Məhkəmə qərarları › İş №2(3-8)-160/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-160/2026

22.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair işlə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-160/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X17 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BP-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” minik markalı nəqliyyat vasitəsi ##.##.2021-ci il tarixində X12 adına qeydiyyata alınmışdır.

2. İş materiallarında olan ##.##.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X12 “Kia Pride” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alıcı X9.

3. İş materiallarında olan ##.##.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9 “Kia Pride” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alıcı İddiaçı satmışdır.

4. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-CL-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” minik markalı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır.

5. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə X9 olduğu “Kia Pride” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmasına dair ##.##.2022-ci il tarixli qərarı ləğv edilmiş, vəsatət və təqdimatın təmin edilməməsi qərara alınmışdır.

6. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmündən görünür ki, Seyidli Mirheydər Rəhim oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Seyidli Mirheydər Rəhim oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ##.##.2022-ci il tarixdən hesablanması, Seyidli Mirheydər Rəhim oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı X6 mülki iddia ərizəsinin təmin edilməsi, “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı Məmmədov Anar İmran oğluna qaytarılması, dövlət rüsumuna görə ödədiyi 126 manatın Seyidli Mirheydər Rəhim oğlundan tutularaq Məmmədov Anar İmran oğluna ödənilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı X1 mülki iddia ərizəsinin təmin edilməsi, “Changan SG7151F” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı X1 qaytarılması, dövlət rüsumuna görə ödədiyi 88 manatın Seyidli Mirheydər Rəhim oğlundan tutularaq X1 ödənilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı X2 mülki iddia ərizəsinin təmin edilməsi, “Mercedes Benz 240” markalı, **-RT-*** (hazırda **-EB-***) dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı X2 qaytarılması, zərərçəkmiş şəxs və mülki iddiaçı X7 mülki iddia ərizəsinin təmin edilməsi, “X3 CDI” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı X7 qaytarılması, zərərçəkmiş şəxs və mülki iddiaçı X12 mülki iddia ərizəsi təmin edilməsi, “Kia Pride” markalı, **-BP-*** (hazırda **-CL-***) dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı X12 qaytarılması, zərərçəkmiş şəxs və mülki iddiaçı X10 mülki iddia ərizəsinin qismən təmin edilməsi, 2645 manatın Seyidli Mirheydər Rəhim oğlundan tutularaq X10 ödənilməsi, iş üzrə “Kia Pride” markalı **-BP-*** (hazırda **-CL-***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, “Mercedes Benz 240” markalı, **-RT-*** (hazırda **-EB-***) dövlət qeydiyyat nişanlı, “Changan SG7151F” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Carolla” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı, “X3 CDI” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasının nəzərə alınması, iş üzrə maddi sübutlar - 9900 manat pul vəsaitinin zərərçəkmiş şəxs İmanov Elmin Elzas oğluna qaytarılmasının nəzərə alınması, zərərçəkmiş şəxs X12 götürülmüş Seyidli Mirheydər Rəhim oğluna məxsus şəxsiyyət vəsiqəsi, Mirheydər Seydiliyə məxsus “xxxx” ASC tərəfindən verilmiş **************** nömrəli elektron bank hesab kartı, Hakan Altuna məxsus “YapıKredi” bank tərəfindən verilmiş ********* nömrəli elektron hesab kartı və “BMW” markalı, “5281” modelli, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid BA****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin cinayət işinin materiallarında saxlanmasının nəzərə alınması, “Mercedes E 220” markalı, **- HK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zərərçəkmiş şəxs X11 qaytarılmasının nəzərə alınması hökm edilmişdir.

7. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı icra vərəqəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X12 mülki iddia ərizəsi təmin edilmiş, “Kia Pride” markalı, **-BP-*** (hazırda **-CL-***) dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı X12 qaytarılması hökm edilmişdir. Hökm ##.##.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.

8. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, maraqlara toxunan şəxslər İddiaçı və Novruzov Vəfadar Aydın oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Seyidli Mirheydər Rəhim oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı maraqlara toxunan şəxslər İddiaçı və Novruzov Vəfadar Aydın oğlunun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, idarənin icraatında olan Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli icra sənədi üzrə “Kia Pride” minik markalı, **-BP-*** (hal-hazırda **-CL-***) dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdə borclu İddiaçı alınaraq tələbkar X12 təhvil verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, avtomobil təhvil verilən zaman borclu tərəfindən sözügedən avtomobilin texniki qeydiyyat şəhadətnaməsi tələbkara təhvil verilməmişdir.

11. İş materiallarında olan *********** nömrəli qəbzdən görünür ki, Nümayəndə tərəfindən Vəkil hüquqi xidmətin göstərilməsi üçün 325 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı tərəfindən ödənilmiş avtomobilin dəyəri olan 15300 manat, vəkillə müqavilə bağlamaq üçün ödənilmiş 325 manat, iddiaçıya dəymiş mənəvi zərər nəzərə alınmaqla cavabdehdən ümumilikdə 20000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 150 manat dəyərində dövlət rüsumunun tutulub iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdə “Kia Pride” minik markalı nəqliyyat vasitəsini alqı-satqı yolu ilə əldə etmişdir. Nəqliyyat vasitəsini 15300 manat müqabilində cavabdeh Cavabdeh almışdır. Nəqliyyat vasitəsi hazırda iddiaçının mülkiyyətindədir. İddiaçıya sonradan məlum olmuşdur ki, ##.##.2022-ci ildə Bakı şəhər Binəqədi rayon Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.2.2 ve 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Seyidli Mirheydər Rəhim oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Ona verilmiş ittihamlardan birinə görə M.Seyidli təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “turbo.az” internet saytında X12 məxsus 2014-cü buraxılışlı, qırımızı metallik rəngli, “Kia” markalı “Pride” modelli, sedan tipli, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra ##.##.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-in BDYPİ-nin həyətində Xəqani Hüseynovla görüşüb həmin avtomobili 15300 manata alacağına dair sonuncu ilə razılıq əldə etdikdən sonra həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulu Xəqani Hüseynova avtomobilə görə beh olaraq ödəyib pulun 11900 manat hissəsini isə Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankında olan hesabdan özünə məxsus olan “xxxx” ASC tərəfindən verilmiş **************** nömrəli bank hesabına köçürüldükdən sonra Xəqani Hüseynova ödəyəcəyinə dair yalan vəd verib aldadaraq “Kia” markalı “Pride” modelli, sedan tipli **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Xəqani Hüseynova vermədən dəyərindən ucuz qiymətə, yəni 9500 manata X8 verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs X12 11900 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Həmin nəqliyyat vasitəsi **-CL-*** dövlət qeydiyyat nişanla BA****** nömrəli şəhadətnamə ilə ünvan 2 ünvanında yaşayan X9 adına rəsmiləşdirilmişdir. Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Nuru Həsənov məhkəməyə vəsatət verərək həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsının ##.##.2022-ci il tarixli qərarı ilə Binəqədi RPİ-nin İŞ-də istintaq edilən ********* nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında yaşayan X9 olduğu “Kia Pride” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə X9 sahib olduğu “Kia Pride” markalı **-CL-*** dövlət qeydiyyat nişanı avtomobilinin üzərinə həbs qoyulmasına dair ##.##.2022-ci il tarixli qərarı ləğv edilmiş, vəsatət və təqdimat təmin edilməmişdir. İş üzrə ibtidai istintaq yekunlaşdıqdan sonra iş baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə iddiaçı şahid qismində dindirilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı X12 təqsirləndirilən şəxsə qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək 15000 manat maddi zərərin və ya **-BP-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” markalı maşının geri qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Seyidli Mirheydər Rəhim oğlu Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinmiş və ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmlə həmçinin zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı X12 mülki iddia ərizəsi təmin edilmiş, “Kia Pride” markalı **-BP-*** (hazırda **-CL-***) dövlət qeydiyyat nişanı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı X12 qaytarılması müəyyən olunmuşdur. Hökmlə həmçinin “Kia Pride” markalı **-BP-*** (hazırda **-CL-***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin hökmdən apellyasiya şikayəti verərək hökmün “Kia Pride” markalı **-BP-*** (hazırda **-CL-***) dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı X12 qaytarılması, Kia Pride markalı ** BP *** (hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Hökmdən həmçinin digər şəxslər də apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İddiaçının hazırki cinayət işinə və təqsirləndirilən şəxsə heç bir aidiyyatı yoxdur, onu tanımır, eyni zamanda təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan cinayətlə əlaqədar üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxs kimi tanınmamışdır. İddiaçı sözügedən nəqliyyat vasitəsini cavabdeh Cavabdeh 15300 manat müqabilində almışdır. Hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş avtomobilin dəyəri olan 15300 manat, vəkillə müqavilə bağlamaq üçün ödənilmiş 325 manat, iddiaçıya dəymiş mənəvi zərər nəzərə alınmaqla cavabdehdən ümumilikdə 20000 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.

14. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Cavabdeh iddiaçı tərəfindən ödənilmiş avtomobilin dəyəri olan 15300 manat pulun, eləcə də iş üzrə məhkəmə xərclərinin qanunvericiliyin tələblərinə uyğun olaraq tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) avtomobilin qiymətləndirilməsi barədə ekspertiza təyin edilmişdir.

16. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ** nömrəli hesabatında qeyd edilmişdir ki, 2014-cü il buraxılışlı işlək, istifadəyə yararlı Kia Pride minik markalı, 77BP 894 dövlət nömrə nişanlı avtomobilin hazırki bazar dəyəri 16000-17000 manat arasında dəyişir. 2022-ci il üzrə bazar dəyəri isə 17500-18500 manat arası təşkil edə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, ekspert rəyi ilə razıdırlar. Hər bir halda zərərçəkmiş şəxs kimi tanınıbtanınmamaqdan

17. savayı, nəticə etibarilə maşın qaytarılıb birinci sahibinə verilmişdir. Onlar da verdikləri pulu tələb edirlər. İddiaçı ilk növbədə hökmdə zərərçəkmiş şəxs kimi qeyd olunmamışdır. Ali Məhkəmənin kassasiya qərarında isə maraqlarına toxunan şəxs olaraq qeyd edilmişdir. Ali Məhkəmədəki işdə də vicdanlı alıcı olduğunu bildirmiş, lakin cinayət mühakimə icraatı qaydasında baxılıb belə qərar verilmişdir. Onlar avtomobili almışdır, sonra onlara bəlli olmuşdur ki, əvvəlki sahiblə maşını satan arasında problem olmuşdur. Əvvəlki sahib onu məhkəməyə vermiş, işlə bağlı cinayət işi açılmışdır. Həmin iş çərçivəsində də iddiaçıdan maşının alınıb əvvəlki sahibinə verilməsi qərara alınmışdır. Həmin icraat çərçivəsində də maraqlarına toxunan şəxs, vicdanlı alıcı kimi maşının onlardan alınıb başqasına verilməməsi üçün mübarizə aparmışdırlar. Ali Məhkəmə də kassasiya şikayətini təmin etməmiş, maşın onlardan alınmışdır. Maşını Cavabdeh almışdırlar, pulu da ona vermişdirlər. Avtomobilin dəyərini tələb edirlər.

18. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin dəfələrlə məhkəmə iclasına dəvət olunsa da, heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclaslarına gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.

19. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) işə qiyabi icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir.

20. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 15300 (on beş min üç yüz) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh 150 (bir yüz əlli) manat dövlət rüsumu, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərcinin alınaraq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 200 manatın tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul olunmuş qiyabi qətnamədən narazıdır. Qiyabi qətnamə Mülki Prosessual Məcəllənin 4, 9, 14, 88-ci, Mülki Məcəllənin 739 və 740-cı maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İddiaçının iddia tələbi ilə razı deyil. Həmçinin iddiaçının hüquqi yardım üçün ondan 325 manat pul istəməsi əsassızdır. Belə ki, mülki iddia qaydasında məhkəməyə müraciət edilərkən vəkil xidmətindən istifadə etmək məcburi deyildir. Eyni zamanda məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki Mülki Prosessual Məcəllənin tələbinə görə məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 25 Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə bir neçə dəfə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər (...) 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

32. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

34. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

41. Apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hallar: iddiaçının hüquqi yardım üçün ondan 325 manat pul istəməsi əsassızdır. Belə ki, mülki iddia qaydasında məhkəməyə müraciət edilərkən vəkil xidmətindən istifadə etmək məcburi deyildir. Eyni zamanda, məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur.

42. Əksinə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bir neçə məhkəmə iclasları təyin edilmiş, iclasların vaxtı və yeri haqda cavabdehə lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmişdir. Daha sonra işə qiyabi icraat qaydasında çaxılması barədə qərardad qəbul edilmişdir.

43. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli icra sənədi üzrə “Kia Pride” minik markalı, **-BP-*** (hal-hazırda **-CL-***) dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdə borclu İddiaçı alınaraq tələbkar X12 təhvil verilmişdir.

44. İş materiallarından görünür ki, “Kia Pride” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini iddiaçıya Cavabdeh satmış və iddiaçı dəyərini ödəməklə həmin avtomobili rəsmi reyestrdə qeydə aldırmaqla mülkiyyətinə qəbul etmişdir. Daha sonra, yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən həmin avtomobil hazırkı iş üzrə iddiaçıdan alınaraq avomobilin əvvəlki mülkiyyətçisinə qaytarılmışdır. Cavabdeh isə iddiaçı tərəfindən ödənilən pul vəsaitini geri qaytarmamış, odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müracıt etmişdir.

45. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

46. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdeh Cavabdeh avtomobilin alğı-satqısı üçün ödənilən 15300 manat məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə gəldiyi nəticə düzgündür.

47. Kollegiya həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütınasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Odur ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən hüquqi yardım və dövlət rüsumu üçün ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

50. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver