Məhkəmə qərarları › İş №2(3-8)-247/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-247/2026

06.05.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-247/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Musiqi Məktəbinə qarşı cavabdeh tərəfindən 24 iyun 2*25-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Musiqi Məktəbinə qarşı cavabdeh tərəfindən 24 iyun 2*25-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1*.12.2*25-ci il tarixli, 2(*6*)-5392/2*** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Məktəbinin ** saylı, 21 iyun 2*25-ci il tarixli əmrindən görünür ki, Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət məktəbinin fortepiano müəllimi İddiaçı 21 iyun 2*25-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. 2.Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Məktəbi tərəfindən İddiaçı ünvanlanmış *9 iyun 2*25-ci il tarixli, ** nömrəli “İşəgəlməmə ilə bağlı izahatın təqdim olunması haqqında” bildirişdən görünür ki, İddiaçı 2*25-ci ilin iyun ayının 13-ü saat 13:**-dək məsələ ilə əlaqədar məktəbə izahat verməyə dəvət edilmişdir. 3.Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Məktəbi tərəfindən Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Məktəbinin ilk Həmkərlar İttifaqı Təşkilatının sədri Etibar Sadıqova ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. 4.Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Məktəbinin ilk Həmkərlar İttifaqı Təşkilatının sədri Etibar Sadıqov tərəfindən Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Məktəbinin direktoru İradə Nəsirliyə ünvanlanmış 2* iyun 2*25-ci il tarixli məktubun surətindən görünür ki, 14.*6.2*25-ci il tarixli ** nömrəli məktubda qeyd olunan məsələ ilə bağlı məktəbdə çalışan həmkarlar ittifaqı komitəsinin üzvü olanlar arasında iclas keçirilmiş və iclasda əldə olunan qərara əsasən Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etməmişdir. 5.XV22*52****** saylı sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı 22 may 2*25-ci il tarixdən *2 iyun 2*25-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirərək əmək funksiyasının icrasından azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı İddiaçı cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Musiqi Məktəbinə qarşı iddia irəli sürərək iddia tələbinin təmin olunması, cavabdehin 24.*6.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və 2*** manat mənəvi ziyana görə pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 21 iyun 2*25-ci il tarixli ** nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, həmin tarixdən işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.İddia onunla əsaslandırılmışdır ki, *1 aprel 2*25-ci il tarixdə 24 iyun 2*25-ci il tarixə qədər səhhəti ilə əlaqədar olaraq üzrlü səbəbdən işdə olmamış və buna dair xəstəlik tarixçələrini iş yerinə təqdim etmişdir. 2* iyun 2*25-ci il tarixdə isə Həmkarlar təşkilatının iclasına dəvət almışdır (qeyri rəsmi formada). 21 iyun 2*25-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq işdən qaldığı günlər üçün tələb olunan sənədləri poçt teleqram vasitəsilə məktəbə çatdırsa da, məktəb həmkarlar təşkilatının sədri işdən azad olunmağına dair əmri vatsap vasitəsi ilə ona göndərmişdir. Cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Musiqi məktəbinin direktoru İradə Nəsirli tarixli nömrəli əmri ilə Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Musiqi məktəbi fortopiano müəllimi vəzifəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinə əsasən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2*24-2*25-ci tədris ilinin əvvəlində direktor əvəzi Gülnar Babayevanın hazırladığı attestasiyası və sertifikasiyası ilə bağlı məlumat vərəqəsini imzalamamışdır. Eyni zamanda ona rəsmi xəbərdarlıq edilməmiş və SİMA tətbiqində my culture.gov domenində reqstrasiya olunmamışdır. 9.Cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili nümayəndə2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Musiqi Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, mənəvi ziyana görə pul tələbi”nə dair mülki iş vardır. İddiaçı ərizəsində iddia tələbinin təmin olunması, cavabdehin 24.*6.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və 2*** manat mənəvi ziyana görə pulun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, *1 aprel 2*25-ci il tarixdən 24 iyun 2*25-ci il tarixə qədər səhhəti ilə əlaqədar olaraq üzrlü səbəbdən işdə olmamış və buna dair xəstəlik tarixçələrini iş yerinə təqdim etmişdir. 2* iyun 2*25-ci il tarixdə isə Həmkarlar təşkilatının iclasına dəvət almışdır (qeyri rəsmi formada). 21 iyun 2*25-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq işdən qaldığı günlər üçün tələb olunan sənədləri poçt teleqram vasitəsilə məktəbə çatdırsa da məktəb həmkarlar təşkilatının sədri işdən azad olunmağına dair əmri whatsapp vasitəsi ilə ona göndərmişdir. Cavabdeh iddia tələbini qəbul etmir. Çünki iddia ərizəsində əks olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçıya iki ay öncədən imtahanın keçiriləcəyi barədə məlumat verilmiş, həmçinin imtahana hazırlıq üçün zəruri olan suallar və mövzular təqdim edilmişdir. Bu müddət ərzində iddiaçının imtahana normal qaydada hazırlaşması, peşə bacarıqlarını və biliklərini nümayiş etdirməsi üçün kifayət qədər imkan yaradılmışdır. Eləcə də attestasiya komissiyası tərəfindən keçirilmiş imtahan zamanı iddiaçıya verilən suallar xüsusi çətinlik kəsb etməyən, sadə və peşə fəaliyyəti ilə birbaşa bağlı olan mövzulardan ibarət olmuşdur. Buna baxmayaraq iddiaçı həmin sualları cavablandırmaqda acizlik göstərmiş, lazımi bilik və hazırlığını ortaya qoya bilməmişdir. Hansı ki, iddiaçı İddiaçı 17.*3.2*25-ci il tarixində keçirilmiş attestasiya imtahanından Attestasiya Vərəqəsindən də göründüyü kimi verilmiş sualları cavablandıra bilməmiş və verilmiş bəsit sualları cavablandıra bilməmiş və leyhinə 1, əleyhinə 4 səs toplamaqla attestasiya imtahanından kəsilmişdir. Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günləri olmuşdur. Daha sonra iddiaçının müraciəti əsasında *86752* №-li Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə *1.*4.2*25-ci il tarixdən 14.*4.2*25-ci il tarixədək rəsmi qaydada bülletenə çıxmışdır. Həmin vərəqədən də göründüyü kimi iddiaçı 15.*4.2*25-ci il tarixdən artıq işə başlamalı idi. Lakin daha sonra iddiaçı ikinci dəfə yenidən ******* №-li Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə 15.*4.2*25-ci il tarixdən 28.*4.2*25-ci il tarixədək rəsmi qaydada bülletenə çıxmışdır. Həmin vərəqədən də göründüyü kimi iddiaçı 29.*4.2*25-ci il tarixdən artıq işə başlamalı idi. Lakin aprel ayının 29-dan may ayının 22dək iddiaçı işə gəlməmiş və heç bir məlumat verməmişdir. Bundan əlavə iddiaçı rəsmi formada üçüncü dəfə XV22*52****** №-li Sığortaolunanın Xəstəlik Vərəqəsindən də görünür ki, 22.*5.2*25-24.*5.2*25-ci il tarixədək, 25.*5.2*25-27.*5.2*25-ci il tarixədək, 28.*5.2*25- *2.*6.2*25-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmişdir. Qeyd edilən sənədə əsasən İddiaçı *3.*6.2*25-ci il tarixdən işə başlamalı idi. Bir müəllimənin üzrsüz səbəblərdən dərsdə iştirak etməməsi dərs cədvəlinin pozulmasına və tədris proqramının geriləməsinə səbəb olur. Bu da təhsil keyfiyyətini aşağı salır. Bu barədə iddiaçı İddiaçı işə gəlməmə ilə bağlı izahatın təqdim olunması haqqında *9 iyun 2*25-ci il tarixli, * №-li bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, “Siz , Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi olaraq, 2*25-ci ilin aprel ayının 29-dan may ayının 22sinədək xəstəlik vərəqinizin olduğunu əsas gətirərək işə gəlməmiş, qeyd olunan taxirdən sonra həmin vərəqəni məktəbə təqdim etməmisiniz. Bundan əlavə 2*25-ci il iyun ayının 3, 4 və 5- i tarixlərində dərs cədvəlinə uyğun olaraq dərs prosesində iştirak etməmisiniz. Həmin günlər ərzində işə gəlməməyiniz barədə məktəb rəhbərliyinə əvvəlcədən hər hansı rəsmi məlumat təqdim olunmamış, işə gəlməməyiniz barədə əsaslandırılmış səbəb göstərilməmişdir. Əmək məcəlləsinin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd olunanları nəzərə alaraq Sizi 2*25-ci il iyun ayının 13-ü tarixi saat 13:**-dək məsələ ilə əlaqədar məktəbə gələrək izahat verməyə dəvət edirik.” Məktubların çatdırılması ilə bağlı xəbərnamələr etiraz ərizəsinə əlavə edilmişdir. Buna baxmayaraq göndərilmiş bildirişin heç bir nəticəsi olmamışdır. İddiaçı attestasiya imtahanından kəsildiyi üçün saxta yollarla bülletenlər əldə etməyə çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 14851287№-li, 14851564№-li, çıxarışlarda iddiaçının İşlədiyi (təhsil aldığı) müəssisənin adı Qara Qarayev ad * saylı uşaq musiqi məktəbi qeyd edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) ******** №-li Çıxarışlarda iddiaçının İşlədiyi (təhsil aldığı) müəssisənin adı Əhməd Bakıxanov ad * nömrəli incəsənət qeyd edilmişdir. Hansı ki, iddiaçının işlədiyi müəssisənin adı çıxarışlarda qeyd edildiyi kimi deyildir. Eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Abşeron-X6 İdarəsi Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına * №-li Uşaq İncəsənət Məktəbi Sumqayıt Şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına * №-li Uşaq İncəsənət Məktəbinin Həmkarlar İttifaqı Təşkilatının sədri Etibar Sadıqova 14 iyun tarixli * №-li məktubu ilə Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı 2*25-ci ilin aprel ayının 29dan may ayının 22-dək işə gəlməmiş xəstəlik vərəqəsinin olduğunu bildirmiş, amma qeyd olunan taxirdən sonra xəstəlik vərəqəsini məktəbə təqdim etməmişdir. Bundan əlavə o, iyun ayının 3, 4, 5, 9, 1*, 11 və 12-si tarixlərində üzrsüz səbəbdən işdə olmamışdır. İddiaçı qeyd olunan günlər barədə işdə olmaması ilə əlaqdar aktlar tərtib olunmuşdur. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məsələyə münasibət bildirməsini xahiş etmişdir. Sumqayıt Şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1№-li Uşaq İncəsənət Məktəbinin Həmkarlar İttifaqı Təşkilatının sədri Etibar Sadıqov 14 iyun tarixli * №-li məktuba cavab olaraq bildirmişdir ki, məktubda qeyd olunan məsələ ilə bağlı məktəbdə çalışan həmkarlar ittifaqı komitəsinin üzvü olanlar arasında iclas keçirilmiş və iclasda əldə olunan qərara əsasən Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1№-li Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir. Həmçinin iddia ərizəsində texniki səhvə yol verilmişdir. Belə ki, Abşeron-X6 İdarəsi Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbə, Əhməd Bakıxanov adına * №-li Uşaq İncəsənət Məktəbinin 21.*6.2*25-ci il tarixli ** №-li əmrinə əsasən Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı 2*25-ci il iyun ayının 21-dən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Qeyd edilənlərə əsasən hesab edirik ki, iddia tələbi əsassızdır və qəbul edilməməlidir. 10.Tərəflərin mövqeləri: 11.Məhkəmə iclaslarında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, dərs proseslərində olmadığı zaman onu digər müəllimlər əvəz etməmişdir. Dərs keçdiyi uşaqlarla hər zaman maraqlanmış, ixtisas üzrə hər hansı zəifləmə aşkarlamamışdır. Həmkərlar İttifaqının iclasının keçirilməsi barədə ona hər hansı bildiriş verilməmişdir. İclas barədə heç bir məlumatı olmamışdır. 2*25-ci ilin may ayından etibarən xəstəlik vərəqələri sistem üzərindən işəgötürənə göndərilməyə başlanmışdır. O isə məktəbə Forma 27 təqdim etmişdir. Məktəb tərəfindən müəllimin vəziyyəti barədə araşdırılma aparılmamışdır. Halbuki indi də vəziyyəti yaxşı deyildir. Yenidən əməliyyat olunma ehtimalı vardır. 12.Məhkəmə iclaslarında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd olunmuş vaxtlarda iddiaçı xəstə olmuş, bununla bağlı bülleten açılmış, cavabdeh tərəf isə məlumatlı olmuşdur. Hesab edir ki, cavabdeh tərəf iddiaçını qərəzli olaraq işdən azad etmiş və heç bir araşdırma aparmamışdır. Hazırki vəziyyətdə də iddiaçının müalicəsi davam edir. 13.Məhkəmə iclaslarında iştirak edən cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili nümayəndə2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ambulator kart bülleten hesab edilə bilməz. Sadəcə şəxsin həkim qəbulunda olduğunu göstərir. 14.Şahid ifadələri: 15.Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, iddiaçı övladının fortepiano müəllimi olmuşdur. Dərslərini hər zaman vaxtlı-vaxtında keçmişdir. Bir valideyn olaraq müəllimdən heç bir narazılığı olmamışdır. Bəzən müəllimənin səhhətində yaranmış narahatlığı ilə əlaqədar dərs proseslərində olmamışdır ki, həmin zaman onu digər müəllimlər əvəz etmişdir. 16.Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirdi ki, iddiaçı qızının fortepiano müəllimi olmuşdur. Müəllimin xəstəliyi barədə məlumatlı olmuşdur. Həmin zaman müəlliməni digər müəllimlər əvəz etmişdir. Bir valideyn olaraq müəllimdən heç bir narazılığı olmamışdır. İddiaçının müəyyən müddət dərs proseslərində olmaması övladının ixtisas üzrə zəifləməsinə gətirib çıxarmamışdır. Qeyd etdiyi kimi onun dərs prosesləri boş olmamış, digər müəllimlər əvəz etmişdir. 17.Sumqayıt Şəhər Məhkəməsinin 1*.12.2*25-ci il tarixli, 2(*6*)-5392/2*** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Musiqi Məktəbinə qarşı cavabdeh tərəfindən 24 iyun 2*25-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. (hakim Vəfa Şirəliyeva) 18.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*, 71.2, 71.3, 72, 8*.1, 186.1 və 186.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 19.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər məhkəməsinin İş № *(*6*)-5392/2*** nömrəli, 1*.12.2*25-ci il tarixli qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. 20.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq və təfsir etməmişdir. İddiaçı *# ######## 1998-ci ildən Əhməd Bakıxanov adına uşaq incəsənət musiqi məktəbinə işə qəbul edilmiş, 21 iyun 2*25-ci il tarixdə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Əmrdə işçinin işdən azad edilməsinin səbəbi kimi onun 29.*4.2*25, 3*.*4.2*25, *1.*5.2*25, *5.*5.2*25, *6.*5.2*25, *7.*5.2*25, *8.*5.2*25, 12.*5.2*25, 13.*5.2*25, 14.*5.2*25, 15.*5.2*25, 19.*5.2*25, 2*.*5.2*25, 21.*5.2*25, *3.*6.2*25, *4.*6.2*25, *5.*6.2*25, *9.*6.2*25,1*.*6.2*25, 11.*6.2*25, 12.*6.2*25, 17.*6.2*25, 18.*6.2*25, 19.*6.2*25-ci il tarixlərdə dərs saatlarına uyğun olaraq üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi göstərilmişdir. İddiaçı *1.*4.2*25-ci il tarixdən 14.*4.2*25-ci il tarixədək, 15 aprel 2*25-ci il tarixdən 28 aprel 2*25-ci il tarixədək, 22 may 2*25-ci il tarixindən *3 iyun 2*25-ci il tarixədək xəstəliklə əlaqədar olaraq əmək funksiyasının icrasından azad edilmişdir. İddiaçı işə getmədiyi günlərdə də əmək funskiyasının icrasından azad edildiyini zənn etdiyini, texniki səhv olaraq həmin günlərdə əmək funksiyasından icrasından azad edilmədiyini, lakin həmin müddətlərdə də xəstə olduğunu bildirmişdir. 21.Məhkəmə belə nəticəyə gəlmişdir ki, işçi heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işə getməmiş, bu hal, yəni işçinin qeyd edilən günlərdə işə getməməsi halı işin mübahisə edilməyən halı olmaqla, iddiaçı tərəfindən təkzib edilmir və eyni zamanda həmin günlər ərzində xəstə olduğunu, müalicə aldığını, səhhətinin işə gedə bilməyəcək dərəcədə pozulduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin bu mövqeyi ilə razı deyil. Çünki iddiaçı özünün xəstəliyi ilə bağlı zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə həmin sənədləri nəzərə almamışdır. İşçinin qeyd olunan tarixlərdə bütün iş günü işə gəlməməsi kobud pozuntu hesab oluna bilməz. Çünki işçi həmin vaxtlarda üzürlü səbəbdən işə gəlməyib. Bu üzürlü hal isə onun xəstəliyi olub. Xəstəliyinə dair sübutları isə məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə həmin sübutlara tənqidi yanaşmış, mötbər sübut kimi qəbul etməmişdir. Bu isə məhkəmənin iddiaçıya qarşı qərəzi kimi qiymətləndirilməlidir. Məhkəmə qərəzli olaraq sübutlara tənqidi yanaşmışdır. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Əmək Məcəlləsinin 72-ci maddəsində öz əksini tapmışdır. 22.AR Əmək Məcəlləsinin: 23.Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdəolması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; 24.təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; 25.qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; 26.əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; 27.əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; 28.iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 29.Göründüyü kimi işçinin özünü xəstəliyi ilə əlaqədar olaraq işə gəlməməsi kobud pozuntu hesab edilmir. Məhkəmə isə bu halı nəzərə almamışdır. 30.Baxmayaraq ki, iddiaçı xəstə olmasını məhkəmə iclasında sübuta yetirmişdir. olmasını məhkəmə iclasında sübuta yetirmişdir. Cavabdeh kimi məhkəmə də iddiaçıya qarşı qərəzli mövqedə olmasını açıq-aşkar nümayiş etdirmişdir. Halbuki Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinin nə dərəcədə ağır maddə olduğu hər kəsə məlumdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı işlədiyi müddətdə ona bir dəfə də olsun xəbərdarlıq belə olunmayıb və o, bir dəfə də olsun üzürsüz səbəbə görə işdən qalmayıb. Ona görə də iddiaçının işdən çıxarılmağı əsassız və qanunsuzdur. Bundan əlavə qeyd edir ki, iddiaçı işə gəlmədiyi müddətdə onu məktəbdə əvəz ediblər və əvəz edən şəxs buna görə əmək haqqısını da almışdır. Yəni belə olan halda ümumiyyətlə kobud pozuntudan söhbət gedə bilməz. İddiaçı kimi hər kəs xəstələnə və buna görə işə getməyə bilər. Bu üzürlü hal isə həmin şəxsin ƏM 7*-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına səbəb olmamalıdır. Çünki Əmək Məcəlləsinə görə əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı ƏM-nin tələblərini kobud şəkildə pozmamışdır. 31.Beləliklə cavabdeh qərəzli olaraq iddiaçını işdən azad etmiş və bu zaman heç bir araşdırma aparmamışdır. 32.Ümumiyyətlə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi insanların ən çox çəkindiyi, narahat olduğu müddəadır. Çünki həmin maddəyə istinad olunmaqla işçinin işdən çıxarılması, sadə dillə desək, onun ömürlük “bədbəxt olması” deməkdir. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunan şəxslərin sonradan başqa işə düzəlmələrində çox ciddi problemlər yaranır. Bu maddənin təsiri altına düşənlər ömür boyu digər qurumlarda, dövlət və yaxud özəl sektorda işə qəbul olmaqda çətinliklərlə üz-üzə qalırlar. 33.Əslində, bu maddə insanların müəyyən mənada öz əmək funksiyalarına, vəzifə öhdəliklərinə ciddi və məsuliyyətli yanaşmalarını şərtləndirə bilər, amma digər tərəfdən, şəxsin hansısa bir qısa müddət ərzində əmək funksiyalarını pozduğu üçün ömürlük işləmək hüququndan məhrum edilməsi halı ədalətli deyil. “Hətta cinayət məsuliyyətinə cəlb edilmiş ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, müəyyən müddət sonra həmin o məhkumluğun bütün nəticələrindən azad olunurlar, bu maddə ilə işdən çıxanların isə belə desək, bəraəti yoxdur. Əmək qanunvericiliyində bu maddənin olması sanki ömürlük insanın üzərinə damğa vurur ki, bu adam vəzifələrinə hörmətsiz yanaşıb, əmək funksiyasını yerinə yetirməyib, buna iş vermək olmaz. Bu nə dərəcədə ədalətli ola bilər? Qeyd olunanlara əsasən hesab edir ki, qətnamə ləğv olunmalı, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Sübutlara düzgün qiymət verməmişdir. İddia tələbini təmin etməməkdə istəkli olmuşdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 34.Apellyasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi nümayəndə2 etiraz verərək, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-5392/2*** nömrəli, 1*.12.2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 35.Etirazı onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında olan iddiaçı İddiaçı cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq İncəsənət Musiqi Məktəbinə qarşı “24 iyun 2*25-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair mülki iş vardır. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt şəhər məhkəməsinin İş № *(*6*)-5392/2*** saylı 1*.12.2*25-ci il tarixli qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq və təfsir etməmişdir. İddiaçı *# ######## 1998-ci ildən Əhməd Bakıxanov adına uşaq incəsənətmusiqi məktəbinə işə qəbul edilmiş, 21 iyun 2*25-ci il tarixdə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Əmrdə işçinin işdən azad edilməsinin səbəbi kimi onun 29.*4.2*25, 3*.*4.2*25, *1.*5.2*25, *5.*5.2*25, *6.*5.2*25, *7.*5.2*25, *8.*5.2*25, 12.*5.2*25, 13.*5.2*25,14.*5.2*25,15.*5.2*25,19.*5.2*25, 2 * . * 5 . 2 * 2 5 , 21.*5.2*25, *3.*6.2*25, *4.*6.2*25,*5.*6.2*25,*9.*6.2*25,1*.*6.2*25,11.*6.2*25,12.*6.2*25,17.*6.2*25,18.*6.2*25, 19.*6.2*25-ci il tarixlərdə dərs saatlarına uyğun olaraq üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi göstərilmişdir. İddiaçı *1.*4.2*25-ci il tarixdən 14.*4.2*25-ci il tarixədək, 15 aprel 2*25-ci il tarixdən 28 aprel 2*25-ci il tarixədək, 22 may 2*25-ci il tarixindən *3 iyun 2*25-ci il tarixədək xəstəliklə əlaqədar olaraq əmək funksiyasının icrasından azad edilmişdir. İddiaçı işə getmədiyi günlərdə də əmək funskiyasının icrasından azad edildiyini zənn etdiyini, texniki səhv olaraq həmin günlərdə əmək funksiyasından icrasından azad edilmədiyini, lakin həmin müddətlərdə də xəstə olduğunu bildirmişdir. Məhkəmə belə nəPcəyə gəlmişdir ki, işçi heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işə getməmiş, bu hal, yəni işçinin qeyd edilən günlərdə işə getməməsi halı işin mübahisə edilməyən halı olmaqla, iddiaçı tərəfindən təkzib edilmir və eyni zamanda həmin günlər ərzində xəstə olduğunu, müalicə aldığını, səhhətnin işə gedə bilməyəcək dərəcədə pozulduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin bu mövqeyi ilə razı deyildir. Çünki iddiaçı öznünü xəstəliyi ilə bağlı zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə həmin sənədləri nəzərə almamışdır. İşçinin qeyd olunan tarixlərdə bütün iş günü işə gəlməməsi kobud pozuntu hesab oluna bilməz. Çünki işçi həmin vaxtlarda üzürlü səbəbdən işə gəlməyib. Bu üzürlü hal isə onun xəstəliyi olub. Xəstəliyinə dair sübutları isə məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə həmin sübutlara tənqidi yanaşmış, mötbər sübut kimi qəbul etməmişdir. Bu isə məhkəmənin iddiaçıya qarşı qərəzi kimi qiymətləndirilməlidir. Məhkəmə qərəzli olaraq sübutlara tənqidi ya naşmışdır. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Əmək Məcəlləsinin 72-ci maddəsində öz əksini tapmışdır. Bildirir ki, cavabdeh apellyasiya şikayətini qəbul etmir. Çünki, şikayətdə qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı 2 ay öncədən imtahanın keçiriləcəyi haqda məlumatlandırılmış və imtahana hazırlaşması üçün suallar verilmişdir. Bu müddət ərzində iddiaçının imtahana normal qaydada hazırlaşması, peşə bacarıqlarını və biliklərini nümayiş etdirməsi üçün kifayət qədər imkan yaradılmışdır. Eləcə də attestasiya komissiyası tərəfindən keçirilmiş imtahan zamanı iddiaçıya verilən suallar xüsusi çətinlik kəsb etməyən, sadə və peşə fəaliyyəti ilə birbaşa bağlı olan mövzulardan ibarət olmuşdur. Buna baxmayaraq iddiaçı həmin sualları cavablandırmaqda acizlik göstərmiş, lazımi bilik və hazırlığını ortaya qoya bilməmişdir. Hansı ki, iddiaçı İddiaçı 17.*3.2*25-ci il tarixində keçirilmiş attestasiya imtahanından Attestasiya Vərəqəsindən də göründüyü kimi verilmiş sualları cavablandıra bilməmiş və verilmiş bəsit sualları cavablandıra bilməmiş və leyhinə 1, əleyhinə 4 səs toplamaqla attestasiya imtahanından kəsilmişdir. 36.Eləcə də işçi heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işə getməmiş, bu hal, yəni işçinin qeyd edilən günlərdə işə getməməsi halı işin mübahisə edilməyən halı olmaqla, iddiaçı tərəfindən təkzib edilmir və eyni zamanda həmin günlər ərzində xəstə olduğunu, müalicə aldığını, səhhətinin işə gedə bilməyəcək dərəcədə pozulduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İnternational Medical Centre tərəfindən verilmiş arayışda X2 19 iyun 2*25-ci il tarixdə “İnternational Medical Centre-1” klinikasında həkim ginekoloq müayinəsində olduğu qeyd edilmişdir. Bildirir ki, iddiaçının ginekoloji müayinədən keçməsi onun xəstə olması anlamına gəlmir. Yəni bu müayinə təkcə şəxsin konkret xəstəliyi ilə bağlı deyil, şəxsin sağlamlıq vəziyyətinin yoxlanılması ilə bağlı da keçirilə bilər. Bu baxımdan həmin müayinə iddiaçının işdə iştirak etməməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Həmçinin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan iddiaçının 29 aprel 2*25ci il, 15 may 2*25-ci il, 19 may 2*25-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar həkimə müraciət etdiyi müəyyən edilir. Qeyd olunmalıdır ki, işçinin işə üzrlü səbəblərdən getməməsini təsdiq edən əsas sənəd “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqə” sayılır. Ambulator kitabçadan çıxarış şəxsin sadəcə həkim müayinəsində olduğunu və ya diaqnozu təsdiqləyir, həmin dövrdə əmək qabiliyyətinin itirildiyini təsdiq edən sənəd qismində çıxış etmir. Belə olan halda hesab edir ki, qeyd edilən sənədlər işçinin uzun müddət, 24 iş günü ərzində işə getməməsinin üzrlü səbəbi kimi nəzərə alınmamalıdır. Əlavə olaraq vurğulanmalıdır ki, həmin çıxarışlarda göstərilmiş iddiaçının xəstəlik müddətləri belə onun işə getmədiyi müddətlərə bərabər və ya ondan artıq deyildir. Beləliklə işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələbləri baxımından işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 7*, bənd “ç”. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 71.2. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 37.Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 8*-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPMnin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya icraatı iştirakçılarının izahatları 38.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 39.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 40.Maddə 35. (İ, II və VII hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 41.Maddə 3. Bənd 5. Əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42.Maddə 12. Bənd 1. Əmək müqaviləsinin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifələridir. 43.Maddə 68. Bənd 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 44.Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... 45.Bənd ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda 46.Maddə 72 “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 47.Maddə 8*.1 bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir 48.Maddə 8*.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 49.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 52.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 53.Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 54.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 55.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 56.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 57.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 1*.12.2*25-ci il tarixli, 2(*6*)-5392/2*** nömrəli qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 58.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 59.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. 60.Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 61.Odur ki, iddiaçı apellyasiya şikayətində işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verildiyini göstərsə də, məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir. 62.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 63.Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 64.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.1, 392-393 və 4*5.*.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 1*.12.2*25-ci il tarixli, 2(*6*)-5392/2*** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver