Məhkəmə qərarları › İş №2(5-150)-59/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-150)-59/2026

25.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(5-150)-59/2026 25.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli, 01 saylı qərarı ilə JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş Saatlı rayon Azadkənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,23 hektar torpaq sahəsindən payına düşən 0,743 ha torpaq sahəsinin müəyyən edilərək cavabdehin həmin torpaq sahəsində istifadəsinin dayandırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, onun 0,743 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə hüquqlarının bərpa edilərək torpaq sahinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli, 01 saylı qərarı ilə JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş Saatlı rayon Azadkənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,23 hektar torpaq sahəsindən payına düşən torpaq sahəsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli, 01 saylı qərarı ilə JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Saatlı rayon Azadkənd kəndi ərazisində yerləşən 2,23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, onun və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş, həmin ildə (2001-ci ildə) nikahı pozulduqdan sonra ər evindən çıxmış və həmin vaxtdan payına düşən torpaq sahəsindən istifadə edə bilməmişdir. Belə ki, keçmiş əri X3 17.072023-cü ildə ölmüş, oğlu Məmməd isə onu JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında olan torpaq sahəsinə buraxmadığından və cavabdehlə arasında mübahisə yarandığından mülkiyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu səbəbdən də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli, 01 saylı qərarı ilə JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş Saatlı rayon Azadkənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,23 hektar torpaq sahəsindən payına düşən torpaq sahəsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli, 01 saylı qərarı ilə JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Saatlı rayonu Azadkənd kəndində yerləşən 2,23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikahın pozulması haqqında Saatlı Rayon Məhkəməsinin 01 may 2001-ci il tarixli qətnaməsindən edilmiş çıxarışdan görünür ki, X3 ilə Məmmədova (Dadaşova) Fatma Əzizağa qızı arasında bağlanmış 24 avqust 1992-ci il tarixli rəsmi nikah qeydi pozulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum arayışdan görünür ki, Cavabdeh xx xxxx 1993-cü ildə Saatlı rayonunun Azadkənd kəndində doğulmuşdur. X1, anası Məmmədova (Dadaşova) Fatma Əzizağa qızıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon qeydiyyat şöbəsinin 09 yanvar 2026-cı il tarixli arayışından görünür ki, X3 17 iyul 2023-cü ildə ölmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İş materiallarından da göründüyü Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli, 01 saylı qərarı ilə JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Saatlı rayon Azadkənd kəndi ərazisində yerləşən 2,23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçının pay torpaq sahəsi olsa da, cavabdeh iddiaçını həmin torpaq sahəsinə buraxmadığından və cavabdehlə arasında mübahisə yarandığından iddiaçı mülkiyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu səbəbdən də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət edərək JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş Saatlı rayon Azadkənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,23 hektar torpaq sahəsindən payına düşən torpaq sahəsinin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli, 01 saylı qərarı ilə JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X2, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətə verilmiş Saatlı rayon Azadkənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,23 hektar torpaq sahəsindən İddiaçı payına düşən 0,743 ha (2,23:3=0,743) torpaq sahəsi ayrılaraq iddiaçıya verilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 yanvar 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli, 01 saylı qərarı ilə JN 300, KOD 90800018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X2, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətə verilmiş Saatlı rayon Azadkənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,23 hektar torpaq sahəsindən İddiaçı payına düşən 0,743 ha (2,23:3=0,743) torpaq sahəsi ayrılaraq iddiaçıya verilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver