Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-706/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə (apellyasiya şikayətinin geri qaytarılması, prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizənin rədd edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bankın xeyrinə 2014-cü il ## ####### tarixli kredit müqaviləsi üzrə 17704,34 manat əsas, 20573,44 manat faiz, 4452,23 manat cərimə və müqavilə müddətinin bitdiyi ##.##.2019-cu il tarixdən ##.##.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1334,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 44064,06 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının tutulması, tutmanın Cavabdeh məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, əmlakın satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutma əmlaka yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin və digər şəxslərin həmin evdən çıxarılmaları, əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 17704,34 manat məbləğində əsas, 17685,90 manat məbləğində faiz borcu, 30 manat məbləğində dəbbə pulu, 1334,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 36754,29 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 39000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, əmlaka tutma yönəldikdən və o açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdeh Cavabdeh həmin evə istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin həmin evdən çıxarılması və evin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 350 manat məbləğində pul vəsaitinin 100 manat hissəsinin İddiaçı ASC-dən, 250 manat hissəsinin Cavabdeh tutularaq “X5 Mərkəzi” MMC-yə, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaitinin 20 manat hissəsinin İddiaçı ASC-dən, 30 manat hissəsinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
3. Cavabdeh Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Eyni zamanda qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müddətin ötürülməmiş hesab edilməsi barədə ərizənin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Qərardaddan cavabdeh Cavabdeh şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən görünür ki, cavabdeh Cavabdeh məhkəmənin ##.##.2021-ci il tarixli iclasında iştirak etmiş və həmin tarixli iclas zamanı iş üzrə ekspertiza təyin edilərək, icraat dayandırılmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh ##.##.2022-ci il tarixdə H.X6 vasitəsi ilə Azərbaycan Respublikasına daxil olmuşdur. Sorğu edilərək alınmış və iş materiallarında olan Abşeron Rayon Icra və Probasiya Şöbəsinin icra işi materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi üzrə ##.##.2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı borclu dəfələrlə xəbərdar edilmiş və ona sms bildirişlər göndərilmişdir. Işdən görünür ki, cavabdeh məhkəmənin əvvəlki iclasında iştirak etmiş, onun barəsində icraatda iş olması barədə məlumatlı olmuşdur. Bundan əlavə, cavabdeh ərizəsində qətnamə qəbul edildiyi müddətdə ölkə xaricində olduğunu qeyd etmişdir. Həmin dəlillə bağlı məhkəmə qeyd edib ki, cavabdeh qətnamə qəbul edildiyi tarixdə ölkə xaricində olsa da, Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, qətnamə qəbul edilməsindən 18 gün sonra ölkəyə gəlmiş, qətnamənin icra mərhələsi zamanı ölkədə olmuş, icra məmuru tərəfindən cavabdehə rəsmi xəbərdarlıqlar və sms bildirişlər göndərilmişdir. Qətnamənin qəbul edilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, qətnamədən qanunla nəzərdə tutulmuş qaydada verilmiş apellyasiya şikayəti isə məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Bu müddətin üzrlü səbəblərdən ötürülməsi barədə isə ərizəyə hər hansı mötəbər sübut əlavə edilməmişdir. Ona görə hesab edib ki, müddətin ötürülməmiş hesab edilməsi barədə cavabdeh Cavabdeh ərizəsi təmin olunmamalı, qətnamədən verdiyi apellyasiya şikayəti isə geri qaytarılmalıdır.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.2, 267, 268-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə cavabdehin iştirakı təmin edilmədən baxılmış, nəticə etibarilə cavabdehə məxsus yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsi və nəticədə cavabdehin yeganə yaşayış sahəsinin – yəni onun mülkiyyətində olan ipoteka predmetinin – iddiaçının mülkiyyətinə keçməsi ilə nəticələnən qətnamə qəbul edilmişdir. Belə qərar, mülkiyyət hüququnun mahiyyətinə və onun toxunulmazlığı prinsipinə açıqaşkar ziddir. Faktiki vəziyyət ondan ibarətdir ki, cavabdeh mülkiyyətindən onun iradəsi və iştirakı olmadan, həm də məhkəmə müdafiəsi hüququ pozulmaqla məhrum edilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, guya iş materiallarından görünür ki, cavabdeh Cavabdeh məhkəmənin ##.##.2021-ci il tarixli iclasında iştirak etmiş və həmin tarixli iclas zamanı iş üzrə ekspertiza təyin edilərək, icraat dayandırılmışdır. Lakin işin faktiki halları tamamilə fərqlidir və məhkəmənin bu qənaəti heç bir sübuta əsaslanmır. Cavabdeh Cavabdeh qeyd edilən tarix də daxil olmaqla, ümumiyyətlə, heç bir məhkəmə iclasında iştirak etməmiş, ona nə iş üzrə məhkəmə icraatının başlanması, nə də hər hansı məhkəmə iclasının keçirilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada bildiriş təqdim edilməmişdir. Məhkəmə isə bu mühüm prosessual halı yalnız “iş materiallarından görünür” kimi ümumi və abstrakt ifadə ilə qeyd etmiş, lakin cavabdehin məhkəmə iclasında iştirakını təsdiq edən konkret sübutun- çağırış vərəqəsinin təqdim edilməsi, poçt bildirişinin, imza nümunəsinin, elektron sistem üzərindən bildirişin və ya digər hər hansı prosessual sənədin mövcudluğunu göstərməmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin guya iştirak etdiyi iddia edilən ##.##.2021-ci il tarixli məhkəmə iclasına dair videogörüntülər araşdırılmamış, həmin iclasda cavabdehin faktiki iştirak edib-etmədiyi obyektiv şəkildə yoxlanılmamışdır. Halbuki, məhkəmə iclasında iştirak faktı yalnız subyektiv mülahizə ilə deyil, konkret və danılmaz sübutlarla təsdiq olunmalıdır. Əslində isə cavabdeh məhkəmə prosesinin gedişi barədə tam məlumatsız olmuşdur. Belə ki, iş üzrə iddia ərizəsinin verilməsi, icraatın başlanması, məhkəmə iclaslarının təyin edilməsi barədə cavabdehin qeydiyyatda olduğu ünvana heç bir məhkəmə bildirişi göndərilməmiş, istifadə etdiyi əlaqə nömrəsinə zəng edilməmiş, SMS və ya elektron bildiriş təqdim olunmamışdır. Qeyd edilməlidir ki, cavabdeh həmin dövrdə ölkə hüdudlarından kənarda olmuş, nəticə etibarilə ona hər hansı poçt göndərişi təqdim edilməmiş və o hər hansı sənədi imzalamamışdır. Beləliklə, cavabdehin iş üzrə cavabdeh qismində prosessual iştirakı faktiki olaraq təmin edilməmiş, onun hüquqi dinlənilmə, sübut təqdim etmə, iddiaya etiraz etmə, vəsatət qaldırma kimi fundamental prosessual hüquqları kobud şəkildə pozulmuşdur. Bu hal məhkəmə icraatının çəkişmə prinsipi və tərəflərin bərabərliyi prinsipinin pozulması deməkdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə bağlı ilk dəfə yalnız ## ######## 2025-ci il tarixində Abşeron Rayon Icra və Probasiya Şöbəsi tərəfindən cavabdehə ünvanlanmış məktub vasitəsilə məlumatlandırılmışdır. Yalnız bu tarixdən etibarən həmin iş və onun nəticələri barədə xəbəri olmuşdur. Bunu əsas götürərək, ##.##.2025-ci il tarixində öz təşəbbüsü ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə qətnamənin surətini əldə etmişdir. Daha sonra, ##.##.2025-ci il tarixində isə hüquqlarının müdafiəsi məqsədilə vəkillə hüquqi yardım haqqında rəsmi müqavilə bağlamışdır. Bütün yuxarıda qeyd edilənlərdən aydın görünür ki, mübahisələndirilən qətnamə cavabdehin iştirakı olmadan, xəbəri olmadan qəbul edilmiş, konstitusion və prosessual hüquqları pozulmuşdur. Qətnamənin təqdim edilməməsi faktı və bu səbəbdən ondan apellyasiya şikayəti vermək imkanının hüquqi cəhətdən qeyri-mümkün olması, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş 60-cı maddə (Məhkəmə müdafiəsi hüququ) və Mülki Prosessual Məcəllənin çəkişmə və ədalətli məhkəmə araşdırması prinsiplərinə ziddir. Hesab edir ki, qətnamədən şikayət verilməsi üçün prosessual müddətin axımı ##.##.2025-ci il tarixindən hesablanmalıdır. Məhkəmənin qərardadda qətnamənin qəbul edilməsindən dörd il keçməsini əsas götürməsi də hüquqi baxımdan əsassızdır. Belə ki, Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin ## #### 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, prosessual müddətin axımı, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, məhkəmə aktının qəbul edildiyi tarixdən deyil, tərəfə təqdim edildiyi (alındığı) andan hesablanmalıdır. Baxılan işin materiallarında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin cavabdehə rəsmi qaydada təqdim edildiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsində məhkəmə sənədinin rəsmi qaydada verilmiş hesab edilməsi üçün yalnız dörd konkret hal nəzərdə tutulmuşdur. Həmin hallara aşağıdakılar daxildir: 1) sənədin ünvan sahibinin özünə verilməsi; 2) ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına və ya onun işlədiyi yer üzrə müdiriyyətə verilməsi; 3) sənədin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilməsi; 4) kommersiya mübahisələri üzrə işlərdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməsi yolu ilə verilməsi. Aşeron Rayon Məhkəməsi sadalanan hallardan hər hansı birinin mövcudluğunu nə müəyyən etmiş, nə də bu halları təsdiq edən konkret sübutlara istinad etmişdir. Iş materiallarında nə poçt bildirişi, nə elektron sistem qeydi, nə də digər rəsmi prosessual sənəd mövcuddur. Hüquqi baxımdan “məlumatlı olmaq ehtimalı” məhkəmə qərarının rəsmi qaydada təqdim edilməsini əvəz edə bilməz. Məhkəmə praktikasında və prosessual hüququn əsas prinsiplərinə görə, tərəfin üzərinə yalnız mövcud olmuş və ya baş vermiş faktların sübut edilməsi vəzifəsi qoyula bilər. Lakin baş verməmiş bir hadisənin, yəni qətnamənin tərəfə təqdim edilməməsi faktının sübutu hüquqi cəhətdən mümkün deyil. Beləliklə, məhkəmə qərarı yalnız iddiaçının təqdim etdiyi birtərəfli və qeyri-mötəbər sübutlar əsasında qəbul edilmişdir. Cavabdehin iştirakının təmin olunmaması onu iddiaçı tərəfindən təqdim olunan sübutların etibarlılığına etiraz etmək və öz müdafiə mövqeyini əsaslandırmaq imkanından məhrum etmişdir. Belə vəziyyətdə qəbul edilmiş qərar nə hüquqi, nə də ədalətli sayıla bilər. Nəticə olaraq Abşeron Rayon Məhkəməsi *(***)-***/**** nömrəli, ##.##.2025-ci il saylı qərardadında bu halların heç birini nəzərə almamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; Maddə 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır.
13. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X3 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
15. Ona görə də Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası verilmiş şikayəti, iş materiallarını birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı bank cavabdehə qarşı kredit müqavilə üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə ##.##.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
18. Iddia ərizəsi icraata qəbul edilmiş və iş üzrə məhkəmənin hazırlıq iclası ##.##.2021-ci il tarixə təyin edilmişdir. Daha sonra ##.##.2021-ci il tarixində məhkəmənin baxış iclası keçirilmişdir. Həmin iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh adına qeydə alınmış 055-298-78-07 və 050-800-55-52 mobil nömrələrə sms xəbərdarlıqlar edilmiş və “çatdırıldı” statusunda aktivləşmişdir. Həmin tarixli məhkəmə iclasında cavabdeh Cavabdeh şəxsən iştirak etmiş və izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir.
19. Cavabdeh Cavabdeh iştirak etdiyi ##.##.2021-ci il tarixli məhkəmə iclasında iş üzrə ekspertiza təyin edilərək, icraat dayandırılmışdır. Müvafiq rəylər əldə edildikdən sonra iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı ##.##.2022-ci il tarixə təyin edilmişdir. Bundan sonra iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi qəbul edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə icraya yönəldilmişdir.
20. Bundan təxminən 3 il sonra cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətə prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə vəsatət əlavə etmişdir. Cavabdeh həmin vəsatətində məhkəmə icraatından ümumiyyətlə məlumatsız olduğunu, həmin ərəfədə ölkə ərazisində olmadığını, qətnamədən yalnız icra mərhələsi zamanı xəbəri olduğunu, ona görə də apellyasiya şikayəti vermək hüququndan istifadə etdiyini bildirmişdir.
21. Işə baxan məhkəmə cavabdehin vəsatətini təmin etməmiş və apellyasiya şikayətini prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır.
22. Apellyasiya kollegiyası hazırkı vəziyyətdə məhkəmənin mövqeyini işin hallarına uyğun hesab edir və bu barədə mövqeyini aşağıdakı şəkildə şərh edir.
23. Əvvəla cavabdehin məhkəmə icraatından ümumiyyətlə məlumatsız olması barədə dəlili yuxarıda qeyd edildiyi kimi onun məhkəmə iclasında iştirak etməsi halı ilə təkzib edilir. Digər tərəfdən cavabdeh həmin ərəfədə ölkə ərazisində olmadığını bildirir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh ##.##.2022-ci il tarixdə H.X6 vasitəsi ilə Azərbaycan Respublikasına daxil olmuşdur.
24. Məhkəmə kollegiyası cavabdehin şikayətində (vəsatətdə) qeyd olunan halların tam araşdırılması məqsədi ilə Abşeron rayon icra və probasiya şöbəsinə müvafiq sorğu ünvanlamış, icra işini əldə edərək aşağıdakı vəziyyəti müəyyən etmişdir.
25. Müvafiq icra işi materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi üzrə ##.##.2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı borclu dəfələrlə xəbərdar edilmiş və ona “sms bildirişlər” göndərilmişdir. Hətta icra işinin materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 70.5 kv.metr ümumi, 50.4 kv.metr yaşayış, 20.1 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi hərrac nəticəsində bankın mülkiyyətinə keçmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamə qəbul edildiyi tarixdə ölkə xaricində olsa da, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, o, qətnamə qəbul edilməsindən 18 gün sonra ölkəyə daxil olmuş, qətnamənin icra mərhələsi zamanı ölkədə olmuş, icra məmuru tərəfindən cavabdehə rəsmi xəbərdarlıqlar və sms bildirişlər göndərilmişdir. Qətnamənin qəbul edilməsindən 4 ilə yaxın müddət keçdikdən sonra, kifayət qədər üzrlü səbəblər olmadan həmin qətnamədən şikayət verilməsi üçün müddətinin bərpa edilməsi (müddətin ötürülməmiş hesab edilməsi) barədə vəsatət təmin edilə bilməz.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il ## ###### tarixli Qərarında göstərilmişdir: “Imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur”.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (“X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair).
29. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 130.1, 360 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.