Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-862/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış evindən və torpaq sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı iştrakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ************ reyestr nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdeh cavabdeh4 ailə üzvləri ilə birlikdə çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı əlavə cavabdehlər cəlb etməklə iddia tələbinin həcmini artıraraq, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində yerləşən ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,05 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdeh cavabdeh4 və ailə üzvləri ilə birlikdə, yəni cavabdehin həyat yodaşı cavabdeh2, övladları cavabdeh3 və cavabdeh1 çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetsrindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsində öz şəxsi vəsaiti hesabına hər bir şəraiti olan kürsülü fərdi yaşayış evi inşa etmişdi. Təxminən 1 (bir) il bundan qabaq cavabdeh Fədail ilə evini ona 70000 manata satmaqla bağlı razılığa gəlmişlər. Aralarında olan razılığa əsasən Fədail ona ümumilikdə razılaşdıqları məbləğdən 57600 manat pul ödəmiş, 12400 manat isə borcu qalmışdır. O dəfələrlə ondan aralarında olan şifahi razılığa əməl etməyi və ona olan borcunu tələb etsə də borcu ödəməkdən boyun qaçırmışdır. Belə olan təqdirdə o cavabdehdən xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini və torpaq sahəsini boşaldılmasını tələb etsə də o ona hədə qorxu gəlmişdir. Cavabdeh öz ailə üzvləri ilə birlikdə ona məxsus olan torpaq sahəsini və evdə qeyri-qanuni şəkildə yaşamağa davam edirlər. Hal-hazırda isə cavabdehin bu tipli hərəkət və hərəkətsizliyi səbəbindən özünə məxus olan sözügedən fərdi yaşayış evindən və torpaq sahəsindən heç cür istifadə edə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan konstitusyon hüquqlarınızın kobud surətdə pozulması deməkdir. O, dəfələrlə cavabdehə ailə üzvləri ilə birlikdə aralarında olan şifahi razılığı pozduğu üçün xüsusi mülkiyyətində olan torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, onlar könüllü olaraq torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmaq istəmirlər.
4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Eminbəyli) iddia təmin edilmiş, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində yerləşən ************ reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdeh cavabdeh4 ailə üzvləri ilə birlikdə, yəni cavabdehin həyat yodaşı cavabdeh2, övladları cavabdeh3 və cavabdeh1 çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır. Belə ki, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mənzilin iddiaçının adına qeydiyyata alınaraq verilmiş etibarlılığı mübahisə doğurmayan çıxarış mövcuddur. İddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut cavabdehlər tərəfindən təqdim edilməmişdir. Bunun əksinə olaraq, cavabdeh cavabdeh4 iddia tələbini qəbul etsə də, cavabdeh ilə aralarındakı borc məsələsi həll edilənədək işə baxılmasının müvəqqəti təxirə salınmasını xahiş etməklə kifayətlənmişdir. Cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadıqlarından, onların həmin mənzildə qalması iddiaçının mübahisəli mənzil üzərindəki sahiblik və istifadə hüququnun pozulmasını qaçılmaz etdiyindən iddiaçı cavabdehlərin 0.05 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalarını və torpaq sahəsinin boşaldılaraq təhvil veriməsini tələb etməkdə haqlıdır.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 139.1,146.1, 1462.,146.3, 152.1,152.2, 152.3, 152.45, 152.5, 157.2, Mənzil Məcəlləsinin 5.1, 29.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavadeh olaraq huquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin qeyd olunan qərarı tamamilə qanunsuz, əsassız və ədalətsizdir, işin faktiki hallarına tamamilə ziddir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh cavabdeh4 Mənsur oğlu ailə üzvləri ilə birlikdə mübahisəli – Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evində faktiki olaraq məskunlaşmış və yaşayışını davam etdirir. Məhkəmə icraatı zamanı sübut olunmuşdur ki, bu sahiblik qanunsuz mənimsəmə xarakteri daşımamış, iddiaçı İddiaçı birbaşa iradəsi və razılığı ilə baş tutmuşdur. Məhkəmənin qanunsuz qətnaməsi olmasilə yanaşı iddiaçıya ödəniş etdiyi pul vəsaitlərini görməzdən gəlmişdir. Qətnamənin təsviri hissəsində açıq şəkildə qeyd olunur ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh4 Mənsur oğlu arasında sözügedən yaşayış evinin və torpaq sahəsinin 70000 (yetmiş min) manat məbləğində satılmasına dair şifahi razılıq (müqavilə) əldə edilmişdir. İddiaçının vicdansız davranışı və ziddiyyətli tələbi: İddiaçı tərəf ondan 57 600 manat vəsaiti qəbul etdikdən və əmlakı onların istifadəsinə verdikdən sonra, müqavilə öhdəliklərini tam icra etməkdən (mülkiyyət hüququnun rəsmiləşdirilməsindən) yayınmışdır. Hal-hazırda isə aldığı külli miqdarda vəsaiti geri qaytarmadan, onu və ailəsini "qeyri-qanuni sakin" adlandıraraq evdən çıxarmaq tələbi irəli sürmüşdür. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan aşkar faktiki hallara hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, bu iddia təmin edilə bilməzdi. Azərbaycan Respublikası adından ədalətsiz işə baxması bütün hüquqlar qorunduğu halda hüquqları qorunmamış, ədalətsiz qətnamə qəbul etmişdir. Öhdəliyin böyük hissəsinin icra edilməsi faktı: Bağlanmış şifahi müqavilənin şərtlərinə uyğun olaraq, onun tərəfindən iddiaçıya ümumi məbləğin böyük bir hissəsi – 57600 manat nağd pul ödənilmişdir. Yerdə qalan 12 400 manat isə növbəti dövrdə ödənilməli olan borc kimi rəsmiləşdirilmişdir. Bu fakt iddia tərəfinin məhkəmədəki rəsmi izahatı ilə tam təsdiq olunur. O, ailə üzvləri – həyat yoldaşı cavabdeh2, övladları cavabdeh3 və cavabdeh1 ilə birlikdə mübahisəli mənzildə (Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yaşayış evində) qanuni əsaslarla yerləşmişlər və uzun müddətdir ki, burada yaşayırlar. Onların bu evə daxil olmağı heç bir halda özbaşına və ya qanunsuz xarakter daşımamışdır. İşin hallarında iddiaçı tərəf məhkəmədə şifahi satqı müqaviləsinin mövcudluğunu və 57600 manat pul aldığını özü etiraf etmiş, hakim də bunu qətnamədə təsbit etmişdir. Bu etiraf MM-in 423.1-ci maddəsinə görə müqavilə münasibətlərinin mövcudluğuna dair rəsmi sübutdur. Hakim bu faktı təsdiq etdiyi halda, münasibətlərə müqavilə hüququ çərçivəsində deyil, "özbaşına tutma" kimi yanaşaraq qanunu səhv tətbiq etmişdir. Ə saslandırma: Əgər hakim tərəflər arasındakı alqı-satqını tam hüquqi qüvvəyə minməmiş hesab edirsə, o zaman tərəfləri ilkin vəziyyətə qaytarmalı idi (restitusiya). İddiaçının 57600 manatı əlində saxlayaraq evi geri alması qanunsuz zənginləşmədir. Hakim bu mülki mübahisəni tam həll etmədən birtərəfli qərar çıxarmaqla mülki qanunvericiliyin bu fundamental tələbini pozmuşdur. Məhkəmə mülki işin materiallarında əks olunmuş 57600 manatlıq ödəniş faktını və şifahi müqavilə münasibətlərini tam tənzimləmədən, birtərəfli qaydada yalnız çıxarılma qərarı vermişdir ki, bu da MPM-in 14 və 217-ci maddələrinə ziddir. Göründüyü kimi məhkəmə onun və ailəsinin huquuqlarını pozmuşdur. Belə məhkəmənin qətnaməsindən belə çıxır ki, onun iddiaçıya ödənişlərin əsassli deyil da, onun pulu əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlə müqavilənin ləğvinə dair müqavilə bağlamışdır. 56000 manat məbləğində pulu ona geri qaytarmış, cavabdehi bu ayın sonuna kimi evdən çıxacağını bildirmişdir. Cavabdeh qalıq məbləği 1 ildən artıqdır ki, ödəmədiyindən münasibətlər pozulmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayon Mehdiabad qəsəbəsi, ************ reyestr nömrəli xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin * saylı ərazi idarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron rayon Mehdiabad qəsəbəsi, ************ reyestr nömrəli xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
15. ##.##.2026-cı il tarixlıi müqavilənin ləğvinə dair müqavilədən görünür ki, cavabdeh4 və İddiaçı arasında Abşeron rayonu * saylı notariat ofisində ##.##.2025-ci il tarixli *M/** nömrəli borc müqaviləsinin ləğvinə dair sazişi aşağıdakı məzmunda bağlamışlar. Mən, cavabdeh4, İddiaçı ilə bağlanmış Abşeron rayonu * saylı notariat ofisində ##.##.2025-ci il tarixli *M/** nömrəli borc müqaviləsinin ləğvi haqqında müqaviləyə imza etdim. Bildirirəm ki, borc müqaviləsində göstərilən məbləği notariusun depozit hesabı vasitəsi ilə aldım. Gələcəkdə bununla bağlı hər hansı bir iddiam, tələbim olmayacaqdır. Mən, İddiaçı, cavabdeh4 ilə bağlanmış Abşeron rayonu * saylı notariat ofisində ##.##.2025-ci il tarixli *M/** nömrəli borc müqaviləsinin ləğvi haqqında müqaviləyə imza etdim. Bildirirəm ki, borc müqaviləsində göstərilən məbləği notariusun depozit hesabı vasitəsi ilə ödədim. Gələcəkdə bununla bağlı hər hansı bir iddiam, tələbim olmayacaqdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Məhkəmə kollegiaysı tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdeh cavabdeh4 apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işin mübahisə edilməyən hallarına əsasən iddiaçı İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan torpaq sahəsində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evini 70000 manat müqabilində şifahi alqı-satqı müqaviləsi əsasında cavabdeh cavabdeh4 satmış, lakin tərəflər həmin şifahi müqaviləni pərdələməklə, 50000 manat məbləğində pulun verilməsinə dair ##.##.2025-ci il tarixli notarial qaydada təsdiqləməklə borc müqaviləsi bağlamışlar. Bundan sonra onlar arasında mübahisə yaranmış və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxıldığı zaman tərəflər arasında ##.##.2026-cı il tarixli müqavilənin ləğvinə dair müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli borc müqaviləsi üzrə aldığı pul məbləğini cavabdeh cavabdeh4 qaytarmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normaları daşınmaz əmlaka dair əqdlərin yazılı şəkildə tərtib olunmasını və notariat qaydada təsdiqlənməsini tələb edir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların alğı-satqı müqaviləsi yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Digər hallarda isə bağlanmış əqd əhəmiyyətsiz əqd qismində etibarsız hesab olunur. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqd olmaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu hesab olunur. Buna görə də iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh4 arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış şifahi razılaşma, o cümlədən onlar arasında həmin razılaşmanı pərdələmək məqsədi ilə də bağlanmış borc müqaviləsi etibarsız olmuşdur. Cavabdehin etibarsız əqd əsasında faktiki sahibləndiyi fərdi yaşayış evini Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə əsasən iddiaçıya, iddiaçının isə həmin əqd əsasında əldə etdiyi pul məbləğini cavabdehə qaytarmaq öhdəliyi yaranmışdır. Buna görə də iddianın təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəricə əsaslı olmuşdir.
23. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən iddiaçı həmin mənzilə dair aldığı məbləği cavabdehə qaytarmışdır. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən etibarsız əqd üzrə resititusiyanın ona münasibət tam olaraq icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən isə məhkəmə kollegiyasın nəzərə almışdır ki, cavabdeh etibarsız müqavilə üzrə iddiaçıya verdiyi pul məbləğinə dair İmişli Rayon Məhkəməsində iddia qaldırmışdır.
24. Beləliklə, məhkəmə kollegiyası mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh4 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.