Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1034/2024 05.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilməmişdir. Həmin qərardan X1 verdiyi şikayət Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi RPİ-nin 43cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə arvadı X3 döymüşdür. Halbuki, o, xx.xx.2023-cü il tarixdə arvadı X3 döyməmişdir. Belə ki, xx.xx.2023-cü ildə uşağını götürmək məqsədilə X2 yaşadığı evə getmiş, lakin X5 uşağı verməkdən imtina etmişdir. Buna görə mübahizə yaranmış, X2 çiyninə toxunmuşdur. Lakin döymə olmamışdır. X5 əsassız olaraq 102 zəng xidmətinə müraciət etmiş, nəticədə o, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini, 43-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda inzibati tənbeh vermə haqqında MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şikayətə 43-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Binəqədi RPİnin 43-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə arvadı X3 döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təkrarən sorğu göndərilməklə inzibati tənbeh vermə haqqında MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunsa da, sənədlər məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunduğu kimi inzibati məsuliyyətə cəlb olunmuş X4 öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan X1 təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, X1 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində təqsirli olması sübuta yetirilmədiyindən onun həmin maddə təqsirli bilinib cərimə edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN seriyalı № ******* saylı, xx.xx.2023cü il tarixli qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1034/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1034/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver