Məhkəmə qərarları › İş №3(001)-1019/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1019/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1019/2022 11.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X12 iclas katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X10, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə şikayətə Bakı əhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə X16 Xidməti Bakı şəhər İdarəsinin əməkdaşı "xxxx" MTK-nin sədri X5 barəsində guya İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN №1052850 saylı inzibati xəta haqqında protokolu tərtib etmişdir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən həmçinin barəsində tərtib edilmiş 14 mart 2022-ci il tarixli MN №1064214 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.4-ci maddəsi ilə ona 1 000 manat məbləğində cərimə tətbiq edilmişdir.18 mart 2022-ci il tarixdə rəsmi qaydada alınmış müfəttişliyin qeyd edilən MN №1064214 saylı qərarı ilə razılaşmır və hesab edir ki, həmin qərar əsassız və qanuna zidd olması səbəbindən ləğv edilməli və barəmdə olan inzibati icraata xitam verilməlidir. Barəsində tərtib edilmiş 14 mart 2022-ci il tarixli, MN №1064214 saylı inzibati tənbehvermə haqqında qərara əsasən güya o, İXM-nin 192.4-cü maddəsinin tələbini Binəqədi rayon ərazisində pozaraq X6 əmək və məzuniyyət haqqının (xidmətlərin) ödənilməsində qanun pozuntularına yol vermişdir.Baxmayaraq ki, müfəttişlik tərəfindən “Şərur" MTK-ya bildiriş göndərilməmişdir.Lakin əmək müfəttişliyi qanunvericiliyin tələblərini pozaraq heç bir mötəbər sübuta əsaslanmadan, birtərəfli qaydada inzibati protikol tərtib etmiş, eyni zamanda protokolun tərtibi zamanı qanun pozuntusuna yol verilmişdir.Belə ki, tərtib edilmiş protokolun hansı sübutlar əsasında tərtib edilməsi və xətanın nə vaxt, harda baş verməsi, həmçinin xətanın nə zaman aşkar edilməsi öz əksini tapmamışdır. X3 yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X1 etibarnamə üzrə nümayəndəsi X15 məhkəmə iclas zalında verdiyi izahatında şikayət ərizəsində qeyd etdiklərini təkrar edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 "xxxx" MTK-nin sədri X7 tərəfindən vətəndaş X6 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmişdir.Bu səbəbdən "xxxx" MTK-nin sədri X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında əsaslı olaraq qərar qəbul edilmişdir. Məhkəmə şikayətçinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, "xxxx" MTK-nin sədri X2 Əzizağa Qaçay oğlunun işlədiyi müəyyən aylar üzrə əmək haqqı və əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı sonuncu iş günü ödənilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, "xxxx" MTK-nin sədri X2 Əzizağa Qaçay oğlunun əmək və məzuniyyət haqqının (xidmətlərin) ödənilməsində qanun pozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur.Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir.Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MTK-nin sədri X2 Əzizağa Qaçay oğlunun əmək və məzuniyyət haqqının (xidmətlərin) ödənilməsində qanun pozuntularına yol verdiyinə görə əsaslı olaraq inzibati qaydada cərimə olunmuşdur və həmin cərimənin ləğv olunması üçün hüquqi əsaslar yoxdur.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidməti tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayəti əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X16 Xidmətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar