Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-570/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi vəkil vəkil3, cavabdehin, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “etibarnamənin, alqı-satqı müqaviləsinin ləğv edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi və hüquqların dövlət reyestrində qeydiyyatın çıxarılması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 11 fevral ***6-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Quba Rayon Məhkəməsinin *-***/**** saylı, ## ##### 2007-ci il tarixli qətnaməsinə əsasən, ünvan 1ndəki 2 mərtəbəli 4 otaqlı yaşayış otağndan ibarət ümumi sahəsi 283, kv.metr, o cümlədən yaşayış sahəsi 82,5 kv.metr, 0,14 ha həyətyanı torpaq sahəsi olan X20 adına qeyd olunmuş yaşayış evinin və torpaq sahəsinin ½ hissəsinə X21, ½ hissəsinə isə X17 mülkiyyət hüququ müəyən edilmişdir.
2. ##.##.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2001-ci il tarixdə ölmüş X10 vərəsəsi Cavabdeh, İddiaçı Seydibala oğlu, ünvan 1ndəki miras əmlakdan ½ hissədə pay almalıdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.***4-cü il tarixli, *-**-*-**/*-***/**** saylı məktubundan görünür ki, İddiaçı ilə X13 arasında bağlanmış ## ###### 2008-ci il tarixli bağışlanma müqaviləsinə əsasən əldə edilmiş fərdi yaşayış evinə verilmiş 303013004148-***** reyestr nömrəli çıxarış Quba rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ləğv edilmiş və İddiaçı qaytarılmış hüquqları yenidən bərpa edilmişdir. İddiaçı fərdi yaşayış evini ##.##.2019-cu il tarixli, 4ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və hüquqları dövlət qeydiyyatına alınmışdır.
4. Bakı şəhəri, ** saylı Notariat ofisində rəsmiləşdirilmiş ## ##### 2019-cu il tarixli, 7E-**** reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ünvan 1ndə yerləşən 0,14 ha torpaq sahəsində və onun üzərində yerləşən 276,9 kv.m fərdi yaşayış evinə və ünvan 1ndə yerləşən 0,516 ha torpaq sahəsi ilə əlaqədar Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında adından sənədləşmə işləri aparmağı, Notariat ofisində adına olan alqı-satqı müqaviləsini imzalamağı, ərizədə imza etməyi, vərəsəliyi qəbul etməyi, imtina etməyi, vərəsəlik haqqında şəhadətnaməni almağı və digər sənədləri almağı, imzalamağı, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq rayon Ərazi İdarəsinə sənədləri təqdim etməyi, reyestrdən çıxarış almağı, texniki pasport almağı, 1 və * nömrəli arayışları almağı, sənədləşdirmə işlərini aparmağı, müvafiq sənədləri və yüklülüyün olub olmamasına dair arayış almağı, üzərində sərəncam verməyi, özəlləşdirməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, əvəzindən imza etməyi və bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir.
5. Daşınmaz Əmlakın ##.##.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən ümumi sahəsi 276,9 kv/m, yaşayış sahəsi 80,7 kv/m, yardımçı sahəsi 196,2 kv/m olan 4 otaqlı fərdi yaşayış evi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən baş etibarnamə əsasında Cavabdeh Kəmaləddin qızına satılmışdır. Tərəflər: Alıcı Cavabdeh 2000 manat məbləği, 3000 manat məbləği İddiaçı nəğd ödəməyə, qalan 40000 manat məbləğ isə ##.##.2019-cu il tarixinədək hissə-hissə nağd və ya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürməyi razılaşdılar.
6. X19 Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemində Çıxarışdan görünür ki, İddiaçı ilə X2 nikahı ##.##.2006-cı il tarixdə qeyd edilmişdir.
7. Quba rayon İcra Hakimiyyəti Başçısının Zərdabi Qəsəbə İƏD üzrə nümayəndəsinin ## #### 2019-cu il tarixli, 406 № li arayışından görünür ki, X21 Quba rayon Barlı qəsəbəsində seriya RX *******, qeydiyyat № **********, reyestr № ************-***** olan ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyatı haqqında DƏDR-dan çıxarışdan edilmiş ümumi sahəsi 276,9 m2 olan fərdi yaşayış evi vardır. Həmin evdə özü – İddiaçı Seydibala oğlu və arvadı X6 yaşayırlar.
8. Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, qeydiyyat nömrəsi 2818006524 olan ##.##.2018-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 0,14 ha torpaq sahəsi üzərində yerləşən Quba rayon, Barlı kəndində yerləşən fərdi yaşayış evi İddiaçı Seydibala oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, adından iş üzrə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına verilmiş ##.##.2019-cu il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində rəsmiləşdirilmiş *E-**** nömrəli etibarnamə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə Cavabdeh arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ünvan 1 ünvanında 0.14 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m, yaşayış sahəsi, 80,7 kv.m, yardımçı sahəsi 196,2 kv.m olan dörd otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və hüquqi nəticələrinin (Cavabdeh adına işlənmiş mülkiyyət sənədlərinin, çıxarış, texniki pasport və s.) ləğv edilməsi, həmin mülklə bağlı cavabdeh Cavabdeh Dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 0.14 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m., yaşayış sahəsi 80,7 kv.m., yardımçı sahəsi 196,2 kv.m. olan dörd otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Özü 1929-cu il təvəllüdlü olmaqla 96 yaşı var. Yaşının çoxluğu ilə əlaqədar demək olar ki, eşitmir, kimsə yanında olmalıdır ki, deyilən sözü qulağına qışqırsın ki, eşitsin. İki oğlu və bir qızı var. 2008-ci ildə qərara gəlmişdir ki, evini oğlu Vidadiyə bağışlasın və evini ona bağışlamışdır. Sonradan cavabdeh olan qızı Cavabdeh və onun əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 dəfələrlə ona təzyiq etdilər ki, Vidadi xaricdə yaşadığına görə vəziyyətdən sui-istifadə edib evi satacaq, onu küçələrə atacaq. Bu məqsədlə adından bağışlama müqaviləsinin ləğv olunması üçün məhkəməyə ərizə hazırladılar və məhkəmə bağışlamanı ləğv etdi. Bu yaxınlarda xaricdə yaşayan oğlu X13 evinə gələndən sonra ona bildirdi ki, iş üzrə cavabdeh qızı Cavabdeh ona evinə gəlməməyi, evin artıq ona məxsus olduğunu demişdir. Ondan evi Cavabdeh adına keçirib keçirmədiyini soruşdu. O, da evi heç kimin adına keçirmədiyini, evin öz adına olduğunu bildirdi. Bundan sonra Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisinə getmişlər, məlum oldu ki, Bakı şəhəri ** saylı Notariat Ofisində onunla cavabdeh Cavabdeh arasında ##.##.2019-cu il tarixdə ünvan 2 ünvanında 0.14 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m., yaşayış sahəsi 80,7 kv.m., yardımçı sahəsi 10,2 kv.m. olan dörd otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Onun adından isə Bakı şəhəri ** saylı Notariat Ofisində tərtib edilmiş ##.##.2019-cu il tarixli etibarnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müqaviləni imzalamışdır. O, heç vaxtı Bakı şəhəri ** saylı Notariat Ofisində olmamış, onun harada yerləşməsini belə bilmir. Adından çıxış etmək üçün ##.##.2019-cu il tarixli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına etibarnamə verməmişdir. Onun ümumiyyətlə evini satmaq niyyəti olmamış, belə bir niyyəti hazırda da yoxdur. Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisindən əldə etdiyi “Elektron notariat” AİS çıxarışdan görünür ki, güya ##.##.2019-cu il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində evini satmaq məqsədilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 etibarnamə vermiş və güya həmin şəxs evi öz arvadı olan cavabdeh Cavabdeh 45000 manata satmışdır. Halbukı o heç kimə, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 evini satmaq üçün heç bir səlahiyyət verməmiş, evin satışından güya əldə etdiyi 45000 manat pulu almamışdır. Əksinə son vaxtlara qədər Cavabdeh və onun əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ondan pul alıblar və onların ona 18000 manat pul borcu yaranıb. Bütün göstərilənlər cavabdeh və onun əri tərəfindən əmlakını ələ keçirmək üçün düzülüb qoşulmuşdur. Onun evini satmaq niyyəti olsaydı, elə onu yaxınlıqda yerləşən Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisində də edə bilərdi. Qeyd etdiyi kimi evinin satılmasını oğlu Vidadi kəndə gələndən sonra bilmişdir. Həmin etibarnamə sənədini ona xəstəlik sənədi kimi imzalatdırıblar. Onu ahıl yaşlı olduğundan sui-istifadə edib aldadıblar. Belə ki, o evi qızına vermək istəsəydi bağışlanma müqaviləsi əsasında verərdi, onun yoldaşı etibarnamə verib satmazdır. Göründüyü kimi bu çox absurd və qurma alqı-satqı olduğu hər halından bəllidir. Onun öz evini satmaq niyyəti olmamış, yoxdur, adından bağlanmış müqavilə onun iradə ifadəsini əks etdirmir. Ona görə də adından iş üzrə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına verilmiş ##.##.2019- cu il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində rəsmiləşdirilmiş *E-**** nömrəli etibarnamə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə Cavabdeh Kəmaləddin qızı arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ünvan 1 ünvanında 0.14 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m, yaşayış sahəsi, 80,7 kv.m, yardımçı sahəsi 196,2 kv.m olan dörd otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
11. İddiaçı İddiaçı nümayəndəsi vəkil3 iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı adından iş üzrə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına verilmiş ##.##.2019-cu il tarixdə Bakı şəhəri, ** saylı Notariat ofisində rəsmiləşdirilmiş 7 E-**** nömərli etibarnamənin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə Cavabdeh arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış 0,14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair ##.##.2019cu il tarixli alqı-satqı müqaviləsinin və ona uyğun yaranmış hüquqi nəticələrinin (Cavabdeh adına işlənmiş mülkiyyət sənədlərinin, çıxarış, pasport və.s) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Quba Rayon Məhkəməsinin 11 fevral ***6-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, ** saylı Notariat ofisində bağlanmış 0,14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair ##.##.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticəsi olan ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 303013004148-***** reyestr nömrəli Çıxarışın ləğv edilməsi və həmin əmlak üzərində əvvəlki mülkiyyətçi X20 hüquqlarının bərpa edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Nigar Xəlilova).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### ***1-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### ***2-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şahverdiyevanın şikayəti üzrə ## #### 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. MMin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə ## #### 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir (T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### ***0-ci il tarixli Qərarı). N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### ***1-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### ***1-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 346.1-ci maddəsi fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. ...anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. ...Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Seydibala oğlu tərəfindən ##.##.2019-cu il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ünvan 1ndə yerləşən 0,14 ha torpaq sahəsi üzərində yerləşən 276,9 kv.metr yaşayış evinə dair sənədləşmə işlərində köməklik göstərməsi məqsədilə etibarnamə verilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçı İddiaçı razılığı olmadan ona verilmiş etibarnamədən istifadə edərək sözügedən fərdi yaşayış evini ## ##### 2019-cu il tarixdə Bakı şəhəri, ** saylı Notariat ofisində təsdiq edilmiş AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında arvadı Cavabdeh satmışdır. İddiaçı tərəf cavabdehə etibarnamə versə də, nəticə etibarı ilə etibar edən şəxsin əleyhinə, onun iradəsindən kənar şəkildə hərəkət edilməsinə yol verilməməlidir. İşin hallarından görünür ki, ##.##.2019-cu il tarixdə (bir il müddətinə ##.##.***0-ci il tarixədək) X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Həsən oğluna etibarnamə vermişdir. 3 gün sonra yəni ##.##.2019-cu il tarixdə X12 adından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Həsən oğlu öz həyat yoldaşı ilə alqı-satqı müqaviləsi bağlamışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, yəni cavabdeh Cavabdeh Kəmaləddin qızının həyat yoldaşı iddiaçıya məxsus əmlakı əldə etmək üçün öz adına verilmiş etibarnamədən istifadə edərək öz həyat yoldaşı ilə alqı-satqı müqaviləsi bağlamışdır. Məhkəmə iclasında iddiaçının artıq bir dəfə bağışlama müqaviləsini ləğv etdirdiyi üçün əmlakı əldə etməyin “alqı-satqı” yolunu seçdiyini bildirmişdir. Digər tərəfdən məlumdur ki, alqı-satqı müqaviləsi əvəzli müqavilədir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırkı münasibətlər üzrə alıcı qismində cavabeh olan Cavabdeh Kəmaləddin qızı, satıcı qismində isə X20 (etibarnaməyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Həsən oğlu) çıxış etdiyindən əmlakın qiyməti cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz hallarından biri kimi müəyyən edilmişdir ki, iddiaçı X12 hər hansı ödəniş edilməmişdir. Ödənişi, notariusun depozit hesabına lazım olan məbləği mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Həsən oğlu alqı-satqını reallaşdıra bilmək üçün özü qoymuş (yəni satıcı tərəf) və müqavilə bağlandıqdan dərhal sonra özü həmin pul vəsaitini bankdan çıxarmışdır. Bununla bağlı mübahisə olmamış və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Həsən oğlu tərəfindən etiraf edilmişdir. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, məhkəmə yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Yəni alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. Əlavə olunmalıdır ki, etibarsız əqdlərlə bağlı restitusiya yalnız tərəflərin əqd üzrə birbirilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər, lakin iddiaçı hər hansı vəsait əldə etmədiyindən restitusiya da tətbiq edilmir. İşin bütün hallarından aydın olur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ona verilən etibarnamə ilə sanki özü üçün müqavilə bağlamışdır. Belə ki, o, cavabdeh Cavabdeh ilə birgə rəsmi nigah bağlamışdır və aydındır ki, qanunvericiliyin tələblərinə əsasən birgə nigah dövründə əldə edilmiş əmlak onların birgə mülkiyyəti hesab olunur. Yəni bu münasibətin tətbiq edilməsi ilə o həmin əmlak üzərində pay hüququna malik olurdu. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, cavabdehin qeyd olunan əmlaka qanunsuz əsaslarla sahib çıxması məhkəmə iclasında yetərli sübutlarla öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, Bakı şəhəri, ** saylı Notariat ofisində bağlanmış ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsızdır. Müvafiq olaraq həmin müqavilə əsasında verilmiş çıxarış da qanunsuz və əsassızdır. Digər tərəfdən etibarnamənin verilməsinin idiaçının iradəsi əleyhinə olduğunu sübüt edən hər hansı fakt aşkar edilməmişdir. Ona görə də bu hissədə tələb təmin edilməməlidir. Lakin işin bütün hallarından məlum olur ki, etibarnamədən iddiaçının iradəsinə zidd şəkildə istifadə edilmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 357, 362.1, 567, 568.1, 598.1, 646.1, 646.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin dəlilləri
15. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 16.Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etməsinə baxmayaraq, məhkəmə qətnaməsi ilə mübahisəli ünvan 1ndəki 2 mərtəbəli, 4 otaqlı yaşayış otağından ibarət, ümumi sahəsi 283 kv.m, o cümlədən yaşayış sahəsi 82,5 kv.m, 0,14 ha həyətyanı torpaq sahəsi olan, X20 adına qeyd olunmuş yaşayış evinin və torpaq sahəsinin ½ hissəsinə X20, ½ hissəsinə isə X17 mülkiyyət hüququ müəyyən edilmiş olmasına hər hansı hüquqi qiymət verməmişdir.Eynilə, birinci instansiya məhkəməsi ##.##.2019cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ##.##.2001-ci il tarixdə ölmüş X10 vərəsəsi Cavabdeh Kəmaləddin qızının və X20 mübahisəli ünvan 1ndəki miras əmlakdan ½ hissədə pay almalı olduqlarını da müəyyən etdiyi halda, həmin hala da hər hansı hüquqi qiymət verməmişdir.Bu iki halın müəyyən edilməsi ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi həyətyanı torpaq sahəsi ilə birlikdə hələ 2007-ci ildən iddiaçı ilə cavabdehin ümumi paylı mülkiyyətində olmuşdur. Həmçinin müəyyən olunur ki, cavabdehin ##.##.2019-cu ildə həmin fərdi yaşayış evinin ##.##.2001-ci il tarixdə ölmüş X10 mülkiyyətində olmuş hissəsinin ½ hissəsinə də pay hüququ yaranmışdır.Lakin bu hallarla bərabər, mülki işdən görünür ki, Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə X20 ilə X14 arasında bağlanmış ##.##.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən fərdi yaşayış evinə verilmiş 303013004148-***** reyestr nömrəli çıxarış ləğv edilmiş və X20 hüquqları yenidən bərpa edilmişdir.Birinci instansiya məhkəməsi bir-biri ilə ziddiyyət yaradan bu halları araşdırmamış, qəbul etdiyi qətnaməsində onları müzakirə etməmiş, onlara hər hansı hüquqi qiymət verməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.Əgər 2007-ci ildən iddiaçı ilə cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində ½ hissədə mülkiyyət hüquqları məhkəmə tərəfindən tanınmışdırsa, habelə əlavə olaraq iddiaçı ilə cavabdehin hər birinin ##.##.2019-cu ildə həmin fərdi yaşayış evinin ##.##.2001-ci il tarixdə ölmüş X10 mülkiyyətində olmuş hissəsinin ½ hissəsinə də pay hüququ yaranmışdırsa, iddiaçının həmin fərdi yaşayış evini ##.##.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu X14 necə bağışlaması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.Eynilə, belə bir vəziyyətdə iddiaçının etibarnamə üzrə nümayəndəsi vasitəsilə eyni fərdi yaşayış evini bütünlüklə üçüncü şəxsə necə satması da aydınlaşdırılmamışdır. Həmçinin yuxarıda istinad olunan qətnamə və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evinin ½ hissəsindən çoxu cavabdehin xüsusi mülkiyyətində olmalı və məhz onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olmalı olduğu halda, bütün əmlaka iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində hansı əsasla qeydiyyata alınması da məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.Bu hallar işə birinci instansiya qaydasında baxmış məhkəmənin araşdırmalı olduğu mühüm hallar, həmin hallarla bağlı toplanmış sübutlara verilməli olan hüquqi qiymət isə məhkəmənin verməli olduğu mühüm hüquqi qiymət olmuşdur. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə həmin halları sadəcə sadalamaqla kifayətlənmiş, həmin halları müzakirə etməmiş və hər hansı hüquqi qiymət də verməmişdir.Birinci instansiya məhkəməsi X20 tərəfindən Bakı şəhəri ** saylı Notariat Ofisində ##.##.2019-cu il tarixdə X8 verilmiş 7E-**** reyestr nömrəli etibarnamənin etibarnamə verilərkən iddiaçının iradəsi əleyhinə verildiyini sübut edən hər hansı fakt aşkar edilmədiyi səbəbindən iddianı həmin hissədə təmin etməmişdir.X3 həmin etibarnamə əsasında X20 adından Cavabdeh Kəmaləddin qızı ilə bağladığı ##.##.2019-cu il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsini, müqavilə bağlanarkən alqı-satqı predmeti olan fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə görə ödənilməli olan 45 000 manat pulun etibarnamə üzrə nümayəndə X8 tərəfindən notariusun depozit hesabına qoyulub, müqavilə bağlandıqdan sonra özü tərəfindən götürüldüyü, həmin vəsaitin satıcı olan iddiaçıya ödənilmədiyi, X8 ona verilmiş etibarnamədən istifadə edərək fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsini arvadı ilə bağlaması və son nəticədə fərdi yaşayış evi üzərində özünün də pay hüququna malik olması ilə əsaslandıraraq etibarsız hesab etməsi qanunsuz və əsassız olmuşdur.Belə ki, birinci instansiya məhkəməsinin etibarlı hesab etdiyi etibarnamə üzrə iddiaçı X8 mübahisəli fərdi yaşayış evini satmaq, pulunu almaq kimi səlahiyyətləri də vermişdir. Həmin etibarnamə əsasında X8 fərdi yaşayış evini arvadı Cavabdeh Kəmaləddin qızına 45000 manata satmışdır.Əvvəla, birinci instansiya məhkəməsinin özünün də müəyyən etdiyi kimi, etibarnamə verilmiş şəxs əqdi şəxsən özü barəsində bağlamamışdır. İkincisi, etibarnamə verilmiş şəxs alqı-satqı əqdini arvadı ilə deyil, hər hansı üçüncü şəxslə də bağlasa idi, mübahisəli fərdi yaşayış evini real bazar dəyəri olan 45 000 manata sata bilərdi. X4 oxşar fərdi yaşayış evini arvadının adına başqa bir şəxsdən almalı olsaydı, yenə də oxşar fərdi yaşayış evini onun real bazar dəyərini təşkil edən 45 000 manat məbləğində qiymətini ödəyərək almalı olardı. Bu halda da evin yarısı Oqtay Məhərrəmovun mülkiyyətində olmuş olacaqdı.Bu baxımdan, birinci instansiya məhkəməsinin alqı-satqı müqaviləsini X8 arvadı ilə bağlayaraq son nəticədə həmin əmlak üzərində özünün də pay hüququna malik olması əsası ilə etibarsız hesab etməsi doğru olmamışdır və bu hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyil.Müqavilədən görünür ki, o, əvəzli müqavilə olmuşdur, lakin etibarnamə üzrə nümayəndə fərdi yaşayış evinin satılması nəticəsində əldə edilmiş 45 000 manat pulu iddiaçıya verməmişdir. Bu hal alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmamalıdır. Həmin hal iddiaçıya həmin pulun etibarnamə üzrə nümayəndədən tələb edilməsi üçün əsas ola bilər.Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 357-ci maddələrini tətbiq edərək mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair bağlanmış ##.##.2019-cu il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli olduğu qənaətinə gəlmişdir.Lakin həmin maddələrdə əqdin etibarsızlığı ilə bağlı qeyd olunan hallardan hər hansı birinin mübahisələndirilən əqd bağlanarkən mövcud olmadığı görünür. Alqı-satqı müqaviləsinin tərəflərindən hər hansı biri digərini aldatmamışdır, bağlanmış əqd əvəzli olmuşdur, alıcı tərəfindən satılan fərdi yaşayış evinin dəyəri ödənilmişdir, satıcının həmin vəsaiti əldə etmiş etibarnamə üzrə nümayəndəsi isə həmin vəsaiti satıcıya çatdırmamışdır. Bu hal alqı-satqı əqdinin etibarsız hesab edilməsi üçün əsas olmamaqla, yalnız həmin vəsaitin etibarnamə üzrə nümayəndədən tələb edilməsi üçün əsas ola bilər.Digər tərəfdən, alıcı satıcının doğma qızıdır. Alqı-satqı müqaviləsinin bağlanmasından 6 (altı) il keçdikdən sonra iddiaçının həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi, eyni zamanda etibarnamə üzrə nümayəndənin, yəni kürəkənin “iddiaçı əvvəl fərdi yaşayış evini oğlu Vidadiyə bağışlayıb, sonradan bağışlama müqaviləsini məhkəmə yolu ilə ləğv etdirmişdi, bu səbəbdən alqı-satqı müqaviləsinin bağlanmasına üstünlük verdik” izahatı fərdi yaşayış evinin əslində iddiaçı tərəfindən cavabdehə bağışlandığını, lakin cavabdeh və onun əri X8 iddiaçıya etibar etmədiklərindən fərdi yaşayış evinin cavabdehin mülkiyyətinə bağışlama müqaviləsi əsasında deyil, alqı-satqı müqaviləsi əsasında keçməsini daha etibarlı hesab edərək alqı-satqı müqaviləsi bağladıqlarını göstərir.Bu halda fərdi yaşayış evinin alqı-satqı müqaviləsində göstərilmiş 45 000 manat dəyərinin də məhz bu səbəbdən iddiaçıya uzun illər ərzində ödənilmədiyi və iddiaçının da həmin məbləğin ona ödənilməsini tələb etmədiyi nəticəsinə gəlmək mümkündür.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### ***1-ci il tarixli qərarında qeyd etdiyi hüquqi mövqeyə görə:“...hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir”.Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqeyə görə:“Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə ***0-ci il ## #### tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”.Beləliklə, birinci instansiya məhkəməsinin özünün də müəyyən etdiyi kimi, iddiaçı anlaqlı olmaqla tam fəaliyyət qabiliyyətlidir. Birinci instansiya məhkəməsi həm də bu əsasla iddiaçı tərəfindən verilmiş etibarnamənin etibarsız hesab edilməsi ilə bağlı hissədə iddia tələbini təmin etməmişdir.İddiaçı həmin etibarnamə əsasında vəkalətli nümayəndəsi tərəfindən iddiaçının adından bağlanmış ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsini 6 (altı) il sonra mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı etibarnamə üzrə nümayəndəsi Oqtay Məhərrəmov vasitəsilə ##.##.2019-cu il tarixdə bağladığı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) illik müddəti ötürmüş, müqavilə bağlandığı tarixdən 6 (altı) il keçdikdən sonra iddia qaldırmışdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarındakı hüquqi mövqeyə görə, həmin müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətə aiddir.Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən müddət ötürüldükdən sonra iddia qaldırıldığına hər hansı hüquqi qiymət verməmiş, Mülki Məcəllənin 354.2ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə görə kəsici müddəti tətbiq etməklə iddianı rədd etməli olduğu halda, maddi hüquq normasını mübahisənin həllinə tətbiq etməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı gəldiyi qənaətlərini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 598.1, 646.1, 646.2-ci maddələrinə də istinad etmişdir. Lakin həmin maddələrin məzmunlarına nəzər saldıqda müqavilə üzrə satıcının etibarnamə üzrə nümayəndəsi vasitəsilə və alıcının üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirdikləri görünür. Bu səbəbdən birinci instansiya məhkəməsinin həmin maddələri də mübahisənin həllinə düzgün tətbiq etmədiyi qənaətinə gəlmək mümkündür.Birinci instansiya məhkəməsi Quba Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2007-ci il tarixli qətnaməsi ilə ünvan 1ndəki 2 mərtəbəli, 4 otaqlı yaşayış otağından ibarət, ümumi sahəsi 283 kv.m., o cümlədən yaşayış sahəsi 82,5 kv.m., 0,14 ha həyətyanı torpaq sahəsi olan, X20 adına qeyd olunmuş yaşayış evinin və torpaq sahəsinin ½ hissəsinə X20, ½ hissəsinə isə X17 mülkiyyət hüququ müəyyən edildiyi, habelə ##.##.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ##.##.2001-ci il tarixdə ölmüş X10 vərəsəsi Cavabdeh Kəmaləddin qızının və X20 ünvan 1ndəki miras əmlakdan ½ hissədə pay almalı olduqları ilə bağlı faktiki halları aydınlaşdırmamışdır.Belə ki, sözügedən qətnamə ilə hələ 2007-ci ildə iddiaçı və cavabdehin mübahisəli əmlak üzərində ½ hissədə mülkiyyət hüquqları müəyyən edilmişdirsə, bu halda mübahisəli fərdi yaşayış evinin yalnız iddiaçının mülkiyyətində hansı əsasla qalması, iddiaçının həmin evi buna qədər oğlu X14 hansı əsasla bağışlaması, ##.##.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ##.##.2001-ci il tarixdə ölmüş X10 vərəsəsi Cavabdeh Kəmaləddin qızının və X20 ünvan 1ndəki miras əmlakdan ½ hissədə almalı olduqları payları ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hansı qaydada, hansı tarixdə və necə qeydiyyat aparıldığı məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.Birinci instansiya məhkəməsi X20 tərəfindən Bakı şəhəri ** saylı Notariat Ofisində ##.##.2019-cu il tarixdə X8 verilmiş 7E-**** reyestr nömrəli etibarnamənin etibarnamə verilərkən iddiaçının iradəsi əleyhinə verildiyini sübut edən hər hansı fakt aşkar edilmədiyi səbəbindən iddianı həmin hissədə təmin etməmiş, X3 həmin etibarnamə əsasında X20 adından Cavabdeh Kəmaləddin qızı ilə bağladığı ##.##.2019-cu il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsini etibarsız hesab edərək, həmin müqavilə əsasında fərdi yaşayış evinə dair Cavabdeh Kəmaləddin qızının adına verilmiş çıxarışın ləğv edilməli olduğunu qət etmişdir.Mülki işdən görünür ki, verdiyi etibarnamə ilə iddiaçı X8 mübahisəli fərdi yaşayış evini satmaq, pulunu almaq kimi səlahiyyətləri də vermişdir.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı X8 mübahisəli fərdi yaşayış evinə dair sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermiş, lakin sonuncu həmin etibarnamə əsasında iddiaçının razılığı olmadan fərdi yaşayış evini cavabdehə, yəni öz arvadına satmışdır.Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən X8 ##.##.2019-cu il tarixdə verilmiş etibarnamənin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbini təmin etməmiş və həmin etibarnamə verilərkən qanunvericiliyin hər hansı tələbinin pozulmadığını müəyyən etmişdir.Sözügedən etibarnamədən görünür ki, iddiaçı həmin etibarnamə ilə X8 mübahisəli fərdi yaşayış evini, o cümlədən satmaq, bağışlamaq kimi səlahiyyətləri də vermişdir. Beləliklə, mübahisəli fərdi yaşayış evinin satılmasına iddiaçı etibarnaməni verərkən etibarnamənin özündə, yəni məzmununda razılıq vermişdir.Buna görə də birinci instansiya məhkəməsinin iddiaçının razılığı olmadan fərdi yaşayış evinin satılmış olması ilə bağlı qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun deyildir. 17.Qətnamədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 18.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müəyyən edilmişdir ki, mübahisələndirilən ********** qeydiyyat nömrəli, 303013004148-***** reyestr nömrəli Çıxarışda göstərilən daşınmaz əmlak "xxxx" ASC-nin xeyrinə dövlət reyestrindən çıxarışla əsasən ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 15.1-ci maddəsinə əsasən İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Apellyasiya şikayətlərinə qarşı etiraz
19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cavabdehin apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin apellyasiya şikayətinə münasibətdə isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qeyd etdi ki, hazırda mübahisələndirilən daşınmaz əmlak ipotekadan çıxarılmışdır.Həmçinin iddiaçının adından ## ##### 2019-cu il tarixdə onun adına verilmiş etibarnamə və iddiaçının nikahda olduğu X6 adından ## ##### 2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair verilmiş razılıq ərizəsi onların yaşadığı Barlı kəndindəki evə gələrək Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən rəsmiləşdirilmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi vəkil vəkil3 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 359.3-ci maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 567-ci maddəyə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəyə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəyə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 646.1-ci maddəyə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəyə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir
25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli alqı-satqı müqaviləsinin formal olaraq notariat qaydasında təsdiq edilməsi və həmin müqavilənin iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında bağlanması özlüyündə əqdin etibarlı hesab edilməsi üçün kifayət deyildir. Əqdin etibarlılığı üçün onun forma tələblərinə uyğunluğu ilə yanaşı, tərəflərin həqiqi iradə ifadəsinin mövcudluğu, habelə təmsilçinin ona verilmiş səlahiyyətlərdən təmsil olunan şəxsin mənafeyinə zidd şəkildə istifadə etməməsi tələb olunur.
28. İş materiallarından müəyyən olunur ki, ##.##.2019-cu il tarixli etibarnamə ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisəli daşınmaz əmlak üzərində geniş səlahiyyətlər verilmişdir. Lakin etibarnamənin etibarlı olması həmin etibarnamədən istifadə edilməklə həyata keçirilmiş bütün sonrakı hərəkətlərin avtomatik olaraq təmsil olunan şəxsin iradəsinə və mənafeyinə uyğun olması nəticəsini doğurmur. Təmsilçinin üzərinə düşən vəzifə ona verilmiş səlahiyyəti təmsil olunanın hüquq və qanuni mənafelərini nəzərə almaqla həyata keçirməkdən ibarətdir.
29. Hazırkı işdə etibarnamənin verilməsindən cəmi üç gün sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçıya məxsus əmlakı öz həyat yoldaşı Cavabdeh satmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 alıcı ilə nikah münasibətində olması, əqdin nəticəsində əldə edilən əmlakdan özünün də ailə münasibətləri çərçivəsində əmlak mənafeyi əldə etməsi və bununla yanaşı satış qiymətinin faktiki olaraq iddiaçıya çatmaması birlikdə qiymətləndirildikdə, təmsilçinin fəaliyyəti ilə təmsil olunan şəxsin mənafeyi arasında ziddiyyətinin yarandığını göstərir.
30. Alqı-satqı müqaviləsinə əsasən əmlakın qiyməti 45.000 manat müəyyən edilmiş və həmin məbləğin satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsində araşdırılmış və tərəflər arasında faktiki olaraq mübahisələndirilməmiş hallardan müəyyən edilmişdir ki, iddiaçı bu əqdin nəticəsində hər hansı pul vəsaiti əldə etməmişdir. Əksinə, notariusun depozit hesabına vəsait mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən yerləşdirilmiş, sonradan həmin vəsait yenə onun özü tərəfindən götürülmüşdür. Belə olan halda müqavilədə satış qiymətinin göstərilməsi və pulun depozit hesabında formal dövriyyəsinin yaradılması alqı-satqı müqaviləsinin əvəzli mahiyyətinin faktiki olaraq həyata keçirildiyini təsdiq etmir. Mülki Məcəllənin 567 və 598.1-ci maddələrinin mahiyyətinə görə alıcının əsas qarşılıqlı öhdəliyi satış qiymətinin satıcıya ödənilməsindən ibarətdir. Satıcının müqavilədə nəzərdə tutulmuş əvəzi faktiki əldə etmədiyi halda bu vəziyyət digər sübutlarla birlikdə tərəflərin həqiqi hüquqi niyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.
32. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
33. Apellyasiya şikayətində Quba Rayon Məhkəməsinin *-***/**** saylı, ## ##### 2007-ci il tarixli qətnaməsinə istinad edilərək göstərilmişdir ki, ünvan 1ndəki 2 mərtəbəli 4 otaqlı yaşayış otağndan ibarət ümumi sahəsi 283 kv.metr, o cümlədən yaşayış sahəsi 82,5 kv.metr, 0,14 ha həyətyanı torpaq sahəsi olan X20 adına qeyd olunmuş yaşayış evinin və torpaq sahəsinin ½ hissəsinə X21, ½ hissəsinə isə X17 mülkiyyət hüququ müəyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi buna hüquqi qiymət verməyərək düzgün nəticəyə gəlməmişdir.
34. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən məsələ qətnamənin icrasına aiddir. Hazırkı iddia tələbi üzrə mübahisə isə iddiaçının iradə ifadəsinə zidd bağlanmış əqdin etibarsızlığına aid olan məsələdir. Buna görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
35. Apellyasiya şikayətinin dəlili kimi qeyd olunmuşdur ki, ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsi 6 il sonra mübahisələndirilsə də, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354.2ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddətin ötürülməsini nəzərə almamışdır.
36. Bununla əlaqədar qeyd etmək lazımdır ki, iddiaçı X20 ##.##.1929-cu il təvəllüdlü olmaqla ünvan 2ndə yaşayır. Hazırkı alqı-satqı müqaviləsi Quba rayonunda deyil, Bakı şəhəri ** saylı notariat ofisində, iddiaçının iştirakı olmadan rəsmiləşdirilmişdir.
37. Bundan əlavə, iddiaçının adından ## ##### 2019-cu il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına verilmiş etibarnamənin də,həmçinin iddiaçının nikahda olduğu X6 adından ## ##### 2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair verilmiş razılıq ərizəsinin də notariat ofisindən kənar qaydada, yəni onların yaşadığı Barlı kəndindəki evə gələrək Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən rəsmiləşdirilməsini hazırkı iş üzrə 3-cü şəxs olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə kollegiyasının iclasında təsdiq etmişdir. Nəticədə alqı-satqı müqaviləsi iddiaçının iradəsinə zidd şəkildə nümayəndə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şəxsi iradəsinə uyğun rəsmiləşdirilmiş və həmin vaxt iddiaçının bununla əlaqədar hər hansı məlumatının olması iş materialları ilə təsdiq edilmir.
38. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayətinin əsas dəlili kimi mübahisələndirilən ********** qeydiyyat nömrəli, 303013004148-***** reyestr nömrəli Çıxarışda göstərilən daşınmaz əmlakın “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeyd olunsa da, hazırkı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması yuxarıda qeyd olunan ipoteka müqaviləsinin etibarsızlığına və ya ləğvinə səbəb olan hal kimi qiymətləndirilə bilməz. Ona görə qeyd olunan apellyasiya şikayətinin dəlili də əsassızdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 11 fevral ***6-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi apelyasiya şikayətləri ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.