Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-492/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X1 cavabdeh Cavabdeh MTK-nə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X14 və X15 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı X12, İddiaçının nümayəndəsi Nümayəndə, Maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı X1 cavabdeh Cavabdeh MTK-nə qarşı "müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı X1 cavabdeh «xxxx» MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MTK ilə bağlanmış ## ###### 2019-cu il tarixli *** saylı mənzil tikintisi haqqında müqavilə üzrə öhdəliklərinin icra edilməsi vəzifəsinin cavabdeh “xxxx” MTK-ya həvalə edilməsi və həmin müqavilə üzrə dəyəri ödənilmiş mənzilin iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun vəfat etmiş həyat yoldaşı X5 ilə “xxxx” MMC arasında bağlanmış ## ###### 2006-cı il tarixli *** saylı müqavilənin 1.1- ci bəndinə əsasən “xxxx” MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən 12 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan 2-ci blok ** saylı 2 otaqlı mənzili, ## ###### 2007-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən isə həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan 2-ci blok ** saylı 2 otaqlı mənzili X5 təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin “xxxx” MMC qeyd olunan hər iki müqavilə üzrə öhdəliklərini icra etməyərək mənzilləri təqdim etməmişdir. Bundan sonra, “xxxx” MMCnin varisi «xxxx» MTK ilə bağlanmış ## #### 2016-cı il tarixli *** saylı müqavilənin 1.1-ci bəndinə əsasən «xxxx» MTK Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə ünvan 4 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan ** saylı 2 otaqlı mənzili, ## #### 2016-cı il tarixli *** saylı müqavilənin 1.1-ci bəndinə əsasən isə həmin ünvanda yerləşən 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 8ci mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan ** saylı 2 otaqlı mənzili iddiaçının oğlu X3 təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin «xxxx» MTK qeyd olunan hər iki müqavilə üzrə öhdəliklərini icra etməyərək mənzilləri təqdim etməmişdir. Bundan sonra «xxxx» MTK ilə bağlanmış ## ###### 2019-cu il tarixli *** saylı mənzil tikintisi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən «xxxx» MTK Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 6-cı mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan 2 otaqlı ** saylı mənzili X5 təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzilin dəyəri 32320 manat pul cavabdeh «xxxx» MTK-ya ödənilmişdir. Bu, ##.##.2019-cu il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Lakin «xxxx» MTK ilə qeyd olunan müqavilə üzrə də öhdəliklərini icra etməyərək mənzili təqdim etməmişdir. Göründüyü kimi, artıq 15 ildən artıqdır ki, qarşı tərəf öz öhdəliklərini icra etməkdən yayınır. Onun həyat yoldaşı olmuş X5 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətindədir. Odur ki, onun həyat yoldaşı vəfat etsə də, mənzil onların birgə pul vəsaiti hesabına alınmış və müqavilə üzrə qarşı tərəf öhdəliklərini icra edərək mənzili təqdim etsə idi, o, həmin əmlakın ümumi mülkiyyətçisi olacaqdı. Odur ki, mülkiyyət hüquqlarına toxunduğu üçün o, qarşı tərəfdən müqavilə üzrə öhdəliklərinin icrasını tələb etmək hüququna malikdir. Göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İcraçı xxxx MMC ilə payçı X3 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixlli *** saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
5. İcraçı xxxx MMC ilə payçı X5 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixlli *** saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
6. İcraçı xxxx MTK ilə payçı X3 arasında bağlanmış ##.##.2016-cı il tarixli *** saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixlli *** saylı sərəncamı ilə ünvan 2 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 8- ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
7. İcraçı xxxx MTK ilə payçı X5 arasında bağlanmış ##.##.2016-cı il tarixli *** saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixlli *** saylı sərəncamı ilə ünvan 2 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 6- cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
8. İcraçı xxxx MTK ilə payçı X5 arasında bağlanmış ##.##.2019-cu il tarixli *** saylı mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2006cı il tarixlli *** saylı sərəncamı ilə ünvan 2 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
9. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 430 manat təşkil edir. Sahəsi 75.1 kv.m mənzil üçün cəmi 32320 manat ödənilməlidir.
10. Müqavilələrin 1.3-cü bəndinə əsasən, xxxx MMC («xxxx» MTK) ilə əvvəllər bağlanmış müqavilələrdə mənzillərin nömrələri hər blokda olan qeyri-yaşayış sahəsi yerləşən mərtəbədən sonrakı mərtəbədə ardıcıl olaraq soldan sağa sayılmaqla qeyd edilmişdir. Hazırki müqavilədə yaşayış binasının l-lll blokun 1-ci mərtəbəsi, IV-V blokda isə 1-ci və 2-ci mərtəbəsi qeyri-yaşayış sahəsi nəzərdə tutulmuşdur. Yeni qayda ilə müqavilədə mərtəbələrin say ardıcıllığı 1-ci mərtəbədən başlayaraq hesablanılır. İ-III blokda mənzillərin nömrələri saxlanılmaqla bir mərtəbə yuxarı qeyd olunmuşdur. IV blokda mənzillərin yerləşdiyi mərtəbələri 2 mərtəbə yuxarı-3-cü mərtəbədən, mənzillərin nömrələri isə hər mərtəbədə 4 ədəd mənzil olduğunu nəzərə alaraq 4 say azalmaqla (5 № - 1 №-yə, 6 № - 2 №-yə və s.), V blokda mənzillərin yerləşdiyi mərtəbələri 2 mərtəbə yuxarı 3-cü mərtəbədən, mənzillərin nömrələri isə hər mərtəbədə 8 ədəd mənzil olduğunu nəzərə alaraq 8 say ( 9 № - 1 №, 10 № - 2 № və s.) azalmaqla qeyd olunmuşdur.
11. xxxx MTK-nın ##.##.2019-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xxxx MTK-ya məxsus olan ünvan 3 ünvanda inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binası “xxxx” MMC-nin hüquqi varisi «xxxx» Mənzil Tikinti Kooperativinə məxsusdur. Bu binanın 2 blok, 6 mərtəbə, ümumi sahəsi 75.01 kvadrat metr olan, 2 otaqlı, ** saylı mənzilin dəyəri payçı X5 tərəfindən 32320 manat olmaqla ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur.
12. Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş ##.##.2019-cu il tarixli AR-İ № ****** saylı etibarnamədən görünür ki, X5 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X1 ##.##.2024-cü il tarixədək etibar etmiş, etibarnamə 7E- 17809 reyetr nömrəsi ilə informasiya sisteminə daxil edilmişdir.
13. İmişli Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında ** nömrəli ölüm akt qeydi tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
14. Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, ##.##.2019-cu il tarixli *** saylı mənzil tikintisi haqqında müqavilə öhdəliklərinə əsasən ünvan 6 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan izolə olunmuş iki otaqdan ibarət ** saylı mənzilin iddiaçı X1 təhvil verilməsinin cavabdeh xxxx Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1151.1, 1159.1, 113.3, 6.1.5, 152.1, 152-3, 157.2, 157.4, 157.8, 385.1, 389.1, 399.1, 442, 448.1, 567, 405.1 və 178.8-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2020-ci il tarixili Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2010-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 124.1, 14.2, 217.3, 217.4, 4, 7, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
16. Maraqlarına toxunan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddaçı X1 cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qarşı Abşeron Rayon Məhkəməsində mənzildən çixarılma tələbinə dair iddia qaldırmışdır. İş materialları ilə tanış olan zaman məlum olmuşdur ki, iddaçı X1 Rayon Məhkəməsində cavabdeh “xxxx” MTK-ya qarşı iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən onun xəbəri olmamış və qətnamə onun hüqüqlarını kobud sürətdə pozduğundan, həmin qətnamədən maraqlı şəxs qismində məhkəməyə müraciət edir. Belə ki, Cavabdeh MTK ilə aralarında bağlanmış ## #### 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 5 saylı ünvanda inşa olunan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 15 mərtəbəli yaşayış evinin 5-ci mərtəbə, blok 2, ** saylı mənzilini tam dəyərini ödəyərək almışdır. Bununla bağlı maliyyə arayışı da vardır. Belə ki, ilkin olaraq mənzil müqavilə ilə başqa şəxsə satılmışdır. Lakin həmin şəxs mənzilin dəyərini tam ödəmədiyindən, həmin şəxsə ödədiyi pul müqabilində başqa mənzil verilmişdir. Tərəfindən isə mənzilin dəyəri tam şəkildə ödənildiyindən hələ istintaq zamanı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi X6 göstərişi ilə mənzil ona qaytarılmışdır. Bundan sonra təmir işlərinə başlamış, mənzili sıfırdan təmir etdirmişdir. Qeyd etmək istəyir ki, o, mənzili alan zaman mənzil tam təmirsiz, qapısız, hətta pəncərəsiz olmuşdur. Mənzilə giriş qapısı qoymuş və içəridə təmir işlərini görüb yekunlaşdırmış və hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Göründüyü kimi hazırda o, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh ilə bağladığı müqavilə üzrə ödədiyi pulun müqabilində aldığı mənzildə yaşayır və həmin mənzil onun tam sahibliyində və istifadəsindədir. Hazırkı vəziyyətdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 15 mərtəbəli yaşayış evinin 5-ci mərtəbə, blok 2, ** saylı mənzil Cavabdeh MTK adından Baş Pşrokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin göstərişi ilə ona təhvil vermişdir. Nəticə etibarı ilə mənzillə bağlı hər hansı mübahisə olmamaqla, maneəsiz və şəksiz idarə edilməklə mənzil onun qanuni istifadə və sahibliyindədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi ənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. O, iddiaçını tanımır və onu həmin yaşadığı mənzilin ətrafında, nə də binanın həyətində belə görməmişdir. Onunla Cavabdeh MTK şirkət arasında olan müqavilə ## #### 2016-ci ildə bağlanmışdır. Lakin iddiaçın mərhum arvadı ilə müqavilə ## ###### 2019-cu il tarixdə imzalanmışdır. Mənzildə o, artıq 10 ilə yaxındır yaşayır. İddiaçının əziyyətlə təmir edib yaşadığı mənzildən onu çıxarması tamamilə qanunsuzdur. Binanın təmirində, liftin təmirində belə ödənişləri özü etmişdir. İndiyənədək komunallar tərəfindən ödənilir. Bu bir daha göstərir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi maraqlarına toxunmaqla qanunsuz və əsassız olaraq çıxarılmışdır. Qətnamə maraqlarına toxunmaqla mülkiyyət hüquqları kobud şəkildə pozmuşdur. Bu baxımdan qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi işə baxan məhkəmə iddiaçıların öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılıq prinsipi daxilində öhdəliklərini yerinə yetirmədiyini, əsassız olaraq iddia qaldıraraq vicdanlılıq prinsiplərini heçə saymışlar. Bu halı isə məhkəmə nəzərə almadan qətnamə çıxarmışdır. Hesab edir ki, apellayasiya şikayəti qanuni və əsaslıdır, buna görə də təmin olunmalıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. İddiaçı X12 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
21. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
22. İş üzrə cavabdeh və üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi maraqlarına toxunan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X1 cavabdeh «xxxx» MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MTK ilə bağlanmış ## ###### 2019-cu il tarixli *** saylı mənzil tikintisi haqqında müqavilə üzrə öhdəliklərinin icra edilməsi vəzifəsinin cavabdeh “xxxx” MTK-ya həvalə edilməsi və həmin müqavilə üzrə dəyəri ödənilmiş mənzilin iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir /bax bənd 14/.
30. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı X1 mərhum həyat yoldaşı X5 və iddiaçının oğlu X3 müxtəlif vaxtlarda xxxx MMC ilə mənzilin alqı-satqısına dair müqavilələr bağlamışlar. Belə ki, məhkəmə mülki iş materiallarına əlavə olunmuş mənzillərə dair bağlanmış müqavilələri sistemləşdirərək qeyd etmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə ünvanında yerləşən yaşayış binasında yerləşən 2-ci blok 2 otaqlı ** saylı mənzilə dair X3-E MMC ilə ##.##.2006-cı il tarixdə, həmin müqaviləyə uyğun olaraq isə X5- 2016 MTK ilə ##.##.2019-cu il tarixdə *** saylı müqavilə, 2-ci blok 2 otaqlı ** saylı mənzilə dair X5-E MMC ilə ##.##.2006-cı il tarixdə, həmin müqaviləyə uyğun olaraq isə xxxx MTK ilə ##.##.2016-cı il tarixdə *** saylı müqavilə, 2-ci blok 2 otaqlı ** saylı mənzilə dair HayanE MMC ilə ##.##.2006-cı il tarixdə, həmin müqaviləyə uyğun olaraq isə X3-2016 MTK ilə ##.##.2016cı il tarixdı *** saylı müqavilə bağlamışdır ki, sözügedən müqavilələr sırasında ##.##.2019-cu il tarixli *** saylı müqavilə əsasında alınmış mənzilin təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 2 blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan 2 otaqlı ** saylı mənzilə dair ilkin olaraq X3 ilə ##.##.2006-cı il tarixdə, həmin müqaviləyə uyğun olaraq isə X5 ilə ##.##.2019-cu il tarixdə *** saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə alınmış mənzilin dəyəri olaraq 32320 manat müəyyən edilmiş, mənzilin dəyəri icraçı tərəfindən ödənilmişdir. Mənzilin alıcısı X5 ##.##.2020-ci il tarixdə vəfat etmiş və bu barədə İmişli Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ##.##.2020-ci il tarixli AZII № ****** saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, birinci dərəcəli bərabər pay hüquqlu vərəsə olmaq hüququna malik olan şəxslərin konkret siyahısı müəyyən edildiyindən, hazırki iş üzrə mərhumun həyat yoldaşı kimi X1 çıxış etdiyindən, X1 mərhum X5 xxxx MTK ilə bağladığı müqavilə əsasında alınmış mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır.
31. Belə ki, mülki iş materiallarına əlavə olunmuş icraçı xxxx MTK ilə payçı X5 arasında bağlanmış ##.##.2019-cu il tarixli *** saylı müqaviləyə əsasən icraçı Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 2-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan izolə olunmuş iki otaqdan ibarət ** saylı mənzili payçıya vermiş, payçı müqavilə üzrə müəyyən edilmiş mənzilin dəyəri kimi 32320 manat pul vəsaitini ödəmiş, qeyd olunan mənzilin dəyərinin payçı tərəfindən ödənilməsi və MTK-ya hər hansı bir borcunun olmaması MTK tərəfindən verilmiş maliyyə arayışı ilə də təsdiq edilmişdir. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək mənzilin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzilin payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də, hazırda, mərhum payçı X5 birinci dərəcəli hüquqi varisi iddiaçı X1 ##.##.2019cu il tarixli *** saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin mənzilin təqdim edilməklə müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
32. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdehin öhdəliyinə əməl etməməsi, mənzili iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir.
33. Ona görə də məhkəmə mülki iş materiallarını dəyərləndirib belə qənaətə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, ##.##.2019-cu il tarixli *** saylı mənzil tikintisi haqqında müqavilə öhdəliklərinə əsasən ünvan 2 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan izolə olunmuş iki otaqdan ibarət ** saylı mənzil iddiaçıya təhvil verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
34. Maraqlarına toxunan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətanmə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
36. Kollegiya həmçinin qeyd edir ki, Elektron Məhkəmə İnfomasiya sistemində yerləşdirilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən görünür ki, "xxxx” MTK-nın sədri X7 və mühasib vəzifəsində vəzifəsində işləmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır.
37. Həmin hökmdən görünür ki, X7 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, ümumi sahəsi 75.1 m2 ölçüdə olan, 2 otaqlı ** nömrəli mənzilin ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "xxxx” MMC-nin direktoru X10 tərəfindən X1 bildiyi halda, həmin mənzili ona müraciət etmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ##.##.2020-ci il tarixli müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə satılmasını rəsmiləşdirməklə ondan 7.519 manat məbləğində pul almış, vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir.
38. Göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qeyd olunan cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınmaqla qeyd olunan ittihamda mübahisə predmeti olan mənzilin X1 məxsus olduğu halda dələduzluq yolu ilə, sənədlər saxtalaşdırılaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satıldığı göstərilmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlar iddiaçı Çingiz Aslanovun mənzilin qanuni sahibi olması, bu baxımdan apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verir.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisə üzrə maraqlarına toxunan şəxsn Ədalət Müsayevin ona dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olduğu izah ediləlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Maraqlarına toxunan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.