Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 23(3-7)-3/2026 10.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun baş məsləhətçisi İsgəndərov Azər Akif oğlunun, Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs və qanuni nümayəndəsi (atası) qanuni nümayəndə2, müdafiəçi X5, Zərərçəkmiş şəxsin hüquqi varisi qanuni nümayəndə1 və onun etibarnamə üzrə nümayəndəsi nümayəndə1 iştirakı ilə ## ####### 2008-ci il təvəllüdlü Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə vəsatətin təmin edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(*-***)- */**** nömrəli qərarından cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs və qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(*-***)-*/**** nömrəli (sədrlik edən Kəmalə Bayramova) hökmü ilə ## ####### 2008-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, Gəncə şəhəri, X1 küçəsi, döngə 2, ev 12 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvansız fərdi yaşayış evində yaşayan Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı əsasında cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə vəsatətinin təmin edilməsi, Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs yetkinlik yaşına çatanadək, yəni ##.##.2026-cı il tarixədək qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi, qərarın icrasının Gəncə şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya, Gəncə şəhər Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Gəncə şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya vəsatətlə müraciət edərək ********* nömrəli cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddin çatmamış Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi xahiş olunmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, R X3 ## ### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Sürücü Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs ##.##.2024-cü il tarixdə (əməlin törədildiyi anda) cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığı (16 yaşı tamam olmadığı) müəyyən edildiyindən, ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPMnin 39.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Müstəntiqin qərarı ilə Ə.qanuni nümayəndə2 qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi məqsədilə materiallar Gəncə Şəhər İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilmişdir. Sözügedən materiallar komissiyanın icraatına daxil olmuş və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın ## #### 2026-cı il tarixli ** saylı Qərarı ilə yetkinlik yaşına çatmayan Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi üçün Gəncə Şəhər Məhkəməsi qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs və qanuni nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və Gəncə şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırlımışdır ki, məhkəmə Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsini qərara alarkən qanunvericiliyin tələblərini, işin hallarını, Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs şəxsiyyətini səciyyələndirən halları nəzərə almamışdır. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs bir aydan az müddətə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanılması heç bir halda məqsədə müvafiq hesab oluna bilməz. Məhkəmə kollegiyasının iclasında cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs və qanuni nümayəndəsi (atası) qanuni nümayəndə2, müdafiəçi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və onun etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və ədalətlidir. Ona görə də, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda CM-in 263.2-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə cinayət işi başlanılmışdır; Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2024-cü il tarixli rəyinə əsasən istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Vaz-2121” markalı, 11-BB697 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmudur. Sürücü Quliyev avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; Məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, mərhum X2 meyitinin bədənində aşağıdakı xəsarətlər-həyatidir, bərk küt əşyanın/əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; ##.##.2025-ci il tarixli “baxış və götürmə aparılması haqqında” qərardan, ##.##.2025-ci il tarixli “fotoşəkillərə baxış keçirilməsi barədə” protokoldan və foto-cədvəldən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış qanuni nümayəndə1 istintaqa təqdim etdiyi 2 ədəd fotoşəkil iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülməklə həmin fotoşəkillərə baxış keçirilmişdir; Gəncə şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasının ##.##.2026-cı il tarixli protokolundan çıxarışdan görünür ki, Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 2-ci döngə, ev 12 (Yeni qaydada – K.Mehmandarov küçəsi, giriş 71) ünvanında qeydiyyatda olan, Cavadxan qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan yetkinlik yaşına çatmayan Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi üçün Gəncə Şəhər Məhkəməsi qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də CPM-nin 397-ci maddəsinin tələblərindən çıxış etməklə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarını iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində də yoxlamışdır. Kollegiya müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində düzgün nəticəyə gəlmiş, işin faktiki hallarını tam, hərtərəfli araşdırmış və müəyyən edilmiş halları obyektiv meyarlar əsasında qiymətləndirərək qanuni və əsaslı qərar qəbul etmişdir. Həmçinin, məhkəmə tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun: 20.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlimtərbiyə müəssisələrinə göndərilməsi barədə materiallar üzrə icraat zamanı yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə lazımi sənədlərin təqdim edilməsi üçün sorğular göndərir. Bu sorğular 10 gün ərzində icra edilməlidir. 20.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlimtərbiyə müəssisələrinə göndərilməsi imkanının müəyyən edilməsi üçün onların tibbi, o cümlədən psixi müayinəsi keçirilir. 20.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların tibbi müayinəsi zamanı onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsinə yol verməyən xəstəliklər aşkar edildikdə, onlar tibbi-tərbiyə müəssisələrində yerləşdirilir. 21-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlimtərbiyə müəssisələrinə göndərilməsinin mümkünlüyü haqqında məsələlərə baxılması üçün yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 20.1-ci maddədə nəzərdə tutulmuş materiallar daxil olduğu gündən 1 ay müddətində yetkinlik yaşına çatmayanın yaşayış yeri və ya olduğu yer üzrə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırır. Vəsatətə aşağıdakı sənədlər əlavə edilir: Vəsatətə aşağıdakı sənədlər əlavə edilir: 21.0.1. yetkinlik yaşına çatmayanlar barəsində cinayət işinə xitam verilməsi və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında materiallar; 21.0.2. yetkinlik yaşına çatmayanın təhsil (iş) yerindən xasiyyətnamə; 21.0.3. yetkinlik yaşına çatmayanın ailə-məişət şəraiti haqqında arayış; 21.0.4. yetkinlik yaşına çatmayan tərəfindən əvvəllər törədilmiş hüquq pozuntuları və bununla əlaqədar görülmüş tədbirlər haqqında arayış; 21.0.5. yetkinlik yaşına çatmayanın sağlamlığının vəziyyəti və onun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü barədə dövlət tibb müəssisəsinin rəyi. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, yetkinlik yaşına çatmayan şəxsin qapalı tipli xüsusi təlim tərbiyə müəssisəsinə göndərilmədən tərbiyə etmək imkanının olmasına dair əsaslar müəyyən olunmamışdır. Əksinə təqdim edilmiş sənədlər, xüsusilə Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs təhsil aldığı məktəbdən verilən xasiyyətnamə onun qapalı tipli xüsusi təlim tərbiyə müəssisəsinə göndərilməsinə zəmin verən hallardan biridir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını və ondan verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırdıqdan sonra belə nəticəyə gəlmişdir ki, qanuni və əsaslı olan bu məhkəmə aktının dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Yetkinlik yaşına çatmayan şəxslər barəsində məhkəməyədək icraat, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının aparılma qaydası CPM-də nəzərdə tutulmuş ümumi qaydalarla, habelə həmin Məcəllənin 428-435-2-ci maddələri ilə müəyyən edilir. CPM-in 435-1.9-cu maddəsinə görə baxışın nəticələrinə dair məhkəmə tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: -435-1.9.1. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında; -435-1.9.2. məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə yol verməyən səbəblər aşkar edildiyi və ya onu göstərilən müəssisəyə göndərmədən islah etmək imkanının olduğunu təsdiq edən hallar müəyyən edildiyi hallarda, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün materialların uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi haqqında; -435-1.9.3. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallar üzrə icraata xitam verilməsi haqqında. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tam, hərtərfli araşdıraraq və iş üzrə müəyyən edilmiş hallara obyektiv qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qənaətə gələrkən düzgün nəticəyə gəlmiş, bütövlükdə cinayət icraatı zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini gözləmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmənin qanuni və əsaslı olan qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPMnin 428-435-2, 397, 398, 399, 401, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(*-***)-*/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №23(3-7)-3/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №23(3-7)-3/2026
10.09.2026 · Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallar üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver