Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-838/2026 17.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu həmin Bankın ləğvedicisi təyin edilmişdir) cavabdeh Cavabdeh qarşı “əlavə hesablanmış faizlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Yevlax Rayon Məhkəməsinin (hakim Vəzirxan Məlikov) ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “əlavə hesablanmış faizlərin tutulması” tələbi barədə iddia ərizəsi təmin edilmişdir. Iş üzrə cavabdeh Cavabdeh tərəfindən ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir (həmin apellyasiya şikayəti cavabdeh Cavabdeh və onun səlahiyyətli nümayəndəsi (vəkil) – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil/Nümayəndə tərəfindən elektron qaydada imzalanmışdır). Birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini *(***)-****/**** nömrəli mülki işlə birlikdə baxılması üçün ## ###### 2026-cı il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmiş və həmin mülki iş ## ###### 2026-cı ildə Şəki Apellyasiya Məhkəməsinin dəftərxanasında qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (maddə 2.1) və mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (maddə 2.2). Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, cavabdeh Cavabdeh tərəfindən Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh Cavabdeh apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, *(***)-****/**** nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd edilənlər müəyyən olunur: - Yevlax Rayon Məhkəməsinin icraatında olmuş və 2018-ci ildə həmin məhkəmə tərəfindən baxılmış *(***)-****/**** nömrəli mülki iş üzrə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti hal-hazırda ləğv prosesində olan Bankdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilərək, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu həmin Bankın ləğvedicisi təyin edilmişdir. - Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ## #### 2018-ci ildə cavabdeh Cavabdeh qarşı “əlavə hesablanmış faizlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir (iş vərəqi: 1-2). - *(***)-****/**** nömrəli mülki iş materiallarından görünür ki, həmin iddia ərizəsinə baxılması ilə əlaqədar məhkəmə iclasının ## ###### 2018-ci il tarixinə təyin edilməsi barədə “məhkəmə bildirişi” poçt vasitəsilə ## #### 2018-ci ildə cavabdeh Cavabdeh rəsmi qaydada təqdim edilmişdir (iş vərəqi: 28-29). - Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “əlavə hesablanmış faizlərin tutulması” tələbi barədə iddia ərizəsi təmin edilərək, həmin Qətnamədə “cavabdeh Cavabdeh 9169,55 manat məbləğində əlavə faiz və 3248,30 manat gecikdirilmiş faiz borcu (dəbbə pulu) olmaqla, cəmi 12417,85 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi” Qət edilmişdir (iş vərəqi: 34-37). - ## ###### 2018-ci il tarixli məktubla həmin Qətnamənin surəti iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh Cavabdeh göndərilmişdir (iş vərəqi: 38). - Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi ## ######## 2018-ci il tаrixli məktubla Yevlax rayon Icra və Probasiya Şöbəsinə göndərilmişdir (iş vərəqi: 39). - Yevlax rayon Icra və Probasiya Şöbəsinin ## ###### 2018-ci il tarixli “Icraata başlamaq haqqında” qərarı ilə Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır (iş vərəqi: 40-41). - Cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)- ****/**** nömrəli qətnaməsinin surətini almışdır (iş vərəqi: 42-43). - Cavabdeh Cavabdeh ## #### 2026-cı ildə Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə vəsatət təqdim etmişdir (iş vərəqi: 46-49; 54). - Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş həmin apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə istinad olunmaqla, həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılmışdır (hakim Ruqiyyə Cəfərova). - Cavabdeh Cavabdeh tərəfindən ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən təkrarən apellyasiya şikayəti verilmiş və birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini *(***)-****/**** nömrəli mülki işlə birlikdə baxılması üçün ## ###### 2026-cı il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. - Cavabdeh Cavabdeh həmin apellyasiya şikayətində “Yevlax Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi və tələbinin təmin edilməsi, əsassız olaraq maaşından tutulmuş 1150 manat pulun ona qaytarılması” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir (iş vərəqi: 76-80). Göründüyü kimi, yuxarıda qeyd olunan işin konkret halları ilə müəyyən olunur ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “əlavə hesablanmış faizlərin tutulması” tələbi barədə iddia ərizəsinə baxılması ilə əlaqədar məhkəmə iclasının ## ###### 2018-ci il tarixinə təyin edilməsi barədə “məhkəmə bildirişi”ni poçt vasitəsilə ## #### 2018-ci ildə rəsmi qaydada almaqla, həmin mülk iş üzrə aparılan məhkəmə prosesi barədə müvafiq qaydada xəbərdar edilmiş və iş üzrə 8 il bundan əvvəl qəbul edilən Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Yevlax rayon Icra və Probasiya Şöbəsinin ## ###### 2018-ci il tarixli “Icraata başlamaq haqqında” qərarı ilə icraata başlanaraq, müəyyən icra hərəkətləri edilmişdir. Çünki, hazırkı apellyasiya şikayətinin tələbindən də görünür ki, cavabdeh Cavabdeh apellyasiya şikayətində “Yevlax Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi” ilə yanaşı, “maaşından tutulmuş 1150 manat pulun” ona qaytarılmasını da xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, yuxarıda göstərilən bütün bu xüsusatlara və eyni zamanda, işin digər konkret hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti üzrə - apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddətin onun tərəfindən buraxılıb-buraxılmaması - iş materialları və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə aparılan icra işinin materialları araşdırılmaqla, birinci instansiya məhkəməsi tərəfindən müvafiq qaydada yoxlanılmalı və bununla bağlı əsaslandırılmış qərardad qəbul edilməli idi. Lakin, işin yuxarıda qeyd olunan halları və hətta, birinci dəfə təqdim etdiyi apellyasiya şikayəti ilə birlikdə cavabdehin “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə vəsatət verməsi də nəzərə alınmayaraq, birinci instansiya məhkəməsi tərəfindən məlum qətnamədən cavabdehin apellyasiya şikayətini verməsi müddətinin ötürülübötürülməməsi yoxlanılmamış və həmin şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Yəni, birinci instansiya məhkəməsi - yuxarıda qeyd olunan halları nəzərə almayaraq, iddia ərizəsinə baxılması zamanı məhkəmə iclasının vaxtı və yeri barədə poçt vasitəsilə göndərilmiş “məhkəmə bildirişi” ilə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh məlum qətnamənin də “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq poçt şöbəsi vasitəsilə göndərilib-göndərilməməsi və eləcə də, icra işini tələb etməklə qətnamə üzrə icra vərəqəsinin verilməsindən və icra icraatının başlanmasından keçən 8 ilə yaxın müddət ərzində həmin cavabdehin icra icraatı çərçivəsində qətnamənin mövcudluğu barədə məlumatlandırılıb-məlumatlandırılmamasını araşdırmamış və araşdırılmış hallara uyğun olaraq apellyasiya şikayətinin verilməsi müddətinin ötürülüb-ötürülməməsinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası, onu da vurğulamağı zəruri hesab edir ki, prosessual müddətlərə riayət olunması mülki məhkəmə icraatının fundamental prinsiplərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, uzun müddət əvvəl yekunlaşmış və tərəflər üçün hüquqi nəticələr doğurmuş məhkəmə aktlarının sonradan apellyasiya qaydasında mübahisələndirilməsi yalnız obyektiv və əsaslandırılmış səbəblərə söykənməlidir. Əks yanaşma - hüquqi müəyyənlik prinsipinin pozulmasına, habelə məhkəmə qərarının qanuni qüvvəsinə və sabitliyinə inamın sarsılmasına səbəb ola bilər. Eləcə də, bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə ## ######## 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, “... birinci instansiya məhkəməsinin qərarından ## ###### 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq, ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayətinə münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”. Yəni, Insan Hüquqları üzrə Avropa Məhkəməsi bu Qərarında belə bir hüquqi mövqe müəyyən edir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi - tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır və tərəflərin özləri də məhkəmədə onlar barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdırlar. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 360 - 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdeh Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə həmin apellyasiya şikayətinə münasibətdə Mülki- Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki- Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 399, 400, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu həmin Bankın ləğvedicisi təyin edilmişdir) cavabdeh Cavabdeh qarşı “əlavə hesablanmış faizlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2018-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-10)-838/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-838/2026
17.08.2026 · Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver