Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-210/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Sədrəddinovnaya və cavabdeh1 Sədrədinoviçə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X12 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi nümayəndə1, cavabdeh cavabdeh2, onun vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 Sədrədinoviçə qarşı bağışlama müqavilələrinin və onlar əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, miras əmlakda vərəsəlik payının müəyyən edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-T ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ##.##.1974-cü il tarixdə doğulmuşdur. X4 Bəkiroviç, anası isə X7. ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ##.##.1976cı il tarixdə
2. doğulmuşdur. X4 Bəkiroviç, anası isə X5.
3. ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh1 ##.##.1980-ci il tarixdə doğulmuşdur. X4 Bəkiroviç, anası isə X5.
4. ##.##.1992-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Xəlilov Ağasəf Ağaxəlil oğlu Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən */** saylı evin ** saylı mənzilini X5 bağışlamışdır.
5. İş materiallarındanda olan **** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, yaşayış sahəsi 43,72 kv.m., köməkçi sahə 17,53 kv.m. ibarət olan */** saylı evin ** saylı mənzili ##.##.1992-ci il tarixli bağışlama müqaviləsinə əsasən X5 adına qeydə alınmışdır.
6. AЗ ****** saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 X7 ilə ##.##.1973-cü ildə nikah girmişdir. Nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir.
7. İ–БД ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ##.##.2015-ci il tarixdə ölmüşdür.
8. AZ-II ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2022ci il tarixdə ölmüşdür.
9. ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, X5 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61.25 kv.m., yaşayış sahəsi 43,72 kv.m., köməkçi sahəsi 17,53 kv.m. olan 3 otaqlı mənzili cavabdeh1 Sədrədinoviçə bağışlamışdır.
10. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə cavabdeh1 Sədrədinoviçin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
11. ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, cavabdeh1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.5 kv.m olan mənzili cavabdeh2 bağışlamışdır.
12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Onun adına ##.##.2022-ci il tarixdə texniki pasport tərtib olunmuşdur.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/*-** saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 3/66 ünvanında yerləşən ** saylı mənzil Sumqayıt Şəhər Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ##.##.1975-ci il tarixli **/*** nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB ** saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş ##.##.1992-ci il tarixli **** nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (* №-li forma), razılıq ərizələri və Sumqayıt şəhər 1-ci dövlət notariat kontorunun təsdiq etdiyi ##.##.1992-ci il tarixli *M-**** nömrəli bağışlanma müqaviləsi əsasında X5 adına qeydiyyata alınaraq **** nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli *Ə-** nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən mənzil cavabdeh1 Sədrədinoviçin adına qeydiyyata alınaraq ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli *Ə-*** nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən mənzil cavabdeh2 adına qeydiyyata alınaraq ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X7 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən */** saylı evin ** saylı mənzilinə onun məcburi payının müəyyən edilməsi, anası ilə qardaşı cavabdeh1 Sədrədinoviç arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, habelə qardaşı cavabdeh1 Sədrədinoviçlə bacısı cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, onun mirasdan məcburi pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ## ##### 1974-cü il tarixdə doğulmuş, X4 Bəkiroviç, anası isə X7. Əvvəlcə atası, ## ###### 2022-ci il tarixdə isə anası ölmüşdür. Doğulduğu gündən 1995-ci ilədək Sumqayıt şəhəri, 4-cü mikrorayon, */** saylı evin ** saylı mənzilində yaşamışdır. Qardaşı təxminin 1998-ci ildə Rusiya Federasiyasına getmiş, oranın vətəndaşlığını almış və yalnız 2022-ci ildə anasının vəziyyəti pis olduğundan Sumqayıt şəhərinə gəlmişdir. Anası ölümündən əvvəl öz mülkiyyətində olan mənzili onun məlumatı olmadan qardaşına bağışlamış, qardaşı bu mənzili öz adına rəsmiləşdirmiş və anasının ölümündən sonra göstərilən ünvanda yerləşən yaşayış sahəsində qardaşı cavabdeh1 Sədrədinoviç yaşamışdır. O, bu yaşayış sahəsinin anası tərəfindən cavabdeh cavabdeh1 Sədrədinoviçə bağışlanıldığını bilmədiyindən və qardaşı bu barədə məlumat vermədiyindən mirasdan məcburi payın müəyyən edilməsi və bu barədə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməmişdir. Hazırda göstərilən mənzildə bacısı cavabdeh2 yaşayır. Yaxın vaxtlarda məlum olmuşdur ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən */** saylı evin ** saylı mənzili 1992-ci ildə anası tərəfindən özəlləşdirilmiş və anası sağlığında ## ###### 2022ci tarixli, *Ə-** saylı bağışlama müqaviləsinə əsasən həmin mənzili qardaşı cavabdeh1 Sədrədinoviçə bağışlamışdır. Bundan sonra həmin mənzil qardaşının adına qeydiyyata alınaraq ona ## ###### 2022-ci il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş ## #### 2022-ci il tarxili *Ə-*** nömrəli bağışlama müqaviləsi əsasında digər cavabdeh cavabdeh2 adına rəsmiləşdirilmiş və çıxarış verilmişdir. Anası mülkiyyətçisi olduğu mənzili qardaşı cavabdeh1 Sədrədinoviçə bağışlasa da, o, qanun üzrə vərəsə olduğu halda ona məlumat verməyərək vərəsəlik hüququndan məhrum etmişdir.
16. Məhkəmə gedişatında iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə istinad edərək məhkəmədən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən */** saylı evin ** saylı mənzilə dair bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi, həmin mənzilin mərhum anası X7 məxsus vərəsəlik əmlakı kimi tanınması, onun qanun üzrə vərəsə kimi həmin əmlakın 1/3 hissəsinə mülkiyyət hüququnun tanınması, təmir və avadanlıq xərcləri kimi 10000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia ərizəsi təmin olunmamış, ödənilmiş dövlət rüsumunun iddiçının özünə aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə iddiaçı İddiaçı anasından qalmış miras əmlakdan məcburi pay almaq hüququnun olduğunu göstərsə də, onun tərəfindən iddia müddətinin ötürüldüyünə istinad etmişdir. Birinci instansiya məhkəməsi işi həll edərkən Mülki Məcəllənin 1200-cü maddəsinin məzmununu məhdudlaşdırıcı təvsir etmiş və nəticədə qanunsuz olaraq məcburi pay hüququnun olmasını müddətdən asılı etmişdir. İddiaçı anasının ölümündən sonra onun mənzilində qardaşının yaşadığını bilsə də, həmin mənzilin anası tərəfindən qardaşına bağışlanıldığını və qardaşı tərəfindən cavabdeh bacısına bağışlanıldığını bilməmişdir. Bu hal ona yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli, *-**-*- **/*-****/*-** saylı sənədini aldıqdan sonra məlum olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddiaçıya miras əmlakdan məcburi payının müəyyən edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən X16 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2, onun vəkili və nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh1 Sədrədinoviçə, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in * saylı Sumqayıt Ərazi İdarəsinə və * saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 29. Mülkiyyət hüququ (...) VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 667. Bağışlamaq və hədiyyə qəbul etmək qabiliyyəti 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. (...)
27. Maddə 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
28. Maddə 1194. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
29. Maddə 1200. Məcburi payın bağışlanmış əşya hesabına artırılması Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
32. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.
40. İş materiallarından görünür ki, tərəflər bacı-qardaşdırlar. Onların anası Mirzəyeva (Rzayeva) Humay Akimovna ##.##.1992-ci il tarixli bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən */** saylı evin ** saylı mənzili əldə etmiş, mənzilə dair qeydiyyat vəsiqəsi almışdır. H.A.Rzayeva mülkiyyətində olan həmin mənzili ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən övladı cavabdeh1 Sədrədinoviçə bağışlamış və mənzilə dair onun adına ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli reyestrdən çıxarış verilmişdir. X5 ##.##.2022-ci il tarixdə ölmüşdür. Sonradan ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh1 Sədrədinoviç Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən */** saylı evin ** saylı mənzili bacısı cavabdeh2 bağışlamış, onun adına mənzilə dair ********** qeydiyyat nömrəli ##.##.2022-ci il tarixli reyestrdən çıxarış tərtib olunmuşdur.
41. İşdən görünür ki, iddiaçının mövcud iddia ilə hüquqi marağı mübahisəli mənzil üzərində vərəsə kimi onun məcburi payının müəyyən edilməsi barədədir.
42. Məlum olduğu kimi, Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021ci il tarixli plenum qərarına əsasən mirasda məcburi pay-vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi).
44. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.
45. Qərarda həmçinin göstərilmişdir ki, məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.
46. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər.
47. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ####### tarixli Qərar).
48. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ - vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur.
49. Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir.
50. Həmçinin, Mülki Məcəllənin 1200-cü maddəsinə görə əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
51. İşdən görünür ki, ##.##.2022-ci il tarixdə vəfat etmiş iddiaçının mərhum anası X5 sağlığında X3 vermiş olduğu etibarnamə əsasında ##.##.2022-ci il tarixdə mülkiyyətində olmuş Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən */** saylı evin ** saylı mənzili cavabdeh cavabdeh1 Sədrədinoviçə bağışlamışdır. Müqaviləni hədiyyə alan cavabdeh1 Sədrədinoviçin adından etibarnamə əsasında nümayəndəsi cavabdeh2 Sədrədddinovna imzalamışdır.
52. Daha sonra isə cavabdeh1 ##.##.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili cavabdeh cavabdeh2 bağışlamışdır.
53. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir.
54. Göründüyü kimi iddiaçı məcburi pay hüququna malik olan şəxsdir, mübahisəli mənzil iddiaçının mərhum anası X5 ##.##.2022-ci il tarixdə vəfat etməsindən 1 ay 8 gün əvvəl bağışlanmış, əgər həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olacaqdı.
55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı mərhum anası X7 övladı (birinci növbəli vərəsəsi) olaraq onun bağışlanan əmlakda məcburi pay hüququ olduğundan, bu pay Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə əsasən vərəsəlik zamanı ona çatası payın yarısını (məcburi pay) təşkil etdiyindən, iddiaçı İddiaçı X7 mülkiyyətində olmuş Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 3/66 ünvanında yerləşən ** saylı mənzildəki dəyər üzərində 1/6 hissədə məcburi payı müəyyən edilməlidir. Bağışlama müqavilələrinin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə iddia tələbləri isə təmin edilməməlidir.
56. Mənzilin təmiri və oraya avadanlıq alınması xərcləri kimi 10000 manat vəsaitin sərf edilməsi barədə isə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən kollegiya hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir.
57. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri).
58. Mülki Prosessual Məcəllənin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
59. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
60. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış halarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 3/66 ünvanında yerləşən ** saylı mənzilin dəyərinin 1/6 hissəsinə iddiaçı İddiaçı payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 3/66 ünvanında yerləşən ** saylı mənzilin dəyərinin 1/6 hissəsinə iddiaçı İddiaçı məcburi payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.