Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-863/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və həmin obyektdə hörülmüş hörgünün cavabdehin hesabına sökülüb əmlakın əvvəlki vəziyyətinə qaytarılması – mübahisənin məhkəmə aidiyyəti məsələsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi : Işin halları:
1. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2013-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh “xxxx” MMC-nin üzərinə ## ###### 2009-cu il tarixli müqavilələrdən və ## ######## 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 4 ünvanında inşa edilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr, 1 otaqlı, ** nömrəli mənzili, ünvan 4 ünvanında inşa edilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr, 2 otaqlı, *** nömrəli mənzili, ünvan 4 ünvanında inşa edilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı, *** nömrəli mənzili və ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ağlabatan müddət ərzində tikib iddiaçı İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması, iddia tələbinin mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməsi və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
2. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli qərardadının surətindən görünür ki, “xxxx” MMC-nin adının dəyişdirilib “xxxx” MMC olması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli, 2(012)- ***/**** saylı, ##.##.2011-ci il tarixli, *(***)-****/**** saylı, ##.##.2012-ci il tarixli, *(***)- ****/**** saylı və ##.##.2013-cü il tarixli, *(***)-***/**** saylı qətnamələrinin icrası ilə əlaqədar tələblərin “xxxx” MMC-yə yönəldilməli olmasının izah olunması qərara alınmışdır.
3. Iş materiallarında olan icraçı “xxxx” MMC ilə payçı İddiaçı arasında “xxxx” MMCnin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, icraçı “xxxx” MMC payçı İddiaçı ünvan 2 ünvanında inşa edilən yaşayış binasında qeyri-yaşayış sahəsinin verilməsinə, payçı İddiaçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyə və həmin sahənin təyin edilmiş dəyərini vaxtında ödəməyə zəmanət vermişdir. Həmçinin sözügedən müqavilədə qeyriyaşayış sahəsinin 129168 manat dəyərində olduğu qeyd edilmişdir.
4. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2014-cü il tarixli, ***A nömrəli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri olan 129168 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi (sonradan tələbin azaldılması) ilə məhkəməyə müraciət edərək, “obyektin boşaldılıb ona təhvil verilməsi və ona məxsus olan obyektdə cavabdeh Cavabdeh tərəfindən hörülmüş hörgünün cavabdehin hesabına sökülüb obyektin əvvəlki vəziyyətinə qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı notariat qaydasında rəsmiləşdirilmiş müqavilə əsasında “xxxx” MMC-dən Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən, ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini 129168 manat müqabilində almışdır. ##.##.2022-ci il tarixində iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış yazılı razılaşmaya əsasən həmin obyektin satışı məqsədilə ilkin olaraq 1700 manat ödənilmiş, qalan 148300 manatın isə bir il ərzində tam şəkildə ödənilməsi razılaşdırılmışdır. Iddiaçı təminat kimi cavabdehə obyektin 14 kv.m hissəsində müvəqqəti hüquqi təmsilçilik həyata keçirməsi üçün etibarnamə vermişdir. ##.##.2022-ci il tarixli əlavə razılaşmaya əsasən cavabdeh ümumi məbləğin azı 50 faizini, yəni 75000 manatını 6 ay ərzində ödəməli idi. Lakin cavabdeh bu günə qədər yalnız 22000 manat ödəniş etmişdir. Qalan məbləğ ödənilmədiyindən ##.##.2023-cü il tarixində cavabdehə verilmiş etibarnamə iddiaçı tərəfindən ləğv olunmuşdur. Cavabdeh ##.##.2022-ci ildən etibarən həmin obyektdən faktiki olaraq istifadə etməkdədir və bu müddət ərzində orada tikinti materiallarının satışı ilə məşğuldur. Lakin cavabdeh iddiaçıya məxsus olan obyekti işlədib oradan mənfəət əldə etdiyinə görə nə icarə haqqı, nə də əlavə ödəniş həyata keçirməmişdir. Iddiaçı dəfələrlə cavabdehdən obyektin boşaldılmasını, icarə haqqının ödənilməsini və obyektin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmiş, lakin cavabdeh bu tələbləri yerinə yetirməkdən boyun qaçırmışdır. Bundan əlavə cavabdeh iddiaçının xəbəri və razılığı olmadan obyektin daxilində qanunsuz arakəsmə hörərək 14 kv.m olan otaq düzəltmişdir. Sadə yazılı razılaşmada da qeyd olunduğu kimi əgər cavabdeh ümumi məbləği tam şəkildə ödəməzsə, etdiyi hissəvi ödənişlər geri qaytarılmır və bu, tərəflərin iradəsini əks etdirir. Hazırda sözügedən obyekt ilə bağlı müvafiq çıxarış mövcud deyildir, belə ki, iddiaçı obyekti sadə yazılı müqavilə əsasında əldə etmişdir. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı ilə aralarında bağlanmış yazılı razılaşmaya əsasən götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən 2013-cü ildə qəbul edilmiş qətnaməyə əsasən qeyri-yaşayış sahəsinin tikilərək iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir. Iddiaçı İddiaçı qeyri-yaşayış sahəsi üzərində hüquqa malik olsa da, indiyədək bu hüququnu qeydiyyatdan keçirməmişdir. Dəfələrlə cavabdehə qeyri-yaşayış sahəsini almayacaqları təqdirdə obyekti tərk etməli olduğu bildirilmiş, lakin cavabdeh buna məhəl qoymamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və mənfəət əldə etmişdir. Həmçinin cavabdeh Cavabdeh qeyd edilən obyektdə arakəsmə də tikdirmişdir. Həmin hörgü faktiki olaraq obyekti bölür. Hazırda sözügedən qeyri-yaşayış sahəsi təxminən 300000- 400000 manat dəyərindədir. Cavabdeh obyektdən əsassız olaraq 4 il ərzində istifadə etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) ##.##.2026-cı il tarixli, 2(012)-5862/2025 qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə mövqeyini bu cür əsaslandırıb ki, sübutların təhqiqatı zamanı müəyyən edilmişdir ki, ##.##.2014-cü il tarixli “xxxx” MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilə əsasında iddiaçı İddiaçı ünvan 2 ünvanında inşa edilən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini əldə etmiş və həmin tarixli maliyyə arayışı əsasında qeyri-yaşayış sahəsinin dəyəri ödənilmişdir. Tədqiq edilmiş sübutların nəticəsindən görünür ki, iddiaçı mahiyyətinə görə podrat müqaviləsi əsasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə əmlak hüquqları əldə etmiş, hal-hazırda məhkəmədə iddiaçının əmlak hüquqlarının hər hansı formada məhdudlaşdırılması və cavabdehin həmin qeyri-yaşayış sahəsinə dair hər hansı bir hüququ rəsmi sənədlərlə müəyyən edilməmiş və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8- ci, 158.1.2-ci, 158.2-ci, 158.4-cü və 164.2-ci maddələri təşkil edir. Həmin hüquq normalarına əsasən əmlak hüquqlarına təminat verildiyindən məhkəmə hesab edib ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi cavabdeh Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməli, həmçinin həmin qeyri-yaşayış sahəsində cavabdeh Cavabdeh tərəfindən hörgünün aparılması təsdiqini tapdığından və bu hal mübahisə predmeti olmadığından iddiaçıya məxsus olan obyektdə cavabdeh tərəfindən hörülmüş hörgü də cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılmalıdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158.1.2, 158.4, 164.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətində göstərir ki, 2022-ci ilin oktyabr ayında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən ona məxsus qeyriyaşayış sahəsinə (obyektə) bitişik və qonşuluqda olan istifadəsiz olan qeyri-yaşayış sahəsinin satışda olduğunu öyrənidikdən sonra, oranı almaq fikrində olmuşdur. Iddiaçı İddiaçı özünü həmin qeyri-yaşayış sahəsinin (obyektin) mülkiyyətçisi kimi təqdim etmiş və onlar arasında obyektin 150.000 (bir yüz əlli min) manata satılmasına dair razılaşma olmuşdur. Cavabdeh ilkin ödəniş qismində iddiaçıya 1700 (bir min yeddi yüz) manat pul ödəyib. Iddiaçı qalan məbləği 1 il ərzində ödəmək üçün vaxt verdi və 2023-cü ilin əvvəlində alqı-satqı ilə bağlı sənədləri rəsmiləşdirəcəyinə vəd verdi. 2022-ci ilin dekabr ayında iddiaçıya pulu tam hazırladığını bildirdi. Lakin iddiaçı sənədlərin məhkəmədə olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra iddiaçı ona müraciət edərək təcili 23.000 (iyirmi üç min) manat pul lazım olduğunu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” də evlərinin olduğunu və üzərinə faizlər gəldiyini bəhanə edərək pul istəyib və cavabdeh də həmin məbləğdə pulu iddiaçıya verib. Bundan sonra iddiaçı ona ilkin ödəniş qismində ödədiyi 1700 (bir min yeddi yüz) manat, daha sonra ödədiyi 23.000 (iyirmi üç min) manat məbləğində pulun qarşılığında razılaşmaya uyğun olaraq qeyriyaşayış sahəsinin (obyektin) 14 kv.metr sahəsinin cavabdehin adına rəsmiləşdirilməsi üçün notariusa dəvət edib və ##.##.2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində “xxxx” MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında ##.##.2014-cü il tarixli müqaviləyə əsasən istifadəsində olan ünvan 1 ünvanında inşa edilən yaşayış binasında yerləşən istifadəsində olan 108 kv.metr qeyri-yaşayış sahəsindən 14.0 kv.metr sahə üzərində istifadə hüququ, eləcə də satmaq, ipotekaya qoymaq və digər sərəncam hüquqlarına dair etibarnamə vermişdir. Sonradan cavabdeh “xxxx” MMC-nin rəhbərliyindən dəqiqləşdirdikdə ona məlum olub ki, iddiaçının ona satmaq üçün razılaşdığı qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmamaqla, mübahisəli yerdir. Iddiaçı ilə görüşdükdə isə iddiaçı qeyri-yaşayış sahəsinin (obyektin) qiymətini 150.000 manatdan 75.000 manata endirdiyini bildirmişdir. Bundan sonra iddiaçıdan ona həmin qeyri-yaşayış sahəsinin (obyektin) alınması üçün ödədiyim pulu geri qaytarmasını və ya həmin sahənin cavabdehin adına keçirilməsini tələb etmiş, lakin iddiaçı heç bir hərəkət etməmişdir. Məhz bütün bunlardan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Iş materiallarına əlavə edilmiş sənədlərdən və iddiaçının iddia ərizəsinin məzmunundan da göründüyü kimi tərəflər arasında qeyd olunan qeyriyaşayış sahəsinin (obyektin) alqı-satqısı ilə bağlı hüquq münasibəti yaranmış, cavabdeh iddiaçıya ilkin ödəniş qismində əvvəlcə 1700 (bir min yeddi yüz) manat sonradan hissəhissə olmaqla 23.000 (iyirmi üç min) manat məbləğində pul olmaqla, ümumilikdə iddiaçıya 24.700 (iyirmi dörd min yeddi yüz) manat pul ödəmişdir. Qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yalnız iddiaçının təqdim etdiyi sənədlər üzrə araşdırma aparılmış, cavabdehin təqdim etdiyi sənədlər üzrə araşdırma aparılmamış, qeyri-yaşayış sahəsinin ilkin alqı-satqısı ilə bağlı hərəkətlər məhkəmə tərəfindən qiymətləndirilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirdi ki, o, ticarətlə məşğuldur. Sözügedən qeyri-yaşayış sahəsində ona məxsus olan əşyaları yerləşdirmişdir. Iddiaçı tərəflə sözügedən qeyri-yaşayış sahəsinin alqısatqısına dair aralarında razılaşma olmuşdur. Onun məqsədi həmin obeykti almaq və həyata keçirdiyi sahibkarlıq fəaliyyətini genişləndirmək idi. Iddiaçı tərəfə razılaşmaya uyğun olaraq obyekt üçün ilkin ödəniş etmiş, növbəti müddətlərdə isə iddiaçıya müəyyən məbləğlərdə ödəniş etmişdir. Bu barədə sübutları vardır. Lakin iddiaçı qeyri-yaşayış sahəsinə dair Çıxarış almadığından və alqı-satqı qanuni əsaslarla həyata keçirilmədiyindən aralarında hazırkı mübahisə yaranmışdır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsi faktiki olaraq ona məxsusdur. Lakin qeyri-yaşayış sahəsinə dair sənədlər qardaşı Arifin adınadır. Həm onun, həm də qardaşının adına VÖEN hesabları olsa da, heç biri faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmurlar. Cavabdeh Babək qeyri-yaşayış sahəsinə faktiki sahiblik edir və orada ticarət fəaliyyətini həyata keçirərək qazanc əldə edir, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmir, qeyri-yaşayış sahəsi üçün razılaşdırılmış məbləği ödəməkdən yayınır. Aralarındakı razılaşmanın şərtlərini cavabdeh icra etmədiyindən hazırkı tələblə məhkəməyə müraciət edilmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 15. Işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
18. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34cü maddələrində müəyyənləşdirilmişdir
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir
21. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarı: Bənd 11. ... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; Bənd 12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bən 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hüquq münasibətinin xarakterinə gəldikdə kollegiya bildirir ki, mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən CƏDVƏL). Bənd 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəyə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
23. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
25. Kollegiya ilk növbədə hazırkı mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflərin (iddiaçı və cavabdeh) hər ikisi fərdi sahibkar statusuna malik olan şəxslərdir (İddiaçı-VÖEN **********, cavabdeh Cavabdeh VÖEN- 4800193182).
26. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur.
27. Çünki bu məsələlər Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir.
28. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
29. Mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektində aparılmış tikintilərin cavabdehin hesabına sökülərək, obyektin boşaldılması ilə bağlıdır.
30. Iddia tələbindən görünür ki, bu tələb mülkiyyətin müdafiəsi barədədir. Həmçinin iddianın məzmunu da mülkiyyətin müdafiəsinə yönəlib.
31. Qeyd edilir ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyekt tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
32. Hazırkı iş üzrə tərəflərin hər ikisi fərdi sahibkar olmaqla vergi uçotuna alınmışlar. Bu baxımdan tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur. Başqa sözlə, tələb və subyektlər olan işlərdə kommersiya məhkəməsinin primatlığı prinsipi vardır.
33. Mübahisənin predmeti ilə bağlı qeyd edilir ki, işin mübahisə olunmayan hallarından göründüyü kimi mübahisə predmeti olan əmlak qeyri-yaşayış sahəsi olmaqla, faktiki olaraq cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti prosesində istifadə edilməkdədir. Iddiaçı da hazırkı tələbində əvvəlcə qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsində olduğu müddət ərzində aylıq icarə haqqının əldən çıxmış fayda şəklində ona ödənilməsini tələb etmiş, sonradan isə bu hissədə iddia tələbinin azaldılması barədə ərizə vermişdir. Göründüyü kimi tərəflər arasında yaranan mübahisə göstərilən fəaliyyətin həyata keçirilməsindən irəli gəldiyindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) doğan mübahisə olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır.
34. Hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan tərəflərin (iddiaçı və cavabdeh) ticarət və ya sahibkarlığın digər növü ilə bağlı mənafeyi onların iqtisadi fəaliyyət sferasına aid olmaqla fəaliyyətlərini daha da genişləndirmək və gəlir əldə etmək niyyətindən irəli gəlir.
35. Sözügedən iki hal da öz növbəsində kifayət edir ki, hazırkı mübahisə MPM-in tələblərinə və Ali Məhkəmə Plenumunun ##.##.2020-ci il tarixli Qərarının izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin.
36. Plenum qərarının 13 və 14-cü bəndlərinə görə iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
37. Belə olan halda, hazırkı mübahisə MPM-in 24.2, 26-cı maddələrinin tələbinə və Ali Məhkəmənin Plenumunun ##.##.2020-ci il tarixli Qərarında göstərilən izaha əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaqla, kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir.
38. Məhkəmə tərkibi diqqətə çatdırır ki, prosessual qanunvericiliyə görə iddia ərizəsi məhkəmə aidiyyəti üzrə verilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır (MPM, 152.1.3).
39. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
40. Işdən görünür ki, birinci instansiya məhkəməsi hazırkı işi öz icraatına qəbul etdiyi vaxt aidiyyət qaydalarına riayət etməmiş, kommersiya mübahisəsi üzrə iddia ərizəsini mülki qaydada icraata qəbul etməklə yuxarıda sadalanan prosessual tələbləri pozmuşdur.
41. Buna görə də hazırkı halda apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Mülki Prosessual Məcəllənin 35.1 və 39.1-ci maddələrinə uyğun olaraq iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər ( elektron kabinet və vəkil vasitəsilə).