Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-100/2022 06.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, X2 inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon RPİ-nin 6-cı Polis Bölməsinin 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon RPİ-nin 6-cı Polis Bölməsinin 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Yuxarıda qeyd edilən şikayət məhkəməyə 06.01.2022-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Şikayətdən görünür ki, X3 Bakı şəhəri Binəqədi rayon RPİ-nin 6-cı Polis Bölməsinin 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayəti 06.01.2022-ci il tarixdə, yəni bir neçə ay sonra vermiş, verdiyi şikayətə isə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X3 Bakı şəhəri Binəqədi rayon RPİ-nin 6-cı Polis Bölməsinin 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.6-cı maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: X1 Bakı şəhəri Binəqədi rayon RPİ-nin 6-cı Polis Bölməsinin 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-100/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-100/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver