Məhkəmə qərarları › İş №2(3-8)-370/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-370/2026

02.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-370/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı tikililərin cavabdehin hesabına sökülməsi və cavabdehin torpaq sahəsindən çıxarılmasına dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X1 qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iş materiallarında olan Torpaqların alqı-satqısına dair ##.##.2002-ci il tarixli aktdan görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0.10 ha torpaq sahəsi ##.##.2002-ci il tarixdə Cavabdeh satılmışdır.

2. Iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli AS **-***/** saylı rəyinin nəticəvi hissəsində göstərilir ki, Quba rayon Amsar kəndində torpaqların alqı - satqısına dair ##.##.2002-ci il tarixli *** nömrəli akta əsasən Cavabdeh istifadəsinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış tikililərinin ümumi bazar dəyəri ##.##.2025-ci il tarixə 22.050 (iyirmi iki min əlli) manat məbləğində müəyyən edilmişdir;

3. Iş materiallarında olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun mütəxəssis rəyindən görünür ki, Cavabdeh Quba rayon Amsar kəndində torpaqların alqı-satqısına dair ##.##.2002-ci il tarixli *** nömrəli akta əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsində 3x4m sxemi üzrə 2003-cü ildə əkilən 78 (yetmiş səkkiz) ədəd Qrceni Smit sortu alma ağacları, 7 (yeddi) ədəd Qolden Delişes sortu alma ağacları, 2 (iki) ədəd Starkrimson sortu alma ağacları və 1 (bir) ədəd cır üzərində olan yerli qoz ağacı hal-hazırda mövcuddur; Cavabdeh məxsus Quba rayon Amsar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində olan cəmi 88 ədəd (87ədəd alma və 1 ədəd qoz ağacının) məhsuldar meyvə ağaclarının istismar müddəti (orta ömrü) bitkilər cır calaqaltısı üzərində olduqlarından və həyətyanı sahədə əkilib becərilmə aqrotexniki işlərinin zəif olması səbəbindən 30 il götürülməlidir, hansı ki, həmin istismar müddətinin 22 ili arxada qalmışdır və bu hesabla xəstəlik və zərərvericilər ilə güclü sirayətlənmiş və ağac çətiri üzərində yüksək səviyyəli şibyə-mamır parazitlərinin məskunlaşmaları ucbatından, təcili müalicə tədbirləri görülməsə yaxın zamanda quruyub sıradan çıxmaları gözlənilir; istismar müddətinin bitməsinə 8 (səkkiz) il qalmış meyvə ağaclarından 10kq / bir ağac x 8 il =80kq / bir ağac alma məhsulu və 20kq / bir ağac x 8 il =160kq / ağac qoz məhsulu əldə edilə bilməsi ehtimalını əsas götürərək 0,10 ha sahədən əldə oluna biləcək gəlirin 80kq/ağac x 78ədəd = 6240kq x 0,70 manat /kq alma = 4368 manat və 160kq / bir ağac x 3,5 manat /kq = 560 manat ola bilməklə, həmçinin də orta bazar qiymətləri ilə 1ədəd alma və ya qoz ağacı əkin materialının dəyəri 3,5 manat götürülməklə 88 ağac x 3,5manat = 308 manat dəyərləndirilə bilər. Beləliklə 0.10 ha sahədə mövcud olan çoxillik bağ əkməsinin (ağacların məhsul vermə, ehtimalları nəzərə alınmaqla) ümumi bazar dəyərinin 5236 manat təşkil edə biləcəyi mümkündür.

Birinci instansiya məhkəməsindəki icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Amsar kəndində yerləşən onun sahibliyində olan 0.10 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış tikililərinin və həmin torpaq sahəsində əkdiyi məhsul götürdüyü ağacların ümumi dəyəri müəyyən edilərək cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Iş üzrə cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, Quba rayonu, Amsar kəndi ərazisində yerləşən ona məxsus 0.10 ha həyətyanı torpaq sahəsində ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən inşa edilmiş tikililərin İddiaçı hesabına sökülməsi və sonuncunun torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ilkin iddia üzrə iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildə Amsar bələdiyyəsinin vasitəsi ilə Quba rayonu, Amsar kəndində 0.10 ha həyətyanı torpaq sahəsi almaq istəmişdir. Lakin, onun mülkiyyətində həyətyanı torpaq sahəsi olduğundan həmin torpaq sahəsini cavabdeh Cavabdeh adına rəsmiləşdirmək qərarına gəlmişdir. Cavabdeh onun qaynıdır. Aralarındakı şifahi razılığa əsasən oğlu yetkinlik yaşına çatdıqdan sonra mübahisə predmetini təşkil edən torpaq sahəsini oğlunun adına rəsmiləşdirəcəkdir. Bunun müqabilində o, 2002-ci ildə torpaq sahəsinin alınması ilə bağlı 140 ABŞ dolları məbləğində bələdiyyənin dövlət nəfinə ödəniş etmişdir. Həmçinin arada halallıq olsun deyə ilkin olaraq qaynı Elmana 200 ABŞ dolları, daha sonra isə 500 ABŞ dolları məbləğində pul vermişdir. 2002-ci il tarixdən həmin torpağa ərizəçi özü sahiblik edir. Torpağın üzərində anbar və bir neçə əlavə tikili inşa etmişdir. Bundan başqa həmin torpaq sahəsində bir çox meyvə ağacları əkmişdir. Hazırda da həmin meyvə ağaclarına baxır və məhsulunu götürür. 2002-ci ildən hazıradək həmin torpağı bütün gəlir vergilərini ərizəçi ödəmişdir. Lakin hazırda cavabdeh həmin torpaq sahəsinin onun olduğunu iddia edir və satacağını qeyd edir. O, 22 il ərzindən həmin torpaq sahəsinə 120.000 manata yaxın vəsait xərcləmişdir. Hazırda Cavabdeh qanunsuz iddiası onu narahat edir. Ərizəçi iddia ərizəsi vəkili tərəfindən hazırlanmaqdadır. Torpağı başqa şəxsə satılması vicdanlı alıcı mübahisəsinə çevrilə bilər. Ona görə də göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 iddia ərizəsi ilə razılaşmır. Belə ki, Quba rayon Amsar bələdiyyəsinin qərarı ilə Quba rayon Amsar kəndi ərazisindən 0.10 ha həyatyanı torpaq sahəsinin ayrılması qərara alınmış və Quba rayon Amsar bələdiyyəsinin torpaqların alqı-satqısına dair akta əsasən Quba rayonu, Amsar kəndi ərazisindən 0.10 ha həyətyanı torpaq sahəsi almışdır. X3 onun bacısının əridir. Şixabbas Israfılov ilə söhbət əsnasında sonuncuya bildirmişdir ki, maddi imkanı yoxdur, bir neçə il sonra həmin torpaq sahəsində yaşayış evi tikəcəkdir. Bir müddət sonra Şixabbas ona bildirmişdir ki, o, Amsar kənd sakinindən həyətyanı torpaq sahəsi almış, lakin sənədləşmə işi çox vaxt aparacaqdır. Hazırda yaşayış evi tikmək istədiyini bildirərək, ondan torpaq sahəsini ona verməyini, alqı-satqı yolu ilə aldığı torpaq sahəsini isə ona verməsini, sonradan isə özünə məxsus torpaq sahəsində ev tikməsini təklif etmişdir. Bacısının həyat yoldaşı olduğundan və həmin vaxt ev tikmək üçün maddi vəsaitim olmadığından razılaşmışdır. Şixabbas Israfılov ona məxsus 0.10 ha həyətyanı torpaq sahəsində yardımçı tikililər tikmiş, meyvə ağacları əkmiş və məhsul götürərək gəlir əldə etmişdir. Şixabbas Amsar kənd sakinindən aldığı torpaq sahəsinin sənədləşmə işini başa çatdırmasa da, ona həmin torpaq sahəsini təhvil verməmiş və o torpaq sahəsini də özü istifadə etmişdir. Bu səbəbdən o, Şixabbasdan torpaq sahəsini ona verməsini, yada ki, torpaq sahəsindən çıxmasını bildirmişdir. Cavabdeh həmin torpaq sahəsində meyvə ağacları əkməsini və yardımçı tikililər tikməsini bəhanə gətirib torpaq sahəsindən çıxmayacağı, əvəzində özünə məxsus torpaq sahəsini də ona verməyəcəyini bildirmişdir. Bundan sonra Şixabbas Israfılov yuxarıda qeyd olunan tələb üzrə məhkəməyə müraciət etmişdir. Şixabbas Israfılovun iddia ərizəsi əsassızdır.

8. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair vergini özü ödəmiş, buna dair qəbzləri vardır. Həmin torpaqda tikililər inşa etmiş və ağaclar əkmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli AS **-***/** saylı rəyində və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun mütəxəssis rəyində göstərilən məbləğlərlə razıdır. Quba rayonu, Amsar kəndində yerləşən 0.10 ha torpaq sahəsindən çıxmağa razıdır. Həmin torpaq sahəsində inşa etdiyi qeyriyaşayış tikililərinin və həmin torpaq sahəsində əkdiyi məhsul götürdüyü ağacların ümumi dəyəri cavabdeh Cavabdeh alınaraq ona verilməsini xahiş etdi.

9. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ona məxsusdur, torpaq vergisi onun vəsaiti hesabına ödənilmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli AS **-***/** saylı rəyində və Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat institutunun mütəxəssis rəyində göstərilən məbləğlərlə razı deyil. Ona görə ki, İddiaçı onun icazəsi olmadan ona məxsus torpaq sahəsinə sahiblik etmiş, tikililər inşa etmiş və ağaclar əkib gəlir əldə etmişdir. Hazırda İddiaçı tərəfindən qanunsuz inşa edilmiş tikililərin və əkdiyi ağacların dəyərinin İddiaçı qaytarılması əsassızdır.

10. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Samir Məmmədov) ilkin iddia təmin edilərək, Quba rayonu, Amsar kəndində yerləşən Cavabdeh mülkiyyətində olan 0.10 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış tikililərinin ümumi dəyəri 22050 (iyirmi iki min əlli) manat məbləğində vəsait və həmin torpaq sahəsində əkilmiş meyvə ağacların ümumi dəyəri 5236 (beş min iki yüz otuz altı) manat məbləğində vəsait Cavabdeh alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı Quba rayonu, Amsar kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, hər iki tələbin eyni vaxtda icra edilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza xərci 100 (bir yüz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, mülki işi üzrə keçirilmiş qiymətləndirilmə ekspertizasının xərci 250 (iki yüz əlli) manatın Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin tərəflər arasında mübahisə doğuran halı ondan ibarətdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı ilkin iddiaçı Cavabdeh məxsus Quba rayonu, Amsar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə qanunsuz sahiblik edərək, həmin torpaq sahəsi üzərində yardımçı tikililər tikmiş, meyvə ağacları əkmiş və məhsul götürərək gəlir əldə etmişdir. Yardımçı tikililərin mövcudluğu qiymətləndirmə mərkəzinin ##.##.2025-ci il tarixli AS **-***/** saylı rəyi ilə təsdiq edilmiş və həmin tikililərin dəyəri 22.050 (iyirmi iki min əlli) manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Meyvəçilik və Çayçılıq ElmiTədqiqat institutunun mütəxəssis rəyi ilə Quba rayonu, Amsar kəndində yerləşən 0.10 ha sahədə mövcud olan çoxillik bağ əkməsinin ümumi bazar dəyərinin 5.236 (beş min iki yüz otuz altı) manat təşkil etdiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsi 2000-ci ildən Cavabdeh istifadəsinə verilsə də, faktiki olaraq bu illər ərzində həmin sahədən İddiaçı istifadə etmiş, orada meyvə ağacları əkib-becərmiş, onlara qulluq etmiş, anbar tipli qeyri-yaşayış tikililəri inşa etmiş və mülkiyyətçi bununla şifahi razılaşaraq, bu günədək torpağın boşaldılması ilə bağlı hər hansı bir iddia qaldırmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsindən istifadə etməsi qanunsuz olsa da, tikililələrin sökülməsi tərəflər arasında mütənasibliyə ziddir. Buna görə də, torpağın sahibi Cavabdeh mülkiyyət hüququ bərpa edilməklə yanaşı İddiaçı tərəfindən inşa edilmiş tikilərin və həmin torpaq sahəsində əkilmiş meyvə ağacların ümumi dəyəri kompensasiya edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə ilə bağlı qeyd edir ki, İddiaçı qanunsuz sahibliyində olan Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh olduğundan İddiaçı həmin həyətyanı torpaq sahəsindən çıxarılması məqsədəuyğundur. Ona görə qarşılıqlı iddia tələbi həmin hissədə mübahisəsiz təmin edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia “tikililərin cavabdeh hesabına sökülməsi” hissəsində isə iddia tələbi təmin edilməməlidir. Ona görə ki, İddiaçı başqasının mülkiyyətində olan torpaq sahəsini qanunsuz istifadə edərək torpaq sahəsinin sahibinin razılığı olmadan qanunsuz tikililər inşa etsə də, bu hal qanunsuz tikililərin mütləq sökülməsi üçün əsas deyildir. Torpaq sahibinin mülkiyyət hüququnun bərpası torpaq sahəsində inşa edilmiş yardımçı tikililər və ağaclar saxlanılmaqla İddiaçı mübahisəli torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində yerləşən yardımçı tikililərin və əkilmiş meyvə ağacların ümumi dəyərinin İddiaçı ödənilməsi ilə mümkündür. Belə olan halda Cavabdeh mülkiyyət hüququ qorunur, gələcəkdə tərəflər arasında əsassız çəkişmənin davam etməsi və tikilərin sökülməsi nəticəsində arta bilən zərərin qarşısı alınmış olur.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 216-220, 227-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməsi hissəsində dəyişdirilərək, iddia tələbinin həmin hissədə tikililərin dəyərinin azaldılması, meyvə ağaclarının dəyəri hissəsində isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin ilkin iddianın təmin edilməsi hissəsində razı deyil. Ona məxsus torpaq sahəsində tikilmiş tikililərin ümumi dəyərinin 22050 (iyirmi iki min əlli) manat məbləğində çox yüksək qiymətləndirmişlər. Həmçinin meyvə ağaclarının ümumi dəyəri ilə 5236 (beş min iki yüz otuzaltı) manat məbləğində pulla razı deyil. Iddia tələbi həmin hissədə rədd edilməlidir. Ona məxsus torpaq sahəsində tikilmiş tikililərin dəyəri ilə bağlı iş materiallarında olan sübutlardan da göründüyü kimi həmin tikililər bir-birinə bitişik olmaqla birmərtəbəli iki tikilidən ibarətdir. Həmin tikililər təmirsizdir. Qapı və pəncərə qoyulmamış, çöl divarları və içi təmir edilməmiş (suvanmamış və digər təmir işləri görülməmiş), su, elektrik və qaz xətti çəkilməmişdir. Həmin tikililər içəridən 3 otağa bölünmüş, yalnız bir otağında yeri və damı betonlanmışdır. Digər 2 otağın yeri torpaq olmaqla, damı isə təmirsizdir. Həmin tikililər iş materiallarından da göründüyü kimi 2014-cü ildə tikilmişdir. Hazırkı işin faktiki hallarında da göründüyü kimi, o, əgər İddiaçı qarşı torpaq sahəsi və tikililərdən çıxarma ilə bağlı iddia verdiyi halda, həmin tikililərin bazar dəyəri deyil, tikililərin tikilməsi üçün çəkilmiş xərclər hesablanaraq İddiaçı verilməlidir. Məhkəmə isə qiymətləndirmə ilə bağlı qərardadında həmin tikililərin tikilməsi üçün çəkilmiş xərclər əvəzinə tikililərin bazar dəyərinin müəyyən edilməsi barədə sualları qərardadında qeyd etmişdir. Halbuki işdə tikililərin satışı deyil, ona çəkilmiş xərclə bağlı məhkəmə mübahisəsi aparılır. Belə olan halda qərardadda tikililərin tikilməsinə çəkilmiş xərclər hesablanmalı idi. Bundan əlavə məhkəmə qiymətləndirmə rəyi almaq üçün qərardadı “xxxx” MMC-nə göndərmişdir. Həmin təşkilata göndərməsinin səbəbləri, kimin vəsatəti əsasında, hansı üstünlüklərinə görə həmin təşkilata göndərməsi ilə bağlı heç bir məlumat yoxdur. Qiymətləndirici təşkilat tikililəri A və C tikili kimi adlandırmışdır. A tikilisini soyuducu kimi qeyd etmişdir. Halbuki həmin tikilidə heç bir soyuducu, onun hissələri yoxdur. Qiymətləndirmə rəyinə əlavə edilmiş fotoşəkillərdə də soyuducunun olması görünmür. Bundan əlavə soyuducu daşınan əmlaka aiddi istənilən vaxt sökülüb aparıla bilər. Qiymətləndirmə rəyi düzgün aparılmamışdır. Rəy əsaslandırılmamış, tikililərin qiymətinin nəyə və hansı meyarlara əsasən cəmi 22050 manat məbləğində müəyyən edilməsi barədə rəydə heç bir əsaslandırma yoxdur. Qapısı, pəncərəsi olmayan, içərisi və çölü təmir edilməmiş, divarları və damı vurulan, yalnız bir hissəsində yeri və damı beton olan tikilinin dəyərinin cəmi 22050 manat məbləğində müəyyən edilməsi gülüncdür. Bu qiymət haradan və necə əldə edilib o da məlum deyildir. Halbuki qiymətləndirmə rəyində qiymətləndirmədə istifadə olunan yanaşma kimi xərc yanaşması qeyd edilmişdir. Xərc yanaşmasında istifadə olunmuş materialların (mişar daşı, beton, qum, dəmir, taxta və s) qiymətləri, usta xərci göstərilməli idi. Hazırkı rəydə bununla bağlı heç bir əsaslandırma aparılmamışdır. Tikilinin tikilməsi üçün çəkilməsi xərclərin dəyərinin müəyyən edilməsi üçün bütün bunlar nəzərə alınmalıdır. Apellyasiya şikayətinə əlavə etdiyi başqa bir qiymətləndirici təşkilatların tikilinin tikilməsi üçün çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi barədə rəyi əlavə etmişdir. Həmin rəydə də tikilinin tikilməsi üçün çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi qaydası və necə hesablanması göstərilmişdir. Hazırkı iş üzrə də heç bir əsaslandırma olmadan, sadəcə qiymətləri müəyyən etməklə 250 manat məbləğində xidmət haqqı alan qiymətləndirici təşkilat ən azından tikilinin tikilməsi üçün çəkilmiş xərclərə bağlı araşdırma aparmalı, tikiliyə nə qədər material işlənməsi, usta xərci ilə bağlı təxmini də olsa qiymət müəyyən etməli idi. Hazırkı tikili 2014-cü ildə tikildiyini nəzərə alaraq internet resuslarında axtarış aparan zaman həmin vaxtı mişar daşının, betonun, taxtanın, qumun, dəmirin və usta xərcinin nə qədər olmasının müəyyən etmək elə də çətin deyildir. Bu səbəbdən də mübahisələndirilən tikilinin tikilməsi üçün çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi üçün yenidən qiymətləndirici təşkilata göndərilməlidir. Bundan əlavə İddiaçı ona məxsus torpaq sahəsində tikili tikməklə vicdanlı sahib də olmamışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən ona məxsus torpaq sahəsi qarşı tərəfin evinin yanında olduğu üçün, o da başqa yerdə torpaq sahəsi olduğundan, həmin torpaq sahəsini sənədləşdirdikdən sonra torpaq sahələrini dəyişəcəkdilər. Lakin İddiaçı ona məxsus torpaq sahəsində tikili tiksə də razılaşmaya əməl etməyərək söz verdiyi torpaq sahəsini verməmişdir. Bu da onun hazırkı tikililərə vicdanlı sahib olduğunu deməyə əsas vermir. İddiaçı guya hazırkı torpaq sahəsini ondan aldığını qeyd edir. Əgər belə bir razılaşma var idisə hanı onun yazılı forması, niyə alqı-satqı müqaviləsi bağlanılmayıb, niyə torpaq sahəsini öz adına keçirməyib. Bu da onun iddiasında səmimi olmadığını, dürüst davranmaması anlamına gəlir. Qarşılıqlı iddia ilə müraciət etməmişdən, onu torpaq sahəsindən çıxarmamışdan qabaq belə bir iddia ilə məhkəməyə müraciət etməsi onun torpaq sahəsindən çıxmamaq üçün yaratmaq istədiyi maneədir. Meyvə ağaclarının ümumi dəyəri ilə 5236 (beş min iki yüz otuz altı) manat məbləğində pulla ona məxsus torpaq sahəsində 88 ədəd ağacın (87 alma və 1 ədəd qoz) olduğu qeyd edilmişdir. Mütəxəssis rəyində həmin ağacların xəstəlik və zərərvericilərlə güclü sirayətləndiyi, ağac çətiri üzərində yüksək səviyyəli şibyə-mamır parazitlərinin məskunlaşması ucbatından təcili müalicə tədbirləri görülməsi yaxın zamanda quruyub sıradan çıxacağı qeyd edilmişdir. Ağacların məhsul vermə ehtimallarını nəzərə alaraq 5236 manat məbləğində bazar dəyəri hesablanmışdır. Hesablanma 8 il üçün müəyyən edilmişdir. Birincisi mütəxəssis öz rəyində belə deyir ki, meyvə ağacları xəstədir, müalicə olunmasa quruyacaq belə olan halda bir ildən sonra həmin ağacların qurumamasını kim qarantiya verir? Ikincisi 8 il niyə hesablanır, hazırkı iddia hələ yekunlaşmayıb, nə vaxt yekunlaşacağı bilinmədiyi halda, niyə bu ildən hesablanmaqla 8 il müddət müəyyən edilməsi aydın deyildir? Üçüncüsu bundan sonra 8 il ərzində qeyd edilən ağacların hər birinin 10 kq alma gətirəcəyi, onu da kiloqramını 0,70 manatdan satılacağı necə müəyyən olundu? Bəlkə ağaclar gül açan vaxtı onları don vurur? Bəlkə meyvələr qurdlu olur? Bəlkə ümumiyyətlə satıla bilmir? Bundan başqa mütəxəssis rəyində deməyib ki meyvə ağaclarının bazar dəyəri 5236 manatdır, yazıb ki, 5236 manat təşkil edə biləcəyi mümkündür. Ehtimallar üzərində necə qətnamə qəbul edilə bilər? Torpaq sahəsini geri almamış, nə vaxt torpaq sahəsi onda olacağı müəyyən edilməmiş, xəstə, quruyub sıradan çıxmalı olan ağacların ehtimal üzərində gətirdiyi meyvələrin (hələ meyvə gətirəcəyi də sual altındadır) dəyərini hesablanaraq ondan tələb edilməsi ədalətli deyildir. Bəs 22 il ərzində həmin ağaclardan əldə edilmiş gəliri ona kim ödəyəcək? Göstərilənlərə əsasən məhkəmə qətnaməsinin qanunsuz hesab edir. Bundan əlavə iş üzrə məhkəmə tərəfindən təyin edilmiş “xxxx” MMC-nin verdiyi rəyə xidmət haqqı olan 250 manat məbləğində pulun ondan tutulmasına razı deyil. Ona görə ki, tikililərin dəyərinin verilməsini o, yox ilkin iddia üzrə iddiaçı tələb etmiş, verilmiş rəy isə heç bir standarta uyğun olmamaqla, əsaslandırılmamış, tikilinin çəkilmə xərcini düzgün göstərməmişdir. Belə olan halda qiymətləndirmə rəyinin pulunun ondan tələb edilməsi əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddiaçı İddiaçı izahatında qarşı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini və Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 157. Mülkiyyətin müdafiəsi

157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətlərinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilməlidir.

28. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsinin Cavabdeh məxsus olması və İddiaçı həmin sahədən çıxarılmalı olması barədə gəldiyi nəticə mübahisələndirilməmişdir.

29. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın təmin edilməsi zamanı torpaq sahəsində mövcud olan qeyri-yaşayış tikililərinin və meyvə ağaclarının dəyərinin müəyyən edilməsi məsələsinə ayrıca hüquqi və faktiki qiymət verilməlidir.

30. Işə apellyasiya icraatında baxılan zaman mübahisəli tikililərin dəyərinin yenidən müəyyən edilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Mərkəzi Ekspertiza Bürosuna həvalə edilmişdir.

31. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB***-**** nömrəli rəyinə əsasən mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış tikililərinin ümumi xərc dəyəri 20330 manat müəyyən edilmişdir.

32. Hazırkı iş üzrə Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB***-**** nömrəli rəyi apellyasiya instansiyası məhkəməsinin icraatında əldə edilmiş yeni sübut olmaqla mübahisəli tikililərin faktiki vəziyyəti və onların tikintisinə dəyərinin müəyyən edilməsi baxımından daha aktual qiymətləndirməni əks etdirir. Bu rəyin nəticələrinin iş üzrə digər sübutlarla ziddiyyət təşkil etməsi müəyyən edilməmişdir. Əvvəlki rəydə 22.050 manat tikililərin ümumi bazar dəyəri kimi göstərilmiş, hazırkı rəydə isə tikililərin material xərci və usta haqqının ümumi dəyərinin 20330 manat olduğu müəyyən edilmişdir.

33. Buna görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tikililərin dəyəri kimi müəyyən etdiyi 22.050 manat məbləğ hissədə qətnamə dəyişdirilməli və həmin tikililərin xərc (material və usta haqqı) dəyəri 20330 manat məbləğində müəyyən edilməlidir.

34. Kollegiya həmçinin hesab edir ki, bu məbləğ apellyasiya şikayəti verən tərəfin tələb etdiyi kimi 2014-cü il tarixinə deyil, real vəziyyətə və vaxta olan qiymətlər əsasında müəyyən edilməlidir.

35. Apellyasiya şikayətində meyvə ağaclarının dəyərinin 5236 manat müəyyən edilməsinin əsassız olduğu, mütəxəssis rəyində göstərilən hesablamaların ehtimallara əsaslandığı və ağacların gələcək məhsuldarlığının əvvəlcədən dəqiq müəyyən edilə bilmədiyi bildirilmişdir.

36. Məhkəmə kollegiyası bu dəlilləri araşdırarkən nəzərə alır ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat Institutunun mütəxəssis rəyində mübahisəli sahədə 87 ədəd alma və 1 ədəd qoz ağacının mövcudluğu müəyyən edilmiş, həmin ağacların vəziyyəti, istismar müddəti və gələcək məhsuldarlığı barədə müvafiq hesablamalar aparılmışdır. Rəydə ağacların xəstəlik və zərərvericilərlə sirayətləndiyi, müvafiq müalicə tədbirləri görülmədiyi halda sıradan çıxa biləcəyi də qeyd edilmişdir.

37. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi həmin rəyə əsaslanmışdır. Apellyasiya şikayətində bu məbləğin konkret olaraq hansı başqa məbləğlə əvəz edilməli olduğunu təsdiq edən, mövcud ağacların sayını, növünü və faktiki vəziyyətini təkzib edən mötəbər sübut növü təqdim edilməmişdir.

38. Bu səbəbdən məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni dəyişmək və ləğv etmək üçün əsas görmür.

39. Eyni zamanda, apellyasiya şikayətində göstərilən “22 il ərzində əldə edilmiş gəlirin” ayrıca kompensasiya edilməli olması barədə dəlil də hazırkı apellyasiya icraatının predmetindən kənardır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflərin həmin dövr üzrə gəlirlərinin qarşılıqlı hesablanması və ya ayrıca əldən çıxmış faydanın tutulması barədə nəticə qəbul edilməmişdir. Ötən müddət ərzində isə ağacların əkilməsinə və onlardan istifadəyə cavabdehin etiraz etməsi hazırkı işin halları ilə müəyyən edilməmişdir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin Cavabdeh üzərinə qoyulması barədə nəticəsi hüquqi cəhətdən əsaslı olmuş, həmin hissədə qətnamənin dəyişdirilməsinə zərurət yoxdur.

41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

44. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli nömrəli qətnaməsi - Quba rayonu, Amsar kəndində yerləşən Cavabdeh mülkiyyətində olan 0.10 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış tikililərinin ümumi dəyəri 22050 (iyirmi iki min əlli) manat məbləğində vəsaitin Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, həmin tikililərinin ümumi dəyəri olan 20330 (iyirmi min üç yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi - Quba rayonu, Amsar kəndində yerləşən Cavabdeh mülkiyyətində olan 0.10 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış tikililərinin ümumi dəyəri 22050 (iyirmi iki min əlli) manat məbləğində vəsaitin Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Quba rayonu, Amsar kəndində yerləşən Cavabdeh mülkiyyətində olan 0.10 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış tikililərinin ümumi dəyəri olan 20330 (iyirmi min üç yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver