Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-100/2024 26.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2 və 333.1 maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 327.2 və 333.1 maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı etdiyinə görə həmin ərazidə xidmət aparan Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs idarə etdiyi avtomobil saxlanıldıqdan sonra onun içkili olduğuna şübhələr olduğu üçün tibbi müayinədən keçirilmiş və həmin zaman alkoqol qəbul etməsi müəyyən edilmişdir. Həmçinin Şəxs DYPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən onun məktəbli uşaqları sərnişin qismindən daşıması müəyyən edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 327.2 və 333.1 maddələri ilə protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də etibarnamə əsasında idarə etdiyi “Hyundai H1” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə məktəbi uşaqları məktəbə daşımaqla fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. O, xx.xx.2023-cü il tarixdə axşam saatlarında spirtli içki tut arağı içmiş səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında 6-7 nəfər məktəbli uşağı idarə etdiyi avtomobillə apararkən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində əks hərəkət zolağına çıxdığına görə yol polisi inspektorları tərəfindən saxlanılmışdır. O, saxlanıldıqdan sonra onun içkili olduğuna şübhələr olduğu üçün tibbi müayinədən keçirilmiş və həmin zaman alkoqol qəbul etməsi müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları onun barəsində protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 dekabr 2023-cü il tarixdə idarə etdiyi “Hyundai H1” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.2 və 333.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki Şəxs idarə etdiyi “Hyundai H1” markalı, **- OU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saat 15:05-də duracağa yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli 2/20796 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinədən keçirilmiş və müayinə zamanı onun bədənində 1,384 promil miqdarında alkoqol aşkar edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən İXM-in 333.1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və ona əlavə edilmiş sənədlərdə öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh olunması qənaətinə gəlmişdir. Bununla yanaşı, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hal müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin protokolun tərtibi zamanı İXM-in tələblərini pozaraq onun əməlində həmin Məcəllənin 327.2-ci maddəsinin tərkibi olması müəyyən edildiyindən şəxs barəsində hər iki maddə ilə bir protokol tərtib edilərək onun əməlinə qiymət verilməsi üçün məhkəməyə göndərilmişdir. Qeyd edilməlidir ki, İXM-in 327.2-ci maddəsi həmin Məcəllənin 43.1-ci maddəsinin tətbiq dairəsinə düşmür. Yəni İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq rayon (şəhər) məhkəmələrinə aid deyildir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-in 328–331-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda sadalananla yanaşı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-100/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-100/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver