Azәrbaycan Respublikası adından Qərardad İş № 2(3-9)-1070/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr – Novruzova Aytәn Nazim qızı (sәdrlik edәn, mәruzәçi), Əsәdov Ilham Qoşunәli oğlu vә Əliyev Qasım Vәli oğlundan ibarәt tәrkibdә, Şirvan Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә mәhkәmәnin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Ərizәçi Ərizәçi әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, onun ailә üzvlәri ilә (hәyat yoldaşı vә iki övladı) birlikdә ünvan 1 ünvanında 2014-cü ildәn etibarәn faktiki yaşamaqları faktının müәyyәn edilmәsi barәdә qәtnamә qәbul olunmasını xahiş etmişdir. Şirvan Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadı ilә әrizә vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmışdır (hakim: Ceyhun Mustafayev). Qәrardad onunla әsaslandırmışdır ki, әrizә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra MPM) tәlәblәrinә riayәt edilmәdәn verilmişdir. Belә ki, “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikası Qanununun 8.2-ci maddәsinin tәlәbinә әsasәn qiymәtlәndirilmәyәn iddia әrizәsinin, mәhkәmә әmri haqqında әrizәnin, xüsusi icraat qaydasında baxılan iş üzrә әrizәnin verilmәsinә görә 100 (yüz) manat mәblәğindә dövlәt rüsumu ödәnilmәlidir. Göründüyü kimi “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikası Qanununun tәlәblәrinә әsasәn xüsusi icraat qaydasında baxılan iş üzrә әrizәnin verilmәsinә görә 100 (yüz) manat dövlәt rüsumu ödәnilmәlidir. Lakin iş materiallarından görünür ki, әrizәçi tәrәfindәn әrizәyә müәyyәn edilmiş qaydada vә mәblәğdә dövlәt rüsumunun ödәnilmәsini tәsdiq edәn sәnәdin әlavә edilmәmişdir. Qeyd edilәnlәrә әsasәn mәhkәmә hesab edir ki, әrizәçi tәrәfindәn Qanunla müәyyәn edilmiş qaydada vә mәblәğdә dövlәt rüsumu ödәnilmәmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 13.4-cü maddәsinә әsasәn barәsindә mübahisә edilәn hüquq münasibәtlәrini tәnzimlәyәn hüquq norması olmadıqda, mәhkәmә analoji münasibәtlәri tәnzimlәyәn hüquq normalarına müraciәt edir. Mәhkәmә hesab edir ki, hazırkı halda münasibәtlәri tәnzimlәyәn hüquq norması olmadığından mәhkәmә analoji münasibәtlәri tәnzimlәyәn hüquq normalarına müraciәt etmәlidir. Ərizәçi Ərizәçi mәhkәmәnin hәmin qәrardadından şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini xahiş etmişdir. Şirvan Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadı ilә şikayәt tәmin edilmәmiş, Şirvan şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadından әrizәçi Ərizәçi verdiyi şikayәtin baxılması üçün işlә birlikdә Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra – MPM-in) 397.2ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Şirvan Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadı lәğv edilmәli vә mülki iş sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün Şirvan Şәhәr Mәhkәmәsinә göndәrilmәlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizənin geri qaytarılması barədə nəticəyə gəlinərkən iş üçün əhəmiyyət kəsb edən prosessual məsələlər tam və hərtərəfli araşdırılmamış, ərizəçinin irəli sürdüyü tələbin hüquqi xarakterinə düzgün qiymət verilməmişdir. Belә ki, әrizәçi Ərizәçi mәhkәmәyә müraciәt edәrәk, ailә üzvlәri – hәyat yoldaşı vә iki övladı ilә birlikdә ünvan 1 ünvanında 2014-cü ildәn etibarәn faktiki yaşaması faktının müәyyәn edilmәsini xahiş etmişdir. Ərizәnin mәzmunundan görünür ki, әrizәçi hәmin faktın müәyyәn edilmәsini özünün vә ailә üzvlәrinin göstәrilәn ünvan üzrә yaşayış yeri qeydiyyatına alınmasının tәmin edilmәsi mәqsәdi ilә tәlәb edir. Lakin birinci instansiya mәhkәmәsi әrizәçinin tәlәb etdiyi faktın Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsini tәnzimlәyәn müddәaları baxımından mәhkәmә qaydasında müәyyәn edilә bilәn hüquqi fakt olub-olmamasını, hәmin faktın әrizәçi üçün hansı hüquqi nәticәni doğuracağını, onun müәyyәn edilmәsinin başqa, o cümlәdәn mәhkәmәdәnkәnar qaydasının mövcud olub-olmadığını, elәcә dә hәmin mәsәlәnin hәllindә hüquq haqqında mübahisәnin mövcudluğunu araşdırmamışdır. MPM-in 307.1-ci maddәsinә әsasәn, mәhkәmә fiziki vә hüquqi şәxslәrin şәxsi vә ya әmlak hüquqlarının әmәlә gәlmәsi, dәyişmәsi vә ya xitamının asılı olduğu faktları müәyyәn edir. Mәcәllәnin 307.2.11-ci maddәsinә görә isә qanunvericilikdә müәyyәn edilmәsinin başqa qaydası nәzәrdә tutulmamışsa, hüquqi әhәmiyyәti olan digәr faktlar da mәhkәmә qaydasında müәyyәn edilә bilәr. Eyni zamanda MPM-in 308-ci maddәsinә әsasәn, hüquqi әhәmiyyәti olan faktın mәhkәmә tәrәfindәn müәyyәn edilmәsi üçün әrizәçinin hәmin faktı tәsdiq edәn lazımi sәnәdlәri başqa qaydada ala bilmәmәsi vә ya itirilmiş sәnәdlәrin bәrpasının mümkün olmaması tәlәb olunur. MPM-in 310.1-ci maddәsinә görә isә әrizәdә faktın müәyyәn edilmәsinin әrizәçiyә hansı mәqsәdlә lazım olduğu, habelә müvafiq sәnәdlәrin başqa qaydada әldә edilmәsinin mümkünsüzlüyünü tәsdiq edәn sübutlar göstәrilmәlidir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “Hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsinә dair işlәr üzrә mәhkәmә tәcrübәsinin bәzi mәsәlәlәri haqqında” ## ##### 2019-cu il tarixli qәrarının 1.2-ci bәndindә dә izah edilmişdir ki, hüquqi әhәmiyyәti olan faktın xüsusi icraat qaydasında müәyyәn edilmәsi üçün hәmin faktın hüquqi nәticә doğurması, onu tәsdiq edәn sәnәdin başqa qaydada әldә edilmәsinin mümkün olmaması, faktın müәyyәn edilmәsinin mәhkәmәdәnkәnar qaydasının nәzәrdә tutulmaması vә hüquq haqqında mübahisәnin olmaması şәrtlәri birlikdә mövcud olmalıdır. Bu şәrtlәrdәn hәr hansı birinin olmaması işә xüsusi icraat qaydasında baxılmasını istisna edir. Plenum qәrarının 1.3-cü bәndinә әsasәn, mәhkәmә hәr hansı faktı deyil, yalnız şәxsi vә ya әmlak hüquqlarının yaranmasına, dәyişmәsinә vә yaxud xitamına sәbәb olan faktları müәyyәn edә bilәr. Hüquqi əhəmiyyət daşımayan faktın müəyyən edilməsi barədə ərizənin icraata qəbulundan MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməlidir. Bundan başqa, Plenum qərarının 1.7-ci bəndinə əsasən, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən ilk növbədə həmin faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını, ərizəçinin belə ərizə ilə müraciət etmək hüququnun mövcudluğunu və faktın müəyyən edilməsinin hansı məqsədə xidmət etdiyini aydınlaşdırmalıdır. Hazırkı halda isə birinci instansiya məhkəməsi göstərilən məsələlərin heç birini araşdırmadan, ərizəyə yalnız dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi nöqteyi-nəzərindən yanaşmış və MPM-in 152.1.5-ci maddəsinə istinad etməklə ərizəni geri qaytarmışdır. Halbuki ərizənin dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılması ərizəçiyə həmin nöqsanı aradan qaldıraraq eyni tələblə yenidən məhkəməyə müraciət etmək imkanı verir. Birinci instansiya məhkəməsinin öz qərardadında da MPM-in 152.4cü maddəsinə istinad edilməklə bu hal ərizəçiyə izah edilmişdir. Belə olan halda, ərizəçinin tələb etdiyi faktın ümumiyyətlə xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsinin mümkün olub-olmaması ilkin olaraq həll edilmədən yalnız dövlət rüsumu ilə bağlı nöqsana görə ərizənin geri qaytarılması prosessual baxımdan əsaslı hesab edilə bilməz. Çünki həmin nöqsanın aradan qaldırılması ərizəçinin eyni ərizə ilə yenidən müraciət etməsinə səbəb olacaq, lakin ərizənin məhkəmə icraatının predmeti ola bilməsi ilə bağlı əsas hüquqi məsələ yenə də açıq qalacaqdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk növbədə ərizəçinin müəyyən edilməsini tələb etdiyi “müəyyən ünvanda faktiki yaşama” halının konkret olaraq hansı şəxsi və ya əmlak hüququnun yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olduğunu, həmin faktın müəyyən edilməsinin qanunvericiliklə başqa qaydasının nəzərdə tutulub-tutulmadığını, ərizəçinin bu faktı təsdiq edən sənədləri inzibati və ya digər məhkəmədənkənar qaydada əldə etmək imkanının olub-olmadığını, habelə ərizənin xüsusi icraat qaydasında baxılmasının digər qanuni şərtlərinin mövcudluğunu araşdırmalı və yalnız bundan sonra ərizənin icraata qəbul edilməsi məsələsinə hüquqi qiymət verməlidir. Bu hallar araşdırılmadan qәbul edilmiş qәrardad qanuni vә әsaslı hesab edilә bilmәdiyindәn lәğv edilmәli, material sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir. MPM-in 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda şәrh edilәnlәrә әsasәn vә MPM-in 263, 264, 397-400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası, QƏRARA ALDI: Ərizәçi Ərizәçi şikayәti qismәn tәmin edilsin. Şirvan Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrardadı lәğv edilsin. Mülki iş sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün Şirvan Şәhәr Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-9)-1070/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1070/2026
28.08.2026 · Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver