Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1006/2024 19.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, “Day Fort» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin barəsində 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş icraata qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Şəxs MMC-nin direktoru Nümayəndə izahatında bildirmişdir ki, Şəxs MMC-nin ünvanına göndərilən mallara dair cəmiyyət tərəfindən satıcı şirkətdən malların bayramdan sonra, yəni təxminən yanvarın 10-u tarixlərinə göndərilməyi xahiş edilmişdir. Lakin satıcı şirkət buna əməl etməyərək malları daha tez göndərmiş, onlara isə məlumat verməmişdirlər. O səbəbdən qısa idxal bəyannaməsini qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verə bilməmişlər. Əlavə olaraq bildirmişdir ki, həmin zaman Şəxs MMC barəsində üç ayrı inzibati xəta haqqında protokol tərtib edilmiş, gömrük orqanı tərəfindən onlara həmin protokolların məhkəmədə baxılması üçün birlikdə göndəriləcəyi bildirilmişdir. Hal-hazırda məhkəmədən xahişi ondan ibarətdir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilsin. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar malları Özbəkistan Respublikasından almışlar və həmin malları daşıyan 1152TLB və 27564TLB qeydiyyat nişanlı yük avtomobilləri Xəzər dənizindən gəmi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Beynəlxalq Dəniz Ticarəti Limanı gömrük postundan keçirilməklə ölkə ərazisinə gətirilmişdir. Həmin yüklər 1152TLB və 27564TLB dövlət qeydiyyat nişanlı qoşqularla gətirilsə də, gəmi Azərbaycan Respublikasının sərhədinə girdikdən sonra həmin qoşqular 99CO484 və 99RK818 dövlət qeydiyyat nişanlı maşınlara qoşularaq sərhəddən keçirilmişdir. Yəni 1152TLB və 27564TLB dövlət qeydiyyat nişanlı qoşqularda olan yüklər bir yerdə gəmi ilə gətirilmişdir. Qeyd edilənlər barələrində tərtib edilmiş protokollara baxıldığı zaman aşkar müəyyən ediləcəkdir. Ola bilsin verilmiş sadsələşdirilmiş bəyannamələrin arasında dəqiqə fərqləri var ancaq həmin mallar eyni vaxtda gəmi ilə gəldiyindən sadələşdirilmiş bəyannamələr ardıcıl olaraq tərtib edilib gömrük orqanına təqdim edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin barəsində İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən 3 inzibati xəta haqqında iş üzrə material daxil olmuş, həmin materiallar 3(001)-1004/2024, 3(001)-1005/2024 və 3(001)-1006/2024 nömrələr altında ayrı ayrı hakimlərin icraatına verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(001)-1006/2024 saylı inzibati xəta haqqında iş məhkəməyə ilk daxil olan 3(001)-1004/2024 saylı inzibati xəta haqqında işə birləşdirilməli və bir icraatda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(001)-1006/2024 saylı inzibati xəta haqqında iş 3(001)-1004/2024 saylı işə birləşdirilsin və bir icraatda baxılsın. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1006/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1006/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver