Məhkəmə qərarları › İş №2(3-8)-165/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-165/2026

10.02.2026 · Müqavilələrin bağlanması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-165/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-8453/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 14 reyestr nömrəli, 1592 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 21, 51 saylı mənzilə dair bağlanmış xx.xx.1991-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Elektron məhkəmə informasiya sistemində “Cavabdeh” adlı şəxs müəyyən edilməmişdir. İddia ərizəsində şəxsin xarici vətəndaş olması ilə bağlı məlumatlar qeyd olunsa da şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), qeydiyyat və ya faktiki yaşadığı ünvan göstərilməmiş, habelə son yaşayış yerinin Sumqayıt şəhəri olmasını təsdiq edən hər hansı bir sənəd əlavə edilmişdir. İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsaslanmaqla qərardadını onunla əsaslandırmışdır ki, elektron məhkəmə informasiya sistemində “Cavabdeh” adlı şəxs müəyyən edilməmişdir. İddia ərizəsində şəxsin xarici vətəndaş olması ilə bağlı məlumatlar qeyd olunsa da şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), qeydiyyat və ya faktiki yaşadığı ünvan göstərilməmiş, habelə son yaşayış yerinin Sumqayıt şəhəri olmasını təsdiq edən hər hansı bir sənəd əlavə edilmişdir. Halbuki cavabdehin son yaşayış yerinin Sumqayıt şəhəri olmasını təsdiq edən qeydiyyat vəsiqəsi, texniki pasport, xx.xx.1991-ci il tarixli etibarnamə (hansı faktiki alqı-satqı həmin etibarnamə əsasında həyata keçirilmişdir) iddia ərizəsinə əlavə olunmuşdur. Bundan əlavə cavabdehin qeydiyyatı və qeydiyyatdan çıxarılması barədə Azərbaycan SSR DİN-nin Sumqayıt Şəhər şöbəsinin möhürü ilə təsdiqlənmiş məlumat olan Sumqayıt Kommunal Təsərrüfatı İdarəsinin “ev kitabı” isə jurnal formasında olduğundan məhkəməyə təqdim olunacaqdır. İddia ərizəsinə cavabdehin son yaşayış yerinin Sumqayıt şəhəri olmasını təsdiq edən qeydiyyat vəsiqəsi, texniki pasport, xx.xx.1991-ci il tarixli etibarnamə (hansı ki, alqı-satqı həmin etibarnamə əsasında həyata keçirilmişdir) əlavə olunmuşdur. MPM-in 149.2.2-ci maddəsi düzgün tətbiq olunmamış, həmin Məcəllənin 36.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddia ərizəsi MPM-in 36.1-ci maddəsinə əsasən cavabdehin məlum olan axırıncı yaşayış yerinə görə verilmişdir. Məhkəmənin MPM-in 149.2.2-ci maddəsi düzgün tətbiq olunmamış, 36.1-ci maddəsinin tələbləri pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8453/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə (hakim ŞəbnəmHəxiyeva) şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı və onunla bağlı 2(060)-8453/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 21 nömrəli evin 51ci mənzili iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsi əsasında cavabdehin xüsusi mülkiyyətində olmuşdur. O, mənzili satmaq üçün Sumqayıt şəhərində yaşayan X2 adlı şəxsə etibarnamə verərək, özü həmin mənzildən qeydiyyatdan çıxaraq daimi yaşamaq üçün Rusiya Federasiyanına köçmüşdür. Şikayətə əlavə edilmiş “Ev kitabın”ının surətindən də göründüyü kimi buna dair xx.xx.1991-ci il tarixli, möhürlü qeydiyyat vardır. Həmçinin, iş materiallarında olan etibarnamədə də cavabdehin Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 21, 51 saylı mənzildə yaşaması qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olmamaqla, onun axırıncı yaşayış yerinin Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 21, 51 saylı mənzil olması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh “Cavabdeh” adlı şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmaması səbəbindən Elektron məhkəmə informasiya sistemində müəyyən edilməməsi gözlənilən haldır. Şəxsin Elektron məhkəmə informasiya sistemində müəyyən edilməməsi isə işin baxılmasına maneə ola bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı və onunla bağlı 2(060)-8453/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-8453/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver