Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-659/2026 20.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Bıglarzadeh Anoushiravanın cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X7 ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı Bıglarzadeh Anoushiravanın nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil3 iştirakı ilə, Iddiaçı Bıglarzadeh Anoushiravanın cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı “ünvan 2 məhəllədə tikilmiş yaşayış binasının “A” girişi 8-ci mərtəbədə yerləşən, sahəsi 164.21 kv.m. olan ** saylı mənzilə dair hüquqların təmin olunması, cavabdeh cavabdeh2 MMCyə mənzilin təhvil verilməsi öhdəliyinin qoyulması, mənzildən cavabdeh1 çıxarılması, qanunsuz sahiblik hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Bıglarzadeh Anoushiravan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iş materiallarında olan ## ####### 2014-cü il tarixli mənzil alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı cavabdeh2 MMC ilə alıcı Biglarzadeh Anoushravan arasında bağlanmış müqavilə üzrə ünvan 3 ünvanında tikilən yaşayış binasının “A” girişinin 8ci mərtəbəsində yerləşən, ümumi sahəsi 164,21 kv.m olan, 4 otaqlı ** saylı mənzil, ümumi dəyəri 106737 (yüz altı min yeddi yüz otuz yeddi) manat məbləğində pulu hissəli ödəmək şərtilə Biglarzadeh Anoushravana satılmışdır.
2. Iş materiallarında olan ## ####### 2014-cü il tarixli, mənzil alqı-satqısı haqqında müqavilənin əslindən görünür ki, satıcı cavabdeh2 MMC ilə alıcı Biglarzadeh Anoushravan arasında bağlanmış müqavilə üzrə ünvan 2 məhəllədə yerləşən yaşayış binasının “S” girişinin 11-ci mərtəbəsindəki, ümumi dəyəri 106600 (yüz altı min altı yüz) manat, 4 otaqlı, 164 kv.m olan ** saylı mənzili hissəli ödəmək şərtilə almağa razılaşmışdır.
3. Iş materiallarında olan cavabdeh2 MMC tərəfindən verilmiş ## ####### 2014-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Biglarzadeh Anoushravan tərəfindən 40000 (qırx min) manat pul vəsaiti ödənilmişdir.
4. Iş materiallarında olan cavabdeh2 MMC tərəfindən verilmiş ## ####### 2014-cü il tarixli kassa mədaxil orderinin əslindən görünür ki, Biglarzadeh Anoushravan tərəfindən 80000 (səksən min) manat pul vəsaiti ödənilmişdir.
5. Iş materiallarında olan cavabdeh2 MMC tərəfindən verilmiş ## ####### 2014-cü il tarixli, maliyyə arayışından görünür ki, cavabdeh2 MMC-yə məxsus ünvan 2 məhəllə ünvanında yerləşən yaşayış binasının “S” girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 164 m2 olan, ** saylı mənzilin ümumi dəyəri, yəni 106600 (yüz altı min altı yüz) manat məbləğində pul Biglarzadeh Anoushravan tərəfindən ödənilmişdir və onun MMC-yə borcu yoxdur.
6. Iş materiallarında olan ## ######## 2016-cı il tarixli mənzil alqı-satqısı haqqında müqavilənin əslindən görünür ki, satıcı cavabdeh2 MMC ilə alıcı cavabdeh1 arasında bağlanmış müqavilə üzrə ünvan 2 məhəllədə yerləşən yaşayış binasının “A” girişinin 8-ci mərtəbəsindəki, ümumi dəyəri 82105 (səksən iki min yüz beş) manat, 4 otaqlı, 164,21 kv.m olan ** saylı mənzili hissəli ödəmək şərtilə cavabdeh1 satılmışdır.
7. Iş materiallarında olan cavabdeh2 MMC tərəfindən verilmiş ## ######## 2016-cı il tarixli kassa mədaxil orderinin əslindən görünür ki, cavabdeh1 tərəfindən 15000 (on beş min) manat pul vəsaiti ilkin ödənilmişdir.
8. Iş materiallarında olan cavabdeh2 MMC tərəfindən verilmiş müxtəlif tarixli kassa mədaxil orderlərinin əslindən görünür ki, cavabdeh1 tərəfindən ünvan 2 məhəllədə yerləşən yaşayış binasının “A” girişinin 8-ci mərtəbəsində olan mənzilin ümumi dəyəri 82105 (səksən iki min yüz beş) manat tam ödənilmişdir
9. Iş materiallarında olan cavabdeh2 MMC tərəfindən verilmiş ## ###### 2017-ci il tarixli, maliyyə arayışından görünür ki, cavabdeh2 MMC-yə məxsus ünvan 2 məhəllə ünvanında yerləşən yaşayış binasının “A” girişinin 8-ci mərtəbəsində, ümumi sahəsi 164.21 m2 olan ** saylı mənzilin ümumi dəyəri, yəni 82105 (səksən iki min yüz beş) manat məbləğində pul cavabdeh1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur.
10. Iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Anoushiravan Biglarzadeh cavabdeh “xxxx” MMC-yə qarşı, onunla “xxxx” MMC arasında bağlanmış ## ####### 2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 məhəllə ünvanında “xxxx” MMC tərəfindən inşa olunan yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164 kv.metr, dəyəri 106600 manat olan ** saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmçinin həmin mənzilin ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir
11. Iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı cavabdeh2 MMC-nin cavabdeh cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X3) qarşı ünvan 2 məhəllədə “A” giriş, 8-ci mərtəbəsində ** saylı mənzilə dair cavabdehlə bağlanılmış ##.##.2016-cı il tarixli müqavilə və ##.##.2017-ci il tarixli maliyyə arayışının və ünvan 1 məhəllədə “A” giriş, 10-cu mərtəbəsində ** saylı mənzilə dair cavabdehlə bağlanılmış ##.##.2014-cü il tarixli müqavilələrin ləğv edilməsi, cavabdehin həmin sahədən çıxarılması və sahiblik hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən e-*(***)-***/**** saylı mülki iş üzrə ## #### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının video materialına baxış keçirilmiş və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında göstərmişdir ki, 2014-2018-ci illər ərzində cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləmişdir. Cavabdeh cavabdeh1 yaxşı tanıyır, 2014- 2016-cı illər ərzində onunla MMC-nin inşa etdiyi binada 55 və ** saylı mənzillərə dair müqavilələr bağlaması, müqavilələrdə, maliyyə arayışlarında olan imzalarının ona aid olması faktını təsdiq etmişdir. Cavabdeh cavabdeh1 tərəfindən tam ödənişlər etdiyi üçün ona maliyyə arayışları da vermişdir. cavabdeh1 tərəfindən edilmiş ödənişlərdən məlumatlı olmuş, alınmış məbləğlər tikintinin ehtiyacı üçün sərf edilmişdir. Cavabdeh barədə 2021-ci ildə imzaladığı arayışı da təsdiq edir. MMC ilə digər vətəndaş olan Biglarzadeh Anoushiravan arasında ** saylı mənzillə bağlanmış müqavilə ilə bağlı qeyd edir ki, onunla bağlanmış müqavilə digər mənzilə aiddir və onun ** saylı mənzilə necə pasport qeydiyyatına düşməsindən xəbəri olmamışdır. ** saylı mənzil həmin şəxsə satılmamış, onunla bağlanmış müqavilənin müəyyən məsələlər üzrə borcla əlaqədar olmuşdur. Ona verilməli mənzil digər mənzildir.
