Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-335/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tabeliyində Sosial Xidmətlər Agentliyi və Abşeron Rayon İcra Hakimiyyəti) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X11 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı İddiaçı, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tabeliyində Sosial Xidmətlər Agentliyi və Abşeron Rayon İcra Hakimiyyəti) mənzilə köçürülmə və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tabeliyində Sosial Xidmətlər Agentliyi PHŞ-nin Hüseynli Gültəkin Yasir qızına ünvanladığı ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş Hüseynov Orxan Əlövsət oğlu Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin ## ###### tarixli **** nömrəli Sərəncamının icrası çərçivəsində ailə tərkibi (özü, G.Y.Hüseynli və qızı) nəzərə alınmaqla ##.##.2022-ci il tarixdə Abşeron rayonu, X4 3 otaqlı mənzillə təmin olunmuşdur.
2. AZ-IV ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2022-ci il tarixdə doğulmuşdur. Atası cavabdeh1, anası İddiaçıdır.
3. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 ##.##.2026-cı ildə doğulmuşdur.
4. Abşeron Rayon İHB-nın ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamından çıxarışdan görünür ki, Abşeron rayon, Qobu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Hüseynov Orxan Əlövsət oğlunun II qrup Vətən müharibəsi əlili kimi Abşeron Rayon İcra Hakimiyyətində 3 nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: özü, həyat yoldaşı, qızı) güzəştli mənzil uçotuna götürülməsi, Hüseynov Orxan Əlövsət oğlunun mənzil uçotunun tarixinin Beyləqan rayon İcra Hakimiyyətinə növbəyə götürüldüyü, yəni ##.##.2021-ci il tarixdən hesab edilməsi qərara alınmışdır.
5. Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ ****** saylı, ##.##.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh1 ilə Hüseynli Gültəkin Yasir qızı arasındakı nikah akt qeydi ##.##.2017-ci il tarixdə xitam edilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında ##.##.2024-cü il tarixdə 18 nömrə ilə qeydiyyat aparılmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh1 ilə Hüseynli Gültəkin Yasir qızı arasında ##.##.2015-ci il tarixdə * saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1003 nömrə ilə qeydə alınmış nikahın pozulması, ##.##.2026-cı il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X5 anaları Hüseynli Gültəkin Yasir qızının himayəsində saxlanılmaları, cavabdeh1 ##.##.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat, həmin uşağın 3 yaşına çatana qədər saxlanılması üçün hər ay 50 manat alimentin tutularaq Hüseynli Gültəkin Yasir qızınına ödənilməsi qət edilmişdir.
7. Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında ##.##.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin ## ###### tarixli **** nömrəli Sərəncamının icrası çərçivəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən Abşeron rayonu, X4 yerləşən 3 otaqlı mənzil cavabdeh1 təhvil verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, X4 3 otaqlı mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınması və mənzilin cavabdehlər tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Yasir İ Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdur. Şəhid qızı olaraq ona köməklik edilməsini və hazırkı iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh cavabdeh1 tərəfindən ona qarşı böyük haqsızlıqlar edilmişdir. Belə ki, o, cavabdeh cavabdeh1 ilə ##.##.2015-ci il tarixdə * saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində **** saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan ##.##.2016-cı il tarixdə birinci övladları X3 dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulduğundan birgə yaşamaları qeyri-mümkün olmuşdur. Əri uşaq dünyaya gələndən sonra onun barəsində maraqlanmamış, maddi köməklik etməmiş və aliment ödəməmişdir. Atasının qızına qarşı belə biganə olması sözün əsl mənasında təəssüfedici hal olmuşdur. Bu səbəbdən 2021-ci il tarixdə tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində nikahın pozulması barədə iddia qaldırılmış, lakin həmin ərəfədə cavabdeh onunla xoş davranmağa başladığı üçün ona yenidən inanmış və bundan sonra olmazın oyunlar başına gəlmişdir. Halbuki, anası ona dəfələrlə demişdir ki, “onunla barışma, çünki o, səni aldadır”, o isə anasının sözlərinə qulaq asmayaraq məhkəmədə cavabdehlə barışdığını və iddia ərizəsini geri götürmək istəyini bildirmişdir. Nəticədə qeyd olunan nikah pozulmamış və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra qeyd olunan nikahdan ##.##.2022-ci il tarixdə ikinci övladları X5 dünyaya gəlmişdir. Uşaq dünyaya gələndən sonra iddiaçı yenə də ona açıq-aşkar xəyanət etməyə başlamış və ailəsindən xəbəri olmamışdır. cavabdeh1 Beyləqan Rayon Məhkəməsinə 2017-ci il tarixdə göstərilən iddia tələbi ilə müraciət etdikdə hətta X3 mövcud olmasını belə məhkəmədən gizlətmişdir. Bu isə onun necə planlı şəkildə hərəkət etdiyini və ədalət mühakiməsini həyata keçirən məhkəməni necə peşəkarcasına aldatdığını isbat edir. Bütün bunlar azmış kimi cavabdeh1 dövlətdən 3 otaqlı mənzili əldə etdikdən sonra (Abşeron rayonu, X4 3 otaqlı mənzillə təmin olunaraq ora sahibləndikdən sonra) onu döyüb uşaqları ilə birlikdə bayıra tullamış və ona xəyanət edərək başqa qadınla açıq-aşkar şəkildə görüşərək onunla bir yerdə vaxt keçirdiyi şəkilləri telefonun statuslarında paylaşmışdır. Daha sonra İddiaçı bütün bu qanunsuzluqları üzə çıxarmış, qiyabi qətnaməni ləğv edilmiş və iş Bakı şəhəri Nərimanov Rayonu Məhkəməsinə göndərilərək nikahlarının pozulmasına nail olmuşdur. Bakı şəhəri Nərimanov Rayonu Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, iddiaçı cavabdeh1 ilə cavabdeh Hüseynli Gültəkin Yasir qızı arasında ##.##.2015-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1003 nömrə ilə qeydə alınmış nikahın pozulması, ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X5 anaları – iş üzrə cavabdeh Hüseynli Gültəkin Yasir qızının himayəsində saxlanılması, iddiaçı cavabdeh1 ##.##.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq cavabdeh Hüseynli Gültəkin Yasir qızının xeyrinə ödənilməsi, iddiaçı cavabdeh1 ##.##.2022-ci il təvəllüdlü X5 3 yaşına çatana qədər saxlanılması üçün hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq cavabdeh Hüseynli Gültəkin Yasir qızının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, alimentin ödənilməsi ##.##.2024-cü il tarixdən hesablanması və alimentin icra olunması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
10. İddiaçının müraciəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X8 X9 ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “2020-2023-cü illər ərzində aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** nömrəli Sərəncamının icrası çərçivəsində ailə tərkibi (özü, siz və qızınız) nəzərə alınmaqla ##.##.2022-ci il tarixində Abşeron rayonu, X4 3 otaqlı mənzillə təmin edilmişdir”. Hazırda qeyd olunan mənzilin açarları cavabdehin anası X2r. Dəfələrlə bildirməsinə baxmayaraq X2 mənzilin açarlarını qəsdən ona vermir ki, uşaqları ilə birlikdə həmin mənzildə yaşaya bilsin. Həmçinin bildirir ki, keçmiş əri olmuş və hazırkı iş üzrə cavabdeh olan cavabdeh1 yaxın tanışını bıçaqladığından onun barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində müvafiq cinayət işi başlanılaraq işə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına verilmişdir. Onun övladları ilə yaşamağa yeri olmadığı üçün övladları ilə hazırda anasıgildə qalır, övladları və onun bütün ailə xərclərini anası qarşılayır.
11. Məhkəmə gedişində iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, X4 3 otaqlı mənzilə köçürülmələri və mənzilin cavabdehlər tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı izahatında bildirmişdir ki, sözügedən mənzil ailənin sayına görə 3 otaqlı verilmişdir. Onlar ##.##.2024-cü il tarixə kimi həmin mənzildə yaşamışdır. Hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Cavabdeh cavabdeh1 ona qarşı zorakılıq ediləcəyindən qorxaraq evi tərk etmişdir. Bundan əvvəl də döyüldüyünə görə polisə şikayət etmişdir. Həmin zaman evi tərk etmə səbəbi onun öldürülə biləcəyi ilə bağlı olmuşdur.
13. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, oğlu müharibəyə könüllü olmuşdur. Hərbiçi deyil. Sözügedən mənzil dövlət tərəfindən oğlunun qazi olması ilə əlaqədar verilmiş, lakin evin nə vaxt verilməsini bilmir. İddiaçının həmin evə köçürülməsinə razılıq vermək üçün onun ixtiyarı yoxdur. Ev birgə nikah dövründə verilmişdir. Oğlu 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ev heç kimin deyil, dövlətə məxsusdur. Hazırda evdə heç kəs yaşamır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən cavabdeh cavabdeh1 ##.##.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı iddiası ilə razılaşmadığını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Abşeron rayonu, X4, ** saylı binanın * saylı mənzilinin ona verildiyini, mənzilin ona məxsus olduğunu bildirib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tabeliyində Sosial Xidmətlər Agentliyi nümayəndəsi nümayəndə4 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən sözügedən mənzil vətəndaş cavabdeh1 Əlğvsət oğluna Vətən Müharibəsi əlili olduğuna görə umumi istifadə üçün müddətsiz olaraq verilmişdir. Mənzildə 3 nəfər ailə üzvü-cavabdeh1, onun arvadı İddiaçı və qızı ##.##.2016-cı il təvəllüdlü X3 qeydiyyatdadırlar. Mənzil verilərkən cavabdehin anası nəzərdə tutulmamışdır. cavabdeh1 ailə üzvlərinin sayı nəzərə alınmaqla 3 otaqlı mənzillə təmin edilmişdir. Mənzilə dair sosial kirayə müqaviləsi yoxdur, təhvil-təslim aktı mövcuddur. Hər adam üçün nəzərdə tutulmuş kvadrat var. Mənzil ##.##.2021-ci ildə verilmişdir. Mənzil nazirliyin balansındadır.
16. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eyvazova İlahə Abbas qızı yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirərək izahatında qeyd etmişdir ki, mənzil Şəfəq stansiyasında yerləşir və 2022-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin balansındadır. Mülkiyyət də Abşeron Rayon İcra Hakimiyyətinə məxsusdur. Mənzil imtiyazlı şəxslərə verilən sosial evdir. Belə ki, vətəndaş mənzil üçün növbədə durur, imtiyazlı şəxsdirsə və adına ev yoxdursa, evlə təmin edilir. Müqavilələr mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 səlahiyyətindədir. İmtiyazlı şəxslərə verilən mənzillər məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müqaviləsinə əsasən həmin şəxsin adına verilir. Mənzillər çıxarışla ƏƏSMN-nə məxsusdur.
17. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Hüseynli Gültəkin Yasir qızının Abşeron Rayon Polis İdarəsində vermiş olduğu ##.##.2024-cü il tarixli izahatından görünür ki, ##.##.2024-cü il tarixdə baş vermiş mübahisə zamanı cavabdeh1 ona müxtəlif bədən xəsarətləri yetirmiş, həmin dava-dalaşdan sonra Orxan Hüseyli ##.##.2024-cü il tarixdə birlikdə yaşadıqları mənzili tərk edib getmiş və həmin vaxtadək evə geri qayıtmamışdır.
18. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tabeliyində olan Sosial Xidmətlər Agentliyinin ##.##.2025-ci il tarixli, *-**/*-*****/**** saylı məktubundan görünür ki, sözügedən mənzil Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansından aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinin balansına verilmişdir.
19. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CMnin 66.3-cü maddəsi tətbiq edilməklə 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
20. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia qismən təmin edilmiş, İddiaçı, ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, X4, ** saylı binanın * saylı mənzilinə köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəllənin 51.3, 68.1, 68.3, 68.4, 98.1, 99.1, 99.5-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh1 ilə Hüseynli Gültəkin Yasir qızı arasında olan rəsmi nikah pozulmuşdur. Abşeron Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qət etdi hissəsində tələbdən kənara çıxaraq iddiaçıya mənzilə köçürülmə hüququda verilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin 2-ci səhifəsinin yuxarıda 1, 2, 3, 4, 5, 6-cı sətirlərində qeyd edilir ki, Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində **** saylı akt qeydi ilə İddiaçı və cavabdeh1 rəsmi nikaha daxil olmuşdurlar. Onların birgə nikahlarından birinci övladları ##.##.2016-cı il təvəllüdlü X3 dünyaya gəlmişdir. Onlar bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da sonradan ailə münasibətləri pozulmuşdur. Birgə yaşamaları qeyri-mümkün olmuşdur. İddiaçı öz iddiasında bildirmişdir ki, əri cavabdeh1 övladı dünyaya gəldikdən sonra onlara baxmamış, maraqlanmamış və heç bir halda maddi köməklik etməmiş və aliment ödəməmişdir. İddiaçı bu qeyd etdiyi cümlələrlə özü açıq-açkar bildirir ki, 2016-cı ildən bu günə kimi onların ər-arvad münasibətləri faktiki olaraq pozulmuş, birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışdırlar. Beyləqan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsinə əsasən Beyləqan Rayon qeydiyyat şöbəsində ##.##.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə olduğu halda yəni, Beyləqan Rayon Məhkəməsinin qətnaməsi tam icra olunduqdan sonra ##.##.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən bir daha eyni tarixli və eyni tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən 8 ay əvvəl çıxan Beyləqan Rayon Məhkəməsinin qətnaməsi artıq icra olunmuşdur. Məlumdur ki, 2017-ci ildən tərəflər birgə təsərrüfat aparmamışdır. Abşeron Rayon Məhkəməsində bu hal barədə məlumat versə də, məhkəmə bu hadisəyə heç bir münasibət bildirməmişdir. İddiaçı ilə cavabdeh1 arasında olan nikah 2017-ci il tarixdə pozulduğu halda, cavabdeh1 2022-ci ildə ev veriləndə iddiaçının adı hansı yolla və hansı əsasla mənzilin sənədində qeyd edilmişdir? Məsələyə aidiyyatı olan üçüncü tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyi iştirak etsə də, məhkəmə sənədlərə münasibət bildirməmişdir. İddiaçı ilə cavabdeh1 arasında 2017-ci ildən rəsmi nikahları pozulmuşdur. Belə olan halda iddiaçı ailə üzvü hesab edilə bilməz. İddiaçı İddiaçı həmin evə dair heç bir haqqı və hüququ yoxdur, çünki onların təsərrüfatı 2017-ci ildən ayrılmışdır və cavabdeh1 ilə heç bir əlaqəsi yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh1 məlumat verilsə də, o, apellyasiya şikayətinə münasibətini bildirməmişdir.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Abşeron Rayon İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
30. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.
31. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
32. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. (...) 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)
34. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
35. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
38. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh1 ilə Qarayeva (Hüseynli) Gültəkin Yasir qızı ##.##.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X5 adlı iki uşaqları vardır. Tərəflər arasındakı nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında pozulmuşdur.
42. Hazırkı işdə iddiaçının köçmək istədiyi ev tərəflərin birgə nikahda olduqları müddətdə 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş Hüseynov Orxan Əlövsət oğluna Azərbaycan Respublikası Prezidentinin ##.##.2021ci il tarixli, **** nömrəli Sərəncamının icrası çərçivəsində ailə tərkibi (özü, arvadı və qızı) nəzərə alınmaqla ##.##.2022-ci il tarixdə verilmiş Abşeron rayonu, X4 yerləşən 3 otaqlı mənzildir.
43. İş materiallarından görünür ki, tərəflər ##.##.2024-cü il tarixədək mübahisələndirilən mənzildə ər-arvad kimi birgə yaşayaraq təsərrüfat aparmış, tərəflər arasında ##.##.2024-cü il tarixdə mübahisə baş vermiş və iddiaçı bununla bağlı polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra, yəni ##.##.2024-cü il tarixdən cavabdeh cavabdeh1 evi tərk edərək getmiş, iddiaçı isə həmin mənzildə uşaqları ilə birlikdə yaşamaqda davam etmiş, ##.##.2024cü il tarixdə uşaqları ilə birgə evdən çıxarılmışdır. Bütün bunlar iddiaçının məhkəmə iclasında və polis şöbəsində vermiş olduğu ##.##.2024-cü il tarixli izahatları ilə də təsdiq olunur.
44. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda sözügedən mənzildə heç kim yaşamır.
45. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.
46. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ilin ## ###### tarixli *** nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilməsi qərara alınmışdır.
47. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin ## ###### tarixli **** nömrəli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması qərara alınmışdır.
48. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən mənzil tərəflərin birgə yaşadıqları müddətdə ailə tərkibi nəzərə alınmaqla cavabdeh1 verilmiş və onlar həmin məzilə köçməklə birgə təsərrüfat aparmışlar. İddiaçı İddiaçı həmin mənzilin yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. Belə olan halda, iddiaçının uşaqları ilə birgə həmin mənzilə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh cavabdeh2 isə həmin mənzillə bağlı hər hansı hüququnun olduğu müəyyən edilmədiyindən, iddiaçının uşaqları ilə birgə həmin mənzilə köçməsinə maneə törətməsi əsassızdır.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
51. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.