Məhkəmə qərarları › İş №2(3-8)-288/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-288/2026

30.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-288/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi Nümayəndə cavabdeh cavabdeh2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. ##.##.2025-ci il tarixli Qusar RPŞ-dən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nümayəndə Qusar RPŞ-yə ünvanladığı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. 2.## ####### 2025-ci il tarixli CVN/O **-***/** saylı “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, Qusar rayonunda yerləşən, cavabdeh1 adına rəsmiləşdirilmiş 0.04 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə vizual baxış keçirmiş və fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin məbləği müəyyən olunmuşdur. Beləliklə, qiymətləndirici-mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq, Qusar rayonunda yerləşən, cavabdeh1 adına rəsmiləşdirilmiş 0.04 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin məbləği (işçilik və material xərci daxil olmaqla) 6184,96 (altı min yüz səksən dörd manat doxsan altı qəpik) manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 torpaq sahəsinə görə verdiyi 6750 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat, cəmi 8750 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 107.50 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, cavabdeh cavabdeh1 ona məxsus torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 6150 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 81.50 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh cavabdeh2 ona qanunsuz satdığı torpaq sahəsində inşa etdiyi tikilinin inşa olunmasına çəkdiyi xərcin ona qaytarılması öhdəliyi məhz cavabdeh2 aiddir. Çünki, həmin şəxs bilərəkdən ona qanunsuz çıxarış vermiş və o başqa şəxsə məxsus torpaq sahəsində tikili inşa etməklə xərc çəkib ziyana düşmüşdür. Onun çəkdiyi xərcin məbləği məhkəmə tərəfindən təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyinə əsasən 6184 manat müəyyən edilmişdir. Onun həmin torpaq sahəsində çəkdiyi xərc birbaşa cavabdeh2 hərəkətləri ilə bağlıdır və ona görə də, çəkdiyi xərc zərər kimi həmin şəxsdən tutularaq ona verilməlidir. cavabdeh1 qarşı iddianı isə geri götürür. Cavabdeh cavabdeh2 torpaq sahəsinə görə verdiyi 6750 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat, cavabdeh1 məxsus torpaq sahəsində inşa etdirdiyi tikilinin inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 6184 manat, cəmi 14934 manat məbləğində pul vəsaitinin, o cümlədən ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

5. İddiaçı İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Sudur kəndində qeydiyyatda olmaqla ailəsilə birlikdə Qusar şəhərində yaşayır. 2011-ci ildə həyat yoldaşı Nümayəndə ilə birlikdə özünə ev tikmək üçün torpaq sahəsi axtarmağa başlamış, bu məqsədlə həmkəndlisi olan və Qusar şəhərində torpaq alqı-satqısı ilə məşğul olan cavabdeh2 müraciət etmişdir. Həmin şəxs 2011-ci ilin aprel ayında Qusar şəhərində ondan 4800 manat məbləğində pul almış və onlara Qusar şəhər ərazisindən 0.04 ha torpaq sahəsini satacağına söz vermişdir. Bundan sonra cavabdeh2 onlara satacağı torpaq sahəsini yerində onlara göstərmiş, torpaq sahəsinin sənədlərini tezliklə düzəldib onlara təqdim edəcəyini bildirmişdir. Həmin vaxtdan 3 il keçdikdən sonra cavabdeh2 həmin torpaq sahəsinə dair onun adına olan ##.##.2011-ci il tarixli ******* saylı Çıxarışı ona təqdim etmiş, həmin Çıxarış əsasında torpaq sahəsində ev tikə biləcəyini demişdir. Torpaq sahəsinin dəyərini cavabdeh2 ödədiyindən və sonuncu, torpaq sahəsinin Çıxarışını onlara təqdim etdiyindən torpaq sahəsinin artıq onlara məxsus olduğunu zənn edərək 2018- ci ildə onun tərəfindən həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Lakin, bir müddət keçdikdən sonra cavabdeh1 adlı şəxs onlara müraciət edərək torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, eyni zamanda torpaq sahəsinə dair Qusar bələdiyyəsi tərəfindən verilmiş qərarı təqdim etmişdir. Bundan sonra onların tərəfindən bələdiyyəyə müraciət olunaraq həmin məsələnin araşdırılması xahiş olunmuş və məlum olmuşdur ki, torpaq sahəsi əslində Rəssam adlı şəxsə satılmışdır, cavabdeh2 onlara təqdim etdiyi Çıxarış isə qanunsuz və saxta sənəddir. Bundan sonra Rəssam adlı şəxs təkidlə ondan həmin torpaq sahəsinin qaytarılmasını tələb etmiş və bu səbəbdən də o, həmin torpaq sahəsini orada inşa etdirdiyi fərdi yaşayış evi ilə birlikdə Rəssam adlı şəxsə qaytarmaq məcburiyyətində qalmışdır. Halbuki, onun tərəfindən həmin fərdi yaşayış evinin inşa olunması üçün ümumilikdə 6150 manat məbləğində xərc çəkilmişdir. Bununla da, Rəssam adlı şəxs fərdi yaşayış evi ona məxsus olsa da, heç bir xərc çəkmədən onun tərəfindən inşa olunmuş fərdi yaşayış evinə sahiblənmişdir. Həmin torpaq sahəsi onun tərəfindən cavabdeh1 qaytarıldıqdan sonra cavabdeh2 həmin torpaq sahəsinin bələdiyyənin səhvi nəticəsində Rəssam adlı şəxsə satıldığını bildirmiş, həmin torpaq sahəsinin əvəzinə özünün həyat yoldaşı Bünyatova Mehriban İzətulla qızının adına olan, Qusar şəhəri Yeni Massivdə yerləşən 0.08 ha torpaq sahəsini onlara verəcəyini bildirmişdir. Bu məqsədlə də torpaq sahəsinə dair Mehriban Bünyatova tərəfindən onun həyat yoldaşı Nümayəndə adına notarial qaydada təqdiq edilmiş etibarnamə verilmişdir. cavabdeh2 onlara verməli olduğu 0.08 ha torpaq sahəsinə dair Mehriban Bünyatovanın adına Qusar bələdiyyəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli */*-** saylı qərar olmuşdur. cavabdeh2 həmin torpaq sahəsinə dair əvvəlcə arvadı Mehriban Bünyatovanın adına Çıxarış əldə etməli, daha sonra isə Çıxarış əsasında torpaq sahəsini onlara satmalı idi. Bundan sonra cavabdeh2 ilkin sənədlər əsasında həyat yoldaşı Mehriban Bünyatovanın adına Çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə tərəfindən Çıxarışın verilməsindən imtina olunmuş, ona görə də, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra cavabdeh2 2022-ci ilin iyun ayının 30-da ondan çıxarışın düzəlməsi, bununla bağlı, məhkəmələrə gedib-gəlmək və s. məqsədlər üçün 1950 manat məbləğində pul almışdır. Bununla da, cavabdeh2 ondan torpaq sahəsinə görə ümumilikdə 6750 manat məbləğində pul almış, lakin, ona nə torpaq sahəsini verməmiş, nə də pulunu qaytarmamışdır. Dəfələrlə cavabdeh2 müraciət edərək torpaq sahəsini və ya verdiyi pulu qaytarmasını tələb etsə də, həmin şəxs müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bu səbəbdən də, həyat yoldaşı Nümayəndə şikayət ərizəsi ilə Qusar rayon Polis Şöbəsinə müraciət edərək cavabdeh2 barəsində tədbir görülməsini xahiş etmiş, həmin müraciət əsasında həmin polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırma aparılmış, onun yuxarıda qeyd etdiyi hallar öz təsdiqini tapmış, lakin həmin məsələ mülki mübahisə xarakterli olduğundan ##.##.2025ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, həmçinin onlara müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi izah olunmuşdur. Göründüyü kimi, cavabdeh cavabdeh2 torpaq sahəsinin satılması ilə bağlı ondan cəmi 6750 manat məbləğində pul alsa da, həmin pulun müqabilində satmalı olduğu torpaq sahəsini ona satmamış, bu barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də, cavabdeh2 ondan aldığı 6750 manat məbləğində pulun qaytarılması öhdəliyi, onun həmin məbləğdə pulun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bundan başqa, cavabdeh2 yuxarıda qeyd etdiyi hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmuşdur. Belə ki, ona qanunsuz Çıxarış əsasında torpaq sahəsini təqdim etməsi, orada fərdi yaşayış evi inşa etməyi, daha sonra həmin evdən və torpaq sahəsindən məhrum olmağı, eləcə də, 2011-ci ildən bu günədək keçən vaxt ərzində nə pulunu, nə də torpaq sahəsini ona qaytarmaması nəticəsində mənəvi sarsıntılar keçirmişir. Çünki, qeyd etdiyi kimi cavabdeh2 ona qarşı qanunsuz hərəkət etməklə torpaq sahəsinə dair qanunsuz Çıxarış vermiş, torpaq sahəsinin ona məxsus olmasını inandırmış, lakin verdiyi pulun müqabilində haqqı çatan əmlaklardan məhrum olmuşdur. Bu səbəbdən də hesab edir ki, yuxarıda göstərilən torpaq sahəsinin alınması ilə əlaqədar onun tərəfindən ödənilmiş 6750 manat, o cümlədən vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat, cəmi 8750 manat məbləğində pul vəsaiti cavabdeh2 alınıb ona verilməlidir. cavabdeh1 da onun qarşısında pul öhdəliyi mövcuddur. Belə ki, cavabdeh1 onun tərəfindən inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olsa da, orada olan fərdi yaşayış evini o inşa etdirmişdir. Bunu o, torpaq sahəsinin qanuni sahibi kimi etmişdir, çünki həmin vaxt onun adına yuxarıda qeyd etdiyi Çıxarış mövcud idi. Ona görə də, cavabdeh1 həmin evin inşa olunmasına çəkilmiş xərcin əvəzini ona ödəməyə borcludur. Yuxarıda sadalanan qanunvericilik normaları ona cavabdeh1 ona məxsus torpaq sahəsində onun tərəfindən inşa olunmuş fərdi yaşayış evinin inşa edilməsinə çəkilmiş xərcin əvəzinin ödənilməsini tələb etmək hüququ verir, ona görə də, onun tərəfindən həmin evin inşa olunmasına çəkilmiş 6150 manat məbləğində xərc cavabdeh1 alınıb ona verilməlidir. Həmçinin, cavabdeh cavabdeh2 qarşı yönələn 8750 manat məbləğində pul tələbinə görə dövlət rüsumu kimi ödənilmiş 107.50 manat məbləğində pul vəsaiti cavabdeh2, cavabdeh cavabdeh1 qarşı yönəlmiş 6150 manat məbləğində pul tələbinə görə dövlət rüsumu kimi ödənilmiş 81.50 manat məbləğində pul vəsaiti cavabdeh1 tutularaq ona verilməlidir.

6. Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı torpaq sahəsinə görə verdiyi 6750 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat, cavabdeh1 məxsus torpaq sahəsində inşa etdirdiyi tikilinin inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 6184 manat, cəmi 13934 manat, dövlət rüsumu kimi ödənilmiş 189 manatın cavabdeh cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iş üzrə İddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş 300 (üç yüz) manat məhkəmə xərcinin cavabdeh cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Əli Cəlilov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı ilə birlikdə özünə ev tikmək üçün torpaq sahəsi axtarmağa başlamış, bu məqsədlə həmkəndlisi olan və Qusar şəhərində torpaq alqı-satqısı ilə məşğul olan cavabdeh2 müraciət etmişdir. Həmin şəxs 2011-ci ilin aprel ayında Qusar şəhərində ondan 4800 manat məbləğində pul almış və onlara Qusar şəhər ərazisindən 0.04 ha torpaq sahəsini satacağına söz vermişdir. Bundan sonra cavabdeh2 onlara satacağı torpaq sahəsini yerində onlara göstərmiş, torpaq sahəsinin sənədlərini tezliklə düzəldib onlara təqdim edəcəyini bildirmişdir. Bir müddət sonra cavabdeh2 həmin torpaq sahəsinə dair onun adına olan ##.##.2011-ci il tarixli ******* saylı Çıxarışı İddiaçı təqdim etmiş, həmin Çıxarış əsasında torpaq sahəsində ev tikə biləcəyini demişdir. Torpaq sahəsinin dəyərini cavabdeh2 ödədikdən və sonuncu, torpaq sahəsinin Çıxarışını onlara təqdim etdiyindən torpaq sahəsinin artıq onlara məxsus olduğunu zənn edərək 2018-ci ildə onun tərəfindən həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Lakin, bir müddət keçdikdən sonra cavabdeh1 adlı şəxs İddiaçı müraciət edərək torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, eyni zamanda torpaq sahəsinə dair Qusar bələdiyyəsi tərəfindən verilmiş qərarı təqdim etmişdir. Bundan sonra onların tərəfindən bələdiyyəyə müraciət olunaraq həmin məsələnin araşdırılması xahiş olunmuş və məlum olmuşdur ki, torpaq sahəsi əslində Rəssam adlı şəxsə satılmışdır, cavabdeh2 iddiaçı İddiaçı təqdim etdiyi Çıxarış isə qanunsuz və saxta sənəddir. Bundan sonra Rəssam adlı şəxs təkidlə İddiaçı həmin torpaq sahəsinin qaytarılmasını tələb etmiş və bu səbəbdən də iddiaçı həmin torpaq sahəsini orada inşa etdirdiyi fərdi yaşayış evi ilə birlikdə Rəssam adlı şəxsə qaytarmaq məcburiyyətində qalmışdır. Halbuki, iddiaçı tərəfindən həmin fərdi yaşayış evinin inşa olunması üçün ümumilikdə 6150 manat məbləğində xərc çəkilmişdir. Bu hal ## ####### 2025-ci il tarixli CVN/O **-***/** saylı “xxxx” MMC tərəfindən verilmiş rəylə də təsdiq olunur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, cavabdeh cavabdeh2 torpaq sahəsinə görə verdiyi 6750 manat və cavabdeh cavabdeh1 İddiaçı məxsus torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 6184 manat məbləğində pul vəsaitinin cavabdeh2 alınaraq İddiaçı ödənilməsi hissəsində sübuta yetirmişdir. 6750 manatı cavabdeh cavabdeh2 iddiaçı İddiaçı torpaq sahəsinin satılması məqsədilə pul götürdüyünü etiraf etmiş, həmçinin həmin torpaq sahəsi üzərində İddiaçı 1 mərtəbəli ev tikdiyini bildirmişdir. İddiaçı 2011-ci ildə 6150 manat məbləğində pul vəsaitini özünə torpaq sahəsi almaq məqsədilə cavabdeh2 vermiş, iddiaçı tərəfindən həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Lakin, bir müddət keçdikdən sonra cavabdeh1 adlı şəxs onlara müraciət edərək torpaq sahəsinin ona məxsus olduğunu bildirərək həmin torpaq sahəsindən çıxmağını tələb etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, cavabdeh cavabdeh2 bilə-bilə heç bir hüquqi sənədi olmayan torpağı iddiaçı İddiaçı satmışdır. Bu satış rəsmi qaydada, notarial qaydada həyata keçirilməmişdir. Səbəb olaraq isə cavabdeh cavabdeh2 tərəfindən iddiaçı İddiaçı satılan torpağın rəsmi qaydada sənədləri olmaması idi. Əgər cavabdeh cavabdeh2, iddiaçı İddiaçı rəsmi qaydada sənədi olmayan torpağı satmasa idi, iddiaçı həmin torpaq sahəsində tikinti işləri aparmayacaqdı. Məlum məsələdir ki, iddiaçı, torpaq sahəsini cavabdehdən ev tikmək məqsədi ilə alır. Hazırkı işdə isə ilkin olaraq cavabdeh göstərilmiş cavabdeh1 heç bir cavabdehliyi yoxdur. Belə ki, iddia tələbində qeyd edilən torpaq sahəsinin hüququ sahibi cavabdeh1dur. O, həmin torpaq sahəsində onun razılığı olmadan aparılmış tikinti işlərinə görə kompensasiya ödəməyə məcbur deyil. Belə ki, iddia tələbində qeyd edilən torpaq sahəsini iddiaçıya cavabdeh2 satmışdır. Alqı-satqıdan, aparılmış tikinti işlərindən cavabdeh1 məlumatı olmamışdır. Belə olan halda, rəsmi qaydada alqı-satqısı həyata keçirilməmiş, cavabdeh cavabdeh2 üçüncü şəxsə məxsus olan torpaq sahəsini iddiaçıya satmışdır. Belə olan halda, iddiaçı İddiaçı maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh cavabdeh2, iddiaçı İddiaçı rəsmi sənədi olmayan, üçüncü şəxsə məxsus torpaq sahəsi satmasa idi, iddiaçı qanuni şəkildə rəsmi qaydada torpaq sahəsi alıb ev tikəcəkdir. İşin hallarından isə görünür ki, İddiaçı hələ də nə torpaq sahəsi alıb, nə də ki, ev tikib. Göründüyü kimi, iddia tələbində qeyd edilən tarixdən qətnamə çıxarılan tarixə kimi iddiaçı mənəvi stress, sarsıntılar keçirmişdir. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə hesab etmişdir ki, iddia qismən təmin olunmalı və mənəvi zərərin əvəzi 1000 manat müəyyən olunmalıdır.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3ci, 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 448.2-ci, 567-ci, 572.1-ci, 572.2-ci, 573.1-ci, 573.2-ci, 646.1ci, 646.2-ci, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci, 1092.2-ci, 1096.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddiaçı İddiaçı ilk olaraq 4800 manat, sonradan isə 1950 manat pul almış və həmin pul müqabilində sonuncuya 08 sot torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsinin ilkin sənədləri olmuş, lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmamışdır. Həmin səbəbdən də qeyd olunan torpaq sahəsini iddiaçıya alqı-satqı müqaviləsi əsasında sata bilməmiş və etibarnamə üzrə vermişdir. İddiaçı həmin torpaq sahəsində yarımçıq tikili tikəndən sonra məlum olmuşdur ki, torpaq sahəsi başqa şəxsə, yəni cavabdeh1 adlı şəxsə satılmışdır ki, onun da bundan xəbəri olmamışdır. Buna görə də iddiaçı İddiaçı ilə həyat yoldaşının adına olan torpaq sahəsinin verilməsi barədə razılığa gəlmişlər. Sonradan həmin torpaq sahəsinin də digər şəxs tərəfindən zəbt olunduğu məlum olmuş və bununla əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bütün bu xüsusatlar Qusar Rayon PŞ-nin Təhqiqat Bölməsində araşdırılmış, orada da eyni məzmunlu ifadə vermiş və mübahisənin mülki xarakterli olması ilə əlaqədar İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bir daha bildirmişdir ki, nə iddiaçıya satdığı birinci torpaq sahəsinə digər şəxsin adına çıxarışın olmasından, nə də həyat yoldaşının adına olan ikinci torpaq sahəsinin digər şəxs tərəfindən zəbt olunmasından xəbəri olmamışdır. Ona görə də məhkəmədə verdiyi izahatında iddiaçı İddiaçı torpaq sahəsini verəcəyini, lakin məhkəmə mübahisəsinin qurtarmasını gözləməsini bildirmişdir. Lakin məhkəmə bütün bunları nəzərə almamış, iddianı qismən — cəmi 13.934 manat və dövlət rüsumu kimi ödənilmiş 189 manat məbləğində pul hissəsində təmin etmişdir ki, o, bununla razı deyil.

Apellyasiya şikayətinə etiraz

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. 573.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 573.2-ci maddəsinə əsasən alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı torpaq sahəsinin satılması məqsədilə pul vəsaiti almış, lakin həmin torpaq sahəsinə dair iddiaçıya təqdim etdiyi çıxarış saxta olmuş, torpaq sahəsi isə üçüncü şəxs – cavabdeh1 mülkiyyətində olmuşdur.

18. Bunun nəticəsində iddiaçı həmin torpaq sahəsində inşa etdiyi yaşayış evindən məhrum olmuş, həm torpaq sahəsinə görə ödədiyi pul vəsaiti, həm də tikintiyə çəkdiyi xərclərlə bağlı ona ziyan dəymişdir.

19. Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzində əvvəlki 0,04 ha torpaq sahəsindən ölçü etibari ilə daha çox olan Qusar şəhəri Yeni Massivdə yerləşən 0,08 ha torpaq sahəsi təklif etmiş, iddiaçı bununla razılaşmış, lakin cavabdeh həmin torpaq sahəsini sənədləşdirə bilməmiş, cavabdeh həmçinin iddiaçıdan torpağın sənədləşmə işləri ilə bağlı əsassız olaraq 1950 manat almışdır.

20. İş üzrə təqdim edilmiş sübutlarla, o cümlədən “xxxx” MMC-nin rəyi ilə tikintiyə çəkilmiş xərcin məbləği təsdiq edilmiş, məhkəmə kollegiyasının iclasında da cavabdeh izahatında ekspert rəyi ilə razı olduğunu bildirmişdir.

21. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüququna malikdir. Buna görə satıcı bu öhdəliyin pozulmasına görə alıcıya dəymiş zərərin əvəzini ödəməlidir.

22. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə onun məsuliyyətini aradan qaldırmır. Belə ki, cavabdeh torpaq sahəsinin hüquqi vəziyyətini yoxlamadan və lazımi sənədləri təqdim etmədən iddiaçıdan pul vəsaiti qəbul etmişdir. Bu isə onun təqsirli davranışını təsdiq edir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh öz növbəsində iddiaçının vəsaiti hesabına tikilmiş yarımçıq tikiliyə çəkilmiş xərcin ödənilməsini həmin yarımçıq tikilini başa çatdırmış və ya faktiki olaraq yarımçıq tikilini satması təsdiq olunmuş şəxsdən tələb edə bilər.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver