Məhkəmə qərarları › İş №2(3-6)-1727/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1727/2026

06.05.2026 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1727/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İşin baxılması üçün ərazi aidiyyəti üzəri göndərilməsinə dair vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh cavabdeh2 və ilkin iddia üzrə cavabdeh cavabdeh1 qarşı “icarə haqqının ödənilməsi, icarə müqaviləsinin vaxtından əvvəl pozulması və cavabdehlərin obyektdən çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəçi tərəfindən ödənilməyən 12 (on iki) aylıq qalan 76.000 (yetmiş altı min) manat icarə haqqının cavabdeh X4, cavabdeh1 tutularaq ona ödənilməsi, ##.##.2024-cü il tarixli icarə müqaviləsinin vaxtından əvvəl pozulması və onun obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri * saylı Notariat Ofisi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız sayılması, təmir-abdlaşdırma işlərinə xərclənmiş pulun və ödənilmiş icarə haqqının qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ## ###### 2024-cü il tarixli, 19/08-24-*** №-li icarə müqaviləsinin etibarsız sayılması, İddiaçı 80.000 manat təmir abadlaşdırma işlərinə xərclənmiş pulun və 12000 manat qanunsuz alınmş icarə haqının, cəmi 92.000 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 366 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 320,00 mant qonorar məbləğinin, obyektin təmirinin qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətinin hesabatına uyğun ödənilmiş 1500,00 mant pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh cavabdeh2 vəkili-nümayəndəsi və ilkin iddia üzrə cavabdeh X1 nümayəndəsi vəkil3 İskəndər oğlu elektron kabinet vasitəsilə vəsatət verərək bildirmişdir ki, hazırkı iddia ərizəsi Nizami rayon Məhkəməsinin icraatına qəbul edilərkən MPM-in IV fəsli ilə müəyyən olunmuş aidiyyət qaydaları pozulmuşdur. İddia ərizəsində aidiyyətlə bağlı MPM-nin 39-cu maddəsinə istinad edilmişdir. Həmin maddəninin məzmununa görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınınması, daşınmaz əşyanın başqasının qanunsuz sahibliyindən götürülməsi, yaxud mülkiyətçinin daşınmaz əşyaya münasibətdə pozulmuş hüquqlarının aradan qaldırılması haqqında iddialar daşınmaz əşyanın olduğu yerin məhkəməsinə verilir. Lakin iddia ərizəsinin məzmunu və mahiyyəti icarə haqqının ödənilməməsi səbəbindən müqavilənin pozulması ilə bağlıdır. Daşınmaz əmlaka münasibətdə iddiaçının hər hansı hüququnun pozulması müşayət olunmur. İddianın mahiyyəti icarə haqqının ödənilməməsindən irəli gəldiyinə görə bu iddia MPM-in 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna ərazi aidiyyatına aid edilə bilməz. Ona görə də MPM-in 44.2.2-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə veilməlidir. Bütün bunlara əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılması üçün cavabdehin yaşayış yeri və qeydiyyatda olduğu yer üzrə aidiyyət qaydasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh cavabdeh2 vəkili-nümayəndəsi və ilkin iddia üzrə cavabdeh cavabdeh1 nümayəndəsi vəkil3 İskəndər oğlu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh cavabdeh2 və ilkin iddia üzrə cavabdeh cavabdeh1 adından tərtib edilmiş şikayət yazılı icraat qaydasında baxılması üçün apellyasiya icraatına qəbul edilmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh cavabdeh2 məhkəməyə ünvanladığı ərizədə şikayətdən imtina etdiyini bildirərək apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh cavabdeh2 şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur (maddə 397.3). Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh cavabdeh2 şikayətdən imtinası qəbul edilməli və tərəflər cavabdeh1, cavabdeh2 şikayətinə əsasən başlanmış apellyasiya icraatına sonuncuya münasibətdə xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh cavabdeh2 şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayətə əsasən başlanmış apellyasiya icraatına qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh cavabdeh2 münasibətdə xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver