Məhkəmə qərarları › İş №2(3-6)-1896/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1896/2026

02.06.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1896/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Abbasov İlqar Eyvaz oğlunun cavabdeh Cavabdeh MTK-nə qarşı “yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinin təhvil verilməsi) Hakimlər: X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı Abbasov İlqar Eyvaz oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Abbasov İlqar Eyvaz oğlunun cavabdeh Cavabdeh MTK-nə qarşı “yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Abbasov İlqar Eyvaz oğlunun cavabdeh Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin təhvil verilməsi tələbi”nə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai prospekti 787-ci məhəllədə yerləşən 18 mərtəbəli, ** saylı binanın “A” blokunda ümumi sahəsi 154 kv.m təşkil edən yaşayış sahəsinin Cavabdeh MTK ilə aralarında bağlanmış ##.##.2004-cü il tarixli, ***/A saylı müqaviləyə əsasən dərhal ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə iddiaçı arasında ##.##.2004-cü il tarixdə, ***/A saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Xətai prospekti 787-ci məhəllədəki ünvanda inşaatı başlanmış 18 mərtəbəli yaşayış binalarının A blokunun tikintisi başa çatdırıldıqdan sonra (orada gələcəkdə ofis düzəltmək məqsədi ilə əlaqədar onun hansı mərtəbədə yerləşməsini əvvəlcədən göstərilməyən) 154 kv.m yaşayış sahəsi üçün hər 1 kv.m qiyməti $150 (cəmi $23.100) olmaqla və dəyərinin də əvvəlcədən ödənilməsi şərti ilə müqavilə bağlamışlar. Həmin 23.100 ABŞ dollarının həmin vaxtı ekvivalenti olan 113.190.00 manat pulu nağd şəkildə ##.##.2004-cü il tarixdə ödəmişdir. Bu barədə cavabdeh V.Qəhrəmanovun özünün də imzası və Cavabdeh MTK-nın möhürü ilə təsdiq olunmuş ## ####### 2004-cü il tarixli, ** saylı arayışı da var. Bina hazır olub, nəhayətdə onun içərisindəki təmir işləri yekunlaşdıqdan sonra və təqaüdə çıxmaq vaxtı yaxınlaşdığına görə yaşayış sahəsini tələb etdikdə guya onun dəyərini ödəməmiş və V.Qurbanov bununla əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Binanın faktiki sahibi ilə görüşüb müqavillə üzrə ona verilməsi nəzərdə tutulan 154 kv.m yaşayış sahəsi üçün 23.100 ABŞ dollarının ekvivalenti olan 113.190.00 manat pulun nağd şəkildə V.Qəhrəmanovun özünün imzası ilə təsdiq olunmuş 12 il bundan əvvəl- ##.##.2004-cü il tarixdə verdiyi arayışı təqdim edib yaşayış sahəsinin dərhal verilməsini tələb etmişdir. Sonuncu gülüb “bu qaynımın səhvidir” deyib tezliklə həmin anlaşılmazlığı həll edəcəyinə söz verib həm də bildirdi ki, o, təqaüdə çıxana kimi (65 yaş) binanın 2-3 mərtəbəsində yerləşən “çox hörmətli şəxsə” məxsus olan bankın oradan köçməsi nəzərdə tutulur. Onda da həmin ölçüdə (ola bilərki daha böyük) ofis üçün təmirli yaşayış sahəsini ona verərlər. Yaşı 65-ə çatan ərəfədə Prezident İlham Əliyev cənabları onu yenidən 5 il müddətinə Sabunçu Rayon Məhkəməsinə sədr təyin etmişdir. Bu arada binanın sahibi ilə görüşəndə (o vaxtlar onların çox səmimi və ailəvi münasibətləri var idi) o hər dəfə gülüb deyirdi “təkcə ofis yox, orada hamımız səbrsizliklə yolunuzu gözləyirik”. 2022-ci ilin yayında təqaüdə çıxıb bir müddət dincəldikdən sonra ona ofis üçün ayrılan sahədə müvafiq təmir və s. işlərini aparmaq istədiyini bildirəndə sonuncu bunu çox sevinclə qarşılasa da, sonradan o “məsləhətçilərinin” təsiri altında razılaşdığı 180 kv.m (140+40 kv.m) sahəni verməkdən imtina edib bildirdilər ki, indi qiymətlər ən azı on dəfə artıb. Üstəlik guya onun tərəfindən heç bir ödəniş də aparılmayıb, bununla əlaqədar Nəsimi Rayon Məhkəməsinə 231.000 ABŞ dolları təşkil edən 154 kv.m sahə üçün pul tutulması barədə hələ 2016-cı ildə iddia ərizəsini də veriblərmiş. Göstərilənlərlə əlaqədar öz təşəbbüsü ilə Nəsimi Rayon Məhkəməsində *(***)-***/**** saylı, ##.##.2016-cı ildə baxılmamış saxlanılan iddia ərizəsi üzrə çıxarılmış qərarla tanış olub, iddiaçı ilkin olaraq ondan 23.100 ABŞ dolları tələb etsə də, sonradan həmin iddianın həcmini həqiqətən də 10 dəfə artırıb 154 kv.m üçün 231.000 ABŞ dollar tələb edib və sonradan da iş iddiaçının özünün təşəbbüsü ilə məhkəmə tərəfindən ##.##.2016-cı il tarixdə baxılmamış saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsi həmin iş üzrə icraatı təzələyib, ##.##.2024-cü il tarixdə (onun təqdim etdiyi 113.190.00 manatın ödənilməsi barədəki arayışının surət olduğuna görə sübut kimi qəbul etməyib) iddianı qismən təmin edərək ondan yaşayış sahəsi üçün yenidən 23.100 ABŞ dolları məbləğində “borcun” Cavabdeh MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarmışdır. Beləliklə, müqavilədə nəzərdə tutulan 154 kv.m yaşayış sahəsi Cavabdeh MTK tərəfindən ona verilmədiyi halda faktiki olaraq ondan 2 dəfə: a) könüllü olaraq ##.##.2004-cü il tarixdə ödədiyi 113.190.00 manat, b) 23.100 ABŞ dollarının isə- Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi əsasında pul ödəməli olmuşdur. Hazırda göstərilən məbləğ Nəsimi rayon İcra şöbəsi tərəfindən onun təqaüdündən tutulur və faktiki olaraq “borc” tamam bağlanmaq üzrədir və iddiasına mahiyyəti üzrə baxılana kimi o da həmin vaxta qədər tam şəkildə ödənilər. Əgər qalıq olarsa onu da dərhal ödəməyə (artıq tutulubsa tələb etməyə) hazırdır.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakim H.Miriyeva) iddiaçı Abbasov İlqar Eyvaz oğlunun cavabdeh Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin təhvil verilməsi tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış ##.##.2004-cü il tarixli, ***/A saylı müqaviləyə əsasən MTK Bakı şəhəri, Xətai prospekti 787-ci məhəllədəki ünvanda inşaatı başlanmış 18 mərtəbəli yaşayış binalarının A blokunun tikintisi başa çatdırıldıqdan sonra 154 kv.m yaşayış sahəsini iddiaçıya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, iddiaçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Abbasov İlqar Eyvaz oğlundan ## ####### 2004-cü il tarixli, ***/A saylı müqavilə üzrə 23.100 (iyirmi üç min yüz) ABŞ dolları məbləğində borcun tutularaq Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, “MTK tərəfindən öhdəlik yerinə yetirilmişdir, bunu cavabdeh özü də təsdiq edir. Lakin cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan pulun iddiaçıya ödənilməsi faktını təsdiq edə biləcək sübutlar məhkəmədə müəyyən edilməmişdir”. Qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsində müqavilə predmeti olan mənzilin MTK tərəfindən Abbasov İlqar Eyvaz oğluna təhvil verildiyi öz təsdiqini tapmışdır. Lakin iddiaçı, barəsində müvafiq qətnamə çıxarılmış müqavilədəki mənzilin 16cı mərtəbədə yerləşməsini bildirib, hazırda onun iddia ərizəsinə əlavə etdiyi müqavilədə isə mərtəbə göstərilmədiyinə istinad edərək, məhz həmin müqavilə üzrə MTK-nın öz öhdəliyini yerinə yetirmədiyini iddia etmişdir. Qeyd edilməlidir ki, həm *(***)-*/**** nömrəli, həm də hazırkı mülki işdə olan iddia ərizələrinə müqavilənin surəti əlavə olunmuş, məhkəmə icraatının gedişində cavabdeh tərəf müqavilənin əslini məhkəməyə təqdim etmişdir. Müqavilənin əslinə nəzər yetirildikdə müqavilə imzalanarkən mərtəbə qrafasının boş olduğu, sonradan həmin qrafada 16 rəqəminin sadə qələmlə qeyd edildiyi müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi bu qeydin əks olunmasını, mənzillərin təhvil verilməsi zamanı öz daxili hesabatlarının aparılmasında dəqiqliyi təmin etmək məqsədilə izah etmişdir. Bundan başqa, cavabdeh tərəfin təqdim etdiyi ##.##.2007-ci il tarixli mənzil sertifikatına nəzər yetirildikdə mənzilin iddiaçıya təhvil verildiyi, hətta həmin sertifikatın arxa hissəsindəki notarial qaydada təsdiqlənmiş indossamentdə mənzil üzrə xxxxların İlqar Abbasov tərəfindən X1, sonuncu tərəfindən isə hazırda mənzilin mülkiyyətçisi olan X6 ötürüldüyü müəyyən edilmişdir. Bu hal iddiaçı tərəfindən də təsdiq edilmişdir. Müvafiq sertifikat təqdim edildikdən sonra iddiaçı orada qeyd edilən mənzilin Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsində istinad olunan müqavilədə göstərildiyi kimi 16 deyil, 15-ci mərtəbədə olduğunu mübahisələndirmişdir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, “##.##.2007-ci il tarixdə mənzilin ödənişini həyata keçirilmədiyi halda MTK tərəfindən sözügedən mənzil sertifikatının ona verilməsi mümkünsüz olardı, mənzilin dəyəri tərəfindən MTK-ya tam şəkildə ödənilmişdir ki, müvafiq sertifikat da ona verilmişdir, lakin belə olan halda dəyəri ödənilmiş mənzil üzrə MTK-nın məhkəməyə müraciət edərək müqavilə üzrə borcun ödənilməsini tələb etməsinin hansı məntiqə sığdığı müəyyən deyildir. Əgər müqavilə üzrə mənzilin dəyəri ondan məhkəmə qaydasında tələb edilibsə, həmin dəyərin müqabilində də müqavilədəki mənzil də ona təhvil verilməlidir”. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Cavabdeh MTK-ya məxsus yaşayış binasında yerləşən əmlakla bağlı tərəflər arasında yalnız bir müqavilənin bağlandığı, mənzil sertifikatındakı mənzilin məhz mövcud müqavilə münasibətlərinin predmetini təşkil etdiyi, iddiaçı tərəfindən ona MTK tərəfindən bir mənzilin təhvil verildiyinin etiraf edildiyi və qanuni qüvvəsini almış məhkəmə qətnaməsində müqavilə öhdəliyinin MTK tərəfindən yerinə yetirildiyi müəyyən edildiyindən iddiaçının irəli sürdüyü yuxarıdakı dəlillərin Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbi baxımından araşdırılmasına məhkəmə lüzum görmür.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı Abbasov İlqar Eyvaz oğlu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsinin iddiaçı Abbasov İlqar Eyvaz oğlunun cavabdeh Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin təhvil verilməsi tələbi”nə dair iddiasını təmin edilməməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsini xxxxi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, tərəflərin məhkəmədə iştirakını təmin etməmiş, işin hallarına görə müvafiq ekspetizaların təyin edilməsini təmin etməmiş, maddi və prosessual xxxx normalarını pozmaqla qərar qəbul etmişdir. Məhkəmə nə ona imkan verdi, nə də özü araşdırmadı ki, əgər məlum müqavilənin 3.1; 3.2 bəndlərində nəzərdə tutulan 154 kv.m təhvil veriləcək sahənin (nəzər yetirilsin mənzilin yox, sahənin) dəyərini təşkil edən 23.100 ABŞ dollar vəsait əvvəlcədən ödənilməsi nəzərdə tutulduğu halda dəyəri ## #### 2017-ci ildə mənzil sertifikatında göstərilən 110.232 manat (təxminən həmin vaxt 100 min ABŞ dolları) təşkil edən 4 otaqdan ibarət mənzili niyə ona verirdilər?!”. Daha sonra hansı səbəbə görə qiyməti - 100 min ABŞ dolları olan həmin 4 otaqlı mənzilin dəyəri tərəfindən ödənilmədiyi halda onun ## ### 2009-cu ildə Ə.Usubov adlı şəxsə satılmasına niyə etiraz edilməmişdir?! Üstəlik həmin mənzilin alqısatqısı da Bakı şəhəri ** saylı notariat kontorunda, dəqiqləşdirdiyinə görə Suraxanı rayonunda həyata keçirib, güya şəhərin mərkəzində elə MTK-nın yaxınlığında başqa notariat kontoru olmayıbmış. Üstəlik məhkəmin öz sorğusuna arxivdən gələn cavabdan məlum olur ki, arxivdə belə bir sənəd yoxdur. Əgər mənzil sertifikatında göstərilən dəyəri təxminən 100 min ABŞ dolları təşkil edən 4 otaqlı mənzil ona ## #### 2007-ci il tarixdə verilmişdirsə, onda hansı səbəbə görə Cavabdeh MTK 2016-cı ildə Nəsimi rayon məhkəməsinə ondan 231.000 ABŞ dollarının tutulması barədə iddia ərizəsi ilə müraciət edib?! Daha sonra məhkəmə qətnaməsində göstərilib ki, guya “müqavilə predmeti olan mənzilin MTK tərəfindən İ.Abbasova təhvil verilməsi Nəsimi rayon məhkəməsinin *(***)- */**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsində də öz təsdiqini tapmışdır. Bu da yalandır. Belə ki, həmin qətnamədə ona hansısa mənzilin verilməsi, onun nömrəsi və s. barədə hər hansı bir məlumat yoxdur. Bütün bunlardan əlavə məlum mənzil sertifikatındakı göstərilən mənzilin həm onun tərəfindən ##.##.2009-cu il tarixdə guya Usubova indossant etməyi barədəki məlumatları, həm Bakı şəhəri ** saylı Notariat Kontorunun baş notariusu N.Mehrəliyev adlı şəxsin adından tərtib olunan mətn cavabdeh V.Qəhrəmanovun xəttinə oxşayır. Belə ki, hər bir halda onunla aralarında bağlanmış məlum ***/A saylı, ##.##.2004cü il tarixli müqavilə və onun V.Qəhrəmanova ##.##.2004-cü il tarixdə ** saylı arayışda 113.190.00 manat məbləğində vəsaitin tərəfindən qəbul olunması barədəki arayışdakı xətt eyni şəxsə - V.Qəhrəmanova məxsus olması aydın görünür. Bununla belə məhkəmə göstərilən halların araşdırılması üçün onun vəsatətini “qulaq ardına vurdu” işin obyektiv baxılması üçün özü də V.Qəhrəmanovu dindirilməsi üçün məhkəməyə çağrılmasından imtina etdi. Məhkəmə iddiaçının xxxxlarının qorunmasını təmin etməmiş, işi tam və obyektiv araşdırmamış, formal xarakterli xxxxi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin xxxx bərabərliyini prinsipi və cavabdehlərin xxxxları kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehlərin xxxxlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. İddiaçı Abbasov İlqar Eyvaz oğlu məhkəmə kollegiyasının iclasında izahat verərək bidirdi ki, cavabdehlə aralarında 2004-cü ildə bağlanılmış müqaviləyə əsasən, binanın tikintisi başa çatdıqdan sonra ona sahəsi 154 kv.m sahənin verilməsi nəzərdə tutulmuşdur. Sonradan MTK tərəfindən ona qarşı müqavilə üzrə pul vəsaitinin ödənilməsi tələbi irəli sürülmüş və həmin iddia tələbi qismən təmin edilmişdir. O da icra mərhələsində ərizə təqdim edilməklə, tutulmaların pensiya ödənişinə yönədilməsini xahiş edib. Halbuki, müqavilə üzrə 2004-cü il tarixli maliyyə arayışından göründüyü kimi, mübahisəli sahəyə dair pul vəsaiti tərəfindən ödənilmişdir. Buna baxmayaraq, həmin yaşayış sahəsi ona təhvil verilməmişdir. Həmin yaşayış sahəsi ona ofis qismində istifadə edilməsi məqsədilə verilməli idi. Cavabdehlə aralarında ##.##.2004-cü il tarixdə yalnız 1 müqavilə bağlanılmışdır. Müqavilə üzrə pul vəsaitini ödəməyinə baxmayaraq, həmin vəsait hazırda ondan 2-ci dəfə tutulur. Cavabdeh MTK ilə aralarında 1 müqavilə bağlanılmışdır. Mülki iş materiallarında olan mənzil sertifikatına əsasən, ona təhvil verilən mənzili başqa şəxsə satmışdı. Lakin, dəyəri 128.000 ABŞ dolları olan həmin mənzilin hazırki mübahisə predmeti olan yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. Cavabdeh MTK tərəfindən ona təhvil verilən mənzilin hazırki mübahisə predmetini təşkil edən yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirdi ki, tərəflər arasında ##.##.2004-cü il tarixdə müqavilə bağlanılmış və iddiaçı həmin müqavilə üzrə mənzilə dair ödənişi həyata keçirməmişdir. Halbuki, həmin mənzil ona fiziki olaraq təhvil verilmişdir. Mənzilə dair pul vəsaitinin ödənilməsinə dair iddiaçıya qarşı sonradan irəli sürülmüş iddia tələbi də ayrıca icraat çərçivəsində təmin olunmuşdur. Həmin qətnamənin icra icraatı üzrə iddiaçı 2 dəfə ərizə təqdim etməklə, tutulmaların əmək pensiyasına yönəldilməsini xahiş etmiş və dolayısı ilə borcunun olduğunu qəbul etmişdir. Həmçinin, mülki iş materiallarında olan və qiymətli kağız növü sayılan mənzil sertifikatından göründüyü kimi, iddiaçı ona təhvil verilmiş mənzili notarial qaydada təsdiqlənən indossament əsasında başqa bir şəxsə satmışdır. Hazırda mübahisəli mənzilin mülkiyyətçisi başqa şəxsdir. İddiaçının özü də bu faktı inkar etmir. Belə ki, iddiaçının cavabdeh MTK ilə bağlanmış 1 müqavilə üzrə ona yalnız 1 dəfə yaşayış sahəsi verilməsi mümkün idi ki, həmin mənzil də ona təhvil verilmişdir. Hazırda cavabdehin 2-ci mənzili iddiaçıya təhvil verməklə bağlı hər hansı öhdəliyi yoxdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən xxxx normaları:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 324.1. Əqd mülki xxxx münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək xxxxu vardır. Maddə 389.1. Mülki xxxx və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin xxxxlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual xxxx normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materiallarında olan Cavabdeh Mənzil Tikinti Kooperativi ilə Abbasov İlqar Eyvaz oğlu arasında imzalanmış ## ####### 2004-cü il tarixli, ***/A nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının A blokunun tikintisi başa çatdıqdan sonra həmin blokunda yerləşən və ümumi sahəsi 154 kv.m təşkil edən yaşayış sahəsini Cavabdeh MTK payçı, yəni İ.Abbasova verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər.

16. ##.##.2004-cü il tarixli, 31№-li arayışın surətindən görünür ki, Abbasov İlqar Eyvaz oğlu Cavabdeh MTK-nın Bakı şəhəri, Xətai prospekti 38 ünvanda inşa etdiyi 18 mərtəbəli yaşayış binasından (A bloku, mənzilin sahəsi 154 kv.m) mənzil almaq üçün ##.##.2004-cü il tarixdə Cavabdeh MTK-ya 113.190.000 manat məbləğində vəsait ödəmişdir.

17. İddiaçı Abbasov İlqar Eyvaz oğlu tərəfindən "xxxx” Mənzil Tikinti Kooperativinə ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubunda qeyd edilir ki, müqavilə üzrə müəyyən edilmiş 154 kv.m təşkil edən mənzilin (yaşayış sahəsini) ona təhvil verilməsini təklif edir: mənzilin təhvil verildiyi gün eyni vaxtda Nəsimi Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə ondan tutulmalı olan məbləğin ödənilməmiş hissəsi qalarsa onu da dərhal ödəməyə (artıq tutulubsa tələb) hazırdır. Qeyd etdiklərini nəzərə alaraq 3 gün müddətində mənzilin təhvil-təslim prosesinin həyata keçirilməsini və eyni zamanda ödənilməsi məhkəmə tərəfindən müəyyən olunmuş məbləğin əgər ödənilməmiş hissəsi qalıbsa onun da tərəfindən birdəfəlik ödənilməsi şərti ilə aralarında bağlanmış ## ####### 2004-cü il tarixli, ***/A saylı müqavilə üzrə öhdəliklərini tam şəkildə - yəni məlum binanın A blokunda yerləşən 154 kv.m-lik mənzilini verməklə yerinə yetirilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik xxxxi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** saylı, ##.##.2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə yerləşən 18 mərtəbəli, ** saylı binanın "A” blokunda yerləşən *** nömrəli mənzilin qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

19. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai prospekti 787-ci məhəllədə yerləşən 18 mərtəbəli, ** saylı binanın “A” blokunda ümumi sahəsi 154 kv.m təşkil edən yaşayış sahəsinin ona təhvil verilməsini xahiş edir, tələbini onunla əsaslandırır ki, müqavilə üzrə yaşayış sahəsinin dəyəri ödənilməsinə baxmayaraq, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən mənzil ona təhvil verilməmişdir.

20. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Xətai prospekti 787ci məhəllədəki ünvanda inşaatı başlanmış 18 mərtəbəli yaşayış binalarının A blokunun tikintisi başa çatdırıldıqdan sonra 154 kv.m yaşayış sahəsini iddiaçıya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, iddiaçı isə həmin yaşayış sahəsinin dəyərini təşkil edən pul vəsaitini MTK-ya ödəməklə sahəni qəbul etməyi öz öhdəsinə götürmüşdür.

21. İşin araşdırılan hallarından görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən müqavilə üzrə ödənilməmiş borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Abbasov İlqar Eyvaz oğlundan ## ####### 2004-cü il tarixli, ***/A saylı müqavilə üzrə 23.100 (iyirmi üç min yüz) ABŞ dolları məbləğində borcun tutularaq Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilməsi qət edilmişdir.

22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsində qeyd edilir ki, MTK tərəfindən öhdəlik yerinə yetirilmişdir, bunu cavabdeh özü də təsdiq edir. Lakin cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan pulun iddiaçıya ödənilməsi faktını təsdiq edə biləcək sübutlar işin məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

23. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış ## ####### 2004-cü il tarixli, ***/A nömrəli müqavilə üzrə öhdəliklər Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilmiş, Bakı şəhəri, Xətai prospekti 787-ci məhəllədəki ünvanda inşaatı başlanmış 18 mərtəbəli yaşayış binalarının A blokunun tikintisi başa çatdırıldıqdan sonra 154 kv.m yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir.

24. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə nəzərdə tutulan yaşayış sahəsinin Abbasov İlqar Eyvaz oğluna təhvil verilməsi faktı digər bir məhkəmə mübahisəsi zamanı öz təsdiqini tapmış, bu halın yenidən araşdırılması Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə ziddir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında qeyd edilir ki, “...preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və xxxxi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xxxxi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə ## #### 2015-ci il tarixli Qərarı). Mülki xxxxda faktlar dedikdə, mülki-xxxx münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə, faktlar mülki-xxxxi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-xxxx münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və xxxxi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-xxxxi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və xxxx münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının xxxxi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların xxxx varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və xxxx münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların xxxx varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.”

27. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidenti yanınla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ****** saylı, ##.##.2007-ci il tarixli Mənzil Sertifikatına əsasən ünvan 1 ünvanına dair Abbasov İlqar Eyvaz oğlunun adına sertifikat verilmişdir.

28. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik xxxxi Şəxsinin xxxxların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə ev 38, mənzil *** saylı, Yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 164, M16, m3 ünvanın mülkiyyətiçisi X4r.

29. İşin hallarından görünür ki, iddiaçıya müqavilə üzrə təhvil verilən mənzillə bağlı mənzil sertifikatı verilmiş, mənzil sonradan iddiaçı tərəfindən digər şəxsə satılmış, halhazırda - X4 mülkiyyətindədir.

30. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı Abbasov İlqar Eyvaz oğlu verdiyi izahatında bildirmişdir ki, cavabdehlə aralarında ##.##.2004-cü il tarixdə yalnız bir müqavilə bağlanılmışdır. Mülki iş materiallarında olan mənzil sertifikatına əsasən, ona təhvil verilən mənzili başqa şəxsə satıb. Lakin, dəyəri 128.000 ABŞ dolları olan həmin mənzilin hazırki mübahisə predmeti olan yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yalnız bir müqavilə bağlanmış, müqavilə üzrə Bakı şəhəri, Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasında mənzil təhvil verilməsi barədə razılıq əldə edilmişdir. İddiaçı tərəfindən digər şəxsə satılan mənzil də Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə yerləşir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hər hansı digər müqavilə imzalanmadığı halda mənzil sertifikatına əsasən, ona təhvil verilən mənzilin mübahisə predmeti olan müqavilənin predmeti olmaması barədə iddiaçının dəlilləri əsassızdır. İddiaçı məhz müqavilə üzrə - mənzil sertifikatına əsasən ona verilən mənzili təhvil almış, daha sonra isə digər şəxsə satmışdır. Bu səbəbdən mübahisə predmeti olan müqavilə üzrə yeni mənzilin təhvil verilməsi mümkün deyil, cavabdehin belə bir öhdəliyi yoxdur.

32. İddiaçının apellyasiya şikayətinin digər dəlili odur ki, əgər onun tərəfindən mənzilin tam ödənişi tam həyata keçirilməmişdirsə, mənzilin digər şəxsə satılmasına MTK tərəfindən icazə verilməməli olduğu halda icazə verilib. Bu isə o deməkdir ki, satılan mənzilin dəyəri onun tərəfindən ödənilib. Müqavilə üzrə pul vəsaitini ödəməyinə baxmayaraq, həmin vəsait hazırda ondan ikinci dəfə tutulur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan dəlillərini təşkil edən hallara digər məhkəmə mübahisəsi zamanı xxxxi qiymət verilmiş, qanuni qüvvəsini almış məhkəmə aktı qəbul edilmişdir. Hazırda iddiaçı cavabdehin ona başqa mənzil vermək öhdəliyinin olmasını təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

34. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə qənaəti düzgündür.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı Abbasov İlqar Eyvaz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver