Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(5-162)-60/2026 14.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Tərtər Rayon Notariat Ofisinə qarşı qanunsuz torpaq satışı, vərəsəlik hüquqlarının kobud şəkildə pozulması, sənəd və şəxsiyyət məlumatlarının saxtalaşdırılması, etibarnamənin qanunsuz dövriyyəsi, notariat hərəkətlərinin etibarsız sayılması və hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Tərtər Rayon Notariat Ofisinə qarşı ona məxsus torpaq sahəsi ilə bağlı aparılmış bütün notariat əməliyyatlarının etibarsız sayılması, həyat yoldaşı X1 verdiyi etibarnamənin xx.xx.2025-ci il 2025-ci il tarixdən etibarsız sayılması, həmin etibarnamə əsasında aparılan bütün hüquqi əməliyyatların ləğv edilməsi, torpaq sahəsinin həqiqi ölçüsünün və hüquqi statusunun tanınması, ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, iş materiallarının cinayət tərkibi baxımından araşdırılması üçün prokurorluğa gönmdərilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Tərtər Rayon Notariat Ofisinə qarşı ona məxsus torpaq sahəsi ilə bağlı aparılmış bütün notariat əməliyyatlarının etibarsız sayılması, həyat yoldaşı X1 verdiyi etibarnamənin xx.xx.2025-ci il 2025-ci il tarixdən etibarsız sayılması, həmin etibarnamə əsasında aparılan bütün hüquqi əməliyyatların ləğv edilməsini tələb etsə belə, iddia tələbi qeyri-müəyyən qaydada tərtib edilmişdir. Belə ki, iddia tələbinin giriş hissəsi ilə, nəticə hissəsi ziddiyyət təşkil edir. İddiaçı iddia tələbi ilə bağlı iddia ərizəsinə zəruri olan sənədləri ən əsası, mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyət hüququnu, eləcə də cavabdehlərlə olan qohumluq münasibətlərini təsdiq edən sənədləri, yaşayış yerindən arayışı əlavə etməmişdir. Bununla yanaşı iddiaçıya izah edilməlidir ki, X1 verdiyi etibarnamənin etibarsız hesab edilməsi ilə bağlı Tərtər rayon Notariat Ofisinə müraciət etməlidir. Eyni zamanda cavabdehlərin əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması məqsədi ilə hüquq mühafizə orqanlarına müraciət etmək hüququ izah edilməlidir. Eləcə də torpaq sahəsinin həqiqi ölçüsünün və hüquqi statusunun tanınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə (ünvan: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 135) müraciət etməlidir. Bütün bunlarla yanaşı iddiaçı iddia ərizəsində özünün və cavabdehlərin dəqiq poçt ünvanlarını qeyd etməmişdir. Belə ki, iddia ərizəsinin giriş hissəsində iddiaçının və cavabdehin yaşayış ünvanı göstərilməmişdir. Belə olan vəziyyətdə məhkəmənin iddiaçının və cavabdehlərin prosesdə iştirakını təmin etmək üçün onların konkret olaraq hansı ünvanda yaşamalarını dəqiq müəyyən etməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin poçt ünvanlarını göstərməli olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə görə ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim üdirsə) cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidlərin və məhkəmə iclasına davam etdirmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasınını istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları, cavabdehin və işdə iştirak edən digər eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VOEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan tələbi əsaslandırılmamış hesab edərək belə nəticəyə gəlir ki, iddiaya münasibətdə Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Tərtər Rayon Notariat Ofisinə qarşı qanunsuz torpaq satışı, vərəsəlik hüquqlarının kobud şəkildə pozulması, sənəd və şəxsiyyət məlumatlarının saxtalaşdırılması, etibarnamənin qanunsuz dövriyyəsi, notariat hərəkətlərinin etibarsız sayılması və hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(5-162)-60/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(5-162)-60/2026
14.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver