Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1017/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, natamam ali təhsilli, işləməyən, Tovuz rayonu Aşağı Öysüzlü ərazi idarəsi Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Kristal ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.4 və 511.1.3-cü maddələri ilə Binəqədi rayon Polis İdarəsinin Dövlət X14 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 31 dekabr 2023-cü il tarixdə saat 23:30-da Bakı şəhəri Neftçilər prospektində, 04 fevral 2024-cü il tarixdə saat 16 radələrində və 06 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərinə riayət etmədən, manevr etmə qaydalarını pozmaqla, habelə əks istiqamətli hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə edib, bu qərəzli hərəkətləri ilə ictimai qaydanı və əhalinin dincliyini nümayiskaranə şəkildə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına, habelə yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına rəvac verməklə yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 axtarış üzrə inspektoru, polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydalarının davamlı olaraq pozulmasına meyilli sürücü kimi tanınır. Avtomobili yol nişanlarının tələblərinə riayət etmədən idarə edən Şəxs bu qərəzli hərəkətlərini mobil telefonla qeydə alaraq, “TikTok” videopaylaşma platformasında özünə aid @uzeyir600 adlı səhifədə paylaşıb təbliğ edir. Onun bu videoları əksər izləyicilər tərəfindən qınanır, cəmiyyətə açıqca hörmətsizlik etmə kimi ifadə olunur. Belə ki, 31 dekabr 2023-cü ildə gecə saat 23:30 radələrində Neftçilər prospektində, yəni əhalinin sıx yerləşdiyi, nəqliyyat vasitələrinin axınının isə intensiv olduğu küçədə “Mercedes Benz E200” minik markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərinə riayət etmədən, əks istiqamətli hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə etmiş, bunu mobil telefonla qeydə alaraq sonradan “TikTok” videopaylaşma platformasında özünə aid @uzeyir600 adlı səhifədə paylaşmışdır. Həmin videoya baxdıqda müəyyən edilir ki, ərazidə yol hərəkətini təşkil edən yol patrul xidməti əməkdaşlarının yanından ötüb keçən Şəxs videofaylın həmin hissəsinə xüsusi yavaşıtma elementləri əlavə etməklə bir növ özünün müstəsta şəxsiyyət olduğunu, yol hərəkəti ilə bağlı qaydaların ona aid olmadığını göstərməyə çalışır. Onun bu hərəkətləri sosial şəbəkə istifadəçilərinin haqlı narazılığına səbəb olmuşdur. Bundan bir müddət sonra 04 fevral 2024-cü il tarixdə saat 16 radələrində Biləcəri qəsəbəsində “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yenidən yol nişanlarının tələblərinə riayət etmədən, əks istiqamətli hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə etmiş Şəxs bunu da mobil telefonla qeydə alaraq “TikTok” videopaylaşma platformasında özünə aid @uzeyir600 adlı səhifədə paylaşmışdır. Həmin videoya baxdıqda müəyyən edilir ki, avtomobili yolun səthində təkər izləri buraxmaqla idarə edən Şəxs ondan sağ tərəfdə hərəkət edən nəqliyyat vasitəsilə sürət yarışı halındadır, svetoforun qadağanedici işarəsi verildiyi üçün hərəkəti dayandırmış digər avtomobillərin arxa hissəsindən əks istiqamətli hərəkət zolağına çıxaraq üzbəüz gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla yoluna davam etmişdir. Onun qərəzli avtoxuliqanlıq hərəkətləri bununla da bitməmiş, bir neçə gün öncə yenidən Biləcəri qəsəbəsində “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili analoji şəkildə idarə etmişdir. Həmin hərəkətlər yol patrul xidməti inspektoru və ətrafda olan insanlar tərəfindən vizual şəkildə müşahidə edilmişdir. Vətəndaşların haqlı narazılığı nəzərə alınaraq, Şəxs yollardakı davranışı araşdırılmış, nəticədə onun 31 dekabr 2023-cü il tarixdə saat 23:30-da Bakı şəhəri Neftçilər prospektində, 04 fevral 2024cü il tarixdə saat 16 radələrində və 06 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsində “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərinə riayət etmədən, manevr etmə qaydalarını pozmaqla, habelə əks istiqamətli hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə edərək, bu qərəzli hərəkətləri ilə ictimai qaydanı və əhalinin dincliyini nümayiskaranə şəkildə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına, habelə yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına rəvac verməklə yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq etməsi öz təsdiqini tapmışdır. 08 fevral 2024-cü il tarixdə şöbəyə dəvət olunmuş Şəxs çağırılmasının səbəbləri izah olunmuş, videomateriallar baxış üçün ona təqdim edilmişdir. Şəxs törətdiyi sözügedən qərəzli avtoxuliqanlıq hərəkətlərini etiraf etmiş, bununla bağlı etirafedici izahat yazmışdır. Şəxs yol hərəkəti qaydalarının davamlı olaraq pozulmasına meyilli sürücü kimi tanındığını, qısa zaman kəsiyində əhalinin sıx yerləşdiyi, nəqliyyat vasitələrinin axınının intensiv olduğu küçələrdə qərəzli avtoxuliqanlıq etdiyini, bu qərəzli hərəkətlərini mobil telefonla qeydə alaraq “TikTok” videopaylaşma platformasında özünə aid səhifədə paylaşıb təbliğ etdiyini, bu intizamsız davranışlarının vətəndaşların haqlı narazılığına səbəb olduğunu, cəmiyyətdə cəzasızlıq kimi mənfi fikirlərin yaranmasına gətirib çıxardığını nəzərə alıb, onun inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.4 və 511.1.3-cü maddələri ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, “Qərb” Universitetinin siyasi idarəetmə fakultəsinin İV kursunda oxuyur. Ailəsi ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən mənzildə yaşayır. “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və ancaq özü tərəfindən idarə olunur. Əməllərindən peşmançılıq hissi keçirir. Cavan olduğundan avtomobili əhalinin sıx yerləşdiyi və nəqliyyat vasitələrinin axınının intensiv olduğu küçələrdə yol nişanlarının tələblərinə riayət etmədən, manevr etmə qaydalarını pozmaqla, əks istiqamətli hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə etmişdir. Belə ki, 31 dekabr 2023-cü ildə gecə saat 23:30 radələrində Neftçilər prospektində “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərinə riayət etmədən, əks istiqamətli hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə etmiş, bunu avtomobildə olan dostu mobil telefonla qeydə alaraq ona vermiş, o isə sonradan “TikTok” videopaylaşma platformasında özünə aid @uzeyir600 adlı səhifədə paylaşmışdır. Bundan başqa 04 fevral 2024-cü il tarixdə saat 16 radələrində Biləcəri qəsəbəsində “Mercedes Benz E200” minik markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yenidən yol nişanlarının tələblərinə riayət etmədən, əks istiqamətli hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə etmiş, dostu bunu da mobil telefonla qeydə almış, sonradan “TikTok” videopaylaşma platformasında özünə aid @uzeyir600 adlı səhifədə paylaşmışdır. Eyni qayda pozuntusuna bir neçə gün öncə yenidən Biləcəri qəsəbəsində yol vermişdir. Avtomobili bu cür idarə etməklə ictimai qaydanı və əhalinin dincliyini nümayiskaranə şəkildə pozduğunun, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyinin fərqindədir. Bundan sonra belə hərəkətlərə bir daha yol verməyəcəkdir. Törətdiyi inzibati xətaya görə səmimi peşmançılıq çəkir və ona həbslə bağlı olmayan cərimə növündə tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X10 Yol patrul xidməti baş inspektoru, polis baş serjantı X4 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, 06 fevral 2024-cü ildə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində xidmət apararkən hansısa avtomobilin sürücüsünün avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardığını eşitmiş, əraziyə yaxınlaşdıqda sürücü ərazini tərk edərək getmişdir. Ərazidə olan şəxslərdən aldığı məlumatlardan məlum olmuşdur ki, ərazidə avtoxuliqanlıq edən şəxs “Mercedes Benz E200” minik markalı **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüdür.Yoxlama zamanı həmin sürücünün Şəxs olduğu məlum olmuşdur. Odur ki, Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Bir ədəd yaddaş kartına baxış zamanı müəyyən olunmuşdur ki, yaddaş kartının daxilində 2 videofayl vardır. Onlardan biri 37 saniyə, digəri 30 saniyəlik videolardır. 37 saniyə davam edən video 31 dekabr 2023-cü ildə gecə saat 23:30 radələrində Neftçilər prospektində çəkilmişdir. Nəqliyyat vasitələrinin axınının intensiv olduğu həmin prospektdə Şəxs “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərinə riayət etmədən, əks istiqamətli hərəkət zolağına çıxaraq, digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə edir. Videodan həmçinin görünür ki, mobil telefonla qeydə alınan avtomobili idarəetmə “TikTok” videopaylaşma platformasında @uzeyir600 adlı səhifədə paylaşılmışdır. 30 saniyə davam edən digər video 04 fevral 2024-cü il tarixdə saat 16 radələrində Biləcəri qəsəbəsində çəkilmişdir. Nəqliyyat vasitələrinin axınının intensiv olduğu küçədə Şəxs “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yenidən yol nişanlarının tələblərinə riayət etmədən, əks istiqamətli hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə edir. Həmin videodan müəyyən edilir ki, “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs ondan sağ tərəfdə hərəkət edən nəqliyyat vasitəsilə sürət yarışı halındadır, svetoforun qadağanedici işarəsi verildiyi üçün hərəkəti dayandırmış digər avtomobillərin arxa hissəsindən əks istiqamətli hərəkət zolağına çıxaraq üzbəüz gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla yoluna davam edir. X1 izahatında bildirmişdir ki, 06 fevral 2024-cü ildə Biləcəri qəsəbəsində yerləşən 300 nömrəli orta məktəbin yanında olarkən **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qaydaları kobud surətdə pozaraq avtomobilin təkərlərindən səs çıxarıb təhlükəli manevrlər etməsini, qarşıdan gələn avtomobillərin yoluna çıxaraq digər hərəkət iştirakçılarına təhlükə yaratdığını görmüşdür. Ərazidə olan digər insanlarda **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətlərinə öz etirazlarını bildirmişlər. X3 izahatında bildirmişdir ki, 06 fevral 2024-cü ildə Biləcəri qəsəbəsində şəxsi işi ilə bağlı olarkən “Mercedes Benz” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq etdiyinin şahidi olmuşdur. Ərazidə olan insanlar “Mercedes Benz” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətlərinə öz etirazlarını bildirmişlər. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavədən görünür ki, 31 dekabr 2023-cü il tarixdə saat 23:30-da Bakı şəhəri Neftçilər prospektində, 04 fevral 2024-cü il tarixdə saat 16 radələrində və 06 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsində “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərinə riayət etmədən, manevr etmə qaydalarını pozmaqla, habelə əks istiqamətli hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla idarə edərək, bu qərəzli hərəkətləri ilə ictimai qaydanı və əhalinin dincliyini nümayiskaranə şəkildə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına, habelə yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına rəvac verməklə yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.4 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Binəqədi rayon Polis İdarəsi Dövlət X10 rəisi Vüsal Qələndərova yazdığı 08 fevral 2024-cü il tarixli izahatından görünür ki, o, idarə etdiyi “Mercedes Benz E200” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə qərəzli avtoxuliqanlıq hərəkətləri etdiyini yazaraq etiraf etmişdir. Nəqliyyat vasitəsinin mühahizə olunan duracağa yerləşdirilməsi barədə 08 fevral 2024-cü il tarixli 1049 nömrəli Aktdan görünür ki, “Mercedes Benz E200” minik markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə saxlanması üçün duracağa qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəsəksən manat məbləğində cərimə edilir. 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görəyüz əlli manat məbləğində cərimə edilir. 511.1.3-cü maddəsinə görə avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: ..511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin təsvir edilmiş hallarından mübahisəsiz qaydada göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.2, 327.4 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, videomateriallar, şahidlərin izahatları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun barəsində düzgün olaraq Azərbaycan Respublikası İXM-in 327.1, 327.2, 327.4 və 511.1.3-cü maddələri protokol tərtib edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs təyin ediləcək tənbehin növü ilə bağlı aşagıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarına əsasən Şəxs sözügedən qərəzli avtoxuliqanlıq hərəkətlərini ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmaqla qısa zaman kəsiyində bir neçə dəfə törətmişdir. Bundan başqa bu qərəzli hərəkətlərini mobil telefonla qeydə alıb “TikTok” videopaylaşma platformasında özünə aid @uzeyir600 adlı səhifədə paylaşıb təbliğ etmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin bildirdiyinə görə onun bu videoları əksər izləyicilər tərəfindən qınanmış, cəmiyyətə açıqca hörmətsizlik etmə kimi qiymətləndirilməklə insanların haqlı narazılığına səbəb olmuşdur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür, yəni dəfələrlə avtoxuliqanlıq hərəkətləri edib sosial şəbəkədə paylaşan Şəxs bu qanunsuz hərəkətləri cəmiyyətdə mənfi emosiyalar doğurmuş, ictimai qayda, habelə yol hərəkəti qaydalarının pozulması halları ilə mübarizəyə öz mənfi təsirini göstərmişdir. Odur ki, Şəxs İXM-in 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh aşağı həddə təyin edilməli və avtoxuliqanlığa görə nəzərdə tutulmuş əlavə tənbeh - nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması əsas tənbehə əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1017/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1017/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver