Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-731/2026 18.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı nisyə mal-qara və borc pul almış, lakin malqaranın dəyərini və aldığı pulu iddiaçıya qaytarmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehə verdiyi diri çəkisi 250-270 kq olan 2 ədəd iribuynuzlu dana, birinin qiyməti 2.100 manat, cəmi iki iribuynuzlu heyvanın qiyməti 4.200 manat, 4 baş çəkisi 60-70 kq olan xırdabuynuzlu erkək qoç heyvanları, birinin qiyməti 550 manat, cəmi 4 xırdabuynuzlu heyvanın qiyməti 2.200 manat, özünün 562668 rus rublu (13.785,30 manat) pulun, ona vurduğu 5.000 manat mənəvi ziyan və Ağsu Rayon Məhkəməsinə ödədiyi 150,40 manat dövlət rüsumu, cəmi 20.335,70 manat cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə bir kənddə Ağsu rayonunun Gəgəli kəndində yaşayırlar. O, cavabdehi uşaqlıqdan tanıyır. Cavabdeh Ağsu rayonunda ucuz heyvanlar alıb, onları kəsərək ətini satmaqla məşğul olur. Bu günə kimi həmin işlə məşğuldur. O, cavabdehə diri çəkisi 250-270 kq olan 2 ədəd iribuynuzlu dana, 4 baş, çəkisi 60-70 kq olan xırdabuynuzlu erkək qoç vermişdir. Söhbətləri belə olmuşdur ki, onun verdiyi iribuynuzlu və xırdabuynuzlu heyvanları kəsib ətini satacaq, özünə pul qazanacaq və 4 aydan sonra ona həmin heyanlarını öz çəkisində qaytaracaq. Bundan 2 ay sonra cavabdeh ondan borca pul istəmişdir ki, pis vəziyyətdədir, pulu verməsə evi əlindən çıxacaq, qalacaq evsiz, istəmir ailəsi çöllərdə qalsın. O, cavabdehə inanıb ## ###### 2025-ci il tarixindən ## ###### 2025-ci il tarixinə qədər onun bank kartına 298.738 rus bublu, ## ###### 2025-ci il tarixindən ## ###### 2025-ci il tarixinə kimi cavabdehin borcu olan Ağsu rayonu, Çaparlı kənd sakini X2 bank kartına, cavabdehin göstərişi və şahidliyi ilə 263.930 rus rublu olmaqla, cəmi isə 562.668 rus rublu, yəni 13.785,30 manat cavabdehə vermişdir. Cavabdeh ona bildirmişdir ki, iyul ayının 25-i 2025-ci il tarixinə kimi ondan aldığı heyvanları və 562.668 rus rublunu qaytaracaq. Artıq 1 ilə yaxındır ki, cavabdeh ondan aldığı diri çəkisi 250-270 kq olan 2 ədəd iribuynuzlu dana, 4 baş çəkisi 60-70 kq olan xırdabuynuzlu erkək qoç heyvanını və özünün 562.668 rus rublunu ona qaytarmır. Sonuncu sözü o olmuşdur ki, get kimə şikayət edirsən et, o, heç kimdən qorxmur, özünü qurtarmağa pulu var, verib özünü qurtaracaq. Borcdan ötrü evini satan deyil, ona heç nə olmayacaq. Məhkəməyə versə aylıq bölüşdürəcəklər, o da semiçka pulu kimi həmin pulu ödəyəcək. Borc üstündə kimi tutublar ki, onu da tutsunlar. Əks təqdirdə özünü qəssab Seyidağa kimi asıb öldürəcək və onun bütün borcları da batacaq. O da bundan sonra Ağsu rayon Polis şöbəsinə və prokurorluğa yazılı müraciət etmişdir. Ağsu rayon Polis şöbəsinin müavini Aqşin Tağıyev, toplanmış materialda hər hansı cinayət və inzibati xəta tərkibi müəyyən edilmədiyi üçün, bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Eyni zamanda, aparılmış araşdırılmadan narazı qaldığı halda prokurora və yaxud məhkəməyə şikayət edə biləcəyi kimi məktub ünvanlanmışdır. Ağsu rayon prokurorluğunda müraciətinə baxılarkən müəyyən edilmişdir ki, müraciətində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan baxılması prokurorluğun səlahiyyətinə aid deyildir. Hesab edir ki, cavabdeh onu aldadaraq özü üçün heyvanları kəsib ət kimi sataraq pul qazanmış, pullarını isə dövriyyəyə buraxaraq ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh danışdıqları vaxtda borclarını qaytarsa idi o, malın dəyərindən başqa əlavə olaraq, 5.000 manat pul qazanardı.
4. Iddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh ##.##.2026-cı il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçıdan 4 baş quzu və 2 baş 70 kq-lıq dana almışdır. Onların ümumi qiyməti 3.200 manat etmişdir. O, Daşqın adlı şəxsdən mal-heyvan almış və ona 3.200 manat borcu var idi. O, pulunu ondan tələb edəndə iddiaçı da orada olub və eşidib. Həmin vaxtı iddiaçı bildirmişdir ki, onun Daşqına olan borcunu özü ödəyəcək. Bundan sonra, Daşqının əmisi oğlu X3 hesabına onun adından 3.200 manat pul göndərmişdir. Daha sonra, iddiaçı onun kart hesabına 1.900 manat və bir dəfə də 1.500 manat pul köçürmüşdür. Beləliklə, onun iddiaçıya 10.000 manat borcu yaranmışdır. O da bildirmişdir ki, həmin borcu 1 il ərzində, yəni # ###### 2026-cı il tarixə qədər qaytaracaq. Lakin iddiaçı bunu faizlə hesablayaraq ondan 20.000 manat pul tələb edir. Verilən suala cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçının nə qədər rus pulu göndərdiyini bilmir. Bankomatdan pulu manat şəklində çıxarmışdır.
6. Iddiaçı ##.##.2026-cı il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, cavabdehdən 1.200 manat dəyərində ət almış və pulunu ödəməmişdir. Həmin məbləğin bir dəfə 500 manatını, daha sonra 100 manatını ödəmişdir. Verilən suala cavab olaraq iddiaçı bildirmişdir ki, quzuları və danaları cavabdehə satarkən aralarında cəmi 3.200 manat məbləğində razılıq əldə olunmuşdur.
7. Cavabdeh ##.##.2026-cı il tarixli məhkəmə iclasında bildirmişdir ki, onun iddiaçıya ümumilikdə 10.000 manat borcu vardır. Bu məbləğin 3.200 manatı ondan aldığı heyvanların dəyəridir. Bununla yanaşı, iddiaçının da ona 1.400 manat borcu vardır. Belə ki, o, ondan ət məhsulları almış, lakin ödəniş etməmişdir. Bu hal onun qeyd dəftərində əks olunmuş və iddiaçının imzası ilə təsdiqlənmişdir. Iddiaçıdan aldığı heyvanların dəyəri üzrə aralarında ümumilikdə 3.200 manat məbləğində razılıq əldə olunmuşdur.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barədə sübutları məhkəməyə təqdim etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.
11. Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 10.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 75,40 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 389.1, 442, 567, 600.1, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ağsu rayon prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktub; Ağsu rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktub.
14. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində onun cavabdehə 562668 rus rublunun verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyi üçün onun iddiasını həmin hissədə qismən təmin edilməsini bildirmişdir. Çox qəribədir ki, o iddia ərizəsinə əlavə etdiyi bank köçürülmələri qəbzində açıq-aydın görsənir ki, onun tərəfindən pul rus rublu şəklində göndərilmişdir.Təbii ki, cavabdeh Azərbaycan Respublikası ərazisində həmin pul vəsaitini sərf etdiyi üçün onun göndərdiyi pulu bankomatdan manat şəklində çıxartmışdır. O, həmin pulu göndərərkən də cavabdehə demişdir ki, onda Rusiya Federasiyasında yaşayan dostlarından həmin pulu borc alaraq ona borc verir. Təbii ki , o da həmin pulu rus rublu şəklində borc aldığı şəxsə qaytarmalı olduğu üçün cavabdehin ona ödəyəcəyi borcu da rus puluna çevirərək Rusiya Fedarasiyasına göndərməlidir. Cavabdeh həmin vaxt heç bir problem olmayacağını və ondan aldığı 562668 rus rublunun eyni ilə rus rublu şəklində qaytaracağını bildirmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən işin bu halları nəzərə alınmamış və bunun nəticəsində o, əsassız olaraq xeyli miqdarda maddi ziyan çəkmişdir. Belə ki, məhkəmənin iddianın bu hissəsində təmin etdiyi 6800 manata hal-hazırda 562668 rus rublu almaq qeyri-mümkündür. Əfsuslar olsun ki, həmin pulun rus rublu ilə cavabdehə göndərdiyini sübut edən yetərincə dəlillər olmasına baxmayaraq məhkəmə tərəfindən bu nəzərə alınmamış və bununla da onun hüquqları pozulmuşdur.
16. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 29.##.##.2026-ci il tarixli, 2 (*-***)-**/**** saylı qətnaməsində dəyişikliklərin edilməsi və cavabdeh Cavabdeh 3200 manat və 562668 rus rublunun ödənilən günə olan Azərbaycan manatı məzənnəsinə uyğun ödənilməsi və 400 manat hüquq xidmətlərin göstərilməsi ilə əlaqədar,75 manat məhkəmə rüsumunun ödənilməsi ilə əlaqədar pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Cavabdeh Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Iddiaçı Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsinin dəyişdirilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş mübahisələndirilən hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Hazırki qətnamənin 15-ci bəndində sadalanmış apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində onun cavabdehə 562668 rus rublunun verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyi üçün onun iddiasını həmin hissədə qismən təmin edilməsini bildirmişdir. Çox qəribədir ki, o iddia ərizəsinə əlavə etdiyi bank köçürülmələri qəbzində açıq-aydın görsənir ki, onun tərəfindən pul rus rublu şəklində göndərilmişdir.Təbii ki, cavabdeh Azərbaycan Respublikası ərazisində həmin pul vəsaitini sərf etdiyi üçün onun göndərdiyi pulu bankomatdan manat şəklində çıxartmışdır. O, həmin pulu göndərərkən də cavabdehə demişdir ki, onda Rusiya Federasiyasında yaşayan dostlarından həmin pulu borc alaraq ona borc verir. Təbii ki , o da həmin pulu rus rublu şəklində borc aldığı şəxsə qaytarmalı olduğu üçün cavabdehin ona ödəyəcəyi borcu da rus puluna çevirərək Rusiya Fedarasiyasına göndərməlidir. Cavabdeh həmin vaxt heç bir problem olmayacağını və ondan aldığı 562668 rus rublunun eyni ilə rus rublu şəklində qaytaracağını bildirmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən işin bu halları nəzərə alınmamış və bunun nəticəsində o, əsassız olaraq xeyli miqdarda maddi ziyan çəkmişdir. Belə ki, məhkəmənin iddianın bu hissəsində təmin etdiyi 6800 manata hal-hazırda 562668 rus rublu almaq qeyri-mümkündür. Əfsuslar olsun ki, həmin pulun rus rublu ilə cavabdehə göndərdiyini sübut edən yetərincə dəlillər olmasına baxmayaraq məhkəmə tərəfindən bu nəzərə alınmamış və bununla da onun hüquqları pozulmuşdur.
26. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçı İddiaçı 2 baş iribuynuzlu və 2 baş xırda buynuzlu heyvan olmaqla, cəmi 4 baş heyvanı 3.200 manata cavabdeh Cavabdeh nisyə satdığı, cavabdehin heyvanları iddiaçıdan aldığı, lakin onların dəyərini İddiaçı ödəmədiyi müəyyən edilmişdir. Cavabdeh Cavabdeh 3.200 manat məbləğində pulu iddiaçıya ödəməli olması işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməklə Cavabdeh 3.200 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “562668 rus rublu (13.785,30 manat) pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, cavabdeh Cavabdeh pula ehtiyacı olduğu üçün iddiaçı İddiaçı borc pul istəmiş, iddiaçı da Azərbaycan manatı olmadığından, kartında olan 298738 rus rublunu Cavabdeh istifadəsində olan kart hesabına, 263930 rus rublunu isə Cavabdeh göstərişi ilə X2 hesabına köçürmə etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçının ona 6.800 manat pul göndərdiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının rus rublu kimi göndərdiyi məbləğ qarşı tərəfdən Azərbaycan manatı kimi qəbul edilmiş, onun tərəfindən 6.800 manat pul çıxarılmışdır. Iddiaçı pulun rus rublu ilə qaytarılmalı olmasına və 13.785,30 manat pulu cavabdehə verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının cavabdehə pul verməsi məhkəmə iclasında sübut olunsa da, həmin məbləğin 13.785,30 manat və 562668 rus rubl pulun olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən 6.800 manat götürülməsi müəyyən edilmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, 6.800 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə əsassızdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barədə sübutları məhkəməyə təqdim etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hazırki qətnamənin 26-cı bəndində sadalanmış mövqeyini nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində haqlı olmuşdur. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Işin hallarından da göründüyü kimi iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 20.335,70 manat pul tələbinə dair iddia ilə çıxış etsə də, tələblərinin əsası kimi istinad etdiyi halları yetərincə sübut edə bilməmişdir. Işin halları, tərəflərin izahatları ilə heyvanlara görə onların dəyəri olan 3.200 manat və Cavabdeh göstərişi ilə X2 hesabına köçürülmüş 6.800 manat sübuta yetirilmişdir ki, həmin hallar əsasında birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddianın təmin edilmiş hissəsinə nəzərən məhkəmə iddiaçı tərəfindən ödənilmiş 150,40 manat dövlət rüsumunun 75,40 manatının iddiaçıya, 75 manatının cavabdehə aid edilməli olması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətində 400 manat hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar vəkilə ödədiyi pulun tutularaq ona qaytarılmasını xahiş etmişdir ki, iş materiallarında olan (i/v 57) qəbzdən göründüyü kimi iddiaçı İddiaçı Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil hüquq xidmətlərinin göstərilməsinə görə 400 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Işin hallarından göründüyü kimi vəkil Vəkil birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməmiş, prosesə apellyasiya icraatı zamanı qoşularaq apellyasiya şikayətini tərtib etmiş və apellyasiya şikayətini iddiaçı İddiaçı ilə birlikdə imzalamış, lakin apellyasiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclasında iştirak etməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti uğurla nəticələnməmişdir. Buna görə də iddiaçı İddiaçı tərəfindən vəkilə hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 400 manat vəsaitin cavabdehdən tutulub ona qaytarılması ilə bağlı tələbin təmin edilməsi üçün əsaslar mövcud olmadığından, apellyasiya şikayətinin həmin hissəsi də təmin edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan çox olduğundan iddiaçı İddiaçı kassasiya şikayəti vermək hüququ vardır. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Cavabdeh tərəfindən mübahisələndirmədiyindən və birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən qüvvədə saxlandığından cavabdehin isə kassasiya şikayəti vermək hüququ yoxdur.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə iddianın təmin edilməmiş mübahisələndirilən hissəsində fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*- ***)-**/**** saylı qətnaməsi iddianın təmin edilməmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi iddianın təmin edilməmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.