Birinci instansiya məhkəməsindəki icraat
13. Iddiaçı Bıglarzadeh Anoushiravan iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 məhəllədə tikilmiş yaşayış binasının “A” girişi 8-ci mərtəbədə yerləşən, sahəsi 164.21 kv.m. olan ** saylı mənzilə dair iddiaçının sahiblik və istifadə hüquqlarının təmin olunması, həmin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh cavabdeh2 MMC-nin üzərinə qoyulması, cavabdeh1 həmin mənzilə dair sahiblik hüquqlarının ləğv edilməsi və onun mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 MMC ilə onun arasında Abşeron rayonu 21-ci məhəllədə tikdiyi çoxmərtəbəli binasında “A” giriş 8-ci mərtəbədə yerləşən, sahəsi 164.21 kv.m olan, ** saylı mənzilə dair ## ####### 2014-cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilə əsasında müəyyən olunan pul məbləği 106737 manat təşkil etmişdir. Həmin məbləğdən ilkin ödəniş kimi 40000 manat ödəmiş və ona mədaxil qəbzi verilmişdir. Qalan məbləği isə mənzil krediti olaraq 80000 manat ödəməklə ona mədaxil qəbzi verilmişdir. Ödənilən pul məbləği sənədlərdən də göründüyü kimi mübahisə etdiyi “A” bloklu, 4 otaqlı, sahəsi 164.21 kv. metr sahəsi olan 8-ci mərtəbədə yerləşən ** saylı mənzilin satın alınması üçün ödənilmişdir. Həmin mənzilə dair ödədiyi məbləğ 120000 manat təşkil etmişdir. Yəni mənzilin müqavilə üzrə qiymətindən 13263 manat artıq məbləğ ödəmişdir. cavabdeh2 MMC mənzili ona təhvil vermiş, həmin mənzilin açarları ona təqdim olunmuş, 2 il müddətində mənzil onun qanuni istifadə və sahibliyində qalmışdır. Hissə-hissə mənzili təmir etməyə başlamış, lakin mənzil təmirsiz olduğundan ora köçüb yaşaya bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, pulunu tam ödədiyi və alqı-satqı müqaviləsi bağladığı Abşeron rayonu, 21- ci məhəllədə, çoxmərtəbəli binanın “A” giriş 8-ci mərtəbəsində yerləşən, sahəsi 164.21 kv.m olan, ** saylı mənzilə dair cavabdeh2 MMC digər bir şəxslə - X6 ilə həmin mənzilin verilməsinə dair müqavilə bağlamışdır. Həmin müqavilə üzrə mənzilin qiyməti 81105 manat təşkil etmişdir. Həmin mənzilə isə Şirinov Ələskər tərəfindən müqavilə məbləğləri də tam ödənilməmiş və ## ###### 2017-ci ildə ona saxta “pulun tam ödənilməsinə dair” maliyyə arayışı verilmişdir. Bundan sönra isə Şirinov Ələskər mənzilə hücum edərək mənzilin qapısını sındırmış, ora daxil olmuş, açarlarını dəyişmişdir. O mənzilə gələrkən ona hücumlar etmiş, onu döymüş və mənzilin ona məxsus olduğunu bildirərək ona qarşı hədə-qorxu hərəkətləri edilmişdir. 10 ildən artıqdır ki, mənzilindən məhrum olmuşdur. Bildirir ki, sözügedən mənzilə dair onunla müqavilə 2014cü il tarixdə, Şirinov Ələskərlə isə 2016-cı il tarixdə bağlanılmışdır. Mənzilin açarları da ilkin olaraq ona verilmişdir. “xxxx” MMC-nin razılığı ilə də mənzilə pasport qeydiyyatına da düşmüş, sahiblik və istifadə hüquqlarını əldə etmişdir. cavabdeh2 MMC ilə Şirinov Ələskər arasında, həmin mənzilə dair məhkəmə mübahisəsinin olduğunu bildikdən sonra həm cavabdeh2 MMCyə, həm də Şirinov Ələskərə qarşı iddiaçı kimi mübahisəyə qoşulmaq qərarına gəlmiş, tərəfindən verilmiş iddia ərizəsi cavabdeh2 MMC-nin qaldırdığı işlə bir icraatda birləşdirilmiş, lakin Abşeron Rayon Məhkəməsi iki iddianın bir icraatda birləşməsinə baxmayaraq, nəyə görəsə iddialara ayrı-ayrılıqda qiymət vermiş və onun iddiası baxılmamış saxlamışdır. Elə bu hal onun qətnamədən apellyasiya şikayəti vermək hüququnu əlindən almışdır. Yəqin ki, bu hal hüquq tarixində bir ilkdir. Onun ilkin olaraq mənzilin sahibi olması, ilkin olaraq müqavilə bağlaması, mənzilin dəyərini tam ödəməsi, xarici ölkə vətəndaşı olması, 10 ildən artıq mənzilindən məhrum olması, ailəlikcə kirayələrdə yaşaması nəzərə alınmalıdır. Həmçinin cavabdeh2 MMC-nin təsisçisi X3 ##.##.2025-ci il tarixli ərizəsi də nəzərə alınmaqla iddiası təmin edilməlidir.
15. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Biglarzadeh Anoushravan ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ## ####### 2014-cü il tarixli mənzil alqı-satqısı haqqında müqavilə yalnız kserosurətdir və müqavilənin əsli heç bir tərəfdə mövcud deyil. Bundan əlavə müqavilənin kserosurətindən görünür ki, iddiaçıya satılan mənzil ünvan 3 ünvanında tikilən yaşayış binasının “A” girişinin 8-ci mərtəbəsində yerləşir. Hazırki iddiada isə iddiaçı ona satılmış mənzilin ünvan 1 məhəllə ünvanında yerləşməsini göstərsə də bu iş materialları ilə öz təsdiqini tapmamışdır. Iddiaçı məhkəməyə təqdim etdiyi müqavilənin, maliyyə arayışı və kassa mədaxil orderinin əsli isə ünvan 1 məhəllə ünvanında “xxxx” MMC tərəfindən inşa olunan yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164 kv.metr, dəyəri 106600 manat olan ** saylı mənzilə aiddir ki, bununla da bağlı Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi mövcuddur. Həmçinin məhkəmə iddiaçı tərəfin ** saylı mənzilə dair bağlanmış alqısatqı müqaviləsinin bağlanmasından ##.##.2014-cü il tarixdə cavabdeh2 MMC ilə Biglarzadeh Anoushiravan arasında bağlanmış mənzil alqı-satqı haqqında müqaviləsi bağlanmasından sonra sonuncunun müraciəti əsasında məlumatlı olmalarına dair dəlillərinə tənqidi yanaşır və qeyd edir ki, cavabdeh cavabdeh2 MMC mənzili Biglarzadeh Anoushiravana təhvil verməsini göstərsə də, işin bu halı öz təsdiqini tapmamış və müəyyən edilmişdir ki, ##.##.2016-cı il tarixdə MMC ilə cavabdeh1 arasında mənzil alqı-satqı müqaviləsi bağlanandan sonra sonuncu həmin mənzili boş vəziyyətdə qəbul etmiş, təmir və təyinatı üzrə istifadə etməkdədir. Məhkəmə iddiaçı Biglarzadeh Anoushiravan ilə cavabdeh cavabdeh2 MMC arasında ##.##.2014-cü il tarixdə bağlanmış mənzil alqı-satqı haqqında müqaviləsinə əsaslanmaqla Mülki Məcəllənin 452.1-ci maddəsinin hazırki işə tətbiq edilməsinə dair dəlilini əsaslı saymır. Həmçinin məhkəmə сavabdeh cavabdeh2 MMC-nin qanuni təmsilçisi X4 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəlləsində “A” bloku, 4 otaqlı ümumi sahəsi 164.21 kv.m olan ** saylı mənzilin cavabdeh2 MMC tərəfindən iddiaçı Bıglarzadeh Anoushiravana satılması barədə məhkəmədə verdiyi izahatı ilə razılaşmır, işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin izahata tənqidi yanaşmışdır. Belə ki, işin materiallarından mübahisəli ** saylı mənzilin Biglarzadeh Anoushiravana təhvil verilməsi görünmür və digər məhkəmə icraatında izahat vermiş MMC-nin təsisçisi və keçmiş direktoru olmuş X3 izahatında (həmin izahat diskə köçürülərək iş materialalrına əlavə edilmişdir) ** saylı mənzilin Biglarzadeh Anoushiravana satmamasını, onunla bağlanmış müqavilənin müəyyən məsələlər üzrə borcla əlaqədar (alınmış tikinti materialları ilə bağlı) olmasını və ona verilməli mənzilin digər mənzil olmasını göstərmişdir. Başqa sözlə, araşdırma zamanı MMC ilə Biglarzadeh Anoushiravan arasında bağlanmış mənzil alqı-satqı haqqında müqaviləsində predmet kimi ** nömrəli mənzil göstərilsə də, verilən izahatlar faktiki olaraq müqavilənin məhz həmin mənzilə aid olmaması qənaətinə gəlməyə əsas verir. Faktiki olaraq X3 izahatında ** nömrəli mənzillə əlaqədar cavabdeh1 tərəfindən mənzil üzrə müqavilə şərtlərinə uyğun ödənişlər etdikdən sonra bu barədə maliyyə arayışının verilməsini təsdiq etmişdir. Bundan əlavə Abşeron Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qəbul edilmiş,həmin qətnamə qanuni qüvvəsini almış, mübahisə predmeti olan mənzilə dair cavabdeh1 adına olan müqavilənin həqiqiliyi müəyyən edilmiş və həmin qətnamə ilə ünvan 2 məhəllədə “A” giriş, 8-ci mərtəbəsində ** saylı mənzilin cavabdeh cavabdeh1 məxsus olması təsdiq edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı Biglarzadeh Anoushiravanın cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı ünvan 2 məhəllədə tikilmiş yaşayış binasının “A” girişi 8-ci mərtəbədə yerləşən, sahəsi 164.21 kv.m. olan ** saylı mənzilə dair sahiblik və istifadə hüquqlarının təmin olunması, həmin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh cavabdeh2 MMC-nin üzərinə qoyulması, cavabdeh1 həmin mənzilə dair sahiblik hüquqlarının ləğv edilməsi və onun mənzildən çıxarılması barədə istinad etdiyi hallar iddia tələbinin hüquqi əsasları ilə uyğun gəlmir,yəni iddiaçının istinad etdiyi hallar, iddia tələbinin hüquqi əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324-cü, 389.1-ci, 452.1-ci, 752.1-ci və 755-ci madələrinin, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 1119.1ci, 216-220, 227, 233, 360-cı tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı Bıglarzadeh Anoushiravanapellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin verdiyi izahatlardan və iş materiallarından da sübut olunur ki, iddiaçı mübahisəli mənzilə qeydiyyata düşməklə MMC həmin mənzili ona təhvil vermiş və cavabdehin qanunsuz olaraq həmin mənzilə girərək təmir etməsi, onun mənzili MMC-dən qəbul etməsi demək deyildir. Belə ki, iş materiallarından da göründüyü kimi, MMC tərəfindən cavabdehin mübahisəli mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, iddia tələbi rədd edilsə də, həmin ərizədən də görünür ki, MMC cavabdehin mənzilin dəyərini tam ödəmədiyinə onunla bağlanmış müqavilənin ləğv edildiyini iddia edir. Məhkəmə tərəfindən iddia rədd edilsə də, MMC ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarlılığı araşdırılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normasını pozaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. Iş materiallarından göründüyü kimi, iddiaçı ilə MMC arasında ##.##.2014-cü ildə bağlansa da, cavabdehlə MMC arasında bağlanmış müqavilə ##.##.2016-cı il tarixə təsadüf edir ki, həmin tarixdə belə bir müqaviləni bağlamaq səlahiyyət MMC-də olmamışdır. Lakin, məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmayaraq prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Işə baxan birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, işin materiallarından mübahisəli ** saylı mənzilin Biglarzadeh Anoushiravana təhvil verilməsi görünmür və digər məhkəmə icraatında izahat vermiş MMC-nin təsisçisi və keçmiş direktoru olmuş X3 izahatında ** saylı mənzilin Biglarzadeh Anoushiravana satmamasını, onunla bağlanmış müqavilənin müəyyən məsələlər üzrə borcla əlaqədar (alınmış tikinti materialları ilə bağlı) olmasını və ona verilməli mənzilin digər mənzil olmasını göstərmişdir. Başqa sözlə, araşdırma zamanı MMC ilə Biglarzadeh Anoushiravan arasında bağlanmış mənzil alqı-satqı haqqında müqaviləsində predmet kimi ** nömrəli mənzil göstərilsə də, verilən izahatlar faktiki olaraq müqavilənin məhz həmin mənzilə aid olmaması qənaətinə gəlməyə əsas verir. Faktiki olaraq X3 izahatında ** nömrəli mənzillə əlaqədar cavabdeh1 tərəfindən mənzil üzrə müqavilə şərtlərinə uyğun ödənişlər etdikdən sonra bu barədə maliyyə arayışının verilməsini təsdiq etmişdir. Bundan əlavə Abşeron Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi qəbul edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış, mübahisə predmeti olan mənzilə dair cavabdeh1 adına olan müqavilənin həqiqiliyi müəyyən edilmiş və həmin qətnamə ilə ünvan 2 məhəllədə “A” giriş, 8-ci mərtəbəsində ** saylı mənzilin cavabdeh cavabdeh1 məxsus olması təsdiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin mülki iş üzrə iddiaçı tərəf olmadığından, həmin iş üzrə müəyyən edilmiş hallar hazırkı mülki iş üçün preyudisial əhəmiyyət daşıya bilməz. Belə ki, X.Cəfərovun ##.##.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, mübahisəli mənzillə bağlı müqavilə iddiaçı ilə bağlanmış, cavabdehlə bağlanan müqavilə onun məlumatı və göstərişi olmadan X.Əliyev tərəfindən bağlanmış və cavabdehin bundan məlumatı olmuşdur. Hesab edir ki, bu hissədə də, məhkəmə prosessual hüquq normasını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bıglarzadeh Anoushiravanın nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh2 MMC-yə məlumat verilməsinə baxmayaraq sonuncunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 165. Sahibliyin pozulması Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
25. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
26. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 385. Öhdəlik anlayışı Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
28. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (...)
29. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. Ikidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.
30. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.(...)
31. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (...)
34. Maddə 752. Podrat müqaviləsi Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
36. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
37. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
40. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
44. Işə baxmış birinci instansiya məhkəməsi iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.
45. Əvvəla qeyd edilməlidir ki, mübahisənin düzgün həlli üçün müəyyən edilməli olan əsas məsələ iddiaçı ilə cavabdeh2 MMC arasında ## ####### 2014-cü il tarixdə bağlandığı iddia edilən müqavilənin məhz hazırkı mübahisəli ünvan 2 məhəllədə yerləşən yaşayış binasının “A” girişinin 8-ci mərtəbəsindəki ** saylı mənzilə aid olub-olmaması və həmin müqavilədən irəli gələn öhdəliyin iddiaçı tərəfindən sübuta yetirilib-yetirilməməsidir.
46. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
47. Iş materiallarından görünür ki, iddiaçı ** saylı mənzilə dair ## ####### 2014-cü il tarixli müqavilənin əslini təqdim edilə bilməmiş, müqavilənin təsdiq edilməmiş surəti təqdim edilmişdir. Həmin sənəddə mənzilin ünvanı ünvan 3 ünvanında tikilən yaşayış binasının “A” girişinin 8-ci mərtəbəsi, mənzilin nömrəsi 47, sahəsi 164,21 kv.metr və müqavilə qiyməti 106737 manat göstərilmişdir. Bununla yanaşı, iddiaçının təqdim etdiyi digər müqavilənin əsli isə tamam başqa mənzilə - ünvan 2 məhəllədə yerləşən yaşayış binasının “S” girişinin 11-ci mərtəbəsindəki ** saylı, 164 kv.metr sahəsi olan mənzilə aiddir və həmin mənzilin qiyməti 106600 manat müəyyən edilmişdir.
48. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlər arasında müqavilənin predmeti baxımından mühüm ziddiyyət mövcuddur. Surət olan müqavilədə ** saylı mənzil və başqa ünvan, əsli olan müqavilədə isə Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllə, mənzil 62 ünvanı göstərilmişdir.
49. Təqdim edilmiş həmin sənədlər hazırda mübahisəli ** saylı mənzil üzərində iddiaçının üstün hüquqa malik olduğunu təsdiq etmir. Hətta iddiaçı tərəfin bildirdiyi kimi ##.##.2014-cü il tarixdə cavabdeh2 MMC ilə bağlanmış əsli olmayan müqavilədə ünvanın səhv yazılması MMCnin təqsirindən olsa belə, sonradan həmin münasibətin eyni tarixli müqavilə ilə başqa, yəni ** nömrəli mənzilə keçirildiyi müəyyən olunur. Başqa sözlə, ** saylı mənzillə bağlı olan müqavilə artıq qüvvədə olmayan müqavilədir. Belə ki, bu müqavilə sonradan ** nömrəli mənzilə aid olan sonuncu müqavilə ilə əvəzləşdirilmişdir.
50. Iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinin surətindən isə görünür ki, iddiaçı Anoushiravan Biglarzadehin cavabdeh “xxxx” MMC-yə qarşı, onunla “xxxx” MMC arasında bağlanmış ## ####### 2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 məhəllə ünvanında “xxxx” MMC tərəfindən inşa olunan yaşayış binanın “S” girişi, 11-ci mərtəbəsində dörd otaqlı, ümumi sahəsi 164 kv.metr, dəyəri 106600 manat olan ** saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmçinin həmin mənzilin ona təhvil verilməsi barədə iddiası təmin edilməmişdir.
51. Digər tərəfdən, ## ######## 2016-cı il tarixli müqavilə ilə cavabdeh2 MMC tərəfindən cavabdeh1 məhz hazırkı mübahisənin predmeti olan “A” girişinin 8-ci mərtəbəsində yerləşən ** saylı mənzil satılmış, həmin mənzilin müqavilə qiyməti 82105 manat müəyyən edilmişdir. Iş materiallarında olan müxtəlif tarixli kassa mədaxil orderləri və ## ###### 2017-ci il tarixli maliyyə arayışı ilə həmin məbləğin cavabdeh1 tərəfindən tam ödənildiyi və onun cavabdeh2 MMC qarşısında borcunun olmadığı göstərilmişdir.
52. Iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı cavabdeh2 MMC-nin cavabdeh cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X3) qarşı ünvan 2 məhəllədə “A” giriş, 8-ci mərtəbəsində ** saylı mənzilə dair cavabdehlə bağlanılmış ##.##.2016-cı il tarixli müqavilə və ##.##.2017-ci il tarixli maliyyə arayışının və ünvan 1 məhəllədə “A” giriş, 10-cu mərtəbəsində ** saylı mənzilə dair cavabdehlə bağlanılmış ##.##.2014-cü il tarixli müqavilələrin ləğv edilməsi, cavabdehin həmin sahədən çıxarılması və sahiblik hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
53. Apellyasiya şikayətinin dəlillərindən biri ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnamənin hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməməsi barədədir.
54. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, preyudisiallığın subyektiv həddi əvvəlki və sonrakı işlərdə iştirak edən şəxslərin dairəsinin eyniliyini tələb edir. Əvvəlki işdə iştirak etməmiş şəxs üçün həmin qətnamə ilə müəyyən edilmiş faktlar preyudisial xarakter daşımır.
55. Həmin işdə Biglarzadeh Anoushiravan e-*(***)-***/**** saylı iş üzrə tərəf və ya işdə iştirak edən şəxs olmamışdır. Buna görə həmin qətnamə ilə müəyyən edilmiş faktların iddiaçıya münasibətdə MPM-in 82.3-cü maddəsinin mənasında preyudisial fakt kimi qəbul edilməsi mümkün deyildir.
56. Bununla belə, həmin məhkəmə qətnaməsinin hazırkı işdə ümumiyyətlə nəzərə alınmasının yolverilməz olduğu nəticəsi çıxmır. Əvvəlki məhkəmə aktı hazırkı işdə digər sənədlərlə birlikdə sübut kimi qiymətləndirilə bilər. Onun sübut kimi qiymətləndirilməsi ilə preyudisial fakt kimi qəbul edilməsi fərqli hüquqi institutlardır.
57. Preyudisiallıq məhkəmənin əvvəlki işdə müəyyən edilmiş faktı yenidən sübut etməsini tələb etməyən hüquqi nəticə yaradır. Sübut kimi qiymətləndirmə zamanı isə məhkəmə həmin sənədin məzmununu, onun digər sübutlarla uyğunluğunu və işin hallarına aidiyyətini araşdırır.
58. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.
59. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsasları sübuta yetirilmədiyindən, iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
60. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
62. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.