Məhkəmə qərarları › İş №3(001)-1002/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1002/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1002/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək müəyyən etdim: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs MMC ünvan 1 ünvanında yerləşir. Lakin məhkəmə tərəfindən çıxarılmış vergi ödəyicilərinin məlumatlarına dair portal çıxarışından müəyyən edilmişdir ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2 yerləşir. Göründüyü kimi, İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hüquqi şəxsin faktiki fəaliyyət göstərdiyi Nərimanov Rayonu ərazisində baş vermişdir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə olan halda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, İXM-in 110-cu maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməli idi. İXM-in 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. İXM-in 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 110, 112 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar