Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1034/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X5 iclas katibliyi, X1 vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X13 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X25 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 17.03.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X25 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 17.03.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* saylı 17 mart 2022-ci il tarixli qərarı ilə X23 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən təqsirli bilinərək 900 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı rəsmi surətdə 26 mail 2022-ci il tarixində aldıqları üşçün həmin qərardaddan şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət tərəflərindən buraxılmamışdır. İnzibati orqanın vəzifəli şəxs olaraq X12 cərimə edilməsi barədə qərarının heç bir hüquqi əsası yoxdur və həmin qərar inzibati xətaya dair işə baxan məhkəmə tərəfindən ləğv edilməli, vəzifəli şəxsin əməlində inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. İnzibati orqanda araşdırma aparılarkən ilkin araşdırma zamanı qanunvericiliyin tələblərinin pozulmaması ilə bağlı məsələləri barəsində şikayət etdikləri qərarı qəbul edən orqanın rəhbərinin diqqətinə çatdırmışlar. Vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilən X23 13 noyabr 2015-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktorudur. Cəmiyyətin hüquqi ünvanı AZ 1117, ünvan 1in əsas fəaliyyəti dövlət və kommersiya xarakterli müxtəlif növ tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. X16, 11 oktyabr 2021-ci il tarixində ərizə ilə Cəmiyyətə müraciət edərək, fəhlə peşəsinə işə qəbul edilməsini istəmişdir. Cəmiyyətlə adı qeyd olunan şəxs arasında 11 oktyabr 2021-ci il tarixində 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq işçi müddətli əmək müqaviləsi əsasında Cəmiyyətdə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 17 yanvar 2022-ci il tarixində işçi ərizə ilə Cəmiyyətə müraciət edərək 17 yanvar 2022-ci il tarixində öz xahiş ilə işdən azad olunmaq istədiyini bildirmişdir. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən işçinin işdən çıxdığı son iş günü hesablanmış olan son haqq-hesabı - 51 manat onun bank hesabına köçürülmüşdür, X20 05 noyabr 2021-ci il tarixində ərizə ilə Cəmiyyətə müraciət edərək fəhlə peşəsinə işə qəbul edilməsini istəmişdir. Cəmiyyətlə adı qeyd olunan şəxs arasında 05 noyabr 2021-ci il tarixində 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq işçi müddətli əmək müqaviləsi əsasında Cəmiyyətdə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 17 yanvar 2022-ci il tarixində işçi ərizə ilə Cəmiyyətə müraciət edərək 17 yanvar 2022-ci il tarixində öz xahişi ilə işdən azad olunmaq istədiyini bildirmişdir. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən işçinin işdən çıxdığı son iş günü hesablanmış olan son haqq-hesabı - 21 manat onun bank hesabına köçürülmüşdiir. X26 06 fevral 2021-ci il tarixində ərizə ilə Cəmiyyətə müraciət edərək təhlə peşəsinə işə qəbul edilməsini istəmişdir. Cəmiyyətlə adı qeyd olunan şəxs arasında 06 fevral 2021-ci il tarixində əmək müqaviləsi bağlanaraq işçi müddətli əmək müqaviləsi əsasında Cəmiyyətdə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 17 yanvar 2022-ci il tarixində işçi ərizə ilə Cəmiyyətə müraciət edərək 17 yanvar 2022-ci il tarixində öz xahişi ilə işdən azad olunmaq istədiyini bildirmişdir. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən işçinin işdən çıxdığı son iş günü hesablanmış olan son haqq-hesabı - 379 manat onun bank hesabına köçürülmüşdür, X17 01 aprel 2021-ci il tarixində ərizə ilə Cəmiyyətə müraciət edərək fəhlə peşəsinə işə qəbul edilməsini istəmişdir. Cəmiyyətlə adı qeyd olunan şəxs arasında 01 aprel 2021-ci il tarixində əmək müqaviləsi bağlanaraq işçi müddətli əmək müqaviləsi əsasında Cəmiyyətdə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 17 yanvar 2022-ci il tarixində işçi ərizə ilə Cəmiyyətə müraciət edərək 17 yanvar 2022-ci il tarixində öz xahişi ilə işdən azad olunmaq istədiyini bildirmişdir. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən işçinin işdən çıxdığı son iş günü hesablanmış olan son haqq-hesabı - 261 manat onun bank hesabına köçürülmüşdür, X6 17 noyabr 2021-ci il tarixində ərizə ilə Cəmiyyətə müraciət edərək fəhlə peşəsinə işə qəbul edilməsini istəmişdir. Cəmiyyətlə adı qeyd olunan şəxs arasında 17 noyabr 2021-ci il tarixində əmək müqaviləsi bağlanaraq işçi müddətli əmək müqaviləsi əsasında Cəmiyyətdə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 17 yanvar 2022-ci il tarixində işçi ərizə ilə Cəmiyyətə müraciət edərək 17 yanvar 2022-ci il tarixində öz xahişi ilə işdən azad olunmaq istədiyini bildirmişdir. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən işçinin işdən çıxdığı son iş günü hesablanmış olan son haqq-hesabı - 399 manat onun bank hesabına köçürülmüşdür. Cəmiyyət tərəfindən aparılan mütəmadi daxili monitorinq zamanı adı yuxarıda adları qeyd olunan işçilərə son haqq-hesabın ödənidiyi zaman riyazi nöqsanlara yol verildiyi, belə ki, ödənilməli olan məbləğdən daha az vəsaitin ödənildiyi müəyyən edilmişdir. Bu xüsusat Cəmiyyət tərəfindən nəzərə alınaraq 18 fevral 2022-ci il tarixində ümumilikdə 173,38 manat pul vəsaiti işçilərin kart hesabına köçürülmüşdür. Belə ki, yenidən aparılan araşdırma nəticəsində X7 hesabına 35,38 manat, X8 hesabına 25 manat, X9 hesabına 28 manat, X3 hesabına 33 manat, X18 hesabına 52 manat ödənilməli olduğu müəyyən edilmiş və həmi pul vəsaiti işçilərin kart hesabına köçürülmüşdür. Yuxarıda adları qeyd edilən işçilər daha sonradan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 şikayət ərizəsi ilə müraciət edərək onlara işdən azad olunmaqları ilə bağlı hər hansı bir kompensasiya ödənilmədiyini, onlara təzminat ödənilməli olduğunu bildirmişlər. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Bakı şəhər İdarəsində inzibati qaydada araşdırma aparılarkən işçilərin son haqq-hesabın ödənildiyini, vəzifəli şəxs barəsində inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsasın olmadığı bildirilmişdir. Həmçinin bildirilmişdir ki, son haqq-hesab qeyd edilən işçilər işdən azad olunan gün AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən işçilərin kart hesabına köçürülmüşdür. Daha sonradan Cəmiyyət tərəfindən aparılan mütəmadi yoxlama nəticəsində riyazi hesablama nəticəsində yol verilən səhv aradan qaldırılmış və Cəmiyyət tərəfindən həmin işçilərin kart heabına 173,38 manat pul vəsaiti hesablanaraq köçürülümüşdür. Maraqlı olan haldır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılarkən qeyd .dilən hərəkət Azərbaycan Resublikasmm İnzaibati Xətalar Məcəlləsinin 192.4-cü addəsinin tələbləri üzrə törədilmiş inzibati xəta kimi tövsif edilərək X23 900 manat cərimə edilmişdir. Azərbaycan Respublikası dvibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərindən də göründüyü kimi qeyd edilən hərəkətin inzibati xəta kimi tövsif edilə bilməsi üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və və digər dənişlərin hesablanmasında və ödənilməsində qanunun pozuntularına yol verilmiş olmalıdır. Ancaq həmin hesablamalar aparılarkən yol verilən nöqsanlar riyazi hesablama nəticəsində olmuşdursa, o zaman hər hansı bir inzibati xətanın olmasından söhbət gedə bilməz. İşçilərə daha sonradan yenidən hesablama aparılarkən həyata keçirilən ödəniş daha əvvəlcədən istifadə edilməmiş əmək məzuniyyəti ilə bağlı günlərin əksik hesablanması olmuşdur. Daha sonradan həmin riyazi hesablamalarda yol verilən nöqsanlar Cəmiyyət tərəfindən aradan qaldırılaraq yenidən işçilərin hesabına köçürmə yolu ilə ödənilmişdir. X25 Bakı şəhər idarəsi isə inzibati orqan olaraq ümumiyyətlə Cəmiyyət tərəfindən son haqq-hesab ödənişinin gec həyata keçirildiyini, bunun son haqq-hesabın ödənilməsi zamanı qanunvericilyin tələblərinin pozulduğunda təkid etməkdədir. Halbuki, işdə olan materiallardan da göründüyü kimi son haqq-hesab işçilər işdən azad edildiyi gün - yəni 17 yanvar 2022-ci il tarixində işçilərin kart hesabına köçürülmüşdür. Şikayətçinin vəkili və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında şikayət ərizəsində qeyd olunanları bir daha vurğulayaraq şikayətin əsaslı olması səbəbindən təmin olunmasını məhkəmədən xahiş etdi. X25 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X23 tərəfindən qanunvericiliyin tələbləri pozulduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətçinin vəkilini və X25 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi inzibati xəta hesab edilir. Şikayətə əlavə edilmiş 17.01.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X10 261 manat, X11 51 manat, X14 21 manat, X4 399 manat, X21 379 manat ödənilmişdir. Şikayətə əlavə edilmiş 18.02.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X10 35,38 manat, X11 25 manat, X14 28 manat, X4 33 manat, X21 52 manat ödənilmişdir. Şikayətə əlavə edilmiş sübutlarla müəyyən edilir ki, əmək müqaviləsinə xitam verilmiş işçilərin istifadə edilməmiş məzuniyyət günlərinin riyazi hesablanmasında səhvə yol verilmiş və bunun nəticəsində işçilərə az hesablanan məzuniyyət günlərinə müvafiq olaraq ödənişlər həyata keçirilməklə qanunvericiliklə nəzərdə tutulmuş vaxtda son haqq-hesab aparılmışdır. Daha sonra hüquqi şəxs tərəfindən hesablama səhvi nəticəsində baş vermiş pozuntu aradan qaldırılmış və 18.02.2022-ci il tarixdə bir neçə gün fərqi ilə yaranmış qalıq vəsait yenidən hesablanaraq əmək müqaviləsi xitam verilmiş işçilərin hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, işçilərin əmək müqaviləsinə xitam verilən zaman istifadə edilməmiş məzuniyyət günlərinin hesablanmasında riyazi səhvə yol verilmiş və bunun nəticəsində əmək haqqı səhv hesablanmışdır. AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi riyazi hesablamalar nəticəsində yol verilən nöqsanları inzibati xəta hadisəsi hesab etmir. Odur ki, belə olan halda barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmiş vəzifəli şəxsin əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, inzibati orqan tərəfindən qəbul edilmiş qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X23 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X25 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 17.03.2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1034/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1034/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver