Məhkəmə qərarları › İş №2(3-6)-3885/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3885/2026

09.09.2026 · Əmr icraatı - Sair işlər - Digər - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3885/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, *(*-***)-***/**** saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçı İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı (üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Firması cəlb edilməklə) cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, icarə haqqı olaraq 379.304,92 manat, inflyasiya nəticəsində yaranmış zərərin əvəzi olaraq 15.611 manat, ümumilikdə 394.915,92 manat məbləğində pulun cavabdeh “xxxx” QSC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət edilmişdir. İş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Firmasının təsisçisi Aslanov İlham Qulam oğlu həmin qətnamədən apellyasiya şikayəti və eyni zamanda onun, iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunan şəxs qismində tanınması haqqında ərizə vermişdir. Ərizə onunla əsaslandırmışdır ki, İlham Aslanov əvvəllər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Firmasının təsisçisi olmuşdur. Qüvvəyə minmiş məhkəmə aktı (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi) ilə, Firmadan onun xeyrinə 2.188.077,15 manat pul tutulması, bunun müqabilində onun həmin Firmanın təsisçisi kimi iştirakına xitam verilməsi qət edilmişdir. Qüvvəyə minmiş həmin məhkəmə aktı əsasında verilmiş “İcra sənədi” 2 il bundan əvvəl icraya yönəldilsə də, Firma, icradan yayınır, İlham Aslanova pul verməmək məqsədi ilə hazırkı iş üzrə iddiaçı İddiaçı ilə “Tələbin güzəşt edilməsi haqqında” müqavilə bağlamışdır ki, “xxxx” QSC tərəfindən Firmaya ödənilməli olan icarə haqqı Firmaya deyil, İddiaçı ödənilsin. Göründüyü hazırkı iş üzrə qəbul edilmiş qətnamə İlham Aslanovun maraqlarına toxunur. İlham Aslanovun verdiyi ərizəyə və apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməsini, iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qətnamənin İlham Aslanovun maraqlarına toxunmasını müəyyən etmiş və onun tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İlham Aslanovun ərizəsində qeyd edilən hal, ərizəyə əlavə edilmiş sənədlər, o cümlədən qanuni qüvvəyə minmiş və ərizədə istinad edilən məhkəmə qətnaməsi ilə təsdiqlənir. Belə olan halda müəyyən edilməlidir ki, hazırkı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qətnamə İlham Aslanovun maraqlarına toxunur. İş üzrə iddiaçı olan İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və İlham Aslanovun verdiyi ərizənin rədd, qətnamədən verdiyi apellyasiya şikayətinin isə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İlham Aslanov hazırkı mübahisə üzrə tərəf olmamış, ##.##.2026-cı il tarixli qətnamə ilə İlham Aslanovun hüquq və vəzifələri barədə hər hansı məsələ həll edilməmiş, İlham Aslanovun maraqlarına toxunan şəxs kimi tanınması üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. İddiaçının qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin baxılmasını əvvəlcə yazılı icraata (tərəflərin iştirakı olmadan) təyin etsə də, sonradan şifahi icraata (tərəflərin iştirakı ilə) təyin etmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli və “iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunmasını müəyyən edilməsi haqqında” İlham Aslanovun ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357.2-ci maddəsinin tələbinə görə, apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər də malikdirlər. Qeyd olunan normanın məzmunundan görünür ki, işdə iştirak etməyə cəlb edilməmiş şəxsin apellyasiya şikayəti vermək hüququnun yaranması üçün qəbul edilmiş məhkəmə aktının həmin şəxsin hüquq və ya vəzifələrinə toxunması zəruridir. Bu baxımdan şəxsin mübahisə ilə hər hansı iqtisadi və ya faktiki əlaqəsinin mövcudluğu özlüyündə onun qətnamənin hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün kifayət etmir. İş materiallarından görünür ki, İlham Aslanov hazırkı iş üzrə tərəf olmamışdır. O, hazırkı iş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Firmasının təsisçisidir. Qüvvəyə minmiş məhkəmə aktı (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi) ilə Firmadan İlham Aslanovun xeyrinə 2.188.077,15 manat məbləğində pulun tutulması, bunun müqabilində onun həmin Firmanın təsisçisi kimi iştirakına xitam verilməsi qət edilmişdir. İlham Aslanov bildirir ki, qüvvəyə minmiş həmin məhkəmə aktı əsasında verilmiş “İcra sənədi” 2 il bundan əvvəl icraya yönəldilsə də, Firma, icradan yayınır, ona pul verməmək məqsədi ilə hazırkı iş üzrə iddiaçı İddiaçı ilə “Tələbin güzəşt edilməsi haqqında” müqavilə bağlamışdır ki, “xxxx” QSC tərəfindən Firmaya ödənilməli olan icarə haqqı Firmaya deyil, İddiaçı ödənilsin. Buna görə də, o hesab edir ki, hazırkı iş üzrə qətnamə onun maraqlarına toxunur. Göründüyü kimi, “iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunmasını müəyyən edilməsi haqqında” İlham Aslanovun ərizəsinin əsasını o hal təşkil edir ki, ona münasibətdə borclu şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Firması qüvvəyə minmiş məhkəmə aktının icrasından yuxarıda qeyd edilən qaydada boyun qaçırır. İşin qeyd edilən bu halına MPM-in 357.2-ci maddəsinin tələbi baxımından yanaşdıqda müəyyən edilir ki, işdə iştirak etməyə cəlb edilməmiş şəxsin apellyasiya şikayəti vermək hüququnun yaranması üçün qəbul edilmiş məhkəmə aktının həmin şəxsin hüquq və ya vəzifələrinə birbaşa toxunması zəruridir. Lakin işin hallarından müəyyən edilir ki, İlham Aslanovun ərizəsində qeyd edilən məhkəmə aktının (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsinin) mövcudluğu əsas vermir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin İlham Aslanovunun maraqlarına toxunan akt kimi qiymətləndirilsin, çünki İlham Aslanovun istinad etdiyi məhkəmə aktı icra edilmirsə, onda həmin iş üzrə borclu olan şəxs - Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Firması “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada cavabdehlik daşıyır. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi göstərilənləri nəzərə almadan “iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunmasıni müəyyən edilməsi haqqında” İlham Aslanovun ərizəsini təmin etməklə səhv və işin hallarına uyğun nəticəyə gəlmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayətin dəlilləri formal mülahizə xarakteri daşımır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı şikayət təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin və həll edilməli məsələ həll edilsin. “İş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunmasıni müəyyən edilməsi haqqında” Aslanov İlham Qulam oğlunun ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver