Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-125/2026 19.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, İddiaçı, Cavabdehlər X2 və Abbasova (Əliyeva) Pərvanə Məhəmməd qızının iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 qızı və X1 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 qızı və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin şəxslərin ünvan 1 evin 26 saylı ünvanında yerləşən mənzildən çıxarılmaqla mənzilin boşaldılması və onun həmin mənzilə köçürülməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, məhəllə 1595, ev 11-də yerləşən 26 nömrəli mənzil İddiaçı anasına verilmiş və mənzil xx.xx.2024-cü il tarixli, ********** saylı çıxarışla xüsusi mülkiyyət kimi iddiaçıya məxsusdur. Hal-hazırda o, mənzildə qeydiyyatdadır. Onlara ayrılmış həmin mənzilə köçərkən mənzildə Ağdam rayonundan məcburi köçkün olan X2 və ailə üzvləri tərəfindən həmin mənzil zəbt edilmişdir. Bu səbəbdən də uzun illərdir ki, onlar öz mənzillərindən məhrum olmaqla yaşaya bilmirlər. Cavabdehlərə onlara məxsus mənzilin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdehlər mənzili zəbt edərək məcburi köçkün olduqlarını bildirməklə mənzildən çıxmaqdan imtina etmişlər. Bununla da, cavabdehlər onların qanunla qorunan hüquqlarını pozaraq mənzil hüquqlarını məhdudlaşdırmışlar.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır.
5. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı
2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri, iddiaçı tərəfin həmin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini araşdıraraq müəyyən edir ki, ərizə ilə məhkəməyə müraciət etmiş iddiaçı tərəfindən həmin ərizənin geri qaytarılması xahiş edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunan “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarından da aydın olur ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin razılığının alınması tələb olunmur. Məhkəmə yuxarıda qeyd olunan hallara əsasən hesab edir ki, Mülki-Prosessual Məcəllənin 170-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
NƏTİCƏVİ HİSSƏ:
7. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 qızı və X1 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hаkim Ülkər Maxsudova