Məhkəmə qərarları › İş №3(001)-1013/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1013/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1013/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlu, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekologiya və Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekologiya və Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2021-ci il tarixli, 2621-615 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Həmçinin verilmiş şikayətə xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əlavə edilsə də, mübahisələndirilən digər qərar, yəni xx.xx.2021-ci il tarixli, 2621-615 saylı inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, X2 ünvanlandığı şikayətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekologiya və Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2021-ci il tarixli, 2621-615 saylı inzibati tənbeh vermə haqqında qərarları rəsmi qaydada nə vaxt almasını göstərməmiş və iş materiallarına mübahisələndirilən qərarı nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmişdir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekologiya və Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2021-ci il tarixli, 2621-615 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekologiya və Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2021-ci il tarixli, 2621-615 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar