Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-391/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinə görə kompensasiya ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçının nümayəndəsi Kamran Adjalovun, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı vəkili-nümayəndəsi vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmələrinin qadağan olunması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş qanunsuz tikililərin onların öz hesabına sökülməsi və həmin torpaq sahəsindən istifadə zamanı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı İddiaçı vəkili-nümayəndəsi vəkil1 iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilmiş 0,044 ha torpaq sahəsinə görə 35200 manat məbləğində kompensasiya cavabdeh cavabdeh2, cavabdeh cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmiş 0,0162 ha torpaq sahəsinə görə 12800 manat məbləğində kompensasiya cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməsini xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2013-cü il tarixli, *ə/*** nömrəli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ ilə, tam payla ##.##.2013-cü il tarixdə 1613006684 nömrə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında xxxx Xidməti tərəfindən qeydiyyata alınmış və ona RX seriyalı ******* №-li hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən çıxarış verilmişdir. O, “COVID-19” pandemiyası dövründə ona məxsus sözügedən torpaq sahəsinin vəziyyətini yoxlaya bilməmiş və torpaq sahəsi bir müddət nəzarətsiz qalmışdır. Daha sonra iddiaçı 2021-ci ilin mart ayında qeyd olunan torpaq sahəsinə gələrkən cavabdehlər cavabdeh2 və cavabdeh1 ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etdiklərini, orada qanunsuz tikililər tikdiklərini görmüş və həmin torpaq sahəsinin boşaldılmasını, onlar tərəfindən tikilmiş qanunsuz tikililərin sökülməsini cavabdehlərdən xahiş etmişdir. Lakin cavabdehlər cavabdeh2 və cavabdeh1 buna məhəl qoymamış, iddiaçı məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası DIN-in Abşeron rayon Polis Idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon Polis Idarəsi tərəfindən bu məsələ ilə bağlı iddiaçı İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin bir hissəsi cavabdeh cavabdeh1 tərəfindən, bir hissəsi isə digər cavabdeh cavabdeh2 tərəfindən zəbt edilmişdir. Belə ki, cavabdeh cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə çıxarışı vardır, amma ona məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşir. Cavabdeh cavabdeh1 isə torpaq sahəsi üzərində mülkiyyət hüququ olmasını təsdiq edən heç bir çıxarışı yoxdur. Cavabdeh cavabdeh2 mülkiyyətində 2 sot torpaq sahəsi vardır. Iddiaçı İddiaçı sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi ilə cavabdeh cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşən hissəsi 0,0438 ha təşkil edir. Bildirir ki, onlar bundan əvvəl hazırkı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin 2022ci ildə iddia ərizəsini geri götürmüşdürlər. Torpaq sahələrinin koordinatlarında 2000-ci ildən sonra dəyişiklik olmuşdur. Hazırda isə mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə dürüstləşmə işləri yekunlaşmışdır. Sözügedən ərazidə torpaq sahəsinin bir sotunun dəyəri 6000-8000 manat arasında dəyişir. Qarşı tərəf onlara kompensasiya ilə bağlı adekvat təklif etmirlər. iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı mübahisə yaranması barədə 2022-ci ildə məlumatları olmuşdur. Onlar iddiaçı tərəf olaraq cavabdeh cavabdeh2 tərəfindən zəbt edilmiş 4,4 sot torpaq sahəsinə görə 35200 manat, digər cavabdeh cavabdeh1 tərəfindən zəbt edilmiş 1,6 sot torpaq sahəsinə görə 12800 manat kompensasiya ödənilməsini tələb edirlər. Cavabdeh cavabdeh2 tərəfindən təklif edilmiş kompensasiya məbləği ilə razı deyildirlər və tərəflər arasında indiyədək razılıq əldə edilməmişdir.
4. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinin mütəxəssisi X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, torpaq sahəsinin sənədlər ilə və faktiki göstəricilər ilə ölçüləri üst-üstə düşür. Dürüstləşmə işlərindən sonra cavabdeh cavabdeh2 iddiaçı İddiaçı torpaq sahəsinə faktiki olaraq tam sahiblik edir. Iddiaçının mülkiyyətində 6 sot torpaq sahəsi vardır. Cavabdeh cavabdeh2 faktiki olaraq torpaq sahəsi çoxdur. Dürüstləşmə işlərindən sonra İddiaçı torpaq sahəsinin sənəd üzrə onun mülkiyyətində olan 6 sotundan 83 kv.m çıxdıqda qalan hissəsi cavabdeh2 tərəfindən zəbt edilmişdir. Artıq iddiaçının sənəd üzrə torpaq sahəsində dürüstləşmə işləri yekunlaşmışdır. Iddiaçının sənəd üzrə onun mülkiyyətində olan torpaq sahəsi ilə cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi 0,033 ha həcmində üst-üstə düşür.
6. xxxx Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında xxxx tərəfindən verilmiş Seriya RX, ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində 1613006684 qeydiyyat nömrəsi ilə ##.##.2013-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
7. xxxx Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında xxxx tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində 1619029532 qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə mülkiyyət hüququ üzrə cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır.
8. xxxx Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında xxxx tərəfindən verilmiş çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində 1620013696 qeydiyyat nömrəsi ilə ##.##.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır.
9. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubdan görünür ki, ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdeh cavabdeh2 faktiki istifadəsində olan (4 tərəfi daş hasar) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.033 ha təşkil edir.Lakin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında ************ reyestr nömrəli torpaq sahəsinin (necas baza məlumatlarına əsasən) sənəd üzrə yerləşməsi ilə cavabdeh cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst üstə düşən hissəsi 0.0438 ha təşkil edir və cavab cavabdeh2 faktiki istifadəsində olan tikili ilə tam üst-üstə düşür. ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan (4 tərəfi daş hasar) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0083 ha təşkil edir. Lakin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında ************ reyestr nömrəli torpaq sahəsinin (necas baza məlumatlarına əsasən) sənəd üzrə yerləşməsinin koordinatları ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan ( 4 tərəfi daş hasar) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0162 ha təşkil edir və cavabdeh cavabdeh1 faktiki istifadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, 3-21- *-**/*-*****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsinə yerli baxış zamanı iddiaçı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, yerölçmə işlərinin aparılması cavabdeh cavabdeh2 və cavabdeh1 faktiki istifadələrində olan torpaq sahələrində aparılmışdır. ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdeh cavabdeh2 faktiki istifadəsində olan (4 tərəfi daş hasar) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,033 ha təşkil edir. Lakin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli, *** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında ************ reyestr nömrəli torpaq sahəsinin, (necas baza məlumatlarına əsasən) sənəd üzrə yerləşməsi cavabdeh cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi və tikilisi ilə tam üst-üstə düşür. ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan (4 tərəfi daş hasar) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0083 ha təşkil edir. Lakin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli, *** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında ************ reyestr nömrəli torpaq sahəsinin (necas baza məlumatlarına əsasən) sənəd üzrə yerləşməsinin koordinatları ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan (4 tərəfi daş hasar) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0162 ha təşkil edir. Bundan əlavə qeyd olaraq bildirilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəkı fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında, uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016- cı il tarixli, *** nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmamışdır.
11. «xxxx» MMC-nin ## ###### 2025-ci il tarixli, *** №-li ekspert rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan dəyəri 31200 manat olaraq müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, 0,0438 ha torpaq sahəsinə görə kompensasiya olaraq 22776 manat pul vəsaitinin cavabdeh cavabdeh2, 0,0162 ha torpaq sahəsinə görə kompensasiya olaraq 8424 manat pul vəsaitinin cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməsi, qətnamənin, konpensasiya məbləğləri ödənildikdən sonra xxxx Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında xxxx tərəfindən verilmiş Seriya RX, ******* №-li çıxarışınla ##.##.2013-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0438 ha hissəsinin cavabdeh2 adına mülkiyyət hüququ, 0,0162 ha hissəsi cavabdeh1 adına mülkiyyət hüququ Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsində qeydiyyata alınması, İddiaçı adına olan ##.##.2013-cü il tarixli çıxarışın ləğv edilməsi üçün əsas hesab edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən ## ###### 2024-cü il tarixli, **/**** saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərcinin cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi, SAP (XIIS) hesabı-X6, kod-210005; VÖEN**********; müxbir hesab-AZ41NABZ01360100000000003944; SWIFT BIK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE00000000000002088501, «xxxx» MMC tərəfindən keçirilən ## ###### 2025-ci il tarixli, *** nömrəli əmtəəşünaslıq ekspertizasına görə 400 manat ekspertiza xərcinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 172.3, 172.4, 173.1, 173.2, 173.3 və 152.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnaməni qanunsuz, əsassız və Insan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına zidd hesab edir. Birinci instansiya məhkəməsi zərərin faktiki mövcudluğunu, onun miqdarını, hesablamanın metodikasını aydın və hüquqi cəhətdən əsaslandırmamışdır. Bu hal maddi hüquq normalarının yanlış tətbiqi hesab olunur. Məhkəmə tərəflərin əmlak vəziyyətini, hadisənin xarakterini və ağırlıq dərəcəsini, cavabdehin təqsirinn formasını nəzərə almadan, formal yanaşma ilə kompensasiya müəyyən etmişdir. Bu isə ədalət və hüquqi müəyyənlik prinsipinə ziddir. Birinci instansiya məhkəməsi ekspert rəyindəki ziddiyətləri aradan qaldırmamış, alternativ sübutları qiymətləndirməmiş, təkrar ekspertiza məsələsini müzakirə etməmişdir. Cavabdeh tərəfindən verilmiş vəsatət əsassız olaraq təmin edilməmiş, imtina motivləşdirilməmişdir, bu isə sübutetmə hüququnun,tərəflərin bərabərliyi prinsipinin pozulması deməkdir. Bu, prosessual hüquq pozuntusudur və kompensasiya hissəsinin ləğvini şərtləndirir. Kompensasiya hissəsində hesablamanın hüquqi mexanizmi, normativ istinadlar, fakt-nəticə əlaqəsi göstərilməmişdir. Bu səbəbdən qətnamə əsaslandırılmış hesab edilə bilməz. Göründüyü kimi cavabdehin tərəf olaraq məhkəmələr vasitəsilə hüquqları qorunmalı olduğuhalda məhkəmə müdafiəsindən səmərəli istifadə etmək imkanı pozulmuşdur. Birinci instansiya məhkəməsi mülkiyyət hüququnun məhdudlaşdırılmasına dair AIHM-in formalaşdırdığı “ədalətli balans” testini tətbiq etməmişdir. Cavabdeh torpaq sahəsini vicdanla, dövlət orqanlarının faktiki nəzarəti və ölçmə aparılması şəraitində istifadə etmiş, uzun illər ərzində hər hansı etirazla üzləşməmiş, torpaq üzərində yaşayış evi inşa etmiş və daimi yaşayış yeri kimi istifadə etmişdir. Buna baxmayaraq məhkəmə cavabdehin üzərinə ağır və real iqtisadi yük qoyaraq kompensasiya ödəmək öhdəliyi müəyyən etmiş, lakin bu yükün onun sosial və iqtisadi vəziyyətinə təsirini qiymətləndirməmişdir. Torpaq sahəsinin koordinatları 2016-cı il dürüstləşmə işlərindən sonra dəyişmiş, məhz dövlətin kadastr sistemindəki uyğunsuzluqlar mübahisəyə səbəb olmuşdur. Cavabdeh bu dəyişikliklərə nə təsir göstərə, nə də qarşısını ala bilmişdir. Bu halda csavabdehin kompensasiya ödəməyə məcbur edilməsi dövlətin öz inzibati səhvlərinin yükn vətəndaşın üzərinə qoyması deməkdir ki, bu da Konvensiya standartlarına ziddir. Məhkəmə cavabdehin gəlir imkanlarını, yaşayış yerini itirmə riskini, kompensasiya məbləğinin faktiki icra edilə bilməsini araşdırmamışdır. Bu isə Konvensiyanın * saylı Protokolunun maddəsi baxımından mütənasibliyin pozulmasıdır. Məhkəmə dövlət tərəfindən kompensasiya mexanizmləri kimi daha az müdaxilə yaradan vasitələri araşdırmadan ən sərt müdaxilə formasını seçmişdir. AIHM praktikasına görə, daha az zərərli vasitə mövcud olduğu halda, sərt tədbirin seçilməsi Konvensiyaya ziddir. Cavabdehin üzərinə onun real iqtisadi imkanları nəzərə alınmadan 22776 manat kompensasiya yükünün qoyulması “həddindən artıq yük” meyarına uyğundur. Cavabdehin təklif etdiyi 4500 manat/sot kompensasiya variantı ümumiyyətlə qiymətləndirilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Iddiaçının nümayəndəsi Kamran Adjalov apellyasiya şikayətinə etitaz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
20. Iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etitaz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
21. Iş üzrə cavabdeh cavabdeh1 və üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin * saylı Ərazi Idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh cavabdeh2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən qanunsuz zəbt edilərək həmin torpaq sahəsində yaşayış evi inşa edilmişdir. Iddiaçı zəbt edilmiş torpaq sahəsinin əvəzi olaraq ona kompensiya ödənilməsinə dair araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir /bax bənd 12/.
29. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. həmin torpaq sahəsinin 0,0438 ha hissəsi cavabdeh cavabdeh2 və 0,0162ha hissəsi isə cavabdeh1 faktiki istifadəsindədir. Cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrində cavbadehlərə məxsus fərdi yaşayış evi mövcuddur. Göstərilən bu xüsusat iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi, ekspert rəyi və tərəflərin iştirakı ilə mübahisə predmeti olan torpaq sahələrinə yerli baxış zamanı tam təstiq olunur.
30. Məhkəmə işin faktiki hallarına istinad edərək hesab etmişdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq səhəsi üzərində fərdi yaşayış evi əldə etdiyindən, torpaq mülkiyyətçisi isə buna dözməyə məcbur olduğundan inşaat aparılmış həmin torpaq sahəsi üzərində cavabdehlərə hüququn verilməsi, əvəzində isə ərazinin mülkiyyətçisinə kompensasiya ödənilməsini yolu ilə hazırki mübahisənin ədalətli həllinə nail olmaq olar və bu halda torpaq mülkiyyətçisinin ədalətli əvəz almaq imkanından məhrum edilməsinin heç bir ağlabatan səbəbi və qanuni əsası olmur.
31. ## ###### 2025-ci il tarixli, *** №-li ekspert rəyində İddiaçı məxsusu torpaq sahəsinin hər sotu 5200 manat qiymətləndirildiyindən, məhkəmə hesab etmişdir ki, 0,0438 ha torpaq sahəsinin əvəzində 22766 manat kompensasiya məbləği cavabdeh2, 0,0162 ha torpaq sahəsinin əvəzində isə 8424 manat kompensasiya məbləği cavabdeh1 alınaraq İddiaçı ödənilməli, konpensasiya məbləğləri ödənildikdən sonra 0,0438 ha torpaq sahəsinin cavabdeh2, 0,0162 ha torpaq sahəsinin isə cavabdeh1 adına xxxx Xidmətində mülkiyyət hüquqlarının rəsmi qeydə alınması, İddiaçı məxsus çıxarışın ləğv edilməsi üçün əsas sayılmalıdır ki, bu hal əvəz ödənilməsi qət edildikdən sonra torpağa dair mülkiyyət hüququnun əmələ gəlməsi və ləğvi məntiqi zərurətdən irəli gəlir.
32. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.
33. Şikayətin dəlillərindən görünür ki, apellyator kompensasiya məbləğini mübahisələndirmişdir.
34. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, məhkəmə iclasında da apellyator tərəf kompensasiya məbləği müəyyən edilərkən torpaq sahəsinin kateqoriyasının, yəni mübahisə predmeti olan ərazinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu, bu kateqoriyalı torpaq sahələri ilə yaşayış sahələri torpaqlarının dəyərinin fərqli olması ilə bağlı xüsusatların nəzərə alınmadığını bildirdi və məhkəmə kollegiyasından bu halların nəzərə alınmasını xahiş etdi.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və bu mövqeyi ilə bağlı aşağıdakıları göstərir:
37. Mülki iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsindəki araşdırma zamanı məhkəmə qərardadına əsasən əldə edilmiş mütəxəssis rəyinə əsasən Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan dəyəri 31200 manat olaraq müəyyən edilmişdir.
38. Apellyator həmin mütəxəssis rəyi ilə müəyyən edilmiş kompensasiya məbləğini mübahislənədirsə də göründüyü kimi etirazının dəlili olaraq müqaisəli tətqiqat üçün heç bir əsaslı, mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
39. Məhkəmə kollegiyası apellyator tərəfindən təqdim edilmiş ## ### 2026-cı il tarixli Arayışı isə mötəbər sübut kimi qəbul etmir. Belə ki, kollegiyanın qənaitincə həmin Arayış mütəxəssis rəyinə bərabər, əhəmiyyətli sübut kimi qiymətləndirilə bilməz.
40. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyinin mötəbərliyini təkzib edən heç bir sübut təqdim edilmədiyindən apellyatorun bu dəlili əsaslı hesab edilə bilməz.
41. Bundan başqa, məhkəmə kollegiyası mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qiymətləndirilməsi barədə dəlili də əsassız hesab edir.
42. Belə ki, məhkəmənin qənaətincə mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı kateqoriyalı torpaq sahələrinə aid olsa da göründüyü kimi həmin torpaq sahəsi faktiki olaraq yaşayış təyinatlı torpaqlar kimi istifadə olunur və bu ərazidə fərdi yaşayış evləri inşa edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirmənin yaşayış təyinatlı torpaqlara uyğun aparılması işin faktiki hallarına uyğundur.
43. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.