Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-72/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “X1” MMC-nin cavabdeh cavabdeh1 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə, qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilk, habelə iddiaçı cavabdeh1 cavabdeh “X1” MMC-yə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi, mənzilin boşaldılması, müvəqqəti yaşayış sahəsinin ayrılması və kirayə haqqının ödənilməsi, mülkiyyətdə və qanuni istifadədə olan sahənin sökülməsinə görə kompensasiya) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X9 və X13 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdeh cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili Emin Ağamməd İsayevin iştirakları ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh1 “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə, qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilk, habelə iddiaçı cavabdeh1 cavabdeh “X1” MMC-yə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə məhkəmənin ayrıca icraatında olan iddiaçı iddiaçı1 MMC-nin cavabdehlər cavabdeh2 İsmayıl oğlunun hüquqi varisi X5, cavabdeh1 və cavabdeh3 qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1, 3 mərtəbəli binanın 2-ci girişindəki, 1ci mərtəbəsində yerləşən 44,16 kv.m ümumi yaşayış sahəsindən ibarət 2 otaqlı * nömrəli mənzil ##.##.2006-cı il tarixdə cavabdeh1 adına qeydiyyata alınmışdır.
3. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli sərəncamından görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 10 ha sahədə Pilot layihə çərçivəsində iddiaçı1 Mənzil Tikinti Kooperativinə mövcud, istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərinin ümumi yaşayış sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının lahiyələndirilməsinə icazə verilmişdir. Layihə sənədlərinin mərhələsindən asılı olmayaraq, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməsi yə aidiyyəti orqanlarla razılaşdınlması təmin edilmişdir. Yaşayış binasının işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11 Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edilərək layihələndirmə işləri tam başa çatdırıldıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş texniki sənədlər qeydiyyatdan keçirilməsi, tikintiyə icazə verilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilmişdir. Layihələndirmə başa çatdırıldıqdan sonra mövcud sərəncam inşaat pasportu, işçi layihəsi, ekspertiza rəyi, kommunikasiyaların texniki şərtləri, tikintinin qeydiyyat və icazə vərəqəsi ilə birlikdə tikinti işlərinin aparılması üçün əsasdır. iddiaçı1 Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. Ərazinin sanitar vəziyyətinə nəzarət edilmişdir. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma idarəsinin tapşırıqlarını, inşaat pasportunda nəzərdə tutulmuş digər göstərişlərini yerinə yetirilmişdir və layihələndirməni ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində, müvafiq qaydalara uyğun başa çatdırılmasını təmin edilmişdir. Ərazinin və yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun hazırlanmış işçi layihəsi tam həcmdə Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilmişdir. Layihələndirmə zamanı nəzərdə tutulmuş ərazidən keçən və ya əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətləri aşkar olunarsa, həmin xətlərin aidiyyati təşkilatlarla razılaşdırılaraq öz vəsaiti hesabına sahədən kənarlaşdırılması təmin edilmişdir.
4. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Sumqayıt Bələdiyyəsinin *** saylı, ## ###### 2023-cü il tarixli müraciətinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin ayrılmasına dair ##.##.2023-cü il tarixli ** saylı rəyindən görünür ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yaşayış məntəqələri torpaqları katerqoriyasına aid olan çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsi ayrılması məsələsinə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən baxılmışdır. Ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olub-olmaması haqqında məlumat əldə etmək məqsədi ilə çizgidə göstərilən torpaq sahəsi, aiddiyyatı olan müvafiq təşkilatlarla razılaşdırılmışdır. Bütün bunlar nəzərə alınaraq, göstərilən şərtlər daxilində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin MİHO/2.**-*-****-**** nömrəli, ## ### 2022-ci il tarixli rəyinə, Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan 2,1542 hektar torpaq sahəsinin ayrılmasına etiraz etmirlər.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma mərkəzinin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid 2,99 hektar torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmasına etiraz emirlər.
6. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11nin «Azkommunlayihə» KLİ-nin ##.##.2021-ci il tarixli “Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında” texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən Bina100/104, Bina112/116, Bina-106/110, Bina-96/98, Bina- 87/97, Bina-84/94, Bina-124/128, Bina-118/122, Bina-132/136, Bina-90/94, Bina-102/106, Bina-96/98, Bina-110/114, Bina- 134/138, Bina140/144, Bina-126/128, Bina-120/124, Bina- 118/118, Bina-137/141, Bina- 131/135, Bina127/129, Bina-121/125, Bina-117/119, Bina- 105/115, Bina-161/165, Bina155/159, Bina171/175, Bina-158/162, Bina-150/154 və Bina- ***/***) nömrəli yaşayış binalarının mühəndisi-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir. Yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə olduğundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa olunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikintilərin əksəriyyətində ağac konstruksiyalardan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud Tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir.
7. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının “Sumqayıt şəhəri ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında” ##.##.2023-cü il tarixli, *** nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə iddiaçı1 Mənzil Tikinti Kooperativinə icarə qaydasında 5,58 (beş tam, yüzdə əlli səkkiz) ha torpaq sahəsi ayrılmışdır.
8. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, № *-16-16/2- **/****/**** nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X11nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin bina qəzalı vəziyyətdə hesab olunur və sökülməyən hissə istismara yararsızdır. Sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükə var.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış ##.##.2023-cü il tarixli, **** nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 55800 kv.m torpaq sahəsi üçün illik icarə haqqı 127080 manat olmaqla, müqavilə üzrə illik 10590 manat ödəməklə iddiaçı1 Mənzil-Tikinti Kooperativinə (icarəçi) icarəyə verməyi, icarəçi də eyni zamanda göstərilən müddət ərzində həmin torpaq sahəsindən istifadə etməklə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11nin **** nömrəli, ##.##.2024-cü il tarixli “tikinti işlərinin dayandırılması” barədə qərarında qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin Agentliyə təqdim edilməsi təmin edilməlidir. Sifarişçi (podratçı) bu Qərarda qeyd olunan pozuntuları müəyyən olunan müddətdə aradan qaldırmalı və bu barədə Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinə yazılı məlumat verməlidir.
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11nin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ərazisində iddiaçı1 MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığı üçün tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən ## ######## 2024-cü il tarixli, **** saylı qərar verilmiş və işlər dayandırılmışdır.
12. ##.##.2024-cü il tarixli, ** nömrəli icazə sənədindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçı1 MTK-ya Sumqayıt şəhəri, 4-cü məhəlləərazisində yerləşən 5,58 ha dövlət, 2,99 ha bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikintiyə icazə verilmişdir.
13. iddiaçı1 MTK-nın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11nə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11nin ##.##.2024cü il tarixli Qərarı ilə Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında aparılan söküntü və torpaq işləri obyektin tikintisinə icazə sənədi olmaması səbəbindən dayandırılmışdır. Qərarda göstərilən pozuntunun aradan qaldırılması ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunmuş və ##.##.2024-cü il tarixdə obyektin tikintisinə dair ** nömrəli icazə sənədi iddiaçı1 MTK-ya təqdim olunmuşdur. Qeyd olunan icazə sənədi məlimat üçün göndərilir və bildirilir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında tikinti işlərinin dayandırılmasına səbəb olmuş hal artıq aradan qaldırılmışdır.
14. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, “xxxx” MMC “X1” Mənzil Tikinti Kooperativinin hüquqi varisidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
15. İddiaçı “X1” MMC cavabdeh cavabdeh2 İsmayıl oğluna qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan * saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdehin ünvan 1 ünvanında olan * saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “X1” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 51 kv.metr olan 1 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdehə verilməsi, cavabdehin ünvan 1 ünvanında olan * saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı tərəfindən cavabdehə hər ay cəmi 350 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı cavabdeh2 İsmayıl oğlu cavabdeh “X1” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, həmin tələb üzrə iddiaçının mülkiyyət hüquqlarına cavabdeh tərəfindən edilmiş qanunsuz müdaxilələrə son qoyulması, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı evin əvvəlki vəziyyətə qaytarılması, sökülmüş dam örtüyünün bərpası və həmin binaya girişçıxışa yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) ilkin iddia təmin edilmiş, cavabdeh cavabdeh2 İsmayıl oğlunun ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan * saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh cavabdeh2 İsmayıl oğlunun ünvan 1 ünvanında olan * saylı mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılması, iddiaçı “X1” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “X1” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 51 kv.metr olan 1 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh cavabdeh2 İsmayıl oğluna verilməsi, cavabdeh cavabdeh2 İsmayıl oğlunun ünvan 1 ünvanında olan * saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X1” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh cavabdeh2 İsmayıl oğluna hər ay cəmi 350 manat məbləğində kirayə haqqının ödənilməsi, cavabdeh-iddiaçı cavabdeh2 İsmayıl oğlunun iddiaçı-cavabdeh “X1” Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması tələbi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh-iddiaçı cavabdeh2 İsmayıl oğlunun özünə aid edilməsi qət edilmişdir.
İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
18. İddiaçı “X1” Mənzil-Tikinti Kooperativi cavabdeh cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ********** qeydiyyat nömrəli, ##.##.2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan ** saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh cavabdeh3 ünvan 1 ünvanında olan ** saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X1” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan ** saylı mənzilin əvəzinə “X1” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh cavabdeh3 verilməsi, cavabdeh cavabdeh3 ünvan 1 ünvanında olan ** saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X1” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh cavabdeh3 hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. Daha sonradan, iddiaçının əsl iddiaçı ilə əvəz olunması barədə ərizə daxil olaraq bildirilmişdir ki, iş üzrə iddiaçı “X1” Mənzil Tikinti Kooperativi “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş, bu çevrilmə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ## ###### 2024- cü il tarixdə qeydiyyata alınmışdır. Bu səbəbdən MPM-in 54-cü maddəsinin tələbinə əsasən iddiaçını əsl iddiaçı ilə əvəz edərək, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətini əsl iddiaçı kimi qəbul edilməsi xahiş edilmişdir.
20. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin olunaraq, iddiaçı əsl iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti əvəz olmuşdur.
21. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbi təmin edilmiş, cavabdeh cavabdeh3 ********** nömrəli, ##.##.2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan ** saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh cavabdeh3 ünvan 1 ünvanında olan ** saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan ** saylı mənzilin əvəzinə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh cavabdeh3 verilməsi, cavabdeh cavabdeh3 ünvan 1 ünvanında olan ** saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh cavabdeh3 hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir.
Üçüncü iş üzrə birinci instansiya məhkəməsində icraat
22. İddiaçı “X1” MMC cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin MH seriyalı, ******* nömrəli, ##.##.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan * saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh cavabdeh1 ünvan 1 ünvanında olan * saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X1” MMC tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “X1” MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh cavabdeh1 verilməsi, cavabdeh cavabdeh1 ünvan 1 ünvanında olan * saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X1” MMC tərəfindən cavabdeh cavabdeh1 hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
23. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** nömrəli, ##.##.2021-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində iddiaçı1 Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2023cü il tarixli, *** nömrəli Sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə iddiaçı1 MMC-yə icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə X11 “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında ##.##.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının ** nömrəli, ##.##.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən **/** nömrəli binanın * nömrəli mənzilinin sahibi cavabdeh1 adlı şəxs iddiaçı1 MMC-nin bütün təkliflərindən imtina edərək mənzilinin MMC-nin sərəncamına verilməsi müqabilində yüksək məbləğlərdə pul vəsaitinin onlara ödənilməsini tələb etmişdir. Həmin şəxsə tələb etdiyi vəsaitin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü ona izah olunsa da o, təkidlə tələb olunan məbləğlər ona ödənilmədiyi təqdirdə mənzilini təhvil verməyəcəyini bildirmişdir. Bir sözlə həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alsaq ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxsin MMC ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MMC-yə təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Bu isə yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.
24. İddiaçı cavabdeh1 cavabdeh “X1” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binada aparılan qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, həmin binada yerləşən cavabdeh1 məxsus * №-li mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən 1 il 2 ay müddətinə ona dəyən maddi zərərin əvəzi olaraq 12000 manat (hər ay üçün 1000 manat) vurulmuş maddi ziyanın və 6000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq cavabdeh1 verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin tələb üzrə iddiaçının Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 evdə * №-li mənzili vardır. Cavabdeh tərəfindən qanunsuz söküntü işləri həyata keçirilmişdir. “X1” MMC tərəfindən aparılan qanunsuz söküntü işləri nəticəsində həmin mənzili nə obyekt, nə də yaşayış üçün istifadə edə bilmir. Belə ki, “X1” MTK-nın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə kirayədə yaşamalı olduğunu, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada mənzilinin əvəzinə mövcud sahəsindən 20 kv.m artıq olmaq şərti ilə yeni mənzil veriləcəyini bildiriblər. Baxmayaraq ki, onun mənzili Sumqayıt şəhərinin ən gözəl və bahalı küçəsində yerləşir. Hazırda cavabdeh çoxmənzilli yaşayış binasının qanunsuz olaraq bir hissəsini söküb, söküntü onun mənzilinin divarına çatıb. Qeyd edir ki, binanın sökülən hissəsinin yerində bünövrə qazmağa başlanılmışdır. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən də göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır. İnsanların həyat və sağlamlığı üçün ciddi təhlükə vardır. Hər an qəza baş verməsi mümkündür. Binanın sol tərəfindəki qazıntı nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır və bunun nəticəsində ## ###### 2024-cü il tarixdə saat 07:00-09:00 radələrində yaşayış olan binada güclü silkələnmə baş vermiş, binanın yarısı uçmuşdur. Hadisə ilə bağlı sakinlər tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilmişdir. Qeyd olunan ünvanda tikinti işlərinin aparılması barədə hər-hansı qərarın, həmin işlərin görülməsi üçün “X1” MTK-nın icazəsinin olub-olmamasının aydınlaşdırılması ilə bağlı araşdırma apararkən, MTKnın qanunsuz əməlləri barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir.
26. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbi təmin edilərək, cavabdeh cavabdeh1 MH seriyalı, ******* nömrəli, ##.##.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan * saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh cavabdeh1 ünvan 1 ünvanında olan * saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “X1” MMC tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “X1” MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh cavabdeh1 verilməsi, cavabdeh cavabdeh1 ünvan 1 ünvanında olan * saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X1” MMC tərəfindən cavabdeh cavabdeh1 hər ay cəmi 400 manat məbləğində kirayə haqqının ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
27. Birinci instansiya məhkəməsi həmin iş üzrə müəyyən etmişdir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. İddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 40-50% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MTK-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 30-50% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMCnin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirmişdir.
28. Qarşılıqlı iddia üzrə iddiaçının cavabdeh “X1” MMC-nin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmasına dair vəsatətinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, ünvan 1 ünvanının sakininin müraciəti əsasında toplanmış material üzrə “X1” MTK-nın əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
Apellyasiya şikayəti və onun dəlilləri
29. Cavabdeh cavabdeh2 İsmayıl oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Cavabdeh cavabdeh2 İsmayıl oğlu ## ###### 2025-ci il tarixdə ölmüş, X5 cavabdehin prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.
31. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 bina Nizami və Polad Həşimov küçələrinin kəsişməsində, İcra Hakimiyyətinin binasından 100 metr aralıqda, Sumqayıt şəhərinin tam mərkəzində, ən gözəl və bahalı yerində yerləşir. Nizami küçəsində yol boyunca eyni illərdə tikilən, eyni mərtəbəli, oxşar dam örtüklü və fasadlı binalar sıra ilə düzülməkdədir. Lakin, Sumqayıt İcra Başçısının Sərəncamında və ya iddiaçının iddia tələbində nə hansı səbəbdən məhz **/** saylı binanın sökülməsi əsaslandırılmır, nə də bu barədə məhkəmə araşdırma aparmamışdır. Halbuki bu məsələ dəfələrlə məhkəmə baxışında səsləndirilmiş və araşdırılması üçün müvafiq vəsatətlər verilmişdir. İlk növbədə Sumqayıt İcra Hakimiyyətinə vəkil sorğusu göndərilmişdir. Cavab verilmədiyindən məhkəməyə texniki-tikinti ekspertizasının keçirilməsi barədə vəsatət verilmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən vəsatəti təmin etməmiş, nəticədə hansı səbəbdən məhz **/** saylı binanın sökülməsi müəyyən olunmamışdır. Daha sonra isə İcra Hakimiyyətinin verdiyi cavabda hazırda işin məhkəmədə olması ilə əlaqədar sorğununun cavablandırılmasının qeyri-mümkünlüyü göstərilmişdir. Nizami küçəsində yerləşən oxşar binaların sökülməsinin yolun başından deyil, mərkəzdən başlanması iki sualın yaranmasına gətirib çıxarır. Ya **/** saylı bina digərlərinə nisbətdə daha çox qəzalı vəziyyətdədir, ya da yüksək gəlir üçün daha əlverişli yerdə yerləşməsidir. **/** saylı binanın digər oxşar binalardan daha çox qəzalı olması barədə iş materiallarında heç bir sübut yoxdur. Binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; sakinlərin təcili olaraq binadan çıxarılması; binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi; binaya girişin qadağan edilməsi; binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması kimi vacib məsələlər məhkəmə tərəfindən yoxlanılmamışdır. Halbuki həm iddiaçının tələbi, həm də İcra Hakimiyyətinin Sərəncamı binanın sökülməsinin qəzalı olması ilə əsaslandırılmışdır. MMC-nin qanunsuz əməlləri barədə bina sakinləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir. Daha sonra sorğu əsasında əldə edilmiş Azərbaycan Respublikası Fövqəlada hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11 tərəfindən həmin binanın sökülməsi ilə bağlı heç bir rəyin verilməməsi barədə ***-*/*-*****/**** saylı, ##.##.2024-cü il tarixli cavab məktubu məhkəməyə təqdim edilmişdir. Bundan sonra **/** saylı binanın sol tərəfindəki qazıntı nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qaldığından ## ###### 2024-cü il tarixdə saat 07:00-09:00 radələri aralığında yaşayış olan binada güclü silkələnmə baş vermiş, binanın yarısı uçmuşdur. Bununla bağlı polis, prokurorluq orqanlarına, Fövqəladə Hallar Nazirliyinə, televiziya kanallarına bina sakinləri tərəfindən müraciət olunmuşdur. Yaşayış binalarının sökülməsini tənzimləyən Mənzil Məcəlləsinin 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və y a ) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq (mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi tərəfindən) verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. **/** saylı binanın sakinləri binanın qəzalı olması səbəbi ilə yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün ərizə ilə heç kimə müraciət etməmişdir, çünki bina qəzalı olmamış, qəzalı olubsa da bu barədə onlara hərhansı səlahiyyətli orqan tərəfindən məlumat verilməmişdir. Hətta binada qanunsuz söküntü işləri aparılmasından bir il əvvəl binanın dam örtüyü dəyişdirilərək təmir işləri aparılmışdır. Mənzil Məcəlləsinin 28.3cü maddəsində göstərilir ki, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin İcrasının Təmin Edilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin *** №-li ## ### 2010-cu il tarixli Fərmanının 1.6-cı bəndinə görə isə həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Mənzil mülkiyyətçilərinin binanın qəzalı olması barədə məlumatları olmaması səbəbindən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün müraciət etməmələrinə baxmayaraq Sumqayıt İcra Hakimiyyəti sərəncam verməmişdən əvvəl normada nəzərdə tutulan prosedura əməl etməyərək guya qəza vəziyyətində olan **/** saylı yaşayış binasının təmiri barədə məhkəmədə iddia qaldırmamışdır. Halbuki, qanunvericiliyin tələblərindən görünür ki, bu cür iddia qaldırılıqdan sonra binanın sökülüb yerində 15 mərtəbəli yeni binanın tikilməsi deyil, mövcud binanın təmir olunması və zərurət yaranarsa yenidən qurulması nəzərdə tutulur. Belə halda isə məhkəmə qəzanın aradan qaldırılması ilə bağlı təmir üçün ağlabatan müddət müəyyən etməli idi. Lakin nə hər hansı bir şəxs tərəfindən məhkəməyə belə tələblə müraciət edilmiş, nə də təmir üçün ağlabatan müddət barədə qərar qəbul edilmişdir. İş materiallarında da bu barədə sübut yoxdur. Əksinə yuxarıda da qeyd etdiyi kimi AzərbaycanRespublikası Fövqəlada Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11 tərəfindən verilən ***-*/*-*****/**** saylı, ##.##.2024-cü il tarixli cavab məktubunda həmin binanın sökülməsi ilə bağlı heç bir rəyin verilməməsini göstərilmişdir. Buna baxmayaraq, iddiaçı1 MMC öz qanunsuz əməllərinə davam etdiyindən və qanunsuz söküntünü Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli, ##.##.2023-cü il tarixli, *** nömrəli Sərəncamlarına əsasən aparmasını bildirdiyindən o və həmin binada hazırda yaşayan digər 6 mülkiyyətçi Sumqayıt Şəhər İcra Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli, ##.##.2023-cü il tarixli, *** nömrəli Sərəncamlarının ləğv edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə əməl olunmamasından aydın olur ki, Nizami küçəsində yerləşən məhz **/** saylı binanın sökülməsi qəza səbəbi ilə deyil, kimlərəsə daha çox pul qazandırmaq məqsədi ilə həyata keçirilməkdədir. Qanunvericiliyin normalarına əməl olunmadan **/** saylı binanın sökülməsi və mülkiyyətçilərin yaşayışını təhlükə altına ataraq məcburi qaydada onların mülkiyyət hüquqlarına xitam verilməsi Konstitusiya Məhkəməsinin aşağıdakı qərarlarında göstərilən mövqelərinə tamamilə ziddir. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı). Qeyd olunan qərarda konstitusiya məhkəməsi mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı mütənasibliyin diqqətə alınmasını, konstitusion hüququn mahiyyətinin dəyişməməsini, layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsini, əsas olaraq isə mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunçuluğun tələbinə cavab verməli olduğunu vurğulamışdır. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə mülkiyyət hüquqları məhdudlaşdırılarkən göstərilən şərtlər nəzərə alınmamış, Konstitusiya Məhkəməsinin məcburi qüvvəyə malik olan hüquqi mövqeyi yerinə yetirilməmişdir. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın * №-li mənzil onun tam mülkiyyətindədir. iddiaçı1 MMC-nin əməkdaşları ərək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə kirayədə yaşamalı olduğunu, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada az artımla mənzil veriləcəyini bildiriblər. Binanın yerləşdiyi yer, mənzilin təmiri üçün qoyulan vəsait, yerləşdiyi mərtəbə, qeyri-yaşayış obyekti olaraq istifadə edilməsi, ailə vəziyyəti və s. hallar nəzərə alınmaqla haqlı olaraq tərəfindən mənzilin əvəzinə müvafiq kompensasiya verilməsi təklif olunmuşdur. Lakin iddiaçı təkliflə razılaşmamış, binanı sökməyə başlamışdır. iddiaçı1 MMC-nin Bakı və digər şəhərlərdə həyata keçirdiyi tikinti işlərindən narazı qalan sakinlərin əziyyət çəkməsini, o cümlədən razılığı olmadan, heç bir məhkəmə qərarı olmadan binanı sökərək mülkiyyətini yarasız vəziyyətə salmalarını nəzərə alaraq * №-li mənzilin mülkiyyətçisi olaraq qanunla ona verilən hüquqlarından istifadə edərək yalnız kompensasiya qarşılığında mənzilini verəcəyən bildirsə də məhkəmə qanunsuz olaraq mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmənin bu mövqeyi isə yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsinin qərarlarında qeyd edilən mütənasibliyin qorunması, layiqli həyat səviyyəsinin yaxşılaşdırılması deyil. Bütün bunlar Konstitusion hüququnun pozulmasıdır. Həmin mənzili müvafiq dövlət orqanlarından icazə alaraq qeyri-yaşayış obyekti kimi istifadə edirdi. Lakin cavabdeh artıq 1 il 6 aydır ki obyektin önünü hasarla bağlamış, əvvəlki təyinatı üzrə istifadə edilməsini məhdudlaşdırmışdır. Bundan başqa, yuxarıda da qeyd etdiyi kimi cavabdeh binanı qanunsuz sökdüyündən bina tamamilə qəzalı vəziyyətə düşmüşdür. Qeyd olunan səbəblərdən artıq 1 il 6 aydır ki həmin obyekti nə icarəyə verə bilir, nə də istifadə edə bilir. Bu səbəbdən həm gəlirindən, həm də əmlakından məhrum olmuşdur. * №-li mənzili **/** saylı binanın birinci mərtəbəsində Nizami küçəsinə baxan hissəsində yerləşdiyindən, həmin ərazidə hazırda obyektlərin 1 kv.m sahəsinə olan qiyməti 10000 manat təşkil edir. Buna baxmayaraq cavabdeh ədalətsiz olaraq ona 400 manat verməklə tikəcəyi 15 mərtəbəli binanın bilinməyən mərtəbəsində mənzil verməklə hüquqlarından məhrum etmək istəyir. Göründüyü kimi sözügedən əmlakı faktiki olaraq qeyri-yaşayış obyekti olaraq istifadə etmişdir. Bu səbəbdəndir ki, mənzilinin əvəzinə də qeyri-yaşayış obyektinin və ya qeyri-yaşayış obyektinə münasibətdə bazar qiyməti müəyyən edilməklə müvafiq məbləğin verilməsini iddiaçıya təklif etmişdir. Lakin iddiaçı bununla razılaşmamışdır. Lakin məhkəmənin qanunsuz qətnaməsi ilə mülkiyyət hüququ ədalətsiz şəkildə alınmışdır, birinci mərtəbədə yerləşən qeyri-yaşayış obyektinin əvəzinə yeni tikiləcək 15 mərtəbəli binada hansı mərtəbədə bilinməyən mənzil veriləcəyi qət olunmuşdur. Bu isə məhkəmə qərarı ilə mülkiyyət hüququ məhdudlaşdırılarkən mütənasibliyin qorunmamasına, konstitusion hüququnun mahiyyətinin dəyişməsinə gətirib çıxarmışdır. Mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Buna baxmayaraq, məhkəmə mülkiyyət hüququnu məhdudlaşdırarkən istinad olunan normanı nəzərə almamışdır. Məhkəmə belə fikir irəli sürə bilər ki, hazırda həmin mənzil qeyri-yaşayış sahəsinə çevrilməmişdir. Lakin məhkəmənin diqqətinə təkrar olaraq çatdırır ki, həmin mənzil söküntü işləri başlayana qədər sahibkarlıq fəaliyyəti üçün istifadə olunmuşdur. Yəni mülkiyyətçinin həmin hüquqdan istifadəsinin “gözləntisi” olmuşdur. Aydın məsələdir ki, tikiləcək 15 mərtəbəli binanın 1 və 2-ci mərtəbələri qeyri-yaşayış obyekti olaraq istifadə ediləcək. Bu isə **/** saylı binanın 1-ci mərtəbəsində yerləşən * saylı mənzilin mülkiyyətçisinə eyni mərtəbədə mənzilin verilməməsi deməkdir. Bu isə Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilən hüquqi mövqeyə ziddir. Oxşar iş üzrə Ali Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarının 43-cü bəndində Məhkəmə Kollegiyası bildirmişdir ki, “bu mənada, hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələrin qətnamələrindən cavabdehə dəyən zərərin ədalətli şəkildə kompensasiya edildiyini müəyyən etmək mümkün olmur. Belə ki, birinci instansiya məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanılan qətnaməsində mənzilinin sökülməsi əvəzində cavabdehə iddiaçı MMC tərəfindən ünvan 3 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. yeni təmirli mənzilin verilməsi qət olunmuş, lakin həmin mənzilin inşa ediləcək hansı binada (tikinti ilə bağlı iş materiallarında rəsmi sənədlərdə yaşayış binalarından bəhs olunur), hansı girişdə, hansı mərtəbədə olması, mənzilin hansı tərəfə baxdığı göstərilməmişdir. İşdən və qətnamələrdən məlum olmur ki, ümumiyyətlə, həmin binada (binalarda) 477 kv.m. sahəyə malik mənzilin mövcudluğu nəzərdə tutulmuşdurmu. Məhkəmə Kollegiyası həmin qərarın əsaslandırılmasında “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına istinad etmiş və qərarın 47c i bəndinə bildirmişdir ki, bu baxımdan, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın əlamətləri konkret şəkildə fərdiləşdirilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.Məhkəmə Kollegiyası qərarın 49-cu bəndində həmçinin əsaslı olaraq vurğulamışdır ki, kompensasiya kimi cavabdehə verilən əmlakın əlamətlərinin konkret şəkildə fərdiləşdirilməməsi, eyni zamanda, həmin məhkəmə qətnaməsinin vaxtında və düzgün icra olunmamasına səbəb ola, bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edə bilər. iddiaçı iddiaçı1 MMC **/** saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün 24 ay vaxt müəyyən etmişdir. Lakin nəzərə alınsa ki, hazırda binanın 8 mülkiyyətçisi tikinti şirkəti ilə razılaşmadığından məhkəmələrə müraciət etmişlər və həmin məhkəmə prosesləri uzun müddət vaxt çəkə bilər və ya mülkiyyətçilərin xeyrinə qərar qəbul edilə bilər, belə olduğu halda həmin binanın tikilməsi daha uzun müddətə başa gələ bilər. Bu halları isə məhkəmə nəzərə almamışdır. Mübahisənin hazırkı vəziyyətə çatmasına həmçinin mübahisləndirilən qanunsuz məhkəmə qətnaməsi olmuşdur. Çünki, məhkəmə qəzalı vəziyyətdə olan binanın təmiri, bərpası və ya yenidən qurulması ilə bağlı qanunvericilikdə dəqiq tələblərin olmasına baxmayaraq, iddiaçı1 MMC tərəfindən həmin normalara əməl olunmamasına göz yummuş, işə formal yanaşaraq əsassız və qanunsuz qətnamə çıxarmış, nəticə şikayətdə göstərilən pozuntular səbəbindən hazırda çıxılmaz vəziyyət yaranmışdır. Yəni, **/** saylı çoxmənzilli bina artıq qanunsuz olaraq sökülmüş, mülkiyyət yararsız vəziyyətə salınmış, orada yaşayan sakinlərin həyatına təhlükə yaradılmış, dövlət orqanları və məhkəmələr isə mülkiyyətçilərin hüquqlarını bərpa etmək əvəzinə, binanın artıq söküldüyünü əsas gətirərək, onun və tikinti şirkəti ilə barışmayan digər 7 sakinin də ailələri ilə birlikdə iradələrinə zidd olaraq mülkiyyətlərini boşaltmaqları barədə qərar və qətnamə çıxararaq işi qısa və qanuna uyğun sonlandırmaq əvəzinə qanunsuz yarı sökülən binanın məhvinə yönələn tikinti şirkətinin qanunsuz hərəkətlərinə şərait yaratmaqla mülkiyyətçilərin vəziyyətini daha da çətinləşdirmişlər. Halbuki məhkəmə qanunvercilikdə müəyyən olunmuş tələbləri üstün tutaraq iddianı rədd etsəydi, 100 manat nizamnamə kapitalı olan iddiaçı1 tikinti şirkəti qanunsuz sərəncamda göstərildiyi kimi ya onunla razılığa gələcəkdi, ya da bütün mülkiyyətçilərlə razılaşa biləcək, binanı qanunlara əməl edilməklə söküb yerində yenisini tikməyə qadir olan çoxsaylı tikinti şirkətlərindən biri həyata keçirəcəkdi. İddiaçı tələbinin əsaslandırılmasında göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2023cü il tarixli, *** nömrəli Sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə iddiaçı1 MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhəri, 4-cü məhəllədəki **/** saylı binanın altında yerləşən torpaq sahəsinin iddiaçıya verilməsini qanunsuz hesab etdiyindən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2023-cü il tarixli, *** nömrəli Sərəncamını inzibati qaydada mübahisləndirmişdir. Bununla bağlı mülki icraat qaydasında işin inzibati icraat üzrə yekun məhkəmə qərarı çıxarılana qədər dayandırılmasını xahiş etmişdir. Vəsatətdə həmin binanın sökülməsi ilə bağlı heç bir rəyin verilməməsi, qeyd edilən ərazidə iddiaçı1 MMC tərəfindən tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığı üçün tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən ## ######## 2024-cü il tarixli **** saylı “Qərar” verilməsini və işlərin dayandırılması barədə Azərbaycan Respublikası Fövqalada Hallar Nazırliyi Tikintidə Təhlükəsizliyə X11 tərəfindən verilən *-**-*/*-*****/**** saylı, ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** saylı, ##.##.2024-cü il tarixli, *-**-*/*-Q-****/*-**/**** saylı, ##.##.2024cü il tarixli cavab məktublarının təqdim olunmasını, bundan sonra iddiaçı hansısa yollarla 2-3 gün ərzində ərazidə tikinti işlərinin aparılması üçün icazə sənədi almasını, Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsi ilə obyektlərin həm söküntüsünə, həm də tikintisinə icazə tələb olunmasını, iddiaçı1 MMC-nin isə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən **/** saylı binanın sökülməsi üçün icazə sənədinin olmamasını bildirsə də məhkəmə icraatı dayandırmamışdır. “xxxx MMC isə qanunsuz əməllərinə davam edərək binanı sökməyə davam etmişdir. Məhkəmənin bu yanaşmasını kobud prosessual pozuntu və cinayət törədilməsinə şərait yaradılması kimi qəbul edir. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2023-cü il tarixli, *** nömrəli Sərəncamı ilə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı binanın altında yerləşən torpaq sahəsinin iddiaçıya verilməsinin qanuni olubolmamasını dəqiqləşdirmək üçün üçüncü şəxs kimi Sumqayıt İcra Hakimiyyətini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin cəlb edilməsi barədə məhkəməyə vəsatət verilmişdir. Lakin məhkəmə qanunsuz qətnamə qəbul etməsi üçün həmin vəsatəti də heç bir əsas göstərmədən təmin etməmişdir. Ümumiyyətlə məhkəmə ən azından vəkili tərəfindən verilən əsaslı vəsatətləri təmin edərək ədaləti bərpa etməli idi. Lakin məhkəmə qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə onu mülkiyyətidən qanunsuz olaraq məhrum etmişdir. İlk növbədə Sumqayıt İcra Başçısı, daha sonra isə məhkəmə istinad olunan normanı pozaraq mülkiyyətçilərin hüquqları və iradəsi ziddinə əmlaklarını iddiaçıya vermişdir. Sumqayıt İcra Hakimiyyətinin qeyd olunan binanın altındakı torpaq sahəsini iddiaçı1 MTK-ya icarəyə verməsinin qanunsuz olmasını həmçinin aşağıdakı hallar sübut edir. Mənzil Məcəlləsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər barədə məlumat verilərək göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Buna görə də şəhər icra hakimiyyəti həmin torpaq sahəsini sakinlərin razılığı və məhkəmə qərarı olmadan tikinti şirkətinin istifadəsinə verə bilməzdi. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, İcra Başçısının qeyd olunan sərəncamı mənim və digər razılaşmayan sakinlər tərəfindən inzibati qaydada mübahisləndirilməkdədir. Müraciət qeydiyyata alınmış və iş icraata götürülmüşdür.Hazırda çoxmənzilli binada ümumi mülkiyyət obyektlərin digər şəxslərin istifadəsinə verilə bilməsi barədə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qərar qəbul edilməmiş, iddiaçı ilə mənim aramda razılıq əldə edilməmiş, nəhayət iddiaçının mənim mülkiyyət hüquqlarıma xitam verilməsinə dair qanunsuz tələbi üzrə çıxarılmış qanunsuz məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. İkincisi, daşınmaz əmlak üzərində istifadə hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməlidir (MM 139.1-ci maddəsi). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (MM 146.1-ci maddəsi). Lakin iddiaçı bu barədə məhkəməyə sübut təqdim etməmiş, təqdim edə də bilməzdi. İş materiallarına əlavə edilən İcra Başçısının torpağın icarəyə verilməsinə dair Sərəncamı isə qanunsuz olduğuna görə mübahisələndirilmişdir. Məhkəmə göstərilən hallara toxunmamış, müvafiq mütəxəssislərin cəlb edilərək mübahisənin düzgün həll edilməsini həyata keçirməmişdir. Baxmayaraq ki, yuxarıda da qeyd etdiyimiz kimi, üçüncü şəxs qismində Sumqayıt İcra Hakimiyyətini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin işə cəlb edilməsi barədə məhkəməyə vəsatət verilmişdir. İddiaçı qeyd olunan maddi normalara əməl etməyən Sumqayıt İcra Başçısının Sərəncamını əsas tutaraq, icazəsi olmadan binanı artıq sökərək yaşamaq üçün iflic vəziyyətə salmışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının bu əməlini qanunsuz hesab edib iddianı rədd etməli olduğu halda, qeyd olunan maddi normaları tətbiq etməyərək cavabdehin Konstitusiya ilə müəyyən edilən mülkiyyət hüququnu pozmuşdur. İstənilən tərəfdən müzakirə etdikdə yaranan mübahisənin Məhkəmə sadəcə iddiaçı tərəfindən təqdim edilən dövlət və bələdiyyə torpaqlarının iddiaçıya verilməsi barədə əsassız və qanunsuz “sübutlara” istinad edərək, qanunvericiliyin bununla bağlı dəqiq müəyyən edilmiş tələblərini, beləliklə də mənim mülkiyyət, hüquqlarımın məhkəmə müdafiəsi kimi Konstitusion hüquqlarımı kobud şəkildə pozmuşdur. Bundan başqa iddiaçı1 MTK iddiaçı1 MMC-nə çevrilməsi tərəflər arasında yaranacaq hüquqi münasibətlərin tamamilə dəyişməsini göstərir. Əgər **/** saylı binanın sakinləri iddiaçı1 MTK ilə bağladıqları müqavilələri üzvlük əsasında bağlamışlarsa, iddiaçı1 MMC ilə bu münasibətlər öz hüquqi qüvvəsini itirir. Belə olan halda **/** saylı binanın sakinləri iddiaçı1 MMC ilə bu münasibətlərini Mülki Məcəllənin 6.1-ci maddəsində göstərilən prinsiplər nəzərə alınmaqla podrat müqaviləsi əsasında qurmalıdırlar. Bu münasibətlərin də tənzimlənməsi qaydası Mənzil Məcəlləsində ətraflı şəkildə göstərilmişdir. Lakin, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı çoxmənzilli binanın sakinlərinin razılığı olmadan, qanunvericiliklə onlara qoyulan müvafiq qadağalara əks olaraq, Sumqayıt İcra Hakimiyyəti **/** saylı çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsini üzvləri məlum olmayan iddiaçı1 Mənzil Tikinti Kooperativinə vermiş, o da öz növbəsində hazırda hüquqlarından suiistifadə edərək Kooperativin təşkilati-hüquqi formasının Məhdud Məsuliyyətli Cəmiyyətə dəyişərək çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin qanunla göstərilən hüquqlarını pozmuş, pozmaqda da davam edir. Hazırda iddiaçının tələbinə görə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı çoxmənzilli bina sökülərək yeni layihə əsasında qurulmalıdır. Lakin, bu layihənin həyata keçirilməsi qeyd olunan normaya zidd həyata keçirilməkdədir. Çünki, bu yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmamışdır. Qeyd olunan halları isə məhkəmə nə araşdırmış, nə də qətnamədə onlara müvafiq qiymət verməmişdir. Mənzil mülkiyyətçilərinin binanın qəzalı olması barədə məlumatları olmaması səbəbindən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün müraciət etməmələrinə baxmayaraq Sumqayıt İcra Hakimiyyəti normada nəzərdə tutulan tələblərə əməl etməyərək **/** saylı yaşayış binasının qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri barədə məhkəmədə iddia qaldırmamışdır. Halbuki, qanunvericiliyin tələblərindən görünür ki, bu cür iddia qaldırılıqdan sonra binanın sökülüb yerində 15 mərtəbəli yeni binanın tikilməsi deyil, mövcud binanın təmir olunması və zərurət yaranarsa yenidən qurulması nəzərdə tutulur. Belə halda isə məhkəmə qəzanın aradan qaldırılması ilə bağlı təmir üçün ağlabatan müddət müəyyən etməli idi. Lakin iş materiallarında nə məhkəməyə müraciətlə bağlı məlumat, nə də məhkəmə tərəfindən qəbul edilmiş belə qərar var. Bundan əlavə, hazırda iş materiallarında müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla **/** saylı yaşayış binasının təmirini həyata keçirmək üçün açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin *** №-li ## ### 2010-cu il tarixli Fərmanının 1.1-1-ci bəndinə görə həmin Məcəllənin 28.5-ci və 140.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bu gün üçün **/** saylı yaşayış binasının təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşməsi barədə sübut yoxdur. Onun təmiri (bərpası) barədə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul etməmişdir. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Hazırda **/** saylı yaşayış binasının açıq hərraca çıxarılması barədə məhkəmə qərarı olmadığına görə həmçinin 28.6, 28.7-ci maddələrində də göstərilən halların şərhinə ehtiyac yoxdur. eyd olunan normalardan görünür ki, **/** saylı binanın qəzalı olması səbəbi ilə bərpası (sökülməsi) yuxarıdakı qaydalara əsasən həyata keçirilməli idi. Lakin, hər bir halda, sözü gedən binanın sökülüb-bərpasını nə şəhər icra hakimiyyəti, nə də tikinti şirkəti məhkəmə qərarı olmadan həyata keçirə bilməzdi. Bu normanın tələbləri Sumqayıt şəhər İcra Hakimiyyətini başçısının sərəncamlarının mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq hazırki mülki iş üzrə iddianın rədd edilməsi üçün birbaşa əsasdır. Lakin məhkəmə, dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququna təcavüz edən biləbilə qanunsuz qətnamə çıxararaq tək mülkiyyət hüququmu deyil, həmçinin Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququ da daxil olmaqla ədalət sözü keçən bütün normaları da pozmuşdur. İddiaçının təşkilati-hüquqi formasını MTK-dan MMC-yə çevirməsi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı binanın mülkiyyətçilərinin həmin MTK-da üzv olmaq və onun idarə edilməsində iştirak etmək hüquqlarını məhdudlaşdırmağa yönələn qəsdən həyata keçirilmiş əməlidir. Qeyd olunan maddələri yaranan mübahisəyə şərh etdikdə başa düşülən odur ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən (guya) qəzalı olan **/** saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün həmin binada mülkiyyəti olan mənzil mülkiyyətçiləri özləri mənzil tikinti kooperativi yaratmalı, bina tikilib bitdikdən sonra onu ləğv edərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul etməli idilər. Lakin, hazırki iş üzrə görünən odur ki, qanunvericiliyə zidd olaraq təsisçiləri bilinməyən iddiaçı1 Mənzil Tikinti Kooperativi gəlib Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən **/** saylı binanın sökülüb yerində yenisinin tikilməsini iddia etmişdir. Qeyd olunan binada mənzili sökülən, yəni pay haqqını tam ödəyən vətəndaşlar, onlardan biri də o, iddiaçı1 MTK-nın üzvü olmamış, nə də bu barədə heç bir bina sakininə nə məlumat, nə də təklif olunmamışdır. Bu isə iddiaçı1 MTK-nın hazırki bilinməyən üzvləri üçün qanunsuz hərəkətlər törətməsinə gətirib çıxarmış və çıxarmaqda davam edir. MTK-nın ləğv olunmasının əsasları barədə imperativ göstərişlərə baxmayaraq, iddiaçı1 MTK bəzi sakinlərlə artıq bağlanmış müqavilələri pozaraq bina hələ sökülmədən və tikilmədən özünün təşkilati-hüquqi formasını dəyişdirmişdir. İddiaçı hesab edir ki, iddiaçı1 MMC iddiaçı1 Mənzil Tikinti Kooperativinin hüquqi varisidir. Lakin Azərbaycan Respublikasının qanunlarında göstərilən təşkilati-hüquqi formalarının yaradılması, idarə olunması, məqsədləri, ləğv olunması və s. barədə fərqli qaydalar göstərilir. Üçüncü şəxs qismində Sumqayıt İcra Hakimiyyətinin işə cəlb olunması barədə vəsatət verilmişdir. Sərəncamda **/** saylı binanın tikilməsinin məhz MTK-ya verilməsi göstərilmişdir. Hazırda bu fəaliyyəti həyata keçirmək üçün MTK-nın hüquqi təşkilati formasını dəyişən iddiaçı1 MMC-nə dəyişməsinə İcra Hakimiyyətinin yanaşması dəqiqləşdirilməli idi. Bundan başqa, həmin vəsatətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində işə cəlb olunması xahiş olunmuşdur. MTKya artıq üzv olmuş şəxslərin MTK-nın MMC-nə dəyişilməsinə dair razılıqlarının olması müəyyən olunmalı idi. Lakin vəsatəti heç bir əsas göstərilmədən təmin olunmamışdır. Bununla bərabər sübutların təmin edilməsi barədə də vəsatət verilərək, məhkəmənin nəzərinə çatdırılmışdır ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar (Mülki Məcəllənin 87.1-ci maddəsində). Yəni, iddiaçının hüquqi təşkilatı forması MMC olduğu üçün tikintini həyata keçirə bilmədiyi və ya iflas olduğu halda yalnız öz balansı qədər məsuliyyət daşıması qanunvericilikdə birbaşa göstərilmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi iddiaçı1 MMC barədə reyestr məlumatlara baxdıqda nizamnamə kapitalının 100 manat olduğu görünür. Belə olduğu halda on milyonlarla dəyəri olan bu layihənin tikintisində MMC-nin indidən qanunda nəzərədə tutulduğu qaydada iflas olunmasını hesab edə bilər. Bu isə mənzilinin sökülməsi halında həm daşınmaz əmlakından, həm də mülkiyyət hüquqlarından məhrum olma riskini real edir. Məhkəmə qanunsuz qətnamə qəbul edərkən mübahisənin düzgün həlli üçün Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən **/** saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün xərclənəcək ümumi vəsaitin neçə manat təşkil edəcəyi barədə qiymətləndiricinin rəyini, iddiaçı1 MMC-nin Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı binanın sökülərək yerində yenisinin tikilməsi üçün müvafiq əmlakı barədə sənədləri, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı binanın sökülərək yerində yenisinin tikilməsini sığortalaması barədə sığorta sənədini, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı binanın * №-li mənzilinin (obyektinin) bazar qiymətinin müəyyən edilməsi barədə müstəqil qiymətləndiricinin rəyini, iddiaçı1 MMC qeyd olunan layihəni həyata keçirmək, keçirə bilməyəcəyi təqdirdə mənzili sökülmüş vətəndaşların zərərlərini ödəyə bilmə qabiliyyətinin, yəni buna kifayət qədər vəsaitinin olub-olmamasını təsdiq edən rəsmi sənədin əldə edilməsinə çalışmamışdır. Verdiyi vəsatətdə həmçinin göstərilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli Sərəncamı üzrə həyata keçirilən layihə dövlət layihəsi deyil. Bu səbəbdən həmin binanın sökülüb yerində yenisinin tikilməsi üçün tender keçirilməli idi və tenderdə məhz iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyət qismində iştirak etməli idi. Çünki, həmin layihənin həyata keçirilməsi üçün 10 milyonlarla vəsait tələb olunur. Lazımi vəsaitin iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətində olması barədə də müvafiq sənədlər keçirilən tenderdə göstərilməli idi və ya ondan tələb olunmalı idi. Lakin iş materiallarında iddiaçı1 Mənzil Tikinti Kooperativinin bu vəsaitə malik olması barədə məlumatı göstərəcək sənəd yoxdur. Məhkəməyə də məlum olmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli qanunsuz Sərəncamında layihənin tapşırılması və icra edilməsi iddiaçı1 Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. Birinci instansiya məhkəməsi qanunla tənzimlənməli olan münasibətləri tətbiq etməmiş, qeyri-qanuni yollarla Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülüb yerində yenisinin tikintisinin iddiaçının öhdəliyinə verilməsini doğru hesab edərək, qanunsuz qətnamə qəbul edərək onu əmlakından məhrum etmişdir. Yaranan mübahisə üzrə gördüyü odur ki, bütün şərtlər iddiaçı tərəfdən bina sakinlərinə, o cümlədən ona diktə edilmiş, nəticədə müqavilə azadlığı prinsipi pozulmuşdur. Yeganə mülkiyyəti olan mənzil iddiaçı tərəfindən sökülür və əvəzində tikiləcək 15 mərtəbəli binanın bilinməyən mərtəbəsində ona az artımla 2 otaqlı mənzilin (hazırda qeyri-yaşayış obyekti olaraq istifadə edilir) əvəzinə 1 otaqlı mənzil verəcəyi bildirilir. Bu cür razılaşma yalnız qarşılıqlı qaydada və qanunla nəzərdə tutulmuş qaydaya uyğun ola bilərdi. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer, hazırda qeyri-yaşayış obyekti olaraq istifadə edilməsi və s. hallar nəzərə alınmaqla lakııın əvəzində haqlı olaraq müəyyən məbləğ təklif etmiş, lakin iddiaçı bu təklifləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və mənzilləri qəzalı vəziyyətə salmışdır. Eyni zamanda, yuxarıda qeyd etdiyiz kimi İcra Başçısının qanunsuz Sərəncamında da bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Hazırda isə nə onunla, nə də bir çox sakinlə heç bir razılıq əldə edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Axverdiyev Azərbaycana qarşı (*****/** №-li ərizə) ## ###### 2015-ci il tarixli Qərarında oxşar iş üzrə bildirmişdir ki, “Mülkiyyətin alınmasının * saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir”. Həmin iş üzrə məhkəmə qeyd olunan şərtlərə əməl olunmaması faktlarını aşkar edərək Konvensiyanın * saylı Protokolun 1-ci maddəsinin pozulmasını bildirmişdir. hazırki işdə olduğu kimi Axverdiyev Azərbaycana qarşı iş üzrə də əsas kimi İcra Başçısının Sərəncamı göstərilmişdir. Avropa Məhkəməsi həmin İcra Başçısının Sərəncamı ilə bağlı aşağıdakıları qeyd etmişdir: ## ### 2004-cü il tarixli sərəncamın mətninə münasibətdə Məhkəmə qeyd edir ki, onun hüquqi qüvvəsi fərdi icraçıya lizinq əsasında torpaq sahəsinin verilməsi və icraçıya inkişaf planının layihəsinin hazırlanması səlahiyyətinin verilməsi ilə məhdudlaşır. Yuxarıda qeyd olunduğu kimi, bu sərəncam barədə ərizəçiyə evin faktiki olaraq sökülməsindən əvvəl heç vaxt rəsmi şəkildə məlumat verilməmişdir. Sərəncamda şəxsi mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar və ya şəxsi və ya dövlətə məxsus mənzillərdə yaşamasından asılı olmayaraq ərazinin sakinlərinin köçürülməsi ilə bağlı qərarlara istinad edən hər hansı bir müddəa mövcud olmamışdır. Faktiki olaraq, sərəncamda açıq-aşkar qeyd olunmuşdur ki, o, “yalnız layihənin hazırlanması üçün” və layihənin icraçısı tərəfindən müvafiq sənədləşdirmənin aparılması üçün əsas qismində çıxış edir. Bu təqdirdə və BŞİH və ya fərdi mənzillərin alınması ilə əlaqədar digər dövlət orqanı tərəfindən hər hansı rəsmi qərarın olmadığı halda Məhkəmə müəyyən edir ki, BŞİH-nin ## ### 2004-cü il tarixli sərəncamı mübahisə olunan ərazidə yerləşən şəxsi mülkiyyətin özgəninkiləşdirilməsi səlahiyyəti verən hüquqi vasitəyə bərabər tutula bilməz. Bundan əlavə, Məhkəmənin bununla bağlı xüsusi tələbinə baxmayaraq həm Hökumət, həm də milli məhkəmələr BŞİH-nin şəxsi mülkiyyətdə olan mənzillərin alınması ilə bağlı qərarların verilməsi səlahiyyətinə malik orqan və ya orqanlardan biri olmasına dair milli qanunvericilikdə hər hansı bir hüquqi müddəanın olduğunu göstərməmişlər. Məhkəmə həmçinin özü belə bir qanunvericilik aktını müəyyən edə bilməmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, BŞİH-nin şəxsi mülkiyyəti almaq səlahiyyəti olmamışdır. Müvafiq olaraq, BŞİH-nin ## ### 2004-cü il tarixli sərəncamı ərizəçinin mülkiyyətinin alınması üçün qanuni əsas hesab oluna bilməz. Məhkəmə ərizəçinin müdaxilə zamanı mülkiyyətin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin (2009) müvafiq müddəaları, həmçinin Prezidentin həmin müddəaların tətbiqi ilə bağlı fərmanları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır (bax: §§ 35-36 və 49- 56). # ####### 2009-cu il tarixində qüvvəyə minmiş Mənzil Məcəlləsi (2009) istisna olmaqla, digər hüquqi aktlar müdaxilə başlamazdan əvvələ qədər illər ərzində qüvvədə olmuşdur. Məhkəmə ərizəçi ilə razılaşır ki, ərizəçinin mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Belə ki, iddiaçı tərəfindən irəli sürülən tələbdə əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi halları nə göstərilməmiş, nə də əsaslandırılmamışdır. İddiaçı yalnız Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli qanunsuz Sərəncamını göstərmiş və iddiasını belə əsaslandırmışdır ki, **/** saylı bina istismar müddəti bitmiş binadır və şəhərin abadlaşdırılması məqsədi ilə sökülməlidir. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində iddiaçı tərəfdən onun hüquqlarının pozulmamasını qeyd edərək mülkiyyətindən məhrum etmişdir. Halbuki məhkəməyə yuxarıda qeyd olunan hallar barədə ətraflı məlumat verilmişdir. İddia tələbində binanın sökülməsinin əsasları binanın istismar müddətinin bitməsi və şəhərin abadlaşdırılması kimi göstərilmişdir. Belə olan hallarda isə binaların sökülməsi Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən həyata keçirilir. Lakin iddia tələbinə əsas olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli qanunsuz Sərəncamı həmin normada göstərilən tələblərin pozulması ilə verilmiş və sərəncamda, onun yalnız layihə yönümlü olması qeyd olunmuşdur Göründüyü kimi iddiaçı iddia tələbində İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli qanunsuz Sərəncamını əsas tutmuş, bu isə heç bir halda mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, 4- cü məhəllədə yerləşən **/** saylı binanın altında yerləşən torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, hazırda həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qanuni olub-olmamasını araşdırmadan, gəldiyi nəticəni əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı1 MTK-nın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 350 manat verməklə kirayədə yaşamalı olduğunu, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada 2 otaqdan ibarət * №-li mənzilin (obyektin) əvəzinə az artımla 1 otaqdan ibarət mənzil veriləcəyini bildiriblər. Mənzilin yerləşdiyi yer, qeyri-yaşayış obyekti olaraq istifadə edilməsini və digər hallar nəzərə alınmaqla tərəfimdən iddiaçı1 MMC-nə qanuni olaraq müəyyən kompensasiya məbləği təklif edilsə də o, bununla razılaşmamışdır. Buna baxmayaraq, iddiaçı çoxmənzilli yaşayış binasının bir dəhlizini qanunsuz olaraq sökmüşdür. Bunu isə məhz Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli, ##.##.2023-cü il tarixli, *** nömrəli Sərəncamlarına əsasən həyata keçirdiyini bildirir. Qeyd olunmalıdır ki, iddiaçı bu qanunsuz hərəkətləri çoxmənzilli binanın bütün sakinləri ilə razılaşmadan, məhkəmə qərarı olmadan, qanunsuz, həyat və sağlamlıq üçün təhlükəli şəraitdə həyata keçirmiş və keçirməyə davam edir. Hazırda uşaqların oynadığı, sakinlərin hərəkət etdiyi, yaşayış davam edən məhləmizin tam ortasında binanın bir hissəsini söküb, sökülən hissəsinin yerində isə bünövrə qazmağa başlayıblar. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfat Birliyinin məhkəmənin sorğusuna verdiyi *-*-*/*-***/**** saylı, #.##.2025-ci il tarixli cavab məktubunda Sumqayıt Şəhəri 4-cü məhəllə ünvanında yerləşən 16/19 bina 3 blokdan ibarətdir, lakin 3-cü blok halhazırda sökülüb. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli məktubda qeyd olunur ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** nömrəli bina sökülməzdən əvvəl 2 blokdan, 21 mənzildən ibarət olmuş, bunlardan razılıq əldə olunmuş 13 mənzil sökülmüş, qalan 8 mənzilə dair mübahisəyə hazırda məhkəmədə baxılır. MMC-nin qanunsuz əməlləri barədə bina sakinləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir.Birinci instansiya məhkəməsi cavabdehin hüquqdan suiistifadə etməsini görməsinə baxmayaraq, bu halların qarşısını almaq əvəzinə, iddiaçıya qanunsuz hərəkətləri davam etməsinə şərait yaratmışdır. Nəticədə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən **/** saylı binanın iddiaçı1 MMC tərəfindən qanunsuz sökülməsi davam etdirilmiş, vurulmuş ziyan daha da artmışdır. iddiaçı1 Mənzil Tikinti Kooperativi artıq təşkilatihüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Sumqayıt şəhəri, 4cü məhəllə ərazisində və ya orada yerləşən **/** saylı binada yenidənqurma işlərinin aparılması üçün Rəqabət Məcəlləsinin və Dövlət Satınalmaları haqqında Qanunların normaları nəzərə alınaraq tender vasitəsi ilə podratçı seçilməli idi. Bu zaman nəzərə alınmalıdır ki, **/** saylı binanın sökülüb yerində yenisinin tikilməsi dövlət layihəsi deyil. Hazırda iddiaçı gəlir əldə etmək məqsədi ilə bu işi öz üzərinə götürmüşdür. Lakin, iş materiallarında **/** saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün tender keçirilməsi, iddiaçının tenderin qalibi olması barədə heç bir məlumat yoxdur. iddiaçı1 MMC ilə **/** saylı Tikintidə Təhlükəsizliyə X11ndən verilən *-**-*/*-*****/**** saylı, ##.##.2024-cü il tarixli cavab məktubunda təkrar göstərilmişdir ki, qeyd edilən ərazidə iddiaçı1 MMC tərəfindən tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığı üçün tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən ## ######## 2024cü il tarixli **** saylı “Qərar” verilmiş və işlərin bina sakinləri razılaşa bilmirlər. Halbuki tender keçirilsəydi bina mülkiyyətçiləri ilə razılaşa biləcək şirkət bu fəaliyyəti öz üzərinə götürəcəkdi. Lakin görünən odur ki, **/** saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün nə əvvəlcədən bina sakinləri ilə danışıqlar aparılıb, nə tender keçirilib. Buna baxmayaraq, iddiaçı mülkiyyətçilərlə o cümlədən mənimlə razılığa gəlmədən binanın yarısını sökərək mənim * №-li mənzilimi yaşayış və istifadə üçün yararsız vəziyyətə salmışdır. MMC ilə barışmayan digər sakinlərin işləri üzrə icraatda məhkəməyə, “hüquqdan” sui-istifadə edən iddiaçı1 MMCnin qanunsuz hərəkətlərini dayandırılması üçün müvəqqəti təminat tədbirinin tətbiqinə dair 3 (üç) dəfə ərizə verilsə də ərizə təmin edilmədən saxlanılmışdır. Göründüyü kimi şikayətdə qeyd olunan halları birinci instansiya məhkəməsinin diqqətinə dəfələrlə çatdırsa da, bu hallar barədə nə araşdırma aparmış, nə də bu halların davam etməsinin qarşısını almışdır. Nəticədə qanunsuz qətnamə qəbul edərək mülkiyyət hüquqlarını qanunsuz məhdudlaşdırmışdır.Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən vurulmuş ziyanı gördüyü halda məlum olmayan səbəblərdən qarşılıqlı iddia tələbini əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsinin diqqətinə zərərin kim tərəfindən, hansı məbləğdə vurulması göstərilsə də, məhkəmə onun əsassız olduğunu bildirmişdir. * №-li mənzili iki otaqdan ibarət olması, həmin mənzilin qeyriyaşayış obyekti olaraq istifadə edilməsi, söküntü başladıqdan sonra icarə və yaşayış üçün yararsız hala salınması və s. hallar göstərilmişdir. Bu səbəbdən 1 il 2 ay müddətinə (12 000 manat məbləğ qarşılıqlı iddia verildiyi tarixdə hesablanmışdır, bu gün üçün artıq 1,6 aydır ki, mən həmin hüquqdan məhrum olmuşam) mənə maddi zərər olaraq 12.000 manat (hər ay üçün 1000 manat) və əldən çıxmış fayda olaraq 3000 manat məbləğinin cavabdehdən alınmasını tələb etmişdir. İddiaçı tərəfdən ona maddi ziyan vurulmaqda davam edir. Qeyri-yaşayış olaraq istifadə etdiyi * №-li mənzilimi hazırda nə icarəyə verə bilir, nə də özü yaşaya bilir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olubolmamasını araşdırmadan qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq yolverilməz iddia ərizəsini icraata qəbul etmiş, faktiki olaraq ədalət mühakiməsi funksiyasını həyata keçirməyərək mülkiyyət hüquqlarımı pozmuşdur. Subyektiv hüququn digər elementlərinə, yuxarıda göstərilən maddələrə riayət olunmadığından iddiaçı1 MMC-nin nə başqa (borclu) şəxslərdən tələb etmək hüququ, nə də müdafiə hüququ yaranmamışdır. Bundan başqa, hətta nəzərə alınsa ki, İcra Hakimiyyəti yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əməl etmişdir, məhkəmə qərarı ilə müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla açıq hərracda **/** saylı binanın təmirini həyata keçirməyə razılıq verən şəxsə satılması barədə məlumat iş materiallarında yoxdur. O ki qaldı **/** saylı binanın sökülməsi ilə əlaqədar iddiaçının istinad etdiyi FHN rəyinə, həmin sənəddə binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; sakinlərin təcili olaraq binadan çıxarılması; binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi; binaya girişin qadağan edilməsi; binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması kimi vacib məsələlər öz əksini tapmadığından həmin rəy söküntü üçün əsas vermir. Eyni zamanda il yarım əvvəl **/** saylı binada təmir işləri aparılmışdır. İş materiallarında olan İcra Başçısının Sərəncamlarını, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11nin «Azkommunlayihə» KLİ-nin tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli texniki rəyini, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11nin məktublarını, onun dəlillərini əlaqəli şəkildə qiymətləndirməmişdir. Məhkəmə həmçinin mübahisənin əsl mahiyyətindən kənara çıxmışdır, çünki mülkiyyətçilər onların evlərindən qanunsuz çıxarılmalarına etiraz edir, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı binanın sökülməsi dövlət ehtiyacları üçün həyata keçirilmir. Şəhərin abadlaşdırılması adı altında kimlərinsə 21 mənzildən ibarət 3 mərtəbəli binanın yerində bəlkə də 100-dən çox mənzili olacaq 15 mərtəbəli bina tikərək qazanc əldə etməsi mənim mülkiyyət hüquqlarımı pozmamalıdır. İddiaçının əlavə tikiləcək mənzilləri baha qiymətə sataraq yüksək gəlir əldə etmə onun hazırki işdə iqtisadi maraqlarının olduğunu təsdiq edir. Belə vəziyyətdə isə mənzil mülkiyyətçisi olaraq azad bazar iqtisadiyyatına söykənən mülkiyyəti qarşılığında istədiyi məbləğin ona verilməməsi mülki dövriyyə iştirakçısı olaraq hüququnu pozur. Məhkəmə iş üzrə tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Belə ki, məhkəmə hazırki işə tətbiq edilməli olan Azərbaycan Respublikasının bu cür binaların sökülüb yerində yenisinin tikilməsi ilə bağlı əminli qaydalar nəzərdə tutan qanun normalarına deyil, tətbiq edilməli olmayan normaları tətbiq etmişdir. Qətnamənin 51-ci abzasında məhkəmə qeyd edir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evini boşaltdığı halda, əvvəl yaşadığı mənzilə uyğun təmirli mənzilin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir.hazırda **/** saylı binada bir neçə mülkiyyətçi ailələri ilə birlikdə yaşamağa davam edir. Artıq məhkəməyə də məlum olmuşdur ki, binanın məhkəmənin dediyi kimi tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətə düşməsi məhz "xxxx” MMC-nin qanunsuz hərəkətləri nəticəsində olmuşdur. Belə olduğu halda məhkəmə hansı səbəbdən "xxxx” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməllərini gizlətmişdir. Halbuki tərəfimizdən "xxxx” MMC-nin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi olduğundan, bu barədə prokurorluğa xəbər verilməsi məhkəmədən istənilmişdir. Lakin məhkəmə prokurora bu barədə xəbər verilməsi barədə qərardad qəbul etməmişdir. Göründüyü kimi məhkəmə, qətnamənin 51-ci bəndində qeyd etdiyi kimi **/** saylı binanın tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olması barədə göstərdiyi halların hansı səbəbdən yaranmasına toxunmamış, mülkiyyətimə qəsdən zərər vurulduğu halda qanunsuz iddianı təmin etmişdir. Daha sonra Qətnamənin 52-ci abzasında məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahəsindən 10-20% əlavə yaşayış sahəsi əlavə edilməklə ona həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Əvvəla, iddiaçı tərəfindən onun hüququnun pozuntusu hallarına yol verilməməsi barədə məhkəmənin gəldiyi nəticə tamamilə həqiqətə uyğun deyil. Belə ki, məhkəmənin diqqətinə dəfələrlə çatdırılmışdır ki, iddiaçı tərəfindən **/** saylı binaya və orada yerləşən mənim * №-li mənzilinə əhəmiyyətli ziyan dəymişdir. Bununla bağlı hətta qarşılıqlı iddia ərizəsi də verilmişdir, lakin məhkəmə təmin etməmişdir. İkincisi, məhkəmənin diqqətinə **/** saylı binanın və orada yerləşən mənim * №-li mənzilinin hazırkı vəziyyəti barədə yerindən şəkillər çəkilərək məlumat verilmişdir. Artıq 1 il 6 aydır ki, * №-li mənzilini nə istifadə edə bilir, nə də onun barəsində sərəncam verə bilir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir. O ki qaldı MMC-nin belə bir niyyətinin olmaması barədə məhkəmənin gəldiyi nəticəyə, yuxarıda göstərilən sübutların cəmi məhkəmənin gəldiyi nəticənin tamamilə əksini göstərir. Bütün pozuntular ətraflı şəkildə yuxarıda göstərilmişdir. Bununla belə, təkrar olaraq bildiririk ki, MMC-nin yaşayış binasını qanunsuz sökməsi, mülkiyyətçilərin iradəsi ziddinə onları mülkiyyət hüquqlarından məhrum etməsi üçün məhkəməyə müraciət etməsi, hüquqlarından sui-istifadə etməsi, müqavilə azadlığı prinsipini pozması, digər ərazilərdə tikdiyi binalarla əlaqəli sakinlərin narazılıqları və s. hallar MMC-nin niyyətini ortaya qoyur. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı "xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif edir. Bu isə, cavabdehə öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Məhkəmənin bu nəticəsi heç bir məntiqə, heç bir qanuna sığmır. Çünki, məhkəmənin tikinti şirkəti tərəfindən mənim mülkiyyətimdə olan əmlakın müqabilində mənə 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif etməsi barədə qeydi sadəcə məhkəmənin mülahizəsindən ibarətdir.Bundan başqa birinci instansiya məhkəməsi qeyd edir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MTK-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Məhkəmənin bu mövqeyi də heç bir məntiqə sığmır və qanuna əsaslanmır. Belə ki, iddiaçının yalnız öz balansı qədər məsuliyyət daşıması qanunvericilikdə birbaşa göstərilmişdir (Mülki Məcəllənin 87.1-ci maddəsində). Bu gün iddiaçı1 MMC-nin şirkət balansına baxdıqda nizamnamə kapitalının 100 manat olduğu görünür. Belə olduğu halda on milyonlarla dəyəri olan bu layihənin tikintisində MMC-nin indidən qanunda nəzərədə tutulduğu qaydada iflas olunmasını hesab edə bilərik. iddiaçı1 MMC-nin **/** saylı binanın yenidən tikilməsi üçün müvafiq vəsaitinin olmamasını təsdiq edən sübutlar kimi isə aşağıdakıları göstərmək olar: İlk növbədə qeyd etdiyi kimi şirkət balansına baxdıqda nizamnamə kapitalının 100 manat olduğu görünür. İkincisi, məhkəmənin diqqətinə çatdırır ki, hazırda iddiaçı1 MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 194627.9 manat vergi borcu var. Bununla əlaqədar olaraq MTK-nın bütün bank hesablarına sərəncam qoyulub. “xxxx” MTK, “X6”na daxil tikinti şirkətidir. “X6”nun qanuni təmsilçisi və direktoru X2r. İlqar Rəhimov “xxxx” MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə dəfələrlə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cinayət işi açılıb. Qaynarinfo-nun məlumatına görə, "xxxx” MTK tərəfindən Binəqədi rayonunda vətəndaş Vaqif Həsənova (şərti məxsus qaraj söküldüyü üçün razılaşdırılmış 57885 manat kompensasiya illərdir ödənilmir. Bu barədə məhkəmə qərarı olmasına baxmayaraq, "xxxx” MTK tərəfindən vətəndaşın kompensasiyasının ödənilməsi təmin edilməyib. MTK Binəqədi rayon İcra Şöbəsinin icrasından yayınıb. Məhkəmənin qərarı ilə MTK-nın qanuni təmsilçisi və sədri Rəhimov İlqar Vəliyəddin oğlunun ölkədən çıxışı məhdudlaşdırılıb.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki34.ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X11nin ## ### 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin bina qəzalı vəziyyətdə hesab olunur və sökülməyən hissə istismara yararsızdır. Sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükə var.
35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və S.Qafari) apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli və ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnamələri mənzillərə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi və mənzillərin verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh cavabdeh2 İsmayıl oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “X1” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 88 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin və 20000 manat pulun; MH seriyalı, ******* nömrəli, ##.##.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “X1” MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin; ********** nömrəli, ##.##.2015ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında olan ** saylı mənzilin əvəzinə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdehlərə verilməsi, apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, qətnamələrin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.5, 152.6, 560.1, 560.2-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokoluna 1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 217.4, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
37. Cavabdehlər cavabdeh1, cavabdeh3, X5 birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddiaların təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli Qərarı ilə (hakimlər X10 (sədrlik edən və məruzəçi), X7 və X8) cavabdehlər cavabdeh1, cavabdeh3 və Əliyeva Həmayıl qızının kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Kamran Əlsəftər oğlu dəqiqləşmə barədə ##.##.2026-cı il tarixli ərizə verərək, iddiaçı “X1” MMC-nin cavabdehlər cavabdeh1 və cavabdeh3 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə, qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələblərinə dair ilk, habelə cavabdehlər cavabdeh1 və cavabdeh3 cavabdeh “X1” MMC-yə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması” tələblərinə dair qarşılıqlı iddiasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı Qərarında qeyd olunmuş göstərişlərə uyğun olaraq ilkin iddia tələbini mənzillərin yerləşmə yerinə və sahəsinə münasibətdə dəqiqləşdirərək, cavabdeh cavabdeh1 Əli qızına Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında inşa edilən yaşayış binasının “D-2” girişində, 2-ci mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi) yerləşən, ümumi sahəsi 88.5 kv.metr təşkil edən 2 otaqdan ibarət * nömrəli mənzilin verilməsi, cavabdeh cavabdeh3 isə Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında inşa edilən yaşayış binasının “D-l” girişində, 2-ci mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi) yerləşən, ümumi sahəsi 88.5 kv.metr təşkil edən 2 otaqdan ibarət * nömrəli mənzilin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. Eləcə də iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Bayram İsmayıl oğlu Əliyevin hüquqi varisi X15 arasında bağlanılmış ##.##.2026-cı il tarixli Barışıq sazişi məhkəməyə təqdim edilmişdir.
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı ilə iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 İsmayıl oğluna, cavabdeh1 və cavabdeh3 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə, qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilk, habelə iddiaçılar cavabdeh2 İsmayıl oğlunun və cavabdeh1 cavabdeh “X1” MMC-yə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ## ##### 2026-cı il tarixli Barışıq Sazişi təsdiq olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata həmin hissədə xitam verilmişdir.
42. İddiaçının nümayəndəsi və vəkili nümayəndə2 ##.##.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qeyd olunan iş üzrə cavabdehlərdən cavabdeh3 ilə mübahisə məhkəmədən kənar həll olunmuş və tərəflə müvafiq qaydada əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Bu səbəbdən də iş üzrə cavabdeh cavabdeh3 münasibətdə iddia tələbindən imtina edir və bu imtinanın qəbul edilərək müvafiq qərardadın qəbul olunması xahiş olunur.
43. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh3 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə, qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair iddiadan imtinasının qəbul edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
44. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının nümayəndəsinin təklifinə etiraz edir. Mübahisə predmeti olan mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunur, odur ki, o, iddiaçı tərəfdən müvafiq qeyri-yaşayış sahəsi tələb edir.
45. Cavabdehlərin nümayəndəsi və vəkili Emin Ağamməd İsayev apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
46. İddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, iddia tələbində sahəsi 88,5 kv.m olan mənzil göstərilsə də, hazırda cavabdehə sahəsi 102 kv.m, təmirli 3 otaqlı mənzil təqdim etməklə mübahisənin həll olunmasını təklif edirlər.
Apellyasiya baxışının hədləri
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarından göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tam ləğv edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya baxışının həddini cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində məhkəmə qətnaməsinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
49. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1, 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən ləğv edilməli, cavabdeh cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli və iddia qismən təmin olunmalıdır.
52. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehin mülkiyyətlərində olan mənzillərin yerləşdiyi binanın Pilot layihə çərçivəsində, yerində çoxmərtəbəli yaşayış binasının inşa olunması məqsədi ilə sökülməli olmasını iddia etməklə, cavabdehin həmin mənzillərə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsini və tikiləcək binada ona yeni təmirli mənzilin verilməsini tələb edir.
53. Cavabdeh isə iddiaçının bu hərəkətlərinin qanunsuz hesab etməklə, mülkiyyət hüquqlarının pozmasını bildirməklə yanaşı, iddiaçı tərəfindən mülkiyyət hüququnun məhdudlaşması ilə əlaqədar təklif edilən əvəzləşdirmə və kompensasiya ilə razı olmadığını göstərmişdir.
54. Mübahisələndirilən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir /bax bənd 26/.
55. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
56. Kollegiya qeyd edir ki, mülkiyyət hüququnun itirilməsinin növləri Mülki Məcəllənin 203-cü maddəsində nəzərdə tutulmuşdur ki, ilkin iddiaçının hazırkı iş üzrə tələbi cavabdehin yaşadığı binadakı mənzilə mülkiyyət hüququnun itirilməsi ilə bağlı deyil, cavabdehin yaşadığı binanın sökülərək yerində çoxmənzilli hündürmətbəli binanın inşa edilməsi ilə əlaqədar sökülən binada yeləşən cavabdehin mənzilinin inşa edilən yeni binada artırılmış sahəsi olan təmirli mənzillə əvəzləşdirilməsi olmuşdur.
57. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli sərəncamına və yuxarıda adları çəkilən digər hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehin yaşadığı Sumqayıt şəhəri, 4cü məhəllə, **/** saylı binanın çox hissəsini sökmüş və sökülən hissədə yeni bina inşa etməkdədir. Həmin binanın bir hissəsi sökülməmişdən əvvəl verilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11nin “Azkommunlayihə” KLİ-nin ##.##.2021-ci il tarixli texniki rəyində binanın fiziki köhnəlməyə məruz qalması, əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmaların yaranması, binalardakı kommunikasiya xətlərinin uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşməsi, əksər pilləkən qəfəsindəki metal tirlərin korroziyaya uğrayaraq möhkəmliyini itirməsi, ümumiyyətlə yaşayış binasının istismarının yol verilməz olması qeyd olunmuşdur
58. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.
59. Məhkəmə kollegiyasının qərardadı əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, № *-16-16/2- **/****/**** nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X11nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin bina qəzalı vəziyyətdə hesab olunur və sökülməyən hissə istismara yararsızdır. Sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükə var.
60. Həmçinin, iş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X11nin «Azkommunlayihə» KLİ-nin ##.##.2021-ci il tarixli “Sumqayıt şəhəri, 4cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında” texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən Bina100/104, Bina112/116, Bina-106/110, Bina-96/98, Bina-87/97, Bina-84/94, Bina-124/128, Bina-118/122, Bina-132/136, Bina-90/94, Bina-102/106, Bina-96/98, Bina-110/114, Bina- 134/138, Bina140/144, Bina-126/128, Bina-120/124, Bina-118/118, Bina-137/141, Bina- 131/135, Bina127/129, Bina-121/125, Bina-117/119, Bina-105/115, Bina-161/165, Bina155/159, Bina171/175, Bina-158/162, Bina-150/154 və Bina-***/***) nömrəli yaşayış binalarının mühəndisi-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir. Yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə olduğundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa olunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikintilərin əksəriyyətində ağac konstruksiyalardan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud Tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir.
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qəzalı binada yaşayan sakinlərin həyat və sağlamlığına dair təhlükə olması baxımından ilıkin iddianın təmin ediməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Eyni zamanda bu hüquq mütləq hüquq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmçinin, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
63. Belə ki, ictimai maraqlar naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması mümkündür. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin nə də üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin.
64. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmaqla, binanın həmin mənzillər olan hissəsi sökülmüş və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb olan mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intizam çərçivəsində məskunlaşma və ümumi isifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqlarla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirlmişdir.
65. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsaslara görə cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması onun bu hüququnun ədalətli şəkildə tam olaraq kompensasiya edilməsini zəruri etməkdədir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.
66. Hazırkı iş üzrə göründüyü kimi cavabdeh əsasən iddiaçı tərəfindən mülkiyyət hüququnun məhdudlaşması ilə əlaqədar təklif edilən əvəzləşdirmə və kompensasiya məbləği ilə razılaşmayaraq edilən təklifin ədalətli olmamasını iddia edir.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri, həmçinin kassasiya instansiya məhkəməsinin Qərarının göstərişləri üzrə araşdırma apararaq müəyyən etdi:
68. Ali Məhkəmənin işə yenidən baxılması ilə bağlı göstərişləri:
1. Cavabdehə təklif edilən mənzilin hansı ünvandakı binada, hansı mərtəbədə yerləşməsinin aydınlaşdırılması (70-71bənd); Ali Məhkəmənin bu göstərişi üzrə araşdırma apararaq məhkəməsi kollegiyası tərəfindən iddiaçının nümayəndəsinə iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh cavabdeh1 Əli qızına Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında inşa edilən yaşayış binasının “D-2” girişində, 2-ci mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi) yerləşən, ümumi sahəsi 88.5 kv.metr təşkil edən 2 otaqdan ibarət * nömrəli mənzilin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Kompensasiya olaraq təklif olunan mənzillərin sahələrinin həmin ərazidə mülkiyyətləri olan başqa şəxslərə verilən sahələrlə mütənasibliyinin araşdırılması (bənd 64-66); - Ali Məhkəmənin bu göstərişi üzrə araşdırma aparan məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, iş materillarından görünür ki, həmin ərazidə yaşayan mülkiyyətçi Şəfiqə Salmanovaya faktiki sahəsi 100 kv.m olan mənzilə görə 102kv və 71kv.m sahələri olan iki ayrıayrı mənzillər, mülkiyyətçi Qətibə Allahverdiyevaya faktiki sahəsi 112 kv.m olan mənzilə görə 149kv metr olan bir ədəd mənzil, mülkiyyətçi Mirvari İskəndərovaya faktiki sahəsi 90 kv. olan mənzilə görə sahəsi 71 kv.m bir ədəd mənzil və pul kompensasiyası, eləcə də araşdırılan icraatda iş üzrə cavabdeh cavabdeh2 hüquqi varisi X5 ümumi sahəsi 42.kv.m olan mənzilə görə 78 kv.m və 47kv.m olan iki ədəd mənzil verilmişdir.
69. Göründüyü kimi araşdırma zamanı iddiaçının nümayəndəsi cavabdehə sahəsi 44.16 kv.m olan mənzilə görə təmirli 3 otaqlı 102 kv.m sahəsi olan mənzil təklif etmiş, cavabdeh bu təklifə etiraz edərək qeyri-yaşayış sahəsi verilməsini tələb etmişdir.
70. Məhkəmə kollegiyası iddiaçı tərəfin təklifini Ali Məhkəmənin qeyd olunan göstərişi üzrə dəyərləndirərək, habelə həmin ərazidə mülkiyyətləri olan başqa şəxslərə verilən sahələrlə proporsionallığını araşdıraraq hesab edir ki, cavabdehə məxsus sahəsi 44,16 kv.m olan iki otaqlı mənzilə görə sahəsi iki dəfədən artıq olan 3 otaqlı təmirli mənzilin kompensasiya olaraq təklif olunması mütənasiblilik meyarına cavab verməklə ədalətli tarazlıq gözlənməsi kimi qiymətləndirilməlidir.
71. Kollegiyanın qənatincə ilk iddia üzrə cavabdehə məxsus mənzilin əvəzinə sahəsi artırılmış təmirli yeni mənzil verilməsi, o cümlədən həmin mənzil ona təhvil verilənədək kirayə haqlarının veriməsini mülkiyyət hüquqlarının məhdudlaşdırılması müqabilində ədalətli kompensasiya hesab edir. Odur ki, cavabdehin apellyasiya şikayəti qeyd olunan hissədə əsassızdır.
72. Kollegiya onu da vurğulayır ki, aparılmış araşdırma zamanı məhkəmə kollegiyasının təklifi ilə mübahisəli mənzilin yerində inşa olunacaq binanın layihəsi iddiaçı tərəfindən təqdim olunaraq tədqiq edilmiş, layihədə D-1, D-2 bloklarının və həmin bloklarda 102.kv.m olan 3 otaqlı mənzillərin inşasının nəzərdə tutulduğu müəyyən edilmişdir.
73. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, MH seriyalı, ******* nömrəli, ##.##.2006-cı il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “xxxx" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, D-1 bloku, 2-ci mərtəbədə (yaşayışın 1-ci mərtəbəsi) sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzil verilməlidir.
74. Məhkəmə kollegiyası mübahisəli mənzilin yerləşdiyi binanın qəzalı və istismara yararsız olduğunu nəzərə alaraq, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
75. Məhkəmə kollegiyası cavabdeh cavabdeh1 mülkiyyətçisi olduğu **/** saylı binanın birinci mərtəbəsində yerləşən mənzilinin qeyri-yaşayış sahəsinə keçməsi, həmin sahədən sahibkarıq məqsədi ilə istifadə etməsi ilə bağlı etirazına gəlincə vurğulayır ki, Mənzil Məcəlləsinin tələblərinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir /maddə 20.1, 21.1, /. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən yaşayış sahəsinin qeyriyaşayış76. sahəsinə keçirilməsi barədə müvafiq qərar, keçirilmiş sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas olan müfaiq Qəbul komissiyasının aktı və s. heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, həmin mənzil yaşayış sahəsi olaraq dövlət reytrind qeydiyyatıdadır. Odur ki, məhkəmə kollegyiamı mənzilin qeyri-yaşayış sahəsi olaraq qəbul edilməsinə və buna müvafiq olaraq əvəzin təklif olunmasına dair cavabdehin etirazını əsassız hesab edir.
77. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
78. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən –mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “X1” MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh cavabdeh1 verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, MH seriyalı, ******* nömrəli, ##.##.2006-cı il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “xxxx" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, D-1 bloku, 2-ci mərtəbədə sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzil cavabdeh cavabdeh1 verilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilməməlidir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən – cavabdeh cavabdeh1 MH seriyalı, ******* nömrəli, ##.##.2006-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan * saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilsin, ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “X1” MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh cavabdeh1 verilsin - hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin MH seriyalı, ******* nömrəli, ##.##.2006-cı il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında olan * saylı mənzilin əvəzinə “xxxx" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, D-1 bloku, 2-ci mərtəbədə sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzil cavabdeh cavabdeh1 verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.