Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 28(3-9)-1/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlu, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş vəzifəli şəxs Nümayəndə iştirakı ilə. ##.##.1995-ci ildə Yardımlı rayonu Horavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Yardımlı rayonu Horavar kəndind orta məktəbdə təmil-tərbiyə üzrə direktor müavini işləyən, Yardımlı rayonu Horavar kəndində qeydiyyatda olan və orada yaşayan; Vəzifəli şəxs Nümayəndə barəsində olan ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarının icrasına xitam verilməsi və inzibati cərimənin ödənilməsindən azad olunması barədə Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Nümayəndə şikayət ərizəsi ilə müraciət edərək, ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərara əsasən şərti olaraq tətbiq edilmiş inzibati cərimənin ödənilməsini tələb edən X4 Xidmətinin Lənkəran-X6 rəisi Etibar Vəliyevin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yardımlı rayonu, Arastun Alyarov adına Horavar kənd tam orta ümumtəhsil məktəbinin direktor əvəzi kimi, ##.##.2025-cı il tarixində orta ixtisas təhsilli texnologiya müəllimi X1 ilə ƏMAS elektron sistemində elektron əmək müqaviləsi bağlamışdır. Lakin əmək müqaviləsi «Pedaqoji fəaliyyətlə məşğul olma qaydalar»”nın tələbinə uyğun olmadığı üçün ##.##.2025-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən həmin müqaviləyə xitam vermişdir. Bundan sonra Mail Kərimovun müraciətindən sonra X4 Xidməti tərəfindən onun ünvanına ##.##.2025-ci il tarixdə məktub ünvanlayaraq müvafiq sənədlərin təqdim edilməsi bildirilmiş, o da tələb olunan sənədləri X4 Xidmətinə təqdim etmişdir. Daha sonra Xidmət tərəfindən ##.##.2026-cı il tarixində «ZOOM» platforması üzərindən onlayn görüşə dəvət olunmağı ilə bağlı ünvanına ##.##.2025-ci il tarixdə *-**- */*-******/**** nömrəli məktub göndərmişdir. Həmin məktub (SX055224963AZ) təyin edilmiş onlayn görüşdən 3 gün sonra ##.##.2026-cı il tarixdə ona çatdırılmışdır. Daha sonra xidmətlə telefon əlaqəsi saxlayaraq məktubun gec çatdığını və ondan asılı olmayan səbəblərdən onlayn görüşdə iştirak edə bilmədiyini bildirmişdir. Bundan sonra barəsində İnzibati xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati protokol, daha sonra X4 Xidmətinin Lənkəran-X6 rəisi Etibar Vəliyevin ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarı ilə 1500 manat cərimə təyin edilərək və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. ## ###### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərar ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə ona çatdırılmışdır (SX055252321AZ). ##.##.2026-ci il tarixdə, X1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmr ləğv edilmiş, Mail Kərimovun texnologiya müəllimi olmasını, məktəbdə eyni əmək haqqı və eyni dərs yükü olan texnologiya müəllimi vəzifəsinin vakant olmasını və Mail Kərimovun öz arzusunu nəzərə alaraq onunla texnologiya müəllimi kimi yeni əmək müqavilsi bağlanmış və müqavilə elektron qaydada ƏMAS elektron sistemində yerləşdirilmişdir. Beləliklə qərarın icrasını ##.##.2026-cı il tarixdə təmin edilmiş, bu barədə Əmək Müfəttişliyinin müvafiq regional şöbəsinə ##.##.2026-cı il tarixində şifahi olaraq məlumat vermiş, ##.##.2026-cı il tarixində isə poçt vasitəsi ilə aidiyyəti sənədlər məktubla müfəttişlik xidmətinə göndərilmiş və poçt göndərişi ##.##.2026-cı il tarixdə əmək müfəttişliyinə çatdırılmışdır.( ss931398919az). Lakin, ##.##.2026-cı il tarixində Yardımlı rayon Təhsil sektorunda olarkən müfəttişilik tərəfindən cərimə olunmağını, hətta cərimənin onun əmək haqqına yönəldilməsi məlum olmuşdur. Lakin bu barədə müfəttişlik tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Əmək müfəttişliyinin göstərşi onun tərəfdən tam icra edilmiş, əmr ləğv edilərək yeni əmək müqaviləsi bağlanaraq müqavilə ƏMAS-a yerləşdirilmiş və bu barədə aidiyyəti sənədlər şifahi bildirilərək rəsmi qaydada da Müfəttişliyə göndərilmişdir. Tərəfindən Müfəttişliyin göstərişi tam icra edilmişdir. Əmək müqaviləsi ləğv olunaraq işçinin hüquqları bərpa olunmuş, işçi ilə yeni müqavilə bağlanılaraq müqavilə ƏMAS-a yerləşdirilmiş, müəllim kimi öz fəaliyyətini həmin məktəbdə davam etdirir. Əmək Müfəttişliyinin tələbləri göstərilən müddətdə tərəfindən tam yerinə yetirilmişdir. Odur ki, ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərara əsasən şərti olaraq tətbiq edilmiş inzibati cərimənin icraya yönəltmiş vəzifəli şəxs-X4 Xidmətinin Lənkəran-X6 rəisi Etibar Vəliyevin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadı ilə ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X4 Xidmətinin Lənkəran-X6 rəisi Etibar Vəliyevin hərəkətlərindən barəsində qərar qəbul edilmiş vəzifəli şəxs Nümayəndə tərəfindən verilmiş şikayəti təmin edilmiş, X4 Xidmətinin Lənkəran-X6 Nümayəndə barəsində İXMnin 192.6-cı maddəsilə 1500 manat məbləğində inzibati cərimə olunması və cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarının icrasına xitam verilmiş, Nümayəndə X4 Xidmətinin LənkəranX6 ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarına əsasən onun barəsində İXM-nin 192.6-cı maddəsi ilə tətbiq olunmuş 1500 manat məbləğində inzibati cərimənin ödənilməsindən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli məhkəmənin qərardadından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə müvafiq qərarla cərimənin şərti tətbiq edildiyini və pozuntu aradan qaldırıldığından inzibati xəta tərkibi olmadığına əsaslanmışdır. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərarı məhkəmə tərəfindən qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməlidir. Qanunda müvafiq cərimənin ödənilməsindən azad edilmə imkanı məhz qərarda göstərilən müddətdə hüquq pozuntusunun aradan qaldırıldığı halda mümkün hesab edilmişdir. Eyni zamanda hüquq pozuntusunun aradan qaldırılması inzibati xəta tərkibinin mövcud olmaması kimi şərh edilə bilməz. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərdadın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində qərar qəbul edilmiş vəzifəli şəxs Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirir, apellyasiya şikayəitinin təmin olunmaması, Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərarının quvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, nümayəndənin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Arastun Alyarov adına Horavar kənd tam orta ümumtəhsil məktəbinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərin pozduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin Lənkəran-X6 əmək müfəttişi X2 tərəfindən İXM-nin 192.6-cı maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan tərtib edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli, MN №******* nömrəli qərardan görünür ki, Nümayəndə İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Arastun Alyarov adına Horavar kənd tam orta ümumtəhsil məktəbinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə ##.##.2026-cı il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, X1 orta ixtisas təhsilli nexnologiya müəllimi ##.##.2026cı il tarixdən ##.##.2026-cı il tarixə kimi V-IX siniflərdə 5 saat ixtisası üzrə məktəbə müddətli əmək müqaviləsi ilə müəllim təyin edilmişdir. Arastun Alyarov adına Horavar kənd tam orta ümumtəhsil məktəbinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə ##.##.2026-cı il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, X1-orta ixtisas təhsilli nexnologiya müəllimi ##.##.2026cı il tarixdə əvvəlki işinə bərpa olunduğu üçün ##.##.2025- ci il tarixli, 12 ş* nömrəli əmr ləğv edilmişdir. X1 ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, ixtisası texnologiya müəllimi olduğu üçün əvvəlki dövrdə işlədiyi (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi) təsviri incəsənət fənni üzrə deyil, öz ixtisasına uyğun olaraq məktəbdə texnologiya müəllimi vəzifəsinə işə götürülməsinə və əmək müqaviləsini məhz bu ixtisas üzrə rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan e-sosial.gov.az web səhifəsindən çıxarışdan görünür ki, X1 bağlanmış **FATW******* nömrəli elektron əmək müqaviləsi ##.##.2026-cı il tarixdə qeydiyyata alınmışdır. “Arastun Alyarov” adına Horavar kənd tam orta ümumtəhsil məktəbinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin Lənkəran-X5 ünvanladığı * nömrəli arayışdan görünür ki, X1 ilə bağlanmış ##.##.2025-ci il tarixli, 12 ş* nömrəli əmr ləğv edilmiş və Mail Kərimov ##.##.2026-cı il tarixdən məktəbdə texnologiya müəllimi vəzifəsinə bərpa edilmişdir. İş materiallarında olan SX*********AZ nömrəli poçt göndərişinin izlənilməsindən görünür ki, ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərar ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə Nümayəndə çatdırılmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin Lənkəran-X5 ünvanladığı poçt göndərişi ##.##.2026-cı il tarixdə Yardımlı MXŞ-da qəbul edilmişdir.(göndəriş № SS*********AZ) SS*********AZ nömrəli poçt göndərişin izlənilməsindən görünür ki, Nümayəndə tərəfindən göndərilmiş SS*********AZ nömrəli poçt göndərişi ##.##.2026-cı il tarixdə saat 10:39-da Lənkəran AZ**** nömrəli poçt vasitəsi ilə alıcıya çatdırılmışdır. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Beləliklə məhkəmə hesab edir ki, vəzifəli şəxs Nümayəndə barəsində ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarının icrasına xitam verilməklə və inzibati cərimənin ödənilməsindən azad etməklə hakim düzgün hüquqi nəticəyə gəlmişdir, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır, qərarın ləğv olunması və ya dəyişirilməsi üçün həmin Məcəllənin 135.1.1-135.1.6.-cı maddələrində göstərilən hallar müəyyən olunmur. Ona görə də şikayət təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Vəzifəli şəxs Nümayəndə barəsində olan ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarının icrasına xitam verilməsi və inzibati cərimənin ödənilməsindən azad olunması barədə Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №28(3-9)-1/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №28(3-9)-1/2026
24.07.2026 · İnzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının icrası qaydasında icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver