Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1025/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Müdafiəçi, 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon RPİ-nin 4-cü PB-nin sahə inspektoru, polis kapitanı X1 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gətirilmiş və narkotik sərxoşluğun tibbi müayinəsində keçəndə narkotik vasitə aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4cü polis bölməsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli protokola uyğun izahat verərək bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə Şəxs 4-cü polis Şöbəsinə gətirilmiş və narkotik sərxoşluğun tibbi müayinəsindən keçəndə sidiyində OPİ, MET, AMP aşkar edilmişdir. Bu fakt Şəxs öz izahatı və tibbi müayinə protokolu ilə təsdiq edilir. Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs İXM-nin 206-cı maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Hazırda o, protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, beş aya yaxındır ki, mariuxna və metamfetamin istifadə etmişdir. xx xxxxxx 2021-ci il tarixdə 00:30 radələrində 4-cü polis Şöbəsinə gətirilmiş və narkotik sərxoşluğun tibbi müayinəsindən keçəndə sidiyində OPİ, MET, AMP aşkar edilmişdir. Etdiyi əmələ görə səmimi peşmanlığını, təqsirini etiraf etməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əmələ görə səmimi peşmanlığını, təqsirini etiraf etdiyini nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Binəqədi rayon prokurorluğu inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Buna görə də, məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli 346 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs oğlunun sidiyində OPİ, MET, AMP aşkar edilmişdir. İş materiallarında olan izahatından da görünür ki, Şəxs oğlu beş aya yaxındır ki, mariuxna və metamfetamin istifadə etmişdir. xx xxxxxx 2021-ci il tarixdə 4-cü polis Şöbəsinə gətirilmiş və narkotik sərxoşluğun tibbi müayinəsindən keçəndə sidiyində OPİ, MET, AMP aşkar edilmişdir İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, onun müdafiəçisinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi ilk dəfə inzibati xəta törətdiyi, onun təqsirini etiraf etməsi, səmimi peşmançılığı nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 206-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1025/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1025/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver