Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-66/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmanov Elməddin Xanməd oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (açar sözlər: vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı İmanov Elməddin Xanməd oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İmanov Elməddin Xanməd oğlunun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı ##.##.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə İmanov Elməddin Xanməd oğlunun zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-NİN ##.##.2022-ci il tarixli, *** saylı rəyindən görünür ki, İmanov Elməddin Xanməd oğlunun məhkəmə-tibbi ekspertizası zamanı çənəaltı nahiyəsinin, sol baldırın orta 1/3-nin iç səthinin çapıq toxumaları vardır, sol ayağın üst səthinin şişkinliyi, VIII-IX qabırğa üzərində döyənək, sol və sağ ayaqların İ barmaqlarının olmaması müəyyən edildi. Həmin xəsarətlər küt yaranma mexanizmə malikdirlər. Onlarla əlaqədar hər hansı tibbi sənəd olmadığından dəqiq yetirilmə müddətləri haqqında fikir söyləmək mümkün deyildir, lakin şəxsin özünün göstərdiyi vaxtda və şəraitdə əmələ gəlmələri də inkar edilmir, dərəcələrinə görə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İmanov Elməddin Xanməd oğlunda arxa keçəcəkdə cinsi əlaqədə olmanı göstərən əlamət və dəyişiklik, eləcə də xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2025-ci il tarixli, *** saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İmanov Elməddin Xanməd oğlunun cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər neqativdir. İmanov Elməddin Xanməd oğlunun cinsi qabiliyyətsizliyi həkim mütəxəssisin müayinə nəticəsinə və məhkəmə-tibbi müayinəyə əsasən hər-hansı bir travma nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İmanov Elməddin Xanməd oğlu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 150.000 manat mənəvi zərərin əvəzinin tutulmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı İmanov Elməddin Xanməd oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, vurulmuş mənəvi zərərə görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına 150.000 manat mənəvi zərərin əvəzinin onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən yaradılmış istintaq qrupu tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ Ordu Birləşməsinin tabeliyində olmuş bəzi hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının 2017-ci ilin may-iyun ayları ərzində fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual prosesinə məruz qoyulmaları faktlarına görə Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.3, 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq zamanı ## ###### 2022-ci il tarixli qərarla o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** saylı hökmündə qanunsuz həbs edilməsi, ona kimlər tərəfindən və hansı işgəncələrin verildiyi öz təsdiqini tapmışdır. Belə ki, ## ### 2017-ci il tarixindən ## ### 2017-ci il tarixinə qədər Müdafiə Nazirliyinin 703 və N saylı hərbi hissələrinin köhnə inzibati binalarında qanunsuz saxlanılmış və həmin müddət ərzində mütəmadi işgəncələrə məruz qalmışdır (müxtəlif əşyalarla döyülmüş, bədənindən və cinsiyyət orqanından elektrik cərəyanı buraxılmış, suda boğulmuş, əl-ayağı və gözü bağlı halda cinsiyyət orqanına ayaq zərbələri almış, ayaq dırnaqları çıxarılmış, əl-ayağı və gözü bağlı halda başına sidik ifraz edərək nalayiq sözlərlə təhqir olunmuşdur və s.). İllər ərzində düşmənlə üz-üzə cəbhə bölgəsində qüsursuz xidmətinin qarşısında (o, cümlədən heç bir cinayət törətmədiyi halda) haqsız və qanunsuz olaraq işgəncəyə məruz qalması, ona həyatı boyu unudulması və sağalması mümkünsüz olan silinməz mənəvi, fiziki və psixoloji zərbə vurulmuşdur. Hansı ki, işgəncə zamanı aldığı ağır fiziki zərbələrin təsirindən sağlamlığında yaranmış problemlər (əsəb, gərginlik, cinsiyyət üzvünün ereksiyasının itirilməsi və s.) hazırda da ailə münasibətlərində ciddi münaqişələrə səbəb olur, kişi cinsdən olan bir şəxs kimi funksional vəzifəsini yerinə yetirə bilməmək onu çox utandırır və ailəni dağılmaq həddinə çatdırır. Dözülməz işgəncələrə məruz qaldığı müddət ərzində ailəsinin və yaxınlarının ondan xəbəri olmamış, günlərlə onu axtarmış və bir sözlə onlar da dərin mənəvi sarsıntı və ağır iztirablar keçirmişlər. Göstərilən hallarla bağlı, ona mənəvi zərər ödənilməlidir. Maddi zərərə gəldikdə isə həmin hadisələrdən sonra xidmətdən məcbur ayrılmış, bir müddət işsiz qalmışdır. Bütün gəliri əlindən çıxmışdır. Bundan əlavə sağlamlığının mümkün qədər bərpasına xeyli xərci çıxmışdır. Məhkəmə iclasında iddiaçı İmanov Elməddin Xanməd oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında iddiaçı İmanov Elməddin Xanməd oğlunun mənəvi zərərin ödənilməsi tələbi barədə mülki iş vardır. Həmin iddia tələbinə etiraz edərək bildirilir ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. İddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq ona dəymiş mənəvi zərərə görə 150.000 manat məbləğində vəsaitin dövlət büdcəsi hesabına ödənilmasini tələb etmişdir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azerbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin məcəllənin 198.1-ci maddəsiə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafıq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqı şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad edilərək kompensasiya tələb edilmişdir. Azərbaycan Respublikasının Cinayıt Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında "Təhqiqat, ibtidai istintaq, prokurorluq va məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya suiistifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il # ### tarixli bəyanat yaymışdır. Bu baxımdan yuxarıda qeyd olunan məsələlər ilə bağlı adı çəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ###### 2008-ci il tarixli 7 nömrali Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli ələqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habələ işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil, şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddiaçı İmanov Elməddin Xanməd oğlunun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ##.##.2011-ci il tarixdə İmanov Elməddin Xanməd oğlu ilə nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Nikaha daxil olanda iddiaçı olan həyat yoldaşının cinsi fəaliyyət qabiliyyəti aktiv olmuşdur. Sözügedən hadisələrin yaşanmasından sonra cinsi fəaliyyət qabiliyyətində problemlər yaranmışdır. 2 ay ondan xəbər ala bilməyiblər. Yalnız 2 aydan sonra o, atasını telefonla yığmışdır. Nömrələri belə xatırlamamış, çətinliklə yalnız atasının nömrəsini xatırlaya bilmişdir. Bir müddət hospitalda müalicə alıb. İlk aylar düşünmüşdür ki, onun psixologiyası yerində deyil və aralarında yaxınlıq olmamasının səbəbi də budur. Lakin müəyyən müddət sonra iddiaçı özü işgəncələr yaşadığını və cinsi fəaliyyət qabiliyyətindəki problemin məhz həmin işgəncələrdən qaynaqlandığını bildirmişdir. Hətta buna görə iddiaçı ona boşanma təklif etsə də, o, bunu həm övladlarına görə, həm də hər şeyə rəğmən bir ailə olmalarına görə rədd etmişdir. Bu məsələ ilə bağlı bir çox müalicələr almışdır, amma effekti olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçı İmanov Elməddin Xanməd oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan hökmdə hər bir təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham, o cümlədən, iddiaçıya qarşı törədilmiş cinayət əməli epizodu müfəssəl şəkildə göstərilmişdir. Məhkəmə hazırki mülki iş üzrə yekun aktın həcminin həddindən artıq çox olmaması məqsədi ilə həmin aktın iddiaçıya aid epizodunun sadalanmasına zərurət görmür. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı İmanov Elməddin Xanməd oğluna qarşı cinayət əməlləri törədilərkən ona ## ### 2017-ci il tarixdən ## ### 2017-ci il tarixədək 20 gün ərzində işgəncə verilməsi, qeyri-insani rəftar nümayiş etdirilməsi işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, iddiaçı İmanov Elməddin Xanməd oğlunun iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur. Məhkəmə, iddiaçının ona qarşı törədilən cinayət əməlləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 15.000 (on beş min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə göstərilən nəticəyə gələrkən oxşar işlərlə bağlı mənəvi zərərin kompensasiya məbləğinin müəyyən edilməsinə dair vahid məhkəmə təcrübəsinə əsaslanaraq hesab etmişdir ki, təyin edilən mənəvi zərərin məbləği yuxarı instansiya məhkəməsinin analoji işlər üzrə təcrübəsinə (Bakı Apelyasiya Məhkəməsinin iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3-cü şəxs qismində cəlb edilməklə) iş üzrə ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli, iddiaçı Zabitzadə Kənan İlham oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə ##.##.2025-ci il tarixli 2(103)- ****/**** nömrəli qətnamələri) uyğundur. Məhkəmə hesab etmişdir ki, iddiaçı məlum hadisələrdən qabaq ailəli olmaqla həmin birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Ekspertizanın rəyindən də göründüyü kimi, həmçinin məhkəmə iclasında şahid qismində ifadə verən iddiaçının həyat yoldaşının ifadəsinə əsasən iddiaçı verilən işgəncə nəticəsində məhz həmin hadisələrdən sonra cinsi qabiliyyətini itirmişdir. Ekspertiza rəyində tam səbəbli-əlaqənin olması göstərilməsə də, tibbi kartdan, həmin vaxt iddiaçı hospitala yerləşdirilərkən cinsi orqanına elektrik cərəyanı verilməsi ilə bağlı şikayətinin olması və s. kimi hallar ona məhz həmin vaxt xəsarət yetirildiyini təsdiq edir. Məhkəmə bütün diqqətəlayiq məqamları, habelə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 20 gün ərzində işgəncə görərək mənəvi iztirab çəkməsini, eləcə də işgəncəyə məruz qalmış şəxslərin mənəvi ziyan tələbinə dair iddiası üzrə yuxarı instansiya məhkəmələrində formalaşmış mövqeyə müvafiq olaraq iddiaçının işgəncə gördüyü günlərin sayı (hər gün 500 manat olmaqla, 20 gün x 500 manat), həmçinin gördüyü işgəncələr nəticəsində cinsi qabiliyyətini itirməsi (5000 manat) nəzərə alınmaqla, mənəvi ziyanın həcmini 15.000 manat müəyyən edilməsini ədalətli hesab edir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1100, 1115-ci maddələrinə, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 185.5, 217.4-cü maddələrinə, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 185.5, 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» ## ###### 2008-ci il tarixli * saylı Qərarına, Avropa Məhkəməsinin «Koinq Almaniyaya qarşı», «Artiko İtaliyaya qarşı», «Younq, Cames və X7rşı» işlərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İmanov Elməddin Xanməd oğlunun nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin mənəvi zərərin məbləg inə aid hissədə qismən ləg v edərək iddia tələbinin tamamilə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İmanov Elməddin Xanməd og lu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Mu dafiə Nazirliyi mu bahisə predmeti barəsində mu stəqil tələb irəli su rməyən u çu ncu şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin o dənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mu raciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən do vlət bu dcəsi hesabına 150.000 manat mənəvi zərərin əvəzinin onun xeyrinə tutularaq o dənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən yaradılmış istintaq qrupu tərəfindən Azərbaycan Respublikası Mu dafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olmuş bəzi hərbi hissələrin du şmənlə məxfi əməkdaşlıqda şu bhəli bilinən hərbi qulluqçularının 2017-ci ilin may-iyun ayları ərzində fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorg u-sual prosesinə məruz qoyulmaları faktlarına go rə Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.3, 126.3, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cu maddələri ilə 182206051 no mrəli cinayət işi u zrə ibtidai istintaq zamanı ## ###### 2022-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinin ##.##.2024-cu il tarixli, *-*(***)-**/**** saylı ho kmu ndə qanunsuz həbs edilməsi, ona kimlər tərəfindən və hansı işgəncələrin verildiyi o z təsdiqini tapmışdır. Belə ki, ## ### 2017-ci il tarixindən ## ### 2017-ci il tarixinə qədər Mu dafiə Nazirliyinin 703 və N saylı hərbi hissələrinin ko hnə inzibati binalarında qanunsuz saxlanılmış və həmin mu ddət ərzində mu təmadi işgəncələrə məruz qalmışdır (mu xtəlif əşyalarla do yu lmu ş, bədənindən və cinsiyyət orqanından elektrik cərəyanı buraxılmış, suda bog ulmuş, əl-ayag ı və go zu bag lı halda cinsiyyət orqanına ayaq zərbələri almış, ayaq dırnaqları çıxarılmış, əl-ayag ı və go zu bag lı halda başına sidik ifraz edərək nalayiq so zlərlə təhqir olunmuşdur və s.). İllər ərzində du şmənlə u z-u zə cəbhə bo lgəsində qu sursuz xidmətinin qarşısında (o, cu mlədən heç bir cinayət to rətmədiyi halda) haqsız və qanunsuz olaraq işgəncəyə məruz qalması, ona həyatı boyu unudulması və sag alması mu mku nsu z olan silinməz mənəvi, fiziki və psixoloji zərbə vurulmuşdur. Hansı ki, işgəncə zamanı aldıg ı ag ır fiziki zərbələrin təsirindən sag lamlıg ında yaranmış problemlər (əsəb, gərginlik, cinsiyyət u zvu nu n ereksiyasının itirilməsi və s.) hazırda da ailə mu nasibətlərində ciddi mu naqişələrə səbəb olur, kişi cinsdən olan bir şəxs kimi funksional vəzifəsini yerinə yetirə bilməmək onu çox utandırır və ailəni dag ılmaq həddinə çatdırır. Do zu lməz işgəncələrə məruz qaldıg ı mu ddət ərzində ailəsinin və yaxınlarının ondan xəbəri olmamış, gu nlərlə onu axtarmış və bir so zlə onlar da dərin mənəvi sarsıntı və ag ır iztirablar keçirmişlər. Go stərilən hallarla bag lı, ona mənəvi zərər o dənilməlidir. Maddi zərərə gəldikdə isə həmin hadisələrdən sonra xidmətdən məcbur ayrılmış, bir müddət işsiz qalmışdır. Bütün gəliri əlindən çıxmışdır. Bundan əlavə sağlamlığının mümkün qədər bərpasına xeyli xərci çıxmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Məhkəmə mənəvi zərər faktını mu əyyən etsə də, mənəvi zərərin məbləğini qismən, yəni 15.000 manat təmin etmişdir. Həmin hissədə qətnamədən narazıdır. İddiaçının məruz qaldıg ı işgəncə və zu lmu n nəticəsi olaraq u zləşdiyi sarsıntı və iztirabın qiyməti yoxdur. Bununla belə 15.000 manat do vlətin kompensasiyası olaraq olduqca azdır. Ekspertiza rəyini oxuduqda və iddiaçının o zu nu dinlədikdə hadisənin dəhşətini təsəvvu r etmək olur. İddiaçının azadlıqdan məhrum oldug u hər gu nə go rə 500 manat kompensasiya ona verilmiş işgəncələri əhatə etmir axı! Gu nlu k kompensasiyadan əlavə işgəncələrə go rə də kompensasiya o dənməlidir. Bundan əlavə aldıg ı zərbələr nəticəsində tam itirilmiş cinsi qabiliyyət də mu mku n qədər kompensasiya edilməlidir. İddiaçının vəziyyəti adi haldan da pisdir. Həkimləri bildirirlər ki, onun cinsi qabiliyyətinin qismən bərpası yalnız xaricdə mu mku ndu r və xərci də 25-30 min dollardır. Həmin xərc də do vlət tərəfindən qarşılanmalıdır. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin mənəvi zərərin məbləg inə aid hissədə qismən ləg v edilərək iddia tələbinin tamamilə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iddiaçı İmanov Elməddin Xanməd oğlunun nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, izahatında əlavə olaraq göstərmişdir ki, iddiaçı olmazın i gəncələr görmüşdür. Təcrübədə mənəvi ziyanın məbləğinin günə 500 manat hesablandığını bilir, hesab edir ki, bu məbləğ olduqca azdır. Əslində iddiaçının orda qaldığı müddət 20 gündən daha çoxdur. Üstəgəl burada başqa məsələ, yəni iddiaçıya verilmi işgəncələr nəticəsində onun qabiliyyətinin itirilməsi məsələsi var. Onlar bu şikayəti formal olaraq verməmişlər. Belə ki, ekspert iddiaçını həkim yanına göndərib, həkim bildirib ki, qabiliyyətin itirilməsi məsələsini Türkiyədə müalicə etmək olar, ancaq 25.000-30.000 ABŞ dolları məbləğində pul lazımdır. Ona görə də hesab edilir ki, mənəvi zərər məbləğinin ikayətdə göstərdikləri həcmdə tutulması qət edilməlidir ki, iddiaçı əgər belə bir imkan varsa müalicə ala bilirsə bundan istifadə etsin. Onlar buna görə şikayət veriblər, ədalət naminə məhkəmədən humanist yanaşmasını xahiş edirlər. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iddiaçı İmanov Elməddin Xanməd oğlu izahatında göstərmişdir ki, məqsədi pul qazanmaq ya da başqa bir məsələ deyildir. O, müalicə olunmasının mümkün olmasını bilmirdi. Düzdür süni əkildə olur bu ancaq ən azından qabiliyyəti bərpa edilə bilər. Müalicə yalnız xaricdə mümkündür, ona da müəyyən məbləğdə pul lazımdır. Gördüyü işgəncələrə münasibətdə bu məbləğ heç nədir. Təkcə ayaq dırnaqlarının kəlbətinlə çıxarılmasına münasibətdə belə 100.000 verilsə yenə o, işgəncələrin qarşılığını ödəməz. Ekspertiza təyin edilib, ekspert də onu yoxlayıb. Məqsədi odur ki, müalicə alsın, süni əkildə də olsa sözügedən qabiliyyəti bərpa edilsin. Onun yaşı da çox deyildir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İmanov Elməddin Xanməd oğluna, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəsmi qaydada məlumat verilmiş, tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 31. Təhlükəsiz yaşamaq hüququ İ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. II. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağan Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ II. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Maddə 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli Qərarı Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən, qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın mənəvi zərərin təmin edilməyən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı, yalnız mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlara əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçı İmanov Elməddin Xanməd oğluna qarşı cinayət əməlləri törədilərkən ona ## ### 2017-ci il tarixdən ## ### 2017-ci il tarixədək 20 gün ərzində işgəncə verilməsi, qeyri-insani rəftar nümayiş etdirilməsi işin mübahisəsiz halıdır. İddiaçı qanunsuz olaraq işgəncələrə, qeyri-insani rəftara məruz qalması, sağlamlığına ziyan vurulması ilə bağlı cavabdehdən Dövlət büdcəsi vəsaiti hesabına 150.000 manat mənəvi ziyanın öna ödənilməsini tələb edir. Kollegiya qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X7rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçı İmanov Elməddin Xanməd oğluna ## ### 2017ci il tarixdən ## ### 2017-ci il tarixədək 20 gün ərzində işgəncə verilməsi, ona qarşı qeyri-insani rəftar nümayiş etdirilməsi, sağlamlığına ziyan vurulması nəticəsində mənəvi istirab və sarsıntı keçirməsi qənatinə gələrkən düzgün nəticəyə gəlsə də, vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən düzgün qərar qəbul etməmişdir. İstinad olunanlara əsasən kollegiya hazırkı işin spesifik halları baxımından, mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını, sağlamlığına ziyan vurulmasını, vurulmuş ziyanın halhazıradək bərpa olunmamasını nəzərə alıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilərək, iddia həmin hissədə qismən təmin edilib, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçı İmanov Elməddin Xanməd oğlunun xeyrinə tutulmalı olan mənəvi ziyanın məbləği 20.000 (iyirmi min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İmanov Elməddin Xanməd oğlunun nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçı İmanov Elməddin Xanməd oğlunun xeyrinə tutulmalı olan mənəvi ziyanın məbləği 20.000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-66/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-66/2026
12.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Maddi ziyanın öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver