Məhkəmə qərarları › İş №2(3-8)-39/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-39/2026

21.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-39/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər * saylı Notariat Ofisinin notariusu X12 tərəfindən təsdiq edilmiş və X5 tərəfindən cavabdeh cavabdeh2 verilmiş ##.##.2023-cü il tarixli etibarnamənin xəstə və öz hərəkətlərinin mənasını anlamayan şəxs tərəfindən verildiyi üçün təsdiq edildiyi gündən etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın cavabdeh cavabdeh1 bağışlanması barədə ##.##.2025-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı 1/2 hissədə payının tanınması və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

2. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Sumqayıt şəhər * saylı Notariat ofisində təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın cavabdeh cavabdeh1 bağışlanması barədə ##.##.2025-ci il tarixli bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı 1/2 hissədə pay hüququn tanınması, bu mümkün olmadıqda isə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın cavabdeh cavabdeh1 bağışlanması barədə ##.##.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı məcburi pay hüququnun tanınması və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddiaçı yenidən MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Sumqayıt şəhər * saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş və X5 tərəfindən cavabdeh cavabdeh2 verilmiş ##.##.2023-cü il tarixli etibarnamənin xəstə və öz hərəkətlərinin mənasın anlamayan şəxs tərəfindən verildiyi üçün təsdiq edildiyi gündən etibarsız hesab edilməsi, Sumqayıt şəhər * saylı Notariat ofisində təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın cavabdeh cavabdeh1 bağışlanması barədə ##.##.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı 1/2 hissədə pay hüququnun tanınması, bu mümkün olmadıqda isə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın cavabdeh cavabdeh1 bağışlanması barədə ##.##.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı məcburi pay hüququnun tanınması və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası ##.##.1943-cü il tarixdə anadan olmuş X5 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun dəfn olunması üçün nəzərdə tutulmuş və dövlət tərəfindən ödənilən dəfn pulu gəlini cavabdeh1 tərəfindən alınmışdır. Onunla olan şifahi razılığa əsasən cavabdeh1 anasının qəbrinin üstünü tez bir zamanda mərmər daşla örtülməsi üçün addımlar atacaq və dəfn pulunu tamamilə bu məqsəd üçün xərcləyəcəkdir. Lakin bir neçə dəfə anasının qəbri üstünə getsə də qəbir üstünün hələdə açıq olduğunun şahidi olmuşdur. Beləki, anasının basdırılmasından iki ay keçəndən sonra, yəni ##.##.2025-ci il tarixdə oraya getdikdə bunu görmüşdür. Bu hal onu çox sarsıtmışdır, çünki anası bu insanlara çox inanmış, onlara çox yaxşılıqlıqlar etmişdir. cavabdeh1 və onun oğlu cavabdeh2 belə hərəkətləri heç bir etikaya və cəmiyyətdə təşəkkül tapmış hər hansı münasibətlərə cavab vermir. Hər iki cavabdeh anasının yaşlı və alzheymer xəstəliyindən əziyyət çəkməsindən istifadə edərək ##.##.2023-cü il tarixdə X5 Sumqayıt şəhərində yerləşən * saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş cavabdeh2 təmsil etməsi üçün etibarnamə vermişdir. X2 yaşlı və ağır xəstə olduğu üçün etibarnaməyə onun yerinə əvvəllər heç tanımadığı X3 adında bir şəxs imza edib. Qeyd olunan hal, yəni etibarnamənin Bəsti Seyidova tərəfindən deyil, digər şəxs tərəfindən imzalanması onun həqiqətən də yaşlı olması və xəstəliyi səbəbindən nə etdiyini anlamadığını sübut edir. ##.##.2023-cü il tarixdə isə, yəni etibarnamə verildiyi gündən 10 gün sonra səlahiyyətlərini etibar etdiyi nəvəsi cavabdeh2 ##.##.2023-cü il tarixli etibarnamə ilə Sumqayıt şəhəri, 4-cü məhəllə, **/** saylı evin * saylı mənzilini anası cavabdeh1 bağışlamışdır. Bu bağışlama müqaviləsini də eyni ilə etibarnaməni təsdiq etmiş * saylı Notariat ofisinin notariusu təsdiq etmişdir. * saylı Notariat ofisinin notariusu bağışlama müqaviləsini təsdiq edərkən ən azından etibarnaməni Bəsti Seyidovanın əvəzinə imzalamış X10 məlumatlandırmalı idi. Qeyd olunanlar barədə onun hər hansı məlumatı olmayıb və bu barədə anası öldükdən sonra xəbər tutmuşdur. Beləki, anasının vəfatından sonra cavabdehlər cavabdeh1 və cavabdeh2 etika qaydalarına sığmayan hərəkətlərindən (dəfn pulunun alınması və əvvəlcədən razılaşdırıldığı kimi məqsədə müvaviq xərclənmədiyi, anasının qəbrinin üstünün götürürlmədiyi üçün) mənəvi olaraq təsirləndiyi, eləcə də qanun üzrə vərəsələrdən biri olduğu üçün anasının mülkiyyətində olan əmlaklar barədə maraqlanmış və yuxarıda qeyd etdiyi halları müəyyən etmişdir. cavabdeh1 və cavabdeh2 anasının yaşlı və xəstə qadın olmasından istifadə edib * saylı Notariat Ofisinin notariusunun xidmətlərindən istifadə edərək və onu anası öldükdən sonra mirasdan hər hansı paya sahib olmaqdan məhrum etmək məqsədi ilə belə qanunsuzluqlara əl atmışlar. Əgər bağışlama müqaviləsi olmasaydı, Bəsti Seyidovanın hazırda iki varisi olaradı və qeyd olunan mənzil iki fiziki şəxsin arasında qanun üzrə vərəsəlik normalarına uyğun bölünərdi. Anası həyatının son 10 ilin xəstəliyi ilə əlaqədar olaraq evində keçirmiş, o, heç kimi, hətta ən yaxın qohumlarını belə tanımırdı, özü şuurlu surətdə düzgün formada nəinki özünü ifadə edə bilirdi, heç doğru qərarlar da qəbul edə bilmirdi. Onun xəstə olmasından istifadə edən cavabdeh1 isə gələcəkdə iddiaçını qanun üzrə vərəsə kimi miras əmlakdan pay almaqdan məhrum etmək üçün bu yollara əl atıb daşınmaz əmlakı öz mülkiyyətinə keçirmişdir. Hazırda qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

5. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi barədə iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçı etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, bu müqavilənin və etibarnamənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməməsi, habelə məhkəmə araşdırması zamanı da belə bir əsasın müəyyən edilməməsi, iddiaçı vaxtilə anası tərəfindən vərəsəlikdən məhrum edilməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli plenum qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli Plenum qərarına və eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinin tələblərin rəhbər tutmaqla apellyasiya instansiyası məhkəməsindən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə anasının mülkiyyətində olmuş Sumqayıt şəhəri, 4-cü məhəllə, **/** saylı evin * saylı mənzil cavabdeh cavabdeh1 bağışlamışdır. ##.##.2025-ci il tarixdə isə anası X5 vəfat etmişdir. Buradan aydın görünür ki, mənzili bağışlandığı gündən iki il keçməmiş (1 il 7 ay 28 gün sonra) anası vəfat etmişdir. Bu isə öz növbəsində vərəsə olaraq ən azından bağışlanmış əmlakın miras əmlaka əlavə edilərək iddiaçı olaraq ona çatan məcburi payın tamamlanmasını tələb etmək hüququnu varis olaraq ona şamil edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsi). Həmçinin onuda qeyd edir ki, hakim Elçin Kazımov qəbul etdiyi qətnamədə iddiaçı olaraq onun guya mərhum X2 ilə aralarında münasibətlərin mənfi olduğu irəli sürülür. Hakim əvvəlcədən öyrədilmiş şahidlərin ifadələrinə istinad edərək guya onun tərəfindən X2nı döydüyünü, onunla pis rəftar etdiyini qeyd edib. Lakin bu barədə hər hansı rəsmi sənəd, polisə şikayət, ekspert rəyi və ya digər etibarlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Yalnız cavabdehin gətirdiyi şahid ifadələri əsasında belə qənaətə gəlmək əsassızdır və ədalətsizdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh cavabdeh2 nümayəndəsi vəkil nümayəndə2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı şikayət edir ki, ona mübahisəli əmlakdan pay verilməlidir. Cavabdeh tərəf olaraq aşağıdakı səbəblərə əsasən apellyasiya şikayətini tamamilə əsassız hesab edir və rədd edilməsini xahiş edir. Iddiaçı mübahisəli əmlak üzrə hüquq subyekti deyildir. Mübahisəli əmlak iddiaçının atasına və ya onun digər hüquqi subyektlərinə aid olmayıb. Rəsmi olaraq mərhum ananın adına qeydə alınıb. Mübahisəli əmlak ananın adına olmuşdur. Faktiki hallara əsasən iddiaçının anası birinci ərindən boşandıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və Ermənistanda ikinci əri, yəni Orucov Umud ev tikdirmiş, məlum Ermənistanda olan 1988-ci il hadisələrdən sonra Ermənistandakı evini Sumqayıtda yaşayan erməni ilə dəyişdirmişdir. Ikinci həyat yoldaşından boşandıqdan sonra Ermənistanda olan, babası Umuda məxsus olan evi həyat yoldaşı Seyidova Bəstiyə vermiş, nəticədə Bəsti Seyidova həmin evi erməni ilə Sumqayıtdakı evə dəyişdirmiş, ev rəsmi olaraq nənənin adında olmuşdur. Bu əmlak iddiaçının atasına belə aid olmamışdır və ailə birgə mülkiyyəti təşkil etməmişdir. Deməli, iddiaçının bu əmlakdan pay tələb etmək hüququ qanuni və faktiki olaraq mövcud deyil. Iddiaçıya ayrıca ev verilib. X4 tərəfindən iddiaçıya ayrıca mülkiyyətlə ev verilmişdir. Bu fakt göstərir ki, mübahisəli əmlakdan əlavə pay tələb etmək üçün hüquqi əsas yoxdur. Vəsiyyətnamə ilə vərəsəlikdən məhrum edilib. Mərhum tərəfindən təxminən 23 il əvvəl tərtib edilmiş vəsiyyətnamədə açıq şəkildə göstərilmişdir ki, digər vərəsələr, o cümlədən iddiaçı vərəsəlikdən məhrum edilir. Vəsiyyətnamə ləğv edilməmiş və sadəcə cavabdeh cavabdeh2 atası vəfat etdikdən sonra hüquqi qüvvəsini itirmişdir. Həmçinin həmin vəsiyyətnamənin əsli də məhkəməyə təqdim edilmişdir, məhkəmə cavabdehin nümayəndəsi və vəkilini vəsiyyətnamə ilə tanış etmişdir, vəsiyyətnamənin surəti işə əlavə edilmişdir, vəkil və nümayəndə qəsdən uydurulmuş vəsiyyətnamə deyərək, məhkəmədə çaşqınlıq yaratmaq istəyir. Heç bir uydurulmuş vəsiyyətnamədən söz belə gedə bilməz. Məhkəmə iclası zamanı həmin vəsiyyətnaməni yenidən də təqdim edə bilər. Bu səbəbdən iddiaçı qanuni vərəsə olsa belə, iddiaçı həm də mərhum anası tərəfindən evlə təmin olunduğu üçün vərəsəlik hüququnu itirmişdir. Həmçinin iddiaçı anasının, ana bir qardaşının, yəni Orucov Nizaminin, həmçinin evin əsas sahibi olan Orucov Umudun ölümündən istifadə edərək, bu mənfur əməlinə əl atmışdır. Həmçinin cavabdeh İddiaçı məhkəməyə iddia ilə müraciət etməzdən əvvəl, Bakı şəhəri Günəşli qəsəbəsində yerləşən evini Xəyyam adlı şəxslə guya alqısatqı edərək, adından çıxararaq ona satmışdır. Hansı ki, anası tərəfindən Ermənistanda ona verilmiş ev sayəsində Günəşli qəsəbəsində yerləşən erməniyə məxsus evlə dəyişdirmişdir. Etibarnamə və bağışlanma qanuni qaydada həyata keçirilmişdir. Mərhum sağlığında, notarius iştirakı ilə, iradəsini sərbəst ifadə edərək nəvəsinə etibarnamə vermiş, həmin etibarnamə əsasında nəvə, yəni cavabdeh2 öz anası ilə ## #### 2023-cü il tarixdə bağışlanma müqaviləsi bağlayaraq, evi anasına bağışlamışdır. Etibarnamə verilən zaman mərhum məcburi hüquqi fəaliyyət qabiliyyətinə malik olub və heç bir tibbi sənəd onun Alzaymer xəstəliyindən əziyyət çəkdiyini təsdiqləmir. “Alzaymer xəstəliyi” iddiası sübutsuzdur. Iddiaçının bu iddiası yalnız gizli video çəkilişlərə əsaslanır. Rəsmi tibbi sənəd və məhkəmə-tibbi ekspertiza rəyi mövcud deyil. Qanuna əsasən sübutetmə yükü iddiaçının üzərindədir və bu yük yerinə yetirilməmişdir. Iddiaçının vicdanlı tərəf olmamışdır. Iddiaçı mərhumla və ailə üzvləri ilə 30 ildən artıq müddətdə əlaqə saxlamamış, anasını döymüş, qardaşı yoldaşına qeyri-etik hərəkətlər etdiyi üçün evdən qovulmuş, yalnız anası, qardaşı, evin əsas sahibi olan Orucov Umud öldükdən sonra mübahisəli vəziyyət yaradaraq, ortaya çıxmışdır. Bu hallar onun vicdanlı tərəf olmadığını açıq şəkildə göstərir. Birinci instansiya məhkəməsinin işi düzgün araşdırmışdır. Iddiaçının birinci instansiya məhkəməsinin işi düzgün araşdırmaması barədə arqumentləri əsassızdır. Məhkəmə iş üzrə bütün sübutları hərtərəfli, tam və obyektiv şəkildə araşdırmış, tərəflərin təqdim etdiyi izahat və sənədlərə hüquqi qiymət vermiş və qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış qərar qəbul etmişdir. Iddiaçı mübahisəli əmlak üzrə hüquq subyekti deyil. Vərəsəlik hüququ və məcburi pay hüququ yoxdur. Etibarnamə qanuni qaydada verilib və bağışlanma mərhumun sağlığında həyata keçirilib. Iddiaçıya ayrıca ev verilmişdir. Birinci instansiya məhkəməsinin qərarı tam hüquqi əsaslarla qəbul edilmişdir. Bundan başqa işlə bağlı ətraflı məlumat verərək bildirmək istəyir ki, cavabdehin mərhum nənəsi X5 23 il əvvəl evin tək sahibi olaraq, həmin evi vəsiyyətnamə ilə öz oğlu – cavabdehin atası X1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədə cavadehin nənəsi digər vərəsələri vərəsəlik hüququndan açıq şəkildə məhrum etdiyini göstərmişdir. Bu sənəd, nənənin əmlaka dair iradəsinin aydın şəkildə ifadəsidir və onun əsl niyyətini ortaya qoyur. Nənəsi yaşlılıq səbəbindən imza ata bilmədiyindən notariusun iştirakı ilə nəvəsinə etibarnamə vermişdir. Bu etibarnaməyə əsasən, nənənin adından çıxış etmək və onun mülkiyyətində olan evi istədiyi şəxsə bağışlamaq hüququnu nəvəsinə həvalə etmişdir. O da bu hüquqa əsaslanaraq, nənəsinin adından hərəkət edib evini anası olan şəxsə bağışlamışdır. Iddiaçı şəxs atasının ana bir, ata ayrı, nənəsinin digər oğlu – artıq 30 ildən çoxdur ki, nənə ilə ailə münasibətlərini kəsmişdir. Onun iddiası, nənənin real və dəfələrlə ifadə olunmuş iradəsinə ziddir və ailədaxili əlaqələrin məzmununu nəzərə almadan irəli sürülmüşdür. Belə ki, o, vaxtilə anasını döyməsi səbəbilə ailədən uzaqlaşdırılmış, bu hadisədən sonra nənə onunla heç bir əlaqə saxlamamışdır. Bu fakt, nənənin ona qarşı münasibətini və əmlakla bağlı iradəsinin səbəblərini bir daha təsdiqləyir. Iddiaçı bu illər ərzində nə nənə ilə, nə də mübahisəli əmlakla bağlı heç bir real hüquq və ya tələb irəli sürməmiş, nənənin vəfatından sonra qəfil şəkildə əmlak üzərində iddia qaldırmışdır. Onun bu iddiası hüquqi deyil, şəxsi maraqlara əsaslanır. Qeyd olunan vəsiyyətnamə hüquqi baxımdan icra olunmuş hesab edilsə də, bu sənəd məhkəməyə sübut vasitəsi kimi təqdim olunur və nənənin əmlak üzərindəki iradəsinin formalaşmasında əsaslı dəlil hesab olunmalıdır. Iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddiada göstərilir ki, mərhum nənəsi tərəfindən cavabdehə (nəvəyə) verilmiş etibarnamə guya etibarsızdır və bu etibarnaməyə əsasən bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Iddia əsassız və hüquqi əsaslardan məhrumdur. Belə ki, etibarnamə notarial qaydada rəsmiləşdirilmişdir. Cavabdehin nənəsi yaşına görə imza ata bilmədiyindən, bu hallar notariat qaydasında qanunvericiliyə uyğun şəkildə sənədləşdirilmiş və notarius tərəfindən təsdiq edilmişdir. Etibarnamə Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun tələblərinə uyğun olaraq verilmişdir. Bağışlama qanuni əsaslarla baş tutmuşdur. Etibarnamə əsasında cavabdeh, nəvəsi olaraq, nənənin iradəsini həyata keçirərək mülkiyyətində olan evi anasının adına bağışlamışdır. Bu proses tam qanunidir və tərəflərin razılığı ilə notarius tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsi əsasında aparılmışdır. Etibarnamə zamanı nənənin tam huşu yerində olmuşdur. Notarial təsdiq zamanı nənə huşu yerində, aydın düşüncədə olmuş, öz istəyi ilə sənədə razılıq vermişdir. Cavabdehin nənəsi alzheimer xəstəliyindən əziyyət çəkməmişdir, sadəcə yaşlılıq səbəbilə əli əsdiyindən imza çəkə bilməmişdir. Etibarnamənin verilməsi zamanı hər hansı məcburiyyət, təzyiq və ya aldatma faktı olmamışdır. Iddiaçının məqsədi şəxsi maraqdan irəli gəlir. Iddiaçı, yəni mərhumun digər oğlu, nənənin sağlığında onunla heç bir münasibət saxlamamış, 30 ildən çox müddətdə əlaqədə olmamışdır. Nənənin qərarının məqsədi, onunla daim münasibətdə olan və qulluq edən şəxslərə (nəvəyə və onun anasına) mülkü vermək olmuşdur. Belə ki, cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkmiş şəxs vəfat etmişdir, qarşı tərəfin ailəsinə bankdan pul almaqla pul vermiş, indi həmin pulun əvəzini onlara məxsus evdən pay almaqla, cavabdehləri evsiz qoymaq istəyir. Hansı ki, iddiaçı şəxs anası ilə anasını döyməsi və ailədən bu səbəblə uzaqlaşdırılması səbəbindən uzun illərdir əlaqə saxlamamış, maraqlanmamış, oğul olaraq anasına heç bir maddi və mənəvi cəhətdən diqqət və qayğı göstərməmiş, yalnız yas mərasimində məqsədli şəkildə məkrli siyasətini həyata keçirmək üçün iştirak etmiş, iştirak etməyinin də səbəbi qaldırdığı iddia ilə bəlli olmuşdur. Hansı ki, iddiaçının Bakı şəhəri, Günəşli qəsəbəsində 3 otaqlı evi, həmçinin övladlarının da evi vardır. Qeyd etmək istəyir ki, 1985-1986cı illərdə Ermənistanda Masius şəhərində Akbaraken adlanan yerdə İddiaçı bacısı ilə birgə 3 otaqlı ev almış, 1988-ci ildə məlum hadisələrdən sonra həmin evi Bakıda qeydiyyatda olduğu Günəşli qəsəbəsində yerləşən evə dəyişdirib. X4 sağlığında və xəstəliyində ona oğlu, nəvəsi cavabdeh2 və gəlini cavabdeh1 baxmışdır. Dəfn xərclərini də nəvəsi cavabdeh2 çəkmişdir. Digər oğlu ümumiyyətlə anası ilə heç vaxt maraqlanmamış, onu tut çubuğu ilə döymüş, bunu məhkəmə iclasında iştirak edən şahidlər də öz ifadələrində söyləmiş, hətta ona anası tərəfindən ona ev alması barədə də məlumat vermişlər. Anası ilə əlaqə saxlamayan, onu döyən, anası tərəfindən evlə də təmin olunmuş oğul, anasının dəfninə 1 manat xərcləməyən oğul indi hansı vicdanla evdən pay tələb edə bilər. II Qarabağ müharibəsi veteranına qarşı dövləti xüsusi qayğı göstərdiyi halda iddiaçı şəxsin haqsız olaraq qaldırdığı iddia və apellyasiya şikayəti qanuna və ədalətə ziddir. Nəticə olaraq, bildirir ki, etibarnamənin notarial təsdiqi və sonradan bağışlama müqaviləsi tam hüquqi qüvvəyə malikdir və əsassız şəkildə etibarsız sayılması mümkün deyil.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı nümayəndəsi vəkil nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh cavabdeh2 nümayəndəsi vəkil nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 29. Mülkiyyət hüququ VII. Dövlət vərəsəlik hüququna təminat verir.

16. Mülki Məcəllə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

17. Mülki Prosessual Məcəllə

372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni miras əmlakda məcburi payın müəyyən edilməsi hissəsində mübahisələndirmişdir.

19. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən miras əmlakda məcburi payın müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

22. ##.##.1962-ci ildə təvəllüdlü İddiaçı mərhum Bəsti Əkpərovanın oğlu olması, digər oğlu ##.##.1973-cü il təvəllüdlü Nizami Orucova ##.##.2003-cü il tarixdə vəsiyyətnamə verməsi və sonuncunun ##.##.2023-cü il tarixdə, X5 isə ##.##.2025-ci il tarixdə ölməsi işin mübahisəsiz halıdır.

23. Işin mübahisə olunmayan digər halına görə qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 37,8 kv.m yaşayış sahəsi ##.##.2002-ci il tarixli protokol əsasında Bəsti Seyidovanın adına qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sözügedən mənzil ##.##.2023-cü il tarixdə cavabdeh1 adına qeydiyyata alınmışdır.

24. Mübahisələndirilən hissədə iddia tələbi miras əmlakda məcburi payın müəyyən edilməsi barədədir.

25. Məlum olduğu kimi, Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli plenum qərarına əsasən mirasda məcburi pay-vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi).

27. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.

28. Konstitusiya Məhkəməsi dəfələrlə vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ####### tarixli Qərar).

29. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ - vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur.

30. Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir.

31. Işdən görünür ki, ##.##.2025-ci il tarixdə vəfat etmiş iddiaçının mərhum X2 sağlığında yəni ##.##.2023-cü il tarixdə cavabdeh2 vermiş olduğu etibarnamə əsasında ##.##.2023-cü il tarixdə B.Seyidovanın mülkiyyətində olmuş Sumqayıt şəhəri, 4-cü məhəllə, **/** saylı evin * saylı mənzili cavabdeh cavabdeh1 bağışlamışdır.

32. Qanunvericilik bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutmuşdur. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

33. Qeyd olunmalıdır ki, bu maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır.

34. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

35. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir.

36. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir.

37. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı mərhum X2nın övladı (birinci növbəli vərəsəsi) olaraq onun bağışlanan əmlakda məcburi pay hüququ olduğundan, bu pay Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə əsasən vərəsəlik zamanı ona çatası payın yarısını (məcburi pay) təşkil etdiyindən, iddiaçı İddiaçı Bəsti Seyidovanın mülkiyyətində olmuş Sumqayıt şəhəri, 4-cü məhəllə, **/** saylı evin * saylı mənzildəki dəyər üzərində ¼ hissədə məcburi payı müəyyən edilməlidir.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi miras əmlakda məcburi payın müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildəki dəyər üzərində 1/4 hissədə məcburi payı müəyyən edilməlidir.

39. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

41. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).

42. Iddiaçının iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun yarısı, yəni 50 (əlli) manat cavabdeh cavabdeh1 alınaraq iddiaçı İddiaçı ödənilməlidir.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi miras əmlakda məcburi payın müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildəki dəyər üzərində 1/4 hissədə məcburi payı müəyyən edilsin. Iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi cavabdeh cavabdeh1 alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver