Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1005/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixində gecə saat 03.00 radələrində yaşadığı ev ilə arası 100-130 metr olan 24 saat işləyən dükana siqaret almağa gedərkən PPX əməkdaşları tərəfindən yoxlanılmış və icazəsi olmadan yaşayış yerini tərk etdiyinə görə onun barəsində protokol tərtib edilmiş və o, 200 AZN məbləğində cərimə olunmuşdur.PPX əməkdaşlara dükanın 100-130 metr məsafədə olduğunu göstərmiş, sms icazəsini səhər saatlarına işlərini həll etmək üçün saxladığını bildirsə də polis əməkdaşları bunu nəzərə almamışdırlar. Şikayətçi yuxarıda qeyd edilənlərə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4cü PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında çıxış edən X3 şikayətdə göstərilənləri nəzərə alaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PB inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PB-nin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən məlum olur ki, araşdırma zamanı X7 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsininin tələbləri pozulmuş, xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar düzgün qərara alınmışdır, belə ki, məlum olur ki, protokol tərtib olunan gün "İcazə.e-gov az" saytında Y.Əmirəliyevin icazəsi olmadığından ona inzibati protokol əsaslı olaraq yazılmışdır.Şəmçinin, şikaətçinin ərizəsindən və məhkməyə verdiyi izahatından da aydın olur ki, o, xx.xx.2020-ci il tarixində gecə saat 03.00 radələrində yaşadığı ev ilə arası 100-130 metr olan 24 saat işləyən dükana siqaret almağa gedərkən PPX əməkdaşları tərəfindən yoxlanılmış və icazəsi olmadan yaşayış yerini tərk etdiyinə görə ona inzibati protokol tərtib olunmuşdur.Məhkəmə hesab edir ki, şikayətçnin yaşayış yerini təxmini 100-130 metr tərk etməsi və siqarət almaq üçün getməsi hər hansı müstəsna və təxirəsalınmaz hal hesab edilə bilməz.Buna görə də, şikayətin təmin olunması üçün əsaslar yoxdur, şikayət əsasssız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1005/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1005/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver