Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-582/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Göyçay rayon Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Göyçay rayon Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Göyçay rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli qərarı ilə X2, X9, X7, X3 və X4 adına 1.23 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. ##.##.2005-ci il tarixli alğı-satqı müqaviləsi ilə ünvan 1ndə yerləşən 1,23 ha torpaq sahəsi ünvan 1ndə yaşayan cavabdeh2 tərəfindən Göyçay rayonu Kürd kəndində yaşayan İddiaçı 6000 (altı min) manata satılmışdır. ##.##.2019-cu il tarixli alğı-satqı müqaviləsi ilə satıcılar cavabdeh2, X8, X5, X10 və X11 birgə mülkiyyət üzrə özlərinə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.228 ha olan torpaq sahəsini alıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışlar.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan torpaq sahəsinin başqa şəxsə satışı ilə bağlı sonradan bağlanmış ##.##.2019-cu il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsini, ## #### 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətinə verilmiş Göyçay rayonu, Potu kəndində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun mülkiyyət hüququ bərpa edilməsini, cavabdeh cavabdeh2 eyni torpaq sahəsini təkrar satması ilə bağlı hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178- ci maddəsi (dələduzluq) və digər maddələrdə nəzərdə tutulmuş cinayət əməlinin əlamətləri olduğundan, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsini xahiş etmişdir.
3. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh cavabdeh2 ilə ## #### 2005-ci il tarixində notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında Göyçay rayonu, Potu kəndində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Müqavilə dövlət notariusu tərəfindən təsdiq edilmiş, tərəflərin imzaları ilə rəsmiləşdirilmiş və onun mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Müqavilədən sonra torpaq sahəsi faktiki istifadəsinə verilmişdir. Lakin cavabdeh onun həmin torpaq sahəsindən müvəqqəti olaraq istifadə etmədiyindən sui-istifadə edərək, eyni torpaq sahəsini başqa şəxsə də satmış, bu alğı-satqını da notarius təsdiq etmişdir. Bu hal nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin əmlaka qanunla nəzərdə tutulmuş əsaslarla sahib olması, ondan istifadə etməsi və sərəncam verməsi səlahiyyətlərindən ibarətdir. Onun mülkiyyət hüququ notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsaslanır. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı alıcı əmlakı qanuni əsaslarla əldə etdikdə onun mülkiyyət hüququ qorunur. O, rəsmi qaydada dövlət notariusu vasitəsilə alğı-satqı müqaviləsi bağlamış və vicdanlı alıcı olmuşdur. Notariat haqqında Qanunun tələblərinə görə, notarius bir əmlakın təkrar satışını təsdiq etməklə həm qanun pozuntusuna yol vermiş, həm də onun hüquqlarını pozmuşdur. ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda göstərilir ki, həmin torpaq sahəsi ##.##.2019- cu il tarixdə yenidən başqa şəxsə satıldığından mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Halbuki onun alqı-satqı müqaviləsi daha əvvəlki tarixə (2005-ci il) təsdiq olunmuşdur və hüquqi cəhətdən qüvvədədir. Bu səbəblə cavabdehin eyni əmlakı ikinci dəfə satması və notariusun bunu təsdiq etməsi onun mülkiyyət hüququnu pozmuşdur. ## #### 2005-ci il tarixli alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiqlənmişdir. Notariusun vəzifəsi alğı-satqı müqaviləsini rəsmi qaydada rəsmiləşdirmək və onun hüquqi qüvvəsini təmin etməkdir. Torpaq sahəsi ona (ilk alıcıya) faktiki istifadəyə verilmişdir. Mülki Məcəlləyə görə, əmlak üzərində faktiki sahiblik hüquqi əlamətdir və vicdanlı alıcı müqavilə bağlayarkən əmlakın faktiki sahibini araşdırmalı idi. Sonrakı alıcı torpaq sahəsinin başqa şəxsin istifadəsində olduğunu görə-görə alışı həyata keçirmişdir, bu isə onun vicdanlı alıcı statusunu istisna edir. Sonrakı alıcı torpaq üzərində hüququn dövlət qeydiyyatına alınmadığını bilirdi və buna baxmayaraq müqavilə bağlamışdır. Bu da onun vicdanlı alıcı olmadığını göstərir. Onun bağladığı müqavilə 2005- ci ildə bağlanmışdır, lakin torpaq sahəsi 2019-cu ildə başqa şəxsə satılmışdır. Daha əvvəlki tarixli müqavilə qüvvədə olduğu halda, sonrakı alıcı əvvəlki hüquqi əsası araşdırmalı idi. Bu araşdırmanı etməməsi və ya bilərəkdən görməzdən gəlməsi onun vicdanlı alıcı olmaması deməkdir. Bundan başqa qeyd edir ki, o ## #### 2005-ci il tarixli alğısatqı müqaviləsi əsasında torpaq sahəsini əldə etmiş və faktiki istifadəsinə verilmişdir. Sonrakı satış barədə onun məlumatı olmamışdır. Satıcı torpaq sahəsini onun istifadədən müvəqqəti uzaq olduğu vaxtda başqasına satmışdır. Onun bundan xəbəri olmamışdır, çünki torpaq sahəsi uzun müddət istifadəsiz qalmışdır. Ikinci alğı-satqı müqaviləsinin notarius tərəfindən təsdiqlənməsi də ona bildirilməmişdir. O, yalnız ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli imtina məktubu ilə torpaq sahəsinin başqa şəxsə satıldığını öyrənmişdir. Bu məktubda göstərilmişdir ki, həmin torpaq ##.##.2019-cu il tarixli müqavilə ilə başqasına satılıb. Deməli, onun hüququnun pozulduğundan ilk dəfə rəsmi qaydada xəbəri ##.##.2025-ci il tarixində olmuşdur. Bundan başqa qeyd edir ki, cavabdehin eyni torpaq sahəsini əvvəlcə ona satmasına, müqavilənin notarial qaydada təsdiq olunmasına və əmlakın faktiki istifadəsinə verilməsinə baxmayaraq, sonradan həmin əmlakı digər şəxsə satmışdır. Bu əməldə özgənin əmlakını mənimsəmə, aldatma və dələduzluq elementləri vardır. Notariusun da eyni əmlakı təkrarən təsdiqləməsi, Notariat haqqında Qanunun tələblərinə zidd olmaqla yanaşı, onun hərəkətlərində də CM-nin 308-ci maddəsində (vəzifə səlahiyyətlərindən sui-istifadə) nəzərdə tutulmuş tərkib əlamətləri vardır. Buna görə də, iş üzrə məhkəmə yalnız mülki hüququnun bərpası ilə kifayətlənməməli, həm də cavabdehin və digər məsul şəxslərin hərəkətlərinə cinayət hüquqi qiyməti verilməsi üçün xüsusi qərardad qəbul etməlidir.
4. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərəl əlavə olaraq bildirdi ki, torpaq sahəsindən uzun zamanlar istifadə edə bilməmiş, buna o vaxtın icra nümayəndəsi mane olmuşdur. O işdən çıxarıldıqdan sonra aldığı torpaq sahəsinə getdiyində başqa şəxs tərəfindən istifadə olunduğunu müəyyən etmişdir. Qeyd olunan səbəbdən də vaxtında çıxarış ala bilməmişdir. Bildirir ki, cavabdehin də xəbəri yoxdur heçnədən, ona müəyyən məbləğdə pul təklif edib imzalatdırıblar 2-ci alğısatqı müqaviləsini. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh cavabdeh2 faktiki yaşadığı ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh cavabdeh2 izahat verdiyi zaman bildirmişdir ki, iddiaçını tanımır, onunla alğı-satqı müqaviləsi bağladığını xatırlamır. Ola bilsin ki, imzalayıb sənədləri, ama bunu ona aldadaraq etdirmişdirlər. O, torpağa dair ** saylı Ucar Ərazi Dairəsindən çıxarış almış, lakin həmin torpaqdan istifadə edə bilməmişdir. Həmin torpaqdan istifadə edə bilmədiyinə görə 5000 manata satmışdır. O, həmin torpağın alqısatqısını edəndə özü və ailə üzvləri notarial qaydada sənədləri imzalayaraq alqı-satqı etmişdir. O yalnız 1 dəfə satıb torpaqlarını, alıcı da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Göyçay Rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, alğı-satqı müqaviləsi rəsmiləşdirildiyi anda əşyaya sərəncam verilməsi ilə bağlı hüquqi bir məhdudiyyət olmamış və həmin əqd qanunvericiliyə uyğun şəkildə bağlanmışdır. Alğı-satqı müqaviləsinin isə başqa əqdi pərdələmək məqsədilə bağlanması və bu əqd üzrə daşınmaz əşyanı alan tərəfin vicdanlı olmadığı sübuta yetilməmişdir.
6. Məhkəmə hesab etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisəli torpaq sahəsinə münasibətdə vicdanlı əldə edən olduğundan, ##.##.2019- cu il tarixdə bağlanmış və Göyçay rayon notariat ofisinin notariusu tərəfindən təsdiq olunmuş alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Qeyd olunan səbəb ikinci tələb, yəni iddiaçı İddiaçıun sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsini də istisna edir. Belə olan halda cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmaq hüququna malik olduğu iddiaçının nəzərinə çatdırmalıdır.
7. Həmçinin, eyni torpaq sahəsini təkrar satması ilə bağlı cavabdeh X2 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi (dələduzluq) və digər maddələrdə nəzərdə tutulmuş cinayət əməlinin əlamətlərini aşkar etmədiyindən, mübahisə mülki xarakter daşıdığından, xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsinə dair iddia tələbi təmin edilməməlidir.
8. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Göyçay rayon Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 141.1, 141.2, 141.3, 148.2, 149.2, 157.2 və 337.1-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi barədə ##.##.2025-ci il tarixli bildiriş; ##.##.2005-ci il tarixli alğı-satqı müqaviləsi; Göyçay rayon Notariat Ofisinin reyestrində 1S-3032 nömrə ilə qeyd edilmiş müqavilənin təsdiq edilmiş surəti; ********** saylı qəbz; AN-İ № ******* nömrəli, ##.##.2019-cu il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi; Göyçay rayon Notariat Ofisinin 8I-**** reyestr nömrəli ərizə; Göyçay rayon Notariat Ofisinin 8I-**** reyestr nömrəli ərizə; Göyçay rayon Notariat Ofisinin 8I-**** reyestr nömrəli ərizə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış; Torpağa Mülkiyyət Hüququna dair JN-1196, ******** nömrəli dövlət aktı.
11. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə özü müəyyən etmişdir ki, mübahisəli 1,23 ha torpaq sahəsi ##.##.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında cavabdeh cavabdeh2 tərəfindən ona satılmışdır. Həmin müqavilə etibarsız hesab edilməmiş, hüquqi qüvvəsini itirməmiş və tərəflər arasında bağlanmış əqd kimi mövcud olmuşdur. Buna baxmayaraq məhkəmə sonradan həmin torpaq sahəsinin başqa şəxsə satılmasını hüquqa uyğun hesab etmişdir. Halbuki bir şəxs tərəfindən eyni torpaq sahəsinin əvvəl başqa şəxsə satılmasına baxmayaraq sonradan yenidən üçüncü şəxsə satılması mülki qanunvericiliyin əsas prinsiplərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, qanunun tələblərini pozmaqla bağlanmış əqd etibarsızdır. 2005-ci il tarixli müqavilə mövcud olduğu halda, cavabdehin həmin torpaq sahəsi üzərində yenidən sərəncam verməsi qanunsuz olmuşdur. Çünki torpaq sahəsi artıq əvvəlki müqavilə əsasında özgəninkiləşdirilmişdir. Birinci instansiya məhkəməsi isə əvvəlki müqavilənin hüquqi nəticələrini nəzərə almadan, yalnız sonrakı alıcının adına dövlət qeydiyyatının mövcud olmasına əsaslanaraq yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 140-cı maddəsi də düzgün tətbiq edilməmişdir. Həmin maddəyə əsasən reyestrdəki qeyd yalnız o halda həqiqi hesab edilir ki, əmlakı əldə edən şəxs qeydin qeyri-dəqiq olduğunu bilməsin. Hazırkı iş üzrə isə sonrakı alıcının vicdanlı alıcı olması sübut edilməmişdir. Əksinə, iş materiallarından və iddia ərizəsində göstərilən hallardan görünür ki, sonrakı alıcı torpaq sahəsinin əvvəllər başqa şəxsə satıldığını və həmin torpaq üzərində başqa şəxsin hüquqlarının mövcud olduğunu bilirdi və ya bilməli idi. O həmin torpaq sahəsini 2005-ci ildə almış, torpaq ona faktiki təhvil verilmişdir. Mülki qanunvericilik və formalaşmış məhkəmə təcrübəsinə görə, vicdanlı alıcı yalnız o halda qorunur ki, əmlak üzərində başqa şəxslərin hüquqlarının mövcudluğunu bilməsin və bilməsi mümkün olmasın. Hazırkı işdə isə məhkəmə həmin halları ümumiyyətlə araşdırmamış, sonrakı alıcının vicdanlı olubolmamasına formal yanaşmışdır. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 141 və 149.2-ci maddələrinin tələblərini də düzgün tətbiq etməmişdir. Iş materiallarından görünür ki, torpaq sahəsi 2005-ci ildə ona satılmasına baxmayaraq sonradan 2015-ci ildə yenidən cavabdehin adına dövlət qeydiyyatına alınmış, daha sonra isə 2019-cu ildə başqa şəxsə satılmışdır. Bu hal daşınmaz əmlakın dövlət reyestrindəki qeydin həqiqi hüquqi vəziyyətə uyğun olmamasını göstərir. Həmin maddələrə əsasən hüquqları pozulmuş şəxs qeydiyyatın dəyişdirilməsini və ya etibarsız hesab edilməsini tələb edə bilər. Lakin məhkəmə həmin hüquq normalarını tətbiq etməmiş, reyestr qeydinin hansı əsaslarla aparıldığını və həmin qeydiyyatın əvvəlki alğı-satqı müqaviləsinə necə təsir etdiyini araşdırmamışdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təmin olunan mülkiyyət hüququnun müdafiəsi prinsipini də pozmuşdur. O torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir, müqavilə notarial qaydada təsdiq edilmişdir və həmin müqavilə etibarsız hesab edilməmişdir. Buna baxmayaraq, yalnız sonradan aparılmış qeydiyyata istinad edilərək onun hüquqları müdafiəsiz saxlanılmışdır. Halbuki mülkiyyət hüququnun müdafiəsi məhkəmənin əsas vəzifələrindən biridir. Qətnamə həmçinin iş üzrə sübutların tam və obyektiv qiymətləndirilməsi prinsipinə də ziddir. Cavabdeh cavabdeh2 bir tərəfdən iddiaçını tanımadığını və müqaviləni xatırlamadığını bildirmiş, digər tərəfdən isə torpağı sonradan satdığını etiraf etmişdir. Bu ziddiyyətli izahatlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Eyni zamanda sonrakı alıcının torpaq sahəsi ilə bağlı əvvəlki hüquqi vəziyyətdən məlumatlı olub-olmaması araşdırılmamış, bununla bağlı heç bir sübut toplanmamışdır. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin vicdanlı alıcı ilə bağlı hüquqi mövqelərinə istinad etsə də, həmin hüquqi mövqeləri hazırkı işin hallarına düzgün tətbiq etməmişdir. Çünki Konstitusiya Məhkəməsinin qərarlarında vicdanlı alıcının müdafiəsi yalnız onun həqiqətən vicdanlı olduğu hallarda mümkündür. Hazırkı işdə isə sonrakı alıcının vicdanlı olması sübuta yetirilməmiş, əksinə onun əvvəlki hüquqları bilməsi ehtimalı mövcud olmuşdur. Buna baxmayaraq məhkəmə həmin məsələni araşdırmadan sonrakı alıcını vicdanlı alıcı kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “vicdanlı alıcı” anlayışı yanlış şərh edilmiş və birtərəfli tətbiq olunmuşdur. Məhkəmə yalnız sonrakı alıcının maraqlarını nəzərə almış, lakin onun ilk alıcı kimi vicdanlı əldə edən statusuna ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki iş materiallarından açıq şəkildə görünür ki, mübahisəli torpaq sahəsini ilk dəfə o ##.##.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Müqavilə dövlət notariusu tərəfindən təsdiq edilmiş, torpaq sahəsi faktiki olaraq ona təhvil verilmiş və o əmlakı qanuni əsaslarla əldə etmişdir. Onun əqdin etibarsız olması, satıcının sonradan həmin torpaq üzərində yenidən sərəncam verəcəyi və ya gələcəkdə başqa şəxslərə satacağı barədə hər hansı məlumatı olmamışdır və belə bir halı bilməsi də mümkün olmamışdır. Bu səbəbdən qanunun mənasında vicdanlı əldə edən məhz o olmuşdur. Məhkəmə isə vicdanlı alıcı institutunu sanki yalnız sonrakı alıcının müdafiəsi üçün nəzərdə tutulmuş hüquqi mexanizm kimi tətbiq etmişdir. Halbuki nə Mülki Məcəllədə, nə də Konstitusiya Məhkəməsinin qərarlarında belə bir müddəa mövcuddur ki, mübahisəli əmlakı əldə edən şəxslər arasında mütləq şəkildə sonrakı alıcı vicdanlı hesab edilməlidir və ilk alıcının hüquqları müdafiəsiz qalmalıdır. Əksinə, vicdanlılıq hər bir konkret şəxsə münasibətdə ayrıca qiymətləndirilməli olan hüquqi kateqoriyadır. Onun vicdanlı alıcı statusu iş materialları ilə tam təsdiq olunduğu halda, məhkəmə bu hala ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız sonrakı alıcının adına dövlət qeydiyyatının olmasına istinad etmişdir. Halbuki dövlət qeydiyyatının mövcudluğu şəxsin avtomatik olaraq vicdanlı alıcı hesab olunması üçün kifayət etmir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, əldə edən şəxs qeydin qeyri-dəqiq olduğunu bildiyi halda həmin qeyd onun xeyrinə müdafiə oluna bilməz. Hazırkı işdə isə sonrakı alıcının torpaq sahəsinin əvvəllər başqa şəxsə satıldığını bilməsi və ya bilməli olması ilə bağlı hallar mövcud olmuşdur. Buna baxmayaraq məhkəmə həmin halları araşdırmamışdır. Əksinə, işin faktiki hallarına görə qorunmalı olan şəxs məhz ilk vicdanlı alıcı olan odur. Çünki o torpaq sahəsini hələ 2005-ci ildə qanuni əsaslarla əldə etmişdir, müqavilə notarial qaydada təsdiq edilmişdir və həmin müqavilə bu günədək etibarsız hesab edilməmişdir. Sonradan satıcının eyni torpaq sahəsi üzərində təkrar sərəncam verməsi isə onun əvvəlcədən yaranmış hüquqlarını aradan qaldıra bilməz. Məhkəmənin yanaşması faktiki olaraq eyni əmlakı ikinci dəfə satan şəxsin hərəkətlərini qanuniləşdirmiş və ilk vicdanlı alıcının hüquqlarını tam müdafiəsiz qoymuşdur ki, bu da mülki qanunvericiliyin məqsədinə və mülki dövriyyənin sabitliyi prinsipinə ziddir. Beləliklə, birinci instansiya məhkəməsi 2019-cu il alıcısını vicdanlı alıcı hesab etməklə MM 140, 141, 149.2, 337.1 və 157.2-ci maddələri yanlış tətbiq etmiş, 2005-ci il müqaviləsinin qüvvədə olmasını və satıcının eyni torpaq üzərində ikinci dəfə sərəncam verməsinin hüquqi nəticələrini düzgün qiymətləndirməmişdir.
13. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 2(046)-2203/2025nömrəli,##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2, Göyçay rayon Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası: 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29.4-cü maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
18. Qərarlar: «S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli qərarı;
«X23 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarı;
«H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2014-cü il tarixli qərarı;
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarı.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Iddiaçı Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Işin halları bundan ibarətdir ki, Göyçay rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli qərarı ilə X2, X9, X7, X3 və X4 adına 1.23 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Iş materiallarında olan ##.##.2005-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh2 tərəfindən Göyçay rayonu Kürd kəndində yerləşən 1,23 ha torpaq sahəsi İddiaçı Qüdrət oğluna 6000 (altı min) manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən 1.228 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində cavabdeh2, X9, X7, X3 və X6 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. AN-İ № ******* nömrəli, ##.##.2019-cu il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsindən görünür ki, satıcılar cavabdeh2, X8, X5, X10 və X11 birgə mülkiyyət üzrə özlərinə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.228 ha olan torpaq sahəsini alıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətinə vermişdir.
24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, 1,23 ha torpaq sahəsi ##.##.2005ci il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında cavabdeh cavabdeh2 tərəfindən ona satılmış, həmin müqavilə etibarsız hesab edilməmiş, hüquqi qüvvəsini itirməmiş və tərəflər arasında bağlanmış əqd kimi mövcud olmuşdur. Buna baxmayaraq məhkəmə sonradan həmin torpaq sahəsinin başqa şəxsə satılmasını hüquqa uyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi əvvəlki müqavilənin hüquqi nəticələrini nəzərə almadan, yalnız sonrakı alıcının adına dövlət qeydiyyatının mövcud olmasına əsaslanaraq yanlış nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Apellyasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, hazırkı iş üzrə sonrakı alıcının vicdanlı alıcı olması sübut edilməmişdir. Əksinə, iş materiallarından və iddia ərizəsində göstərilən hallardan görünür ki, sonrakı alıcı torpaq sahəsinin əvvəllər başqa şəxsə satıldığını və həmin torpaq üzərində başqa şəxsin hüquqlarının mövcud olduğunu bilirdi və ya bilməli idi. «S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının vəqanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Sübutetmə yükü məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində özünün vicdanlı alıcı, sonrakı alıcının isə vicdanlı alıcı olmadığını qeyd etsə də, qeyd etdiyi halı sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir.
26. Iddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, torpaq sahəsi 2005-ci ildə ona satılmasına baxmayaraq sonradan 2015-ci ildə yenidən cavabdehin adına dövlət qeydiyyatına alınmış, daha sonra isə 2019-cu ildə başqa şəxsə satılmışdır. Bu hal daşınmaz əmlakın dövlət reyestrindəki qeydin həqiqi hüquqi vəziyyətə uyğun olmamasını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisəli torpaq sahəsinə münasibətdə vicdanlı əldə edən olduğundan, ##.##.2019- cu il tarixdə bağlanmış və Göyçay rayon notariat ofisinin notariusu tərəfindən təsdiq olunmuş alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Qeyd olunan səbəb ikinci tələb, yəni iddiaçı İddiaçıun sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsini də istisna edir. Belə olan halda cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmaq hüququna malik olduğu iddiaçının nəzərinə çatdırmalıdır. Həmçinin, eyni torpaq sahəsini təkrar satması ilə bağlı cavabdeh X2 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi (dələduzluq) və digər maddələrdə nəzərdə tutulmuş cinayət əməlinin əlamətlərini aşkar etmədiyindən, mübahisə mülki xarakter daşıdığından, xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsinə dair iddia tələbi təmin edilməməlidir.
28. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.
29. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, alğı-satqı müqaviləsi rəsmiləşdirildiyi anda əşyaya sərəncam verilməsi ilə bağlı hüquqi bir məhdudiyyət olmamış və həmin əqd qanunvericiliyə uyğun şəkildə bağlanmışdır. Alğı-satqı müqaviləsinin isə başqa əqdi pərdələmək məqsədilə bağlanması və bu əqd üzrə daşınmaz əşyanı alan tərəfin vicdanlı olmadığı sübuta yetilməmişdir.
30. Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.