Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1493/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X2rşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili nümayəndə2, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X2rşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” ilə İddiaçı arasında bağlanmış ##.##.2016cı il tarixli, *** nömrəli müddətsiz əmək müqaviləsinə görə, İddiaçı Mülki Müdafiə Qərargahının rəisi vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı ##.##.2022-ci il tarixli ərizə ilə Səhiyyə işçilərinin Yasamal rayon Həmkarlar İttifaqı Şurasının sədrinə müraciət edərək ürəyin işemik xəstəliyi və 2-ci dərəcəli stenokardiya xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq ona X15 putyovka verilməsini xahiş etmişdir. İddiaçı ##.##.2022-##.##.2022 tarixlərində Bilgəh kardioloji sanatoriyasında ***** nömrəli yollayış əsasında 414-cü otaqda yerləşməklə sanator-kurort müalicəsini almışdır.
3. “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” PHŞ-in ##.##.2022-ci il tarixli, ***-K nömrəli əmri ilə Mülki Müdafiə Qərargahının rəisi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrin vaxtında və keyfiyyətli icra olunmasında, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyi üçün təşəkkür elan edilmişdir.
4. “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” PHŞ-in ##.##.2022-ci il tarixli, ***-K nömrəli əmrə əsasən İddiaçı ərizəsi nəzərə alınaraq ##.##.2022-ci il tarixdən Təsərrüfat şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir.
5. Əmək müqaviləsinə əsasən Təsərrüfat şöbəsinin müdiri təsərrüfat xidmətini, müəssisə yerləşdiyi bina və tikililərin istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına uyğunluğunu, eləcə də avadanlığın (liftlər, işıqlandırma, istilik sistemi, ventilyasiya və s.) sazlığına nəzarəti təmin edir. - Təmir və profilaktik işlərin (santexnik, elektrik işləri, xırda təmir) vaxtında yerinə yetirilməsini təmin edir. - Zibilin çıxarılmasını və ərazinin təmizliyini təşkil edir. - Otaqların və ərazinin mövsümi şərtlərə hazırlanmasını təmin edir. - Təsərrüfat ehtiyacları üçün sərfiyyat materiallarının (yuyucu vasitələr, təsərrüfat inventarı) uçotunu aparır. - Müəssisə ərazisində sanitariya və təhlükəsizlik normalarına riayət olunmasına nəzarət edir. - Yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsini və yanğından müdafiə avadanlığın saz vəziyyətdə saxlanılmasını təmin edir; - Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsini təmin edir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-**/*-*- **/**** nömrəli sərəncamına əsasən “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” PHŞ-in fəaliyyətinin yoxlanılmasının nəticəsinə dair ##.##.2025-ci il tarixli arayışdan çıxarışda qeyd olunmuşdur ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzində təsərrüfat şöbəsinin işinin təşkili yoxlanılmış və yoxlama zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir:
1. Cari təmir işləri üzrə - Binanın istismar müddətində tələb olunan cari xırda təmir işləri (boya və ağardılma, qapı-pəncərələrin bərkidilməsi, döşəmələrin təmiri, dam örtüyünün lokal bərpası və s.) vaxtında aparılmamışdır. Cari təmir işlərinin planı və qrafiki təsərrüfat şöbəsi tərəfindən hazırlanmayıb, mövcud nasazlıqlar uzun müddət aradan qaldırılmamışdır. Divar və tavanlarda yaranmış çatların aradan qaldırılması, sanitar qovşaqlarda nasaz avadanlıqların dəyişdirilməsi və digər xırda təmir işləri vaxtında icra olunmadığından binanın texniki vəziyyəti daha da pisləşmişdir. Təsərrüfat şöbəsinin profilaktik xarakterli tədbirləri yerinə yetirməməsi nəticəsində gələcəkdə əsaslı təmir zərurəti yaranma riski artmışdır.
2. Elektrik təsərrüfatı üzrə - Binada elektrik naqillərinin bir hissəsində izolyasiya zədələnmələri müşahidə olunmuşdur ki, bu da istismar zamanı qısapanma və yanğın təhlükəsi yaradır. Elektrik şitlərinə və paylayıcı elektrik qutulara planlı texniki xidmət göstərilməmiş, profilaktik baxış jurnalları aparılmamışdır. Mərtəbələrdə yerləşən şitlərdə səliqəsizlik, kabellərin nizamsız qoşulması və nasazlıqlar qeydə alınmışdır. Torpaqlama sisteminin müqavimət ölçmələri aparılmamış, müvafiq protokollar tərtib olunmamışdır. İldırımdan mühafizə sistemi ümumiyyətlə mövcud deyildir. Ehtiyat enerji mənbələri (generator və UPS sistemləri) yalnız "Çağrı mərkəzi" üçün nəzərdə tutulmuşdur.
3. Yanğın təhlükəsizliyi üzrə - Yanğın siqnalizasiya sistemi tam işlək vəziyyətdə deyil, bəzi detektorlar sıradan çıxmışdır, sistemin yenilənməsinə ehtiyac vardır. Yanğınsöndürmə balonlarının texniki baxış müddəti bitmişdir, onların bir hissəsində təzyiq normadan aşağıdır. Mərtəbələrdə yanğın şkafları (kranlar və daxili yanğın şlanqları) istismar üçün yararsız vəziyyətdədir və kranlarda suyun təzyiqi normativ tələblərə cavab vermir. Təxliyə çıxışlarının bir qismi sərbəst deyil, bəzi qapılar bağlı vəziyyətdə saxlanılır. Qəza işıqlandırma sistemi (evakuasiya zamanı istiqamət nişanları və lampaları) quraşdırılmamışdır. İşçilərə yanğın zamanı davranış qaydaları və əməyin mühafizəsi üzrə planlı təlimatlar keçirilməmiş, maarifləndirmə materialları yoxdur.
4. Binanın texniki vəziyyəti üzrə - Otaqlarda su sızmaları, divar və tavanlarda çatlar və rütubət izləri müşahidə olunur. Sanitariya qovşaqlarında avadanlıqların bir hissəsi sıradan çıxmış, gigiyena normalarına cavab vermir. Binanın daxilində ehtiyat içməli su çəni və boru xətləri ləğv edilmişdir. İsitmə və havalandırma sistemlərinə texniki xidmət göstərilməmiş, reqlament üzrə borulara və radiatorlara texniki xidmət göstərilməmişdir. Çoxsaylı pəncərələrin qapanma mexanizmləri nasaz vəziyyətdədir, bu da həm istilik itkisinə, həm də təhlükəsizlik risklərinə səbəb olur. Dam örtüyündə izolyasiya problemləri mövcuddur, yağış suları mərtəbələrə sızır.
5. Yük lifti üzrə - Yük liftinin istismar müddəti bitmişdir, liftin yenisi ilə əvəz olunmasına ehtiyac vardır.
6. Təşkilati və inzibati məsələlər üzrə - Təsərrüfat şöbəsi tərəfindən normativ sənədlərə uyğun planlı profilaktik xidmət tədbirləri aparılmır. İşçilərin təhlükəsizlik təlimatları üzrə imza jurnalları aparılmamışdır. Ümumi nəticə - Yoxlama zamanı müəyyən edilmişdir ki, təsərrüfat şöbəsinin fəaliyyəti normativ sənədlərin, texniki istismar qaydalarının və əməyin mühafizəsi normalarının tələblərinə cavab vermir. Binanın mühəndis-texniki sistemlərinə vaxtında xidmət göstərilməməsi və yanğın təhlükəsizliyi məsələlərinə səhlənkar yanaşma mövcud riskləri artırır.
7. “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” PHŞ-yə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, PHŞ-nin Təsərrüfat şöbəsinin müdiri İddiaçı çoxsaylı müraciətləri əsasında Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli sərəncamına əsasən Komissiya tərəfindən Mərkəzdə kompleks yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı aşkar edilmiş mövcud nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilmiş, qeyd olunan çatışmamazlıqların aradan qaldırılması üçün aidiyyəti əməkdaşlar komissiya tərəfindən təlimatlandırılmış və işlərində dönüş yaratmaları olduqları öhdəliyi onların nəzərinə çatdırılmışdır. Eyni zamanda, komissiya tərəfindən aşkar edilmiş nöqsanların yaranma səbəbi araşdırılarkən müvafiq sahəyə məsul olan əməkdaşların öz vəzifə təlimatlarına uyğun vəzifə borcunu yerinə yetirməməsi və işlərinə məsuliyyətsiz yanaşması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, aparılmış yoxlama zamanı komissiyanın gəldiyi nəticəyə əsasən aidiyyəti sahələrə cavabdeh olan təsərrüfat şöbəsinin müdiri İddiaçı, Mülki Müdafiə Qərargahının rəisi Elçin Qurbanovun, maliyyə şöbəsinin baş mühasibi Abuzər Məmmədovun və insan resursları və hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aysel Qurbanlı barəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə 3 iş günü ərzində Səhiyyə Nazirliyinə məlumat verilməsi İctimai Səhiyyə və İslahatlar Mərkəzi PHŞ-nin baş direktoru Səbinə Babazadəyə tapşırılmışdır.
8. “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X2 Baş direktoru tərəfindən Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış ##.##.2025-ci il tarixli müraciətə əsasən İSİM ilə Təsərrüfat şöbəsinin müdiri İddiaçı arasında bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən birtərəfli qaydada ləğv edilməsi məsələsi ilə bağlı rəyin bildirilməsi xahiş olunmuşdur.
9. İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli “Həmkarlar İttifaqı iclasına dəvət olunma barədə” bildirişə əsasən Təsərrüfat şöbəsinin müdiri İddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət olunmuş, iclasın yeri və vaxtı barədə məlumat verilmişdir. Bildirişdə qeyd olunmuşdur ki, iclasın gündəliyinə İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (“işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi”) müvafiq bəndinə əsasən xitam verilməsi məsələsinin müzakirəsi daxil edilmişdir. Bildirişdə həmçinin vurğulanmışdır ki, Ə. Hümbətov iclasda şəxsən iştirak etməlidir. İştirak etmədiyi təqdirdə, məsələ Həmkarlar İttifaqı Komitəsi tərəfindən mövcud sənədlər əsasında müzakirə olunacaqdır. Həmin tarixli akta əsasən İddiaçı “HİK üzvü olmadığını” və bu səbəbdən iclasda iştirak etməkdən imtina edəcəyini bildirmişdir.
10. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli iclasının protokolu ilə müəyyən edilir ki, Təsərrüfat xidmətinin müdiri İddiaçı ilə baglanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən ləğv edilməsinə etiraz edilməməsi və müsbət rəy verilməsi qərara alınmışdır.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X2 əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmri əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddiaçı İddiaçı cavabdeh “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxs və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı “xəbərdarlıq və töhmət əmrlərinin ləğv edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Mülki iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Qətnamədən müəyyən edilir ki, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X2 ##.##.2025-ci il tarixli Yazılı Xəbərdarlıq barədə əmrinə əsasən Təsərrüfat Şöbəsinin müdiri İddiaçı aşkar edilmiş nöqsanlara görə xəbərdarlıq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan nöqsanlara dair ##.##.2025-ci il tarixli akt tərtib edilmiş, aktda nöqsanlar qeyd edilmiş və akt ümumilikdə 5 nəfər xadima vəzifəsində işləyən şəxslər tərəfindən imzalanmışdır. Nöqsanlara əsasən, müəssisənin xadimələri lazımi avadanlıq və vasitələrlə təmin edilməmiş, xadimələr tərəfndən səthlərin təmizlənməsində istifadə olunan suyun və bezlərin tələblərə cavab vermədiyi müəyyən edilmişdir. “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X2 ##.##.2025ci il tarixli ***-K nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı barədə aşkar edilmiş nöqsanlara görə töhmət intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan aşkar edilən pozuntular barədə akt, fotoşəkillər və iddiaçının izahatı əlavə edilmişdir. Aktda nöqsanların siyahısı əksini tapmışdır. Müəssisənin ərazisi, inzibati binanın 1, 2, 3, 4, 5, 6, 8, 9-cu mərtəbələri, mansard ərazisində qeydə alınmış ümumilikdə 50-dən çox nöqsanlar siyahıya alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı İddiaçı cavabdeh “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, korrupsiya hüquqpozmaları barədə məlumat verdiyinə görə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi X2 baş direktoru X5 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 79, 231ci maddələrinin, həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-2.2-ci bəndinin tələbləri kobud şəkildə pozulmaqla qisas məqsədilə qanunsuz, əsassız və qərəzli şəkildə əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrin ləğv olunaraq işə (vəzifəsinə) bərpa edilməyi və buraxılmış iş günlərinə görə əmək haqqının, həmçinin 60 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” (İSİM) X2 baş direktorunun əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmri əsassız, qərəzli və tam qanunsuzdur. Belə ki, ##.##.2022-ci il tarixdən İSİM də Təsərrüfat şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə xidməti vəzifələrinin icrası prosesində təsərrüfat təminatı məsələlərində müşahidə etdiyi çatışmazlıqlar, nöqsanlar və qanun pozuntuları barədə sabiq baş direktor, hazırda baş direktorun müavini Qəhrəman Haqverdiyevi mütəmadi şəkildə məlumatlandırmışdır. 2025-ci ilin may ayında İSİM-ə təyin olunan yeni baş direktor X5 da eyni qaydada İSİM-in təsərrüfat təminatında yuxarıda qeyd olunan problemlər və nöqsanlar, onların səbəbləri, o cümlədən təsərrüfat təminatı ilə əlaqədar satınalma proseslərindəki neqativ faktlar, korrupsiya hüquqpozmalarına dəlalət edən hallar barədə rəsmi məlumatlar verərək, təsərrüfat təminatının yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir (yazılı məlumatların surəti əlavə olunur). Eyni zamanda, səhhətini də nəzərə alaraq, onu başqa adekvat və kiçik həcmli vəzifəyə keçirilməsini də bir neçə dəfə xahiş etmişdir. İSİM də qeyd edilən qanun pozuntuları, o cümlədən korrupsiya hüquqpozmaları barədə S. Babazadəyə verdiyi şifahi və yazılı məlumatlardakı faktları (onların bir neçəsi onun baş direktorluğu dövründə baş vermişdir) o, heç cür inkar edə bilməmiş, bu istiqamətdə zəruri hüquqi tədbirlər görmək əvəzinə onları gizlətmiş, cavabdeh şəxsləri himayə etmiş və onların da təhriki ilə onu qısa zaman ərzində qanunsuz şəkildə cəzalandırmağa və qısa müddətdə işdən çıxarmağa çalışmışdır. Bunun əsas səbəbi isə büdcə vəsaitlərini mənimsəmək və israf etmək fəaliyyətlərində onu özlərinə maneə hesab etmələri olmuşdur. Buna görə o, çoxsaylı xahişlərinə baxmayaraq, onu təsərrüfat xidməti ilə bağlı olmayan başqa işə, hətta aşağı vəzifəyə keçirməmişdir və məqsədi onu nəyin bahasına olursa olsun, birdəfəlik İSİM-dən uzaqlaşdırmaq olmuşdur. Bu məqsədlə xidməti fəaliyyətində heç bir qüsur, nöqsan və qanun pozuntusu tapa bilməyən S. Babazadə çox qısa müddətdə onu cəzalandırmaqla işdən azad etmək inadından dönməyərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin və 187-ci maddəsinin 4-cü bəndinin, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tələblərini kobud şəkildə pozaraq, ##.##.2025-ci il tarixdə ona hüquqi cəhətdən tam qanunsuz, əsassız və qərəzli şəkildə “Xəbərdarlıq”, bundan 19 gün sonra isə ##.##.2025-ci il tarixdə intizam tənbehi– töhmət vermişdir. Hər iki halda onun hansı intizam xətasına yol verməyi barədə heç bir konkret fakt mövcud olmamışdır. Qeyd olunan intizam tənbehinin qanuniliyinə müvafiq iddia ərizəsi əsasında Yasamal Rayon Məhkəməsində baxılır. Bundan sonra S.Babazadə qısa müddətdə bir neçə dəfə də tam əsassız və qərəzli şəkildə ona növbəti intizam tənbehləri verməyə cəhd göstərmişdir. ##.##.2025-ci il tarixdə İSİM-in İnsan resursları və hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aysel Qurbanlı onu həmin şöbəyə dəvət edərək, bir vərəqdən ibarət adsız, imzasız və qeydiyyatsız yazılı məlumat təqdim etmiş və baş direktor Səbinə Babazadənin çox təcili qaydada orada qeyd olunanlar barədə yazılı izahat verməyini tələb etdiyini bildirmişdir. Həmin yazı ilə ilkin tanışlıq zamanı məlum olmuşdur ki, onun mahiyyəti guya Səhiyyə Nazirliyi tərəfindən naməlum zamanda və naməlum şəxslər tərəfindən İSİM-in Təsərrüfat şöbəsinin işinin təşkilinin yoxlanılması və aşkar olunan nöqsanlar barədədir (surəti ərizəyə əlavə olunur). Son zamanlar İSİM rəhbərliyi tərəfindən dövlət müəssisəsinin idarəetmə qaydalarının bu şəkildə pozulmasının, zorakı üsulların tətbiq edilməsinin adi hala çevrildiyini nəzərə alaraq, daxil olan həmin məlumatla tanış olmaqla ətraflı izahat yazıb təqdim etmişdir (surəti əlavə olunur). İzahatda qeyd etmişdir ki, sənəddə göstərilən nöqsanlar İSİM rəhbərliyinin, “Tender (malların və xidmətlərin satınalınması) Komissiyası”nın, “Satınalma və təchizat şöbəsi”nin, Maliyyə şöbəsinin vəzifələrinə və səlahiyyətlərinə aiddir. Ona görə də tələb olunan izahat ondan yox, göstərilən vəzifələri tutan şəxslərdən alınmalıdır. Belə ki, o, heç vaxt Tender Komissiyasının üzvü olmamış, onun işində iştirak etməmiş və İSİM-in təsərrüfat təminatı ilə bağlı heç bir müqavilədən, onların icrasından məlumatı olmamışdır (daha doğrusu, məqsədli şəkildə buna imkan verilməmişdir). İSİM rəhbərliyi həmişə onu həmin müqavilələr üzrə görüləcək və ya görülən bütün işlərdən, o cümlədən satınalmalardan, cari təmir-bərpa işlərindən kənarda saxlayaraq, “bunların sənə aidiyyəti yoxdur, bu işlərlə biz özümüz məşğul oluruq” bildirmişdir. Rəhbərliyin göstərişinə əsasən əmək funksiyaları inzibati binanın və ərazinin təmizlikgigiyena işlərinin təşkilindən və sanitar qovşaqlarda, elektrik xətlərində Təsərrüfat şöbəsinin imkanları daxilində olan (1 texnik, 4 fəhlə ilə) xırda təmir-bərpa işlərinin icra edilməsindən ibarət olmuşdur. Bu baxımdan qeyd olunan məlumatda onun Təsərrüfat şöbəsinin müdiri kimi konkret olaraq hər hansı intizam və ya xidməti pozuntuya yol verməsi, hansısa əmək funksiyasını yerinə yetirməməsi barədə heç bir fakt və müddəa olmadığı üçün həmin sənəd üzrə ondan yazılı izahat tələb edilməsi tam əsassız və qanunsuzdur. Ona görə də həmin sənəd və onun məzmunu Təsərrüfat şöbəsinə münasibətdə tamamilə əsassız, qeyri-obyektiv və qərəzlidir. Həmçinin, yoxlamanın onun İSİM və Səhiyyə Nazirliyi rəhbərliyinə mövcud korrupsiya hüquqpozmaları barədə verdiyi məlumatlarla əlaqədar keçirildiyi bildirilsə də, onun gizli şəkildə, məlumatı və iştirakı olmadan aparılması qərəzli və qanunsuzdur. Məqsəd isə məlumat verdiyinə görə onu bu yolla daha sərt şəkildə cəzalandırıb işdən çıxarmaq idi. Bu məqsədlə də yoxlamanı keçirən şəxslərlə İSİM rəhbərliyi arasında əvvəlcədən razılaşdırılmış sövdələşmə olmuşdur. Bu məqsədlə arayışı (məlumatı) hazırlayan məsul şəxslər İSİM-in Təsərrüfat şöbəsinin ştat strukturu, faktiki imkanları, texniki işçilərinin sayı, ixtisasları və vəzifə funksiyaları barədə məlumatları qəsdən təhrif etmişlər ki, bu hal da ciddi məsuliyyət yaradır. Ona görə də onlar yoxlamada və onun nəticələrində qərəzli şəkildə İSİM-in Təsərrüfat şöbəsinə böyük qurumların, müəssisələrin və ya nazirliklərin çoxfunksiyalı, çoxsahəli ixtisaslı texniki işçi qüvvəsinə və potensialına malik, yüksək təminatlı təsərrüfat şöbələri ilə eyni yanaşmanı tətbiq etmişlər. Eyni zamanda sənəddə bir sıra həqiqətə uyğun olmayan və yalan faktlar qeyd edildiyinə, təhriflərə yol verildiyinə görə və orada yazılanların təhlilindən görünür ki, həmin sənəd hansısa başqa bir sənədin və ya şablonun üzərində uğursuz şəkildə “düzəldilmiş”, yəni “kopirovka olunmuşdur”. Bu səbəblərə görə həmin sənəd faktiki vəziyyətə görə “İSİM-in Təsərrüfat şöbəsinin işinin təşkilinin yoxlanılmasının nəticələri” deyil, “İSİM-in təsərrüfat təminatının və inzibati binasının mühəndis-texniki vəziyyətinin yoxlanılmasının nəticələri” adlandırılmalı idi. Bunu istənilən səviyyədə sübut etməyə hazırdır. Bu baxımdan həmin sənəd ona görə qeyri-obyektiv və qərəzlidir ki, İSİM-in Təsərrüfat şöbəsinin hazırda faktiki işçi heyəti mövcud ştat üzrə 1 şöbə rəisindən, 1 texnikdən, 4 fəhlədən, 2 bağbandan, 1 qarderobçudan və 17 xadimədən ibarətdir. 1 elektrik vəzifəsi vakantdır. Bu işçi qüvvəsi və faktiki imkanlarla isə məlumatdakı məsələlərin (nöqsanların) həll edilməsinin Təsərrüfat şöbəsindən tələb olunması reallıqdan uzaq, tam əsassız və qeyri-mümkündür və qanunsuzdur. Məlumatda qeyd olunan 6 bənd üzrə xüsusatlara dair isə bunları qeyd edir: 1) Cari təmir üzrə: Binanın cari və xırda təmir-bərpa işlərinin aparılması üçün Təsərrüfat şöbəsi ştatına görə heç bir işçi qüvvəsinə (dülgər, rəngsaz və s.), təmir materiallarına və maliyyə resurslarına malik deyildir. Qeyd olunan işlər tender (malların və xidmətlərin satınalınması) vasitəsilə həyata keçirilir ki, onun da həmin işlərdə heç bir iştirakı və fəaliyyəti yoxdur. Ona görə də cari təmir işlərinin planı və qrafiki Təsərrüfat şöbəsində deyil, İSİM-in baş direktoru, “Tender (satınalma) Komissiyası”, “Satınalma və təchizat şöbəsi” və Maliyyə şöbəsi tərəfindən hazırlanıb icra olunur. 2) Elektrik təsərrüfatı üzrə: 1995-ci ildə bina inşa edilərkən onun divaraltı elektrik xətləri azmüqavimətli, nazik alüminium kabeli ilə çəkilmişdir. Binanın elektrik sistemi 30 il ərzində istismar müddətini başa vurduğuna görə qeyd olunan xətlərinəksər hissəsi, elektrik şitləri və digər ötürücü avadanlıqlar qəzalı vəziyyətdədir. Buna görə də tez-tez qısaqapanma, qızma və zədələnmə hadisələri baş verir ki, bunların aradan qaldırılması üçün mütləq qaydada tender əsasında bu sahədə ixtisaslaşmış MMC tərəfindən cari və ya əsaslı təmir işləri aparılmalıdır. Təsərrüfat şöbəsinin ştat üzrə yeganə elektriki (hazırda o da yoxdur) isə yalnız xırda təmir-bərpa işlərini (lampaların, patronların, cərəyan yuvalarının, elektrik açarlarının və s. dəyişdirilməsi) və gündəlik texniki nəzarət işlərini icra edə bilir. Bütün əsaslı və cari təmir işlərinin, o cümlədən ildırımdan mühafizə sisteminin və ehtiyat enerji mənbələrinin yaradılması, torpaqlama sisteminin ölçmələrinin aparılması Təsərrüfat şöbəsinin imkanları xaricindədir və tender vasitəsilə həll olunmalıdır. Bu sahədə qeyd edilməyən ciddi nöqsanlardan biri 65 yaşına çatmış qeyri-təsərrüfat işçilərindən birinin müddətli müqavilə (kvota) ilə işdə saxlanılması naminə həmin kvota ilə işləyən Təsərrüfat şöbəsinin bundan sonra 1 il işləyə biləcək yeganə elektrikinin işdən çıxarılması (hazırkı əmək haqqı ilə yeni elektrikin işə qəbulunun çətin məsələ olduğunun da nəzərə alınmaması) və nəticədə elektrik sistemi qəzalı vəziyyətdə olan binanın elektriksiz qalmasıdır (binanın elektrik sisteminin qəzalı vəziyyətdə olmasını sübut edən çoxsaylı fotoşəkillər ##.##.2025-ci il tarixdə tərəfimdən Nazirliyin əməkdaşına təqdim olunmuşdur). 3) Yanğın təhlükəsizliyi üzrə: Binada yanğın təhlükəsizliyinə cavabdeh Təsərrüfat şöbəsinin rəisi deyil, “İnsan resursları və hüquq şöbəsi”nin ştatında və tabeliyində olan əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisdir. Bu faktın sənəddə 3 dəfə təhrif edilməsi onun qərəzliliyinin bir daha sübutudur. Yanğın siqnalizasiya sistemləri və tüstü detektorları istismar müddətini başa vurduğuna görə uzun illərdir işlək vəziyyətdə deyildir. Bunların yenilənməsi və yanğınsöndürmə balonlarının ildə 1 dəfə doldurulması, həmçinin qəza işıqlandırma sisteminin quraşdırılması, yararsız yanğın şkaflarının dəyişdirilməsi də tender vasitəsilə həyata keçirilməlidir. Təxliyyə çıxışlarının hamısı açıq vəziyyətdədir. Sənəddə göstərildiyi kimi guya bəzi qapıların bağlı vəziyyətdə saxlanılması barədə qeyd tamamilə yalandır və onun haradan götürüldüyü məlum deyildir (bu baxımdan məlumatın hansısa başqa böyük müəssisə üçün mövcud olmuş şablon sənəd üzərində “kopirovka” üsulu ilə hazırlanması bir daha təsdiqini tapır). İşçilərə yanğın zamanı davranış qaydaları və əməyin mühafizəsi üzrə təlimatlar müvafiq maarifləndirmə materialları vasitəsilə yuxarıda qeyd olunan “İnsan resursları və hüquq şöbəsi”nin ştatında və tabeliyində olan əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi tərəfindən həyata keçirilməlidir. 4) Binanın texniki vəziyyəti üzrə: Binanın yuxarıda qeyd olunduğu kimi, bütün daxili sanitar və texniki qurğularının, otaqların qapılarının, döşəmə və tavan sistemlərinin, digər avadanlıqlarının 30 il ərzində istismar müddətlərini başa vurduğuna görə onlarda nöqsanların olması təbii haldır. Bunların təmiri də tender vasitəsilə aparıldığı üçün Təsərrüfat şöbəsinin imkanları xaricindədir və buna görə də binanın daxili hissəsi yaxın zamanlarda tender vasitəsilə tam əsaslı təmir olunacaqdır. Sanitar qovşaqlarda və texniki qurğularda mövcud olan bəzi nöqsanların səbəbləri isə onların aradan qaldırılması üçün tender vasitəsilə alınan bir sıra zəruri xırda təmir-bərpa materiallarının bəzən mövcud olanlarla uyğun gəlməməsi, lazım olmayan malların alınması, gec alınması və ya faktiki tələbatdan az miqdarda alınmasıdır. Bu barədə tərəfindən dəfələrlə İSİM rəhbərliyinə rəsmi məlumatlar və tələbnamələr verilmişdir. İnzibati binanın daxilində ehtiyat içməli su çəni və onun təminedici boru xətlərinin mövcud olmaması barədə məlumat həqiqətə uyğun deyildir. Bina içməli su ilə çardaqda (texniki mərtəbədə) yerləşən 5 tonluq dəmir çən vasitəsilə təmin olunur. Həmin çən ciddi şəkildə korroziyaya uğradığı və suyun bioloji cəhətdən təmiz olmadığı üçün onun dəyişdirilməsi barədə bir neçə dəfə İSİM rəhbərliyinə tələbnamə yazılmışdır. Bu işlər də tender vasitəsilə həll olunmalıdır. Orada mövcud olmuş və kustar üsulla boruşəkilli dəmirdən hazırlanmış 2 ədəd su çəni isə ağır korroziyaya uğradığı və istifadəyə təhlükəli olduğu üçün 5 il əvvəl onların istifadəsi tam dayandırılmışdır. Havalandırma sistemi 15 ildən artıqdır ki, fəaliyyət göstərmir. İsitmə sistemində olan problemlərə görə əsaslı və cari təmir-bərpa işləri də tender vasitəsilə ixtisaslaşmış MMC tərəfindən aparılmalıdır. Bu barədə son 1 il ərzində tərəfimdən İSİM rəhbərliyinə bir neçə dəfə rəsmi tələbnamə yazılmışdır. Qapanma mexanizmləri nasaz vəziyyətdə olan bütün pəncərələr son 1 ildə inzibati binanın fasadını tender vasitəsilə əsaslı təmir edən və nəticələrini təhvil verməyən “xxxx” MMC tərəfindən quraşdırılmışdır. Məlumatda bu istiqamətdə saxtakarlıq o həddə çatmışdır ki, yoxlayıcılar 2024-cü ildə Səhiyyə Nazirliyinin xətti ilə birbaşa müqavilə metodu ilə 4.475.000 manat məbləğində smeta ilə fasadı əsaslı təmir edən həmin MMC-nin gördüyü işlər zamanı yol verilən nöqsanların və digər neqativ halların nəticələrini də onun nöqsanları kimi qeyd etmişlər (bütün fasad şüşələrinin və pəncərələrinin keyfiyyətsiz quraşdırılması, qapanma mexanizmlərinin nasaz olması, işlərin başa çatdırılmayaraq yarımçıq qalması və s.). Onlar təmir işlərini başa çatdırıb təhvil verməmişlər və mövcud olan bu və digər problemlər barədə Səhiyyə Nazirliyi məlumatlandırılmışdır. Dam örtüyündəki problemlər də həmin MMC işləyən vaxt onlar tərəfindən yaradılmışdır və aradan qaldırmaları üçün bu barədə də məlumatlandırılmışdır. 5) Yük lifti üzrə: İstismar müddətini başa vurduğuna görə fəaliyyətini dayandırmış yük liftinin yenisi ilə əvəz olunması da Təsərrüfat şöbəsinin səlahiyyətində olan məsələ deyildir və tender vasitəsilə həll olunmalıdır. 6) Təşkilati və inzibati məsələlər üzrə: Təsərrüfat şöbəsinin faktiki imkanları daxilində olan bütün mümkün profilaktik tədbirlər həyata keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə artıq sənəddə 3-cü dəfə qəsdən təhriflə bağlı bir daha qeyd edir ki, “işçilərin təhlükəsizlik təlimatları üzrə imza jurnalları” “İnsan resursları və hüquq şöbəsi”nin ştatında və tabeliyində olan əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi tərəfindən aparılmalıdır. Eyni zamanda istismar müddətinin başa çatması ilə əlaqədar binanın fasadından sonra onun bütün daxili sisteminin də yaxın aylarda əsaslı təmirinə başlanılacağı nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara görə bütün məsuliyyəti ilə bildirir ki, sənəddə göstərilən “Ümumi nəticə”nin Təsərrüfat şöbəsi ilə, o cümlədən onun faktiki imkanları və fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və hər hansı səhlənkarlıq hallarına yol verilməmişdir. Bu baxımdan məlumatda göstərilənlər arasında elə bir nöqsan (məqam) yoxdur ki, onun həlli Təsərrüfat şöbəsindən və onun faktiki imkanlarından asılı olsun, lakin şöbə həmin məsələni həll etməmiş olsun. Belə ki, sənəddəki “Ümumi nəticə”də göstərilən “elektrik və yanğın təhlükəsizliyi üzrə sistemlərin bərpası və yenilənməsi, yük liftinin yenisi ilə əvəz olunması və binanın əsaslı təmiri” Təsərrüfat şöbəsinin faktiki imkanları və səlahiyyətləri xaricindədir. Bütün bu işlər mütləq qaydada tender (işlərin və xidmətlərin satınalınması) vasitəsilə icra olunmalıdır. “İşçilərin mütəmadi olaraq əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatlandırılması” funksiyası da yuxarıda dəfələrlə qeyd olunduğu kimi Təsərrüfat şöbəsinin deyil, ştat üzrə “İnsan resursları və hüquq şöbəsi”nə tabe olan əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisin vəzifə funksiyalarına aiddir. Bir daha qeyd edir ki, mövcud qanunvericiliyə əsasən göstərilən real nöqsanların hamısı tender (malların və xidmətlərin satınalınması) vasitəsilə həll edilməlidir və yuxarıda göstərdiyi kimi həmin sahədə onun heç bir səlahiyyəti olmamış, orada iştirakına və fəaliyyətinə rəhbərlik tərəfindən icazə verilməmişdir. Yoxlayıcılar S.Babazadə ilə sövdələşmə nəticəsində saxtakarlıq və qanunsuzluq edərək, qanunvericiliyə əsasən tenderlə həll olunan bütün nöqsanları sözün əsl mənasında zorakı yolla cəmi 1 texniki və 4 fəhləsi olan Təsərrüfat şöbəsinə (dolayısı ilə ona) aid etmişlər. Halbuki, həm Səhiyyə Nazirliyinə, həm də S.Babazadəyə rəsmi sənədlərlə heç zaman tender və onun nəticələri üzrə heç bir işlərdə iştirakının və fəaliyyətinin olmadığını dəfələrlə sübuta yetirmişdir. Onlar işdən çıxarmaq üçün qəsdən və qərəzli şəkildə belə ciddi təhriflərə, əsassız tələblərə və saxtakarlıqlara yol vermişlər. Göstərilən konkret nöqsanlara (nəticəyə) görə isə o yox, yuxarıda qeyd olunan sahələrə – tenderə, maliyyəyə, maddi-texniki təminata və təchizata cavabdeh və icraçı olan vəzifəli şəxslər sorğulanmalı, araşdırmalar aparılaraq müvafiq tədbirlər görülməlidir. Qeyd edir ki, İSİM-in Təsərrüfat şöbəsinin müdiri olduğu son 3 il ərzində vəzifə öhdəliklərini yüksək səylə, məsuliyyətlə və vicdanla yerinə yetirmişdir (buna görə bir neçə dəfə pul mükafatı ilə mükafatlandırılmışdır). Fəaliyyətində heç bir məsuliyyətsizliyə, qanunsuzluğa, saxtakarlığa, pozuntuya və sui-istifadə hallarına yol verməmiş və bütün bunları istənilən səviyyədə sübut etməyə hazır olduğunu bildirmişdir. S. Babazadə imkanında olan bütün vasitələrlə dəfələrlə fəaliyyətini hərtərəfli yoxlamış, lakin nəticədə heç bir qanun pozuntusu və ya hər hansı neqativ fakt aşkar edə bilməmişdir. Yuxarıda qeyd olunanlar, o cümlədən ətraflı yazılı izahatı Səhiyyə Nazirliyindən daxil olmuş arayışda göstərilən nöqsanların əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməyəcəyini tam sübuta yetirir. S. Babazadə tərəfindən izahata heç bir reaksiya verilməmişdir. Onun A. Qurbanlı vasitəsilə bütün aidiyyəti vəzifəli şəxslərin toplanaraq qeyd olunanların obyektiv şəkildə müzakirə olunması və konkret hansı nöqsanlarının (intizam pozuntusunun) olduğunun sübut edilməsi barədə xahişi də qəbul edilməmişdir. Göstərilən qanunsuzluqlar və S. Babazadənin onu əsassız, qərəzli şəkildə işdən çıxarmaq cəhdləri barədə səhiyyə nazirinə bir neçə dəfə rəsmi müraciətlərinə də baxılmamışdır. Son 3 ay ərzində səhhəti ilə əlaqədar olaraq yüngül (kiçik həcmli) işə keçirilməsi barədə baş direktor S.Babazadəyə və səhiyyə nazirinə etdiyi rəsmi müraciətlər qərəzli şəkildə təmin olunmamışdır. Məqsəd isə o idi ki, S. Babazadənin qanunsuz məqsədinə görə onu Təsərrüfat şöbəsində qərəzli mülahizələrlə və yuxarıda göstərilən üsullarla işdən çıxarmaq daha asan idi və son nəticədə də bunu həyata keçirmişdir. ##.##.2025-ci il tarixdə A.Qurbanlı və həmin şöbənin baş hüquqşünası nümayəndə1 tərəfindən ona təklif olunmuşdur ki, S. Babazadənin göstərişinə əsasən ərizə yazıb öz istəyi ilə işdən çıxsın. Əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam veriləcəkdir. İddiaçı onlara bütün bunların zorakılıq, tam əsassız, qanunsuz və qərəzli olduğunu, bu günə kimi heç bir vəzifəli şəxsin onun hər hansı konkret intizam və xidməti pozuntularını göstərə bilmədiyini, bu qanunsuzluqların İSİM-də korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumat verdiyinə görə qisas məqsədilə edildiyini, hazırda məhkəmə prosesi keçirilən əsassız intizam tənbehinin də bu məqsədlə verildiyini bildirmişdir. Eyni zamanda göstərilənlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 79, 231-ci maddələrinin və “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun kobud şəkildə pozulması olduğunu və belə hərəkətlərin yolverilməzliyini bildirmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq yüngül (kiçik həcmli) işə keçirilməsini xahiş etmişdir. Həmçinin qeyd olunanlar barədə səhiyyə naziri T. Musayevə rəsmi ərizə ilə müraciət etdiyini və onun nəticəsini gözləməyin zəruri olduğunu onların nəzərinə çatdırmışdır. Bütün bunlara baxmayaraq, onlar S.Babazadənin adından əsassız mövqelərindən və tələblərindən əl çəkməmişlər. Həmin gün bir saatdan sonra ona əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam olunması barədə ***-K nömrəli əmri təqdim etmişlər. Həmin əmr aşağıdakı təkzibolunmaz sübutlara və mötəbər dəlillərə görə tam əsassız, qərəzli və qanunsuzdur: 1. Əmək müqaviləsinə xitam verilən ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrdə göstərilən *******000100 nömrəli əmək müqaviləsi İSİM tərəfindən ƏMAS sistemində yerləşdirilən məlumata görə ##.##.2019-cu il tarixdə qüvvədən düşmüşdür. Daxili əvəzçilik qaydasında 0,5 ştat vahidi ilə işlədiyi menecer vəzifəsinə isə guya Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən *-Ü nömrəli əmrlə xitam verilmişdir. Bu əmr ona elan və təqdim olunmamışdır. 2. Əmrdə qeyd edilən Həmkarlar İttifaqı Komitəsinin razılıq protokolu etibarsızdır. Çünki nə əvvəlki iş yerlərində, nə də İSİM-də işlədiyi müddətdə üzvlük könüllü olan bu təşkilata üzv olmaq üçün mütləq şərt olan yazılı ərizə ilə heç zaman müraciət etməmiş və bu səbəbdən üzvlüyü barədə Komitənin müvafiq qərarı olmamışdır. Onun əmək haqqından qanunsuz üzvlük haqqı tutulmasının dayandırılması barədə dəfələrlə rəhbərliyə ərizə ilə müraciət etmişdir (onlardan birinin surəti əlavə olunur). Bu səbəbdən guya qeyd olunan protokolun tərtib olunduğu iclasda iştirak etməmişdir. 3. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının ## ###### 2004-cü il tarixli, ***-IIQ nömrəli Qanununun 11-2.2-ci maddəsində qeyd olunur ki: “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumlarına hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağandır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu kimi tədbirlər tətbiq edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.” Qanunun 11-2.2-1-ci maddəsinə görə isə bu maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olur. Qeyd olunan əmrlə bu Qanunun tələbləri kobud şəkildə pozulmuşdur.
4. Əmrdə istinad olunan Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubu ilə təqdim olunan arayışda qeyd olunan nöqsanların onun xidməti fəaliyyətinə aidiyyəti olmadığını yuxarıda qeyd olunan ətraflı izahatı ilə tam sübuta yetirmişdir və əksini heç kim sübut etməmişdir. Buna görə də həmin məktubun əmrdə səbəb kimi göstərilməsi qanunsuzdur. 5. Bu vaxta kimi onun hansı əmək funksiyalarını yerinə yetirmədiyi və hansı konkret intizam pozuntusuna yol verdiyi barədə heç bir vəzifəli şəxs tərəfindən konkret fakt göstərilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bir şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını yerinə yetirmədiyinə görə iş yerində əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya işəgötürənin hüquqlarına ziyan dəymiş olsun. Onun fəaliyyətində bu hallar mövcud deyildir.
6. Qanuniliyinə Yasamal Rayon Məhkəməsində baxılan eyni motivlərlə verilmiş intizam tənbehinin mövcudluğu nəzərə alınmamışdır. 7. Ağır onkoloji əməliyyat keçirməsi və onkoloji, həmçinin şəkərli diabet xəstəlikləri ilə əlaqədar Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən yüngül (kiçik həcmli) işə keçirilməsi barədə dəfələrlə etdiyi rəsmi müraciətlər təmin olunmamışdır. Halbuki, həmin maddəyə əsasən işəgötürən tibbi rəyə uyğun olaraq işçini daha yüngül işə keçirməyə borcludur. 8. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Bu hal da nəzərə alınmamışdır. Qeyd olunanlar sübut edir ki, baş direktorun məqsədi onu istənilən yolla işdən azad etmək olmuşdur və nəticədə bu həyata keçirilmişdir. Bu qanunsuz, qərəzli və qisasçı hərəkətlər onun sağlamlığına ciddi zərər vurmuş, şəkərli diabet və onkoloji xəstəliyinin vəziyyəti pisləşmişdir. Göstərilən ciddi qanun pozuntularına görə əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmr ləğv olunmalı, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.
15. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, iddiaçı İddiaçı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi Publik Hüquqi Şəxsi arasında ##.##.2016-cı il tarixli əmək müqaviləsi bağlanmışdır. O, hazırda adı çəkilən müəssisədə təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:- Təsərrüfat şöbəsinin müdiri təsərrüfat xidmətini, müəssisə yerləşdiyi bina və tikililərin istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına uyğunluğunu, eləcə də avadanlığın (liftlər, işıqlandırma, istilik sisemi, ventilyasiya və s.) sazlığına nəzarəti təmin edir.-Təmir və profilaktik işlərin (santexnik, elektrik işləri, xırda təmir) vaxtında yerinə yetirilməsini təmin edir.-Zibilin çıxarılmasını və ərazinin təmizliyini təşkil edir.-Otaqların və ərazinin mövsümi şərtlərə hazırlanmasını təmin edir.-Təsərrüfat ehtiyyacları üçün sərfiyyat materiallarının (yuyucu vasitələr, təsərrüfat inventarı) uçotunu aparır.- Müəssisə ərazisində sanitariya və təhlükəsizlik normalarına riayət olunmasına nəzarət edir.-Yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsini və yanğından müdafiə avadanlığın saz vəziyyətdə saxlanılmasını təmin edir.-Öz fəaliyyəti üzrə rəhərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsini təmin edir. İddiaçının hazırkı tələbi ##.##.2025-ci il tarixli ***-K nömrəli əmrin ləğv olunaraq işə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi ilə bağlıdır. Belə ki, ##.##.2025-ci il tarixli ***-K nömrəli əmr verilmişdir. Həmin əmr təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışan İddiaçı Şirvan oğlu ilə bağlıdır və onunla bağlanmış müvafiq əmək müqaviləsinə xitam verilmə səbəbi kimi Səhiyyə Nazirliyinin Yoxlama Komissiyasının ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli məktubu ilə təqdim edilmiş arayışında qeyd olunan nöqsanlar və İSİM-in Həmkarlar İttifaqı Komitəsinin razılıq protokolu göstərilmişdir. İşçinin əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli 3 **/*-***/**** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-**/*-*-**/**** nömrəli sərəncamına əsasən “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” PHŞ-də aparılmış yoxlamanın nəticəsinə dair tərtib edilmiş arayışdan çıxarış təqdim edilmişdir. Həmin çıxarışla yoxlamanın ## ######## 2025-ci il – ## ######## 2025-ci il tarix aralığını əhatə etdiyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzində təsərrüfat şöbəsinin işinin təşkilinin yoxlanıldığı və yoxlama zamanı cari təmir işləri üzrə, elektrik təsərrüfatı üzrə, yanğın təhlükəsizliyi üzrə, binanın texniki vəziyyəti üzrə, yük lifti üzrə, təşkilati və inzibati məsələlər üzrə nöqsanların aşkar edildiyi müəyyən edilmişdir. ##.##.2025-ci il tarixli 3-##/# ****/**** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən məktubla komissiya tərəfindən aşkar edilmiş nöqsanların yaranma səbəbi araşdırılarkən müvafiq sahəyə məsul olan əməkdaşların öz vəzifə təlimatlarına uyğun vəzifə borcunu yerinə yetirməməsi və işlərinə məsuliyyətsiz yanaşmasının müəyyən edilmiş olması göstərilir. Eyni zamanda məktubda qeyd edilir ki, aparılmış yoxlama zamanı komissiyanın gəldiyi nəticəyə əsasən aidiyyəti sahələrə cavabdeh olan təsərrüfat şöbəsinin müdiri İddiaçı barəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə 3 iş günü ərzində Səhiyyə Nazirliyinə məlumat verilməsi İctimai Səhiyyə və İslahatlar Mərkəzi PHŞ-nin baş direktoru Səbinə Babazadəyə tapşırılır. Qeyd edir ki, əmrin verilməsi, həmçinin müqaviləyə xitam verilməsi ilə bağlı əmək qanunvericiliyinin bütün müvafiq tələblərinə riayət olunmuşdur. Eyni zamanda İddiaçı barəsində daha əvvəl ##.##.2025-ci il tarixli nöqsanlara dair akta əsasən ##.##.2025-ci il tarixli yazılı xəbərdarlıq və ##.##.2025-ci il tarixli ***-K nömrəli əmrlə isə İddiaçı barəsində töhmət intizam tənbehi tətbiq edilmişdir. Belə ki, İddiaçı xəbərdarlıq və töhmət əmrlərinin ləğv edilməsi və zərərin ödənilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Bu intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuş və pozuntular “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” PHŞ-də aparılmış yoxlamanın nəticəsinə dair tərtib edilmiş arayışda qeyd edilmişdir. Belə ki, İddiaçı əmək funksiyasına etinasız yanaşaraq vəzifə borcunu yerinə yetirmədiyinə görə iş yerində əmək və icra intizamının normal ahəngi pozulmuşdur. İddiaçı əmək funksiyasına etinasızlığı nəticəsində əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə də ziyan dəymişdir. Belə ki, əlavə etdiyi Əmirova Rəna tərəfindən, Aysel Qurbanlı, Hüseynov Məhəmməd, nümayəndə1 tərəfindən yazılan məktublar İddiaçıla bağlı kollektivin ayrı-ayrı üzvlərinin fikirlərini əks etdirir. İddiaçı fəaliyyətində aşkar edilmiş nöqsanlarla bağlı eyni tipli mülahizələr irəli sürərək həmin işlərin ya tender vasitəsilə həll olunmalı olduğunu, ya da ümumiyyətlə ona aid olmadığını, aşkar edilmiş təkzibedilməz nöqsanların isə yalan olduğunu (məsələn, təxliyyə çıxışlarının bir qisminin sərbəst olmaması, bəzi qapıların bağlı vəziyyətdə saxlanılması, binanın daxilində ehtiyat içməli su çəni və boru xətlərinin ləğv edilməsi) bildirmiş və sair özünümüdafiə xarakterli, sübut edilə bilməyən mülahizələr irəli sürmüşdür. Halbuki, İddiaçı əmək funksiyaları ilə aşkar edilmiş nöqsanların əlaqəsi tam uzlaşır. Yük liftinin yenisi ilə əvəz olunmasını da təsərrüfat şöbəsinin səlahiyyətinə aid etməmişdir. Lakin liftlərin sazlığına nəzarəti təmin etmək kimi əmək funksiyası vardır. Ən azından bu barədə müvafiq tələbnamə yazıla bilərdi, lakin yazılmayıb. Ümumiyyətlə, aşkar edilmiş nöqsanlarla bağlı İddiaçı tərəfindən həmin nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tələbnamələr də təqdim edilməmişdir. Əlavə olaraq, İddiaçı Əmək Məcəlləsinin həm də 79-cu maddəsinə istinad edərək əmrin qanunsuz olduğuna istinad edir. Belə ki, İddiaçı 70-ci maddə ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi onun şəkərli diabet və ya dağınıq skleroz xəstəliyi səbəbinə görə olmamışdır.
16. İddiaçı İddiaçı vəsatəti ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.A.Oruclu) iddia təmin edilməmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-**/*-*-**/**** nömrəli sərəncamına əsasən “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” PHŞ-də yoxlama aparılmış və aparılmış yoxlamanın nəticəsinə dair arayış tərtib edilmişdir. Həmin arayışa əsasən yoxlama ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarix aralığını əhatə etmiş, yoxlama zamanı İctimai Səhiyyə və İslahatlar Mərkəzində təsərrüfat şöbəsinin işinin təşkili yoxlanılmış, yoxlama zamanı cari təmir işləri üzrə, elektrik təsərrüfatı üzrə, yanğın təhlükəsizliyi üzrə, binanın texniki vəziyyəti üzrə, yük lifti üzrə, təşkilati və inzibati məsələlər üzrə nöqsanların aşkar edildiyi müəyyən edilmişdir. ## ####### 2025-ci il tarixli *-**/*-****/**** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən məktubla komissiya tərəfindən aşkar edilmiş nöqsanların yaranma səbəbi araşdırılarkən müvafiq sahəyə məsul olan əməkdaşların öz vəzifə təlimatlarına uyğun vəzifə borcunu yerinə yetirməməsi və işlərinə məsuliyyətsiz yanaşması müəyyən edilmiş, eyni zamanda aparılmış yoxlama zamanı komissiyanın gəldiyi nəticəyə əsasən aidiyyəti sahələrə cavabdeh olan təsərrüfat şöbəsinin müdiri İddiaçı barəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə 3 iş günü ərzində Səhiyyə Nazirliyinə məlumat verilməsi İctimai Səhiyyə və İslahatlar Mərkəzi PHŞ-nin baş direktoru Səbinə Babazadəyə tapşırılmışdır. Həmçinin İddiaçı barəsində daha əvvəl ## #### 2025-ci il tarixli nöqsanlara dair akta əsasən ## #### 2025-ci il tarixli yazılı xəbərdarlıq və ## #### 2025-ci il tarixli ***-K nömrəli əmrə əsasən barəsində töhmət intizam tənbehi tətbiq edilmişdir.
19. Məhkəmə hesab etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X2 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə qəbul edilmişdir və işəgötürən tərəfindən əmək müqailəsinə xitam verilməsi qanuni və əsaslı şəkildə həyata keçirilmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 10, 11.”d”, 45.1, 70.”ç”, 72, 79.1, 80.1, 80.2, 83.1, 186.1, 186.2, 187.1, 187.2, 296.1-296.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, eyni zamanda işə baxılması zamanı prosessual normaların kobud pozulması hallarına yol vermiş hakim barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, işə baxan hakim ilk hazırlıq iclasından sona qədər qərəzli, qeyriobyektiv və birtərəfli mövqe tutaraq cavabdeh tərəfə üstünlük verdiyini dəfələrlə aşkar şəkildə büruzə vermiş və nəticədə qanunsuz qətnamə qəbul edilməsinə xidmət edən çoxsaylı maddi və prosessual hüquq normalarının və Hakimlərin Etik Davranış Kodeksinin tələblərinin kobud pozuntusu halarına yol vermişdir. Qətnamə qəbul edilərkən Azərbaycan Respublikasının Əmək Məcələsinin 70, 71, 79, 80, 187, 189, 231-ci maddələrinin, Azərbaycan Respubliksının Mülki Prosessual Məcələsinin (MPM) 9, 14, 19, 22, 77, 78, 80, 82, 88, 106,167, 172-ci, 220ci, 265-ci, 271-ci maddələrinin, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tələbləri pozulmuş və ya düzgün tətbiq edilməmişdir. Hakim cavabdeh tərəfə üstünlük verərək, onun nümayəndəsinin istəyi ilə əsassız şəkildə işə baxış iclasını ləngitmiş və bununla da işin halları üzrə kifayət qədər araşdırmalar və dinləmələr keçirmədən, təqdim edilmiş sübutları tədqiq edib qiymətləndirmədən və tərəfindən verilən zəruri vəsatətləri əsassız şəkildə təmin etmədən iddianın rədd edilməsi barədə tələsik qanunsuz qətnamə çıxarılmasına əvvəlcədən zəmin yaratmışdır. Belə ki, hakim MPM-in 172.1.1-ci maddəsinin tələblərini pozaraq, ##.##.2025-ci il tarixdə qeydə alınmış iddia üzrə ötən 2 ay ərzində sadə işə baxıb müvafiq qətnamə çıxarmamış, heç bir zərurət və əsas olmadan, heç bir prosessual hərəkətlər aparmadan yalnız cavabdehin nümayəndəsinin əsassız xahişi ilə 3 dəfə (##.##.2025, ##.##.2026, ##.##.2026-cı il tarixlərdə) hər biri kiçik zaman ərzində olan hazırlıq iclasları təyin etmişdir. ##.##.2026-cı il tarixdə yenə də cavabdehin nümayəndəsinin istəyi ilə 3-cü hazırlıq iclasının təyin olunmasının, tərəfindən prosessual pozuntu olduğu qeyd edildikdə isə, A.Oruclu “Sən mənə qanun öyrədəcəksənmi?” və “İstəsəm, bu saat elə sənin öz materialların əsasında iddianın rədd olunması qətnaməsi çıxararam” kimi hüquqdan və etik davranışdan kənar mövqe bildirmişdir. Bununla əlaqədar hakimə etiraz üçün məhkəmə sədrinə və Məhkəmə Hüquq Şurasına rəsmi müraciətindən sonra, həmin gün A.Oruclu işə baxılma müddətinin 2 ay uzadılması barədə tələsik və əsassız qərardad hazırlamış və bununla da növbəti qanunsuzluğa və saxtakarlığa yol vermişdir. Belə ki, heç bir qanuni və üzürlü səbəb olmadan qanunvericilikdə nəzərdə tutulmuş 2 ay ərzində baxılıb qurtarılmamış işin müddətinin 2 ay uzadılması barədə qərardadda hakim qəsdən saxtakarlıq edərək, onu əsaslandırmaq üçün MPM-dəki 171.1.3-cü maddəni bilərəkdən təhrif etməklə, onu 172.1.1-ci maddə ilə əvəz etmişdir. Belə ki, MPM-in 171.1.3-cü maddəsi işə bərpaya deyil, yalnız digər mübahisələrə dair işlərə aiddir. MPM-də işə bərpa üzrə iddialara baxılan işlərin baxılma müddətinin artırılması nəzərdə tutulmamışdır. ##.##.2026-cı il tarixdə keçirilən 3-cü hazırlıq iclasında hakim A.Oruclu yenə də prosessual pozuntuya yol vermişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi əmrində Səhiyyə Nazirliyinin yoxlama komissiyasının ##.##.2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubu ilə təqdim edilmiş arayışında qeyd olunan nöqsanlar əsas kimi göstərilmişdir. Göstərilən arayışda qeyd olunan nöqsanların ona aidiyyatlılıq dərəcəsinin və əsaslı olub-olmamsının araşdırılması üçün həmin arayışın məhkəməyə təqdim olunması qərəzli olaraq təmin olunmamışdır. Bununla əlaqədar A.Oruclu cavabdehin nümayəndəsinin və vəkil nümayəndə2 həmin hazırlıq iclasında 2 dəfə məhkəmənin işini uzun müddətə pozmaqla iclas zalını tərk etmələrinə şərait yaratmışdır. Həmin arayış, İSİM-də mütəşəkkil dəstə tərəfindən çoxsaylı korrupsiya hüquqpozmaları və dövlət büdcə vəsaitinin mənimsənilməsi faktları barədə onun Səhiyyə Nazirliyinə təsdiqləyici sübutlarla birlikdə rəsmi müraciətləri əsasında səhiyyə nazirinin ##.##.2025-ci il tarixli, *-**/*- *-**/**** nömrəli sərəncamına əsasən keçirilmiş yoxlamanın nəticələri barədə 14 vərəqdən ibarət olan arayışdır. Həmin arayışın tam məzmunu onun qeyd olunan korrupsiya hüquqpozmaları barədə məlumat verdiyinə görə, qisasçılıq məqsədilə işdən çıxarılmağını tam sübuta yetirir. Ona görə də cavabdeh 14 vərəqdən ibarət olan həmin arayışı və ya onun təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. İş materialarına qanunsuz olaraq həmin sənədin İSİM-ə ünvanlanmış yalnız 1 vərəqdən ibarət müşaiyətedici məktubu (yəni 14 vərəqdən ibarət qoşması olmadan) əlavə olunmuşdur və bu da ciddi pozuntu hesab olunur. Məhkəmə ##.##.2026-cı il tarixdə həmin arayışın və ya onun təsdiq olunmuş surətinin təqdim olunması barədə Səhiyyə Nazirliyinə məktub göndərmiş, lakin işdə 3-cü şəxs olan Səhiyyə Nazirliyi də həmin arayışı məhkəməyə göndərməkdən imtina etmişdir. Məhkəmə tərəfindən bu barədə MPM-in 78.4-cü maddəsinin tələblərinə uyğun olan heç bir zəruri tədbir görülməmişdir. Məhkəmə işin nəticəsi üçün əhəmiyyətli olan bütün faktiki haları tam və obyektiv araşdırmamışdır. İddia tələbi üzrə təqdim olunan çoxsaylı dəlillərə, sənədlərə və maddi sübutlara baxılmamış və onların səbəbləri qətnamədə əks olunmamışdır. Əmək müqaviləsinə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verdiyimə görə qərəzli şəkildə xitam verilməsini təsdiq edən və məhkəməyə təqdim etdiyim çoxsaylı və əsaslı sübut materialrını, mötəbər dəliləri məhkəmə tədqiq etməmiş və onlara zəruri qiymət verilməmişdir. Bu xüsusatda məhkəməyə təqdim olunan 2025-ci ilin iyun-iyul ayları ərzində İSİM-in baş direktoru Səbinə Babazadəyə və səhiyyə naziri Teymur Musayevə İSİM-də korrupsiya hüquqpozmaları, bu sahədə cinayət xarakterli konkret faktlar barədə verdiyi və surətləri (göndərilməsinin poçt qəbzləri ilə) iş materialarında olan çoxsaylı məlumatları məhkəmə araşdırmamış və onlara MPM-in 265.4-cü maddəsinin tələbinə uyğun hüquqi qiymət verməmişdir. Qətnamədə əmək müqaviləsinə xitam verilməsi əmrində göstərilmiş səbəblərin əsaslı və qanuni olması sübuta yetirilməmiş, qərəzli şəkildə təhriflərə və saxtakarlıq halarına yol verilmişdir. Qətnamədə qəsdən və qərəzli şəkildə təhrifə yol verilərək, onun 2016-2022-ci ilər ərzində İSİM-in ştatlı Mülki Müdafiə Qərargahı rəisi vəzifəsində işlədiyi zaman mövcud olmuş vəzifə funksiyaları da hazırkı vəzifə funksiyalarına aid edilmiş və işin nəticəsi üzrə bu qanunsuz xüsusata da istinad olunmuşdur. Əmrdə qeyd edilən İSİM-in Həmkarlar İttifaqının əmək müqaviləsinə xitam verilməsinə razılıq barədə ##.##.2025-ci il tarixli protokolunun etibarlı olması sübuta yetirilməmişdir. Cavabdeh onun İSİM-in Həmkarlar İttifaqının üzvü olmağını sübut edə bilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsas kimi Səhiyyə Nazirliyinin yoxlama komissiyasının ##.##.2025-ci il tarixli, 3-##/# ****/**** nömrəli məktubu ilə təqdim edilmiş arayışında qeyd olunan nöqsanlara istinad edilsə də, məhkəmə qərəzli şəkildə qətnamədə həmin arayışda mövcud olmayan, yəni aid olmayan məlumatlara və faktlara (sübutlara) istinad etmişdir. Belə ki, ##.##.2025-ci il tarixdə ona qanunsuz intizam tənbehi verilməsindən sonra qısa müddətdə növbəti intizam tənbehi verməsi məqsədilə S.Babazadə tutduğu direktor vəzifəsinin imkanlarından sui-istifadə edərək təzyiq və hədəqorxu yolu ilə, onunla heç bir xidməti əlaqəsi olmayan Rəna Əmirova, Aysel Qurbanlı, Məhəmməd Hüseynov, nümayəndə1 alınmış və bundan əvvəlki intizam tənbehi ilə əlaqədar məhkəmə materialarına əlavə olunmuş, heç bir əsası olmayan və sübuta yetirilməmiş şərböhtan xarakterli ərizələrə (aid olmayan sübutlara) əsassız olaraq bu qətnamədə istinad edilməsi, MPM-in 80-ci maddəsinə əsasən tam qanunsuzdur. İSİM-in “İctimai sağlamlıq” şöbəsində menecer vəzifəsində işləyən, lakin S.Babazadənin “yaxın adamı” kimi təqdim etdiyi Məhəmməd Hüseynovun öz vəzifəsini icra etməyərək digər bütün sahələrə, o cümlədən təsərrüfat işlərinə əsassız müdaxilələr etdiyinə və daim idarəetmədə anlaşılmazlıqlar yaratdığına görə etirazını bildirmişdir. Əməyin mühafizəsi, yanğın və təhlükəsizlik texnikası qaydalarının təmin olunmasındakı nöqsanlara görə cavabdeh olan Rəna Əmirovanın cəzalandırılmaması müqabilində, S.Babazadə ondan iddiaçının əleyhinə qərəzli ərizə almışdır. Baş direktorun təsərrüfat işləri üzrə müavini Ə.Şahmarovun S.Babzadəyə ünvanlanmış, qətnamədə qeyd olunan ##.##.2025-ci il tarixli müraciəti barədə həmin vaxt S.Babazadəyə, sonra isə surətlərini ##.##.2026-cı il tarixli vəsatətlə məhkəməyə də təqdim etdiyi, qeyd olunan su qızdırıcısının sabiq baş direktor Q.Haqverdiyevin göstərişi ilə quraşdırıldığı barədə ##.##.2025-ci il tarixli izahatına və onun standart tipli olmasını təsdiq edən maddi sübuta məhkəmə tərəfindən məqsədli şəkildə baxılmamış və bu hal düzgün qiymətləndirilməmişdir. Bu xüsusat da hakim A.Oruclunun qərəzli şəkildə birtərəfli mövqe tutmasına dəlalət edir. Qətnamədə göstərilən, İSİM-də ona əsassız və saxta sənədlər əsasında verilən xəbərdarlığa etirazını bildirməyi və səhhəti ilə əlaqədar başqa işə keçirilməyi barədə ərizələrinə baxılmasını xahiş etməyi, məhkəmə tərəfindən şişirdilərək, “baş vermiş hadisələr” kimi qərəzli şəkildə qeyd olunmuşdur. Halbuki, bu faktın özü də S.Babazadənin əvvəlcədən ona qarşı həyata keçirməyi nəzərdə tutduğu qanunsuz şəkildə işdən azad edilməyi planının mövcudluğunu və ona görə də başqa işə keçirilmək xahişlərinə baxılmadığını sübuta yetirir. Məhkəmə yuxarıdakı qeyri-obyektiv məlumatları qətnamədə əks etdirmiş, lakin yenə də qərəzli və birtərəfli mövqe nümayiş etdirərək, onlar barəsində təqdim etdiyim yazılı izahatlara, ##.##.2026-cı il tarixli Etiraza və ##.##.2026-cı il tarixli vəsatətə baxmamış və onları qiymətləndirməmişdir. Qətnamədə məqsədli və qərəzli şəkildə göstərilən pozuntulara yol verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi istinad olunan Səhiyyə Nazirliyinin yoxlama komissiyasının ##.##.2025-ci il tarixli, 3-##/# ****/**** nömrəli məktubu ilə təqdim edilmiş arayışında qeyd olunan nöqsanların ona aid olması qətnamədə sübuta yetirilməmişdir. Məhkəmə qərəzli olaraq həmin arayışdakı nöqsanları obyektivlik və aidiyyatlılıq baxımından tədqiq etməmiş, iddia ərizəsində bu barədə qeyd olunmuş əsaslı və obyektiv izahatı araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Arayışı hazırlayan və işdə 3-cü tərəf kimi tanınan Səhiyyə Nazirliyinin aidiyyatı əməkdaşları dəfələrlə çağırılmalarına baxmayaraq, məhkəməyə gəlməmiş və arayışda göstərilən nöqsanların ona aid olduğunu sübut etməmişlər. Məhkəmə qərəzli şəkildə onların məhkəməyə gəlmələrini təmin etməmişdir. İclas protokolarında da qəsdən təhriflərə yol verilərək, guya onların iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsinə etiraz etməmişdir. Lakin o bütün iclaslarda onların məhkəməyə gələrək, hazırladıqları arayışın ona aid olan hissələrini sübut etmələrini tələb etmişdir. Məhkəmə qeyri-obyektiv mövqedə dayanaraq, arayışda qeyd olunanları araşdırmadan, onları realıq kimi qəbul etmişdir. Halbuki, iddianın əsas predmeti həmin arayışdakı nöqsanların ona aid edilməsinin əsassız və qanunsuz olmasıdır və cavabdeh onları sübut etməlidir. Məhkəmə qərəzli şəkildə işin hallarına baxmamış və qətnamədə onun guya “mülki müdafiə işlərini yerinə yetimədiyi“ kimi əsassız qənaətə gəlinmişdir. Eyni zamanda məhkəmə işin halları üçün əhəmiyyət kəsb edən və tərəfindən yazılı şəkildə verilən 10 bənddən ibarət ##.##.2025-ci il tarixli, 10 bənddən ibarət ##.##.2025-ci il tarixli, ##.##.2026cı il tarixli, ##.##.2026-cı il tarixli vəsatətlərin heç birinə baxmamış və onların təmin edilməməsinin səbəbləri qətnamədə göstərilməmişdir. ##.##.2026-cı il tarixli və ##.##.2026cı il tarixli etirazlara da qətnamədə hüquqi qiymət verilməmişdir. Məhkəmə bu vəsatətlərdə qeyd olunan, müstəqil şəkildə tərəfimdən əldə edilməsi mümkün olmayan sübutların, o cümlədən, İSİM-də əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyinə cavabdeh olan “İnsan resursları və hüquq” şöbəsinin mühəndisi Rəna Əmirovanın əmək funksiyalarının surətinin, son 3 ildə müvafiq əmrlərlə yaradılmış tender komissiyasının üzvlərinin siyahısının, inzibat binanın bütün daxili sisteminin əsaslı təmirə təqdim olunması üzrə qüsur aktının surətinin, onun Həmkarlar İttifaqının üzvü olduğunu sübut edə biləcək sənədlərin (ərizə, üzvlüyə qəbul haqqında qərar, üzvlük biletinin tarixi və nömrəsi) surətlərinin, Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubu ilə təqdim edilmiş arayışın surətinin MPM-in 78.2-ci maddəsinə əsasən cavabdehdən tələb edilməsi barədə vəsatətlərinin heç birini təmin etməmişdir. Hakim bu məsələyə də qərəzli yanaşmış, bunun səbəbini, guya İSİM-ə sorğu yazılmasının mülki hakimin vəzifəsinə aid olmadığı, vəsatətlərin vəkil tərəfindən yazılmasının zərururiliyi kimi qanunsuz səbəblər göstərməklə onları icra etməmişdir. İnzibati binanın daxili sisteminə baxış keçirilməsi vəsatəti də təmin olunmamış və onun səbəbi qətnamədə göstərilməmişdir. Cavabdehin nümayəndəsi əmək müqaviləsinə xitam verilməsi əmrində əsas kimi göstərilən Səhiyyə Nazirliyinin qeyd olunan arayışındakı xüsusatları yalnız təkrar etməklə, həmin nöqsanların aradan qaldırılmasının ona aidiyyatını sübut edən heç bir dəlil və sübut təqdim edə bilməmişdir. Halbuki iddianın predmeti, məhz həmin xüsusatların cavabdeh tərəfindən sübuta yetirilməsidir. Məhkəmədə əmək müqaviləsinə xitam verilməsinin, mövcud korrupsiya hüquqpoazmaları barədə İSİM-in baş direktoru S.Babazadəyə və Səhiyyə nazirliyinə verdiyim məlumatlara əlaqədar olması, həmin əmrin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının ## ###### 2004cü il tarixli, ***-IIQ nömrəli Qanununun tələblərinə zidd olması xüsusatına baxılmamış və qətnamədə ona zəruri qiymət verilməmişdir. Qətnamədə qərəzli təhriflə qeyd olunmuşdur ki, yoxlama nəticəsində guya onun vəzifə və əmək funksiyalarını kobud şəkildə pozmağı, mülki müdafiə və təsərrüfat işlərini yerinə yetirmədiyi müəyyən edilmişdir. Halbuki, Səhiyyə Nazirliyindən daxil olmuş məktubda onunla bərabər digər vəzifəli şəxslərin, o cümlədən, Mülki Müdafiə Qərargahının rəisi Elçin Qurbanovun, maliyyə şöbəsinin baş mühasibi Abuzər Məmmədovun, insan resursları və hüquq şıbəsinin müdiri v.m.i.e. Aysel Qurbanlının da fəaliyyətlərində nöqsanlara yol verdikləri qeyd olunmuşdur. Məhkəmədə onun hansı vəzifə və əmək funksiyalarımı kobud şəklidə pozmağı sübut edilməmişdir. Qəsdən saxtakarlıq edilərək mülki müdafiə işlərinin təşkilindəki, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi sahəsində olan nöqsanlar da ona aid edilmişdir. Yuxarıda qeyd olunan şəxslər, həmçinin baş direktor S.Babazadə, sabiq baş direktor-hazırda baş direktorun müavini Q.Haqverdiyev, baş direktorun təsərrüfat işləri üzrə müavini Ə.Şahmarov onun İSİM-dəki korrupsiya hüquqpozmaları barədə verdiyi məlumatlar əsasında aidiyyatı rəhbərlik tərəfindən cəzalandırılmışlar. Cavabdehin bütün bu qanunsuz, qərəzli və qisasçı hərəkətləri, mənəvipsixoloji təsirləri onsuz da yaxşı vəziyyətdə olmayan sağlamlığına, fiziki durumuma ciddi zərər vurmuş və nəticədə mövcud olan onkoloji xəstəlik daha da pisləşmiş və həmin dövrdə əlavə olaraq onda 2-ci tip şəkərli diabet xəstəliyi yaranmışdır (bu barədə təsdiqləyici tibbi sənədlər məhkəməyə təqdim olunmuşdur). Kifayət qədər əsaslar və faktlar göstərilən ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli etirazlara prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmamışdır. “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının ##.##.1994-cü il tarixli, *** nömrəli Qanunu və onun Nizamnaməsi Məhkəmədə bu maddənin tələbləri pozularaq, onun İSİM-in Həmkarlar İttifaqının üzvü olmağının sübuta yetirilməməsinin əksinə olaraq, həmin təşkilatın əmək müqaviləsinə xitam verilməsi barədə razılıq protokolu qətnamədə etibarsız hesab edilməmişdir; İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş halardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyatı olmadığını əsaslandırmalıdır. Bu xüsusat məhkəmə qətnaməsində əsaslandırılmamışdır. Qısa müddət ərzində eyni motivli intizam xətasına görə əmək müqaviləsinə xitam verilməsi də daxil olmaqla bir neçə intizam tənbehinin verilməsinin qanunauyğunluğu qətnamədə əsaslandırılmamışdır. İşəgötürən tərəfindən səhhətinə görə daha yüngül işə keçirilməyinin, bu hüquqi normasının tələblərinə uyğun olaraq təmin edilməməsi xüsusatına qətnamədə baxılmamış və qiymətləndirilməmişdir; 2-ci tip şəkərli diabet xəstəliyinə görə Əmək Məcələsinin 70-ci maddəsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin, səbəb-nəticə əlaqəsinin mövcudluğu şəraitində ləğv edilməsinin qadağan olunması tələbi qətnamədə pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək iddiaya qarşı verilmiş etiraza uyğun əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər.
25. İddiaçı apellyasiya şikayətində göstərilənlərlə bərabər həmçinin bildirdi ki, o, proses müddətində 3 dəfə Məhkəmə-Hüquq Şurasına, Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, qanun və prosessual pozuntuları, hakimin etik davranış qaydalarını kobud surətdə pozmağı, tərəflər arasındakı bərabərlik prinsipini pozmağı barədə məlumat vermişdir. Üçüncü şəxsin nümayəndələri məhkəməni saymır, gəlmir, çünki arayışda qeyd edilənləri sübut etmək iqtidarında deyillər. Əgər bir dövlət müəssisəsi 30 il istismardan sonra əsaslı təmirə təqdim olunubsa, 1 il əvvəl onun fasad hissəsi dörd milyon vəsaitlə əsaslı təmir olunubsa, Təsərrüfat şöbəsinin müdiri olaraq 4 yükdaşıma fəhləsi, 1 texnik və elektriklə o, binanın əsaslı cari təmir işini necə görə bilərdi?! O, 9 il həmin müəssisədə işləmişdir. Mülki müdafiə qərargahının rəisi kimi vəzifəyə başlamış və son 3 ildə, 2023-cü ilin oktyabr ayından bu vəzifəyə keçirilmişdir. Həmin müddətdə Yasamal rayonunda mülki müdafiə üzrə müəssisə birinci yer tutmuş, ona pul mükafatı verilmişdir. Ona xəbərdarlıq olunanda dərhal yazılı, rəsmi şəkildə etirazını bildirmişdir ki, bu məsələlər onun əmək funksiyasına aid deyil. Saxtakarlıq edilərək bir gündə həm əmrlə, həm də başqa sənəd formasında ona xəbərdarlıq elan olundu. Onun verilən izahatına heç bir məhəl qoyulmadı, sonra ona müraciətləri əsasında ki, bu qədər nöqsanlar var, məqsəd qoyuldu ki, nəyin bahasına olur-olsun, qısa müddətdə onu işdən kənarlaşdırmalıdırlar. Dəfərlərlə ərizə ilə müraciət etdi ki, səhhətində olan problemlərə görə başqa işə keçirilsin. Ona töhmət elan olunanda 4 səhifədən ibarət etiraz bildirdi ki, töhmət əsassız və qanunsuzdur, ona görə ki, əmrin əsasında yazılıb ki, müəssisənin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının vəziyyətini yoxlanılması barədə akta əsasən ona töhmət verilir. Halbuki, həmin işlərə o deyil, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə mühəndis cavabdehdir. Sonra avqustun 1-dən 31-ə kimi məzuniyyətə getdi, ondan sonra məlum oldu ki, onun müraciətləri əsasında Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli əmri ilə həmin təşkilatda yoxlamalar keçirilməsi barədə komissiya yaradılıb, 15 sentyabra qədər yoxlamalar keçirilib. Yoxlamalar dövründə o, cəlb olunmamışdır, Təsərrüfat şöbəsinin müdiri kimi iştirak etməmişdir, heç bir sənədlə tanış edilməmişdir. Məzuniyyətdən qayıtdıqdan sonra oktyabrın əvvəlində onu dəvət etdilər ki, belə bir sənəd var, onunla tanış ol, Səhiyyə Nazirliyi arayış hazırlayıb. Səhiyyə Nazirliyindən tələb etdi ki, 14 vərəqdən ibarət yoxlamaların nəticələri barədə arayış tam təqdim olunsun, ciddi cəhdlə gizlədildi, Səhiyyə Nazirliyi sonda həmin arayışı məhkəməyə təqdim etməkdən imtina etdi. Saxtakarlıq o həddə çatıb ki, əməyin mühafizəsi məsələləri ilə bağlı, mülki müdafiə işinin vəziyyəti barədə nöqsanlar həmin arayışda ona aid edilib. Həmkarlar İttifaqı vasitəsi ilə sanatoriyaya göndərilməsi ilə bağlı bildirir ki, ailəliklə həmkarlar təşkilatında bitərəf olmuşlar. Rəsmi olaraq əvvəlki və hazırki rəhbərliyə ərizə ilə müraciət etmişdir ki, üzvlük könüllüdür, üzv qəbul olunması üçün ərizə verməlidir, Həmkarlar İttifaqı Komitəsi iclasının protokolu olmalıdır və ondan sonra protokoldan çıxarış Maliyyə şöbəsinə getməlidir, ona üzvlük vəsiqəsi verilməlidir. Ona dedilər ki, “bizdə qayda belədir ki, əmrin olan kimi mühasibatlıq avtomatik pul çıxır.” Dəfələrlə müraciət etmişdir ki, o, ömür boyu hərbçi olmuş, həmkarların üzvü olmamış, ərizə verməmişdir. Bildirmişdir ki, ödədiyi pul ona qaytarılsın və tutulma dayandırılsın. Ona təklif olundu ki, ödədiyi üzvlük haqqını artıq qaytarmaq mümkün deyil, onun əsasında xəstəlik kağızı təqdim etsə, bir dəfə sanatoriyaya göndəriş verə bilərlər. Təbii ki, o, öz puludur deyə buna razılaşdı. İşdən çıxandan sonra o, kitabçanı əldə edə bilmirdi, dəfələrlə vəsatət verdi. O, işdən çıxan ili kitabı təhvil verməmiş və bu gün onu məhkəməyə təqdim edir. Kitabı müəssisədəki yoldaşları vasitəsi ilə əldə etmiş, lakin onların adlarını deyə bilməyəcək. Kitabın ikinci nüsxəsi arxivdədir, məktubla təhvil vermişdir. Qarşı tərəfin nümayəndəsi və vəkili deyir ki, tələbnamələr yazılmayıb, tələbnamələr hamısı yazılıb, onların əksər hissəsinin surəti iş materiallarında var. Həmin tələbnamələr də kitabda qeydiyyatdadır. Əgər məhkəmədə yoxdursa, sorğu verilsin, alınsın. Bu vəzifəyə öz ərizəsi ilə keçirilmişdir. Bu iş o birinə nisbətən bir az hərəkətli, praktiki işdir, onun bu sahədə müəyyən təcrübəsi də var və bir az da əmək haqqı yüksəkdir. Hesab etdi ki, bu işi bacara bilər, ona görə də öz ərizəsi ilə bu işə keçdi. Nümayəndə də təsdiq edə bilər ki, o, həmin vəzifəyə təyin olunana qədər mərkəz sözün əsl mənasında bərbad vəziyyətdə idi. Oradan 6 ay ərzində 70 “kamaz” tullantı çıxartdırmışdır. Əmək funksiyasını bilir. Nazirlər Kabinetinin vahid tarif sorğu kitabçası var, orada Təsərrüfat şöbəsinin əmək funksiyaları var. Sadəcə olaraq onu qeyd etmək istəyir ki, təşkilat ştat quruluşu ilə əlaqədar müəssisənin başqa vəzifəli şəxslərinin əmək funksiyalarına aid olan funksiyaların Təsərrüfat şöbəsinə aid olmayan, onun funksiyasına aid olmasını qəbul etmir. Bütün əmək funksiyalarını yerinə yetirmişdir, təmizlik, xırda təmir işləri və sair. Cari əsaslı təmir işləri müəssisədə tender əsasında keçirilir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, qarşı tərəf konkret olaraq iddiaçının işdən çıxarılmasının, arayışda yazılanların nəyə görə qanunsuz olduğunu əsaslandırmamışdır. Onlar əmək müqaviləsini də əlavə etmişlər, orada xırda təmir, liftlərin təmiri, zibilin çıxarılması, otaqların, ərazinin mövsümi şərtlərə hazırlanması, yanğından mühafizə tədbirləri və sair əmək funksiyaları var. Əmək müqaviləsi də özü elektron şəkildə imzalanıb, özünün bu işlərdən xəbəri var. Hesab edir ki, iddiaçı tələbnamələri sonradan tərtib edə, imzalaya və sübut kimi məhkəməyə təqdim edə bilər. Nə qədər məhkəmə çəkişmələri olub, heç birində də elə dəftər təqdim olunmayıb. Həm də ki, dəftər tikilməyib. İddiaçı özü də qeyd etdiyi kimi işdən çıxanda təhvil verməyib. Dəftəri sonradan da tərtib edə bilər. Arayışda 6 bölmə üzrə pozuntular var, əslində əmək funksiyası da qeyd olunub və hər biri də əmək funksiyası ilə uzlaşır. İşdə olan tələbnamələrin mötəbərliyi məlum deyil, dəftərxanadan qeydiyyatdan keçməyib, üzərində dərkənar mövcud deyil. İddiaçının intizam tənbehi olub və 6 ay keçməmiş yenidən xəta törədilib. Eyni zamanda işin ahəngi pozulub, bunu işçilərin ərizələri sübut edir, işçilərdən biri də prosesdə nümayəndədir. İddiaçının Həmkarlar İttifaqı Təşkilatına üzv öz iradə ifadəsi ilə olmuş, sanatoriya göndərişinə getmişdir. Əgər istəməsə, məhkəməyə müraciət edə bilərdi. İşəgötürənin iddiaçının səhhətini nəzərə almaqla başqa vəzifəyə keçirilməsi kimi imperativ öhdəliyi yoxdur. Ola bilsin vakant yer olmayıb.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər nümayəndə nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı qeyd edir ki, işçilər tərəfindən ona qarşı ərizələr təqdim olunub və guya Səbinə xanım təzyiq göstərərək, zorakılıq tətbiq etməklə həmin ərizələri alıb. Həmin ərizəni yazan əməkdaşlardan biri odur və ona qarşı heç bir təzyiq olmayıb. Ərizəni özü yazıb təqdim etmişdir, eyni qaydada da digər işçilər. İşçi əmək funksiyasını yerinə yetirmirsə, onu digər vəzifəyə keçirmək məqsədəuyğun deyil.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; Maddə 11. 1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək; d) işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 232.1. İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 394.1. İşə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin, ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. İşdən müəyyən olunur ki, iddiaçı ##.##.2016-cı il tarixində cavabdeh təşkilatda Mülki Müdafiə Qərargahının rəisi vəzifəsinə işə qəbul edilmiş, iddiaçının xahişi əsasında cavabdehin ##.##.2022-ci il tarixli əmr ilə təsərrüfat şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, cavabdehin ##.##.2025-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
34. Əmək qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və daxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq işçinin əsas vəzifələrinə aiddir.
35. İşçi bu vəzifələrini pozduqda və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
36. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1.1-ci maddəsində işçinin icrasını öhdəsinə götürdüyü əmək funksiyaları qeyd edilmişdir. Belə ki, əmək müqaviləsinə əsasən Təsərrüfat şöbəsinin müdiri təsərrüfat xidmətini, müəssisə yerləşdiyi bina və tikililərin istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına uyğunluğunu, eləcə də avadanlığın (liftlər, işıqlandırma, istilik sistemi, ventilyasiya və s.) sazlığına nəzarəti təmin edir. - Təmir və profilaktik işlərin (santexnik, elektrik işləri, xırda təmir) vaxtında yerinə yetirilməsini təmin edir. - Zibilin çıxarılmasını və ərazinin təmizliyini təşkil edir. - Otaqların və ərazinin mövsümi şərtlərə hazırlanmasını təmin edir. - Təsərrüfat ehtiyacları üçün sərfiyyat materiallarının (yuyucu vasitələr, təsərrüfat inventarı) uçotunu aparır. - Müəssisə ərazisində sanitariya və təhlükəsizlik normalarına riayət olunmasına nəzarət edir. - Yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsini və yanğından müdafiə avadanlığın saz vəziyyətdə saxlanılmasını təmin edir; - Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsini təmin edir.
37. İddiaçı iddia ərizəsində özü də qeyd edir ki, rəhbərliyin göstərişinə əsasən onun əmək funksiyası inzibati binanın və ərazinin təmizlik-gigiyena işlərinin təşkilindən və sanitar qovşaqlarda, elektrik xətlərində Təsərrüfat şöbəsinin imkanları daxilində olan xırda təmirbərpa işlərinin icra edilməsindən ibarət olmuşdur.
38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cavabdeh təşkilatda keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib edilmiş ##.##.2025-ci il tarixli arayışdan çıxarışa əsasən müəyyən edilir ki, yoxlama zamanı binanın istismar müddətində tələb olunan cari xırda təmir işlərinin vaxtında aparılmaması, divar və tavanlarda yaranmış çatların aradan qaldırılması, sanitar qovşaqlarda nasaz avadanlıqların dəyişdirilməsi və digər xırda təmir işlərinin vaxtında icra olunmadığı, binada elektrik naqillərinin bir hissəsində izolyasiya zədələnmələri və s. nöqsanlar aşkar edilmişdir.
39. Göründüyü kimi, iddiaçı üzərinə düşən əmək funksiyasını lazımınca icra etməmişdir.
40. İddiaçı korrupsiya hüquqpozmaları barədə məlumat verdiyinə görə cavabdeh təşkilatın rəhbəri tərəfindən qisas məqsədilə qanunsuz, əsassız və qərəzli şəkildə əmək müqaviləsinə xitam verildiyini iddia etsə də, iş materiallarından müəyyən edilir ki, məhz iddiaçının özünün çoxsaylı müraciətləri əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ##.##.2025-ci il tarixli sərəncamına əsasən Komissiya yaradılmış və cavabdeh təşkilatda yoxlama aparılmış, yoxlamanın nəticələrinə dair tək iddiaçının barəsində deyil, Mülki Müdafiə Qərargahının rəisi Elçin Qurbanovun, maliyyə şöbəsinin baş mühasibi Abuzər Məmmədovun və insan resursları və hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aysel Qurbanlının da barəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.
41. İşdən həmçinin müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı əldə olunmuş, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əsaslandırılmış, əmrin verilməsi üçün əsas hesab olunan sənədlər qeyd edilmişdir.
42. İddiaçı həmkarlar ittifaqı təşkilatının üzvü olmadığını bildirsə də, o, uzun müddət üzvlük haqqı ödəməklə və ən əsası, həmkarlar ittifaqı təşkilatının xətti ilə sanatoriya göndərişindən istifadə etməklə faktiki olaraq bu təşkilatın üzvü olduğunu təsdiq etmişdir.
43. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə onun şəkərli diabetlə xəstə olması səbəbinə görə xitam verilməmiş, həmçinin, əmək qanunvericiliyi ilə cavabdehin üzərinə iddiaçının mütləq qaydada yüngül işə keçirilməsi öhdəliyi qoyulmamışdır. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə öz xahişi nəzərə alınmaqla keçirilmişdir.
44. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərardadın çıxarılması barədə tələbi ilə bağlı isə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki işə baxılarkən prosessual normaların kobud pozulmasına yol verilməsi müəyyən edilməmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.