Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-964/2026 01.10.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə; İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kommunal xidmətə görə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı kommunal xidmətə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 166.10 manat məbləğində kommunal xidmətlərə görə yaranmış borcun və 30 manat dövlət rüsumunun tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## ###### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərardadı ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kommunal xidmətə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddia ərizəsini vermiş şəxsə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməsi, iş üzrə ##.##.2026-cı tarixdə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Cavabdeh Cavabdeh məcburi köçkün olmaqla faktiki olaraq uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır və həmin ünvanda qeydiyyata alınmışdır. Bu hal Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yevlax rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş arayışla təsdiq edilmişdir. Odur ki, Yevlax Rayon Məhəkəməsin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsi və iddia ərizənin icraata qəbul edilməsi barədə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qəraradadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadı ləğv edilməli, mülki işin materialları Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən müəyyən edilir ki, cavabdeh Cavabdeh Ağdam rayonunun Muradbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini bu əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmadıqda iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin həmin norma ümumi ərazi aidiyyətini müəyyən edir və qanunla müəyyən edilmiş alternativ aidiyyət qaydalarının tətbiqini istisna etmir. Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə görə isə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 36.11-ci maddəsində göstərilmişdir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. İş materialları ilə müəyyən olunur ki, cavabdeh Ağdam rayonu, Muradbəyli sahəsində qeydiyyatdadır. Cavabdeh məcburi köçkündür və ünvan 1 ünvanında yaşayır. Həmin ünvana dair hazırkı iş üzrə tərəflər arasında ## ###### 2024-cü il tarixdə “istilik və isti su təchizatı xidmətlərinə dair” ************ nömrəli müqavilə bağlanmışdır. Cavabdehin yaşadığı sözügedən ünvan iddiaçı tərəfindən istilik və isti su təchizatı ilə təmin edilmiş və cavabdehə müvafiq abonent kodu verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qənaəti işin apellyasiya instansiyasında müəyyən edilmiş hallarına uyğun deyildir. Əksinə, təqdim edilmiş müqavilə tərəflər arasında istilik və isti su təchizatı xidmətlərinə dair müqavilə münasibətinin mövcudluğunu təsdiq edən yazılı sübutdur. Həmçinin, müqavilənin birinci instansiya məhkəməsinə deyil, apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi onun avtomatik olaraq nəzərə alınmaması üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında baxır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış yazılı müqavilənin iddia ərizəsinə əlavə edilməməsi özlüyündə onlar arasında müqavilə münasibətlərinin mövcud olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin yaşadığı ünvan 1 ünvanına istilik və isti su təchizatı xidməti faktiki olaraq göstərilmiş, həmin ünvana abonent kodu verilmişdir. Göstərilən hallar tərəflər arasında müvafiq xidmətlərin göstərilməsi və qəbul edilməsi barədə faktiki razılaşmanın mövcudluğunu, başqa sözlə, tərəflər arasında müqavilə münasibətlərinin yarandığını göstərir. Müqavilə münasibətinin mövcudluğunun müəyyən edilməsi yalnız ayrıca yazılı müqavilə sənədinin təqdim edilib-edilməməsi ilə məhdudlaşdırılmamalı, tərəflərin faktiki hərəkətləri və yaranmış hüquq münasibətinin mahiyyəti nəzərə alınmalıdır. Belə olan halda, hətta iddia ərizəsinin verildiyi zaman yazılı müqavilə iş materiallarına əlavə edilməmiş olsa belə, tərəflər arasında faktiki yaranmış müqavilə münasibətinin icra yerinin müəyyən edilməsi mümkündür. Hazırkı halda istilik və isti su təchizatı xidməti cavabdehin Yevlax rayonunda yerləşən yaşayış ünvanına göstərildiyindən, müqavilə münasibətinin icra yeri də Yevlax rayonu olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi hallarına düzgün qiymət verməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267, 397-399, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı tam, ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki işin materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(3-10)-964/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-964/2026
01.10.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver