Iş materiallarına əlavə edilmiş Sirab Bələdiyyəsinin və Zeynəddin kənd IƏD üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli arayışlarında qeyd edilmişdir ki, Cavabdeh öz həyətinə yardımçı tikili tikməyə başlamışdır. Bu tikməyə başladığı yardımçı tikili qonşu İddiaçı həyəti ilə sərhəddə düşdüyü üçün qonşular arasında münaqişə başlamış və davam etmişdir. II. Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı “26” sentyabr 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək rayon Zeynəddin kəndində yerləşən yaşayış evinə bitişik Cavabdeh tərəfindən özbaşına tikilinin dayandırılması və sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.18 ha. torpaq sahəsi ## #### 1998-ci il tarixdə 04B nömrəsi ilə arvadı X13 adına verilmişdir. X4 vəfat etdikdən sonra arvadı Cavabdeh adına keçmişdir. Həmin həyətin yan hissəsində Cavabdeh 2 ev tikmişdir və həmin evləri onun evinə bitişik tikmişdir. 3-cü evi isə haliyyədə tikir. Həmin evlərin tikilməsi onun evinə maneçilik törədir. Bunu FHN-nin nümayəndələri də baxış keçirərək təsdiq etmişdir. Həmin qurum tikilinin sökülməsi ilə bağlı xəbərdarlıq etsə də, Qəndab tikilinin aparılmasını dayandırmır.
6. Iddiaçı İddiaçı prosesin gedişində verdiyi ərizə əsasında Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə vəsatəti təmin edilərək mülki işə İddiaçı Cavabdeh qarşı Cavabdeh məxsus Babək rayon, Zeynəddin kəndində 0.297 hektar torpaq sahəsində yerləşən 55.46 kv.m fərdi yaşayış evinə bitişik inşa edilmiş eni 4.18 metr, uzunluğu 5.56 metr olan köməkçi tikilinin inşasının dayandırılması və sökülməsi həddində baxılması qərara alınmışdır.
7. Mütəxəssis Mütəxəssis məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh mülkiyyətində olan, Babək rayon Zeynəddin kəndində 0,0297 ha. torpaq sahəsində yerləşən 55,46 kv.m fərdi yaşayış evinin faktiki istifadədə olan sərhədləri texniki pasportda qeyd edilən ölçülərə uyğundur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşdirilmişdir. Qanunun 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evi 2013-cü ilədək inşa olunan və hündürlüyü 12 metrədək olan tikili olduğundan həmin tikili “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən aparılmış əlavə tikililərin şəhərsalma norma və qaydalarına uyğunluğuna dair rəyin verilməsi müvafiq yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Fərdi yaşayış evinə tikilmiş qeyri-yaşayış təyinatlı köməkçi tikilinin sahəsi təqribən 20-21 m2 -dir.
8. X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Tikinti Məcəlləsinə əsasən qonşulardan biri hasara yaxın tikili inşa edərsə digər tərəfdən notarial qaydada təsdiq olunmuş razılıq almalı və ya ara məsafəsi saxlanılmalıdır. Cavabdehin tikdiyi 23 kv.m sahəsi, 3.80 metr hündürlüyü olan yeni tikilinin təyinatı sanitar qovşaqdır. Tikili yarımçıq vəziyyətdədir, pirketlə hörülüb və təmirsizdir, lakin istifadə olunur. Təqribən 1.14 metrədək ara məsafəsi saxlanılmalı, yaxud tərəflər arasında notariat qaydada təsdiq edilmiş razılıq alınmalı olsa da, belə razılıq alınmayıb. Faktiki olaraq 0.30-0.40 metr ara məsafəsi saxlanılıb. Cavabdehin inşa etdiyi tikili onun öz mülkiyyətində olan torpaq sahəsində yerləşir, lakin şəhərsalma tikinti qanunvericiliyinin tələblərinə uyğun deyil.
9. Həmçinin işin gedişində məhkəmə tikinti ekspertizası təyin olunmuş, ekspertizanın rəyində qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Babək rayon, Zeynəddin kəndində yerləşən 0,0297 ha. torpaq sahəsində, sahəsi 55.46 kv.m olan fərdi yaşayış evinin ön hissəsinə bitişik şəkildə dövlət qeydiyyatına alınmayan və texniki pasportda göstərilməyən, təqribən eni 4,18 metr, uzunluğu 5,56 metr, hündürlüyü 3.80 metr, ümumi sahəsi isə 23,24 kv.m olan birmərtəbəli yardımçı təyinatlı tikilinin (sanitar qovşağının) inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin mülki iş materiallarında və tədqiqata təqdim olunmuş zəruri məlumatlara əsasən müəyyən edilmişdir ki, Babək rayonu, Zeynəddin kəndində 0,0297 hektar torpaq sahəsində yerləşən, sahəsi 55,46 kv.m olan fərdi yaşayış evinin ön hissəsinə bitişik şəkildə dövlət qeydiyyatına alınmayan və texniki pasportda göstərilməyən, təqribən eni 4,18 metr, uzunluğu 5.56 metr, hündürlüyü isə 3,80 metr (ümumi sahəsi 23,24 kv.m) olan bir mərtəbəli yardımçı təyinatlı tikilinin (sanitar qovşağının) inşa edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ üzrə "Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini müəyyən edən 69-cu maddə, "Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi ilə bağlı 70-ci maddə və "Yanaşı divarlara dair 72-ci maddə ilə nəzərdə tutulmuş tələblərə, o cümlədən 69.1, 69.1.1, 69.1.2, 69.2, 69.3, 69.4, 69.5, 69.5.1., 69.5.2, 69.5.2-1, 69.5.3, 69.6, 69.7, 69.7.1, 69.7.2, 69.7.3, 69.7.4, 69.8, 70.1, 71.1, 71.2, 72.1 və 72.2-ci bəndlərinin tələblərinə uyğun hesab olunmur.
10. Qoyulmuş suallardan əlavə, məhkəmə tikinti-texniki ekspertizasının predmeti üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə aparılmış ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən də cavabdehə məxsus torpaq sahəsinə bitişik istiqamətdə əlavə yaşayış və köməkçi təyinatlı tikililər inşa edilmişdir. Eyni zamanda "Google Earth" proqramının zaman tuneli (tarixi görüntülər) funksiyası vasitəsilə əldə edilmiş ##.##.2020-ci il tarixli görüntülərə əsasən iddiaçı tərəfindən cavabdehə məxsus fərdi yaşayış evinə yanaşı inşa edilmiş tikilinin də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.1.1, 69.1.2, 69.2, 69.3, 69.4, 69.5, 69.5.1, 69.5.2, 69.5.2-1, 69.5.3, 69.6, 69.7, 69.7.1, 69.7.2, 69.7.3, 69.7.4, 69.8, 70.1, 71.1, 71.2, 72.1 və 72.2-ci bəndlərinin tələblərinə uyğun aparılmaması kimi qiymətləndirir.
11. Babək Rayon Məhkəməsinin (işə baxan hakim Günay Ismayıl) ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilərək məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Ekspertizası Mərkəzinin Mərkəzi Bankın Naxçıvan MR Idarəsindəki AZ**NABZ******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, özbaşına tikili, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa tikilidir. Göründüyü kimi, sadalanan meyarlar sırasında tikilinin dövlət reyestrində qeydə alınmaması göstərilməmişdir. Odur ki, şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində lazımi inzibati prosedurlara uyğun şəkildə inşa etdiyi, lakin hələ reyestrdən qeydiyyatdan keçirmədiyi tikinti özbaşına tikili sayıla bilməz. Mübahisə olduqda bir tikilinin özbaşına sayılması üçün müvafiq icra hakimiyyəti orqanı (və ya maraqlı tərəf) Mülki Məcəllənin məhz 180.1-ci maddəsində əks olunan şərtləri iddia və sübut etməlidir. Göründüyü kimi, mübahisə predmeti dövlət qeydiyyatına altına alınmayan özbaşına tikili olsa da, cavabdehin həmin tikililərə gözlənilən mülkiyyət hüququ vardır. Iddiaçının tələbi cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin özbaşına tikili hesab edilərək inşasının dayandırılması və sökülməsinə yönəlmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən tikili cavabdeh Cavabdeh dövlət qeydiyyatına alınmış mülkiyyətində olan 0,0297 ha. torpaq sahəsində yerləşir. Bu hal hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport, mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Hazırkı iş üzrə iddiaçı cavabdehin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, dövlət qeydiyyatının ləğvi, torpaq sərhədlərinin müəyyən edilməsi və ya torpaq sahəsinin geri qaytarılması barədə tələb irəli sürməmişdir. Buna görə də məhkəmə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğunu şübhə altına ala bilməz. Ekspert rəyi ilə yardımçı tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qonşuluq hüququna və tikinti obyektləri arasında məsafələrə dair müəyyən tələblərinə tam uyğun olmadığı göstərilmişdir. Lakin həmin hal özlüyündə tikilinin sökülməsi üçün əsas hesab edilə bilməz. Belə ki, tikilinin sökülməsi yalnız tikintinin digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu və ya insanların həyatı və sağlamlığı üçün real təhlükə yaratdığı hallarda mümkündür. Ekspert rəyində mübahisəli tikilinin iddiaçının yaşayış evinin dağılması, istismarının mümkünsüzlüyü və sağlamlığı üçün təhlükə yaratmadığı qənaətinə gəlmişdir. Təsadüfi deyildir ki, qanunvericilik özbaşına tikilinin sökülməsini şəhərsalma və tikinti qaydalarının “ciddi” şəkildə pozulması və bunun digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu və ya insanların həyatı və sağlamlığı üçün real təhlükə yaratdığı hallarda mümkün hesab etmişdir. Bundan başqa, ekspert rəyində, həmçinin məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən də cavabdehin torpaq sahəsinə bitişik istiqamətdə şəhərsalma və tikinti normalarına uyğun olmayan tikililər inşa edilmiş, hər iki tərəf tikinti zamanı normativ ara məsafələrinə əməl etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı özü də ara məsafəsi qaydalarına riayət etmədən torpaq sahəsinin sərhəd nöqtəsində tikili ucaltmaqla eyni xarakterli tikinti normalarını pozduğu halda cavabdehin tikilisinin sökülməsini tələb etməsi hüquqdan vicdanlı istifadə prinsipi ilə uzlaşmır. Iddiaçı cavabdehin tikilisinin onun mülkiyyət hüququnu pozmasını, tikilinin onun torpaq sahəsində yerləşməsini və ya sökülməsini zəruri edən digər hüquqi əsasların mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsaslılığı müəyyən olunmadığından əsassız hesab edilməli və təmin edilməməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
13. Həmin qətnamə ilə razılaşmayan iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Iddia tələbinin təmin edilməməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. Iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam və hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar bu hüquqların məhdudlaşdırılması, başqasına keçməsi və xitamı qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Qeyd olunan normanın mövcud mübahisə ilə heç bir bağlılığı yoxdur və bu hüquq norması düzgün tətbiq edilməmişdir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Məhkəmə tərəfindən həmin maddə sadalansa da, iş üzrə həmin maddə düzgün tətbiq edilməmiş və iddia tələbi əsassız olaraq rədd edilmişdir. Halbuki cavabdehin apardığı tikililər özbaşına tikilidir. Məhkəmə tərəfindən həmin norma iş üzrə düzgün tətbiq edilməmişdir ondan ötəri ki, mövcud iddia tələbi ara məsafələri və yerüstü tikinti obyektlərini əhatə edir. Məhkəmə baxışında ekspertin rəyi ilə razılaşmadığını bildirsə də, məhkəmə əlavə ekspertiza təyin etməli olduğu halda bunu etməmiş və prosessual hüquq norması pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı İddiaçı şikayətini müdafiə edərək, şikayətlə oxşar məzmunlu izahat vermiş və Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin kollegiyanın ünvanına ##.##.2026-cı il tarixdə ərizə ilə müraciət edərək övladının 3 azyaşlı övladı onun himayəsində olduğundan və azyaşlı uşaqları başqa heç kimin himayəsinə qoya bilməyəcəyindən növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası
18. 13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. 29-cu maddənin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.
20. 60-cı maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
21. 71-ci maddənin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
22. 71-ci maddənin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
31. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
32. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz
33. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.
34. 180-ci maddəsinin yarımbəndlərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. c) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
35. Maddə 3.0.34. Qonşular tikinti ərazisinin yaxınlığında mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan və tikinti nəticəsində qanunla qorunan maraqlarına toxunulan şəxslərdir.
36. Maddə 3.0.35. Yanaşı divarlar bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edilmiş divarlardır. d) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları
37. Maddə 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra - sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
38. Maddə 1.3. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd - torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. e) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
53. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
54. Ilk olaraq qeyd edilməlidir ki, iş üzrə tərəflər arasında mübahisə doğurmayan hal ondan ibarətdir ki, Cavabdeh mülkiyyətində Babək rayonu, Zeynəddin kəndində yerləşən torpaq sahəsində dövlət qeydiyyatına alınmamış, texniki pasportda göstərilməyən, təqribən 23,24 kv.m sahəsi, 3,80 metr hündürlüyü olan bir mərtəbəli yardımçı təyinatlı tikili inşa edilmişdir. Həmçinin həmin tikili cavabdehin öz mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında yerləşir və ekspert rəyinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin yanaşı sahələrdə tikinti, obyektlər arasında məsafələr və qonşuluq hüququ ilə bağlı müəyyən edilmiş tələblərinə uyğun inşa edilməmişdir. Iş üzrə digər mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının da cavabdehin torpaq sahəsinə bitişik istiqamətdə əlavə yaşayış və köməkçi təyinatlı tikililər inşa etdiyi və həmin tikililərin də müvafiq normativ ara məsafələrinə uyğun olmadığı ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir.
55. Iş üzrə mübahisəli hallar isə, ilk növbədə, iddiaçının cavabdeh tərəfindən aparılan tikintiyə vaxtında etiraz edib-etməməsi, tikintidən nə vaxt xəbər tutması və tikintinin iddiaçının hüquq və qanunla qorunan mənafelərinə konkret olaraq hansı şəkildə müdaxilə etməsi, habelə mübahisəli tikilinin sökülməsini zəruri edən hüquqi və faktiki əsasların mövcud olubolmamasından ibarətdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında uzun illərdir ki, Bakı şəhərində yaşadığını, Zeynəddin kəndində faktiki olaraq yaşamadıqlarını, mübahisəli yaşayış evində uzun zamandır heç ümumiyyətlə kimin yaşamadığını, cavabdehin tikintiyə başlaması barədə başqa şəxsdən məlumat aldığını, öz evindən həmin tikintinin başlanmasını görməsinin mümkün olmadığını, tikintinin hasarın arxasında aparıldığını və bundan xəbər tutduqdan sonra tikintiyə etiraz etdiyini bildirmişdir. Iddiaçı, həmçinin polisə və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarına müraciət etdiyini, həmin qurumların əraziyə gələrək tikintinin dayandırılmasını bildirdiklərini qeyd etmiş, lakin daha sonra həmin qurumlara müraciətlərini təsdiq edən sübutların iş materiallarında mövcud olmaması ilə bağlı kollegiya tərəfindən verilən sualları cavablandırarkən polisin və digər qurumun həmin məsələnin onlara aid olmaması ilə bağlı ona şifahi cavab verdiyini və bu səbəbdən yazılı sübutunun olmadığını bildirmişdir.
57. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tikinti aparıldığı müddətdə və tikilinin sökülməsini tələb etməsinə əsas verə biləcək mərhələyə çatmasından əvvəl cavabdehə və ya aidiyyəti dövlət orqanlarına vaxtında etiraz etdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
58. Belə ki, iddiaçı tərəfindən tikinti aparıldığı dövrə aid polisə, Fövqəladə Hallar Nazirliyinə və ya digər aidiyyəti qurumlara edilmiş konkret müraciətlərin surətləri, onların qeydiyyata alınmasını təsdiq edən sənədlər, müraciətlər üzrə tərtib edilmiş aktlar, cavab məktubları, habelə həmin halları təsdiq edə biləcək şahid ifadələri və digər obyektiv sübutlar məhkəməyə təqdim edilməmişdir. Iddiaçının aidiyyəti qurumların əraziyə gələrək tikintinin dayandırılmasını tələb etdikləri barədə izahatı da iş materiallarında olan digər sübutlarla təsdiqini tapmır və yalnız iddiaçının öz izahatı ilə məhdudlaşır.
59. Mülki prosessual qanunvericiliyin sübutetmə qaydalarından irəli gələn əsas prinsip ondan ibarətdir ki, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı məhz tikintinin aparıldığı müddətdə həmin tikintiyə vaxtında etiraz etdiyini və bununla bağlı aidiyyəti orqanlara müraciət etdiyini iddia etdiyindən, ilk növbədə bu faktın mövcudluğunu təsdiq edən mötəbər sübutları təqdim etmək onun üzərinə düşürdü. Halbuki iddiaçı bu faktı sübuta yetirə bilməmişdir.
60. Əksinə, iddiaçının öz izahatından onun uzun illər Bakı şəhərində yaşadığı, mübahisəli evdə faktiki olaraq heç kimin yaşamadığı və cavabdehin tikintiyə başlamasından tikintinin aparıldığı ərazidə deyil, başqa şəxsdən məlumat aldıqdan sonra xəbər tutduğu məlum olur. Bu hal da onun tikinti prosesini əvvəldən izləməsi və tikintiyə vaxtında etiraz etməsi barədə mövqeyinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
61. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı mübahisənin hərtərəfli və ədalətli həlli baxımından mübahisəli əraziyə yerində baxış və müayinə keçirmiş, baxış zamanı müəyyən etmişdir ki, mübahisəli tikili tərəflər arasında mövcud olan hasardan 30- 40 sm. Aralı cavabdehə aid olan torpaq sahəsində tikilmiş, həmin tikilinin başlanğıc nöqtəsi iddiaçının damına yaxın olsa da, sonrakı arxa hissə ümumiyyətlə iddiaçının boş həyətyanı sahəsinə tərəfdir. Tikilinin arxa və yan tərəfindən iddiaçının həyətyanı sahəsinə baxan pəncərə mövcud deyil və tikilinin arxa hissəsindən təxminən 30-40 sm aralıda dəmir lövhə ilə hasar mövcuddur. Cavabdehin tikintisinin aparıldığı ərazi iddiaçının yaşayış evinin pəncərəsindən aydın görünür. Başqa sözlə, tikintinin başlanmasını və aparılmasını ümumiyyətlə görməyin mümkün olmaması barədə iddiaçının izahatı yerində baxış zamanı müəyyən edilmiş faktiki vəziyyətlə təsdiqlənmir. Tikinti aparılan əraziyə iddiaçının evindən baxışın mümkün olması iş materiallarına əlavə edilmiş yerində baxış zamanı çəkilmiş fotoşəkillərdən də aydın olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tikintinin başlanmasını bilməsinin və ya görməsinin mümkün olmadığı barədə izahatı əsaslı sayıla bilməz.
62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının cavabdehin tikintisinə tikinti prosesi davam etdiyi vaxtda, vaxtında və davamlı şəkildə etiraz etməsi faktı sübuta yetirilməmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin inşa etdiyi tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olmaması barədə dəlilini nəzərdən keçirərək qeyd edir ki, ekspertiza rəyinə əsasən mübahisəli tikili yanaşı sahələrdə tikinti, tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ ilə bağlı müəyyən edilmiş şəhərsalma və tikinti tələblərinə uyğun hesab edilmir. Kollegiya bununla bağlı qeyd edir ki, tikilinin müəyyən şəhərsalma və tikinti normalarına uyğun olmaması ilə onun mütləq şəkildə sökülməli olması eyni hüquqi nəticəni ifadə etmir.
64. Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd edilən maddənin tətbiqi baxımından özbaşına tikilinin mövcudluğu müəyyən edildikdə belə, tikilinin sökülməsi məsələsinə həmin tikilinin digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozubpozmaması, habelə insanların həyatı və sağlamlığı üçün real təhlükə yaradıb-yaratmaması nəzərə alınmaqla qiymət verilməlidir.
65. Hazırkı iş üzrə isə iddiaçı cavabdehin tikilisinin onun torpaq sahəsinə keçdiyini, torpaq sahəsinin sərhədlərini pozduğunu, mülkiyyətində olan əmlakdan istifadəsini faktiki olaraq qeyrimümkün etdiyini və ya həmin əmlakın istifadəsinə dözülməz şəkildə mane olduğunu sübuta yetirməmişdir.
66. Əksinə, həm ekspertiza rəyi, həm ekspertin məhkəmə iclasında verdiyi izahat, həm də yerində baxış zamanı müəyyən edilmiş faktiki vəziyyət göstərir ki, mübahisəli tikili cavabdehin mülkiyyətində olan öz torpaq sahəsinin sərhədində yerləşir. Ekspert tərəfindən həmin tikilinin iddiaçının yaşayış evinin dağılmasına, onun istismarının mümkünsüzlüyünə və ya insanların həyatı və sağlamlığı üçün təhlükə yaranmasına səbəb olmadığı müəyyən edilmişdir.
67. Məhkəmə kollegiyası hesab edir ki, şəhərsalma və tikinti normalarının pozulması ilə bağlı müəyyən edilmiş hal ayrıca inzibati və ya digər qanunla nəzərdə tutulmuş hüquqi tədbirlərin tətbiqi üçün əsas ola bilər. Lakin mülki məhkəmə icraatında irəli sürülmüş konkret tələb üzrə tikilinin sökülməsinə qərar verilməsi üçün yalnız tikinti normalarının pozulmasının mövcudluğu deyil, həmin tikilinin iddiaçının hüquq və qanunla qorunan mənafelərinə konkret və əhəmiyyətli müdaxiləsinin də müəyyən edilməsi tələb olunur. Hazırkı iş üzrə isə belə müdaxilə ümumiyyətlə müəyyən edilməmişdir.
68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığı və bu səbəbdən əlavə ekspertiza təyin edilməli olduğu barədə dəlili də qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən təkrar ekspertizanın keçirilməsinə dair vəsatət verilmiş, lakin həmin vəsatətin məzmunundan oda aydın olur ki, iddiaçı vəsatətində ümumiyyətlə hazırkı iddia tələbinə aidiyyəti olmayan məsələlərlə bağlı ekspertiza keçirilməsini istəmişdir. Belə olan halda da haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təkrar ekspertiza təyin edilməmişdir.
69. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan faktiki halları müəyyən etmiş, təqdim edilmiş sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və iddianı rədd etməklə düzgün mövqe tutmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə əsasən birinci instansiya məhkəməsində araşdırılmış halların fərqli hüquqi qiymətləndirilməsinə yönəlmiş olub, qətnamənin ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən yeni və mötəbər sübutlarla təsdiq olunmamışdır.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.