Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1352/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu Isgəndərovdan ibarət tərkibdə, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksində inşa olunan 2-ci bina, 3-cü mərtəbə, ** saylı, 3 otaqlı mənzilin cavabdehin qanunsuz sahibliyindən götürülməsi, iddiaçının istifadəsinə törədilən maneələrin aradan qaldırılması və *************** saylı ##.##.2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə ödənişə şərait yaradılması vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ##.##.2026-cı il tarixdə həmin qərardaddan şikayət verərək, Yasamal rayon Məhkəməsinin *(*-***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi haqda yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək,Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksində inşa olunan 2-ci bina, 3-cü mərtəbə, ** saylı, 3 otaqlı mənzilin cavabdehin qanuunsuz sahibliyindən götürülməsi, istifadəmə törədilən maneələrin aradan qaldırılması və *************** saylı, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənişə şərait yaradılması vəzifəsinin cavabdeh Cavabdeh ASC-yə həvalə edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin *(*-***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda buna səbəb olaraq, məhkəmə aidiyyatının pozulması göstərilmişdir. Beləki məhkəmə cavabdeh Cavabdeh ASC-nin hüquqi ünvanının Abşeron rayonunda olmasını nəzərə alaraq, hazırki işin Abşeron rayon Məhkəməsində baxılmasını qərara almışdır. Aşağıdakılara əsasən hesab edilir ki, məhkəmənin gəldiyi nəticə səhvdir və qərardad ləğv edilməlidir. Beləki hazırda barəsində mübahisə aparılan mənzil Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksində inşa olunan 2-ci binada yerləşir. Mübahisə isə yuxarıda qeyd edildiyi kimi ilk olaraq, mənzilin cavabdehin qanunsuz sahibliyindən götürülməsindən ibarətdir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinə əsasən, Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Yuxarıda qeyd edilən prosessual hüquq normasına əsasən, əgər iddia tələbi daşınmaz əmlakın, əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlıdırsa bu halda müstəsna aidiyyat tətbiq edilməli və daşınmaz əşyanın yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Beləliklə göründüyü kimi iddiaçı hazırki iddia üzrə Yasamal rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə müqavilədən əmələ gələn öhdəliklər üzrə olmaqla müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Qeyd edilən tələb müstəsna aidiyyatla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür. Bu baxımdan, iddia ərizəsi mübahisəli daşınmaz əmlakın olduğu yerə görə deyil, ümumi qaydaya müvafiq olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qeydiyyat ünvanı Abşeron rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə mübahisənin müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı olduğundan qeyd edilən tələbin müstəsna aidiyyatla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmədiyini, iddia ərizəsinin mübahisəli daşınmaz əmlakın olduğu yerə görə deyil, ümumi qaydaya müvafiq olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğunu qeyd etsə də, iddianın dəlillərinə görə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək mənzilin ilkin ödənişini, daha sonra aylıq ödənişlərini ödəmiş, lakin cavabdeh müqavilə şərtlərini icra etməyərək mənzili iddiaçıdan alıb satışa çıxarmışdır. Eyni zamanda iddiaçı ərizəsində ona məxsus mənzilin açarlarının ondan alındığı və mənzilə buraxılmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan normalar öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Iddianın vindikasiya və ya neqator iddia olmasını müəyyən etmək üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbində istinad edilən hallar iddianın mahiyyətinin düzgün müəyyən edilməsi zərurətini yaradır. Bu baxımdan göstərilənlərə əsasən aiddiyyat qaydasının müəyyən edilərkən iddiaçının əşyanın mülkiyyətçisi olub-olmaması, əşyanın cavabdehin sahibliyində olub-olmaması, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi olduğu halda qanunsuz olub-olmaması hallarının araşdırılması məqsədilə iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət qismən təmin edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1352/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1352/2026
22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver