Məhkəmə qərarları › İş №2(3-7)-608/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-608/2026

22.06.2026 · İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-608/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Ilkin iddia üzrə iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh2, cavabdeh1, X4, X1, X3 və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdeh İddiaçı QSC-nə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ilkin iddia üzrə iddiaçı İddiaçı QSC cavabdehlər cavabdeh2, cavabdeh1, X4, X1, X3 və X5 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1, X1 və X4 müştərək qaydada onun xeyrinə *********** saylı kredit razılaşması üzrə 339623.34 ABŞ dolları kredit, 200117.57 ABŞ dolları faiz, 117400.83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 657141.74 ABŞ dolları, *********** saylı kredit razılaşması üzrə 143656.94 ABŞ dolları kredit, 96509.39 ABŞ dolları faiz və 49269.17 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 289435.50 ABŞ dolları, *********** saylı kredit razılaşması üzrə 102541.57 ABŞ dolları kredit, 68701.48 ABŞ dolları faiz və 35165.21 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 206408.26 ABŞ dolları, *********** saylı kredit razılaşması üzrə 147410.13 ABŞ dolları kredit, 98612.6 ABŞ 16 dolları faiz və 50552.97 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 296575.70 ABŞ dolları, *********** saylı kredit razılaşması üzrə 106758.57 ABŞ dolları kredit, 71544.53 ABŞ dolları faiz və 36612.90 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 214916 ABŞ dolları, 5 (beş) kredit razılaşması üzrə ümumilikdə 1 664 477 (bir milyon altı yüz altmış dörd min dörd yüz yetmiş yeddi) ABŞ dolları 20 sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1060 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 84 manat xidmət haqqının tutulması, tutmanın cavabdeh1 məxsus Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi **v saylı evin 179.58 m² ümumi sahədən ibarət 4 otaqlı ** saylı mənzilinə, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində 0.10 ha torpaq sahəsi və üzərində yerləşən **** saylı bağ evinə (həyətyanı tikili və qurğular daxil olmaqla) və Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsi və üzərində yerləşən ****k saylı bağ evinə (həyətyanı tikili və qurğular daxil olmaqla) həmçinin X1 məxsus Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ***a saylı evin 201.1 m² ümumi sahədən ibarət * nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 1 664 477 (bir milyon altı yüz altmış dörd min dörd yüz yetmiş yeddi) ABŞ dolları 20 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1060 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 84 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh1, X1 və X4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi **v saylı evin 179.58m² ümumi sahədən ibarət 4 otaqlı ** saylı mənzilinə, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində tikili və qurğular daxil olmaqla) və Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsi və üzərində yerləşən ****k saylı bağı evinə (həyətyanı tikili və qurğular daxil olmaqla) tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra cavabdeh1 həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi **v saylı evin 179.58 m² ümumi sahədən ibarət 4 otaqlı ** saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X1, X5 və X3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, eləcədə hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ilkin iddia tələbi üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşılıqlı iddia verərək, İddiaçı QSC ilə aralarında bağlanmış zaminlik müqavilələrinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə (hakim Z.Abdullayev) ilkin iddia tələbinin qismən təmin edilməsi; Ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) cavabdeh1, X1 və X4 müştərək qaydada *********** saylı kredit razılaşması üzrə 339623,34 ABŞ dolları kredit borcu, 28763.4 ABŞ dolları faiz borcu, 15000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 383386.74 ABŞ dolları - *********** saylı kredit razılaşması üzrə 142620.64 ABŞ dolları kredit borcu, 22241.53 ABŞ dolları faiz borcu və 7000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 171862.17 ABŞ dolları, 06000011691 sayı kredit razılaşması üzrə 101526.37 ABŞ dolları kredit borcu, 15832,93 ABŞ dolları faiz borcu və 6000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 123359.3 ABŞ dolları, *********** saylı kredit razılaşması üzrə 145728.74 ABŞ dolları kredit borcu, 22726.24 ABŞ dolları faiz borcu və 16000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 184454.98 ABŞ dolları, *********** saylı kredit razılaşması üzrə 105727.81 ABŞ dolları kredit borcu, 16488.14 ABŞ dollan faiz borcu və 6500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 128715,95 ABŞ dolları, 5 (beş) kredit razılaşması üzrə ümumilikdə, cəmi 991779,14 (doqquz yüz doxsan bir min yeddi yüz yetmiş doqquz 14 sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq) məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 84 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; Artıq ödənilmiş 1030 (bir min otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-yə qaytarılması; Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsi ev 25v, ** saylı mənzilin likvid dəyəri 442844 manat, Bakı şəhəri, Binəqədi rayonu Novxanı kəndində 0.10 ha torpaq sahəsi və üzərində yerləşən **** saylı bağ evinin likvid dəyəri 504484 manat, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 1078k sayı bağ evinin likvid dəyəri 172778 manat, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 101a, * nömrəli mənzilin likvid dəyəri 434376 manat həcmində müəyyən olunması; Tutma cavabdeh1 məxsus Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsi ev 25v, ** saylı mənzilə, Bakı şəhəri, Binəqədi rayonu Novxanı kəndində 0.10 ha torpaq sahəsi və üzərində yerləşən **** saylı bağ evinə, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 1078k sayı bağ evinə, həmçinin X1 məxsus Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 101a, * nömrəli mənzilinə yönəldilsin, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsait 991779,14 (doqquz yüz doxsan bir min yeddi yüz yetmiş doqquz 14 sent) ABŞ dolları məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 84 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi; Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsi ev **v saylı ** saylı mənzilinə, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində 0.10 ha torpaq sahəsi və üzərində yerləşən **** saylı bağ evinə və Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsi və üzərində yerləşən****k saylı bağı evinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra cavabdeh1 əmlakları ilə birgə çıxarılmaqla, həmin mənzillər iddiaçı “xxxx” QSC-yə təhvil verilməsi; Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev ***a saylı, * saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra X1, X5 və X3 həmin mənzildən çıxarılsın, həmin mənzil boşaldılaraq iddiaçı “xxxx” QSC-yə təhvil verilməsi; Qarşılıqlı iddia tələbinin təmin edilməməsi; Qarşılıqlı iddia tələbi üzrə X4 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi; Aparılmış ekspertiza tədqiqatların dəyəri, cəmi 1.000 manat (bir min) məbləğində pul ilkin iddia üzrə cavabdehlər cavabdeh1, X1 və X4 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh X1 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya Bərdə Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı ## #### 2026-cı il tarixli məktubu nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyünə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzədə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ləğv edilsin. Ilkin iddia üzrə iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh2, cavabdeh1, X4, X1, X3 və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdeh İddiaçı QSC-ə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan *(*-*)-***/**** nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver