Məhkəmə qərarları › İş №2(3-7)-666/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-666/2026

07.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-666/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2007-cü il tarixli, *-***/**** nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən şikayət üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli, *-***/**** nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən apellyasiya şikayəti əsasında daxil olmuş işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *-***/**** nömrəli, ## #### 2007-ci il tarixli xüsusi icraat qaydasında qəbul edilmiş qətnamə ilə ərizəçilər Ərizəçi və X1 ərizəsi təmin edilmiş, # #### 1968-ci il təvəllüdlü, ## ### 1992-ci ildə həlak olmuş X2 valideynlərinin ərizəçilər olması faktı müəyyən edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

2. Həmin qətnamədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti vermişdir.

3. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2007-cü il tarixli, *-***/**** nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli məktubuna əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *-***/**** nömrəli mülki iş üzrə “AZEMİS”-də yaranmış texniki məsələnin həlli məqsədilə ilə mülki işin Gəncə Şəhər Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş məktubu nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2007-cü il tarixli, *-***/**** nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vermiş olduğu şikayətə baxılması ilə bağlı müvafiq texniki məsələnin həll edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

7. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2007-cü il tarixli, *-***/**** nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət ilə bağlı müvafiq texniki məsələnin həll edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver