Məhkəmə qərarları › İş №2(3-8)-97/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-97/2026

31.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-97/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X8 cavabdehlər Tahirov Nadir Tahir oğluna, X12, X4, X5 və X3 qarşı mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması və miras əmlak üzərində payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı X8 nümayəndəsi və vəkili İsayev Elşad Nəsrəddin oğlunun, cavabdeh Tahirov Nadir Tahir oğlunun, onun nümayəndə və vəkili vəkil1 iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Tahirov Nadir Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X8 cavabdehlər Tahirov Nadir Tahir oğluna, X12, X4, X5 və X3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması və mənzilə vərəsəlik hüququnun tam tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon dövlət notariat ofisinin Dövlət notariusu X6 tərəfindən ## #### 2025-ci il tarixdə cavabdehlərin, habelə onun adına verilmiş və reyestrdə müvafiq olaraq 2V-98, 2V-99, 2V-100 nömrələr ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılmaqla, mərhum X23 miras qalmış, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki ** saylı evin ümumi sahəsi 76,3 kvadrat metrdən ibarət 18-ci mənzilinə onun tam vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, anası Nənəxanım Tahirova ## ##### 2006-cı il tarixdə vəfat etdikdən sonra ondan mülkiyyətində olmuş, miras kütləsinə daxil olan Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki ** nömrəli evin 4 otaqdan ibarət 18-ci mənzili miras qalmışdır. Anasının vəfatından sonra mirası faktiki olaraq o, qəbul etmiş, həmin mənzildə azyaşlı uşağı ilə birlikdə yaşamışdır. Çünki bacıqardaşlarının hər birinin özlərinə aid evləri olmaqla, öz evlərində yaşamışlar. İşin mübahisəsiz halı olan bu faktı bacı-qardaşlarının hamısı təsdiq edə bilər. Belə ki, o, anası Nənəxanım Tahirova ölənədək sonuncuya qulluq etmiş, ona baxmışdır. Buna görə də mərhum anası Nənəxanım Tahirova öz sağlığında mənzilin ona qalacağını bütün bacıqardaşlarının yanında dəfələrlə bəyan etmiş, sonuncular isə buna etiraz etməmişlər. Belə ki, anası Nənəxanım Tahirova vəfat etdikdən sonra da miras əmlaka faktiki o, sahiblik etmiş, sözügedən mənzildə ondan başqa heç kim yaşamamışdır. Lakin, bütün bunlara baxmayaraq, Siyəzən rayon dövlət notariat ofisinin dövlət notariusu X6 qeyd olunan mənzil üzərində 1/3 hissədə cavabdehlərin paylarını müəyyən edərək, sözügedən mənzili faktiki olaraq üç hissəyə bölmüş və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Hesab edir ki, həmin şəhadətnamələr etibarsız hesab edilməli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə onun payı yeganə olaraq tam şəkildə müəyyən olunmalıdır. Belə ki, notarius miras əmlak üzərində payları yuxarıda göstərilən qaydada müəyyən edərkən mübahisəli hüquq münasibətlərinin ## ##### 2006-cı il tarixdə yaranmasını, yəni mirasın mirasqoyanın öldüyü həmin tarixdə açılmasını və hazırkı mübahisəyə Mülki Məcəllənin həmin vaxt qüvvədə olan 1246-cı maddəsinin müddəalarının tətbiq olunmasını nəzərə almamışdır. Hazırki iş üzrə cavabdehlər mirasın açıldığı vaxtdan, yəni mirasqoyan Nənəxanım Tahirovanın öldüyü ## ##### 2006-cı il tarixdən vərəsə kimi mirasın açıldığı yer üzrə notariat ofisinə miras kütləsinin qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, onu idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməmişlər. Eyni zamanda Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ## ##### 2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi, X19 izahatında, 1982-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsinə ərə getməsini, anası Nənəxanım Tahirova ölərkən mübahisəli mənzildə vərəsələrdən təkcə bacısı Nüşabənin yaşamasını bildirmişdir. Bu hal özü bir daha sübut edir ki, qeyd olunan miras kütləsini faktiki olaraq o, qəbul etmiş, cavabdehlərin isə bu əmlaka sahiblik etməyərək onu faktiki idarə etməməsi aydın olduğundan sonunculara qanun üzrə vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia təmin edilmiş, Siyəzən rayon dövlət notariat ofisinin Dövlət notariusu X6 tərəfindən ## #### 2025-ci il tarixdə tərəflərin adına verilmiş və reyestrdə müvafiq olaraq 2V-98, 2V-99, 2V-100 nömrələr ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılmaqla, mərhum X23 miras qalmış, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki ** saylı evin ümumi sahəsi 76,3 kvadrat metrdən ibarət 18-ci mənzilinə iddiaçı X8 tam vərəsəlik hüququnun tanınması, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçı X8 özünə aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla, o cümlədən qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edildi ki, iddiaçı Nüşabə Tahirova 1981-ci ildə mərhum atası Tahir Tahirov Siyəzən şəhəri, T.İsmayılov küçəsi ev 48, mənzil 18 ünvanında 4 otaqdan ibarət mənzili aldıqdan sonra həmin mənzilə köçmüş, evləndikdən sonra digər bacı-qardaşları kimi o, da mübahisəli ünvandan başqa yaşayış evinə köçsə də, nikahı 2003-cü ildə pozulduqdan sonra həmin ilin mart ayından etibarən miras kütləsini təşkil edən sözügedən mənzilə qayıtmış və qızı Fatimə Novruzova ilə bu mənzildə yaşamağa başlamış, həmçinin Siyəzən Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli qətnaməsi ilə Nadir Tahirovun, sonuncunun arvadı Sünbülə Tahirovanın övladları Aydan, Aynur, Eldəniz ilə birlikdə həmin mənzilə köçürülməklə, oradan maneəsiz istifadə etmələri qət edilmişdir. Hətta, Siyəzən Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli qətnaməsindən də göründüyü kimi Nadir Tahirov bacısı Nüşabə Tahirovanın 2003-cü ilin mart ayından etibarən əri ilə nikahları rəsmi qaydada pozulduqdan sonra anasının razılığı ilə sözügedən mənzildə yaşamağa başladığını qeyd etmiş, habelə bu hal onun tərəfindən həmin vaxt etirazsız etiraf edilmişdir. Bununla da iddiaçı Nüşabə Tahirova mərhum anası Nənəxanım Tahirovadan miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilinə münasibətdə həmin əmlakın faktiki qəbulu ilə bağlı zəruri hərəkətləri şəksiz nümayiş etdirməklə yanaşı, bu barədə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmiş, lakin, orada müraciəti müsbət həll edilməsə də Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ## ###### 2024-cü il tarixli qətnaməsi ilə miras açılarkən onun sözügedən miras əmlaka faktki sahiblik edərək oran faktiki idarə etməsi müəyyən edilmiş, nticədə bu əsaslarla mirası qəbul etməsi tanınmışdır. Həmçinin, məhz bu qətnamədə cavabdeh Xədicə Tahirova və Tofiq Tahirov izahatlarında iddiaçı Nüşabə Tahirovanın miras əmlakı ona düşən pay həcmində qəbul etməsi ilə razı olduqlarını bildirmişlər. Məhkəmə iclasında prosesi iştirakçılarının izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olundu ki, cavabdehlər mirasqoyan Nənəxanım Tahirovanın öldüyü vaxtı və sonuncunun mülkiyyətində mübahisə predmeti olan mənzilin olduğunu bilmişlər. Lakin, onlar mirasın açıldığı vaxtdan, yəni mərhum Nənəxanım Tahirovanın öldüyü ## ##### 2006-cı il tarixdən vərəsə kimi mirasın açıldığı yer üzrə notariat ofisinə miras kütləsinin (mübahisə predmeti olan mənzilin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməmişlər. Nəticədə cavabdehlər mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan mülki qanunvericilin yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçməsinə baxmayaraq, müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişlər. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Bundan əlavə, Nənəxanım Tahirova ## ##### 2006-cı ildə ölərkən sağ olan 1-ci növbə vərəsəsi, oğlu Soltan Tahirov da mirası nə faktiki, nə də rəsmi yolla qəbul etməmişdir. Belə olan halda, Nənəxanım Tahirovanın miras əmlak aktivini həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul etməmiş oğlu mərhum Soltan Tahirovun arvadı Xədicə Tahirovanın, eləcə də onların övladları Tofiq, Ülvi və Cəmilin sözügedən miras kütləsinə vərəsəlik hüquqlarının tanınması istisna olunur. Mirasın açıldığı yer üzrə notariat ofisinə miras kütləsinin (mübahisə predmeti olan mənzilin) qəbul edilməsi barədə ərizə verməyərək, heç vaxt əmlaka faktiki sahiblik etməmiş, bu əmlakı idarə etməyə faktik başlamamış, beləliklə, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməməklə yanaşı, mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş cavabdehlər Tahirov Nadir Tahir oğluna, X12, X4, X5 və X3 sözügedən mənzildə qeydiyyatda olmaları ilə əlaqədar Siyəzən rayon dövlət notariat ofisinin dövlət notariusu X6 tərəfindən ## #### 2025-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bu səbəbdən də iddiaçı Nüşabə Tahirova məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Xədicə Tahirovanın, Cəmil Tahirovun, Tofiq Tahirovun, Ülvi Tahirovun mübahisəli mənzildə qeydiyyatda olmaları, Nadir Tahirovun isə yaşayış sahəsindən istifadə hüququ olması ilə əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almalarına münasibətdə qeyd edir ki, mənzildə qeydiyyatda olma və oradan istifadə hüququnun olması faktı vərəsəlik hüququ yaratmır, habelə vərəsəlik şəhadətnaməsi almağa hüquq vermir. Qeydiyyat, eləcə də yaşayış yerindən istifadə hüququ əmlaka mülkiyyəti və ya vərəsəlik hüququnu müəyyən etmir. Yəni, dövlət bir ünvanda yaşayan şəxslərin uçotunu aparır, lakin bu uçot onların həmin əmlaka hər hansı mülki hüququnun və səlahiyyətinin olduğu anlamına gəlmir. Mülki Məcəlləyə əsasən şəxs əmlaka dair mülkiyyət hüquqlarını yalnız mülkiyyət sənədi, əqdlər, vərəsəlik və ya digər qanuni əsaslarla əldə edə bilər. Şəxsin ünvanda qeydiyyatda olması, eləcə də istifadə hüququnun olması isə belə əsaslardan deyildir. Vərəsəlik hüququ yalnız Mülki Məcəllə ilə müəyyən edilir, qeydiyyat, eləcə də yaşayış sahəsindən istifadə isə burada heç bir rol oynamır. Qeydiyyat, eləcə də yaşayış sahəsindən istifadə hüququna malik olma mülkiyyətlə bağlı deyil, bu faktların əmlak hüququ yaratması barədə istər Mülki Məcəllədə, istərsə də "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda heç bir norma yoxdur. Vərəsəlik yalnız qanun və ya vəsiyyət əsasında yaranır, onun əsasları Mülki Məcəllənin müvafiq maddələrində tam şəkildə müəyyən olunmuşdur, həmçinin siyahı genişləndirilə bilməz. Notariat orqanı yalnız qanun və ya vəsiyyət əsasında şəhadətnamə verir, qeydiyyat sənədi notarius üçün vərəsəlik sübutu deyildir. Ümumiləşdirdikdə, qeyd olunmalıdır ki, yaşayış yeri üzrə qeydiyyat və oradan istifadə mənzil münasibətləri kateqoriyasına daxil olan institutlar olduğu halda, onların vərəsəlik münasibətlərinə aid bir institut kimi qiymətləndirilməsi və vərəsəliyin əsası kimi tətbiq edilməsi Mülki Məcəllənin tələblərinə ziddir, qanunsuzdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1134.1, 1145, 1151.1, 1159, 1160, 1243.2, 1246, 1248.1, 1291-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü tarixli Qərarına, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh Tahirov Nadir Tahir oğlu apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbini rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual normanın tələblərini pozaraq bu qənaətə gəlmişdir. Buna baxmayaraq, mirasın açıldığı yer üzrə notariat ofisinə miras kütləsinin (mübahisə predmeti olan mənzilin) qəbul edilməsi barədə ərizə verməyərək, heç vaxt əmlaka faktiki sahiblik etməmiş, bu əmlakı idarə etməyə faktik başlamamış, beləliklə, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməməklə yanaşı, mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş cavabdehlər Tahirov Nadir Tahir oğluna, X12, X4, X5 və X3 sözügedən mənzildə qeydiyyatda olmaları ilə əlaqədar Siyəzən rayon dövlət notariat ofisinin dövlət notariusu X6 tərəfindən ## #### 2025-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bu səbəbdən də o məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. Halbuki, o xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qanun üzrə birinci növbə vərəsəsi olduğu, mərhum anası X23, mülkiyyətində olmuş, ## ##### 2006-cı il tarixdə onun ölümü nəticəsində açılmış miras əmlak kütləsinə daxil olan, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilində miras açılan aprel 2006-cı il tarixdən, maraqlı şəxs tərəfindən evdən zorla qovulana kimi, yəni 2019-cu ilə kimi yaşamaqla əmlaka sahiblik edərək və onu idarə etməyə faktiki başlamaqla, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tahirov Nadir Tahir oğlu həmin iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində məhkəmə bu qənaətə gəlmişdir ki, işin faktiki halları, eləcə də məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla, o cümlədən qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edildi ki, ərizəçi Nüşabə Tahirova 1981-ci ildə mərhum atası Tahir Tahirov Siyəzən şəhəri, T.İsmayılov küçəsi ev 48, mənzil 18 ünvanında 4 otaqdan ibarət mənzili aldıqdan sonra həmin mənzilə köçmüş, evləndikdən sonra digər bacı-qardaşları kimi o, da mübahisəli ünvandan başqa yaşayış evinə köçsə də, nikahı 2003-cü ildə pozulduqdan sonra həmin ilin mart ayından etibarən miras kütləsini təşkil edən sözügedən mənzilə qayıtmış və qızı Fatimə Novruzova ilə bu mənzildə yaşamağa başlamış, həmçinin Siyəzən Rayon Məhkəməsinin ## #### 2019-cu il arixli qətnaməsi ilə Nadir Tahirovun, sonuncunun arvadı Sünbülə Tahirovanın övladları Aydan, Aynur, Eldəniz ilə birlikdə həmin mənzilə köçürülməklə, oradan maneəsiz istifadə etmələri qət edilmişdir. Hətta, hazırda inkar etməsinə baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli qətnaməsindən də göründüyü kimi Nadir Tahirov bacısı ərizəçi Nüşabə Tahirovanın 2003-cü ilin mart ayından etibarən əri ilə nikahları rəsmi qaydada pozulduqdan sonra anasının razılığı ilə sözügedən mənzildə yaşamağa başladığını qeyd etmiş, habelə bu hal onun tərəfindən həmin vaxt etirazsız etiraf edilmişdir. Bununla da ərizəçi Nüşabə Tahirova mərhum anası Nənəxanım Tahirovadan miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilinə münasibətdə həmin əmlakı ona düşən pay həcmində faktiki qəbulu ilə bağlı zəruri hərəkətləri şəksiz nümayiş etdirməklə, bu barədə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmiş, lakin, müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də ərizəçi mirasın ona düşən pay həcmində qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət, o cümlədən miras əmlakı ona düşən pay həcmində qəbul etməsinin məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt olaraq müəyyən edilməsini xahiş etməsi digər vərəsələrin həmin əmlaka münasibətdə hüquqlarını məhdudlaşdırmamış, bununla əlaqədar ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisə yaranmamış, həmçinin maraqlı şəxs Nadir Tahirovun bu faktın müəyyən edilməsinə etirazı isə miras əmlaka dair hüquqla bağlı mübahisə kimi qiymətləndirilməmişdir. Göründüyü kimi bundan əvvəlki mülki işə baxarkən məhkəmə "ərizəçi Nüşabə Tahirova mərhum anası Nənəxanım Tahirovadan miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilinə münasibətdə həmin əmlakı ona düşən pay həcmində faktiki qəbulu ilə bağlı zəruri hərəkətləri şəksiz nümayiş etdirməklə" formulundan istifadə edərək onun mirasdan özünə düşən hissəni qəbul etməsi və digər vərəsənin - Tahirov Nadirin də vərəsə olaraq qəbul etməsinə baxmayaraq, hazırda bütün miras paya iddiaçının vərəsəlik hüququnu tanımışdır. Bundan əlavə məhkəmənin qətnaməsində tərəflər arasında indiyədək olan digər məhkəmə çəkişmələrinin nəticəsində çıxarılmış məhkəmə aktları sadalansa da məhkəmə prosessual hüquq normalarını pozaraq nəzərə almamışdır ki, hazıki iddiaçı dəfələrlə Nadir Tahirova qarşı müxtəlif iddialar qaldırmaqla sonuncunun mirası faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Tahirov Nadir Tahir oğlunun nümayəndə və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, prosessual hüquq normalarının pozuntusu nəticəsində əsassız qətnamə qəbul edilib. Miras əmlakın faktiki qəbulu zamanı şəxsin həmin ünvanda qeydiyyata alınması nəzərə alınan məsələlərdən biridir. Tərəflər arasında çoxsaylı məhkəmə mübahisələrinə dair məhkəmə qətnamələri var. Sizəyən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsinə görə iddiaçılar Tahirov Nadir və digərlərinin Siyəzən şəhəri, İsmayılov küçəsi, ev 48, mənzil 18 ünvanına köçürülməklə onların həmin mənzildən maneəsiz istifadəsi qət edilib. Digər qətnaməyə görə iddiaçı Tahirova Nüşabənin cavabdehlər Tahirov Nadir və Tahirova Sünbüləyə qarşı kompensasiya tələbi təmin edilməyib. ##.##.2024-cü il tarixli qətnaməyə əsasən Tahirova Nənəxanımdan miras qalmış dördotaqlı mənzilə münasibətdə Tahirova Nüşabənin mirası qəbul etmə faktı müəyyən edilmiş, qanun üzrə şəhadətnamələr verilmiş, Tahirova Nənəxamının vərəsələri olaraq Tahirova Nadir və Tahirova Nüşabənin miras əmlaka bərbabər pay almaq hüquqları öz təsdiqini tapmışdır. Mirasqoyan 2006-cı ildə ölmüşdür. Bacı-qardaş olaraq birinci növbəli vərəsədirlər. Əvvəlki praktika nəzərə alınarsa cavabdeh qeydiyyatda olub, ailə ilə orada yaşayıb. Sonradan yaşamasına imkan verilmədiyindən cavabdeh məhkəməyə müraciət etmiş, oraya köçürülməsi təmin olunmuşdur. İddiaçının mirası faktiki qəbul etmə tələbi ilə bağlı qətnamə var, o, iddia ərizəsində ona çatası hissəyə mirasın qəbulu faktını müəyyən edilməsini xahiş etmişdir. Həmin qətnamə 2024-cü ildə çıxarılmış, Nadirin köçürülməsi isə 2019-cu ilə təsadüf edir. Əlavə olaraq iddiaçının 2022-ci ildə kompensasiya tələbi təmin edilməmişdir. İddiaçının payı olduğuna etiraz etmirlər, mirası qəbul etmiş iki vərəsə arasında paylar bərabər bölünməlidir. Məhkəmə preyudisial əhəmiyyət kəsb edən hallara yenidən qiymət verərək prosessual pozuntu etmişdir. Birinci instansiya məhkəməsində sadalanan hallar əvvəlki qətnamələrlə müəyyən olunmuş hallarla uyğunluq təşkil etmir. Bununla yanaşı, cavabdeh 2019-cu ildən daimi olaraq həmin mənzildə yaşayıb, qətnamə qüvvədə qaldığı təqdirdə cavabdeh mənzildən çıxarılmayacaqdır, bu baxımdan qarşı tərəfin barışığa gəlməsi daha məqsədəuyğun olardı. Tahirova Nüşabə 2019-cü ildə iddia tələbini qismən təmin etmişdir. Reyestr xidmətindən ilkin sənədlər tələb edilməlidir. Tahirovların 09 mart tarixli ərizələri var, həmin tarixdə çıxarış verilə bilməsi ağlabatan deyil. Həmin ərizəni kimin təqdim etməsi məlum deyil, şübhə doğurur. Əmlakın analarının adına özəlləşdirilməsi üçün ərizə veriblər. Çıxarışın qanunsuz verildiyi məlum olarsa, çıxarışı mübahisələndirib, hazırkı iş üzrə icaraatın dayandırılmasını xahiş edəcəkdir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Tahirov Nadir Tahir oğlu apellyasiya şikayətini müdafiə edib, vəkili ilə razı olduğunu bildirərək qeyd etdi ki, iddiaçı bacısıdır. 2006-cı ildə anası öləndə Siyəzən şəhəri, H.Aslanov küçəsində yaşamış, həmin küçədəki ev atasına məxsus olmuş, daim anasının yanına gedib-gəlmişdir.. Anası öldükdən sonra həmin evdə heç kəs yaşamayıb, Tahirov Ziyadulla həmin evi kirayə verib. Həmin mənzilə 2019-cu ildə birdəfəlik gəlmiş, ona kimi həmişə gedib-gəlmişdir. Ziyadullaya qarşı heç bir iddia qaldırmamışdır. Nüşabə kirayənişini gəlib evdən qovmuşdur. Passport qeydiyyatında daim həmin ünvanda olmuşdur. Anası ölən zaman Nüşabə həmin evdə yaşamırdı.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili İsayev Elşad Nəsrəddin oğlu şikayətini qəbul etməyərək bildirdi ki, 2006-cı ildə mirasqoyan öldükdən sonra iddiaçıdan başqa heç kəs həmin ünvanda yaşamamışdır. Cavabdehin bunu təsdiq edən izahatı var. Cavabdeh 16 il müddətində fasiləsiz olaraq həmin ünvanda yaşamayıb. Həmin evdə yaşayan, təəsərrüfat aparan hüquqlarının müdafiə etdiyi şəxs olub. Siyəzən Rayon Məhkəməsinin qətnaməsində tərəflərin izahatları var, qeyd olunur ki, analarının ölümündən sonra mübahisəli evdə bacıları Nüşabə yaşamışdır. Həmin izahatlar göstərir ki, mirasqoyanın ölümündən 3 il əvvəl də, 16 il sonra da digər bacı-qardaşların hər birinin ayrıca evləri olub. Şəxsin mənzilə köçürülməsi barədə qətnamənin qəbul edilməsi, cavabdehin miras əmlakı faktiki qəbul etdiyini göstərmir. Şəxs 2006-cı ilin aprelində ölüb. Ziyadulla evi kirayə verməyə çalışıb, lakin Nüşabə gəlib kirayənişini çıxarıb. Ziyadulla mirasın qəbulu ilə bağlı müraciət edib, ərizə təmin olunmayıb. İş materiallarında olan qeydiyyat vəsiqəsini digər tərəf məhkəməyə təqdim edib, qeydiyyat vəsiqəsini mübahisələndirən olmayıb, mübahisələndirilməyənədək tamlığı prezumpsiyası var. Qeydiyyat vəsiqəsini Soltanın nəvələri təqdim etmidir.

İşdə olan sübutlar

13. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən ## ######## 2022-ci il tarixdə verilmiş *** nömrəli evlənmə haqqında şəhadətnamədən çıxarışın surətindən görünür ki, Tahirov Tahir Soltan oğlu ilə X20 ## ###### 1954-cü il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün vətəndaşlıq vəziyyəti aktları kitabında * nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Tahirova” soyadı verilmişdir.

14. Doğum haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqələrinin, eləcə də, doğum haqqında akt qeydlərindən çıxarışların surətlərindən görünür ki, X8 ## ######## 1976-cı il tarixdə, Tahirov Nadir Tahir oğlu ## ######## 1970-ci il tarixdə, X7 ## ###### 1957-ci il tarixdə Siyəzən şəhərində Tahir Tahirovun və Nənəxanım Tahirovanın birgə nikahından doğulmuşlar.

15. İşdə olan sənədlərdən, o cümldən nikahın bağlanması haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin, eləcə də doğum haqqında akt qeydlərindən çıxarışların surətlərindən görünür ki, X7 ilə X13 ## ###### 1981-ci il tarixdə nikahlarını bağlamış və onların birgə nikahından Siyəzən şəhərində ## ###### 1983-cü il tarixdə X4, # #### 1985-ci il tarixdə X5 və ## ###### 1995-ci il tarixdə X3 doğulmuşdur.

16. İşdə olan sənədlərdən, o cümldən Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən ## ###### 2019-cu il tarixdə verilmiş IV-İQ seriyalı, ****** nömrəli arayışın,## ###### 2020-ci il tarixdə verilmiş AZ-II seriyalı, ****** nömrəli və ## ###### 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq Tahirov Tahir Soltan oğlu ## ####### 1990-cı, X23 ## ##### 2006-cı, X7 isə ## ###### 2017-ci il tarixdə ölmüşlər.

17. İşdə olan Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ## #### 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## ###### 2020ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki ** saylı evin ümumi sahəsi 76,3 kv.m-dən ibarət 18-ci mənzili mülkiyyət hüququ üzrə X23 adına qeydiyyata alınmışdır.

18. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin ## #### 2019cu il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Tahirov Nadir Tahir oğlunun və X9 övladları ## #### 2003-cü il təvəllüdlü Aydan, ## #### 2004-cü il təvəllüdlü Aynur, ## #### 2005-ci il təvəllüdlü Eldəniz ilə birlikdə Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki ** saylı evin 18-ci mənzilinə köçürülməklə, oradan maneəsiz istifadə etmələri qət edilmişdir.

19. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin ## ###### 2022 -ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdehlər Tahirov Nadir Tahir oğluna və X9 qarşı "cavabdehlərdən kompensasiya məbləğinin alınıb ona verilməsi" tələbinə dair iddiası təmin edilməmişdir.

20. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin ## ##### 2023cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 cavabdeh Tahirov Nadir Tahir oğluna qarşı “miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

21. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin ## ###### 2024 -cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin surətindən görünür ki, mərhum anası X23 miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilinə münasibətdə ərizəçi X8 mirası qəbul etməsi faktı müəyyən edilmişdir.

22. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin Dövlət notariusu X6 tərəfindən ## #### 2025-ci il tarixdə verilmiş, reyestrdə 2V-98, 2V-99, 2V-100 nömrələr ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, ## ##### 2006-cı il tarixdə vəfat etmiş X23 vərəsələri Tahirov Nadir Tahir oğlu və X8 hər biri Nənəxanım Tahirovaya məxsus miras əmlakdan, o cümlədən Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki ** saylı evin ümumi sahəsi 76,3 kvadrat metrdən ibarət 18-ci mənzilinin 1/3 hissəsindən, eləcə də, ## ###### 2017-ci il tarixdə vəfat etmiş X7 vərəsələri X12, X4, X5 və X3 bu miras əmlakın mərhum Soltan Tahirova çatası 1/3 hissəsindən bərabər hissələrdə pay almalıdırlar.

23. İşdə olan ## ###### 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı X8 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi (Miras açıldığı vaxt qüvvədə olan redaksiya)

146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdeh Tahirov Nadir Tahir oğlunun apellyasiya şikayətinə münasibətdə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi cavabdeh Tahirov Nadir Tahir oğlunun apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci istansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış və iddianın təmin edilməsi ilə bağlı gəlinmiş nəticə işin hallarına uyğun olmuşdur.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri onun birinci instansiya məhkəməsində verdiyi izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunlu olmaqla, birinci instansiya məhkəməsi cavabdehin hər bir dəlilini tam və hərtərəfli araşdırmış, işdə olan sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası birici instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə tam razılaçmaqla, əlavə hər hansı bir qiymtələndirməyə zərurət görməmişdir.

30. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçının dəfələrlə ona qarşı müxtəlif iddialar qaldırmaqla, mirası faktiki qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Siyəzən Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin məhz iddiaçıya qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir ki, evə köçürülmənin əsası onun mübahisəli mənzilə istifadə hüququnun müəyyən edilməsi olmuş, bu da dolayısı ilə mirasın məhz iddiaçı tərəfindən qəbul edildiyini təsdiq etmişdir. Siyəzən Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** saylı mülki iş üzrə isə iddiaçı X8 ümumiyyətlə təlbinin hüquqi əsası müəyyən edilməməklə, o, cavabdehlə bir evdə yaşamasının qeyri-mümkünlüyünü əsas gətirərək, kompensasiya müqabilində və ya başqa bir evin ona alınıb verilməsi müqabilində evi cavabehə vermək niyyəti ilə iddia qaldırmışdır. Hərçənd ki, həmin iş üzrə çıxarılmış ## ###### 2022-ci il tarixli qətnamə ilə də cavabehin mirası qəbul etməsinin sübut edilməməsi müəyyən edilmişdir. Siyəzən Rayon Məhkəməsinin icraatında olmuş *(***)- **/**** saylı mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir ki, həmin iş üzrə də iddiaçının mirası qəbul etməsi faktı müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.

31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mərhum X23 miras qalmış, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki ** saylı evin, ** nömrəli mənzili üzərində iddiaçı X8 tam vərəsəlik hüququnun tanınmasını qət etmişdir ki, mahiyyət etibarı ilə həmin nəticə miras qalmış əmlak üzərində tam payın müəyyən edilməsi anlamına gəlməkdədir. Buna görə və Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələbinə müvafiq olaraq, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də dəyişməyi zəruri hesab etməmişdir.

32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Tahirov Nadir Tahir oğlunun apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Tahirov Nadir Tahir oğlunun apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanısın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver