Məhkəmə qərarları › İş №2(3-8)-385/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-385/2026

12.06.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-385/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar söz: dəymiş zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Bahadırov İmran Soltanmahmud oğlunun, nümayəndə və vəkili Vəkil, cavabdeh, həmçinin digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərə ona məxsus Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsindən istifadəsinə törətdikləri maneələrə son qoyulması, cavabdehlərə ona məxsus Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsinə girişçıxışları qadağan edilməsi, cavabdehlərdən ümumilikdə müştərək qaydada 44504 manat ona dəyən zərərin əvəzi, 224 manat dövlət rüsumu, 325 manat hüquqi yardıma görə ödənilən pul alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsindən istifadəsinə uzun illər maneəçilik yaratmış, həmin torpaq sahəsində yerləşən fındıq ağaclarının verdiyi bəhəri yığaraq əsassız varlanmışdır. Dəfələrlə tərəfindən ona xəbərdarlıq olunmasına baxmayaraq onlar bu qanunsuz əməllərindən əl çəkimrlər. Bununla bağlı Xaçmaz rayon polis şöbəsinə müraciətlər olunub. Lakin cavabdehlər Xaçmaz rayon polis şöbəsində izahatlar verərək həmin fındıq ağaclarının onlara məxsus olmasını ona görə də həmin bəhəri onların yığdığını bildirmişlər. Bu barədə onlar məhkəməyə müraciət etdikləri üçün Xaçmaz rayon polis şöbəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə müxtəlif vaxtalarda bir neçə dəfə qərarlar qəbul edilmişdir. Fındıqlarının oğurlanması barədə dəfələrlə şikayətlər etsə də iş mülki xarakterli olduğundan şikayətlərinə baxılmamışdır. Sonradan cavabdehin həmin fındıq sahəsinə dair qaldırdığı iddia Xaçmaz Rayon Məhkəməsi tərəfindən rədd edilmiş, həmin qərardan narazı qalan cavabdehlər Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya məhkəməsinin qərarına əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə prosesi zamanı təyin edilmiş ekspertiza zamanı cavabdehlərin fındıqlarını yığdığı torpaq sahəsinin bir daha mülkiyyət hüququ ilə onlara məxsus olması öz təsdiqini tapmışdır. Cavabdehlərin bu hərəkətləri nəticəsində ona məxsus 0.57 ha torpaq sahəsində yerləşən 253 ədəd fındıq ağacından 2021-ci il tarixdən heç bir gəlir əldə edə bilmir. Hazırda da xeyrinə çıxarılmış məhkəmə qərarlarının olmasına baxmayaraq cavabdehlər hazırda fındıq sahəsindən istifadəsinə manelər yaradır. Cavabdehin bu hərəkətləri nəticəsində ona ümumilikdə 42504 manat ziyan dəymişdir. Həmçinin cavabdehlər bu hərəkətləri ilə onlara böyük mənəvi ziyan vurmuşlar. Hesab edir ki, mənəvi zərərin dəyəri 2000 manat olmalıdır. Beləliklə, cavabdehlər ona ümumilikdə 44504 manat ziyan vurmuşlar.

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının hazırda mülkiyyətində olan 0.57 ha torpaq sahəsi Camal Daşdəmirova məxsus olmuşdur. Hələ 2006-ci ildə iddiaçının əri İmran Bahadırov saxta məhkəmə qətnaməsi əsasinda dövlət aktı alaraq, həmin torpaq sahəsini tanışı Məhəd adlı şəxsin adina rəsmiləşdirmişdir. Həmin sənədin ləğv edilməsi ilə bağlı Camal Daşdəmirov işi mübahisələndirsə də məhkəmə tərəfindən Məhəd vicdanlı alıcı hesab edildiyindən iddia tələbi təmin olunmamışdır. Bundan sonra İmran Bahadırov 2018-ci ildə Məhədin adi ilə iddia qaldiraraq, indiki kimi əsassiz varlanmaq istəmiş və 39230 manat maddi və mənəvi ziyanin cavabdeh2 tutulmasini tələb etmişdir. Həmin tələb üzrə iş Ali Məhkəməyə qədər getmiş və Ali Məhkəmənin qərari ilə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsi ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qərarını onunla əsaslandırmışdır ki, tələbin əsaslandığı faktiki hallar ehtimallara deyil, qanunsuz hərəkətlər nəticəsində həqiqətən də əldə edəcəyi faydadan məhrum olunması ilə bağlı konkret hallara əsaslanmalı, iddiaçının onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə məhkəməyə konkret sübutlar təqdim etməlidir. Kassasiya instansiyasi zərərin tutulmasi hissəsində maddi hüququ normalarinin tələbi baximindan qanuna uyğun hesab etməmişdir. Tələbin faktiki əsası kimi yalnız mütəxəssis rəyini təqdim etməklə, torpağın cavabdehin qanunsuz sahibliyində olmadığı halda meyvə əkib becərməklə həmin məbləğdə gəlir əldə edə biləcəyi ilə bağlı ehtimallara istinad etmişdir. Bu və qərarda qeyd edilən digər səbəblərə görə Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Hazırkı iddia tələbi də həmin vaxtkı tələblə eynidir. Qeyd edir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi atasına məxsus 1.76 ha torpaq sahəsi ilə həmsərhəddir və atasına məxsus bir cərgə fındıq illərdir İmran Bahadırov tərəfindən yığdırılır. İmran tərəfindən atasına məxsus bir cərgə fındıq qanunsuz zəbt edildiyindən atası da məhkəməyə müraciət edərək, torpağın boşaldılması və dəymiş ziyanın tutulmasını tələb etmişdir. Bununla bağlı Dövlət Reyestr Xidmətinin mühəndisləri bağ sahəsinə gəlmiş və 2023-cü ildə elektron xəritələr tərtib olunan zaman xəritədə torpaq sahəsində sürüşmə olduğundan elə bir rəy vermiş və bu səbəbdən də iddia tələbi təmin edilməmişdir. Atası belə bir iddianı cavabdeh tərəf məhsulu yığdığı üçün qaldırmışdır. Yəni torpaq öz istifadəsində olsaydı və findığı özü yiğmiş olsaydı məhkəmədə iddia qaldırmağa zərurət olmazdı. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qərarlarından da görünür ki, cavabdeh tərəf məhsulu, yəni fındığı yığdıqlarını özləri etiraf etmişlər və atası bu səbəbdən belə bir iddia qaldırmışdır. Qanuni qüvvəsini almiş məhkəmə qərarlarından da görünür ki, cavabdeh tərəf istər rayon məhkəməsində işə baxilan zaman, istərsə də apellyasiya məhkəməsində işə baxilan zaman izahat verərkən bildirmişdir ki, zəbtdən söhbət gedə bilməz, torpaq onlara məxsusdur. Heç bir məhkəmə iclasında torpağın atasının istifadəsində olduğunu, məhsulun atası tərəfindən yığıldığı bildirməmişdir. Həmçinin iddiaçının qeyd etdiyi illərdə torpaq atası tərəfindən zəbt olunmuş olsaydı və fındıq atası tərəfindən yığılmış olsaydı həmin vaxt cavabdeh məhkəmədə iddia və ya qarşılıqlı iddia sürərdi və göründüyü kimi belə bir iddia həmin vaxt verilməmişdir. Həmçinin bununla bağlı tədbirlər görərdi, əsassiz verdiyi polisə şikayətlər öz təsdiqini tapardı. Hal-hazirda isə belə bir iddia ona görə verilmişdir ki, İmran Bahadırov onlarla qərəzlidir, uzun illər onlara verməli olduğu torpağı vermək istəməsə də 2024-cü ildə icrasız qalan məhkəmə qərarı icra olunmuş və ona qarşı 350000 manat əldən cixmiş fayda ilə bağlı apellyasiya məhkəməsinin icraatında araşdırmada onların iddia tələbi, 34000 manat hissədə təmin olunmuşdur. İmran Bahadırov qərəzli olaraq hər yola əl atmış, qızını şərləmək üçün “kişi” olaraq özünə qadın tərəfindən döyüldüyünü belə şər atmaqdan utanmamiş, cəkinməmiş, qərəzli olaraq 2024-cü ildə icra məmuru tərəfindən təhvil verilmiş gilas bağını da insanlığa siğmayan formada 98 yaşıl ağacı üstündə meyvə ilə məhv etməkdən belə cəkinməmişdir. Onunla bağlı da Xaçmaz Polis şöbəsində araşdırma aparılmış və araşdırmanın davamını gələcəkdə davam etdirəcək və əmlakı qəsdən məhv edərək, onlara külli miqdarda ziyan vurduğu cinayət əməlinə görə cəzalandırılmasına nail olacaq. İmran Bahadırov bütün bunların qabaqlayıcı tədbirləri üçün belə bir iddia ilə arvadının adı ilə məqsədli şəkildə məhkəməyə müraciət etmişdir. Həmçinin dəfələrlə Daşdəmirov Balasoltan tərəfindən X2 fındığın İmran tərəfindən yığılmasının qarşısının alınması üçün etdiyi şikayətlər üzrə qanuni qüvvəsini almiş qərarlarda İmran Bahadırov verdiyi izahatlarda qeyd etmişdir ki, özünə məxsus fındıq ağaclarından meyvəni yığmışdır. 08,## ###### 2024-cü il tarixli qərarlarda və əvvəlki illərdə qəbul edilmiş qərarlardada 3 cərgə fındığı yığdıqlarını özü izahatında etiraf etmişdir. Bundan əlavə iddiaçının onlar barədə şər böhtan şikayətləri yəni 50 kq, 34 kq fındığı guya onlar tərəfindən oğurlanması barədə etdiyi şikayətlər də öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz iddia tələbi ilə bağlı məhkəməyə konkret sübutlar təqdim etməlidir. Torpaq sahəsi iddiaçının özü tərəfindən hasara alınmış və onun istifadəsində olmuşdur. Bundan başqa video cəkilişlər vardir ki, iddiaçının fəhlələri tərəfindən fındığın yığılması bir daha təsdiq edir. Yəni torpaq sahəsi atasının istifadəsində olmuş olsaydı idiaçı torpaq sahəsinin boşaldılmasi ilə bağlı indi yox, iddia ərizəsində qeyd etdiyi 5 il bundan əvvəl müraciət etmiş olardı.

4. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi təmin olunmuş, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.57 ha torpaq sahəsindən istifadəsinə cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulması, Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.57 ha torpaq sahəsinə cavabdehlər cavabdeh2 və cavabdeh1 giriş-çıxışlarının qadağan edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 44504 manat zərərin əvəzi, 224 manat dövlət rüsumu, 325 manat hüquqi yardıma görə ödənilən pulun alınaraq İddiaçı verilməsi qət edlmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mütəxəssis rəyi ilə iddiaçı tərəfindən naturada iddia edilən, işə əlavə edilmiş videodiskdə mübahisə edilən və cavabdehlər tərəfindən fındıq yığılan torpaq sahəsi həmin 0.57 ha torpaq sahəsinin sərhədləri daxilindədir. Əlavə edilmiş videodiskdə cavabdehlər tərəfindən sökülən dəmir hasar yerləşən ərazi həmin 0.57 ha torpaq sahəsinin sərhəddidir və hal-hazırda dəmir hasar (dəmir şifer) yerindədir. Cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı məxsus torpaq sahəsinə daxil olaraq, orada bitən fındıq ağaclarından məhsulları yığıb, iddiaçıya maddi zərər vurmuşlar. Cavabdehlərin iddiaçının torpaq sahəsinə daxil olaraq fındıq yığmaları (digər şəxslərə yığdırmaqları) iş materiallarında olan videogörüntülərdən, izahatlardan habelə mütəxəssis rəyi il təsdiq olunur. Belə ki, cavabdeh cavabdeh1 məhkəmə iclasında videogörüntüdə olan torpaq sahəsinə daxil olmasını faktını etiraf etmiş və bildirmişdir ki, həmin torpaq sahəsi onun atasına məxsusdur. Halbuki, mütəxəssis rəyindən, həmçinin mütəxəssinin izahatından da müəyyən edilmişdir ki, videogörüntüdə olan torpaq sahəsi iddiaçıya məxsusdur. Vurulmuş maddi zərərlə isə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun mütəxəssisi tərəfindən keçirilmiş baxış zamanı müəyyən olunan nəticəyə görə fındıq ağacı əkildikdən sonra 4-5 il inkişaf mərhələsində olur. Təbii ki, 4-5ci illərdə hər ağacdan 500 qr fındıq məhsulu əldə edilə bilər. Lakin yerdə qalan 9 il ərzində 6-cı il 2 kq., 7-ci il 3 kq, 8-ci il 4 kq, 9-cu il 5 kq, 10-cu il 6 kq, 11-ci il 7 kq, 12-ci il 7 kq, 13cü il 8 kq, 14-cü il 8 kq təmiz fındıq məhsulu yığıldığı halda, 9 il ərzində 1 ağacdan 50 kq məhsul əldə edilə bilər. Beləliklə, 50/9=5,5kq ortalama təmiz məhsul götürmək mümkündür. Nəticə olaraq 14 illik ata-baba sortu olan 253 ədəd fındıq ağacı 1 ilə 2024 kq məhsul verə bilər. İş materiallarında olan vəkil sorğusuna əsasən alınmış ##.##.2025ci il tarixli məktubdan görünür ki, 1(bir) kiloqram yerli sort fındığın qiyməti 2021-cİ ildə 4(dörd) manat, 2022-ci üdə 5(beş)) manat, 2023-ci ildə 6(altı) manat, 2024-cü ildə 6 (altı) manat olmuşdur. Məhkəmə təqdim edilən sübutları əsaslı və mötəbər hesab etmiş və ziyanın məbləğini hesablayarkən, onlara əsaslanmışdır. (14 illik ata-baba sortu olan 253 ədəd fındıq ağacı 1 ilə 2024 kq məhsul verə bilirsə, həmin çəki hər ilə uyğun fındığın orta bazar qiymətinə vurulur)

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Müli Məcəllənin 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.3, 157.2, 157.5, Torpaq Məcəlləsini 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh və cavabdeh1 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda mülkiyyətində olan 0.57 ha torpaq sahəsi Camal Daşdəmirova məxsus olmuşdur. Hələ 2006-ci ildə iddiaçının əri İmran Bahadırov saxta məhkəmə qətnaməsi əsasinda dövlət aktı alaraq, həmin torpaq sahəsini tanışı Məhəd adlı şəxsin adina rəsmiləşdirmişdir. Həmin sənədin ləğv edilməsi ilə bağlı Camal Daşdəmirov işi mübahisələndirsə də məhkəmə tərəfindən Məhəd vicdanlı alıcı hesab edildiyindən iddia tələbi təmin olunmamışdır. Bundan sonra İmran Bahadırov 2018-ci ildə Məhədin adi ilə iddia qaldıraraq, indiki kimi əsassiz varlanmaq istəmiş və 39230 manat maddi və mənəvi ziyanin cavabdeh2 tutulmasini tələb etmişdir. Həmin tələb üzrə iş Ali Məhkəməyə qədər getmiş və Ali Məhkəmənin qərari ilə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsi ##.##.2019-cu il tarixli, *(***)****/**** saylı qərarını onunla əsaslandırmışdır ki, tələbin əsaslandığı faktiki hallar ehtimallara deyil, qanunsuz hərəkətlər nəticəsində həqiqətən də əldə edəcəyi faydadan məhrum olunması ilə bağlı konkret hallara əsaslanmalı, iddiaçının onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə məhkəməyə konkret sübutlar təqdim etməlidir. Kassasiya instansiyasi zərərin tutulmasi hissəsində maddi hüququ normalarinin tələbi baximindan qanuna uyğun hesab etməmişdir. Tələbin faktiki əsası kimi yalnız mütəxəssis rəyini təqdim etməklə, torpağın cavabdehin qanunsuz sahibliyində olmadığı halda meyvə əkib becərməklə həmin məbləğdə gəlir əldə edə biləcəyi ilə bağlı ehtimallara istinad etmişdir. Bu və qərarda qeyd edilən digər səbəblərə görə Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Hazırkı iddia tələbi də həmin vaxtkı tələblə eynidir. Qeyd edir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi atasına məxsus 1.76 ha torpaq sahəsi ilə həmsərhəddir və atasına məxsus bir cərgə fındıq illərdir İmran Bahadırov tərəfindən yığdırılır. İmran tərəfindən atasına məxsus bir cərgə fındıq qanunsuz zəbt edildiyindən atası da məhkəməyə müraciət edərək, torpağın boşaldılması və dəymiş ziyanın tutulmasını tələb etmişdir. Bununla bağlı Dövlət Reyestr Xidmətinin mühəndisləri bağ sahəsinə gəlmiş və 2023-cü ildə elektron xəritələr tərtib olunan zaman xəritədə torpaq sahəsində sürüşmə olduğundan elə bir rəy vermiş və bu səbəbdən də iddia tələbi təmin edilməmişdir. Atası belə bir iddianı cavabdeh tərəf məhsulu yığdığı üçün qaldırmışdır. Yəni torpaq öz istifadəsində olsaydı və findığı özü yiğmiş olsaydı məhkəmədə iddia qaldırmağa zərurət olmazdı. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qərarlarından da görünür ki, cavabdeh tərəf məhsulu, yəni fındığı yığdıqlarını özləri etiraf etmişlər və atası bu səbəbdən belə bir iddia qaldırmışdır. Qanuni qüvvəsini almiş məhkəmə qərarlarından da görünür ki, cavabdeh tərəf istər rayon məhkəməsində işə baxilan zaman, istərsə də apellyasiya məhkəməsində işə baxilan zaman izahat verərkən bildirmişdir ki, zəbtdən söhbət gedə bilməz, torpaq onlara məxsusdur. Heç bir məhkəmə iclasında torpağın atasının istifadəsində olduğunu, məhsulun atası tərəfindən yığıldığı bildirməmişdir. Həmçinin iddiaçının qeyd etdiyi illərdə torpaq atası tərəfindən zəbt olunmuş olsaydı və fındıq atası tərəfindən yığılmış olsaydı həmin vaxt cavabdeh məhkəmədə iddia və ya qarşılıqlı iddia sürərdi və göründüyü kimi belə bir iddia həmin vaxt verilməmişdir. Həmçinin bununla bağlı tədbirlər görərdi, əsassiz verdiyi polisə şikayətlər öz təsdiqini tapardı. Hal-hazirda isə belə bir iddia ona görə verilmişdir ki, İmran Bahadırov onlarla qərəzlidir, uzun illər onlara verməli olduğu torpağı vermək istəməsə də 2024-cü ildə icrasız qalan məhkəmə qərarı icra olunmuş və ona qarşı 350000 manat əldən cixmiş fayda ilə bağlı apellyasiya məhkəməsinin icraatında araşdırmada onların iddia tələbi, 34000 manat hissədə təmin olunmuşdur. İmran Bahadırov qərəzli olaraq hər yola əl atmış, qızını şərləmək üçün “kişi” olaraq özünə qadın tərəfindən döyüldüyünü belə şər atmaqdan utanmamiş, cəkinməmiş, qərəzli olaraq 2024-cü ildə icra məmuru tərəfindən təhvil verilmiş gilas bağını da insanlığa siğmayan formada 98 yaşıl ağacı üstündə meyvə ilə məhv etməkdən belə cəkinməmişdir. Onunla bağlı da Xaçmaz Polis şöbəsində araşdırma aparılmış və araşdırmanın davamını gələcəkdə davam etdirəcək və əmlakı qəsdən məhv edərək, onlara külli miqdarda ziyan vurduğu cinayət əməlinə görə cəzalandırılmasına nail olacaq. İmran Bahadırov bütün bunların qabaqlayıcı tədbirləri üçün belə bir iddia ilə arvadının adı ilə məqsədli şəkildə məhkəməyə müraciət etmişdir. Həmçinin dəfələrlə Daşdəmirov Balasoltan tərəfindən X2 fındığın İmran tərəfindən yığılmasının qarşısının alınması üçün etdiyi şikayətlər üzrə qanuni qüvvəsini almiş qərarlarda İmran Bahadırov verdiyi izahatlarda qeyd etmişdir ki, özünə məxsus fındıq ağaclarından meyvəni yığmışdır. 08,## ###### 2024-cü il tarixli qərarlarda və əvvəlki illərdə qəbul edilmiş qərarlardada 3 cərgə fındığı yığdıqlarını özü izahatında etiraf etmişdir. Bundan əlavə iddiaçının onlar barədə şər böhtan şikayətləri yəni 50 kq, 34 kq fındığı guya onlar tərəfindən oğurlanması barədə etdiyi şikayətlər də öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz iddia tələbi ilə bağlı məhkəməyə konkret sübutlar təqdim etməlidir. Torpaq sahəsi iddiaçının özü tərəfindən hasara alınmış və onun istifadəsində olmuşdur. Bundan başqa video cəkilişlər vardir ki, iddiaçının fəhlələri tərəfindən fındığın yığılması bir daha təsdiq edir. Yəni torpaq sahəsi atasının istifadəsində olmuş olsaydı idiaçı torpaq sahəsinin boşaldılmasi ilə bağlı indi yox, iddia ərizəsində qeyd etdiyi 5 il bundan əvvəl müraciət etmiş olardı. İddiaçıya məxsus bağ ilə bitişik onların bağı var (1.53 ha), həmin bağ da əvvəllər onlara məxsus olmuşdur. Yeni çəkilən xəritələr əsasında sonradan onlara deyilmişdir ki, torpaq sürüşmüşdür. Həmin fiındıq bağını da atası Balasoltan əkmişdir. Orada adam başına (Balasoltan, Mariya, Camal) iki cərgə fındıq əkilmişdir. Bu şəxs isə onlara məxsus bir cərgə fındığı da, yəni ona iki cərgə düşdüyü halda, iki cərgə + 1 cərgə də onlara məxsus fındığı uzun illərdir zəbt edib məhsulu yığır. Atası həmin cərgə ilə bağlı məhkəmədə iddia qaldırdı və ekspertiza nəticəsində müəyyən olundu ki, torpaq sürüşməsi nəticəsində 1 cərgə fındıq da onun ərazisinə düşmüşdür və iddia tələbi təmin edilmədi. Həmin iddia tələbi həm 2021-2023-cü illərdə birinci instansiya məhkəməsində həm də apellyasiya məhkəməsində araşdırılan zaman cavabdeh və onun nümayəndələri məhkəmə iclaslarında, izahatlarında hec vaxt bildirməmişlər ki, torpaq onların istifadəsindədir və torpağı onlar zəbt etmişlər və fındığı yığmışlar. Əgər indi iddia tələbinin təmin edilməsi hissəsində həmin vaxt cavabdeh olan tərəf bildirərdi və ya qarşılıqlı iddia verərdi ki, torpağı onlar zəbt etmişlər. Lakin belə bir hal baş verməmişdir. Bu iddianin əsasini o təşkil edir ki, onların İmran Bahadırova qarşı gilasla bağlı dəymiş ziyan tələbi apellyasiya məhkəməsi tərəfindən təmin olunduqdan sonra qərəzli şəkildə məhkəməyə müraciət olunmuşdur. Qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin hakimi Sərxan Səmədzadə bütün iddialari İmran Bahadırovun xeyrinə təmin edir və qeyri-şərtsiz qərarlar çıxarır. Onlar iddia verəndə rədd edir, qarşı tərəfindən iddiaların isə bir mənalı olaraq təmin edir. Qeyd edir ki, Azərbaycan Respublikasi MM-in 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin əvəzinin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir. 1. Zərərin mövcud olması 2. Zərərin qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulması 3. Zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olması. 4. Zərər vuran şəxsin təqsirli olması. Yalnız bu hallar müəyyən olunduqda cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilər (Bununla bağlı Konstitutsiya Məhkəməsinin qərari mövcuddur. ) Məhkəmə isə bu hallarin hec birinə qiymət vermədən, belə halların olmağını gördüyü halda (bəllidir ki, başqa bir torpağın gilas bağının uzun illər vicdansiz sahiblik etdiyi barədə 2017-ci ildən məhkəmənin qərarı icra etmədiyi üçün, məhkəmə cəkişmələrini uduzduğu üçün, onlara qarşı qərəzli olduqu üçün) əsassız qətnamə qəbul etmişdir. Məhkəmə öz qərarında qeyd etdiyi hallar əsaslandırmamiş, öz qərarında iddia ərizəsini olduğu kimi qeyd etmiş, qanunun maddələrini qərarına köçürməklə kifayətlənmiş, mütəxəssis rəyi kimi qəbul etdiyi məktubda qeyd edilənləri qərara köçürmüş, heç mənəvi ziyanın da həmin məbləğə iddiaçı tərəfindən əlavə olunduğuna belə əhəmiyyət verməmiş, iddiaçı nə tələb etmişdirsə onu da təmin edəcəm prinsipindən yanaşaraq iddianı tam qəpiyinə qədər təmin etmişdir. Ümumiyyətlə 44504 manat məbləğin zərərin əvəzi olaraq, müştərək qaydada (niyə müştərək qaydada), mənəvi ziyan 2000 manat (niyə mənəvi ziyan?) əldən cıxmış fayda 42504 manat (görəsən həmin sayda ağac varmi orda?) formal olaraq ehtimallarla qərar qəbul etmişdir.(hər il iki ton fındıq aparmaq olarmı?) Həmçinin onuda qeyd edir ki, bütün bu sənədləri məhkəmə prosesində etiraz ərizəsinə əlavə edərək, məhkəməyə təqdim etmişdir. Sonradan elektron ərizə yazıb həmin sənədlərin elektron kabinetə yerləşdirilməsini xahiş etsə də məhkəmə tərəfindən bu edilməmişdir. Bir daha qeyd edir ki, iddiaçının bağ sahəsində fındıq yığmamışlar. Öz sahələrindən - 1.53 ha torpaqdan atası öz məhsulunu yığmışdır, ildə iki tondan cox fındığı bağdan çıxarmaq və məsuliyyətdən kənar qalmaq mümkünsüzdür, bununla bağlı əsassiz şikayətlər etsə də polis bölməsinə sübuta yetirə bilməmişdi və həmin qərarlardan narazı olsa idi şikayət verə bilərdi. Həmin vaxt bunu da etməmiş, həmin tonlarla fındığın ordan yığılması, ordan aparılması, fındığın nə vaxt və harda satılması, onun 2000 manat civarında mənəvi ziyan tələb etməsi heç bir əsaslı sübutla öz təsdiqini tapmır və iddiaçının həmin vaxt etdiyi şikayətlər kimi şər böhtandır. O, Bakı şəhərində yaşayır, Bakı şəhərində işləyir, atasının bu İmranla bağlı məhkəmə işləri ilə bağlı atasına hüquqi tərəfdən daim kömək edir və hərdən də kəndə atası və anası yaşlı olduqlarından onlara dəyməyə gedir. (Hər il iki ton fındıq məhsulunun yığılmasına isə ildə ən azi 1 ay vaxt lazimdir və çoxlu fəhlə lazımdır. Həmin tonlarla fındığı görəsən kimlər yığmışdır. Halbuki İmran daimi orda qalır, İsmət, Sevinc, Yeganə, Məhbubə, Ramilə isə ailəlikcə orda olurlar və ona qarşı ora gəlməyinə sədd cəkirlər, dava-dalaş salırlar. Məhkəməyə təqdim etdiyi sənədlərə məhkəmə heç bir qiymət verməmişdir. Belə ki, aşağıda qeyd etdiyi sənədlərdən görünür ki, ## ###### 2024cü il tarixli təhqiqatcı Rüstəm Vahidovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında İmran Bahadırov izahatında qeyd etmişdir ki, “həmin fındıq bağı onun mülkiyyətindədir, özünə məxsus fındıq ağaclarında olan meyvəni yığmışdır.” Hakim bunu görməməzlikdən keçmişdir. (bununla bağlı video cəkilişdə var) Şikayət əsassız olduğundan rədd edilmiş, deməli fakt öz təsdiqini tapmamışdır. 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, həmin tarixdə İmran üçün fındıq yığan şəxslər Ramilə və Yeganə bağa gedərək İmran üçün fındıq yığdıqlarını təsdiq etmişlər. Həmçinin həmin qərarda İmran demişdir ki, onlar həmin bağ sahəsinin bir hissəsinə iddia edirlər və 35 kq fındığı oğurlamışdır. Bu da öz təsdiqini qərarda tapmamişdir. Amma 35 kq sonradan 44000 manata və tonlara cevrilmişdir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, cavabdeh1nin İmrana məxsus fındıqların oğurladığı öz təsdiqini tapmamişdir. İmran Bahadırovun Xaçmaz İcra və Probasiya şöbəsinin rəisinə ünvanlamış ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 0.57 ha fındıq bağını onlara təklif etmişdir. Bu fakt olaraq həmin bağın məhz özlərinin istifadəsində olduğunu təsdiq edir. ## ###### 2024-cü il tarixli təhqiqatcı Siyavuş Ağayevin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında İmran izahatında bildirmişdir ki, o fəhlələrinə bağ sahəsinin 3 cərgə fındıq onun olduğunu və tam arxayın fındığı yığa bildiklərini bildirmişdir (Belə olan halda onlar hardan fındıq yığan oldular) Bununla bağlı video cəkiliş də var. Həmçinin həmin bağda fındıq yığan şəxslərdə izahat verərək özləri fındıq yığdıqlarını qərarda etiraf etmişlər. Sübuta yetmədiyindən şikayət rədd edilmişdir. Vəsatət verərək, mütəxxəssilərin dəvət edilməsi barədə xahiş etsə də məhkəmə təmin etməmiş, məhkəmənin kobud pozuntusu ilə alınmış saxta, mütəxəssisin səlahiyyətləri çərçivəsində olmadan verilmiş rəyə məhkəmə öz qərarında əsaslanmışdır. Onların 0.57 ha torpaq sahəsinin qaytarılması ilə bağlı 2019-cu il icra vərəqi ilə bağlı icra məmuru ##.##.2020-ci il tarixdə İmran Bahadırov özü akta imza ataraq həmin fındıq bağını onlara verdiyini bildirmişdir, lakin atası həmin torpağı qəbul etməkdən imtina etmişdir. Bundan sonra ##.##.2020-ci il tarixdə icra məmuru Vidadi Dadaşov tərəfindən bu fındıq sahəsi olan torpaq ölçülərək, atasına təhvil verilmiş və sonradan İmran Bahadırov fındıq yığımı vaxtı gələrək, torpağın arvadına məxsus olduğunu bildirərək, dava-dalaş salmış, atası isə bundan sonra həmin bağ sahəsini almaqdan imtina emişdir. Onların İddiaçı qarşı qaldırdığı torpağın boşaldılması tələbinə dair iddia tələbi üzrə keçirilən məhkəmə iclaslarında cavabdeh tərəfin vəkilləri və İmran Bahadırov iclasların heç birində izahat verərərkən (2021-2024-cü illərin məhkəmə iclaslarında) bildirməmişdir ki, cavabdeh1 və ya cavabdeh2 qaldırdığı iddia özrə “özləri həmin torpaqdan fındıqları yığırlar və ya torpaq onların istifadəsindədir. Əksinə bildirmişdir ki, “torpaq cixarış əsasında onlara məxsusdur və zəbtdən söhbət gedə bilməz” (Məhkəmə iclas protokollarini əlavə edir.) ##.##.2021-ci il tarixli, *-*(***)***/**** saylı Sumqayıt İnzibati Məhkəməsinin qərarında qeyd edilmişdir ki, İddiaçı ərizəsində qeyd edilmışdir ki, həmin torpağı o Məhəddən almışdır, alqı-satqı olunduqdan sonra bu günədək torpaq sahəsindən tam istifadə etmişdir. Adına cıxarış vardır. İmran Bahadırovun Ədliyyə Nazirliyinə ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsində özü qeyd etmişdir ki, 3 cərgə fındıq ağacları olan 0.57 ha torpaq sahəsini atasına verilməsinə etiraz etmir.(Buda onu təsdiqləyir ki, bəli torpaq sahəsi onda olmuşdur). ## #### 2019-cu il tarixli Layihə Təhqiqat Mərkəzi MMC-nin tərtib etdiyi C-*** saylı rəyində aşkar surətdə görünür və qeyd edilmişdir ki, cavabdeh tərəfindən 0.18 ha torpaq sahəsi zəbt olunmuşdur və sxemdə də göstərilmişdir. Sonradan elektron xəritələr cəkildikdə reyest idarəsində torpaqların sxemlərində sürüşmə edilmiş və dəyişiklik olunmuşdur. Həmin sxemdə qeyd edilən sahə isə cavabdeh tərəfindən zəbt edilmişdir. ## ###### 2021-ci il tarixli təhqiqatcı Elvin Möhübbət oğlunun İmranın şikayəti əsasinda cinayət işinin başlanmasının rədd olunmasi barədə qərarında qeyd edilmişdir ki, təhqiqat zamani İmran Bahadırovun müraciətindəki xüsusiatlar öz təsdiqini tapmadığı üçün cınayət işinin başlanması rədd edilmişdir. ##.##.2019-cu il tarixli 2(102)2019-saylı Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, (həmin vaxt iddia eyni tələblə verilmiş və sadə o vaxt formal olaraq Məhədin adından istifadə edilmişdir.) əldən cıxmış fayda qismində zərərin tutulması tələbin təmin edilməsi hissəsi maddi hüquq normalarinin tələbləri baxımından qanunauyğun hesab edilməmişdir. “iddiaçənən cavabdehin qanunsuz hərəkətləri nəticəsində həqiqətən də əldə edəcəyi faydadan məhrum olması ilə bağlı konkret hallara əsaslanmalı, habelə iddiaçı onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə məhkəməyə konkret sübutlar təqdim etməlidir. Ehtimallara əsaslanmaqla (yəni 253 ağacın olmasi ehtimalı, illərlə 4 il ərzində tonlarla fındığın ordan daşınması, ehtimalı, həmin fındığın satılması ehtimalı, tonlarla fındığın daşınması zamanı onların heç bir məsuliyyətə cəlb olunmamağı absurddur) əldən cıxmış fayda qismində zərərin əvəzinin tutulmasi yol verilməzdir.

9. Cavabdeh cavabdeh1 yazılı izahatını təqdim edərək iddia ərizəsinə qarşı etirazda və apellyasiya şikayətində qeyd etdiklərindən əlavə qeyd etmişdir ki, icra vərəqəsinin geri qaytarılması barədə işə baxan və əsassız hesab edən hakimin qərarından ## #### 2023-cü il tarixdə apellyasiya şikayətləri verən tərəf nə apellyasiya şikayətində nə də ki, məhkəmə iclaslarında həmin fındıq bağının onlar tərəfindən zəbt edildiyi və ya yığıldığı, istifadələrində olduğu barədə bildirməmişdir. Hal-hazırda məhkəmə iclasında iddiaçının nümayəndələri və həmçinin vəkili bildirdi ki, həmin bağa hər il onlar tərəfindən qulluq edilmişdir və məhsul çox vermişdir.(özləri etiraf etmişlər bunu). Həmçinin ##.##.2024-cü il tarixli Xaçmaz Rayon Məhkəməsinin *-**/** saylı qərarından da görünür ki, iddiaçılar icraçının hərəkətindən şikayət etmişlər (## ###### 2024-cü il tarixdə məhkəmə qərarını icra edərək, aktla torpağı onlara təhvil verdiyi üçün) və həmin iclasda və verdikləri apellyasiya şikayətində indi dediklərini orda bildirməmişlər ki, fındıq baği onlardadı və məhsulu onlar yığırlar, qərarı icra etmişlər, əksinə onlar təhvil vermədən şikayət etmişlər. (İndi isə nümayəndələr məhkəmə iclasında bildirirlər ki, fındıq bağı güya onlarda olub) Həmçinin onların əldən cıxmış fayda ilə bağlı işə baxılan məhkəmə iclaslarında istər rayon məhkəməsi, istər apellyasiya məhkəməsinin iclaslarında bu barədə heçnə bildirməmişlər. Bu da onu bir daha sübut edir ki, bu sonradan əsassız varlanmaq ücün əvəzləşdirmək məqsədi ilə verilmiş iddiadir. Qeyd edir ki, 2020-ci ildən aralarında yüzlərlə məhkəmə cəkişməsi olub, onlar məhkəmə qərarının icra olunmasını tələb etmişlər, qarşı tərəfdə əsassız şikayətlərlə bunu əsassız uzadıb. Əgər fındıq bağı atasının istifadəsində olmuşdusa niyə bu qədər əsassız şikayətlər verirlər və niyə icra məmurundan məhkəmə qərarının icra olunduğunu işə xitam verilməsini tələb etmirdilər. Niyə 3 dəfə inzibati məsuliyyətə cəlb olunurdular və cərimə ödüyürdülər. İşə baxan icra məmuruna və ya hakimə bu barədə bildirmirdilər ki, axı həmin 0.57 ha torpaq sahəsi onların istifadəsindədirlər. (Bütün bunlar bu iddianin sonradan düşünülərək əvəzləşdirmə ücün atıldığı bəlli edir.). Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-565/2021-saylı qanuni qüvvəsini almiş qərarının 2-ci səhifəsinin 2-ci abzasında 3-cü şəxs kimi işə qoşulan İddiaçı qeyd etmişdir ki, sözügedən torpaq sahəsini 2018-ci ildə Məhəd adlı şəxsdən satın alınmış, alqı-satqı olunduqdan sonra bu günədək torpaq sahəsindən tam şəkildə istifadə etmişdir. İddia tələbi üzrə bu torpaq üzrə işə baxan zaman ##.##.2022-ci il tarixli, *(***)- **/**** saylı məhkəmə qərarının 2-ci səhifəsinin 4-cü abzasında iddiaçının nümayəndələrinin məhkəmə iclasında dedikləri qeyd edilmişdir. İddiaçının nümayəndəsi İmran iddiani qəbul etmiyərək demişdir ki, onlarin mülkiyyət sənədi var. Rəy alinib və təkrar ekspertiza təyin edilməsinə etiraz edir. Rəydə isə torpaq sahəsinin onların ərazisinə düşdüyü qeyd edilmişdir. Həmin vaxt nümayəndə deməmişdir ki, həmin torpaq onlarda deyil, Balasoltan özü istifadə edir və zəbt edib. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı qanuni qüvvəsini almiş qərarının 4-cü səhifəsinin 2-ci abzasında Səfurə Bahdirovanın nümayəndəsinin dedikləri kimi qeyd edilmişdir ki, bu sözügedən torpaq sahəsindən zəbtdən söhbət gedə bilməz və torpaq sahəsinə cıxarışları var. Həmin məhkəmə iclaslarında deməmişdir ki, torpaq sahəsini onlar yox, Balasoltangil 2021-ci ildən zəbt etmişlər. X6 vəkili də demişdir ki, iddiaçı tərəf əvvəlki işlərdə torpaq sahəsinin gilas bağı hissəsinə iddia edirdi,15 gün bundan əvvəl findiq yığımı zamanı isə gələrək fındıq bağına iddia etməyə başlamışdır. Sumqayıt apellyasiya Məhkəməsinin 2(105)- 1426/2022-saylı qərardadinin 2-ci səhifəsinin 2-ci abzasında İddiaçı nümayəndəsinin dedikləri kimi qeyd edilmişdir ki, bu sözügedən torpaq sahəsi onların torpaqla üst-üstə düşmür. Təkrar ekspertizaya ehtiyac yoxdur. Həmin məhkəmə iclaslarında deməmişdir ki, torpaq sahəsini 2021-ci ildən zəbt etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1426/2022-saylı qərardadının 2-ci səhifəsinin 2-ci abzasında İddiaçı nümayəndəsinin dedikləri kimi qeyd edilmişdir ki, bu sözügedən torpaq sahəsi onların torpağı ilə üst-üstə düşmür. Təkrar ekspertizaya ehtiyac yoxdur. Həmin məhkəmə iclaslarənda deməmişdir ki, torpaq sahəsini onlar 2021-ci ildən zəbt etmişlər. Onların iddia tələbi üzrə işə baxan zaman ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı məhkəmə qərarının 3-cü səhifəsinin 1-ci abzasında iddiaçının nümayəndəsinin məhkəmə iclasında dedikləri qeyd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianı qəbul etməyərək demişdir ki, iddiaçılar yəni onlar ondan 57 sot torpaq sahəsi istəyirlər. Onların istədikləri torpaq sahəsi onlarda yoxdur. Həmin vaxt nümayəndə deməmişdir ki, həmin torpaq onlarda deyil cavabdeh2 özü istifadə edir və zəbt edib, məhsulu yığır. Hecçbir məhkəmə iclasında torpağın atasının və ya onun istifadəsində olduğunu, məhsulun onlar tərəfindən yığıldığını bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh, həmçinin digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamədən narazıdır. İddiaçının sübutları olmamasına baxmayaraq iddia təmin olunub. Ekspertiza təyin edilməsi barədə qərardad da prosessual normaların pozulması ilə qəbul edilib, qərardad qəbul edildikdən 5 gün sonra iddiaçının vəkili ekspert qarşısında qoyulacaq suallara qoyulması ilə bağlı ərizə ünvanlamış, məhkəmə həmin suallara istinad edərək işi ekspertizaya göndərmişdir. İddiaçı onlara qarşı qərəzli mövqedə olduğu üçün onlara qarşı əsassız iddia qaldırmışdır. Məhkəmə onların hansı təqsiri, hərəkəti nəticəsində iddiaçıya tonlarla ziyan vurduğunu əsaslandırmamış, iddiaçının ekspert rəyi adlandırdığı bir səhifəlik məktuba istinad olunaraq qərar qəbul edilmişdir. Tərəfindən sübutlar təqdim olunsa da məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə mənəvi ziyanın ödənilməsi tələbinə münasibət bildirməmiş, bununla belə iddianı tam təmin etmişdir. İddiaçının bağ sahəsindən fındıq yığmamışlar. Mübahisəli ərazi onların 1,54 ha sahəni əhatə edən fındıq bağı ilə sərhəddə yerləşir. 0,57 ha torpaq sahəsi əvvəllər onlara məxsus olmuş, sonradan saxta yollarla iddiaçı tərəfindən ələ keçirilmişdir. Həmin ərazidə sürüşmələr olmuş, fındıq cərgəsi digər tərəfə keçmişdir. Fındıq sahəsi onlar tərəfindən zəbt olunaraq fındıq yığımı həyata keçirilirsə, nə üçün məhkəmədə iddia qaldırsınlar. Əgər iddiaçının bildirdiyi kimi hal var idisə, qarşılıqlı iddia qaldırar, bağ sahəsinin zəbt olunduğunu iddia edərdi. Atasıın 89 yaşı var, ahıl şəxsdir. Özü Bakı şəhərində yaşayır, işləyir. Atasının mülki işlərində məhkəmə iclaslarında çıxış edir deyə onu da cavabdeh qoyublar. Müştərək qaydada zəbetmədən, tonlarla fındığın yığılmasından söhbət belə gedə bilməz. O qədər fındığı yığmaq üçün nə qədər insan, texniki avadanlıq lazımdır. Məhkəməyə müvafiq sübutları təqdim etmişlər. Qarşı tərəflə digər məhkəmə mübahisələri də olub. İddiaçı əvvəllər Məhəd adlı şəxsin adından atasına qarşı eyni bağ sahəsi ilə bağlı vurulmuş zərər tələbi ilə məhkəmədə iddia qaldırmış, 37000 manat məbləğində pul vəsaiti tələb etmiş, həmin iş Ali Məhkəməyədək gedib çıxmış, yekun olaraq iddia rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk olaraq torpaq sahəsinin zəbti sübuta yetirilməli, daha sonra zərər tələbi ilə məhkəməyə müraciət olunmalıdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarda iddiaçının nümayəndəsi izahatında göstərir ki, fındıq bağı ona məxsusdur, mülkiyyətindədir fındıqları öz bağından yığmışdır. ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ramilə və Yeganə adlı şəxslər fındıq bağına gedərək İmran üçün fındıq yığmışlar. İmran 35 kq fındıq oğurladıqları bildirmiş, indi isə tonlarla fındıq oğurladığını iddia edir. 2021-ci ildə İmran Bahdurov atasının dirəkləri oğurladığını iddia etmiş, xırda talama ilə bağlı araşdırma aparılmış və öz təsdiqini tapmamışdır. 2021-ci ildə icraçılar fındıq cərgəsini təhvil versə də atası imtina etmiş, icraçılar 2021-ci ildə ikinci dəfə gələndə 3 fındıq cərgəsini aktla atasına təhvil vermişlər, atası qəbul etmişdir. Bundan bir müddət sonra atası fındıq sahəsindən fındıqları yığmağa başlayanda qarşı tərəf həmin sahənin onlara məxsus olduğunu bildirərək mübahisə yaratmışdır. Həmin zaman gilas bağı qarşı tərəfdə idi. Onlar sonradan iddiaçının mübahisəli fındıq sahəsinə mülkiyyət sənədinin olduğunu öyrənmiş və həmin sahədən imtina etmişlər. X5 qəbul etdiyi cinayət işinin başlamasının rədd edilməsi barədə qərar ##.##.2024-cü il tarixlidir, həmin iş üzrə mübahisə 0.57 ha-la bağlı deyil, fındıq cərgələri ilə bağlı olmuşdur. Fındıq yığımı dönəmində qarşı tərəf həmin sahənin ona məxsus olduğunu bildirmiş, bundan sonra məhkəmədə iddia qaldırmışlar. Həmin dönəmdə iddiaçı gilas sahəsindən istifadə edib. Videoda görünən bağ sahəsi atasınındır, atasının 6 cərgə fındıq ağacları var. Qarşı tərəf onlara məxsus fındıq bağından fındıq oğurladığını iddia edərək videogörüntülərdə polis əməkdaşının həmin sahəyə gəlməsini məhz onunla əlaqələndirir, lakin talama ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Polis əməkdaşı barələrində hər hansı tədbir görməmişdir, demək ki, onların hər hansı təqsiri olmamışdır. Atasının dəmir hasarı sökməsini səbəbi özünə bağı suvarmaq üçün arx açmaq niyyəti olmuşdur. Səfurəyə məxsus 0.57 ha torpaq sahəsində fındıq bağı salınıb. Əvvəlki məhkəmə iclasında tədqiq olunan görüntülərin hansı tarixdə çəkilməsi müəyyən deyil. İddiaçı 2021-2024-cü illər aralığında yığılmış fındığa görə iddia qaldırıb, mümkün deyil ki, aralarında həmin müddət ərzində mübahisə olsun və məhkəmədə bu məsələ mübahisələndirilməsin. Mübahisəli torpaq sahəsi onların istifadəsində olmayıb, bununla bağlı iddiaları olub, demək ki, fındıqların yığılmasından söhbət belə gedə bilməz. İddiaçının iddia tələbi formal xarakter daşımaqla onlara qarşı qərəzli mövqeyinin göstəricisidir. 2021-ci ildə mübahisəli torpaq sahəsi icra məmurları tərəfindən onlara təhvil verilmiş, lakin həmin ildə iddiaçı yenidən mübahisə yaratmış, ondan sonra onlar torpaq sahəsini qəbul etməkdən imtina etmiş, məhkəmə qərarının icra olunmasını gözləmişlər. Onlar 2024-cü ildə isə öz torpaq sahələrini götürmüşlər. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili mübahisəli torpaq sahəsinin koordinatlarının mövcud olmadığını bildirsə də 2018-ci ildən mübahisəli torpaq sahəsinin koordinatları olmuş, qarşı tərəf də bundan məlumatlı olmuşdur. Bir fındıq cərgəsi ilə bağlı məhkəmə mübahisəsi olub, lakin sürüşmə olduğundan məhkəmə iddianı təmin etməyib, video yazıdakı bağ isə onların fındıq bağıdır, təqdim etdiyi videogörüntülərdə isə aydın olur ki, qarşı tərəfin fəhlələri ona məxsus fındıq sahəsində fındıq yığımı ilə məşğuldurlar. Onlara məxsus olan bir cərgə fındıq 0.57 ha sahədən sonra yerləşmir, həmin torpaq sahəsindən sonra iddiaçının fındıq ağaclarıdır. Bir fındıq cərgəsilə bağlı mübahisələri olub. İddiaçının fındıq cərgələrinin sayı üçdür, bizim isə ayrıca 8 cərgə fındıq ağacları var. Vaxtilə üç cərgənin bir cərgəsinə iddia etmişlər, lakin iddia təmin olunmayıb. Bir cərgədə təxminən 80 fındıq ağacı yerləşir. Onlar bir cərgədən fındıq yığmamışlar, yığa bilmədiklərinə görə məhkəmədə iddia qaldırmışlar, lakin iddia rədd olunub. 0.57 ha fındıq sahəsinə iddiaları yoxdur, iddiaçının istifadəsinə heç bir maneə törətmirlər. Atasının 1.76 ha bağ sahəsi var, atası həmin bağ sahəsinə gedir. 2020 və 2021-ci illərdə iki dəfə aktlar fındıq sahəsi onlara təhvil verilib. Lakin sonra iddiaçı fındıq sahəsi ilə bağlı mübahisə yaratdığından torpaq sahəsinin qəbulundan imtina etmişlər. Onların fındıq bağı iddiaçının üç cərgə fındıq ağaclarından sonra başlayır. Atası ilə anası ahıl şəxslərdir, bağa nəzarət edə bilmirlər, qarşı tərəf isə öz bağından fındığı yığandan sonra onların bağının fındığını da yığır. Mütəxəssis bağın onların yoxsa qarşı tərəfə məxsus olduğunu bilə bilməz, mütəxəssis rəyində qiymətlər şişirdilmişdir, özü də mütəxəssis rəyi əldə edib məhkəməyə təqdim etmişdir. Hələ 2018-ci ildə iddiaçı tərəfindən eyni torpaq sahəsi ilə bağlı 39230 manat zərər məbləği ilə əlaqədar iddia qaldırılmış, iş Ali Məhkəməyədək gedib çıxmış, yekun olaraq iddia rədd edilmişdir. 2021-2025 illərdə yüzlərlə məhkəmə prosesi olub, iddiaçı heç zaman onların fındıq sahəsini zəbt etdiyini bildirməyib. Onlar iddiaçıya qarşı iddia qaldıranda onlar qarşılıqlı iddia verməli idi, iddia verilməyib, iddiaçı öz torpaq sahəsində olduğunu qəbul edib. 2021-ci ildə mübahisəli torpaqla bağlı məhkəmə prosesləri olub. Həmin proseslərdə heç zaman iddiaçı onların həmin torpaq sahəsini zəbt edərək fındığı yığdıqlarını deməmişdir, susmuşdur. İddiaçı 2021-2025-ci illər ərzində passivlik göstərmişdirsə, bunun özü onların xeyrinə olan sübut növüdür. İddiaçıya qarşı torpağın zəbtedilməsi ilə bağlı iddia qaldıranda onlar qarşı qarşılıqlı iddia qaldırıb, torpaq sahəsini zəbt etdiklərini də deməyiblər. Torpaq sahəsi onlarda olmadığından onlara qarşı iddia qaldırmışdılar, mübahisə həmi 1 cərgə fındıqla bağlı olmuşdur.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi Bahadırov İmran Soltanmahmud oğlu apellyasiya şikayətinə eiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin Bahadurova Səfurəyə qarşı 30 sotun 0.57 hektara daxil olması ilə bağlı iddiası olmuş, həmin iddia rədd edilmişdir. 2021-ci ildə fındıq sahəsi qarşı tərəfə təhvil verilmişdir. 0.57 hektarla bağlı mübahisə həllini tapana qədər həmin sahəsinin fındıq yaxud gilas sahəsi olması qeyri-müəyyən olmuş, ona görə cavabdehlər gilas yığımı zamanı gilas, fındıq yığımı zamanı fındıq yığmışlar. Samir Alxanovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında cavabdeh cavabdeh1 izahat vermişdir. Fındıq yığımı zamanı onlar polisə şikayət edəndə qarşı tərəf icra məmurlarının tərtib etdiyi aktı göstərərək bağın onlara məxsus olduğunu iddia edib. İddiaçı tərəfindən yığılaraq kənara qoyulmuş 35 kq fındıq belə cavabdehlər tərəfindən oğurlanmış, cavabdehin izahatında qeyd etdiyi məsələ bununla bağlıdır. Bununla bağlı, dəfələrlə polisə müraciətləri olub. Bildiriblər ki, hazırda məhkəmə prosesləri davam edir. İşlər yekunlaşdıqdan sonra mülki qaydada iddia qaldırıla bilər. 253 ağacın mövcud olub-olmaması məsələsinə gəldikdə isə dəvət etdiyi mütəxəsis ağaclara yerində baxış keçirərək rəy vermiş, onların nə qədər bəhər verə biləcəyini müəyyənləşdirmişdir. Videogörüntülərə baxdıqda açıq şəkildə görünür ki, 0.57 hektar torpaq sahəsində fındıq yığılmışdır. 2021-ci ildə fındıq sahəsini qarşı tərəfə təhvil vermişlər, akt tərtib olunub, təhvil verilməsinə iddiaçının da razılığı olub, birinci dəfə cavabdeh imtina edib, daha sonra qəbul edib. Həmin dövrdə gilas sahəsindən istifadə edirdilər, sonradan gilas sahəsi qarşı tərəfə keçib. Fındığı iddiaçı yığmamışdır. Cavabdehlər 2021-2024-cü illərdə fındığı yığıblar. Cavabdehlər neçə illərdir, həm gilas həm də fındığı toplayıb, təmsil etdiyi şəxsə külli miqdarda zərər dəyib. Hər şey videogörüntülərdə açıq şəkildə görünür. Ağacların kəsilməsinə görə deyil, yığıma görə əsassız varlanma ilə bağlı iddia qaldırılıb, cavabdehlərin ağacların kəsilməsinə görə iddiası olmayıb. İcra məmurundan nə isə tələb etmək ixtiyarı olmayıb, onlar icra vərəqəsi üzrə borclu olmuşlar, odur ki, tələbkarın həm fındıq, həm də gilas bağından məhsul yığdığını bildirə bilməmişlər. Sahəni ilkin olaraq 2020-ci ildə təhvil vermişlər. Sahələri istifadə etməyə cəhd etsələr də baş tutmayıb. 2021-ci ildə fındığı onlar yığacağını ehtimal etdikləri üçün fındıq bağına onlar qulluq etmişlər. Videoda görünən bağ sahəsi onlara məxsus olan 0.57 ha torpaq sahəsidir, videonu reyestr xidmətinin mütəxəssisinə də təqdim etmişlər, videoda görünən bağın, həmin 0.57 ha topraq sahəsinə daxil olduğunu bildirib. Hər il fındıq və gilas yığımı zamanı mübahisəli sahəyə polis əməkdaşları gəlir, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarların hamısını əldə etmişlər, cavabdehlər polisə verdikləri izahatlarında 0.57 ha torpaq sahəsinin icra məmurları tərəfindən onlara təhvil verildiyini, həmin sahəsinin Daşdəmirov Balasoltana məxsus olduğunu, ona görə də fındığı yığdıqlarını bildirirlər. Lakin sonradan gilas bağının onlara məxsus olduğunu iddia etməyə başlamışlar. Məhkəmə qətnaməsinin icrası zamanı bağ sahəsinin kimə məxsus olması ilə bağlı qeyri-müəyyənlik olmuş, ona görə də videogörüntünün qeydə alındığı tarixdə cavabdehlərin əməli oğurluq sayılmamışdır, 2024cü ildə qeyri-müəyyənlik aradan qalxıb. Cavabdeh Daşdəmirov Balasoltan onların yerləşdirdikləri dirəkləri çıxarıb atdığına görə xırda talamaya görə məsuliyyətə cəlb olunmuşdur. Daşdəmirov Balasoltan 0.57 ha torpaq sahəsini, 1.53 ha torpaq sahəsinə birləşdirməyə çalışıb, bildirib ki, 0.57 ha torpaq sahəsini icra məmurları ona təhvil verib. 0.57 ha torpaq sahəsinin 2.87 ha hansı hissəsində olmasına dair koordinatı olmayıb, lakin çıxarışı olub. Mübahisəli bağ sahəsini 2021-ci ildə aktla cavabdehlərə təhvil vermişlər, mülkiyyət sənədi olsa da, yerləşim ünvanı ilə bağlı qeyri-müəyyənliklər olduğundan cavabdehlərə qarşı zəbetmə ilə bağlı tələbi olmamış, qeyri-müəyyənlik aradan qalxdıqdan sonra tələb irəli sürmüşlər. Videogörüntülərdə iddiaçının nümayəndəsinin fındıq yığanları qovmasına gəldikdə isə cavabdehlər eyni ildə fındıq yığımı zamanı fındıq yığır, gilas yığımı zamanı isə gilas bağının onlara məxsus olduğunu idda edərək gilas yığırlar. Videoda onlara xidmət edən fəhlələr qarşı tərəfə etirazlarını bildirərək deyirlər ki, onların ucbatından bağ sahəsində fındıq yığa bilmirlər. Onların fındıq cərgələrinin sayı üçdür. Cavabdeh 0.57 ha torpaq sahəsinə girir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdeh cavabdeh1 fındıq bağından fındıq yığması barədə izahatı var. Torpaq sahəsinin təhvil verilməsi ilə bağlı akt var, imza atmışlar, könüllü şəkildə təhvil vermişlər. Qiymətləndirmə ilə bağlı mütəxəssis rəyini özləri əldə etmişlər. Qarşı tərəf bildirir ki, icra məmuru torpaq sahəsini onlara təhvil verildiyi üçün fındıq yığıblar, o zaman bəs onlar niyə gilasa görə zərəri ödəmişlər. Cavabdeh Xaçmaz rayon Polis şöbəsinə verdiyi izahatlarda bildirmişdir ki, fındıqları 1 cərgədən yox, 0.57 ha bağ sahəsindən toplamışdır, çünki icra məmuru torpaq sahəsini onlara təhvil verib, o zaman bəs onlar niyə gilasa görə zərəri ödəmişlər. Ona görə də cavabdehlər yığdıqları fındığa görə dəymiş zərərin əvəzini ödəməlidir. Mübahisənin yaranma səbəbi koordinatların müəyyən olunmamasıdır, bu məsələ ilə bağlı əgər onlara gilaslara görə zərərin əvəzini ödəmişlərsə, o zaman, cavabdehlər də fındığa görə zərəri ödəməlidir.

İşdə olan sübutlar

14. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

15. İş materiallarında olan vəkil sorğusuna əsasən alınmış Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutunun ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayonu Gödəkli kəndində yerləşən mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi tərəfindən baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən olunan nəticəyə görə fındıq ağacı əkildikdən sonra 4-5 il inkişaf mərhələsində olur. Təbii ki, 4-5-ci illərdə hər ağacdan 500 qr fındıq məhsulu əldə edilə bilər. Lakin yerdə qalan 9 il ərzində 6cı il 2 kq., 7-ci il 3 kq, 8ci il 4 kq, 9-cu il 5 kq, 10-cu il 6 kq, 11-ci il 7 kq, 12-ci il 7 kq, 13-cü il 8 kq, 14-cü il 8 kq təmiz fındıq məhsulu yığıldığı halda, 9 il ərzində 1 ağacdan 50 kq məhsul əldə edilə bilər. Beləliklə, 50/9=5,5kq ortalama təmiz məhsul götürmək mümkündür. Nəticə olaraq 14 illik ata-baba sortu olan 253 ədəd fındıq ağacı 1 ilə 2024 kq məhsul verə bilər.

16. İş materiallarında olan vəkil sorğusuna əsasən alınmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, 1(bir) kiloqram yerli sort fındığın qiyməti 2021-cİ ildə 4(dörd) manat, 2022-ci üdə 5(beş)) manat, 2023-ci ildə 6(altı) manat, 2024-cü ildə 6 (altı) manat olmuşdur.

17. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh2 cavabdeh İddiaçı qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələbi və ziyan tələbinə dair iddiası təmin edilməmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, huquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən RX seriyali, ******* nömrəli çıxarışa əsasən, ## ######## 2018-cl il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi ************ olan Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən İddiaçı məxsus 0.57 ha kənd təsərrüfati təyinatli torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçı tərəfindən naturada iddia edilən, işə əlavə edilmiş videodiskdə mübahisə edilən və cavabdehlər tərəfindən fındıq yığılan torpaq sahəsi həmin 0.57 ha torpaq sahəsinin sərhədləri daxilindədir. Əlavə edilmiş videodiskdə cavabdehlər tərəfindən sökülən dəmir hasar yerləşən ərazi həmin 0.57 ha torpaq sahəsinin sərhəddidir və hal-hazırda dəmir hasar (dəmir şifer) yerindədir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

21. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabağcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq ilk öncə qeyd edir ki, iş materialları ilə müəyyən edildiyi kimi cavabdeh cavabdeh2 mərhum oğlu Daştəmirov Rəşid Balasoltan oğlunun mülkiyyətində 0,57 ha torpaq sahəsi olmaqla, həmin torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətində olan 0,57 ha torpaq sahəsi ilə qonşu torpaq sahəsi olmuş və həmin torpaq sahəsində gilas ağacları olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə mərhum Daştəmirov Rəşid Balasoltan oğlunun iddiası təmin edilərək, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə ona məxsus olan 0,57 ha torpaq sahəsindən cavabdeh Bahadurov İmran Məcid oğlunun qanunsuz sahibliyindən alınaraq, Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Daştəmirov Rəşid Balasoltan oğlu ## ##### 2018-ci il tarixdə öldüyündən, icra işi üzrə tələbkar Daştəmirov Rəşid Balasoltan oğlu hüquqi varisi Balasoltan Daşdəmirovla əvəz edilmiş, Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi 2024-cü il tarixədək icra edilməmişdir. Cavabdeh İmran Bahadırov Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrasından yayınmış və həmin qətnaməyə əsasən qaytarmalı olduğu torpaq sahəsinin yerini əsassız mübahisələndirməklə qətnamənin icrasını süni şəkildə yubandırmış, nəticədə qətnamənin icrası, yəni torpaq sahəsinin ondan alınıb mərhum iddiaçının hüquqi varisi cavabdeh2 təhvil verilməsi 2024-cü ildə mümkün olmuşdur. Bundan sonra cavabdeh2 gilas ağaclarından əldə edilmiş gəlirdən məhrum olmasına dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Bahadırov İmran Soltanmahmud oğlundan 32.620 manat məbləğində maddi ziyanın və 1.000 manat məbləğində mənəvi zərərin alınaraq, iddiaçı cavabdeh2 verilməsi qət edilmişdir.

25. Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə zəbtdən azad ediməsi qət edilən torpaq sahəsində əvvəllər gilas bağı salınmış və həmin bağ sahəsi İddiaçı mülkiyyətində olan 0.57 ha torpaq sahəsinin sağ qonşu torpaq sahəsi olmuş və İddiaçı əri olan Bahadırov İmran Soltanmahmud oğlunun qanunsuz sahibliyində olmuşdur. İddiaçı mülkiyyətində olan 0.57 ha torpaq sahəsində isə 3 cərgə fındıq ağacı əkilməklə sol qonşu torpaq sahəsi cavabdeh2 mülkiyyətində (1,76 ha) olmuşdur. Həmin 1,76 ha qonşu torpaq sahəsində də fındıq ağacları əkilmişdir. İddiaçı cavabdeh2 3 cərgədən ibarət fındıq ağaclarından 1 cərgəsinin İddiaçı tərəfindən zəbt edildiyini, həmin sahənin otunun biçilməsini və fındığının yığılmasını əsas gətirərək ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş, 0.18 ha torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsinin ## #### 2022ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin mübahisə üzrə iddia 2020-ci il tarixdə qaldırılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması ilə mübahisə bitmişdir. Həmin işə dair iş materiallarında olan məhkəmə sənədlərindən görünür ki, həmin icraat zamanı cavabdeh İddiaçı nümayəndələri torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğunu və zəbt edilmədiyini bildirməklə iddianın rədd edilməsini xahiş etmişlər. Hazırkı iş üzrə də iddiaçı məhz həmin torpaq sahəsinin qeyd edilən dövrdə cavabdeh cavabdeh2 qanunsuz sahibliyində olduğunu iddia edərək, həmin torpaq sahəsində yerləşən fındıq ağaclarından cavabdehin fındığı yığaraq ona zərər vurduğunu iddia etmişdir. Hazırkı iş üzrə cavabdeh cavabdeh2 qeyd olunan iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,18 ha hissəsinin zəbt edildiyini iddia etməklə iddia qaldırmışdır ki, həmin torpaq sahəsi hazırkı iş üzrə cavabdeh cavabdeh2 sahibliyində olduğu halda onun belə bir iddia qaldırmasına da səbəb olmamışdır. Hərçənd ki, yuxarıda qeyd olunduğu kimi həmin icraat zamanı cavabdeh İddiaçı nümayəndələri 0,57 ha torpaq sahəsinin və ya onun bir hissəsi olan 0,18 ha hissəsinin cavabdeh2 faktikiki sahibliyində olmasına dair hər hansı bir dəlil irəli sürməmişlər.

26. Bundan başqa iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## ###### 2024-cü il tarixli və 09 avqsut 2024-cü il tarixli qərarlardan görünür ki, Daşdəmirov Balasoltan Camaləddin oğlu hazırkı iş üzrə iddiaçı İddiaçı əri olan Bahadırov İmran Soltanmahmud oğlunun 2018-ci il tarixdən ona məxsus 83 ədəd fındıq ağacının yerləşdiyi torpaq sahəsini zəbt edərək, fındıqları yığması ilə bağlı şikayət ərizəsi ilə Xaçmaz RPŞ-yə müraciət etmiş, həmin araşdırma zamanı izahatı alınmış Bahadırov İmran Soltanmahmud oğlu fındıq bağının onun mülkiyyətində olduğunu və buna görə də fındığı özü yığdığını bildirmişdir. Həmçinin, Bahadırov İmran Soltanmahmud oğlunun işçiləri olan Sevinc və İsmət adlı şəxslər də İddiaçı fındıq bağından fındıq yığarkən mübahisə yarandığını bildirmişdir. Həmçinin, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## ###### 2023-cü il tarixli qərardan görünür ki, Bahadırov İmran Soltanmahmud oğlu cavabdeh1 ona məxsus bağdan fındıq yığıb aparmaq istəməsi barərədə şikayət ərizəsi ilə Xaçmaz RPŞyə müraciət etmişdir ki, həmin araşdırma zamanı izahatı alınan Bahadırov İmran Soltanmahmud oğlunun işçiləri olan Ramilə və Yeganə adlı şəxslər İmrana məxsus bağa fındıq yığmağa gedərkən, cavabdeh1 həmin bağdan fındıq yığmasını gördüklərini və bundan sonra aralarında mübahisə yarandığını, Bahadırov İmran Soltanmahmud oğlu isə cavabdeh1 isə 35 kiloqram fındıq oğurladığını iddia etmiş, lakin qeyd edilən fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. cavabdeh1 isə həmin araşdırma zamanı atasına məxsus bağa gedərkən mübahisə yarandığını iddia etmişdir. Həmçinin, “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ###### 2021ci il tarixli qərardan görünür ki, Bahadırov İmran Soltanmahmud oğlu cavabdeh1 və atası cavabdeh2 onun bağından fındıq yığmasında dair şikayət ərizəsi ilə Xaçmaz RPŞ-yə müraciət etmişdir ki, həmin araşdırma zamanı izahatı alınan cavabdeh2 fındıq yığdığı torpaq sahəsinin icra məmuru tərəfindən ona təhvil verildiyini bildirmişdir. İş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş ##.##.2020-ci il tarixli aktdan isə görünür ki, Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2017-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin icrası ilə əlaqədar 0,57 ha torpaq sahəsi cavabdeh2 təhvil verilmişdir. Bundan başqa iş materiallarında vidoegörüntülərdən görünür ki, Bahadırov İmran Soltanmahmud oğlu və digər şəxslər bağdan fındıq yığmaqla, cavabdeh cavabdeh1 həmin bağın atasına məxsus olduğunu bildirməklə fındıq yığımına etiraz etməkdədir. Digər bir vdieogörüntüdə isə Bahadırov İmran Soltanmahmud oğlu cavabdeh cavabdeh1 və onunla birlikdə fındıq yığan şəxslərə etiraz etməklə mülkiyyətini tərk etmələrini və yığılmış fındıqların boşaldılmasını tələb etməkdədir ki, qeyd olunan hallarda da iddiaçının nümayəndəsi cavabdehlər tərəfindən fındıq yığımının qarşısını almış hesab olunmuşdur ki, bununla da cavabdehlərin iddiaçıya məxsus 0,57 ha torpaq sahəsində yerləşən 3 cərgə fındıq bağından fındıqları yığmaqla iddiaçıya zərər vurması sübut olunmamışdır.

27. Məhkəmə kollegiyası yuxarıda gösətilənləri ümumiləşdirərək qeyd edir ki, iddiaçının fındıq yığılmasını iddia etdiyi torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması qanuni qüvvəsini almış məhkəmə qərarları ilə, cavabdehlərin həmin bağdan fındıq oğurlamaqla ona zərər vurması isə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarla istisna olunmuşdur. Cavabdehlərin 2021-ci il tarixdə mübahisəli bağdan fındıq yığması ilə bağlı iş materiallarında olan sübutlara münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ###### 2021-ci il tarixli qərardan göründüyü kimi Bahadırov İmran Soltanmahmud oğlu cavabdeh1 və atası cavabdeh2 onun bağından fındıq yığmasına dair şikayət ərizəsi ilə Xaçmaz RPŞ-yə müraciət etmiş, həmin araşdırma zamanı izahatı alınan cavabdeh2 fındıq yığdığı torpaq sahəsinin icra məmuru tərəfindən ona təhvil verildiyini bildirmişdir. Həqiqətən də Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrası ilə əlaqədar 0,57 ha torpaq sahəsi ##.##.2020-ci il tarixli akta əsasən cavabdeh2 təhvil verilmişdir ki, bununla da cavabdeh2 həmin vaxt vicdanlı sahib olmuşdur. Bununla belə cavabdeh2 qısa müddət sonra həmin torpaq sahəsindən də çıxarılmışdır ki, qeyd edilən mübahisənin yaranmasına da səbəb məhz cavabdeh Bahadırov İmran Soltanmahmud oğlunun Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrasından yayınması, həmin qətnaməyə əsasən qaytarmalı olduğu torpaq sahəsinin yerini əsassız mübahisələndirməklə qətnamənin icrasını süni şəkildə uzatması olmuşdur. Bu fakt qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə təsbit olunmuşdur. Məhkəmə kollegiyası cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etməsi ilə bağlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, bir cərgə fındıq bağının yerləşdiyi torpaq sahəsinə dair tərəflər arasında yarnmış mübahisə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması ilə bitmişdir ki, buna dair iş materiallarında olan vidogörüntülərdən ibarət sübutlar da həmin tarixdən əvvəllə aid olmaqla, həmin tarixdən sonra tərəflər arasında bununla bağlı mübahisə yaranmamışdır. İddiaçı tərəfindən hazırkı iddia isə 2025-ci il tarixdə qaldırılmışdır ki, bununla da cavabdehlərin həmin tarixdən sonra iddiaçının mülkiyyətində olan torpaq və bağ sahəsinə müdaxilə etməsi halı öz təsdiqini tapmamışdır.

28. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmişdir. Buna görə də apellyasiya şkayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver